Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-78/2021 15.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1995-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, evdar qadın, məhkum olunmamış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 03.04.2021-ci il tarixdən 17.04.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 03 aprel 2021-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Qazma kəndində yerləşən Covid-19 xəstəliyindən müalicə almalı olduğu atası Arif Eminova məxsus yaşayış evini əsaslı səbəb olmadan icazəsiz tərk edib, azyaşlı övladları X3 və X2 əri Şahid6 etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına əyləşdirərək, özü də həmin avtomobilin arxa oturacağına əyləşib qəsdən, karantin rejimini pozmaqla, “Covid-19” xəstəliyinin digər şəxslər arasında yayılması, o cümlədən əri Şahid6 xəstəliyə yoluxması üçün real təhlükə yaradaraq, insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayonu Qazma kəndindən Balakən rayonu Tülü kəndi istiqamətinə hərəkət etmiş, 03 aprel 2021-ci il tarixdə saat 13 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayon Tülü kəndinin ərazisində, asfalt yolda, yaşadığı evin qarşısında, əri Şahid6 idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar olunaraq, Balakən RMX-nın işçilərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Tülü kənd sakini Şahid6 ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 2 azyaşlı övladları var. Əri Şahid6 fərdi işlə məşğuldur, özü isə evdar qadındır, heç yerdə işləmir. 26 mart 2021-ci ildə Balakən rayonu Tülü kəndində yaşadığı evdə özünü narahat hiss etdiyinə görə, yəni xəstə olduğunu hiss edərək, Balakən rayonu Qazma kəndində yerləşən atası evinə getmişdir. Balakən rayonu Qazma kəndində yerləşən atası Arif Eminovun evində atası Arif Eminov, anası Güləbəstə Eminova, qardaşı Müşfiq Eminovla birlikdə qalmışdır. Atası evində qaldığı vaxtda özünü narahat, yəni soyuqlamış, halsız hiss etmiş, həmçinin dərin öskürək olduğuna görə Covid 19 virusuna yoluxub-yoluxmadığını müəyyən etmək məqsədi ilə 30 mart 2021-ci ildə səhər tezdən Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Atası evinə getməkdə məqsədi ondan ibarət olmuşdur ki, xəstə olduğu zaman anası və atası ona və 2 azyaşlı uşaqlarına baxsınlar. Çünki Tülü kəndində yaşadığı evdə əri və qaynanası gün ərzində evdə olmadıqlarından ona qulluq edəsi bir adam olmamışdır. Həmçinin 2 azyaşlı övladlarına da anası baxmışdır. 30 mart 2021-ci ildə xəstəxanada ondan Covid 19 virusunun olub-olmamasını müəyyən etmək məqsədi ilə burnundan yaxma götürülməklə analiz vermişdir. 03 aprel 2021-ci ildə onun mobil telefonuna ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmiş, həmin vaxt o, Balakən rayonu Qazma kəndində atası evində olmuşdur. Balakən Rayon Mərkəzi Xəstəxanasında analiz verdikdən sonra o, Qazma kəndinə atası evinə gəlmişdir. Atası evinə isə Balakən rayonu Tülü kəndində yaşadığı evdən təxminən 26 mart 2021-ci il tarixdə getmişdir. Həmin vaxtdan da Tülü kəndində yaşadığı evə qayıtmamış və Qazma kəndində atası evində qalmışdır. Qazma kəndində atası evində olduğu zaman mobil telefonuna zəng gəlmiş, ona zəng edən ***-***- **-** mobil telefon nömrəsinin sahibi bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim mikrobioloq vəzifəsində işləyir. Adının isə Şahid1 olduğunu bildirmişdir. Şahid1 telefonda ona izah etmişdir ki, 30 mart 2021-ci ildə verdiyi Covid 19 virusu aktiv yəni Pozitiv(+) olmuşdur. Şahid1 həmçinin ona bildirmişdir ki, Covid 19 virusuna yoluxmuş xəstə olaraq karantin nəzarətinə götürülmüşdür, yaşadığı yeri tərk edə bilməz. O da Şahid1 Balakən rayonu Qazma kəndində atası evində olduğunu bildirmişdir. Şahid1 da demişdir ki, Balakən rayonu Qazma kəndində yerləşən atası evi karantinə alınmışdır və evi tərk etməsin. O isə atası evində qala bilməmişdir. Buna görə də Balakən rayonu Tülü kəndində yaşadığı evə getmək qərarına gəlmiş və zəng edərək bu barədə əri Şahid6 demişdir. Həmçinin əri Şahid6 gəlib özünü Tülü kəndində yaşadığı evə aparmasını bildirmişdir. Bundan sonra yoldaşı gəlmiş və onlar birlikdə 2 azyaşlı övladını da götürüb, Balakən rayonu Tülü kəndinə yoldaşının avtomaşını ilə gəldikləri zaman Balakən rayonu Tülü kəndində asfalt yolun kənarında polis əməkdaşları onları saxlamış və Balakən Rayon Mərkəzi Xəstəxanasının işçilərini dəvət etmişlər. Həmçinin onu həkimlərin müşayiəti altında Tülü kəndində yaşadığı evə yerləşdirmişlər. Həmin gündən sonra ailə üzvləri ilə karantin rejimində 14 gün qalmışdır. 17 aprel 2021-ci ildə o, karantin nəzarəti bitdiyi üçün nəzarətdən çıxarılmışdır. Həkim mikrobioloq Şahid1 onunla mobil telefon vasitəsi ilə danışıqda onun Qazma kəndində yerləşən atası Arif Eminovun evin və Balakən rayonu Tülü kəndində yaşadığı evin karantin nəzarətinə alındığını bildirmişdir. Ona xəstəliyi müddətində Balakən rayonu Qazma kəndində yerləşən məntəqənin həkimi Laləzar adlı həkim nəzarət etmişdir. O, 03 aprel 2021-ci ildə karantin nəzarətinə götürülmüş, 17 aprel 2021-ci il tarixdən isə ev nəzarəti bitdiyi üçün nəzarətdən, yəni karantin nəzarətindən çıxarılmışdır. Baxış keçirilərkən videoçəkiliş çəkildiyi zaman fikrini tam olaraq ifadə edə bilməmişdir. Həkim ona zəng edərək 30 mart 2021-ci ildə Covid 19 virusundan verdiyi analizin cavabının pozitiv (+) olduğunu, yəni onun Covid 19 virusuna yoluxduğunu bildirərək, onu xəbərdar etmişdir.Həmçinin həkim bildirmişdir ki, həmin vaxt Qazma kəndində olduğu ünvan karantinə alınmış, həmçinin Tülü kəndində yaşadığı ev də karantin nəzarətinə götürülmışdır. Həkim ona demişdir ki, atası evini tərk etməsin və evi tərk etdiyi halda cinayət məsuliyyətinə cəlb edilə bilər. Həmin vaxt həkimin ona birinci zəngi ediəndə saat 10:37 radələri olmuşdur. O, həkimlə telefonla danışdıqdan sonra öz-özünə atası evində qala bilməyəcəyini fikirləşmişdir. Həmçinin fikirləşmişdir ki, gizlin şəkildə Tülü kəndində yaşadığı evə gələr və orada müalicəsini davam etdirər. Sonra da əri Şahid6 zəng etmiş, ərindən mobil telefon vasitəsi ilə gəlib onu Qazma kəndindən Tülü kəndinə yaşadıqları evə aparmasını xahiş etmişdir. Həmçinin əri Fərmailə Covid 19 virusuna yoluxduğunu bildirmişdir. Bir müddətdən sonra əri Şahid6 idarə etdiyi avtomobil ilə Balakən rayonu Qazma kəndində yerləşən atası evinə gəlmişdir. O da iki azyaşlı övladını götürərək, ərinin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişdir. İki azyaşlı övladı X4 və X3 da arxa oturacağa onun yanına əyləşmişlər. Həmin vaxt saat 13 radələri olmuşdur. Daha sonra isə əri Şahid6 idarə etdiyi avtomobili Balakən rayonu Qazma kəndindən Balakən rayon Tülü kəndinə doğru yaşadıqları evə doğru hərəkət etdirmişdir. Balakən rayon Tülü kəndində asfalt yolun kənarında yaşadığıqları evin qarşısında isə polis əməkdaşları tərəfindən əri Şahid6 idarə etdiyi avtomobil saxlanılmışdır. Müstəntiq tərəfindən ona nəzarətə götürüldüyü ünvanı nə üçün tərk etdiyi barədə sual verildikdə o, Balakən rayonu Qazma kəndində yerləşən atası evində qala bilməyəcəyini və yaşadığı ünvana Tülü kəndinə gəldiyini bildirmişdir. Sonra isə baxış zamanı müstəntiq tərəfindən onun istifadə etdiyi mobil telefona da baxış keçirilmiş, baxış zamanı onun mobil telefonuna həkimin etdiyi zənglər, həmçinin 03 aprel 2021-ci ildə mobil telefonuna saat 12:33-də gələn mesaja baxılmışdır. Ona gələn həmin mesajda göstərilmişdir ki, “Hörmətli Təqsirləndirilən şəxs, sizin 30 mart 2021-ci il tarixində Covid-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”. Daha sonra isə Balakən Rayon Mərkəzi Xəstəxanasının işçlərini dəvət etmiş və onu həkimlərin müşayiəti altında Tülü kəndində yaşadığı evə yerləşdirmişlər. Həmin gündən sonra 14 gün ailə üzvləri ilə karantin rejimində qalmış, həmin müddətdə də həkim nəzarətində olmuşdur. Onun iki azyaşlı övladı və əri Covid 19 virusuna yoluxa bilərdilər. O, Covid 19 virusuna yoluxduğundan artıq xəbərdar idi. Himayəsində iki azyaşlı uşaq vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, halhazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, ali təhsillidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim mikrobioloq vəzifəsində işləyir. 30 mart 2021-ci ildə Balakən Rayon Mərkəzi Xəstəxanasında labarator testi vermiş Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs Covid 19 test nəticəsinin pozitiv (+) çıxması barədə 03 aprel 2021-ci il tarixdə Milli Məlumat Bazasından Balakən rayon GEM-ə məlumat daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs 14 gün ərzində karantin nəzarətinə alınması barədə tərəfindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona saat 11 radələrində zəng edərək, karantin nəzarətinə alınması barədə məlumatlandırmışdır. Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə danışdığı zaman Arifəyə onun 30 mart 2021-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında verdiyi Covid 19 analizinin cavabı pozitiv (+) olduğu, hal-hazırda onun Covid 19 virusunun daşıyıcısı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, Arifə də bir müddətdir ki, Balakən rayonu Tülü kəndində yaşadığı evdən Balakən rayonu Qazma kəndinə atası evinə gələrək, orada qaldığını bildirmişdir. Bu zaman o, Arifəyə Qazma kəndində qaldığı atası evini tərk etməsini, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyini demişdir. Həmçinin izah etmişdir ki, Qazma kəndində olan atası evi və Balakən rayonu Tülü kəndində yaşadığı ev tərəflərindən karantin nəzarətinə alınmışdır. Yəni Təqsirləndirilən şəxs Qazma kəndində olduğu atası evini tərk etməməsini izah etməklə, həmin evin və Balakən rayonu Tülü kəndində yaşadığı evin 14 gün ərzində karantin nəzarətinə alınmaları və yaşadıqları ünvanı tərk etməmələri barədə Təqsirləndirilən şəxs və hər iki evin ailə üzvləri tərəfindən məlumatlandırılmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Covid 19 virusuna yoluxduğunu bildikdən, yəni bu barədə tərəfindən məlumatlandırıldıqdan sonra atası evini tərk etmək qərarına gəlib, müalicəsini davam etdirmək məqsədi ilə Balakən rayonu Tülü kəndinə yaşadığı evə gəlmək məqsədi ilə ərinə zəng edib, 2 azyaşlı övladını da özü ilə götürüb, Balakən rayonu Tülü kəndində yaşadığı evə gəlmək qərarına gəlmişdir. Yəni Balakən rayonu Qazma kəndində olan və nəzarətə götürüldüyü atası evini tərk etmiş və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yüzbaşıyev Həmid Əli oğlu ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 03.04.2021-ci il tarixdə saat təxminən 13 radələrində Balakən rayonu Tülü kəndi ərazisində Covid-19 virusuna yoluxaraq, Balakən rayonu Qazma kəndində olan atası Arif Eminovun yaşadığı evi tərk etmədən mualicə almalı olan Təqsirləndirilən şəxs əri, Balakən rayonu Tülü kənd sakini Şahid6 idarə etdiyi “Vaz 2106 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobildə 2 azyaşlı övladı ilə birlikdə, avtomaşının arxa oturacağında, Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid5 tərəfindən saxlanılmışdır. Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Tural Mahatov tərəfindən Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə həmin hadisə yerinə baxış keçirilərən zaman iştirak etmiş və hadisə yerində Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X9 “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparmışdır. Baxış zamanı o və Şahid2 xüsusu geyimdə karantin rejimini pozmuş Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs avtomobildən, oturduğu arxa oturacaqdan düşməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşdükdə polis mayoru Tural Mahatov ondan hansı səbəbə görə nəzarətə götürüldüyü ünvanı tərk etməsini soruşmuş, Təqsirləndirilən şəxs da Covid 19 xəstəliyinə yoluxduğunu həkimin ona zəng edərək bildirdiyini və bu zaman onun Balakən rayonu Qazma kəndində atası evində olduğunu bildirmişdir. Həmçinin həkim tərəfindən ona atası evini tərk etməməsi barədə xəbərdar edildiyi, lakin atası evində qala bilmədiyini və yaşadığı evə gəlmək üçün əri Şahid6 zəng edib, Qazma kəndinə gəlməsini dediyini və əri Şahid6 gəlikdən sonra 2 azyaşlı övladı ilə əri Şahid6 idarə etdiyi Vaz 2106 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu Tülü kəndi ərazisində yerləşən evinə gəldiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun mobil telefonuna həkimin zəng edərək nəzarətə götürüldüyü Balakən rayonu Qazma kəndində olduğu atası Arif Eminovun evini tərk etməməsi barədə xəbərdarlıq etdiyini söyləmişdir. Lakin o, xəstə olduğunu, yəni Covid 19 virusuna yoluxduğunu bildikdə atası evini tərk etmək qərarına gəlib müalicəsini davam etdirmək məqsədi ilə Balakən rayon Tülü kəndinə gəlmək məqsədi ilə əri Şahid6 zəng edib, 2 azyaşlı övladını da özü ilə götürüb, Balakən rayonu Tülü kəndində yaşadığı evə gəlmək qərarına gəldiyini bildirmişdir. Yəni nəzarətə götürüldüyü Balakən rayonu Qazma kəndində olan və nəzarətə götürülən atası evini tərk etmişdir. Sonra isə Təqsirləndirilən şəxs özbaşına yaşadığı ünvanı tərk etməsi haqda Balakən MRX-ya məlumat verilmiş və Təqsirləndirilən şəxs həmin əraziyə təcili yardım avtomobili ilə gələn X15 xidməti əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da Yüzbaşıyev Həmid Əli oğlunun ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. Ölkə ərazisində elan edilmiş Covid-19 xəstəliyinin yayılmasına qarşı mübarizə sahəsində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayonu ərazisində bir sıra tədbirlər keçirilmişdir. Rayon ərazisində ictimai yerlərdə qoruyucu maskadan istifadə etməyən və digər karantin qaydalarını pozan vətəndaşlarla izahat işləri aparılmış və həmin qaydaları pozan şəxslər barədə müvafiq inzibati tədbirlər görülmüşdür. Həmçinin tərəflərindən Covid-19 virusuna yoluxaraq, evdə karantin şəraitində 14 gün müddətində izolyasiya olunaraq, ev şəraitində mualicə olunan şəxslərin yaşadıqları evlərindən küçəyə çıxaraq xəstəliyin digər vətəndaşlara yoluxma riskini artıra bilmələrinin qarşısını almaq məqsədilə yoluxmuş və evdə mualicə olunan şəxslərin yaşadıqları mənzili tərk edib-etməmələri yoxlanılaraq tərəflərindən nəzarət edilmişdir. Balakən rayonu ərazisində olan Covid 19 virusuna yoluxaraq ev şəraitində karantinə alınmış aktiv xəstələrin siyahısı Balakən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarına da verildiyindən, saxlanılan sürücülərin şəxsiyyətini həmin siyahıda aktiv xəstə olan şəxslərin siyahısı ilə eyniləşdirməklə yoxlamışlar. 03.04.2021-ci il tarixdə Balakən RPŞ-nin DYPB-nin inspektoru Şahid5lə “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət apardıqları zaman VAZ 2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə karantin nəzarətinə götürülmüş xəstə Təqsirləndirilən şəxs nəzarətə götürüldüyü ünvanı özbaşına tərk etməsi, Balakən rayonu Qazma kəndindən Balakən rayonu Tülü kəndinə gəlməsi və həmin avtomobilin saxlanması barədə rayon polis şöbəsinin növbətçi hissəsindən məlumat daxil olmuşdur. Daha sonra isə o və xidməti avtomobili idarə edən Balakən RPŞ-nin YPX-nin inspektoru Şahid5 Balakən rayonu Tülü kəndi istiqamətində asfalt yolla Vaz 2106 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin gəldiyini görmüşlər. Avtomobil Şahid5 tərəfindən saxlanılmış və həmin vaxt hadisə yerinə gələn əməliyyat-istintaq qrupunun üzvlərinə təhvil verilmişdir. Onlar isə xidmətlərini davam etdirmək üçün hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid5 da Şahid4 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, halhazırda ailəsi ilə birlikdə Balakən rayonu Talalar kəndində yaşayır. Balakən RMX-nin Balakən rayonu Qazma kənd həkim tibbi məntəqəsində ailə həkimi işləyir. 03.04.2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs Covid 19 analizi pozitiv çıxmış və o, ev şəraitində müalicə nəzarətinə götürülmüşdür. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs ona karantin nəzarətinə götürüldüyü Balakən rayonu Qazma kəndində yerləşən atası Arif Eminovun evini icazəsiz olaraq tərk etdiyi üçün Balakən rayonu Tülü kəndində polis əməkdaşları tərəfindən aşkar edilərək, saxlanılmışdır. Təqsirləndirilən şəxs karantin nəzarəti müddəti 03 parel 2021-ci il tarixdən 17.04.2021-ci il tarixədək davam etmiş, həmin şəxs 17.04.2021-ci il tarixdə karantin müddətindən azad edilmişdir.Tülü kəndi üzrə Covid 19 testi pozitiv çıxmış Təqsirləndirilən şəxs xəstə olduğundan 03.04.2021-ci il tarixdən 17.04.2021-ci il tarixədək o, nəzarət etmişdir. O, hər gün telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Arifəyə karantinlə bağlı məhdudiyyətlər, o cümlədən 14 gün ərzində küçəyə çıxmaması, başqa şəxslərlə təmasda olmaması, yalnız 17.04.2021-ci il tarixdən sonra karantin müddətindən azad edilmə barədə mobil telefonuna sms gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşayır. Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 2 azyaşlı övladları vardır. Onun özü fərdi əməklə, kənd təsərrüfatı işləri ilə məşğul olur. Həyat yoldaşı Təqsirləndirilən şəxs isə evdar qadındır. Heç yerdə işləmir. Yoldaşı Təqsirləndirilən şəxs 26 mart 2021-ci ildə Balakən rayonu Tülü kəndində birlikdə yaşadıqları evdə özünü narahat hiss etmiş, xəstə olmuş və buna görə də Balakən rayonu Qazma kəndində yerləşən atası evinə getmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yerləşən atası Arif Eminovun evində qaynatası Arif Eminov, qaynanası Güləbəstə Eminova və qaynı Müşfiq Eminov yaşayır. Həyat yoldaşı Təqsirləndirilən şəxs özünü soyuqlamış, halsız hiss etdiyini ona mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir. Buna görə də yoldaşı özündə dərin öskürək olduğuna görə Covid 19 virusuna yoluxub-yoluxmadığını müəyyən etmək məqsədi ilə 30 mart 2021-ci ildə Balakən Rayon Mərkəzi Xəstəxanasına gedərək, Covid 19 virusunun olubolmamasını müəyyən etmək məqsədi ilə burnundan yaxma götürülməklə analiz vermişdir. 03 aprel 2021-ci ildə isə yoldaşı onun mobil telefonuna zəng edərək, özündə Covid 19 virusunun aşkarlandığını və ona Qazma kəndində yerləşən atası Arif Eminovun evində qala bilməycəyini və yaşadıqları evə Tülü kəndinə getməli olduğunu bildirmişdir. Həmçinin Arifə ona, gəlib onu Qazma kəndində olan atası evindən götürüb, Balakən rayon Tülü kəndində birgə yaşadıqları evə aparmasını bildirmişdir. Bundan sonra o, idarə etdiyi Vaz 2106 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən rayonu Qazma kəndinə getmişdir. Orada yoldaşı və iki azayaşlı övladı avtomobilin arxa oturacağına əyləşmişlər. Sonra isə o, Balakən rayonu Tülü kəndinə yaşadıqları evə tərəf hərəkət etməyə başlamışdır. Balakən rayonu Tülü kəndi ərazisində yaşadıqları evin qarşısına çatdıqda asfalt yolda onun idarə etdiyi avtomobili Balakən RPŞ-nin yol patrul xidmətinin əməkdaşları saxlamışlar. Həmin vaxt isə Balakən RPŞ-nin digər əməkdaşları gəlmişlər. Sonra isə xüsusi geyimdə müstəntiq və polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq, avtomobilin arxa oturacağında əyləşən yoldaşı Təqsirləndirilən şəxs avtomobildən düşməsini xahiş etmişlər. Yoldaşı avtomobildən düşmüş və şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir.Həmin vaxt və sonradan yoldaşı ona dedikdən sonra ona məlum olmuşdur ki, yoldaşı Təqsirləndirilən şəxs Covid 19 virusu aşkarlandıqda ona həkim mikrobioloq zəng edərək, karantin nəzarətinə götürüldüyünü və nəzarətə götürüldüyü Qazma kəndində yerləşən atası evini tərk etməməyi və tərk edəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə biləcəyini demişdir. Onun isə bundan xəbəri olmamışdır. Həkimin isə yoldaşı Arifəyə müvafiq tapşırıqları olmuşdur.Müstəntiq tərəfindən hadisə yerində müvafiq baxış protokolu tərtib edilmiş, həmçinin müstəntiq tərəfindən yoldaşı Təqsirləndirilən şəxs mobil telefonuna da baxış keçirilmişdir. Sonra isə Balakən Rayon Mərkəzi Xəstəxanasının işçlərini dəvət etmiş və onları həkimlərin müşayiəti altında Tülü kəndində yaşadıqları evə yerləşdirmişlər. Həmin gündən sonra 14 gün ailə üzvləri ilə karantin rejimində qalmışlar.Həmin müddətdə də yoldaşı Təqsirləndirilən şəxs həkim nəzarətində olmuşdur. İş materiallarında olan diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 03.04.2021-ci il tarixli protokoldan görünür ki, 03.04.2021-ci il tarixdə saat 13:00-dan 13:25-dək keçiriən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Covid-19 virusuna görə verdiyi analizin nəticəsi pozitiv(+) olmuşdur. Təqsirləndirilən şəxs virusun onda aşkarlandığı vaxt, yəni 03.04.2021-ci il tarixdə Balakən rayonu Qazma kəndində atası Arif Eminovun evində olmuş və həmin evdə 14 gün müddətinə karantin nəzarətinə alınmışdır.Həkim tərəfindən ona yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq edilmiş, o isə əri Şahid6 idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağına iki azyaşlı övladı ilə birlikdə əyləşərək, Balakən rayonu Tülü kəndində yaşadığı evə gəlməyə başlamışdır. Şahid6 idarə etdiyi VAZ 2106 markalı avtomobil Balakən rayonu Tülü kəndində asfalt yolun kənarında Balakən RPŞ-nin DYPBnin inspektoru Şahid5 tərəfindən saxlanılmış, sonra isə polis əməkdaşları Balakən RPŞnin KTQ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən hadisə yerinə baxış keçirilərkən hadisə yerində Panasonic markalı videokamera ilə fasiləsiz videoçəkiliş aparılmışdır. Baxış zamanı Balakən RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 xüsusi geyimdə karantin rejimini pozmuş Təqsirləndirilən şəxs yaxınlaşaraq, avtomobilin arxa oturacağından düşməsini xahiş edilmiş, Təqsirləndirilən şəxs avtomobildən düşdükdə ondan şəxsiyyət vəsiqəsini təqdim etməsi xahiş edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yerləşən atası Arif Eminova məxsus evi nə üçün icazəsiz tərk etdiyini soruşduqda o, bildirmişdir ki, onda Covid-19 virusu aşkarlanmasından xəbərdardır. Həkim mobil telefon vasitəsi ilə, yəni evi tərk etməməsi barədə onu xəbərdar etmiş, lakin o, Balakən rayonu Qazma kəndində nəzarətə götürüldüyü atası Arif Eminova məxsus evdə qala bilmədiyini və ərinin avtomobili ilə Balakən rayonu Tülü kəndində yaşadığı evə gəlmək üçün Qazma kəndində olan atası evini tərk etdiyini bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs nəzarətə götürüldüyü ünvanı tərk etməsi haqda Balakən MRX-na məlumat verilmiş və əraziyə gələn X15 əməkdaşlarına Təqsirləndirilən şəxs təhvil verilmiş və X15 əməkdaşlarının müşaiyəti altında yaşadığı evə yerləşdirilmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Həmçinin də videoçəkiliş zamanı videoçəkilişin qeydə alındığı 01 ədəd videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən Rayon X7 Hüquqi Şəxsinin arayışından və xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Tahirova Arif qızında 03.04.2021-ci il tarixdə ona icra olunan PZR-müayinəsinin nəticəsinə əsasən Covid 19 pozitiv (+) aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən Rayon X7 Hüquqi Şəxsinin 23.06.2021-ci il tarixli, 126 №-li məktubunda göstərilmişdir ki, Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə Covid-19 virusuna görə analiz vermiş, 03.04.2021-ci il tarixdə analizini cavabı Pozitiv (+) olmuşdur. 03.04.2021-ci il tarixdən ev nəzarətinə götürülmüşdür. 17.04.2021-ci il tarixdən ev nəzarəti bitdiyi üçün nəzarətdən çıxarılmışdır. Xəstəyə Qazma KHM-nin həkimi Laləzar həkim nəzarət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 09.04.2021-ci il tarixli, 5 saylı arayışdan görünür ki, Tahirova Arifə Arif qızı məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, 25.10.2015-ci il tarixdə doğulmuş X3 və 15.01.2019-cu il tarixdə doğulmuş X4 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Balakən rayonu Qazma kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edərək Balakən rayonu Tülü kəndinə gələrkən polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Tahirova Arifə Arif qızı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs Tahirova Arifə Arif qızı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Həmin Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktoloji hallarının hüquqi dəyərləndirilməsi konteksində Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinin tələblərinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır, o, ilk dəfədir ki, cinayət əməli törədir və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hüquq pozuntuları törətməmiş, hər hansı antisosial davranışa yol verməmişdir. İlk dəfə cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antososial yönümün model davranışa çevrilmədiyini göstərir. Onun cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə o cümlədən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusanda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl iki cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə digər şəxslərin sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, göstərilən eyni hallar konteksində Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsipləri; törədilən əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, əməlinə adekvatlığı nöqteyi-nəzərindən şübhə yoxdur ki, Təqsirləndirilən şəxs üçün ağır məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Balakən Balakən rayonu Qazma kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edərək Balakən rayonu Tülü kəndinə gələrkən polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:... 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edərək Balakən rayonu Tülü kəndinə gələrkən polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-78/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-78/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver