Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-78/2022 27.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1972-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zaqatala şəhəri, Ə.Rəcəbli küçəsi ev 1-də yaşayan və barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə təxminən saat 00:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci kilometrliyində idarə etdiyi Hyundai İX-35 markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə 60-70 km/saat sürətlə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun solundan sağına keçən piyada X4 avtomobilin qarşı sol qanad hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Eyvaz Abdulhəmidova ağır açıq kəllə-beyin travması, başının yuxarı orta alın nahiyyəsində ön orta təpəyə keçib ənsənin yuxarısında qurtaran geniş ölçülü yara, alıntəpə-ənsə sümüklərinin çox qəlpəli yerdəyişməli sınıqları, baş beynin sərt və yumşaq qişalarında əzilib- cırılmalar, alnında, sağ dizin ön səthində, sağ baldırın ön səthində sıyrıqlar, qarının ön səthində sıyrıq, sol baldırın orta 1/3-də qapalı-qəlpəli yerdəyişməli sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi Hyundai İX-35 markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən B dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar idarə etdiyi “Hyundai İX- 35” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərində yaşayan qudasıgilə qonaq getmiş və işini bitirdikdən sonra “Hyundai İX-35” markalı avtomobili Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində təxminən 60-70 km/saat sürət ilə hərəkət etdirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də piyada, sonradan adını bildiyi X6 qəflətən, təxminən 10 metrlikdən yolun solundan sağına doğru adi yerişlə keçərək idarə etdiyi “Hyundai İX-35” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. O, hadisənin qarşısını almaq istəsə də buna imkan tapa bilməmiş və məsafə yaxın olduğundan idarə etdiyi “Hyundai İX-35” markalı avtomobilin qarşı sol fara və qanad hissəsi ilə piyada Eyvaz Abdulhəmidovu vurmuş və piyada Eyvaz Abdulhəmidov yolun soluna asfalta düşmüşdür. Bundan sonra o, avtomobili saxlayıb piyada X5 tərəf getmiş və Eyvaz Abdulhəmidovun aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü görmüşdür. Buna görə o, tez təcili tibbi yardıma zəng etmiş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını X12 rayon Mərkəzi xəstəxanasına aparmışdır.O,həmçinin BDYPİnin 5-ci tağım üzrə inspektoru Şahid3 zəng edərək hadisə barədə məlumat vermişdir. O, hadisə yerində qalıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və hadisə barədə tərtib edilmiş protokol və sxem ilə tanış olduqdan sonra imzası ilə imza etmişdir. Əməlindən çox peşimandır.O, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmış, onlara dəymiş zərər və ziyanı tam ödəmişdir. Zərər çəkmiş şəxsin hüquq varisinin ondan heç bir şikayəti və tələbi yoxdur. Onun üç uşağı var, uşaqları yetkinlik yaşına çatsalar da ailəyə yeganə qazanc gətirən şəxs odur. Qeyd etdiklərini nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum qardaşı X6 ailədə dördüncü övlad olmuşdur, 2016-cı ildə arvadı rəhmətə getdiyindən Eyvaz Abdulhəmidova və onun yetkinlik yaşına çatmayan övladına o,baxmışdır. X3 övladı xəstə olduğundan onunla yaşayır. Eyvaz Abdulhəmidov hər gün yaşadığı ünvanda yemək yedikdən sonra gecələr öz evində tək qalır. xx.xx.2022ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı ünvanda olarkən ona qardaşı X3 Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də yol-nəqliyyat hadisəsinə düşərək Balakən rayon Mərkəzi xəstəxanasına daxil olması barədə məlumat verilmişdir. Bundan sonra o, Balakən RMX-na getmiş və xəstəxanada ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX-35” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən yolun solundan sağına keçən piyada qardaşı X4 vurmuş,nəticədə qardaşı Eyvaz Abdulhəmidov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. O, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs onlara dəymiş zərər və ziyanı tam ödəmişdir.Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirlən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Balakən şəhərindən yaşadığı Balakən rayonunun Katex kəndinə qayıdarkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüşdür.Bundan sonra o, hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşıb, hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX-35” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən yolun solundan sağına keçən piyada X4 vurmuş, nəticədə Eyvaz Abdulhəmidov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xususatları təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır.xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. O, həmin məlumata əsasən qeyd olunan əraziyə getmiş, həmin vaxt orada ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 141-ci km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX-35” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən yolun solundan sağına keçən piyada X4 vurmuş, nəticədə Eyvaz Abdulhəmidov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. İşin 28-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AE 731285 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə verilmiş B dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2028ci ilə kimidir. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-tibbi ekspertin xx.xx.2022-ci il tarixli 03 №-li rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı meyitində aşkar edilmiş xəsarətlər: 1.Ağır açıq kəllə-beyin travması, başının yuxarı orta alın nahiyyəsində, ön orta təpəyə keçib ənsənin yuxarısında qurtaran geniş ölçülü yara, alın-təpə-ənsə sümüklərinin çox qəlpəli yerdəyişməli sınıqları, baş beynin sərt və yumşaq qişalarında əzilib-cırılmalar, alınında, sağ dizin ön səthində, sağ baldırın ön səthində sıyırıqlar, qarının ön səthində sıyırıq, sol baldırın orta 1/3-də qapalı- qəlpəli yerdəyişməli sınıqdır. 2.Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk küt (əşyanın) əşyaların dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi zaman hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə, həyatla bir araya sığmayan xəsarətlər olduqlarına görə onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. 3.X1 ölümünün səbəbi xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alın-təpə-ənsə sümüklərinin açıq çox qəlpəli yerdəyişməli sınıqları, baş beynin sərt və yumşaq qişalarında kobud əzilib-cırılmalar, baş beyində ödem, olmuşdur. 4.X1 ölümü meyitin müayinəsindən 8-10 saat əvvəl baş verməyə uyğun gəlir. İşin 80-83-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 07 iyun 2022-ci il tarixli 8/1332 №-li rəyində göstərilmişdir ki:
1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Hyundai İX-35” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2022-ci il tarixli 016- 23574-1222 nömrəli məktubundan görünür ki, Qİİ-nin uçot bazasında xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AE 73285 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşin 57-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlər- Şahid2, Şahid1 və Şahid3 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etməsi iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, qadın olmasını, ali təhsilli mütəxəssis olmasını,məhkumluğunun olmamasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, törədilmiş cinayətə görə daha ciddi cəza həddinin təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan “Hyundai İX-35” markalı 99 MR-603 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün mülkiyyətçisi olan Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan “Hyundai İX-35” markalı 99 MR-603 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün mülkiyyətçisi - Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Hümbət Səlimov