Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-78/2023 04.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Shukhratovichin iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxx 1988-ci il tarixdə Özbəkistan Respublikasının Buxara şəhərində doğulmuş, Özbəkistan Respublikasının vətəndaşı orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşaq olan, fərdi sürücülük fəaliyyəti ilə məşğul olmuş, Özbəkistan Respublikası, Buxara şəhəri, Rijdivan küçəsi, ev 250 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Shukhratovichin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs Shukhratovich 8 aprel 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda olarkən istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,21 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 0,06 qram, 0,1 qram və 0,05 qram olmaqla, 3 ədəd siqaret dənəsinin içərisindəki tütünlə qarışdıraraq üzərində olan gödəkcənin sağ içəri cibində, “Kent” göstəricili siqaret qutusunda saxlayıb 8 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonunun inzibati ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin gün saat 18 radələrində üzərində gömrük əməkdaşları tərəfindən tətbiq edilmiş gömrük yoxlaması zamanı qeyd olunan narkotik vasitə saxladığı yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Shukhratovichin sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Shukhratovich ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ildən sürücü kimi fəaliyyət göstərir. 2022–2023-cü illərdə 2 dəfə, Türkiyə Respublikasından Özbəkistan Respublikasına yük daşıyan zaman Azərbaycan Respublikası ərazisindən tranzit keçmişdir. 2023-cü ilin mart ayında etibarnamə əsasında idarə etdiyi “MAN” markalı, 01F861YB/109153AA dövlət qeydiyyat nişanlı yük avtomobilinə Türkiyə Respublikasının İstanbul şəhərində “tekstil” yükü yüklənmişdir. xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən tır parkında olarkən idarə etdiyi yük avtomobilinin təmirə ehtiyacı olan hissələrini düzəldən zaman tanımadığı velosiped sürən 1 nəfər şəxs ona yaxınlaşaraq naringi satdığını bildirmiş və ona almağı təklif etmişdir. Həmin şəxsə istəmədiyini bildirmişdir. Bundan sonra həmin şəxs cibindən kiçik bir bağlama çıxartmış və onu almağı təklif etmişdir. Bağlamada nə olduğunu soruşmuş və həmin şəxs də gözəl şey olduğunu, istifadə edən zaman adamın əhvalını yüksəltdiyini və kefini yaxşı etdiyini bildirmişdir. Ona da maraqlı gəldiyi üçün neçəyə satdığını soruşmuş, həmin bağlamanı 100 Gürcü larisinə satdığını bildirmişdir. Həmin şəxsə o qədər pulu olmadığını bildirdikdə, 10 lariyə həmin maddədən az miqdarda verə biləcəyini dediyi üçün 10 lari verib həmin maddədən az miqdarda almışdır. Bundan sonra yenə də nəqliyyat vasitəsinin təmir işi ilə məşğul olmuş, işlərini bitirdikdən sonra aldığı kiçik bağlamanı açmış və içərisində qurudulmuş ot olduğunu görmüşdür. Bundan sonra öz çəkdiyi “Kent” markalı siqaretlərdən 3 ədədinin içərisini boşaldıb velosipedli adamdan aldığı otlarla qarışdırmışdır. Bundan sonra həmin qarışımı yenidən həmin 3 ədəd siqaret gilizinə dolduraraq siqaretin qutusuna qoymuş və bundan sonra tır parkından çıxıb yola davam etmişdir. xx.xx.2023-cü il tarixdə 16-17 radələrində idarə etdiyi “MAN” markalı, 01F861YB/109153AA dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə “Mazımqara” gömrük postuna daxil olmuşdur. Burada gömrük işçisi ona yaxınlaşaraq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində olan malları gömrük nəzarətinə bəyan etməsini təklif etmişdir. Üzərində və nəqliyyat vasitəsində bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı, gömrük işçisi tərəfindən nəqliyyat vasitəmin kabinasında əl əyləcinin ön tərəfinin plastmas örtüyü çıxarılmış və oradan 1 ədəd qara sellofan paket aşkar edilərək həmin paketin içərisinə baxış keçirilmişdir. Nəticədə paketin içərisində 9 ədəd balaca sellofan paketdə nasvay aşkar olunmuşdur. Nasvay tütün kimi bir şeydir və Özbəkistanda çox məşhurdur. Özbəklər siqaret əvəzinə həmin maddədən istifadə edirlər. Bu, həm təbiidir, həm də siqaretlə müqayisədə çox ucuzdur. Nasvayı müntəzəm olaraq özü istifadə etmiş və Türkiyəyə getməzdən əvvəl Özbəkistan Respublikasının Buxara şəhərindəki bazardan almışdır. Türkiyəyə gedib-qayıtması uzun müddət çəkəcəyi üçün Özbəkistana qayıdana qədər çatsın deyə çox miqdarda almışdır. Bundan sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilmiş və aşkar edilmiş nasvay paketləri götürülmüşdür. Bundan sonra gömrük əməkdaşı onu otağa dəvət etmiş və üzərində şəxsi yoxlama keçiriləcəyini bildirmişdir. Şəxsi yoxlamaya başlamazdan əvvəl ona üzərində olan əşyaları çıxarıb təqdim etməyini bildirmiş və üzərində olan pul vəsaitlərini, mobil telefonunu, plastik pul kartını və əynindəki gödəkcənin içəri, sağ cibindəki “Kent” markalı siqareti çıxarıb təqdim etmişdir. Bundan sonra gömrük işçisi üzərini və əynindəki paltarların ciblərini yoxlamağa başlamışdır. Yoxlama bitdikdən sonra təqdim etdiyi siqaretin qutusunu açaraq içərisinə baxış keçirilmiş və bu zaman gömrük işçisi tərəfindən Gürcüstanın Batumi şəhərində alıb siqaret tütünü ilə qarışdıraraq həmin siqaret gilizlərinə doldurduğu 3 ədəd siqaret dənəsi aşkar edilmişdir. Gömrük işçisi ondan onların və içərisindəki bitkinin nə olduğunu soruşmuş, içərisindəki qurudulmuş bitkinin nə olduğunu bilmədiyini demiş, lakin Batumi şəhərində onları satan şəxsin həmin qurudulmuş bitkinin əhvalı yüksəldən və kefi kökəldən şey olduğunu bildirdiyini demişdir. Bundan sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilərək həmin siqaret dənələri götürülmüşdür. 08 aprel 2023-ci il tarixdə, saat 18 radələrində tətbiq edilmiş gömrük yoxlaması zamanı üzərindən götürülmüş siqaret dənələrinin içərisindəki maddələr qurudulmuş marixuana və tütün olmuşdur. Qurudulmuş marixuananın qadağan edilmiş vasitə olduğunu bilmədiyi üçün gömrük əməkdaşlarına əvvəlcədən məlumat verməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Onun himayəsində iki azyaşlı uşağı vardır. Onlardan biri xəstədir və daim müalicəyə ehtiyacı vardır. Ailəsində yeganə qazanc gətirən şəxs odur. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi Maliyyə-İqtisad şöbəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna təhkim edilmiş inspektoru Şahid1 ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixdə iş bölgüsünə əsasən postun yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Gürcüstandan Azərbaycan Respublikasına gələn avtomobillərə gömrük nəzarətini həyata keçirən zaman, nahar fasiləsindən sonra, saat 16- 17 radələrində əvvəllər tanımadığı şəxs idarə etdiyi “MAN” markalı yük avtomobili ilə gömrük nəzarəti zonasına daxil olub pasportunu və avtomobilinə aid sənədləri ona təqdim etmişdir. Sənədlərinə nəzər yetirdikdə sürücünün Özbəkistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması və idarə etdiyi avtomobildə tekstil yükü daşıması, malın təyinat nöqtəsinin Özbəkistan Respublikası olması məlum olmuşdur. Avtomobilə baxış keçirmək qərarına gəlmiş, baxış başlamazdan əvvəl Təqsirləndirilən şəxs avtomobilində və ya üzərində qanunla qadağan edilmiş, bəyan edilməli olan hər hansı bir predmet olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da üzərində və avtomobilində qadağan edilmiş, bəyan olunmalı hər hansı bir əşya olmadığını demişdir. İlk öncə video çəkiliş aparmaqla yük avtomobilini əsaslı yoxlamış, yoxlama nəticəsində avtomobilin salonundan bitki tərkibli maddələr aşkar olunmuşdur. Həmin maddənin narkotik vasitə ola biləcəyini ehtimal edib götürərək qablaşdırmışdır. Yoxlama davam etdirilsə də, avtomobildən hər hansı bir başqa şübhəli predmet aşkar olunmamışdır. Daha sonra şəxsin üzərində narkotik vasitə ola biləcəyindən şübhələndiyi üçün üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. Yoxlama məqsədilə ilk əvvəl hal şahidlərini dəvət edib onlara hüquq və vəzifələrini izah etdikdən sonra, baxış başlamazdan əvvəl bir daha Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığını soruşmuş, o isə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı sürücü əynindəki gödəkcənin içəri sağ cibindəki “Kent” markalı siqareti çıxarıb stolun üzərinə qoymuşdur. “Kent” markalı siqaretin qapağını açarkən içərisindən, tütünlə qarışdırılmış halda marixuanaya oxşar bitki kütləsi doldurulmuş, sonluğu bükülmüş formada üç siqaret dənəsi aşkar etmişdir. İlkin olaraq şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs siqaret dənəsinin içərisində nə olduğunu soruşduqda həmin maddələrin tütün və qurudulmuş marixuana olduğunu bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən aşkar edilmiş siqaret dənələri, həmçinin siqaretin qutusu da tərəfindən götürülmüşdür. Həm avtomobilə, həm də şəxsin üzərinə keçirilmiş baxış barədə protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs cibində olan “Kent” markalı siqaret qutusunu stolun üstünə qoysa da, üzərində narkotik vasitə olması ilə bağlı əvvəlcədən heç nə deməmiş, sadəcə cibindəki predmet kimi siqaret qutusunu stolun üstünə qoymuş, keçirdiyi gömrük baxışı zamanı siqaret qutusunun içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə “Mazımqara” gömrük postunda fəhləlik edir. 8 aprel 2023-cü il tarixdə, saat 17 radələrində bir nəfər gömrük işçisi ona və iş yoldaşı Tinova yaxınlaşıb özünü təqdim edərək Gürcüstandan Azərbaycan Respublikasına gələn Özbəkistan Respublikası vətəndaşının üzərində keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Hal şahidi kimi onlara hüquq və vəzifələri izah edildikdən sonra Munis adlı şəxsin üzərinə keçirilmiş baxış zamanı şəxsin cibində olan “Kent” markalı siqaret qutusunun içərisindəki 3 siqaret dənəsinin ucunun büküldüyü müəyyən edilmiş, həmin siqaretlər açıldıqda içərisində tütündən başqa da bitki mənşəli kütlə olduğu məlum olmuşdur. Sonradan baxış davam etdirilsə də, şəxsin üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra aşkar edilmiş siqaret dənələri gömrük əməkdaşı tərəfindən götürülmüşdür. İşin 26-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 08 aprel 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra şəxsi yoxlama zamanı sürücü əynindəki gödəkcənin içəri, sağ cibindəki “Kent” markalı siqareti çıxarıb stolun üzərinə qoymuş, “Kent” markalı siqaretin qapağını açarkən içərisindən, tütünlə qarışdırılmış halda marixuanaya oxşar bitki kütləsi doldurulmuş, sonluğu bükülmüş formada üç ədəd siqaret dənəsi aşkar olunmuşdur. “Kent” markalı siqaretin içərisindən aşkar olunan tütünlə qarışdırılmış halda marixuanaya oxşar bitki kütləsi doldurulmuş 3 ədəd siqaret dənəsi “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və ümumi çəkisinin təxminən 2 qram olduğu müəyyən olunmuşdur. İşin 71-72-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şəki regional bölməsi tərəfindən verilmiş 9 aprel 2023-cü il tarixli, 17/332 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Shukhratovichdən götürülərək tədqiqata təqdim edilmiş 3 ədəd siqaret dənəsinin içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,06 qram, 0,1 qram və 0,05 qram, ümumi çəkisi 0,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, aparılmış tədqiqatdan sonra qalıq çəkisi 0,15 qram təşkil edir. İşin 168-169-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 daxil olmuş 17 aprel 2023-cü il tarixli, 2261 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi ilə Təqsirləndirilən şəxs Shukhratovichdə kannabinoidlərdən istifadə etmə hallarının olması, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. İşin 76-77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi 9 aprel 2023-cü il tarixli haqqında protokolla Təqsirləndirilən şəxs Shukhratovichin Azərbaycan Respublikasına 2022-ci ildə 2 dəfə səfər etməsi, 8 aprel 2023-cü il tarixdə saat 16:50-də idarə etdiyi “MAN” markalı, 01F861YB dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan istifadə etməklə Gürcüstandan Azərbaycan Respublikası ərazisinə daxil olması, avtomobilə keçirilmiş baxış zamanı gödəkcəsinin cibindən qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İşin 155-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 28 aprel 2023-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Təqsirləndirilən şəxs Shukhratovichdən götürülmüş 0,21 qram (qalıq çəki: 0,15 qram) qurudulmuş marixuana narkotik vasitəsi və həmin vasitənin gizlədildiyi “Kent” markalı siqaret qutusu cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və sadalanan predmetlər şəxsin idarə etdiyi avtomobildən götürülmüş, aparılmış tədqiqatdan sonra 257,12 qram qalan narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılır. İşin 154-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Shukhratovich əvvəllər məhkum olunmamışdır. İşin 45-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 08 aprel 2023-cü il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs Shukhratovich şübhəli şəxs qismində tutulmuşdur. İşin 132-135-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Shukhratovich barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin 172-ci vərəqəsində olan Özbəkistan Respublikası, Buxara vilayəti Gijduvan VVAQ idarəsi tərəfindən 28 oktyabr 2010-cu il tarixdə verilmiş İ-BH seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X7 arasında 28 oktyabr 20102cu il tarixdə nikah bağlanmışdır, nikah bağlanandan sonra arvada İsmatova soyadı verilmişdir. İşin 174-cü vərəqəsində olan Özbəkistan Respublikası, Buxara vilayəti Gijduvan VVAQ idarəsi tərəfindən 19 yanvar 2011-ci il tarixdə verilmiş İ-BH seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X8 xx.xx.2011-ci ildə doğulmuş, atası X12, anası X7 qeyd edilmişdir. İşin 176-üı vərəqəsində olan Özbəkistan, Buxara vilayəti Gijduvan VVAQ idarəsi tərəfindən 11 fevral 2016-cı il tarixdə verilmiş İ-BH seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə doğulumuş, atası X12, anası X7 qeyd edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Shukhratovichin ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Shukhratovich 8 aprel 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda olarkən istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,21 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 0,06 qram, 0,1 qram və 0,05 qram olmaqla, 3 ədəd siqaret dənəsinin içərisindəki tütünlə qarışdıraraq üzərində olan gödəkcənin sağ içəri cibində, “Kent” göstəricili siqaret qutusunda saxlayıb 8 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonunun inzibati ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin gün saat 18 radələrində üzərində gömrük əməkdaşları tərəfindən tətbiq edilmiş gömrük yoxlaması zamanı qeyd olunan narkotik vasitə saxladığı yerdən aşkar edilərək götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların,Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Shukhratovich Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Shukhratovichin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Shukhratovichin əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Shukhratovich istintaqın ilk günündən cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bu isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs Shukhratovichin əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Shukhratovichin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Shukhratovichə cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq, həmçinin həmin halların məcmusunu müstəsna hal hesab edərək BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları ) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə Təqsirləndirilən şəxs Shukhratovichin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bu xüsusda məhkəmə qeyd edir ki, cəzanı yüngülləşdirən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bu xüsusda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs Shukhratovichin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs Shukhratovich məhkəmədə verdiyi ifadəsində onda olan narkotik vasitənin cinayət məsuliyyəti yaratmasının bilmədiyindən həmin narkotik vasitəni tütünə qataraq cibində saxlamışdır. Bu xüsusda onun öz düşüncəsinə görə həmin qanunsuz əməli, yəni cinayəti törətmək motivi və məqsədi olmamışdır. Onun əvvəllər cinayət əməli törətməməsi də bu qənaəti daha da gücləndirir. Cinayət əməli törətdikdən sonra Təqsirləndirilən şəxs Shukhratovich ibtidai istintaq və məhkəmə istintaqı zamanı öz təqsirini boynuna alaraq, cinayət əməli törətməsindən peşman olduğunu bildirmiş, ibtidai istintaq zamanı və məhkəmə istintaqında etirafedici ifadələr vermiş, işin araşdırılmasına heç bir formada maneçilik törətməmişdir.Göstərilənlər təqsirləndirilən şəxsin cinayət törədərkən və cinayət törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışına dəlalət etməklə, bu davranışı müstəsna hal kimi qiymətləndirməyə tam əsas verir. O da qeyd edilməlidir ki, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə sihayısına əsasən qurudulmuş marixuananın qanunsuz əldə edilməsi, saxlanması və daşınmasına görə cinayət məsuliyyətinin yaranması üçün həmin qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmin 5 qramdan aşağı miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınması cinayət məsuliyyəti deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaradır və həmçinin İXM-nin 206-cı maddəsində inzibati həbslə yanaşı inzibati cərimə növündə inzibati tənbeh də nəzərdə tutulmuşdur. Belə olan halda ilk dəfə cinayət əməli törədən və şəxsi istehlak miqdarından 23 dəfə az miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilən şəxsin 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi törədilmiş hazırki cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, ailəsinin həyat şəraitinə və sair qanunda göstərilən hallara, o cümlədən cəzanın fərdiliyi, humanizm və ədalət prinsiplərinə zidd olmaqla qeyri-humanist və qeyri-ədalətli cəza olardı. Bu xüsusda məhkəmə, Təqsirləndirilən şəxs Shukhratovichə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi cinayət məsuliyyətinin və cəzanın reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona müstəsna hal kimi yüngül cəza təyin edilir. Bu, məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə nəzərə çatdırır ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsinin tətbiq edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Shukhratovich haqqında Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onun cərimə cəzasına məhkum edilməsi tamamilə qanunauyğun və ədalətlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Shukhratovichin barəsində cərimə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs Shukhratovich yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs Shukhratovichvən tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Təqsirləndirilən şəxs Shukhratovichin üzərindən aşkar edilərək götürülmüş, aparılmış tədqiqatdan sonra 0,15 qram qalan qurudulmuş marixuana narkotik vasitəsi və həmin vasitənin gizlədildiyi “Kent” markalı siqaret qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan Təqsirləndirilən şəxs Shukhratovichə məxsus 1 ədəd qara rəngli mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Shukhratovichə qaytarılmalıdır. Təqsirləndirilən şəxs Shukhratovich Özbəkistan Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Shukhratovichin , sürücü işləməsini, təyin ediləcək əlavə cəzanın onun ailə şəraitinə təsirini, ona cərimə cəzasının cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs Shukhratovichin hüquqlarının müdafiəsinə 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Shukhratovichə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil - Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Shukhratovich Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 08 aprel 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2(iki ) ay 26 (iyirmi altı) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1600 (bir min altı yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Shukhratovich ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Shukhratovich barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Shukhratovich yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.Onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşadığı Özbəkistan Respublikası, Buxara şəhər xəstəxanasına göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs Shukhratovichdən tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Təqsirləndirilən şəxs Shukhratovichin üzərindən aşkar edilərək götürülmüş, aparılmış tədqiqatdan sonra 0,15 qram qalan qurudulmuş marixuana narkotik vasitəsi və həmin vasitənin gizlədildiyi “Kent” markalı siqaret qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş materiallarında saxlanılan, Təqsirləndirilən şəxs Shukhratovichə məxsus 1 ədəd qara rəngli mobil telefon, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Shukhratovichə qaytarılsın. Təqsirləndirilən şəxs Shukhratovichə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 80(səksən ) manat tutulub tərcüməçi X2 ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-78/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-78/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver