Məhkəmə qərarları › İş №1(019)-78/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-78/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-78/2024 18.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1979-cu il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı-Balakən marşrut xəttində kassir işləyən, məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 11 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı X12 Bakı-Balakən(Qabaqçöl) avtobus marşrut xətti alacağına dair yalandan vəd verib aldadaraq Sucəddin Əliyevin 2020-ci ilin əvvəllərində istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və saatda Balakən rayonu Tülü kəndi ərazisində əlbəəl verdiyi 3000 manat məbləğində pulu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirərək zərərçəkmiş şəxs X12 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Bakı-Balakən(Qabaqçöl) avtobus marşrut xətti alacağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2020-ci ilin əvvəllərində istintaqla dəqiq müəyyən edilə bilməyən tarixlərdə və saatlarda Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində özünə məxsus olan mikroavtobusda əlbəəl verdiyi ayrı-ayrılıqda 1500 manat və 3000 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində pulu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirərək Zərərçəkmiş şəxs2 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs1 oğlu-X1 Balakən rayon İcra Hakimiyyətinin Hənifə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “ASAN” Xidmət Mərkəzinin yaxınlığında əlbəəl verdiyi 1000 manat məbləğində və xx.xx.2023-cü il tarixdə sonuncunun bacısı oğlu Şahid2 vasitəsi ilə göndərərək Balakən rayon Avtovağzalında verdiyi 3000 manat məbləğində olmaqla ümumilikdə 4000 manat pulunu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirərək Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs3 sonuncuya məxsus olan torpaq sahəsinə çıxarış alacağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “ASAN” Xidmət Mərkəzinin yaxınlığında əlbəəl verdiyi 800 manat məbləğində pulunu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirərək Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayında Balakən rayonu Gərəkli kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və onlar Balakən “ASAN” Xidmət Mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Ximisətin oğlu Orxan da yanında olmuşdur. Ximisət ona toy edəcəyini, iki oğlu olduğunu və buna görə də torpaq almaq istədiyini demişdir. O da Ximisətə ona və ailəsinə məxsus 0,2488 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsindən 4 sot olan hissəsini 4000 manata sata biləcəyini Ximisətə demiş və onlar razılaşmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə Balakən “ASAN” Xidmət Mərkəzinin yaxınlığında Ximisət 1000 manat vermiş, növbəti gün isə xx.xx.2023-cü il tarixdə Ximisətin bacısı oğlu Nail adlı şəxs də 3000 manat vermişdir. O, həmin pulu sonradan öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Ximisət ona işin nə yerdə olduğunu soruşduqda o, Ximisətə sənədləşmə işinin gecikdiyini demişdir. Lakin Ximisət ondan ya dərhal torpağı öz adına keçirməyini, ya da pulunu geri qaytarmağını demişdir. O da söz verdiyi 4 sot torpaq sahəsini tezliklə sənədləşdirə bilmədiyini, həmin verdikləri pulu qaytarmağını gözləməyi qarşılığında Ximisətə kömək edib onun oğlu- Şahid1ı Zaqatala rayonunda yerləşən mühafizə idarəsinə işə düzəlməsinə kömək edəcəyini və daha sonra isə Ximisətdən aldığı 4000 manat pulu geri qaytaracağını demişdir. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan gündə Ximisəti oğlu Orxanla birlikdə Zaqatala rayonuna aparıb Orxanı Sahib və Eynulla adlı şəxslərlə tanış edib həmin şəxslərin Orxanı işə düzəltməyə kömək edəcəyini demişdir. Orxan da üç ay işə hazırlıq üçün kursa getsə də sonda imtahandan keçə bilmədiyi üçün işə götürülməmişdir. 2020-ci ilin əvvəllərində əvvəlcədən tanıdığı Balakən şəhər sakini Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq Bakı- Balakən(Qabaqçöl) qəsəbəsi üzrə olan marşrut xəttində işləməyi xahiş etmiş, o da Rasimə müvəqqəti həmin reysdə işləməyini bildirmişdir. Rasim isə 15 gün həmin reysdə işləmiş və sonra həmin marşrut xəttini satmışdır. Bundan başqa 2024-cü ilin aprel ayının 05-də Balakən rayonu Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq 66 sot pay torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini öz adına sənədləşdirdiyini, lakin həmin torpaq sahəsinin çıxarışı olmadığına görə həmin torpaq sahəsindən istifadə edə bilmədiyini demiş və kömək etməsini xahiş etmişdir. O da Tofiqə yalandan qeyd etdiyi torpaq sahəsinə çıxarış almaqda kömək edəcəyini bildirmiş və bunun üçün 800 manat pul lazım olduğunu demişdir. Tofiq də onunla razılaşmış və qeyd etdiyi torpaq sahəsinə dair olan sənədləri və 800 manat pulu 2024-cü ilin aprel ayında dəqiq yadında qalmayan tarixdə Balakən rayonu “ASAN” Xidmət Mərkəzinin yanında əlbəəl ona vermişdir. O da pulu və sənədləri götürəndə Tofiqə yalandan 10 gün ərzində çıxarışı alacağını demiş və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. X13 tanıyır, Sucəddinə 3000 manata Bakı- Balakən avtobus marşrut xətti almağa kömək edəcəyinə söz vermişdir. Əməlindən peşimandır. O, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslərə vurduğu ümumi zərərin 25 faizi miqdarında da pulu dövlət büdcəsinə ödəmişdir. Ona görə də barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Şahid1 və X4 adlı iki oğlu vardır. 2023-cü ilin aprel ayında Balakən rayonu Mahamalar kəndində yaşayan İkramat adlı qadın ona Eyvaz adlı şəxsin insanları işə düzəltdiyini və ona da oğlunu işə düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. İkramatı isə o, əvvəldən rayon sakini kimi tanıyır. O da İkramata razılıq verib köməklik etməsini xahiş etmiş və bundan sonra o, Balakən “ASAN” Xidmət Mərkəzinin yaxınlığına gəlib sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə görüşmüşdür. Həmin vaxt oğlu Orxan da yanında olmuşdur. Orada Eyvaz ona Balakən rayonu Hənifə kənd icra nümayəndəsinin müavininin başqa işə gedəcəyini, həmin iş yerinin boşaldığını, həmin yerə digər oğlu Kurtayev Ramazanı işə düzəldə biləcəyini deyib söz vermişdir. Bunun qarşılığında isə 4000 manat pul verməli olduğunu demişdir. O da bundan sonra 2023-cü ilin iyun ayının əvvəlində bacısı oğlu Şahid2 zəng edərək Eyvaz adlı bir nəfər şəxsin oğlu Ramazanı işə düzəltməkdə köməklik edəcəyini, bunun üçün 3000 manat pul lazım olduğunu demiş və Nailin adına bankdan pul götürməyi xahiş etmişdir. Nail də ona bu barədə köməklik göstərəcəyini demişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Balakən “ASAN” Xidmət Mərkəzinin yaxınığında Təqsirləndirilən şəxs ilə görüşüb 1000 manat pulu əlbəəl Eyvaza vermiş, Eyvaz da əlavə 3000 manat da lazım olduğunu demişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə o, Nail ilə birlikdə Balakən şəhərində yerləşən “X10” adlı banka getmiş, orada Nail öz adına 3000 manat pul kredit götürüb ona vermişdir. O da oradan çıxdıqdan sonra Eyvaz ilə danışıb kredit götürdükləri 3000 manat pulu Nailə verib Eyvazla görüşərək Eyvaza verməyini xahiş etmiş, özü narahat olduğuna görə evə getmişdir. Nail də həmin gün Balakən şəhər Avtovağzalında Təqsirləndirilən şəxs ilə görüşüb onun verdiyi 3000 manatı Eyvaza vermişdir. Lakin Eyvaz pulu alsa da müxtəlif bəhanələr gətirib onları aldatmış və oğlu Ramazanı heç bir işə düzəltməmişdir. Bundan sonra onlar Eyvazdan pulunu geri istədikdə Eyvaz yenidən onları aldadaraq həmin verdiyi pula digər oğlu Şahid1ı Zaqatala rayonunda yerləşən mühafizə idarəsinə işə düzəldəcəyini demişdir. Lakin bundan sonra da Eyvaz müxtəlif bəhanələrlə yenə öz vədinə əməl etməyib onu aldatmışdır. Hətta 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan gündə Eyvaz oğlu Orxanla birlikdə Zaqatala rayonuna onları aparıb oğlu Orxanı Sahib və Eynulla adlı şəxslərlə yalandan tanış edib onları guya həmin şəxslərin Orxanı işə düzəltməyə kömək edəcəklərinə inandırmışdır. Oğlu Orxan da üç ay guya işə hazırlıq üçün kursa da getmişdir. O da sonradan Eyvazın onun etibarından sui-istifadə edib onu aldatdığını və dələduzluq edib pulunu ələ keçirdiyini başa düşmüş və bu barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs onun pulunu tam qaytarmışdır. X25 heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs çoxdandır ki, tanıyır. Eyvaz Balakən-Bakı(Qabaqçöl) avtobus marşrut xəttində kassir işləyir. 2019-cu ilin dekabr ayında dəqiq yadında qalmayan tarixdə o, Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Eyvaz ona marşrut xəttində yer boşaldığını, Bakıda tanışı olduğunu və ona marşrut xətti ala biləcəyini bildirmişdir. O da razılıq verib kömək etməsini xahiş etmişdir. Eyvaz bu məsələni həm də Balakən şəhər Avtovağzalının direktoru Şahid3 da deməyini bildirmiş, bundan sonra o, Eyvazla birlikdə həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şahid3 avtovağzalda yerləşən otağına getmişdir. Söhbət əsnasında o, Nadirə Bakı- Balakən(Qabaqçöl) avtobus marşrut xətti almağa köməklik göstərməyini demiş, lakin Nadir bu işin Bakıdan tənzimləndiyini, bu işə qarışa bilmədiyini demişdir. Təqsirləndirilən şəxs da özü marşrut xəttini almaq üçün kömək edəcəyini bildirmiş, onlar Nadirin otağından çıxıb getmişlər. Çöldə söhbət edən zaman Eyvaz ona narahat olmamağını, Bakı-Balakən avtobus marşrut xətti almağa kömək edəcəyini, lakin bunun üçün 4500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da Eyvaz ilə razılaşmış və Eyvaz pulu hazırlamağını bildirmişdir. O, həmin vaxt özünə məxsus “Sprinter” markalı mikroavtobusu ilə Balakən şəhərindən Qabaqçöl qəsəbəsinə sərnişin daşıması ilə məşğul olmuşdur. Bundan sonra 2020-ci ilin əvvəlində dəqiq yadında qalmayan tarixdə o, Balakən şəhərindən Qabaqçöl qəsəbəsinə gəlmiş və orada həmin “Sprinter”də 1500 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra da 3000 manatı da düzəldib yenə Qabaqçöl qəsəbəsində özünə məxsus olan “Sprinter”də əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Eyvaz da Bakı şəhərinə gedib pulu tanışı olan adama verəcəyini və marşrut xəttini alacağını, biraz gözləmək lazım olduğunu bildirmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs heç bir iş görməmiş və müxtəlif bəhanələrlə işin yubandığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etdiyini başa düşmüş və Balakən RPŞ-nə gəlib bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs onun pulunu tam qaytarmışdır. X25 heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Eyvaz Balakən-Bakı(Qabaqçöl) avtobus marşrut xəttində kassir işləyir. 2020-ci ilin əvvəlində dəqiq yadında qalmayan tarixdə o, Təqsirləndirilən şəxs ilə söhbət edən zaman marşrut xəttinə qoşulmaq istədiyini bildirmiş, Eyvaz da ona Bakıda tanışı olduğunu və ona Bakı-Balakən avtobus marşrut xətti almağa kömək edəcəyini, lakin bunun üçün 3000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da Eyvaz ilə razılaşmış və Eyvaz pulu hazırlamağını, özünün ona xəbər edəcəyini bildirmişdir. O da 3000 manat pulu hazırlayıb Eyvazı gözləmişdir. Həmin danışıqdan bir müddət sonra 2020-ci ilin əvvəlində dəqiq yadında qalmayan tarixdə o, Balakən şəhəri ərazisində olarkən Eyvaz ona zəng edib avtobus ilə Bakı şəhərinə getdiyini, pulu verməyini bildirmişdir. O da Balakən rayonu Tülü kəndinə gəlmiş, biraz gözlədikdən sonra Balakən-Bakı avtobusu gəlmiş və Eyvaz avtobusdan düşüb ondan 3000 manat pulu götürüb avtobusa minib çıxıb getmişdir. Bundan bir müddət keçdikdən sonra o, Eyvazdan işin nə yerdə olduğunu soruşduqda Eyvaz ona pulu Bakı şəhərində bir nəfər şəxsə verdiyini, xəbər gözlədiyini, səbrli olmağını bildirmişdir. Lakin nə qədər gözləsə də Eyvaz hər dəfə bir bəhanə ilə işi yubatmış və vaxtı uzatmışdır. O da artıq Eyvazın onu aldatdığını və pulunu ələ keçirdiyini başa düşüb Eyvaza onun pulunu qaytarmağını, əks təqdirdə şikayət edəcəyini bildirmişdir. Eyvaz da şikayət etməməyini və pulu tezliklə qaytaracağını bildirmiş və 2021-ci ildə dəqiq yadında qalmayan tarixlərdə ondan aldığı 3000 manatı hissə-hissə gətirib ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs onun pulunu tam qaytarmışdır. X25 heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 6 ay sonra ona verdikləri pulu qaytarmışdır. Xırda uşaqları olduğu üçün onu bağışlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Balakən RPŞ-nə ərizə ilə o, müraciət etmişdir. Onun adına olan Balakən rayonu Meşə Şambul kəndinin yaxınlığında Kompleks adlanan ərazidə 66 sot pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsini o, təxminən bir ildir ki, öz adına sənədləşdirmiş, lakin həmin torpaq sahəsinin çıxarışı yoxdur. O, çıxarışı olmadığına görə həmin torpaq sahəsindən istifadə edə bilmir. Bu barədə qudası Balakən rayon sakini Qurban Yumuxov ona Təqsirləndirilən şəxs adlı şəxsin bu işdə ona köməklik edə biləcəyini demiş, o da razılaşmış və Təqsirləndirilən şəxs adlı Balakən rayonu Hənifə kənd sakini ilə tanış olmuşdur. Bundan sonra 2024-cü ilin aprel ayının 5-də o, Eyvaz ilə söhbət etmiş, Eyvaz ona qeyd etdiyi torpaq sahəsini çıxarış almaqda kömək edəcəyini bildirmiş və bunun üçün 800 manat pul lazım olduğunu demişdir. O da Eyvazla razılaşmış və həmin qeyd etdiyi torpaq sahəsinə dair olan sənədləri və 800 manat pulu həmin gün Balakən rayonu “ASAN” Xidmət Mərkəzinin yanında əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt ikisi orada tək olmuşdur. Eyvaz ona pulu və sənədləri götürəndə 10 gün ərzində çıxarışı alacağını demişdir. 10 gündən sonra o, Eyvazdan bu barədə soruşanda Eyvaz ona sənədlərin düzələcəyini demiş, lakin bundan sonra Təqsirləndirilən şəxs heç bir iş görməmiş və onun zənglərinə də cavab verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək ona qarşı dələduzluq etdiyini başa düşmüş və Balakən RPŞ-nə gəlib bu barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun X4 adlı qardaşı vardır. 2023-cü ilin təxminən may ayında anası evə gələrək Balakən rayonu Mahamalar kəndində yaşayan İkramat adlı qadının ona Eyvaz adlı şəxsin insanları işə düzəltdiyini və qardaşı Ramazanı da işə düzəltməkdə köməklik edə biləcəyini dediyini bildirmişdir. İkramatı isə o, sonradan bu söhbətə görə Balakən rayon sakini kimi tanımışdır. Anası da İkramata razılıq verib köməklik etməsini xahiş etmişdir. O, anası ilə birlikdə həmin vaxt Balakən “ASAN” Xirmət Mərkəzinin yaxınlığında sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə görüşmüşdür. Həmin vaxt Eyvaz anasına Balakən rayonu Hənifə kənd icra nümayəndəsinin müavininin başqa işə gedəcəyi üçün həmin iş yerinin boşaldığını və həmin yerə qardaşı Kurtayev Ramazanı işə düzəldə biləcəyini bildirərək söz vermişdir. Bunun qarşılığında isə 4000 manat pul verməli olduqlarını demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə anası evdə olan 1000 manat pulu götürüb Balakən “ASAN” Xidmət Mərkəzinin yaxınlığında Eyvaza vermişdir. Daha sonra isə növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə anası xalasıoğlu Şahid2la birlikdə Nailin adına Balakən şəhərində yerləşən “Viator” adlı bankdan 3000 manat pul kredit götürmüş və Nailə pulu verərək aparıb Eyvaza çatdırmasını bildirmişdir. Nail də həmin gün həmin 3000 manat pulu aparıb Balakən şəhər Avtovağzalında Eyvaza vermişdir. Lakin Eyvaz pulu alsa da müxtəlif bəhanələr gətirib anasının etibarından sui istifadə edib onu aldadaraq qardaşı Ramazanı heç bir işə düzəltməmişdir. Bundan sonra onlar Eyvazdan pulunu geri istədikdə Eyvaz yenidən anasını aldadaraq həmin verdiyi pula onu Zaqatalada yerləşən “Yarasa” adlı mühafizə idarəsinə işə düzəldəcəyini demişdir. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə Eyvaz anası və onu Zaqatala şəhərinə aparıb Zaqatala rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkda onu Sahib və Eynulla adlı şəxslərlə yalandan tanış edib guya həmin şəxslərin onu işə düzəltməyə kömək edəcəyinə inandırmışdır. Həmin vaxt onlar ona məxsus “Vaz-2107” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş və o, həmin şəxslərlə görüşəndə anası maşında oturub gözləmişdir. Həmin vaxt Eyvaz Eynulla adlı şəxsin qeyd etdiyi mühafizə idarəsində komandir işlədiyini, Sahibin isə həmçinin orada işlədiyini bildirmişdir. Lakin, bundan sonra da Eyvaz müxtəlif bəhanələrlə yenə öz vədinə əməl etməyib onu və anasını aldatmışdır. Belə ki, o, üç ay guya işə hazırlıq üçün kurs adı ilə müxtəlif yerlərdə pulsuz işləmişdir. 2024-cü ilin yanvar ayının 20-də Sahib onu Bakı şəhərinə Nadir adlı şəxsin yanına göndərmiş, o, Bakı şəhərində Nadir adlı şəxslə görüşmüş və Nadir ona bir neçə suallar verib onun kəsildiyini, keçə bilmədiyini deyib geri yola salmışdır. Sahib də ona “sən heçnə bilmirsən” demişdir. O da Sahibdən “bəs bilmirdimsə nə üçün 3 ay məni işlədirdiniz” deyə soruşduqda Sahib təzədən yenə yaxşı hazırlaşmağını demişdir. O da artıq hazırlaşmaq istəmədiyini deyib daha heç yerə getməmişdir. Bütün bunlardan sonra anası və o, Eyvazın anasının etibarından sui-istifadə edib aldatdığını və pulunu ələ keçirdiyini başa düşmüş və bu barədə anası polisə şikayət etmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun X4 və Şahid1 adlı xalası oğlanları vardır. 2023-cü ilin iyun ayının əvvəlində dəqiq yadında qalmayan tarixdə xalası Ximisət ona zəng edərək Eyvaz adlı bir nəfər şəxsin oğlu Ramazanı işə düzəltməkdə köməklik edəcəyini və bunun üçün 3000 manat pul lazım olduğunu deyib onun adına bankdan pul götürməyini xahiş etmişdir. O da xalasına bu barədə köməklik göstərəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə o və Ximisət birlikdə Balakən şəhərində yerləşən “X10” adlı banka getmişdir. Orada o, öz adına bankdan 3000 manat pul kredit götürüb xalasına vermişdir. Oradan çıxdıqdan sonra xalası Eyvaz adlı şəxslə danışıb həmin 3000 manat pulu ona verib özünün səhhətinin yaxşı olmadığını, pulu Eyvazla görüşüb Eyvaza çatdırmağını xahiş etmişdir. O da xalasından Eyvazın nömrəsini və pulu alıb həmin gün gedib Balakən şəhər Avtovağzalında Eyvazla görüşmüşdür. Eyvaz xalası verən həmin 3000 manat pulu götürdükdən sonra ona yaxşı olacağını, tezliklə bu işi həll edib Ramazanı işə qoyacağını demiş və ayrılmışlar. Bundan sonra ona xalası Ximisət xx.xx.2023-cü il tarixdə də onun verdiyi puldan başqa 1000 manat da Eyvaza pul vermişdir. Lakin sonradan eşitmişdir ki, “Eyvaz pulu alsa da Ramazanı işə düzəltməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, "xxxx" MMC-də texnik vəzifəsində işləyir və işə nəzarət edir. Həmçinin onun əvvəl mühafizə polisində işləyən X6 adlı tanışı vardır. Eynulla uzun illər mühafizə sahəsində işlədiyinə görə onların yeni kadrlar tapmağında ona köməklik göstərmişdir. Həmin kadrları isə onlar ilkin biliklər və praktiki bacarıqlarla hazırlayıb Bakı şəhərinə şirkətin özünə imtahana göndərmiş, hazırlanan şəxs müvəffəqiyyətlə imtahan verdikdən sonra şirkətin rəhbərliyi tərəfindən rəsmi işə götürülmüşdür. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə o, Eynullaya vakansiya olduğunu demiş və adam tapması üçün kömək etməyini xahiş etmişdir. Eynulla da bir neçə gün sonra ona Balakən şəhərində bir nəfər şəxsin olduğunu demiş və onlar həmin ay dəqiq xatırlamadığı tarixdə Zaqatala şəhəri ərazisində sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs və Eyvazın yanında gələn Şahid1 adlı şəxslə görüşmüşlər. Həmin vaxt o, Eyvaz və Orxana onların şirkətində işə qəbul prosedurasını izah etmiş və əgər istəyirsə Orxanı hazırlaşdırıb imtahana göndərə biləcəyini demişdir. Orxan da razılıq vermişdir. Bundan sonra təxminən 2-3 ay ərzində dərslərə gəlmiş və o, Orxanı praktiki və nəzəri cəhətdən işi öyrədib hazırlaşdırmışdır. Sonra isə o, 2024-cü ilin yanvar ayında dəqiq yadında qalmayan tarixdə Orxanı Bakı şəhərinə qeyd olunan şirkətin rəhbər şəxslərindən olan və imtahan götürən Nadir Məmmədovun yanına göndərmişdir. Lakin Orxan imtahanda müvəffəqiyyət qazana bilmədiyindən Nadir Məmmədov bir az da hazırlaşmağını bildirmişdir. Lakin Orxan ona nə üçün işə qəbul edilməyini irad tutaraq artıq praktiki hazırlığa gəlmək istəmədiyini demişdir. Bundan sonra Eynulla ona Orxanın anasının özünə zəng edib narazılığını bildirdiyini demiş və gedib onlarla görüşməyi təklif etmişdir. Onlar Eynulla ilə 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Balakən şəhərində yerləşən H.Əliyev adına parka gəlmiş, parka çatanda Təqsirləndirilən şəxs, sonradan tanıdığı Orxanın anası Ximisət adlı qadının və Orxanın qardaşı Ramazan adlı şəxsin orada olduqlarını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşanda Ximisət adlı qadın onlarla sözlü mübahisə edib Orxanın nə üçün işə götürülmədiyini və işinin gecikdiyini bildirib irad tutmuşdur. O da onların işində prosedura olduğunu və yekunda imtahandan keçdikdən sonra işə qəbul olacağını bildirmişdir. Bu vaxt orada olan Orxanın qardaşı Ramazan onu qırağa çəkib pul verildiyi halda nə üçün qardaşı Orxanın işə götürülməyinin bu qədər uzandığını soruşmuş və bu barədə ona irad bildirmişdir. O da Ramazanın bu sözünü eşidəndə Eynullaya müraciət edib bunun nə məsələ olduğunu soruşmuş və Eynulla orada olan şəxslərin hamısını bir yerə yığıb hamının yanında Eyvaza “sən bizə Orxanı işə götürmək üçün pul vermisənmi ki, indi də bizə belə bir söz deyilir” deyə sual vermişdir. Eyvaz isə hamının yanında nə Eynulla nə də onunla Orxanın onların şirkətinə işə girməyi ilə bağlı pul söhbəti olmadığı və onlara heç bir pul vermədiyini etiraf etmiş və demişdir. Bunu deyəndən sonra Ximisət Eyvaza “sən birinci Ramazanı işə qoymaq üçün 4000 manatımı alıb o iş alınmır deyə məni bu işə urcah eliyib yalandan başımı aldatdın ki, guya verdiyimiz həmin pula Orxanı bu işə düzəldəsən.” deyə Eyvaza bildirmiş və Eyvazla mübahisə etməyə başlamışdır. Bundan sonra X22 öz problemlərini öz aralarında həll etməyini deyib çıxıb getmişdir. Bundan sonra da onlarla əlaqəsi kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2015ci ilin aprel ayınadək DİN-in BMİ-nin X17 Şöbəsinin manqa komandiri vəzifəsində çalışmış və həmin vaxtdan təqaüdə çıxmışdır. Həmçinin onun keçmiş iş yoldaşı olan və hazırda təqaüddə olan X2 adlı tanışı vardır. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə Eynulla ona “Yarasa” adlı mühafizə qurğularını təmin edən şirkətdə vakansiya olduğunu və adam tapmaq üçün kömək etməyini xahiş etmişdir. O da adam olarsa deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bir nəfər qohumu olan Orxan adlı şəxsə iş axtardığını demiş, o da Eynullanın nömrəsini Eyvaza verib onun adını verərək vakansiya olan yerə Eyvaz deyən şəxsi işə götürə bilib-bilməyəcəyi barədə danışmağını demişdir. Eyvaz da Eynullanın nömrəsini ondan almış və çıxıb getmişdir. Bundan bir neçə ay sonra 2024-cü ilin fevral ayında Eynulla ona zəng edərək onu danlamış və nə üçün belə bir insanı özü ilə tanış etdiyini demişdir. O da söhbətin nədən getdiyini başa düşməyib Eynulladan nə baş verdiyini soruşanda Eynulla ona Eyvazın Orxanın anasından pul alıb guya onlar deyən işə pul ilə işə qoyduğunu dediyini, Orxanın da imtahandan kəsildiyi vaxt anası Ximisətin onları ittiham etdiyini və heç bir günahları olmaya-olmaya pis vəziyyətə düşdüklərini bildirmişdir. O da pul söhbətindən xəbəri olmadığını, indi öyrəndiyini deyib Eynulladan üzr istəmiş, bundan sonra onlar sağollaşmışdır. Eyvaz ona Orxanı pul ilə işə düzəltmək barədə heç nə deməmiş və ya Eyvazdan nə Eynulla nə də başqa şəxs bu işə görə pul götürməmiş və ya istəməmişdir. Eyvaz Orxanın anası Ximisətdən aldığı pulu qaytarmamaq üçün belə yalan demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 2021ci ilin aprel ayınadək DİN-in BMİ-nin X17 Şöbəsinin manqa komandiri vəzifəsində çalışmış və həmin vaxtdan təqaüdə çıxmışdır. İşlədiyi dövrdə və təqaüddə olduğu dövrdə o, mühafizə qurğularının təmini ilə məşğul olan "xxxx" MMC şirkətində texnik vəzifəsində işləyən tanışı Şahid5 kadr seçimində köməklik göstərmişdir. Həmin şirkətdə o, kadrları ilkin biliklər və praktiki bacarıqlarla hazırlayıb Bakı şəhərinə şirkətin özünə imtahana göndərmiş və hazırlanan şəxs müvəffəqiyyətlə imtahan verdikdən sonra şirkətin rəhbərliyi tərəfindən rəsmi işə götürülmüşdür. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə Sahib ona şirkətdə vakansiya olduğunu və adam tapması üçün ona kömək etməyini xahiş etmişdir. O da bu barədə keçmiş iş yoldaşı olan və hazırda təqaüddə olan Şahid7 ona kadr tapmaqda kömək etməyi xahiş etmişdir. Bundan bir neçə gün sonra sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər şəxs ona zəng vurmuş və nömrəsini Arifdən götürdüyünü, Arifə dediyi işə görə narahat etdiyini bildirmişdir. O da vakansiya olduğunu bildirmiş və Sahiblə danışıb onları Zaqatala şəhərinə çağırmışdır. Hazırda dəqiq yadında qalmayan tarixdə Zaqatala şəhəri ərazisində H.Əliyev parkında Təqsirləndirilən şəxs və bacısı oğlu kimi təqdim etdiyi Şahid1 adlı şəxs ilə görüşmüşlər. Həmin vaxt Sahib Eyvaz və Orxana şirkətdə işə qəbul prosedurasını izah etmiş və əgər istəyirsə Orxanı hazırlaşdırıb imtahana göndərə biləcəyini demiş, Orxan da razılıq vermişdir. Bundan sonra təxminən 2-3 ay ərzində Sahib Orxana işi öyrədib hazırlaşdırmış və 2024-cü ilin yanvar ayında Bakı şəhərinə imtahana göndərmişdir. Lakin Orxan imtahandan keçə bilməmiş və bundan sonra isə Orxan Sahibə nə üçün işə qəbul edilməyini bildirib artıq hazırlığa gəlmək istəmədiyini demişdir. Daha sonra günlərin bir günü Orxanın anası olduğunu bildirən Ximisət adlı qadın ona zəng edib narazılığını bildirmişdir. O da bu işdə bir iş olduğundan şübhələnib Sahibə gedib həmin qadınla görüşməyi təklif etmişdir. Onlar Sahib ilə 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Balakən şəhərində yerləşən H.Əliyev adına parka gəlmiş, parka çatanda Təqsirləndirilən şəxs, sonradan tanıdığı Orxanın anası Ximisət adlı qadın və Orxanın qardaşı Ramazan adlı şəxsin orada olduqlarını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşanda Ximisət adlı qadın onlarla sözlü mübahisə edib Orxanın nə üçün işə götürülmədiyini və işinin gecikdiyini bildirib irad tutmuşdur. Sahib də həmin işdə prosedura olduğunu və Orxanın yekunda imtahandan keçdikdən sonra işə qəbul olacağını bildirmişdir. Bundan sonra isə Ramazan ilk öncə Sahibi sonra isə onu qırağa çəkib pul verildiyi halda nə üçün qardaşı Orxanın işə götürülməyinin bu qədər uzandığını soruşmuşdur, Sahib də ondan bunun nə məsələ olduğunu soruşanda o, orada olan şəxslərin hamısını bir yerə yığıb hamının yanında “sən bizə Orxanı işə götürmək üçün pul vermisən ki, indi də bizə belə bir söz deyilir ?” deyə Eyvaza sual vermişdir. Eyvaz isə hamının yanında nə o, nə də Sahiblə Orxanın həmin sözügedən şirkətə işə girməyi ilə bağlı pul söhbəti olmadığını və onlara heç bir pul vermədiyini etiraf etmişdir. Bunu deyəndən sonra Ximisət Eyvaza “sən birinci Ramazanı işə qoymaq üçün 4000 manatımı alıbsan və o iş alınmır deyə məni bu işə urcah eliyib yalandan başımı aldadırsan ki, guya verdiyimiz həmin pula Orxanı bu işə düzəldəcən.” deyib Eyvazla mübahisə etməyə başlamışdır. Bundan sonra o, Eyvazla Ximisətə “öz problemlərinizi öz aranızda həll edin” deyib çıxıb getmiş və sonra da onlarla əlaqələri kəsilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid - Şahid4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahid- Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 çoxdandır ki, tanıyır. Rasim əvvəllər Balakən-Qabaqçöl marşrutunda işləmiş, o da həmişə Rasimlə şəhərə işləməyə gedib gəlmişdir. O, Təqsirləndirilən şəxs da çoxdandır ki, tanıyır. Eyvaz da Qabaqçöldə yerləşən marşrut xəttində kassir işləyir. O, 2020-ci ildə Balakən rayonu ərazisində yerləşən “Kərpic Zavodu”nda işləmişdir. 2020-ci ilin əvvvəllərində dəqiq yadında qalmayan tarixdə axşam saat 17-18 radələrində o, Rasimin marşrutunda işdən çıxıb Qabaqçöl qəsəbəsinə gəlmiş, Qabaqçöl qəsəbəsinin mərkəzinə çatanda Rasim avtobusu saxlamış və Eyvaz avtobusa Rasimin yanına oturmuşdur. Rasim də cibindən çıxardığı 20, 50 və 100 manatlıq əskinaslardan ibarət olan çoxlu pulları sayıb Eyvaza vermiş, Eyvaz da həmin pulları sayıb götürmüşdür. Bu vaxt o da avtobusdan düşüb evinə getmişdir. O, sadəcə Rasimin Eyvaza çoxlu sayda pul verdiyini və Eyvazın da sayıb götürdüyünü görmüş, lakin həmin pulu Rasimin nə üçün verdiyini və dəqiq nə qədər pul verdiyi barədə məlumatı olmamışdır. İşin 131-136-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/763-4/771 nömrəli rəyində göstərilmişdir ki, “Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - X20, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan mübahisəli fonoqramdakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, yarımçıq söz və ifadələr, yazı qurğusunun dayandırılması üçün xarakterik olan danışıq siqnalında keçid prosesi üçün xarakterik siqnalın olması kimi montaj əlamətləri müəyyən olunmadı.Mübahisəli fonoqramın yazıldığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı.” İşin 49-cu vərəqəsində olan elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 52-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu İHB- Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 20 nömrəli arayışdan görünür ki, Çiraqi X21 rayonu Hənifə kənd sakinidir. İşin 51-ci vərəqəsində oloan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu İHB- Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 20 nömrəli arayışdan ki, Təqsirləndirilən şəxs himayəsində təqaüdçü atası, işləməyən arvadı, 2008-ci ildə anadan olmuş Sevda, 2009cu ildə anadan olimuş Münəvvər və 2016-ci ildə anadan olmuş Əsma adında üç uşağı vardır. İşin 53-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu İHB- Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə şikayət daxil olduğu qeyd edilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 Balakən Rayon Məhkəməsinə ünvanladığı ərizəsində göstərilir ki, Hənifə kənd sakini X15 ona heç bir borcu yoxdur.Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Balakən Rayon Məhkəməsinə ünvanladığı ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir.onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X3 Balakən Rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir.Çiraqi .Eyvazla barışmışdır.Şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X7 Balakən Rayon Məhkəməsinə ünvanladığı ərizəsində göstərilir ki, Təqsirləndirilən şəxs ona verdiyi məbləği qaytarmışdır.Xırda uşaqları olduğu üçün onu bağışlayır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən göorünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X5 3075.00 manat ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, vurulmuş ziyanı tamamilə ödədiyindən və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin elan edilməklə tədqiq olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışaraq onu bağışlamışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilməklə tədqiq olunmuş ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəmişdir, vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə işin hallarını, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2. və 178.2.3-cü maddələri ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli ) manat Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X9, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli ) manat Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X9, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar