Məhkəmə qərarları › İş №1(019)-8/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-8/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-8/2021 23.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işsiz, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 və xx xxxxx 1953-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, “X43 Müəssisəsi” MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan və barəsində baєqa yerə getməmək haqqgnda iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 162.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Verilmiş ittihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, avtoyükləyicinin sürücüsü vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı müəssisəsində, 12.05.2020-ci il tarixdə, saat 12 radələrində MMC-nin direktoru tərəfindən 02.10.2006-cı il tarixdə təsdiq edilmiş “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”ın 1-ci bəndinə zidd olaraq, avtoyükləyicini idarə etməsinə icazə verən iş vəsiqəsi olmadan idarə etdiyi avtoyükləyici ilə müəssisənin ərazisində yüklərin bir yerdən başqa yerə daşınmasını həyata keçirərkən, qeyd olunan “Təlimat”ın 4-cü bəndinin tələbini pozaraq, avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük, yəni kərpic yığmaqla avtoyükləyicini kərpiclərin bişirilməsi sobası istiqamətində hərəkət etdirərkən, kərpicin normadan hündür yığılması səbəbindən hərəkət istiqamətində qarşını görmək imkanı yolverilməz dərəcədə məhdudlaşdığından, habelə həmin “Təlimat”ın 5-ci bəndinin tələbinə uyğun olaraq hərəkət vaxtı döngədə səs siqnalı verməli olduğu halda, bunu etmədən müəssisədə sürücü vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun yoluna çıxdığını görməyərək, ehtiyatsızlıqdan avtoyükləyicinin ön hissəsi ilə sonuncunu kürəyindən vuraraq,üzü üstə yerə yıxdıqdan sonra, avtoyükləyicinin ön sağ təkəri ilə onun ayaqlarının arasından keçməklə kürəyinin orta hissəsinə qədər üzərinə çıxmış, nəticədə Zərərçəkmiş şəxs sağ alnının aşağısından sağ çənənin qurtaracağına qədər sıyrıqlar, sifətinin sol yuxarı hissəsində sıyrıq, gözlərin konyuktivasında qansızma, sol kürəkdən sağrıya qədər çoxsaylı qansızmalar, sağ dirsək çüxurunda qansızma, sağ bazu-çiyin oynağında sıyrıq, sağ əlinin üstündə, barmaqlarının arxa səthlərində qansızmalar, sol əlində qansızmaqançır, döş qəfəsində böyük ölçülü sıyrıqlar, qarnında, sağ qasıqda sıyrıqlar, sol bud sümüyünün başının çıxığı, cinsiyyət orqanları nahiyəsində açıq böyük ölçülü yara, sol budun iç yuxarı səthində qansızma, döş sümüyünün sınığı, sağ və sol qabırğalarında çoxlu sayda sınıqlar, ürəkdə, sol ağ ciyərdə cırılmış yaralar, qara ciyərdə qansızma, bağırsaqda qansızmalar və döş fəqərəsində sınıq, xaricə və daxilə kəskin qanitirmə ilə müşayiət olunan, dərəcələrinə görə birlikdə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o, 20.07.1984-cü il tarixdə təsdiq edilmiş “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndini pozaraq, direktor vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı müəssisəsində sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda,bunu etməmiş, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxmış, eyni zamanda işçilərin təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli olduğu halda, nəzarət etməmiş, habelə 02.10.2006-cı il tarixdə MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”ın 1-ci bəndini pozaraq, ildə bir dəfədən az olmayaraq avtoyükləyici ilə işə buraxılmış şəxslərin biliklərini yoxlamalı olduğu halda, yoxlamamış, avtoyükləyicilərlə işlərə istehsalat təlimi keçmiş və mexanizmin idarə edilməsinə iş vəsiqəsi olan şəxsləri buraxılmalı olduğu halda, istehsalat təlimi keçməyən, mexanizmin idarə edilməsinə iş vərəqəsi olmayan avtoyükləyici sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 avtoyükləyici ilə işə buraxmış və nəticədə sonuncu 12.05.2020-ci il tarixdə saat 12 radələrində yuxarıda qeyd olunan pozuntularla işə buraxılmış avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük, yəni kərpic yığmaqla avtoyükləyicini kərpiclərin bişirilməsi sobası istiqamətində hərəkət etdirərkən, kərpicin normadan hündür yığılması səbəbindən hərəkət istiqamətində qarşını görmək imkanı yolverilməz dərəcədə məhdudlaşdığından, müəssisədə yük avtomobilinin sürücü vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun yoluna çıxdığını görməyərək, ehtiyatsızlıqdan avtoyükləyicinin ön hissəsi ilə sonuncunu kürəyindən vuraraq,üzü üstə yerə yıxdıqdan sonra, avtoyükləyicinin ön sağ təkəri ilə onun ayaqlarının arasından keçməklə kürəyinin orta hissəsinə qədər üzərinə çıxmış, nəticədə Zərərçəkmiş şəxs sağ alnının aşağısından sağ çənənin qurtaracağına qədər sıyrıqlar, sifətinin sol yuxarı hissəsində sıyrıq, gözlərin konyuktivasında qansızma, sol kürəkdən sağrıya qədər çoxsaylı qansızmalar, sağ dirsək çüxurunda qansızma, sağ bazu-çiyin oynağında sıyrıq, sağ əlinin üstündə, barmaqlarının arxa səthlərində qansızmalar, sol əlində qansızma-qançır, döş qəfəsində böyük ölçülü sıyrıqlar, qarnında, sağ qasıqda sıyrıqlar, sol bud sümüyünün başının çıxığı, cinsiyyət orqanları nahiyəsində açıq böyük ölçülü yara, sol budun iç yuxarı səthində qansızma, döş sümüyünün sınığı, sağ və sol qabırğalarında çoxlu sayda sınıqlar, ürəkdə, sol ağ ciyərdə cırılmış yaralar, qara ciyərdə qansızma, bağırsaqda qansızmalar və döş fəqərəsində sınıq, xaricə və daxilə kəskin qanitirmə ilə müşayiət olunan, dərəcələrinə görə birlikdə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. İİ. Tərəflərin arqumentləri. 1.Təqsirləndirilən şəxs1 ifadəsi Məhkəmə iclasında təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, evlidir, bir yaşlı bir körpə övladı vardır. Təxminən 2017-ci ildən “X38 Müəssisəsi” MMC-də avtokar sürücüsü vəzifəsində işləmişdir. Həmin MMC kərpic istehsalı ilə məşğul olur. O, həmin kərpic zavodunda son bir həftə gecə növbəsində işləmişdir. 12.05.2020-ci il tarixdə gündüz növbəsində ilk iş günü olmuşdur. Ondan başqa həmin zavodda 3 nəfər avtokar sürücüsü vəzifəsində işləyir. Onlar Balakən rayonu Mahamalar kənd sakini Coşqun Göylərov, Balakən şəhər sakinləri Vaqif Bilalov və Əhliman deyə çağırdıqları, soyadını bilmədiyi Alman adlı şəxsdir. Onların işlərinə nəzarətçi vəzifəsində işləyən İlyas adlı şəxs nəzarət etmişdir. İlyas gündüz növbəsində avtokar sürücüləri arasında işləri bölüşdürmüşdür. 12.05.2020-ci il tarixdə, təxminən saat 08 radələrində Balakən şəhəri, 28 may küçəsində yerləşən “X38 Müəssisəsi” MMC-yə işə getmişdir. O, zavodun ərazisinə daxil olduqdan sonra yük maşınları üçün nəzərdə tutulmuş giriş tərəfdə olan otaqda əynindəki paltarları iş paltarları ilə, yəni özünə məxsus, köhnəlmiş paltarları ilə dəyişib, talvarın altında olan, onun istifadəsinə verilmiş göy rəngli avtokarı işə salıb, həmin avtokarın texniki sazlığını yoxlayıb, işə başlamışdır. Həmin gün avtokarı zavodda çilingər vəzifəsində işləyən Soltan Əlimərdanov yoxlamışdır. Soltan avtokarı yoxlayandan sonra onun saz vəziyyətdə olduğunu demişdir. O, avtokarı sürüb, zavodun ərazisindəki qurutmaxanadan kərpicləri kürəyə daşımışdır. Belə ki, avtokara qurutmaxana sexində qurudulmuş və paddonların üzərində düzülmüş kərpicləri paddon qarışıq avtokarla götürüb, təxminən 50-60 metr irəlidə zavodun ərazisindəki açıqlıq sahədə olan kürənin qarşısına aparmışdır. Ona həmin gün bu işi görməyi səhər saatlarında iş bölgüsü zamanı Şahid3 Mamed Bayramovla birlikdə olan zaman göstəriş vermişdir. Həmin vaxt kürənin qarşısında soyadını bilmədiyi, adı Kamran olan fəhlə kərpicləri paddondan elevatorun üzərinə yığaraq, kürəyə ötürmüşdür. Həmin gün onunla birlikdə Coşqun Göylərov da avtokarla kərpic daşımışdır. Coşqun da onunla eyni yerdə eyni işi görmüşdür. Təxminən saat 11 radələrində zavodun sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “KAMAZ” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini kərpic bişirən kürənin qarşı tərəfində, yolun kənarında saxlamış və həmin maşına bişmiş kərpiclər yüklənmişdir. Zavodun işçiləri digər avtokarla gətirilmiş kərpicləri əl ilə paddonun üzərindən avtomaşının yük yerinə yükləmişlər. Həmin avtokarın sürücüləri zavodda fəhlə işləyən Elşən və Mustafa adlı fəhlələr olmuşlar. Onlar avtokar sürücüsü olmasalar da, zavoddakı sarı rəngli avtokarı onlar sürmüşlər. Əhmədin maşınına kərpici Elşən və onun yanında olan tanımadığı cəmi 3 fəhlə yükləmişlər. O, təxminən 30-35 reys edərək, çiy kərpicləri kürələrin qarşısına gətirmiş və həmin ərəfələrdə Zərərçəkmiş şəxs maşınına kərpic yüklənən avtokarın yanında durmuşdur. Fəhlələr isə hamısı yük maşınının yük yerində olmuşlar. Təxminən saat 12:45 radələrində Coşqun nahar fasiləsinə getmişdir. O da sonuncu reysini qurtarıb, nahar fasiləsinə yeməkxanaya getməyi planlaşdırmışdır. Təxminən saat 12:50 radələrində qurutmaxanadan kərpiclə dolu paddonu götürüb, qurutmaxananın ərazisində açıqlıq yerə çıxıb, Zərərçəkmiş şəxs yük maşınının durduğu yerin yanından keçəndə qəflətən oradakı fəhlələr “saxla saxla, arxaya sür” deyə qışqırmış və o, tez avtokarı saxlayıb, təxminən 2-3 metr geri sürmüşdür. Avtokardan düşüb baxanda Əhmədi ağzı aşağı yerə uzanıqlı vəziyyətdə görmüşdür. Zərərçəkmiş şəxs başı, üzü aşağı və zavodun həyətinin girişi tərəfə olmuşdur. Əhmədin başının sol tərəfi azca qanamış və həmin qandan yerə də tökülmüşdür. Onlar Zərərçəkmiş şəxs harasınınsa qırıldığını düşünüb, onu arxası üstə çevirməmişlər. Oradakı işçilərdən kimsə Əhmədin nəbzinə baxıb, nəbzinin döyündüyünü demiş və oradakı işçilərdən başqa birisi isə təcili tibbi yardımı çağırmışdır. Ora artıq xeyli işçilər yığışmışdır. Həmin vaxt işçilərdən hansısa onun avtokarını bir qədər də geri çəkmişdir. Təxminən 20 dəqiqə sonra ora təcili tibbi yardım gəlmişdir. O, özünü pis hiss etdiyindən oradakı işçilər onu oradan kənarlaşdırmış və daha sonra Zərərçəkmiş şəxs öldüyünü öyrənmişdir. Zərərçəkmiş şəxs hansı şəraitdə vurduğunu görməmişdir. Çünki avtokarın qabağında paddon olduğu üçün o, 3 metr məsafəni görə bilməmiş, 3 metrdən sonranı isə sərbəst görmüşdür. Ona görə də o, Əhmədi vurduğu an onu avtokarın qarşısında görməmiş və onu avtokarla vurduğunu hiss etməmişdir. Hadisə vaxtı avtokarda olan yük hər zamankı standart ölçüdə olmuş və o, standart ölçüdən artıq avtokara yük yükləməmişdir. O, həmin vaxt orada olan fəhlələrin “saxla, saxla” qışqırıqlarını eşitmiş və avtokarı geri sürmüşdür. Düşəndən sonra Zərərçəkmiş şəxs üzü aşağı uzanıqlı vəziyyətdə görmüşdür. Bundan sonra Əhmədi avtokarla vurmasını başa düşmüşdür. O, hadisə vaxtı avtokarın qaldırıcısını yerdən təxminən 20 sm hündürə qaldırmışdır ki, paddonun təkərləri yerə dəyməsin. Avtokarın qaldırıcıları yerdən təxminən 30 sm hündürlükdə olmuşdur. O, Əhməd Malaxou zavodun işçisi kimi tanımışdır. Onunla münasibəti çox yaxşı olmuşdur. Əhmədin onun atası Nazimlə də çox gözəl münasibətləri olmuşdur. Onun Əhmədlə heç vaxt mübahisəsi, münaqişəsi və ədavəti olmamışdır. Nə onun, nə də Əhmədin heç kimlə mübahisəsi və münaqişəsi olmamışdır. O, Əhmədi avtokarla ehtiyatsızlıqdan bilmədən vurmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı orada zavodun fəhlələri Elşən, Kamran, Həmzət, Şahin, Qara, Vüsal və Soltan olmuşdur. Avtokarların idarə edilməsi üçün sürücülük hüququnun olması qanunvericiliklə nəzərdə tutulmasa da, Balakən rayon 1 nömrəli peşə məktəbinin 3-cü dərəcəli traktorçu-maşinist qrupunda təhsil alaraq, həmin ixtisas üzrə diplom almışdır. Bundan başqa X55 avtomobil təmiri, çilingəri, avtomobil sürücüsü üzrə təhsil almışdır. O, təxminən 3 ildir ki, “X38 Müəssisəsi” MMC-də avtokar sürücüsü işləyir, avtokar sürcüsü işləməmişdən əvvəl isə eyni zavodda müxtəlif fasilələrlə təxminən 7 il fəhlə qismində işləmişdir. Həmin vaxtlarda o, orada avtokar sürən şəxslərdən avtokar sürməyi öyrənmişdir. O, vəzifə təlimatı ilə tanış olmuşdur. “X38 Müəssisəsi” MMCdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət Şahid3 tərəfindən həyata keçirilmişdir. Sonuncu dəfə hadisə baş verməzdən təqribən 1 ay əvvəl Şahid3 onu və digər işçiləri 2020-ci ilin aprel ayının 1-i texniki təhlükəsizlik, əməyin mühafizəsi qaydaları və digər təlimatlarla tanış etmiş və həqəqətən də həmin təlimatlarla tanış olduqları üçün bu barədə tərtib edilmiş jurnallarda imza etmişlər. Şahid3 “X38 Müəssisəsi” MMC-də texniki təhlükəsizliyə cavabdeh mühəndis olmuşdur. Ona görə də Şahid3 işdən çıxdığı dövrədək texniki təhlükəsizliklə bağlı müəssisədə təlimatlandırma işləri aparmışdır. O, həmişə texniki təhlükəsizlik, əməyin mühafizəsi qaydaları və digər təlimatlarla tanış edilmiş və ona görə də imza etmişdir. O, özünü Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə deyil, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilə təqsirli bilir. Belə ki, o, göstərişləri məcburi olan heç bir texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını və təlimatı pozmamış və məhz bunun nəticəsində ehtiyatsızlıqdan adam ölümünə səbəb olmamışdır. Adicə onun ehtiyatsızlığından adam ölümü baş vermişdir. Himayəsində bir azyaşlı uşaq vardır. Ona görə də barəsində Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilnin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə hökmün çıxarılmasını xahiş edir.

2. Təqsirləndirilən şəxs2 ifadəsi Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadələrində göstərmişdir ki, baş vermiş hadisə ilə onun hərəkətləri, habelə hərəkətsizliyi arasında səbəbli əlaqə yoxdur. Balakən şəhəri, Ə. Ansuxski küçəsi, ev 25 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər psixi xəstəlik keçirməmişdir. O, 2008-ci ildən 2010-cu il tarixədək “X43 Müəssisəsi” MMC-nin icraçı direktoru vəzifəsində işləmişdir. Həmin müəssisənin təsisçisi Bakı şəhərində yaşayan İslam Osmanovdur, lakin həmin müəssisənin rəhbərliyini o, həyata keçirir. Daha sonra 2018-ci ilə qədər həmin MMC-də direktor müavini, 2019-cu ilə qədər orada mühasib vəzifəsində, 2019-cu ildən isə həmin MMC-nin icraçı direktoru vəzifəsində işləyir. “X43 Müəssisəsi” MMC-nin fəaliyyəti yeraltı gil yatağından kərpiclərin istehsal edilməsindən ibarətdir. Orada hal-hazırda 110 nəfər işçi əmək müqaviləsi əsasında işləyir. 12.05.2020-ci il tarixdə, təxminən saat 12 radələrində o, “X43 Müəssisəsi” MMC-nin kərpic istehsalı müəssisəsinin inzibati binasında MMC-nin kassiri vəzifəsində işləyən Nurlana Mehtiyeva ilə birlikdə xidməti otağında oturan zaman, qəflətən müəssisənin həyətində səs-küy yarandığını görüb, dərhal həyətə çıxmış və işçilərdən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtokarla vurulduğunu öyrənib, dərhal hadisənin baş verdiyi “Hoffman” adlı kürənin yağınlığında kərpic bişirmə peçinin olduğu yerə getmişdir. Ora getdikdə Zərərçəkmiş şəxs kərpic bişirmə peçinin yaxınlığından keçən torpaq səthli yolun ortasında olduğunu görüb, həyacanlandığından onun hansı vəziyyətdə olmasına fikir verməmiş və kənara çəkilmişdir. Həmin yerə gələndə ora artıq təcili tibbi yardım avtomobili gəlmişdir. Bununla bağlı o, istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonundan Əmək Müfəttişliyinə zəng edib məlumat vermiş, daha sonra isə bu barədə Əmək Müfəttişliyinə rəsmi qaydada məktub da yazmışlar. Təqsirləndirilən şəxs1 2017-ci ilin aprel ayından etibarən direktoru olduğu müəssisədə avtokar sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs isə təxminən 10 ildən artıqdır ki, həmin müəssisədə “Kamaz “markalı yük avtomobilinin sürücüsü işləmişdir. Murtuzla Əhmədin birbiri ilə münasibəti çox yaxşı olmuş, bir-biri ilə ata-bala kimi olmuşlar. Murtuzun Əhmədlə, habelə müəssisədə işləyən digər işçilərlə də münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs dindar insan olmuş, həmin gün oruc da tutmuşdur. Təqsirləndirilən şəxs1 həmin gün alkoqollu içki qəbul etməmişdir. Ümumiyyətlə heç bir işçi işə sərxoş vəziyyətdə gəlməmişdir. Buna rəhbərlik olaraq imkan verməmişdir. Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi üzrə işlərin görülməsi 2019-cu ilin yanvar ayından oranın işçisimühəndis Şahid3 həvalə edilmiş və İlyasın səhhətində yaranmış problemlərə görə o, 02.05.2020-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Daha sonra həmin texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ilə əlaqədar kitab və jurnallar müəssisənin mühəndis-mexaniki Mamed Bayramova 12.05.2020-ci il tarixli aktla təhvil verilmişdir. Şahid3 işləmək istəməməsi barədə gözlənilmədən ona məlumat verdiyindən, həmin müddət ərzində həmin vəzifənin kimə həvalə edəcəyini bilməmiş və həmin vəzifəyə uyğun bir şəxs tapa bilməmişdir. Lakin yekunda Mamed Bayramovun bu vəzifənin öhdəsindən gələcəyini düşünüb, Mamedə İlyasın işi həvalə edilmişdir. Müəssisədə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı Şahid3 işlədiyi dövrdə hər ay 2 dəfə işçilərə müəssisənin yeməkxanasının qarşısında, bəzən isə onların iş yerlərində təhlükəsizlik qaydaları barədə şifahi təlim keçmiş, hər rübdə bir dəfə isə təlim keçməklə bağlı işçilərə təhlükəsizlik qaydaları keçirildikdən sonra, bununla bağlı jurnallara imza etdirmişdir. O, buna özü şahid olmuşdur. Şahid3 onun tərəfindən yox, sabiq direktor X22 tərəfindən işə götürülmüşdür. Şahid3 “X38 Müəssisəsi” MMC-də ştat üzrə vəzifəsi texniki təhlükəsizliyə cavabdeh istehsalat mühəndisi olmuşdur. O, “X38 Müəssisəsi” MMC-yə direktor təyin olunduğu vaxtdan istehsalat mühəndisi Şahid3 həmin müəssisədə texniki təhlükəsizliklə bağlı təlimatlandırma işləri gördüyündən o, da bu sahəni bildiyi üçün Şahid3 texniki təhlükəsizliklə bağlı təlimatlandırma işlərini aparmaqda davam etməsinə etiraz etməmişdir. Ona görə də Şahid3 işdən çıxdığı dövrədək əvvəlki qaydada texniki təhlükəsizliklə bağlı müəssisədə təlimatlandırma işləri aparmışdır. Müəssisədə istismar edilən çəngəlağız yükləyicilər isə Rusiyada “Qorki” avtomobil zavodunda istehsal edilmiş yükləyicilər sırasındadır. Həmin avtokarlar uzun müddət təzəliyindən Azərbaycan Respublikasında istismar edilmişlər. Daha sonra həmin avtokarların 3-cü və 4-cü alıcısı olaraq o, direktor olmadığı dövrdə MMC-nin əvvəlki direktorları tərəfindən alınmışdır. O, rəhbərlik etdiyi dövrdə həmin avtokarları yenidən təmir edərək, işlək vəziyyətə gətirmişdir. Həmin avtokarların FHN-də qeydiyyatda olub-olmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 əvvəldən həmin müəssisədə işləmişdir. O, ora direktor təyin olunduqda Murtuzun uzun zaman avtokar sürücüsü kimi işlədiyini görüb, onun avtokar idarə etməklə bağlı təcrübəsinə güvənib, Murtuzun işləməsi ilə bağlı hər hansı etirazı olmamışdır. Baş vermiş hadisə ilə onun hərəkət və yaxud hərəkətsizliyi arasında heç bir səbəbli əlaqə mövcud deyildir. O, əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər təlimatların aidiyyəti şəxslərə keçirilməsi işinə nəzarət etmişdir. İşin bu halını iş materiallarına əlavə edilmiş təlimatlandırma ilə bağlı jurnallara baxış keçirmək yolu ilə müəyyən etmək mümkündür. Belə ki, həmin jurnallarda hadisəni törətmiş Təqsirləndirilən şəxs1 sonuncu dəfə 2020-ci ilin aprel ayının 1-də həm əməyin mühafizəsi, həm texniki təhlükəsizlik, həm də digər təlimatların keçirilməsini müəyyən etmək mümkündür. Hadisə avtokarın yararsızlığına görə yox, Təqsirləndirilən şəxs1 diqqətsizliyinə görə olmuşdur. Avtokarların mütləq qaydada dövlət qeydiyyatına alınması, onların istismarı qaydaları, həmçinin onların məcburən texniki baxışdan keçirilməsi ilə bağlı dövlət qeydiyyatına alınmış hər hansı normativ sənədlər yoxdur. Eyni zamanda avtokarları idarə edən şəxslərin sürücülük vəsiqəsinə və iş vəsiqəsinə malik olmaları barədə heç bir normativ qayda və təlimat mövcud deyildir. “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat” və digər təlmatlar ondan əvvəl təsdiq olunmuşdur. Həmin təlimatlar heç bir normativ sənədə söykənmir. Həmçinin bu təlimatda avtokarlar tərəfindən götürülən paddonlarda olan kərpic yüklərinin hansı metr hündurlukdə olması barədə heç bir göstəriş və qayda yoxdur. Avtokarların texniki baxışdan keçirilməsi ilə bağlı da heç bir normativ xarakterli qayda və təlimat mövcud deyildir. İttihamda göstərilən avtokarların texniki baxışdan keçməməsi, ehtimal edilən saz vəziyyətdə olmaması, dövlət qeydiyyatına alınmaması, dövlət nömrə nişanlarının olmaması, mühərrik nömrəsinin olmaması, avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündur yükün vurulması və Təqsirləndirilən şəxs1 avtokar sürmək üçün sürücülük vəsiqəsinin və iş vəsiqəsinin olmaması barədə ona istinad olunan hallarla baş verən hadisə, həmçinin onun hərəkət və ya hərəkətsizliyi ilə Zərərçəkmiş şəxs ölümü arasında heç bir səbəbli əlaqə yoxdur. Bir daha qeyd edir ki, avtokarların texniki baxışdan keçməsi, dövlət qeydiyyatına alınması, onların dövlət nömrə nişanlarının olması, mühərrik nömrəsinin olması, avtoyükləyicinin çəngəl hissəsinə vurulan mühafizə örtüyündə yükün hansı hündurlukdə olması və avtokar sürmək üçün mütləq qaydada sürücülük vəsiqəsinin və iş vəsiqəsinin olması barədə normativ xarakterli, yəni dövlət qeydiyyatına alınmış və göstərişləri məcburi xarakter daşıyan heç bir normativ sənəd yoxdur. Onun əməlində CİM-nin 162.2-ci maddəsinin tərkibi yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində tək yaşayır. Mərhum əri Zərərçəkmiş şəxs vəfat etməmişdən əvvəl onunla birlikdə yaşamışdır. Əhmədlə 1971-ci ildən ailə həyatı qurmuşdur. Onların həmin evlilikdən iki oğlu və bir qızı olmuşdur. X44 və Rahib Malaxov, həmçinin qızları Zaira Malaxova öz ailələri ilə birlikdə təxminən 15 ildir ki, Rusiya Federasiyanın Vladimir şəhərində yaşayırlar. Əhməd siqaret çəkən, alkoqollu içki qəbul edən olmamış, o, Əhmədi tanıdığından bu yana Əhməd daim namaz qılmışdır. Mərhum əri Əhməd əvvəllər də sürücü işləmiş, son 12 ildə isə “X38 Müəssisəsi” MMC-də “Kamaz” markalı yük avtomobilinin sürücüsü işləmişdir. Əhmədin heç kimlə düşmənçiliyi və ya ədavəti olmamışdır. Əhmədi idarə etdiyi avtokarla vuran Təqsirləndirilən şəxs1 şəxsən tanımasa da, Əhməd bəzən evdə Murtuz barəsində danışanda Murtuzu öz övladı kimi çox istədiyini, çox mərifətli oğlan olmasını demişdir. Murtuzla Əhməd arasında heç vaxt narazılıq olmamış, bir-biriləri ilə çox mehriban olmuşlar. 12.05.2020-ci il tarixdə, saat 03 radələrində Əhməd yuxudan oyanaraq, imsak edib orucunu bağlamış və daha sonra yenidən təxminən 1 saat yatdıqdan sonra saat 08 radələrində “Mercedes Benz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə qonşuluqda yaşayan və onunla birlikdə işləyən Nurlana adlı xanımı da götürüb, işə getmişdir. Əhmədin imsak üçün yeməyini durub o, hazırlamış və yola salmışdır. Həmin gün Əhmədin əhvalı yaxşı olmuş, ümumiyyətlə heç vaxt səhhəti ilə bağlı şikayəti olmamışdır. Həmin gün təxminən saat 13 radələrində qonşular ona Əhmədin işlədiyi müəssisədə bədbəxt hadisə nəticəsində, yəni Murtuzun idarə etdiyi avtokarla ehtiyatsızlıqdan vurularaq vəfat etməsi xəbərini vermişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu ziyanı tam ödəmişlər və o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1987-ci ildə X7 mexanizasiya fakultəsini bitirmişdir. Əvvəllər Balakən rayonu Yeni Şərif kəndində mexanik, Azpetrol yanacaq doldurma məntəqəsində elektrik vəzifələrində, 04.01.2019-cu il tarixdən 02.05.2020-ci il tarixədək isə “X38 Müəssisəsi” MMC-də mühəndis vəzifəsində işləmiş və işlədiyi dövr ərzində texniki təhlükəsizlik işləri rəhbərlik tərəfindən ona həvalə edilmişdir. 02.05.2020-ci il tarixdə, 01.05.2020-ci il tarixli səhhəti ilə bağlı işləyə bilmədiyi üçün işdən çıxmaqla bağlı ərizəsinə əsasən işdən azad olunmuşdur. Onun həmin müəssisədə vəzifəsi orada istehsal olunan kərpiclərin qurutmaxanaya girməsinə və çıxmasına nəzarət etməkdən ibarət olmuşdur. Habelə texniki təhlükəsizliyə riayət edilməsi ilə bağlı şifahi olaraq hər gün müəssisənin ərazisini gəzərkən işçilərə ehtiyatlı olmalarını bildirmiş və hər rübün əvvəlində bir dəfə olmaqla texniki təhlükəsizliklə bağlı təlimatlandırma işini aparmış və məlumatlandırma jurnalına işçilərin hamısına imza etdirmişdir. Bundan başqa hər səhər kərpic dolduran işçilərə və avtokar sürücülərinə iş bölgüsü barədə məlumat vermişdir. Mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 da onunla birlikdə həmin müəssisədə işləmişlər. Zərərçəkmiş şəxs “KAMAZ” markalı yük avtomobilinin sürücüsü, Təqsirləndirilən şəxs1 isə yük daşıyıcısı olan avtokarın sürücüsü olmuşdur. Onların bir-biri ilə, onunla və oranın digər işçiləri ilə münasibəti yaxşı olmuşdur. İşlədiyi müddətdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 arasında hər hansı münaqişənin və mübahisənin şahidi olmamışdır. 12.05.2020-ci il tarixdə, təxminən saat 09 radələrində “X38 Müəssisəsi” MMC-nin kərpic istehsalı müəssisəsinə gedərək, oranın inzibati binasının birinci mərtəbəsindəki otaqda İlqar Novruzovun, onun və Mamməd Bayramovun iştirakı ilə Mamed Bayramova təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsini təhvil-təslim etmiş və bununla bağlı akt tərtib etmişlər. X36 olan təhlükəsizlik, yanğından mühafizə və sair jurnalları və təlimatları təhvil-təslim etmişdir. İşdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 aktla Mamed Bayramova təhvil verməsini istədiyi üçün həmin sənədləri aktla ona təhvil vermişdir. Daha sonra Mamedlə müəssisənin ərazisini gəzərək, ona işi barədə məlumat vermişdir. Habelə avtokar sürücülərinə də Mamed Bayramova işi başa salmaq üçün iş bölgüsünün aparılması ilə bağlı izahedici göstərişlər vermişdir. Daha sonra təxminən saat 11 radələrində öz evinə qayıtmışdır. Həmin gün günorta saatlarında o, yaşadığı evdə olan zaman “X38 Müəssisəsi” MMC-də Təqsirləndirilən şəxs1 avtokarı idarə edərkən bilmədən Zərərçəkmiş şəxs təkərin altına salaraq, əzib öldürməsi xəbərini eşitmişdir. O, “X38 Müəssisəsi” MMC-də işlədiyi müddət ərzində texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsini daşımışdır. O, həmin müəssisədə işə başlayanda oradakı texnikalar necə olmuşdursa o, işlədiyi dövrdə də eyni qaydada işləmişdir. Avtokarların sürücülərinə ehtiyatlı olmalarını, avtokarları aşağı sürətlə idarə etmələrini bildirmişdir. O, təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı hər hansı təlim və ya kursda iştirak etməmişdir. O, sadəcə olaraq rəhbəlik tərəfindən ona verilən təhlükəsizliklə bağlı təlimat kitablarını oxumuş və həmin təlimatlara uyğun olaraq təlimatlandırma işini təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən etibarən “X43 Müəssisəsi” MMC-nin kərpic istehsalı müəssisəsində fəhlə işləyir. Onun oradakı işi kərpiclərin yük avtomobilininə doldurulub və boşaldılmasından ibarətdir. Mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 da onunla birlikdə uzun müddətdir ki, həmin müəssisədə işləmişlər. Zərərçəkmiş şəxs “Kamaz” markalı yük avtomobilinin sürücüsü, Təqsirləndirilən şəxs1 isə yük daşıyıcısı olan avtokarın sürücüsü olmuşdur. Onların bir-biri ilə, onunla və oranın digər işçiləri ilə münasibəti yaxşı olmuşdur. 12.05.2020-ci il tarixdə, təxminən saat 12 radələrində işləyən zaman o, qəflətən Şahid1 “saxla” deyə qışqırıq səsini eşitmiş və Elşənin baxdığı yerə baxdıqda, Zərərçəkmiş şəxs ondan təxminən 4-5 metr aralıda Təqsirləndirilən şəxs1 idarə etdiyi avtokarın sağ təkərinin altında qaldığını görmüşdür. Əhməd üzü üstə yerə uzanıqlı vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs1 isə bilmədən avtokarı onun ayaqlarının arasından başlayaraq boynuna doğru boynundan təxminən 10 sm aşağı məsafəyədək hərəkət etdirib, avtokarın sağ təkəri ilə çıxmış və irəliləmişdir. Bu zaman onun və bunu görmüş Elşənin “saxla” deyə qışqırmaları nəticəsində Murtuz dərhal avtokarı dayandırıb, tez geri sürərək, Əhmədin üzərindən avtokarın sağ təkərini geri çəkib, torpaq səthi üzərinə salmışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtokara kərpiclərin qurudulması bölməsindən kərpicləri dolduraraq, kərpiclərin bişirilməsi kürəsinə gətirmişdir. Murtuz idarə etdiyi avtokarın önündə kərpiclər olduğundan önünü görməmiş, bu səbəbdən də həmin zaman onun önünə qəflətən cıxmış Əhmədi görməməsi və sonuncunun da bunun fərqinə varmaması nəticəsində idarə etdiyi avtokarla Əhmədi vurub yerə yıxaraq, avtokarın sağ təkəri ilə üstünə çıxmışdır. Murtuz Əhmədi ehtiyatsızlıqdan vurub yerə yıxan zaman görməmişdir. Şəxsən ona və digər işçilərə, o cümlədən Təqsirləndirilən şəxs1 müəssisədə təhlükəsizlik qaydalarına riayət olunmasına dair Şahid3 tərəfindən təlimat keçirilmişdir. Hadisə baş verdiyi zaman hadisənin baş verdiyi yerdən təxminən 10-15 metr aralıda kərpic dolduran fəhlələr Kamran, Həmzət, Şahin, əsl adını bilmədiyi Qara ləqəbli işçi, Vüsal və Soltan olmuşlar. Lakin onların hadisənin baş verməsini görüb-görməməsini dəqiq bilmir, çünki onlar bir az aralıda olmuşlar. Orada mühərriklərin səsindən onların səsini eşidib-eşitməməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12.05.2020-ci il tarixdə, saat 12 radələrində o, işdə həmişəki kimi kərpic bişirmə sexinin çöl tərəfində işləyərkən mərhum Zərərçəkmiş şəxs “Kamaz” markalı yük avtomobilini kərpic bişirmə sexinin yanındakı çöl tərəfdə avtokarların gedib-gəldiyi yolun kənarında saxlamış və Elşənlə Mustafa həmin avtomobilin yük daşınan hissəsinə kərpic yükləmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 sexin içərisindən kərpiclə dolu paddonları çöl tərəfdəki onların işlədikləri avtokarlarla gətirilən kərpicləri paddonlardan elevatora yuklədikləri bölməyə gətirmişdir. Murtuz idarə etdiyi avtokarla sexin içərisindən kərpiclə dolu paddon gətirən zaman onun idarə etdiyi avtokarın çəngəllərinə paddonlarla yüklənmiş kərpiclərin onun önünü görməsini məhdudlaşdırması səbəbi ilə yolun ortasında “Kamaz” markalı yük avtomobilinin yanından onun olduğu istiqamətdə yavaş addımlarla gələn Əhmədi görməyərək, arxadan vurub üzü üstə yerə yıxmış və avtokarın ön sağ təkəri ilə təxminən onun kürəyinin orta hissəsinə qədər ayaqlarının arasından üstünə çıxaraq əzmiş və əzdikdən sonra çox güman ki, yaxınlıqda olan Elşənlə Mustafanın səsinə avtokarı dayandıraraq, geri sürüb, avtokardan düşüb, Əhmədi yerdə görüb, həyacandan başını tutub, nəsə deyərək, ora-bura qaçmışdır. O, həmin vaxt su içmək üçün hadisənin baş verdiyi yerə tərəf getdiyindən, hadisənin necə baş verməsini görmüşdür. Hadisənin baş verdiyi yerlə onun arasında təxminən 20-30 metr məsafə olduğundan və mühərriklərin səsindən qışqırsa da, onu eşidən olmamışdır. Hər şey çox tez baş vermişdir. Murtuzun surəti çox aşağı olmuş, qeyd etdiyi kimi Murtuz Əhmədi, Əhməd də Murtuzun idarə etdiyi avtokarın ona tərəf gəlməsini görməmişdir. Murtuz Əhmədi vurduqdan sonra ora tez bir vaxtda çoxlu işçilər toplaşmışlar. O, Zərərçəkmiş şəxs tərəf iri addımla getdikdə, Əhmədin üzü üstə yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz olmasını görmüşdür. Bununla bağlı təcili tibbi yardıma zəng etmiş və daha sonra ora təcili-tibbi yardım avtomobili, polis və prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Hadisə baş verən zaman ora yaxın yerdə Elşən və Mustafa olmuş, biraz kənarda təxminən 20-30 metr aralıda isə o, Soltan, Şahin olmuşlar. Başqa kiminsə olmasını xatırlamır. Həmin gün 2 ədəd avtokar işləmiş, birinin sürücüsü Murtuz, digərinin isə sürücü Coşqun olmuşdur. Həmin gün Murtuzun işi kərpiclə dolu paddonları sexin içərisindəki qurutma bölməsindən avtokarla gətirib, çöl tərəfdəki kürəyə doldurma bölməsinə təhvil verməkdən ibarət olmuşdur. Coşqunun işi isə Murtuz tərəfindən gətirilərək, onlar tərəfindən boşaldılmış paddonları sexin içərisindəki kəsim bölməsinə geri aparıb qoymaqdan ibarət olmuşdur. İş bölgüsünü həmişə Şahid3 etmişdir. Lakin həmin gün o, Şahid3 görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 3 ildir “X43 Müəssisəsi” MMC-də əmək müqaviləsi əsasında fəhlə işləyir. 12.05.2020-ci il tarixdə, saat 12 radələrində o, işdə həmişəki kimi kərpic bişirmə sexinin çöl tərəfində işləyərkən mərhum Zərərçəkmiş şəxs “Kamaz” markalı yük avtomobilini kərpic bişirmə sexinin yanındakı çöl tərəfdə avtokarların gedib-gəldiyi yolun kənarında saxlamış və Elşənlə bir nəfər xatırlamadığı işçi həmin avtomobilin yük daşınan hissəsinə kərpic yükləmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 sexin içərisindən kərpiclə dolu paddonları çöl tərəfdəki onların işlədikləri avtokarlarla gətirilən kərpicləri paddonlardan elevatora yuklədikləri bölməyə gətirmişdir. Murtuz idarə etdiyi avtokarla sexin içərisindən kərpiclə dolu paddon gətirən zaman onun idarə etdiyi avtokarın çəngəllərinə paddonlarla yüklənmiş kərpiclərin onun önünü görməsini məhdudlaşdırması səbəbi ilə yolun ortasında “Kamaz” markalı yük avtomobilinin yanından onun olduğu istiqamətdə yavaş addımlarla gələn Əhmədi görməyərək, arxadan vurub üzü üstə yerə yıxmış və avtokarın ön sağ təkəri ilə təxminən onun kürəyinin orta hissəsinə qədər ayaqlarının arasından üstünə çıxaraq əzmiş və əzdikdən sonra avtokarı dayandıraraq, geri sürüb avtokardan düşüb, Əhmədi yerdə görüb. həyacandan başını tutub, nəsə deyərək, ora-bura qaçmışdır. Həmin vaxt hadisənin baş verdiyi yerlə onun arasında təxminən 20-25 metr məsafə olmuşdur. Hər şey çox tez baş vermişdir. Murtuz Əhmədi vurduqdan sonra ora tez bir vaxtda çoxlu işçilər toplaşmışlar. Şəxsən ona və digər işçilərə, o cümlədən Təqsirləndirilən şəxs1 müəssisədə təhlükəsizlik qaydalarına riayət olunmasına dair Şahid3 tərəfindən mütəmadi təlimat keçirilmiş və bu barədə jurnallarda imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən etibarən “X43 Müəssisəsi” MMC-nin kərpic istehsalı müəssisəsində fəhlə işləyir. Onun oradakı işi kərpiclərin yük avtomobilininə doldurulub və boşaldılmasından ibarətdir. Mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 da onunla birlikdə uzun müddətdir ki, həmin müəssisədə işləmişlər. Zərərçəkmiş şəxs “Kamaz” markalı yük avtomobilinin sürücüsü, Təqsirləndirilən şəxs1 isə yük daşıyıcısı olan avtokarın sürücüsü olmuşdur. Onların bir-biri ilə, onunla və oranın digər işçiləri ilə münasibəti yaxşı olmuşdur. 12.05.2020-ci il tarixdə, təxminən saat 12 radələrində o, “X38 Müəssisəsi”ndə kərpic bişirmə sobasının yaxınlığında oranın digər fəhləsi Mustafa ilə mərhum Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə onun, bəzən isə Şahid2 idarə etdiyi başqa avtokara əlləri ilə kərpic yukləyən zaman qəflətən qəribə qışqırıq səsi eşitmiş və səs gələn yerə baxdıqda, Zərərçəkmiş şəxs ondan təxminən 4-5 metr aralıda Təqsirləndirilən şəxs1 idarə etdiyi avtokarın sağ təkərinin altında qaldığını görmüşdür. Əhməd üzü üstə yerə uzanıqlı vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs1 isə avtokarı onun ayaqlarının arasından başlayaraq boynuna doğru boynundan təxminən 10 sm aşağı məsafəyədək avtokarın sağ təkəri ilə çıxmış və irəliləmişdir. Bu zaman onun və bunu görmüş Mustafanın “saxla” deyə qışqırmaları nəticəsində Murtuz dərhal avtokarı dayandırıb,tez geri sürərək, Əhmədin üzərindən avtokarın sağ təkərini geri çəkib, torpaq səthi üzərinə salmışdır. Belə ki, Murtuz idarə etdiyi avtokara kərpiclərin qurudulması bölməsindən kərpicləri dolduraraq kərpiclərin bişirilməsi kürəsinə gətirmişdir. Murtuz idarə etdiyi avtokarın önündə kərpiclər olduğundan önünü görməmiş, bu səbəbdən də həmin vaxt onun önünə qəflətən cıxmış Əhmədi görməməsi və Əhmədin də bunun fərqinə varmaması nəticəsində idarə etdiyi avtokarla Əhmədi vurub yerə yıxaraq, avtokarın sağ təkəri ilə üstünə çıxmışdır. O, sadəcə Əhmədin səsini eşidəndə onun tərəfə baxmış və onun Murtuzun idarə etdiyi avtokarın sağ təkərinin altında qaldığını görmüşdür. Murtuz onu ehtiyatsızlıqdan vurub yerə yıxan zaman görməmişdir. Həmin vaxt ehtimalən hadisəni Mustafa görmüş, orada başqa kiminsə olmasını görməmişdir. Ona, həmçinin digər işçilərə və o cümlədən Təqsirləndirilən şəxs1 müəssisədə təhlükəsizlik qaydalarına riayət olunmasına dair mütəmadi təlimat keçirilmişdir. Məhkəmə iclasında məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, lakin məhkəməyə gəlməyən və iş üzrə təqsirləndirilən şəxslər və şahidlər tərəfindən öldüyü bildirilən şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edələrək müvafiq qaydada tədqiq edilən Şahid4 da ibtidai istintaqda Şahid3 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. İş materiallarında olan 12.05.2020-ci il tarixli Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, sonuncunun meyitinin əynində olan paltarların üzərində arxasından sarımtıl rəngli toz-torpaqlıdır. Meyitin əynindəki paltarları: 1) Qara rəngli arxası cırıq dəri gödəkcə; 2) Yerliyi qara rəngli, iki yan cibli, öndən zəncirlə və düymə ilə bağlanan yaxalıqlı, sağ bazunun arxasında 23 sm tikişdən sökülmə olan gödəkcə; 3) Yerliyi açıq göyümsov, ağımsov damalı, yaxalıqlı, öndən 5 ədəd düymə ilə bağlanan yuxarıdan aşağıya 4 və 5 düyməsi olmayan, 5-ci düymə üçün nəzərdə tutulmuş yerin yanında “T”vari 3x4 sm ölçüdə yırtığı olan köynək; 4) Ağ rəngli, sağ aşağı döş hissəsinin 2x3 sm ölçüdə cırığı olan mayka; 5) Qara rəngli iki yan cibli belində qayışı olan şalvar (şalvarın arxa tərəfi müxtəlif istiqamətlərdə cırılmışdır); 6) Göy rəngli tuman (aralıq nahiyəsində qanabənzər ləkələr vardır); 7) Bir cüt göy rəngli corablar; 8) Bir cüt qara rəngli ayaqqabılar. Meyiti soyundurduqda kişi cinsli olub, boyunun uzunluğu 172 sm, düzgün bədən quruluşlu, meyit soyumuşdur. Meyit ləkələri meyitin arxa səthlərində açıq qırmızı rəngdədir. Barmaqla təzyiq etdikdə avazıyır, 0.5 dəqiqədən öz əvvəlki rəngini almışdır. Başında alın-təpə nahiyəsində tükləri olmamış, qalan yerlərdə 0,5 sm uzunluğunda ağımsov rəngdədir. Əllədikdə kəllə və burun sümükləri, habelə qulaq qığırdaqları salamatdırlar, girəcəkləri təmizdir. Sağ alnının aşağısından sağ çənənin qurtaracağına qədər sifət daxil olmaqla 18x9 sm ölçüdə dərisi aşınmış sıyrıqlar, sifətinin sol yuxarı hissəsində 2x1 sm ölçüdə dərisi aşınmış sıyrıq vardır. Hər iki gözlərinin konyuktivasında açıq qırmızımtıl qansızmalar vardır. Üst çənədə qapaq olub, bir ədəd sarı metal dişi vardır. Alt çənədə 8 ədəd dişdən 6-sı sarı metaldır. Sol kürəkdən sağrıya qədər 15 ədəd köndələn istiqamətlərdə 10x2,2 sm-dan 4x0.5 sm-yə qədər qırmızımtıl qansızmalar vardır. Sağ dirsək çüxurunda 3,0x2,0 sm ölçüdə qırmızımtıl ovalvarı qansızma, sağ bazuda “Lyubov sçaste” döyməsi vardır. Sağ bazu-çiyin oynağında üst səthdə qırmızı sıyrıq vardır. Sağ əlinin üstündə 10x8 sm ölçüdə, barmaqlarının arxa səthlərində 5x7 sm ölçüdə qırmızı qansızmalar vardır. Sol əlinin adsız barmağında 1x0,8 sm ölçüdə qırmızımtıl qansızma vardır. Döş qəfəsində məmə xəttindən aşağıda, 12x0.5 sm ölçüdə köndələn istiqamətdə, sağ yan səthində, qövsvari, 16x0,2 sm ölçüdə qırmızımtıl sıyrıqlar vardır. Qarnında köndələn istiqamətdə 23x8 sm ölçüdə, sağ qasıqda 5x0,2 sm ölçüdə sıyrıqlar vardır. Sol bud sümüyünün başı çıxmışdır. Xarici cinsiyyət üzvü daxilə girib görsənmir. Cinsiyyət orqanları nahiyəsində 12x12 sm ölçüdə kənarları nahamar daxilindən yara üzərinə xayalar, bağırsaqlar çıxıb 40 sm-ə qədər çölə tökülmüşdür. Sol budun iç yuxarı səthində 8x5 sm ölçüdə qırmızımtıl qansızma vardır. Baxış zamanı onun əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd qara rəngli başqa gödəkçə, bir ədəd açıq göyümsov köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, göy rəngli tuman, bir cüt göy rəngli corablar və bir cüt qara rəngli ayaqqabı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild-1, iş vərəqə: 115-123). İş materiallarında olan 15.05.2020-ci il tarixli Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman istifadəsində olmuş və Zərərçəkmiş şəxs vurulması nəticəsində sonuncunun ölümünə səbəb olmuş çəngəlağız yükləyiciyə baxış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokoldan görünür ki, “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı müəssisəsində olan kərpic bişirmə sobasının yaxınlığında 12.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş avtokar motoru söndürülmüş vəziyyətdə saxlanılmışdır. Baxış zaman iştirak edən Təqsirləndirilən şəxs2 həmin avtokarın 12.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş avtokarın olmasını təsdiq edərək bildirdi ki, “Bu avtokarlar “sovet” dövründən qalma avtokarlardır, indi bunların buraxılışı yoxdur. Biz bunları əldə etmişik qara bazardan, bəzilərini nasaz vəziyyətdə qəbul edib, sonradan onları təmir etmişik” və daha sonra həmin avtokarlardan müəssisədə 4 ədəd olmasını bildirdi. Onların yalnız ikisi istismar olunur. Digər ikisi isə istismar olunan iki avtokar sıradan çıxdıqda onları əvəz edir. Həmin avtokarların sürücülərinə isə hər ay təlim keçirilir və onlara keçirilmiş təlimlə bağlı sənədləşmə aparılsa da, sürücülərə sertifikat verilmir. Bundan sonra Qənbər Qasımov həmin avtokara baxış keçirərək, avtokarın Azərbaycan Respublikası FHN-də qeydiyyatının olmamasını, istismar müddətinin bitdiyini, saz vəziyyətdə olmadığını, konstruksiyasında dəyişiklik edildiyini və həmin avtokarın kustar üsülla yığıldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 verilmiş suala cavab olaraq həmin avtokarın və müəssisədə istismar olunan digər avtokarların texniki pasportlarının olmamasını bildirdi. Baxış zamanı avtokarın içərisinə baxış keçirilən zaman oturacağının köhnəlmiş və cırılmış vəziyyətdə olması, siqnal və sürət göstəricilərinin olmaması müəyyən edildi. Avtokarın ön təkərinin diametri 96 sm, 25 sm isə enidir. Materialı rezindəndir. Habelə mütəxəssis bildirdi ki, avtokar idarə edən zaman avtokara yüklənmiş paddonlar elə səviyyəyə çəngəlləri ilə qaldırılmalıdır ki, sürücünün qabağı görməsi məhdudlaşmasın. Həmçinin əlavə olaraq müəssisədə olan digər 3 avtokaraa baxış keçirildi və mütəxəssis onların da FHN-də qeydiyyatda olmamasını və istismara yararsız olduğunu bildirdi. Baxış keçirildikdən sonra həmin çəngəlağız yükləyici Balakən RPŞ-ni mühafizə olunan duracağında saxlanılmışdır (cild-1, iş vərəqə: 175-178). İş materiallarında olan 16.05.2020-ci il tarixli “Maddi sübut qismində tanıma haqqında” qərardan görünür ki, 12.05.2020-ci il tarixdə Zərərçəkmiş şəxs meyitinə baxış keçirilən zaman götürülmüş bir ədəd qara rəngli gödəkçə, bir ədəd qara rəngli başqa gödəkçə, bir ədəd açıq göyümsov köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, göy rəngli tuman, bir cüt göy rəngli corablar və bir cüt qara rəngli ayaqqabı, eyni zamanda sözügedən hadisə zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi çəngəlağız yükləyiciyə 15.05.2020-ci il tarixdə baxış keçirildikdən sonra Balakən RPŞ-nin mühafizə olunan duracağında saxlanılmış həmin çəngəlağız yükləyici aşkar edildiyi yerə, vaxta və öz üzərində hadisənin izini saxladığına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmışdır (cild-1, iş vərəqə: 203-204). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X23 X47 Balakən rayon şöbəsi tərəfindən verilmiş 25.05.2020-ci il tarixli, 08 nömrəli məhkəmə-tibbi ekspert rəyində aşağıdakılar göstərilmişdir: 1. Mərhum Malaxovun meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər - sağ alnının aşağısından sağ çənənin qurtaracağına qədər sıyrıqlar, sifətinin sol yuxarı hissəsində sıyrıq, gözləri konyuktivasında qansızma, sol kürəkdən sağrıya qədər çoxsaylı qansızmalar, sağ dirsək çüxurunda qansızma, sağ bazu-çiyin oynağında sıyrıq, sağ əlinin üstündə, barmaqlarının arxa səthlərində qansızmalar, sol əlində qansızma-qançır, döş qəfəsində böyük ölçülü sıyrıqlar, qarnında, sağ qasıqda sıyrıqlar, sol bud sümüyünün başının çıxığı, cinsiyyət orqanları nahiyəsində açıq böyük ölçülü yara, sol budun iç yuxarı səthində qansızma, döş sümüyündə sınıq, sağ və sol qabırğalarında çoxlu sayda sınıqlar, ürəkdə, sol ağ ciyərdə cırılmış yaralar, qara ciyərdə qansızma, bağırsaqlarında qansızmalar, döş fəqərəsində sınıq, xaricə və daxilə kəskin qanitirmə; 2. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı həyati olub, bərk küt əşyanın-əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 12.05.2020-ci ildə çox ağır əşyanın (əşyaların) və eləcə də avtokarla vurub əsasən arxadan önə sıxması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər; 3. Mərhum Malaxovun ölümünün səbəbi aldığı xəsarətlər nəticəsində çoxlu qanitirmə olmuşdur. Mərhum Malaxovun ölümü - meyit əlamətlərinə görə, meyitin müayinəsindən 4-5 saat əvvəl baş verməyə uyğun gəlir; 4. Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin Kimya şöbəsindən mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsinə dair verilmiş 22.05.2020- ci il tarixli 1490/K saylı aktda qeyd edilənlərə görə, onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, l,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild-1, iş vərəqə: 251-253). İş materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Mazirliyi MEM-in məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 10/2346 nömrəli ekspert rəyində göstərilmişdir ki: 1. Baş vermiş hadisə ilə əlaqədar: «Yükləmə-boşaltma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikasına dair 15 №-li Təlimat»ın 1-ci bəndinin (“Müəssisədə yükləmə-boşaltma və yüklərin daşınması işlərində təhlükəsizliyin təmin olunmasına cavabdehlik, tabeliyində bu işləri yerinə yetirən fəhlələri olan mühəndis-texniki işçilərin üzərinə düşür”); «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 1-ci (Avtoyükləyici ilə işlərə yaşı 18-dən az olmayan, istehsalat təlimi keçmiş və mexanizmin idarə edilməsinə iş vəsiqəsi olan şəxslərə müəssisə rəhbərinin əmri ilə icazə verilir. Həmin şəxslərin bilikləri ildə bir dəfədən az olmayaraq yoxlanılmalıdır) və 4-cü (Avtoyükləyicilərlə işlərin görülməsində mühafizə örtüyündən hündür yük yığmaq qadağan olunur) bəndlərinin; «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin (Təşkilat, idarə, müəssisələrin rəhbərliyi borcludur: b) iş yerində sağlam və təhlükəsiz şərait yaratmalı, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli; k) işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməlidirlər) tələbləri pozulmuşdur; 2. İstismarı qadağan olunmalı, yəni texniki tam yararsız və bununla da işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan avtoyükləyicinin istifadəsinə yol verildiyi şəraitdə, hadisə zamanı, «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 4cü bəndinə zidd olaraq, çəngəlağız yükləyiciyə müəyyən edilmiş hündürlükdən artıq yük yüklənməsi və bununla da avtoyükləyicini idarə etmiş Təqsirləndirilən şəxs1 qarşını görmək imkanını yolverilməz dərəcədə məhdudlaşdırılması hadisənin texniki səbəbi olmuşdur; 3. «Yükləmə-boşaltma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikasına dair 15 №-li Təlimat»ın 1-ci bəndinin tələbi və «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 4-cü bəndinin tələbləri (1-ci bəndinin mətnində qeyd olunduğu kimi) - «X43 Müəssisəsi" MMC-də tabeliyində yükləmə-boşaltma və yüklərin daşınması işlərini yerinə yetirən fəhlələri olan mühəndis-texniki işçisi tərəfindən pozulmuşdur; 4. Hadisə zamanı çəngəlağız yükləyiciyə müəyyən edilmiş hündürlükdən artıq yük yükləndiyi şəraitdə avtoyükləyicinin hərəkətə gətirilməsi, «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 4-cü bəndinə zidd olmaqla sürücü Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur; 5. «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 1-ci bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin tələbləri - «X43 Müəssisəsi" MMC-nin direktoru tərəfindən pozulmuşdur (cild-3, iş vərəqə: 2-6). İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-ci il tarixli, **********3 nömrəli məktubla daxil olmuş təhqiqat aktının 6-cı bəndində qeyd olunan “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi”ndə göstərilmişdir ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X38 Müəssisəsi” MMC-nin avtoyükləyici sürücüsü Təqsirləndirilən şəxs1, 4.2-ci bəndinə əsasən “X38 Müəssisəsi” MMC-nin direktoru Təqsirləndirilən şəxs2 cavabdehliyini müəyyən etmişdir. Zərərçəkmiş şəxs ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “X43 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən uçota alınmalıdır. Habelə həmin aktın 4.1-ci bəndində “X38 Müəssisəsi” X4 direktoru tərəfindən təsdiq edilmiş “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli təlimat”ın 4-cü (Avtoyükləyicilərlə işlərin görülməsi zamanı qadağan olunur) bəndinin 8-ci abzasının (Mühafizə örtüyündən hündür yük yığmaq) və 6-cı bəndinin (sürücü hərəkət vaxtı keçidlərdə, qapıların yanında, döngələrdə relsli yolları keçərkən surəti azaltmalı və səs siqnalı verməlidir) tələblərinə əməl edilməməsi, 4.2-ci bəndində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinin 3-cü abzasının (Müəssisənin mülkiyyətçisi və işəgötürəni: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini təmin etməlidirlər) tələblərinə əməl olunmaması göstərilmişdir ( cild-2, iş vərəqə: 31-126). İş materiallarında olan Balakən RPŞ-dən daxil olmuş 18.05.2020-ci il tarixli, 109-11000- 1220 nömrəli məktubda göstərilmişdir ki, 12.05.2020-ci il tarixində ünvan 4 ünvanında yerləşən “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı zavodunun ərazisində həmin MMC-də yük avtomaşının sürücüsü vəzifəsində işləyən Zərərçəkmiş şəxs eyni MMC-də avtokar sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtokarla vurulması nəticəsində ölməsi faktı ilə əlaqədar olaraq istintaq üçün zəruri olan bəzi xüsusatlar əməliyyat yolu ilə aydınlaşdırılmışdır: 1) Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə işlədiyi yer üzrə digər şəxslərlə münasibəti normal olmuş, onlar arasında hadisə günü və ya hadisədən əvvəl mübahisələri və ya münaqişələrinin olmaması müəyyən edilmişdir; 2) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtokarla vurulması barədə məlumatı olan şəxslərin dairəsi müəyyən edilərək ifadələrinin alınması üçün rayon prokurorluğuna gəlməsi təmin edilmişdir; 3) Mərhum Zərərçəkmiş şəxs ailəsi, yaxın qohumları və kənd sakinləri ilə münasibəti normal olmuşdur. 4) Təqsirləndirilən şəxs1 ailəsi, yaxın qohumları və kənd sakinləri ilə münasibəti normal olmuşdur (cild-1, iş vərəqə: 223). İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli, 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəydə göstərilmişdir ki, “X38 Müəssisəsi” MMC-də istismar olunan, idarə edilməsi zamanı ölümə səbəb olmuş çəngəlağız yükləyiciyə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası X2 təhlükəsizliyin tədqiqi laboratoriyasının mütəxəssisləri tərəfindən 11 iyun 2020-ci il tarixində vizual baxış keçirilmişdir. Baxış zamanı yükləyicinin dövlət qeydiyyatından keçmədiyi üçün dövlət qeydiyyat şəhadətnaməsinin, dövlət nömrə nişanının olmadığı, qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə dövlət texniki baxışından keçirilmədiyi müəyyən edilmişdir. Yükləyiciyə aid istehsalçı zavod tərəfindən verilmiş heç bir sənəd təqdim edilmədi. Yükləyicinin şassi və mühərrik nömrələrinin olmadığı aşkar edildi. Texnikanın zavod istehsalı olan mühərrikinin onun parametrlərinə uyğun olmayan digər nömrəsiz mühərriklə əvəz olunduğu müəyyənləşdirildi. Yükləyicinin akkumlyatorunun işləməməsi, şinlərin standartlara uyğun olmadığı və nasaz vəziyyəti ilə əlaqədar onun işə salınması mümkün olmadı. Yükləyicinin işləməməsi səbəbindən əyləc sisteminin və digər hidravlik çalışan qovşaqların işlək vəziyyətdə olubolmamasını müəyyən etmək mümkün olmadı. Xarici işıq cihazlarının olmaması, konstruksiyada nəzərdə tutulmuş kabinə qapılarının qıfılları, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizmin, qəza çıxış yerlərinin və onları hərəkətə gətirən qurğuların, nəqliyyat vasitəsinin yan güzgülərinin, kabinənin bəzi şüşələrinin və nəzərdə tutulan göstərici cihazların olmaması aşkar edildi. Yuxarıda qeyd olunan çatışmazlıqlara əsasən yükləyicidə aşkar olunmuş bütün nasazlıqlar onun istismara tam yararsız olduğunu göstərir və bu vəziyyətdə istismarı onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən də hesab edilir ki, yükləyicinin mövcud vəziyyətdə istifadəsi təhlükəlidir və onun istismarı qadağan olunmalıdır (cild-2, iş vərəqə: 1-11). İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən daxil olmuş 11.06.2020-ci il tarixli, **********9 nömrəli məktubdan və 06.07.2020-ci il tarixli, **********3 nömrəli məktuba əlavə edilmiş təhqiqat materiallarının surətlərində olan Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ilə “X38 Müəssisəsi” MMC-nin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs1 02.04.2018-ci il tarixli əmək müqaviləsi əsasında həmin MMC-yə yükdaşıyan sürücü (avtokar sürücüsü), Zərərçəkmiş şəxs isə 01.07.2006-cı il tarixdən yük avtomobilinin sürücüsü vəzifəsinə qəbul edilmişlər və 12.05.2020-ci il tarixdə onlarla bağlanmış əmək müqaviləsi qüvvədə olmuşdur (cild-1, iş vərəqə: 254-256, cild-2, iş vərəqə: 115-117). İş materiallarında olan “X38 Müəssisəsi” MMC-dən 29.10.2020-ci il tarixli, 79 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs2 həmin MMC-yə direktor vəzifəsinə təyin olunması barədə əmrin çıxarışının sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 16.03.2019cu il tarixli, 10 nömrəli əmrlə “X38 Müəssisəsi” MMC-yə direktor vəzifəsinə təyin olunmuşdur (cild-3, iş vərəqə: 102-103). İş materillarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-ci il tarixli, **********3 nömrəli məktubla daxil olmuş təhqiqat materiallarının surətlərində olan “X38 Müəssisəsi” MMC-nin nizamnaməsindən və Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, “X43 Müəssisəsi” MMC 22.05.2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X40 qeydiyyata alınmış və hüquqi ünvanı olaraq ünvan 7arixdə ********** VÖEN-lə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) vergi orqanında dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan A seriyalı 016367 nömrəli diplomun surətindən görünür ki, Muradov X28 1 nömrəli Peşə Məktəbində traktorçu-maşinist ixtisası üzrə kursu bitirmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaq vardır, o, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X6 ilə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmişdir və əvvəllər məhkum olunmamışdır. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 aprel 2021-ci il tarixli, 03/10-834/3 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin normativ hüquqi aktların vahid elektron bazasında (o cümlədən, X48 Reyestrinin elektron variantında) və Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan normativ hüquqi aktların nəzarət nüsxələri sırasında avtokar (çələngağız) və bu qəbildən olan özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı qaydalar aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyinin 18 may 2021-ci il tarixli, 37/34-01870 nömrəli məktubunda qeyd olunur ki, avtokar (çələngağız) və bu qəbildən olan özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı rəsmi şəkildə X48 Reyestrində qeydiyyata alınmış heç bir qayda mövcud deyil. İş materiallarına əlavə olunan 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 «X43 Müəssisəsi” MMC əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl etmədiyi üçün X39 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. İşin digər zəruri halları halları İş materiallarında olan 12.05.2020-ci il tarixli “Cinayət işi başlanması haqqında” qərardan görünür ki, 12.05.2020-ci il tarixdə Balakən rayon prokuroru Qoşqar Əhmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin tarixdə cinayət işinin ibtidai istintaqının aparılması prokurorluğun müstəntiqi X10 tapşırılmışdır. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 oktyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 01 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İİİ.Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 63-cü maddəsinin İİ və İV hissələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Maddə 64. Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Konstitusiyanın 67-ci maddəsinin 1-ci hissəsinə əsasən səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunmuşdur: «Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz». Konstitusiyanın 127-ci maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya (Avropa Konvensiyası) Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz. Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs və ya hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayətprosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələr haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X20 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Maddə 216. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. C) Qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görəbeş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Maddə 130.1. İnzibati xəta haqqında iş üzrə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Maddə 138.1.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qərar qanuni qüvvəyə minir. D) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. F) Azərbaycan Respublikası CPM Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 14.2-ci maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 14.4-cü maddəsinə əsasən hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüququ yardım almaq hüquqları bildirilməlidir. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 19.4.1 və 19.4.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan tutulduğu, həbsə alındığı və ya müvafinq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməli; hüquqlarını izah etməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir; cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin müddəlarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nini 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-Axtarış Fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İV.Məhkəmənin Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 162.2-ci maddəsilə verilən ittihamı işin faktoloji və hüquqi əsaslarla qiymətləndirməsi Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifində səhvə yol verilmiş; ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilə ittiham verilməsi əvəzinə həmin Məcəllənin 162.2-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğunun əməli Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etimə ilə cəzalandırılır. Qeyd olunanlardan müəyyən olunur ki, həm Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində, həm də CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlər ehtiyatsızlıqdan törədilən cinayətlərdir və sanksiyasında nəzərdə tutulmuş cəzaların ağırlığına görə CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlindən daha ağırdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 162.2-ci maddəsindən CM-nin 124.1-ci maddəsinə tövsif edilməsi zərurətini aşağıdakı qaydada əsaslandırır. Belə ki, 1. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 162.2-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi, bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, avtoyükləyicinin sürücüsü vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı müəssisəsində, 12.05.2020-ci il tarixdə, saat 12 radələrində MMC-nin direktoru tərəfindən 1) 02.10.2006-cı il tarixdə təsdiq edilmiş “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimatın 1-ci bəndinə zidd olaraq, avtoyükləyicini idarə etməsinə icazə verən iş vəsiqəsi olmadan idarə etdiyi avtoyükləyıcı ilə müəssisənin ərazisində yüklərin bir yerdən başqa yerə daşınmasını həyata keçirərkən, 2) qeyd olunan “Təlimat”ın 4-cü bəndinin tələbini pozaraq, avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük,yəni kərpic yığmaqla avtoyükləyicini kərpiclərin bişirilməsi sobası istiqamətində hərəkət etdirərkən, kərpicin normadan hündür yığılması səbəbindən hərəkət istiqamətində qarşını görmək imkanı yolverilməz dərəcədə məhdudlaşdığından, 3) habelə həmin “Təlimatın 5-ci bəndinin tələbinə uyğun olaraq hərəkət vaxtı döngədə səs siqnalı verməli olduğu halda, bunu etmədən müəssisədə sürücü vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun yoluna çıxdığını görməyərək, ehtiyatsızlıqdan avtoyükləyicinin ön hissəsi ilə sonuncunu kürəyindən vuraraq, üzü üstə yerə yıxdıqdan sonra, avtoyükləyicinin ön sağ təkəri ilə onun ayaqlarının arasından keçməklə kürəyinin orta hissəsinə qədər üzərinə çıxmış, nəticədə Zərərçəkmiş şəxs sağ alnının aşağısından sağ çənənin qurtaracağına qədər sıyrıqlar, sifətinin sol yuxarı hissəsində sıyrıq, gözlərin konyuktivasında qansızma, sol kürəkdən sağrıya qədər çoxsaylı qansızmalar, sağ dirsək çüxurunda qansızma, sağ bazuçiyın oynağında sıyrıq, sağ əlinin üstündə, barmaqlarının arxa səthlərində qansızmalar, sol əlində qansızma-qançır, döş qəfəsində böyük ölçülü sıyrıqlar, qarnında, sağ qasıqda sıyrıqlar, sol bud sümüyünün başının çıxığı, cinsiyyət orqanları nahiyəsində açıq böyük ölçülü yara, sol budun iç yuxarı səthində qansızma, döş sümüyünün sınığı, sağ və sol qabırğalarında çoxlu sayda sınıqlar, ürəkdə, sol ağ ciyərdə cırılmış yaralar, qara ciyərdə qansızma, bağırsaqda qansızmalar və doş fəqərəsində sınıq, xaricə və daxilə kəskin qanitirmə ilə müşayiət olunan, dərəcələrinə görə birlikdə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. İttiham tərəfinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar-cinayət işinin materiallarında olan 12.05.2020-ci il tarixli hadisənin baş verdiyi yerə keçirilmiş baxış protokolu, Zərərçəkmiş şəxs meyitinə baxış protokolu, Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş 15.05.2020-ci il tarixli çəngəlağız yükləyiciyə baxış protokolu, 25.05.2020-ci il tarixli, 08 nömrəli məhkəmətibb ekspertinin rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020ci il tarixli, 10/2346 nömrəli ekspert rəyi, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli, **********3 nömrəli təhqiqat rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəyi, maddi sübutlar, şahid ifadələri təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihamın əsasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 10/2346 nömrəli ekspert rəyi təşkil edir. Belə ki, ekspert rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar: «Yükləməboşaltma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikasına dair 15 №-li Təlimat»ın 1ci bəndinin (“Müəssisədə yükləmə-boşaltma və yüklərin daşınması işlərində təhlükəsizliyin təmin olunmasına cavabdehlik, tabeliyində bu işləri yerinə yetirən fəhlələri olan mühəndistexniki işçilərin üzərinə düşür"); «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 1-ci (Avtoyükləyicı ilə işlərə yaşı 18-dən az olmayan, istehsalat təlimi keçmiş və mexanizmin idarə edilməsinə iş vəsiqəsi olan şəxslərə müəssisə rəhbərinin əmri ilə icazə verilir. Həmin şəxslərin bilikləri ildə bir dəfədən az olmayaraq yoxlanılmalıdır) və 4-cü (Avtoyükləyicilərlə işlərin görülməsində mühafizə örtüyündən hündür yük yığmaq qadağan olunur) bəndlərinin: «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin (Təşkilat, idarə, müəssisələrin rəhbərliyi borcludur: b) iş yerində sağlam və təhlükəsiz şərait yaratmalı, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli: k) işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməlidirlər) tələbləri pozulmuşdur; istismarı qadağan olunmalı, yəni texniki tam yararsız və bununla da işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan avtoyükləyicinin istifadəsinə yol verildiyi şəraitdə, hadisə zamanı, «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 4-cü bəndinə zidd olaraq, çəngəlağız yükləyiciyə müəyyən edilmiş hündürlükdən artıq yük yüklənməsi və bununla da avtoyükləyicini idarə etmiş Təqsirləndirilən şəxs1 qarşını görmək imkanını yolverilməz dərəcədə məhdudlaşdırılması hadisənin texniki səbəbi olmuşdur; «Yükləmə-boşaltma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikasına dair 15 №-li Təlimat»ın 1-ci bəndinin tələbi və «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlimat»ın 4-cü bəndinin tələbləri (1-ci bəndinin mətnində qeyd olunduğu kimi) - «X43 Müəssisəsi" MMC-də tabeliyində yükləməboşaltma və yüklərin daşınması işlərini yerinə yetirən fəhlələri olan mühəndis-texnıki işçisi tərəfindən pozulmuşdur; hadisə zamanı çəngəlağız yükləyiciyə müəyyən edilmiş hündürlükdən artıq yük yükləndiyi şəraitdə avtoyükləyicinin hərəkətə gətirilməsi, «Avtoyükiəyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 №-li Təlımat»ın 4cü bəndinə zidd olmaqla sürücü Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın əsasını yuxarıda qeyd olunduğu üzrə 3 pozuntu halı, yəni, Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimatın 1, 4 və 5-ci bəndinin tələblərinin pozulması təşkil etmişdir. A) İttihama görə «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 1-ci bəndinin tələblərinin (avtoyükləyicini idarə etməyə icazə verən iş vəsiqəsi olmadan idarə edilməsi) pozulmasına münasibətdə: Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, avtoyükləyicilərin idarə edilməsinə görə həmin idarə etməyə görə icazə verən iş vəsiqəsinin olması tələb edilmir. Bununla belə iş materiallarında müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2017-ci il tarixdən «X24» MMC-də avtokar sürücüsü vəzifəsində işləyir. İşlədiyi müddət ərzində heç vaxt intizam tənbehi almamışdır. İşlətdiyi avtokarda isə heç vaxt nasazlıq olmamışdır. O, Balakən rayonu 1 nömrəli peşə məktəbinin 3-cü dərəcəli traktorçu maşinist qrupunda təhsil alaraq həmin ixtisas üzrə diplom almış, X56 avtomobil təmiri, çilingəri, avtomobil sürücüsü üzrə təhsil almışdır. “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat” da nəzərdə tutulmuş yuxarıda qeyd olunan məhdudiyyət “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə ziddir. Belə ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt-tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin birinci hissəsində göstərilir: Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Konstitusiyanın 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Deməli, qanunvericiliyə görə təlimatın hüquqi qüvvəsi onu təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edildiyindən hazırki işin materiallarında sözügedən təlimatın hüquqi qüvvəsini təsdiq edən normativ hüquqi akt mövcud deyildir. «Texniki Təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci bəndində əsasən texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır. Texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarının pozulması öz-özlüyündə cinayət tərkibi yaratmır. Həmin qaydaların pozulması yalnız o halda cinayət hesab edilir ki, bu insanın sağlamlığına ağır zərər vurulması və ya insan ölümü ilə nəticələnsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır: 1. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır. 2. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olmalıdır. 3. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nəticəinsan ölümü arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsinin hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Texniki təhlükəsizlik və əmək mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsində (33-36-cı fəsillər), «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda və texniki normativ sənədlərdə göstərilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 aprel 2021-ci il tarixli, 03/10-834/3 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin normativ hüquqi aktların vahid elektron bazasında (o cümlədən, X48 Reyestrinin elektron variantında) və Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan normativ hüquqi aktların nəzarət nüsxəsləri sırasında avtokar (çələngağız) və bu qəbildən olan özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı qaydalar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyinin 18 may 2021-ci il tarixli, 37/34-01870 nömrəli məktubunda isə qeyd olunur ki, avtokar (çələngağız) və bu qəbildən olan özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı rəsmi şəkildə X48 Reyestrində qeydiyyata alınmış heç bir qayda mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, ittihama görə ÜAvtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 1-ci bəndinin tələblərinin (avtoyükləyicini idarə etməyə icazə verən iş vəsiqəsi olmadan idarə edilməsi) pozulması Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinin əsası kimi çıxış edə bilməz. B) İttihama əsasən «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 4-cü (avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük yəni kərpic yığmaq) bəndinin tələblərinin pozulmasına münasibətdə: Məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfi Təqsirləndirilən şəxs1 idarə etdiyi çəngəlağız yükləyiciyə yığılmış yükün hansı hündürlükdə və çəngəlağız yükləyicinin mühafizə örtüyündən nə qədər hündür olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Təqsirləndirilən şəxs1 verilmiş ittihamda avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük yığılması göstərilsə də, həmin yükün hansı hündürlükdə olması və avtoyükləyicinin çəngəl hissəsinə yığılmasına icazə verilmiş həddi müəyyən edilməmişdir. Hətta avtoyükləyicinin çəngəl hissəsinə yığılmasına icazə verilmiş yük həddinin hansı hündürlükdə (metrdə) olması normativ-hüquqi akt olmayan və göstərişləri məcburi xarakter daşımayan «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 4-cü bəndində də göstərilməmişdir. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 bu xüsusat üzrə vermiş olduğu ifadəsində qeyd etmişdir ki, avtoyükləyiciyə yüklənən predmetlərin hündürlükləri (ölçüləri) standartdır və hadisə vaxtı da avtokara həmin standartdan artıq yük yığmamışdır. Məhkəmə onu da qeyd edir ki, avtoyükləyicinin çəngəl hissəsinə yığılmasına icazə verilmiş yük həddinin hansı hündürlükdə (metrdə) olması «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 4-cü bəndində göstərilsəydi belə, həmin təlimat normativhüquqi akt olmadığından təlimatda qeyd olunan bu hal göstərişləri məcburi xarakter daşıyan bir qayda kimi qəbul oluna və Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilməzdi. İttiham orqanı tərəfindən avtoyükləyicinin çəngəl hissəsinə yığılmasına icazə verilmiş yük həddinin hansı həddə olması, mühafizə örtüyünün hansı həddə olması, bunun Azərbaycan Respublikasında qüvvədə olan hansı normativ-hüquqi aktla tənzimlənməsi və Təqsirləndirilən şəxs1 idarə etdiyi çəngəlağız yükləyiciyə yığılmış yükün hansı hündürlükdə olmaqla mühafizə örtüyünü nə qədər pozması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, heç bunu ittiham aktında göstərməmişdir. Ona görə də məhkəmə hesab edir ki, «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 4-cü (avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük, yəni kərpic yığmaq) bəndinin iddia edilən pozuntusu da Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə ittihamın verilməsi üçün əsas ola bilməz. C) İttihama əsasən «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 5-ci (Avtoyükləyici ilə hərəkət vaxtı döngədə səs siqnalı verməli olduğu halda bunu etməmə) bəndinin tələblərinin pozulmasına münasibətdə: Məhkəmə bildirir ki, «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 5-ci bəndində ümumiyyətlə avtoyükləyici ilə hərəkət vaxtı döngədə səs siqnalı verilməli olması qeyd olunmamışdır. İstinad olunan Təlimatın 5-ci bəndində qeyd olunur ki, “Müəssisə ərazisində avtoyükləyici ilə yüksüz nəqsliyyat vəziyyətində maksimum sürət saatda 5 km.-dən artıq olmamalıdır.” Qeyd olunan tələb Təlimatın 6-cı bəndində göstərilir. Belə ki, həmin bəndə qeyd olunur ki, “Sürücü hərəkət vaxtı keçidlərdə, qapıların yanında, döngələrdə, relsli yolları keçərkən sürəti azaltmalı və səs siqnalı verməlidir.” Təkrarən qeyd olunmalıdır ki, “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”da nəzərdə tutulmuş yuxarıda qeyd olunan məhdudiyyətlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə ziddir. Belə ki, yuxarı istinad olunduğu kimi Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt-tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin normativ-hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin birinci hissəsində göstərilmişdir (yuxarıda onların adı çəkilmişdir. Göstərildiyi kimi, Konstitusiyanın 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən sözügedən təlimatın da hüquqi qüvvəsi onu təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edildiyindən hazırki işin materiallarında sözügedən təlimatın hüquqi qüvvəsini təsdiq edən normativ hüquqi akt mövcud olmadığından bu təlimat da göstərişləri məcburi xarakter daşıyan normativ-hüquqi akt deyildir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 inkriminə edilən sözügedən təlimatın 5-ci bəndinin pozulması onun CM-nin 162.2-ci maddəsilə məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas yaratmır. İttiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilməyən qeyd edilən təlimatın hətta 6-cı bəndinin pozulması halı da bu təlimat və qayda göstərişləri məcburi xarakter daşıyan təlimat və qayda olmadığı üçün ona CM-nin 162.2-ci maddəsilə verilən ittihamın əsası ola bilməz. Halbuki Təqsirləndirilən şəxs1 həmin təlimatın 6-cı bəndinin pozulması ittiham olaraq irəli sürülməmişdir. Bu konteksdə məhkəmə qeyd edir ki, hazırki işdə texniki təhlükəsizlik və əmək mühafizəsinin hansı norma və qaydasının pozulduğunu müəyyən etmək üçün ekspertiza təyin edilmiş, ekspert rəyi natamam olduğuna görə hansı standartlar, normalar və qaydaların pozulduğu müəyyən edilməmişdir. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə verilən ittihama münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 10/2346 nömrəli ekspert rəyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli **********3 nömrəli təhqiqat rəyini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəyi, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı aktı, maddi sübutları mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 10/2346 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli **********3 nömrəli təhqiqat rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəy Təqsirləndirilən şəxs1 tərəfindən «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 1, 4 və 5-ci bəndlərinin pozulması əsasında texniki təhlükəsizlik qaydalarının pozulmasına münasibətdə verilmiş və verilən ittihamın əsasını təşkil etmişdir. Halbuki işdəki sübutlardan görünür ki, «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» normativ hüquqi akt kimi qeydə alınmamışdır və tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd, yəni normativ hüquqi akt deyildir, həmçinin qanunda nəzərdə tutulmuş qaydada dərc edilməmişdir. Qanunvericiliyin tələbinə görə heç kəs göstərişləri məcburi olmayan, normativ hüquqi aktlara aid tələblərə cavab verməyən və dərc edilməyən hər hansı aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Həmçinin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı aktda Təqsirləndirilən şəxs1 texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs olması və məhz bu qaydaların pozulması nəticəsində Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olması əsaslandırılmamış, bu zaman real olaraq qüvvədə olan hər hansı normativə, yəni göstərişləri məcburi xarakter daşıyan bir normativ sənədə istinad olunmamışdır. Həmçinin həmin aktda və digər sənədlərdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 3-cü abzasının pozuntusuna yol verməsi, yəni bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması tələblərini yerinə yetirməməsi göstərilsə də, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümü ilə Təqsirləndirilən şəxs2 istinad olunan iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması tələblərini yerinə yetirməməsi ilə hansı səbəbli bağlılıqda olması, yəni bu tələblərin yerinə yetirilməməsinin baş vermiş hadisəni hazırlaması, bu hadisənin real olaraq baş verməsini doğurması və hadisənin baş verməsinin əsas və bilavasitə səbəbi olması əsaslandırılmamış, eyni zamanda əməyin mühafizəsinin qüvvədə olan hansı normativlərə uyğunlaşdırılmalı olması göstərilməmiş və əsaslandırılmamışdır. Qeyd edildiyi kimi, bu xüsusda «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» və ittihama görə Təqsirləndirilən şəxs2 pozulması istinad olunan müəssisədə olan digər təlmatlar normativ sənəd deyildir, həmin 14 nömrəli təlimatda və digər təlimatlarda göstərilənlər də əməyin mühafizəsinin qüvvədə olan normativləri kimi qəbul oluna bilməz və normativ olmayan bu qaydaların pozulması əsası ilə şəxs məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 10/2346 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli, **********3 nömrəli təhqiqat rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli, 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəy və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərişləri məcburi ola bilməyən, normativ xarakteri daşımayan hansısa bir təlimatın pozulmasına görə məsuliyyət daşımalı olduğunu bildirirlər, ona görə də həmin rəylər və sənədlər qanunvericiliyn tələbinə uyğun deyildir və əsassızdır. Həmin rəylərdə və sənədlərdə hansısa normativ hüquqi aktlar əsasında Təqsirləndirilən şəxs1 texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olması, bu qaydaları pozması və məhz texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olması müəyyən olunmur və sübut olunmur. Belə ki, qeyd edildiyi kimi, həmin rəylərin istinad olunduğu «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» normativ-hüquqi akt deyildir və həmin təlimatda müəyyən olunmuş qaydalar məcburi xarakter daşımır və bu səbəbdən onlara riayət edilməməsinə görə cinayət məsuliyyəti yarana bilməz. Eynilə iş üzrə maddi sübutlar, digər sübutlar və o cümlədən şahid ifadələri də Təqsirləndirilən şəxs1 hansısa normativhüquqi akt əsasında texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olması, bu qaydaları pozması və məhz texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasını sübut etmirlər və ona görə Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübutlar kimi qəbul olunmur. Sözügedən baxış protokolları, ekspertiza rəyi, maddi sübutlar və şahid ifadələri Təqsirləndirilən şəxs1 CM-nin 124.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübutlar sayıla bilər və sayılmalıdır. Ümumiyyətlə işdəki sübutlarla Təqsirləndirilən şəxs1 hadisə vaxtı «X25» MMC-də işləyərkən hansısa normativ hüquqi xarakterli akt əsasında texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olması, bu texniki təhlükəsizlik qaydalarını pozması və məhz texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olması sübut olunmur və təsdiq olunmur.Onunla bağlanmış əmək müqaviləsində də belə bir vəzifə müəyyən olunmamışdır. İttiham orqanı tərəfindən də bunun əksini, yəni Təqsirləndirilən şəxs1 hansısa normativ hüquqi xarakterli akt əsasında texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olması, bu texniki təhlükəsizlik qaydalarını pozması və məhz texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış və Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə verilmiş ittihamın əsaslı olması və həmin maddədə nəzərdə tutulmuş əməlin törədilməsində təqsiri sübut olunmamışdır. Halbuki bu vəzifə, yəni təqsirləndirilən şəxsə verilən ittihamın əsaslı və qanuni olmasını sübut etmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Ona görə də hazırki işdə Zərərçəkmiş şəxs ölümü texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməmiş Təqsirləndirilən şəxs1 tərəfindən ehtiyatsızlıqdan törədildiyindən, əməlində onun hansısa normativ sənədlər əsasında həvalə edilmiş texniki təhlükəsizlik qaydalarının pozulması müəyyən edilmədiyindən, baş vermiş hadisə ilə Təqsirləndirilən şəxs1 tərəfindən hansısa həvalə edilmiş texniki təhlükəsizlik qaydalarının ehtimal edilən pozuntusu arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İttiham orqanı tərəfindən də bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Balakən rayon prokurorluğunun müstəntiqinin 02 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinin başlanmasının rədd edilməsi halına hüquqi qiymət verərək, hesab edir ki, həmin hal aşağıdakı əsaslara görə məhkəmə tərəfindən məcburi qüvvəyə malik olan hal kimi qəbul edilmir. Belə ki, həmin qərarda (İİİ cild səh 130) göstərlir ki, «Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olsa da, onun əməli xüsusi norma tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tam əhatə edildiyindən həmin hissədə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olmaması səbəbi ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməlidir». Göründüyü kimi, müstəntiq qərarda Təqsirləndirilən şəxs1 əməlində CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olmasını qeyd edir, lakin əməlin xüsusi norma olan CM-nin 162.2-ci maddəsilə əhatə edilməsi nəticəsinə gəlir. Yəni müstəntiq Təqsirləndirilən şəxs1 əməlinə hadisənin CMnin 162.2-ci maddəsilə əhatə olunduğu barədə hüquqi qiymətini verir. Məhkəmə isə müstəntiqin hüquqi mövqeyindən kənar fərqli mövqeyə gəlir və bu zaman həmin qərar məhkəmənin fərqli nəticəyə gəlməsi üçün maneə ola bilməz. Belə ki, müstəntiqin bu qərarı və həmin qərarda müəyyən etdiyi sözügedən hal məhkəmə üçün preyudisial, yəni məcburi əhəmiyyət daşıya bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair 8 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Qanuna görə müstəntiqin qərarı qanuni qüvvəyə minmiş məhkəmə hökmü deyildir. Azərbaycan Respublikasının qanunvericiliyində də müstəntiqin prosessual qərarının, o cümlədən sübutların qiymətləndirilməsi haqqında qərarın cinayət mühakimə icraatında məhkəmə üçün preyudisal əhəmiyyətə malik olması şərti nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə onu da qeyd etməyi də lazım bilir ki, əslində müstəntiqin ibtidai araşdırma mərhələsindlə belə bir qərar verməsi ittihamın mahiyyətindən kənar və qanunun tələblərinə uyğun olmayan bir qərardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 162.2-ci maddəsilə təqsirləndirilən şəxs qismindlə cəlb edilmə barədə qərar qəbul edilmiş və ona məhz CM-nin 162.2-ci maddəsilə ittiham elan edilmişdir. Bu ittiham daxilində də cinayət işinin istintaqı həyata keçirilmiş, müdafiə tərəfi də məhz CM-nin 162.2-ci maddəsilə verilən ittiham üzrə öz müdafiəsini həyata keçirmişdir. Yəni ibtidai araşdırma mərhələsində Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPMnin 32-ci maddəsində nəzərdə tutulmuş tərəflərin çəkişməsi məhz CM-nin 162.2-ci maddəsilə verilən ittihamla bağlı olmuşdur. Müstəntiqin 02 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqında qərarının nəticə hissəsinin 1-ci bəndində də Təqsirləndirilən şəxs1 CM-nin 162.2-ci maddəsilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanması göstərilir. Təqsirləndirilən şəxs1 CM-nin 124.1-ci maddəsilə ittiham verilməmiş və həmin ittiham üzrə istintaq hərəkətləri həyata keçirilməmişdir. Belə olan halda müstəntiqin belə bir qərar qəbul etməsi həm çəkişmə prinsipinə, həm də Konstitusiyanın 61-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPMnin 19 və 91-ci maddələrində təsbit edilmiş müdafiə hüququna da ziddir. Belə ki, qanun normalarının tələbinə əsasən şübhəli və təqsirləndirilən şəxs öz müdafiəsini hazırlamaq üçnü nədə ittiham olunduğunu bilməlidir. Təqsirləndirilən şəxsə CM-nin 162.2-ci maddəsilə ittiham verildiyi və bu ittiham üzrə araşdımar aparıldığı və həmin ittiham qüvvədə saxlandığı halda cinayət işinin araşdırma premeti olmayan CM-nin 124.1-ci maddəsilə cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi sözügedən qanun normalarının, Avropa Konvensiyasının 6-cı maddəsində və CPM-nin 32-ci maddəsində təsbit edilmiş çəkişmə və ilkin şərtlərin bərabərliyi prinsiplərinə ziddir, təqsirləndirilən şəxsin hüquqlarının kobud pozuntusudur. Ona görə də qeyd olunanlara əsasən məhkəmə həmin 02 noyabr 2020-ci il tarixli qərarda göstərilən sözügedən halı məcburi qüvvəyə malik olan hal kimi qəbul etmir. Məhkəmə birmənalı hesab edir ki, Təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 əməlində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmanı ağırlaşdırıcı hal kimi nəzərdə tutan CM-nin 162.2ci maddəsinin cinayət tərkibi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 12.05.2020-ci il tarixdə, saat 12 radələrində «X38 Müəssisəsi» MMC-də avtokarı idarə etməsi nəticəsində öz hərəkətinin başqasının, yəni hazırki halda Zərərçəkmiş şəxs ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda, bunu görməmiş, yəni Zərərçəkmiş şəxs onun yoluna çıxdığını görməyərək, ehtiyatsızlıqdan avtoyükləyicinin ön hissəsi ilə sonuncunu kürəyindən vuraraq, üzü üstə yerə yıxdıqdan sonra, avtoyükləyicinin ön sağ təkəri ilə onun ayaqlarının arasından keçməklə kürəyinin orta hissəsinə qədər üzərinə çıxmış, nəticədə Zərərçəkmiş şəxs ağır xəsarət yetirməklə onun ölümünə səbəb olmuşdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Göstərilən qanun normasının tələbinə əsasən məhkəmə hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmişdir himayəsində bir azyaşlı uşaq vardır, o, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmişdir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, iş üzrə ekspertiza xərci cəmi 264 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 264 manat ekspertiza xərcinin yarısı- 132 manat Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X41 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd qara rəngli başqa gödəkçə, bir ədəd açıq göyümsov köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd göy rəngli tuman, bir cüt göy rəngli corablar və bir cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, maddi sübut kimi Balakən RPŞ-nin mühafizə olunan dayanacağında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi bir ədəd çəngəlağız yükləyici «X38 Müəssisəsi» MMCyə qaytarılmalı, 15.05.2020-ci il tarixdə sözügedən hadisə zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi çəngəlağız yükləyiciyə baxış keçirilməsinin videogörüntüsü əks olunmuş bir ədəd CD diski, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyiindən 23.06.2020-ci il tarixli, 37/34-02277 nömrəli məktubla daxil olmuş bir ədəd CD diski, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əmək müqavilələrinin və digər təsdiqedici sənədlərin surətləri (13 vərəqə), «X38 Müəssisəsi » MMC-nin əmr kitabının surəti (38 vərəq), iş vaxtının uçotu tabeli (4 vərəq), «X38 Müəssisəsi » MMC-nin təhlükəsizlik texnikası, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi jurnallarının surətləri (21 vərəq), mühafizə xidməti əməkdaşının vəzifə təlimatı (5 vərəq) və 1, 3, 4, 5, 8, 9, 13, 14 və 15 nömrəli təlimatların surətləri (20 vərəq) hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 150 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X32 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. V.Məhkəmənin Təqsirləndirilən şəxs2 münasibətdə sübutları qiymətləndirməsi və gəldiyi nəticə Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 Ziyyəddin oğluna CM-nin 162.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 20.07.1984-cü il tarixdə təsdiq edilmiş 1) “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndini pozaraq direktor vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı müəssisəsində sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda,bunu etməmiş, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxmış, eyni zamanda işçilərin təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli olduğu halda, nəzarət etməmiş, habelə 2) 02.10.2006-cı il tarixdə MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”ın 1-ci bəndini pozaraq, ildə bir dəfədən az olmayaraq avtoyükləyici ilə işə buraxılmış şəxslərin biliklərini yoxlamalı olduğu halda, yoxlamamış, avtoyükləyicilərlə işlərə istehsalat təlimi keçmiş və mexanizmin idarə edilməsinə iş vəsiqəsi olan şəxsləri buraxılmalı olduğu halda, istehsalat təlimi keçməyən, mexanizmin idarə edilməsinə iş vərəqəsi olmayan avtoyükləyici sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 avtoyükləyici ilə işə buraxmış və nəticədə sonuncu 12.05.2020-ci il tarixdə, saat 12 radələrində yuxarıda qeyd olunan pozuntularla işə buraxılmış avtoyükləyicinin çəngəl hissəsinə mühafizə örtüyündən hündür yük, yəni kərpic yığmaqla avtoyükləyicini kərpiclərin bişirilməsi sobası istiqamətində hərəkət etdirərkən, kərpicin normadan hündür yığılması səbəbindən hərəkət istiqamətində qarşını görmək imkanı yolverilməz dərəcədə məhdudlaşdığından, müəssisədə yük avtomobilinin sürücü vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun yoluna çıxdığını görməyərək, ehtiyatsızlıqdan avtoyükləyicinin ön hissəsi ilə sonuncunu kürəyindən vuraraq, üzü üstə yerə yıxdıqdan sonra, avtoyükləyicinin ön sağ təkəri ilə onun ayaqlarının arasından keçməklə kürəyinin orta hissəsinə qədər üzərinə çıxmış, nəticədə Zərərçəkmiş şəxs sağ alnının aşağısından sağ çənənin qurtaracağına qədər sıyrıqlar, sifətinin sol yuxarı hissəsində sıyrıq, gözlərin konyuktivasında qansızma, sol kürəkdən sağrıya qədər çoxsaylı qansızmalar, sağ dirsək çüxurunda qansızma, sağ bazu-çiyin oynağında sıyrıq, sağ əlinin üstündə, barmaqlarının arxa səthlərində qansızmalar, sol əlində qansızma-qançır, döş qəfəsində böyük ölçülü sıyrıqlar, qarnında, sağ qasıqda sıyrıqlar, sol bud sümüyünün başının çıxığı, cinsiyyət orqanları nahiyəsində açıq böyük ölçülü yara, sol budun iç yuxarı səthində qansızma, döş sümüyünün sınığı, sağ və sol qabırğalarında çoxlu sayda sınıqlar, ürəkdə, sol ağ ciyərdə cırılmış yaralar, qara ciyərdə qansızma, bağırsaqda qansızmalar və döş fəqərəsində sınıq, xaricə və daxilə kəskin qanitirmə ilə müşayiət olunan, dərəcələrinə görə birlikdə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Ziyyəddin oğluna elan edilmiş ittiham 2 (iki) hissədən ibarətdir:

1. İttihama görə onun “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndini pozaraq, direktor vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən “X38 Müəssisəsi” MMC-yə məxsus kərpic istehsalı müəssisəsində sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda, bunu etməməsi, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxması, eyni zamanda işçilərin təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli olduğu halda, nəzarət etməməsi;

2. İttihama görə onun 02.10.2006-cı il tarixdə MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”ın 1-ci bəndini pozaraq ildə bir dəfədən az olmayaraq avtoyükləyici ilə işə buraxılmış şəxslərin biliklərini yoxlamalı olduğu halda, yoxlamaması, avtoyükləyicilərlə işlərə istehsalat təlimi keçmiş və mexanizmin idarə edilməsinə iş vəsiqəsi olan şəxsləri buraxılmalı olduğu halda, istehsalat təlimi keçməyən, mexanizmin idarə edilməsinə iş vərəqəsi olmayan avtoyükləyici sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 avtoyükləyici ilə işə buraxması və nəticədə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olması. A) İttihama görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin pozulmasına münasibətdə: Məhkəmə qeyd edir ki, müəssisədə sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda, bunu etməmə, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxma, eyni zamanda işçilərin təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli olduğu halda, bunu etməmə özü-özlüyündə cinayət məsuliyyətinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 198-ci maddəsində əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmə inzibati xəta kimi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan əməllər insan sağlamlığına ağır zərər vurduqdan və yaxud insan öldükdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsinə tövsif edilə bilər. Məhkəmə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin pozulması ilə bağlı ittiham tərəfinin gəldiyi nəticəni də iki hissədə qiymətləndirməyi zəruri hesab edir:

1. Müəssisəndə sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda, bunu etməmə, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxma:

2. İşçilərin təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli olduğu halda, bunu etməmə. Birinci hala münasibətdə məhkəmə bildirir ki, ittiham tərəfi “müəssisədə sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda, bunu etməmə, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxmanın” baş vermiş hadisə ilə səbəbli əlaqədə olması, yəni bu halların baş vermiş hadisə ilə zaman bağlılığında olması, həmin hadisəni hazırlaması, onun real olaraq baş verməsini doğurması və bu hadisənin mütləq qaydada baş verməsinin əsas və bilavasitə səbəbi olması müəyyən edilməmişdir. Belə ki, cinayət hüququnda səbəbli əlaqə ictimai təhlükəli əməllə baş vermiş hadisə arasında elə obyektiv bağlılığı nəzərdə tutur ki, 1) bu zaman əməl baş vermiş hadisə ilə zaman bağlılığında olur, yəni ondan əvvəl həyata keçirilir; 2) onu hazırlayır və hadisənin real olaraq baş verməsini doğurur; 3) hadisənin mütləq qaydada baş verməsinin əsas və bilavastə səbəbi olur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istinad olunan “müəssisədə sağlam və təhlükəsiz iş şəraiti yaratmalı olduğu halda, bunu etməmə, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli olduğu halda, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicini istismara buraxma» ilə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümü arasında obyektiv bağlılıq yoxdur, yəni Təqsirləndirilən şəxs2 istinad olunan bu hallar baş vermiş hadisəni hazırlamamış, hadisənin real olaraq baş verməsini doğurmamış, hadisənin mütləq qaydada baş verməsinin əsas və bilavastə səbəbi olmamışdır. Hadisə maşın və avadanlıqların texniki saz vəziyyətini təmin edilməməsi, dövlət qeydiyyat nömrə nişanı olmayan, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan, dövlət qeydiyyat şəhadətnaməsi olmayan, dövlət texniki baxışından keçirilməyən, heç bir sənədi, şassi və mühərrik nömrələri olmayan, nömrəsiz mühərrikli, istismarı təhlükəsizlik qaydalarına zidd olan, hər an onu idarə edən operator və iş sahəsindəki digər işçilərin həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan və digər texniki pozuntuları olan çəngəlağız yükləyicilərin işə buraxılması nəticəsində deyil, digər Təqsirləndirilən şəxs1 ehtiyatsızlığından yaranmışdır və bu hadisənin baş verməsinin texniki təhlükəsizlik qaydalarının və əməyin mühafizəsi qaydalarını göstərən normativ sənədlərlə müəyyən olunan normativlərin pozulması ilə heç bir bağlılığı yoxdur. Doğrudan da çəngəlağız yükləyicilərin dövlət qeydiyyat nömrə nişanının olmamasının, müvafiq qaydada dövlət qeydiyyatına alınmamasının, dövlət qeydiyyat şəhadətnaməsinin olmamasının, texniki baxışdan keçirilməməsinin (halbuki bu göstəriş hər hansı normativ hüquqi aktda yoxdur), sənədinin, şassi və mühərrik nömrələrinin olmamasının insan ölümünə səbəb olması nəticəsinə gəlinməsi özlüyündə absurd və heç bir hüquqi əsasla təsdiq olunmayan bir nəticədir. Bu, adı, soyadı, atasının adı, pasportu olmayan və xəstəxanadan müayinədən keçməyən bir şəxsin hər hansı cinayətin edilməsində təqsirli bilinməsinə əsas yaradan halların yalnız adı, soyadı, atasının adı və pasportunun olmaması, xəstəxanadan müayinədən keçməməsinin olması nəticəsinə gəlinməsi ilə oxşar bir reallıqdır və absurdluqdan başqa bir şey deyildir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 istinad olunan heç bir faktoloji və hüquqi əsaslara malik olmayan bu nəticəni əsassız saymaqla qəbul etmir. Digər tərəfdən çəngəlağız yükləyicilərin dövlət qeydiyyat nömrə nişanının olması, müvafiq qaydada dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat şəhadətnaməsi olması, dövlət texniki baxışından keçirilməsi, sənədi, şassi və mühərrik nömrələrinin olması Azərbaycan Respublikasının hər hansı normativ sənədində nəzərdə tutulmamışdır. Həmçinin Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda və həmin Qanuna 1 saylı Əlavədə çəngəlağız yükləyicilərin mütləq olaraq texniki baxışdan keçirilməsi nəzərdə tutulmamışdır. İttiham tərəfindən də hansı normativ hüquqi akt əsasında hansı orqanda çəngəlağız yükləyicilərin dövlət qeydiyyatına alınması, onlara mütləq qaydada qeydiyyat şəhadətnaməsinin və dövlət nömrə nişanının verilməsi, onların mütləq qaydada texniki baxışdan keçirilməsi, sənədi, şassi və mühərriklərinə nömrələrin verilməsi müəyyən edilməmişdir. Eynilə çəngəlağız yükləyiciləri idarə edən şəxslərin bu müvafiq sürücülük hüquqlarının olması və müvafiq iş vəsiqəsinin olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunda nəzərdə tutulmayan bir halın baş verməsinə görə şəxs heç bir halda hüquqi məsuliyyət daşıya bilməz. Məhkəmə qeyd edir ki, ittiham tərəfinin istinadl etdiyi «X38 Müəssisəsi» MMC-nin təlimatları isə normativ sənəd deyildir və orada qeyd olunan qaydalar məcburi qüvvəyə malik deyildir və həmin qaydaların pozulmasına görə də məsuliyyət müəyyən oluna bilməz. İş materiallarında görünür ki, ittham tərəfinin çəngəlağız yükləyicinin istismara yarasız olması qənaətinə gəlməsinin əsasını, “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəy təşkil etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəyi hazırki iş üzrə mötəbər sübut sayıla bilməz. Belə ki, qeyd edildiyi kimi, qanunda çəngəlağız yükləyicilərin dövlət qeydiyyatına alınması, onlara dövlət nömrə nişanının verilməsi və onların texniki baxışdan keçirilməsi, həmçinin bu baxışın Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda keçirilməsi nəzərdə tutulmamışdır. Ona görə də həmin rəyi verən qurumun belə bir hüquqi nəticəyə səbəb ola biləcək rəyi vermək səlahiyyəti yoxdur. Digər tərəfdən həmin rəydə çəngəlağız yükləyicinin istismara yararsız olmasının nədə ifadə olunması, yəni hansı hansı hissələrinin xarab olması, sıradan çıxması və sair hallar göstərilməmiş və bu halların baş vermiş hadisə ilə hansı səbəbli əlaqədə olması əsaslandırılmamışdır. Bundan başqa, həmin rəydə çəngəlağız yükləyicinin istismar vəziyyətinin hansısa normativlər əsasında müəyyən olunması göstərilməmişdir, həmçinin həmin rəy həmin texnikanın hissələrinin işlək vəziyyətdə olub-olmamasının yoxlanması deyil, həmin yükləyicinin vizual baxışına aid rəydir. Hər hansı texnikaya vizual baxışla onun saz və ya nasaz vəziyyətdə olmasını obyektiv olaraq müəyyən etmək isə qeyrimümkündür. Həmçinin sözügedən rəydə hadisənin məhz çəngəlağız yükləyicinin istismara yararsızlığı nəticəsində baş verməsi təsdiq olunmur. Hətta qəbul edilsə ki, çələngağız yükləyici istismara yararlı olmamışdır, yenə də ittiham tərəfi çəngəlağız yükləyicinin istismara yararsızlığı nəticəsində hadisənin baş verməsinə dair məhkəməyə sübut təqdim etməli idi (Məs.: əyləc sisteminin işləməməsi, ani sürətlənmə və s. problem nəticəsində hadisənin baş verməsi). Lakin ittiham tərəfindən belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. İkinci hala münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan təlamatlandırma ilə bağlı jurnallardan da göründüyü kimi, Təqsirləndirilən şəxs1 təhlükəsizlik texnikası üzrə təlimatlar keçirilmişdir. Həmin jurnallardan müəyyən edilir ki, hətta sonuncu dəfə hadisə baş verməzdən əvvəl yəni, 01 aprel 2020-ci ildə Təqsirləndirilən şəxs1 təhlükəsizlik texnikası üzrə təlimat keçirilmiş və o bu barədə jurnalda imza etmişdir. İşin bu halı həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1, iş üzrə şahidlər Təqsirləndirilən şəxs1, Şahid3, Şahid2, Şahid5, Şahid6 və Şahid1 ifadələri ilə təsdiq edilmişdir. Onlar ifadələrində mütəmadi olaraq onlara təhlükəsizlik texnikası üzrə təlimat keçirilməsini bildirmişlər. Bununla yanaşı, iş materiallarında olan və məhkəmədə tədqiq edilən 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Abbasov X12 Kərpic İstehsal Müəssisəsi” MMC əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl etmədiyi üçün X39 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 İXM-nin 198.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edildikdən sonra onun yenidən CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətə cəlb edilməsi onun barəsində non bis in idem prinsipinin pozulmasıdır ki, aşağıda da bu hal əsaslandırılacaqdır. B) İttihama görə «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”ın 1-ci bəndini pozulmasına münasibətdə: Məhkəmə qeyd edir ki, “Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat”da nəzərdə tutulmuş yuxarıda qeyd olunan məhdudiyyət “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə ziddir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akttənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin birinci hissəsində Qanunvericilik sisteminin1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Yuxarıda qeyd edildiyi kimi, Konstitusiyanın 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Deməli Təlimatın hüquqi qüvvəsi onu təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edildiyindən hazırki işin materiallarında sözügedən təlimatın hüquqi qüvvəsini təsdiq edən normativ hüquqi akt mövcud deyildir. Yuxarıda istinad olunan «Texniki Təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci bəndində əsasən texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır. Texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarının pozulması öz-özlüyündə cinayət tərkibi yaratmır. Həmin qaydaların pozulması yalnız o halda cinayət hesab edilir ki, bu insanın sağlamlığına ağır zərər vurulması və ya insan ölümü ilə nəticələnsin. Təqsirləndirilən şəxs2 münasibətdə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövchansı qaud olmalıdır: 1. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır. 2. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olmalıdır. 3. Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nəticə-insan ölümü arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsinin hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Texniki təhlükəsizlik və əmək mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), «Texniki təhlükəsizlik haqqında» Azərbaycan respublikası Qanununda, digər normativ hüquqi aktlarda və texniki normativ sənədlərdə göstərilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 aprel 2021-ci il tarixli, 03/10-834/3 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin normativ hüquqi aktların vahid elektron bazasında (o cümlədən, X48 Reyestrinin elektron variantında) və Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan normativ hüquqi aktların nəzarət nüsxəsləri sırasında avtokar (çələngağız) və bu qəbildən olan özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı qaydalar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyinin 18 may 2021-ci il tarixli, 37/34-01870 nömrəli məktubunda qeyd olunur ki, avtokar (çələngağız) və bu qəbildən olan özüyeriyən mexaniki nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı rəsmi şəkildə X48 Reyestrində qeydiyyata alınmış heç bir qayda mövcud deyil. Deməli, Təqsirləndirilən şəxs2 pozulması istinad olunan «Avtoyüklyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» normativ hüquqi akt deyildir, göstərişləri məcburi xarakter daşımır və orada müəyyən olunmuş halların pozuntusuna görə hüquqi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti müəyyən edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyində müəssisə direktorunun avtokarlarla işə buraxılmış şəxslərin biliklərini yoxlamalı olması, onlarla işlərə istehsalat təlimi keçmiş və mexanizmin idarə edilməsinə iş vəsiqəsi olan şəxslərin buraxılmalı olması barədə göstərişləri məcburi xarakter daşıyan normativ hüququ akt yoxdur və ittiham tərəfindən də belə bir normativ hüquqi aktın olmasına və onun tələblərinin pozulmasına istinad edilməmiş və bununla bağlı Təqsirləndirilən şəxs2 ittiham verilməmişdir. Eyni zamanda 20.07.1984-cü il tarixdə təsdiq edilmiş «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» da normativ hüququ aktlara dair tələblərə cavab vermir. Həmçinin Təqsirləndirilən şəxs2 istinad olunan həmin təlimatın 12-ci bəndinin pozulması ilə baş verən hadisə arasında səbəbli əlaqə, onu hazırlaması, hadisənin real olaraq baş verməsini doğurması və hadisənin mütləq qaydada baş verməsinin əsas və bilavastə səbəbi olması müəyyən olunmamışdlır və iş materialları ilə də təsdiq olunmur. Məhkəmə qeyd edir ki, conditio qua non prinsipinə görə insan əməli baş vermiş hadisənin əsas səbəbi olmalıdır. Lakin hazırki işdə Təqsirləndirilən şəxs2 istinad olunan ittihamın göstərdiyi hallar, «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» nın 12-ci bəndinin pozuntusu ilə «Avtoyüklyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»-ın 1-ci bəndinin ehtimal edilən pozuntusu ilə baş vermiş hadisə arasında səbəbəi əlaqənin olması müəyyən olunmur və ittiham orqanı da bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etiməmişdir. Bu xüsusda məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 CM-nin 162.2-ci maddəsilə verilən ittihama münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 10/2346 nömrəli ekspert rəyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli, **********3 nömrəli təhqiqat rəyini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli, 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMC-də istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəyi, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı aktı, maddi sübutları mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 10/2346 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli, **********3 nömrəli təhqiqat rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMCdə istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəy və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt Təqsirləndirilən şəxs2 tərəfindən «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» nın 12-ci bəndinin və «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat»ın 1-ci bəndinin pozulması əsasında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulmasına münasibətdə verilmiş və verilən ittihamın əsasını təşkil etmişdir. Halbuki işdəki sübutlardan görünür ki, «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» və «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» normativ hüquqi akt kimi qeydə alınmamışdır və tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd, yəni normativ hüquqi akt deyildir, həmçinin qanunda nəzərdə tutulmuş qaydada dərc edilməmişdir. Qanunvericiliyin tələbinə görə heç kəs göstərişləri məcburi olmayan, normativ hüquqi aktlara aid tələblərə cavab verməyən və dərc edilməyən hər hansı aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Onu da qeyd etmək lazımdır ki, «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» konkret müəssisəyə aid olan nizam qaydaları deyil, nümunəvi nizam qaydalarıdır. Yəni müəssisələrin spesifikası nəzərə alınmaqla həmin qaydalar bütün müəssisələr üçün göstərişləri məcburi olan eyni norma yarada bilməz. Həmçinin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı aktda Təqsirləndirilən şəxs2 Ziyyəddin oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 3-cü abzasının pozuntusu, yəni bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması tələblərini yerinə yetirməməsi göstərilsə də, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümü ilə iş yerlərinin sağlam sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması tələblərini yerinə yetirməməsi ilə hansı səbəbli bağlılıqda olması, yəni bu tələblərin yerinə yetirilməməsinin baş vermiş hadisəni hazırlaması, bu hadisənin real olaraq baş verməsinə səbəb olması və hadisənin baş verməsinin əsas və bilavasitə səbəbi olması əsaslandırılmamış, eyni zamanda əməyin mühafizəsinin qüvvədə olan hansı normativlərə uyğunluşdırılmalı olması göstərilməmiş və əsaslandırılmamışdır. Qeyd edildiyi kimi, bu xüsusda «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» və «Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» və ittihama görə Təqsirləndirilən şəxs2 pozulması istinad olunan müəssisədə olan digər təlimatlar normativ sənəd deyildir, həmin 14 nömrəli təlimatda və digər təlimatlarda göstərilənlər də əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının qüvvədə olan normativləri kimi qəbul oluna bilməz və normativ olmayan bu qaydaların pozulması əsası ilə şəxs məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə mühəndistexniki ekspertizalar şöbəsi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 10/2346 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətindən 06.07.2020-cı ıl tarixli, **********3 nömrəli təhqiqat rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyindən 23.06.2020-ci il tarixli, 37/34-02277 nömrəli məktubla daxil olmuş “X38 Müəssisəsi” MMCdə istismar olunan çəngəlağız yükləyiciyə keçirilmiş vizual baxışın nəticəsinə dair rəy və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt Təqsirləndirilən şəxs2 göstərişləri məcburi ola bilməyən, normativ xarakteri daşımayan hansısa bir təlimatın pozulmasına görə məsuliyyət daşımalı olduğunu bildirirlər, ona görə də həmin rəylər və sənədlər qanunvericiliyn tələbinə uyğun deyildir və əsassızdır. Həmin rəylərdə və sənədlərdə hansısa normativ hüquqi aktlar əsasında Təqsirləndirilən şəxs2 hansısa əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozmasının ehtiyatsızlıqdan insan ölümü ilə obyektiv səbəbli əlaqədə olması müəyyən olunmur və sübut olunmur. Belə ki, qeyd edildiyi kimi, həmin rəylərin istinad olunduğu «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları» və Avtoyükləyicilərlə işlərin görülməsində təhlükəsizlik texnikasına dair 14 nömrəli Təlimat» normativ-hüquqi akt deyildir və həmin qayda və təlimatda müəyyən olunmuş qaydalar məcburi xarakter daşımır və bu səbəbdən onlara riayət edilməməsinə görə cinayət məsuliyyəti yarana bilməz. Eynilə iş üzrə maddi sübutlar, digər sübutlar və o cümlədən şahid ifadələri də Təqsirləndirilən şəxs2 tərəfindən hansısa normativ-hüquqi akt əsasında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının ehtimal olunan pozuntusu nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasını sübut etmirlər və ona görə Təqsirləndirilən şəxs2 CM-nin 162.2-ci maddəsilə verilən ittihamın təsdiqi üçün mötəbər sübut kimi qəbul olunmur. Ümumiyyətlə işdəki sübutlarla Təqsirləndirilən şəxs2 tərəfindən hansısa normativ hüquqi xarakterli akt əsasında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olması sübut olunmur və təsdiq olunmur. İttiham orqanı tərəfindən də bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış və Təqsirləndirilən şəxs2 CM-nin 162.2-ci maddəsilə verilmiş ittihamın əsaslı olması və təqsiri sübut olunmamışdır. Halbuki bu vəzifə, yəni təqsirləndirilən şəxsə verilən ittihamın əsaslı və qanuni olması sübut etmə vəzifə ittiham tərəfinin üzərinə düşür. Yuxarıda qeyd edildiyi kimi, X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə Abbasov X12 Kərpic İstehsal Müəssisəsi” MMC əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmiş, həmin qərar qanuni qüvvəyə minmiş və o cümlədən eyni əsasla Təqsirləndirilən şəxs2 CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyytəinə cəlb edilmişdir. Vİ. Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin iddia edilən pozuntusu Tərəflərin gətirdiyi əsaslar

1. Müdafiə tərəfi: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi qeyd etmişlər ki, Təqsirləndirilən şəxs2 X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə əməyin mühafizəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinərək, 1000 manat cərimə edilməsinə baxmayaraq, onun yenidən həmin əsasla cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs eyni qanun pozuntusuna-əməyin mühafizəsi qaydalarının pozulmasına görə məhkum edilmiş və yenidən o cümlədən bu əsasla da cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun məhkum olunduğu qanun pozuntusu ilə sonradan əməyin mühafizəsi qaydalarının pozulmasına görə cinayət məsuliyyətinə cəlb edildiyi qanun pozuntusu zamana, obyektiv əlamətinə və faktların bir-biri ilə sıx daxili bağlılığına görə bir qanun pozuntusudur. Təqsirləndirilən şəxsin İXM-nin 198.1.1-ci maddəsilə məhkum edilməsi öz xarakterinə görə cinayət ittihamı sayılmalıdır. Belə ki, bu qanun pozuntusuna görə məsuliyyətin məqsədi onun geniş əhali kateqoriyası tərəfindən törəldilməsinin aradan qaldırılmasına yönəlmişdir. İXM-nin 198.1.1-ci maddəsinin sanksiyasında 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulmuşdur ki, cəzanın ağırlığına görə də həmin inzibati xətaya görə məhkum etmə və cəzalandırma cinayət ittihamına bərabərdir. Müdafiə tərəfi daha sonra bildirmişdir ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati qaydada məhkum edilməsindən sonra təqsirləndirilən şəxsin o cümlədən eyni əmələ görə CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi onun Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndində nəzərldə tutulmuş təkrar cinayət məsuliyyətinə cəlb edilməmə, məhkum edilməmə və ya cəzalandırılmama (non bis in idem) hüququnu pozmuşdur. Avropa Konvensiyası Azərbaycan Respublikasının qanunlarından daha üstün hüquqi qüvvəyə malik olduğundan, bu işdə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi və Avropa Məhkəməsinin müvafiq məhkəmə presedentləri tətbiq edilməklə təqsirləndirilən şəxsə bəraət verilməlidir. 2) İttiham tərəfinin müdafiə tərəfinin mövqeyinə qarşı gətirdiyi əsaslar. İttiham tərəfi qeyd etmişdir ki, X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə Təqsirləndirilən şəxs2 əməyin mühafizəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinərək, 1000 manat cərimə edilməsindən sonra, o cümlədən əməyin mühafizəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi onun eyni əmələ görə təkrar cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi və ya cəzalandırılması demək deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1981.1-ci maddəsində əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində isə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Daxili qanunvericilikdə inzibati xətalarla cinayət əməlləri öz xarateri və ictimai təhlükəliliyinə görə bir-birindən fərqlənir. Belə ki, həmin parametrlərə görə inzibati xətalar cinayətlərdən daha az əhəmiyətlidir. Həm də bu qanun pozuntuları dispozitiv şərtlərinə görə bir-birindən fərqlənirlər. Bu qanun pozuntuları törədildiyi zamana görə də bir-birindən fərqlənir və buna görə də eyni əməl ola bilməzlər. Göstərilənlərə əsasən ittiham tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə Avropa Konvensiyasının 7 sayıl Protokolunun 4-cü maddəsin tələbləri pozulmamışdır. Vİİ. Məhkəmənin Avropa Məhkəməsinin presedentlərinə istinad etməklə qiymətləndirməsi Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən hazırki işdə Təqsirləndirilən şəxs2 münasibətdə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4cü maddəsində nəzərdə tutulmuş eyni əmələ görə təkrar cinayət məsuliyyətinə cəlb edilməmə, məhkum olunmama və ya cəzalandırılmama prinsipinin (non bis in idem) pozulması haqqında məsələ qaldırıldığından, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsinin) bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, bu məsələnin həlli ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin X1rşı 14939/03 nömrəli iş üzrə 7 iyun 2007-ci il tarixli qərarına və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Böyük X1rşı 14939/03 nömrəli iş üzrə 10 fevral 2009-cu il tarixli qərarına (presedentinə) istinad etməyi zəruri hesab edir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə təqsirləndirilməsinə dar cinayət işi ilə X17rşı iş arasında olan oxşarlıq həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Vİİİ. Avropa Məhkəməsinin X1rşı iş üzrə 7 iyun 2007-ci il tarixli qərarı İşin qısa məzmunu İşin halları 1) Ərizəçi üçün inzibati xəta haqqında iş üzrə icraatın başlanması 2002-ci il yanvarın 4-də ərizəçi öz rəfiqəsini müvafiq icazə olmadan hərbi hissəsinin ərazisinə gətirdiyinə görə tutulmuş və saat 9.45-də Voronej şəhəri Lenin rayon daxili işlər şöbəsinin 9 saylı bölməsinə gətirilmişdir. Kapitan S. və podpolkovnik N.-nin paportlarında göstərildiyi kimi, ərizəçi alkoqol sərxoşluğu vəziyyətində olmuş, özünü aqressiv aparmış və nalayiq ifadələrlə milis əməkdaşlarını təhqir etmişdir. O, ünvanına edilmiş irad və xəbərdarlıqdan da nəticə çıxarmamışdır. Ərizəçi daxili işlər bölməsindən qaçmağa cəhd etmək istəyəndən sonra milis əməkdaşları onun əllərini qandallamışlar. Daxili işlər bölməsinin rəisi mayor K., ərizəçinin X34 RSFSR Məcəlləsinin 158-ci maddəsində (xırda xuliqanlıq) və 165-ci maddəsində (milis əməkdaşının qanuni göstərişinə və tələbinə qərəzli tabeçilik göstərməmə) nəzərdə tutulmuş X34 protokol tərtib etmişdir. Həmin gün (4 yanvar 2002-ci il) Voronej vilayəti Qribanov rayon məhkəməsi ərizəçini RSFSR İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və ona 3 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq etmişdir. Məhkəmənin həmin qərarından şikayət verilə bilinmədiyindən qərar çıxarıldığı andan dərhal qanuni qüvvəyə minmişdir. 2) Ərizəçi haqqında qaldırılmış cinayət işi üzrə icraat 23 yanvar 2002-ci ildə ərizəçi haqqında 4 yanvar 2002-ci il tarixdə daxili işlər bölməsinin otağında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinin «b» bəndində nəzərdə tutulmuş cinayət əməli-xuliqanlıq etdiyinə görə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi) 81 №-li cinayət işi başlanmışdır. 24 yanvar 2002-ci il tarixdə mayor K. ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq etməsi əsası ilə ərizəçinin həbsə alınması haqqında qərar vermişdir. 1 fevral 2002-ci il tarixdə ərizəçiyə qarşı 82 və 83 №-li əlavə cinayət işləri başlanmışdır. 82 №-li iş üzrə ərizəçi yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli zorakı hərəkətlər edilməsinə görə təqsirləndirilmişdir. 83 №-li iş üzrə isə ərizəçi maqnitofon oğurluğuna görə təqsirləndirilmişdir. 6 fevral 2002-ci ildə bu üç iş bir icraatda birləşdirilmiş, işə 81 nömrəsi verilmiş və həmin iş mayor V-nin icraatına verilmişdir. 26 fevral 2002-ci il tarixdə birləşmiş işin materialları Voronej şəhər prokurorluğunun müstəntiqinə verilmişdir. 5 aprel 2002-ci ildə ərizəçiyə bütün yuxarıda göstərilən ittihamları özündə əks etdirən ittiham aktı təqdim edilmişdir. Onun 4 yanvar 2002-ci ildə törətdiyi əməl əlavə olaraq hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməyə cəhd (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi) və hakimiyyət nümayəndəsinin təhqir edilməsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 319-cu maddəsi) əməllərinə tövsif edilmişdir. 2 dekabr 2002-ci il tarixdə Voronej vilayəti Qribanov rayon məhkəməsi ərizəçinin işi ilə bağlı hökm çıxarmış və məhkəmə, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin anası (zərərçəkmiş şəxslər bacı olmuşlar), ərizəçinin əri və rəfiqəsinin ifadələri, həmçinin zərərçəkmiş şəxslərin məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsaslanmaqla ərizəçini yetkinlik yaşına çatmayan şəxslərin zorlanmasına görə təqsirli bilmişdir. Voronej vilayəti Qribanov rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi ilə verilmiş ittiham üzrə ərizəçiyə bəraət hökmü çıxarmış və bu zaman göstərmişdir ki, «4 yanvar 2002-ci ildə səhər 9 saylı daxili işlər bölməsinin otağında ərizəçi alkoqol sərxoşluğu vəziyyətində vətəndaşlar İ. və S.-in ünvanına nalayiq ifadələr işlətmiş və sonuncunu ölümlə hədələmişdir. O, kapitan S.-in qanuni tələblərinə tabe olmamış, özünü aqressiv aparmış, S.-i itələyərək, gizlənməyə cəhd göstərmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutları araşdıraraq məhkəmə hesab edir ki, ərizəçinin təqsiri sübut olunmamışdır. 4 yanvar 2002-ci ildə ərizəçi RSFSR İnzibati Xətalar Məcəlləsinin 158 və 165-ci maddələrində nəzərdə tutulmuş eyni əməlin törədilməsinə görə üç gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmənin qərarından şikayət verilməmiş və həmin qərar ləğv olunmamışdır. Məhkəmə hesab edir ki, məhkumun əməlində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinin «v» bəndində nəzərdə tutulmuş cinayətin əlamətləri müəyyən olunmur, ona görə də məhkəmə onu ittihamın bu bəndi üzrə təqsirsiz hesab edir». Sonra Voronej vilayəti Qribanov rayon məhkəsməsi ərizəçini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 319-cu maddəsində nəzərdə tutulmuş hakimiyyət nümayəndəsinin təhqir edilməsində təqsirli bilmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi mayor K.-nın ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin o, daxili işlər bölməsindəki kabinetdə 158 və 165-ci maddələrdə nəzərdə tutulmuş X34 protokol tərtib edərkən onu hədələmişdir. Mayor K.-nın bununla bağlı ifadəsi həmin vaxt onun kabinetində olmuş kapitan S., podpolkovnik N və xanım İ-nin yazılı ifadələri ilə təsdiqini tapmışdır. Nəhayət Voronej vilayəti Qribanov rayon məhkəməsi ərizəçini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə cəhdində təqsirli bilmişdir. Mayor K., podpolkovnik N. və ərizəçinin rəfiqəsinin ifadələri əsasında məhkəmə müəyyən etmişdir ki, X34 protokol tərtib edildikdən sonra ərizəçini və onun rəfiqəsini avtomobillə Voronej vilayəti Qribanov daxili işlər şöbəsinə gətirmişlər. Avtomobildə ərizəçi mayor K.-nın ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Ərizəçi həmçinin ona tüpürmüş və azadlığa çıxdıqdan sonra onu öldürəcəyini və gizlənəcəyini demişdir. Mayor K. ərizəçinin keçmişdə qəddarlığa və zorakılığa meyilli insan olduğuna görə bu hədəni real saymışdır. Ərizəçiyə cəzasını cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin ona qarşı alkoqolizmdən məcburi ambulator müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. 15 aprel 2003-cü il tarixdə Voronej vilayət məhkəməsi ərizəçinin kassasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. 3) Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Avropa Məhkəməsinin Palatası 07 iyun 2007-ci il tarixli qərarında Sergey Zolotuxinə münasibətdə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Həmin qərarda Avropa Məhkəməsi göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində göstərilən «cinayət qaydasında» və «cinayət-prosessual normaları» ifadələri Avropa Konvensiyasının 6 və 7-ci maddələrində qeyd olunmuş «cinayət ittihamı» və «cəza» ifadələrinə aid olan ümumi prinsiplər konteksində qiymətləndirilməlidir.Yəni Konvensiyanın 5 və 6-cı maddələrində göstərilən «cinayət ittihamı» və «cəza» anlayışları 7 saylı Protokolun 4-cü maddəsinə də aiddir. Bu zaman məhkəmə əməlin daxili hüquqda təsnifatı, hüquq pozuntusunun xarakteri, cəza növünün hüquqi traktofkası, onun məqsədi, təbiəti və ağırlıq dərəcəsi, cəzanın pozuntu törədən şəxsin cinayət əməlinin törədilməsində təqsirinin müəyyən olunmasından sonra təyin edilib-edilməməsi, cəzanın təyin edilməsi və icrası zamanı istifadə olunan prosedurların yoxlanmasına xüsusi önəm verilməli olduğunu qeyd etmişdir. Daxili hüquqda təsnifləşdirmə məsələsinə toxunan Avropa Məhkəməsi nəzərə çatdırmışdır ki, bəzi ölkələrin hüquqi sistemində nəzərdə tutulmuş «inzibati» sfera bir sıra hüquq pozuntularını nəzərdə tutur ki, hansılar ki öz mahiyyətinə görə cinayət əməlidir, lakin az əhəmiyyətli olduqlarından onlarla bağlı cinayət-hüquq və cinayət-prosessual hüquq normalarının tətbiqinə lüzum görülmür. Hüquq pozuntusunun törədilməsinə görə təyin olunan azadlıqdan məhrum etmə ümumilikdə cinayət hüququ sferasına aiddir, lakin öz xarakterinə, davamlılığına və icra üsuluna görə pozuntunu törədən şəxs üçün hiss olunacaq dərəcədə məhrumiyyətlər yaratmadığı hallar istisna təşkil edir. Hazırki işlə bağlı Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, RSFSR İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsində nəzərdə tutulan xırda xuliqanlığa görə 15 sutka azadldıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Ərizəçi haqqında inzibati xəta haqqında icraat onun barəsində 3 sutkalıq inzibati həbsin təyin olunması ilə başa çatmışdır ki, ərizəçi də həmin həbsi daxili işlər bölməsinin müvvəqəti saxlama izolyatorunda çəkmişdir. Bu hallar əsasında Avropa Məhkəməsi o nəticəyə gəlmişdir ki, ərizəçinin 4 yanvar 2002-ci ildə təqsirli bilindiyi «xuliqanlıq» hüquq pozuntusu 7 sayıl Protokolun 4-cü maddəsinin məqsədlərinin tətbiqi üçün nəzərdə tutumuş «cinayət qaydasında» məhkum olunmaya bərabərdir. Avropa Məhkəməsi daha sonra belə nəticəyə gəlmişdir ki, ərizəçinin inzibati xətaya görə məhkum olunması və onun sonradan Rusiya Federasiyası CM-nin 213-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi eyni faktlara əsaslanmış, yəni ərizəçi 4 yanvar 2002-ci ildə daxili işlər bölməsinə hələ gətirilməmişdən əvvəl onun xuliqanlıq əməli törədilməsi ilə bağlı olmuşdur. RSFSR İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsində inzibati xəta kimi nəzərdə tutulmuş «xırda xuliqanlıq» və Rusiya Federasiyası CM-nin 213-cü maddəsində cinayət əməli kimi nəzərdə tutulmuş «xuliqanlıq» eyni tərkib elementlərinə malikdirlər, yəni onların əsasında ictimai qaydanın prozuntusu faktoru durur. Bundan belə nəticə çıxır ki, ərizəçi Rusiya Federasiyası CM-nin 213-cü maddəsilə xuliqanlığa görə cinayət məsuliyyətinə bundan əvvəl RSFSR İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsilə məhkum olunduğu eyni əmələ görə cəlb edilmişdir. Cavabdeh dövlətin ərizəçiyə Rusiya Federasiyası CM-nin 213-cü maddəsilə bəraət verilməsi və ona görə də iş üzrə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin tələblərinin heç bir pozuntusunun baş verməməsi barədə arqumentləri Avropa Məhkəməsini qane etməmişdir. Belə ki, məhkəmə xatırlatmışdır ki, 7 saylı Protokolun 4-cü maddəsi iki dəfə cəzalandırılmamaq hüququnun təsbiti ilə məhdudlaşmır, həmçinin iki dəfə məhkəmə məsuliyyətinə cəlb edilməməsi və ya iki dəfə məhkum olunmaması hüququnu da özündə ehtiva edir (X37rşı və Dziqarella İtaliyaya qarşı işlər). Əgər belə olmasaydı, onda «məhkum olunmamaq» ifadəsinə «cəzalandırılımamaq» ifadəsi əlavə edilməzdi. Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və bu zaman şəxs haqqında ittiham hökmünün çıxarılmaması hallarına da şamil olunur (Diziqarella İtaliyaya qarşı iş). Avropa Məhkəməsi onu da qeyd etmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsi bir-birindən fərqlənən 3 qarantiyanı nəzərdə tutur: heç kim eyni cinayət əməlinə görə mühakiməyə məruz qala (1), məhkum oluna (2) və ya cəzalandırıla (3) bilməz (Nikitin Rusiya qarşı iş). Ona görə də ərizəçinin bəraət alması onun ikinci dəfə eyni ittihama görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması üçün heç bir əhəmiyət kəsb etmir. Belə ki, ərizəçi 4 yanvar 2002-ci ildə baş vermiş xuliqanlığa görə təyin edilmiş 3 gün müddətində inzibati həbsi çəkdikdən sonra, 23 yanvar 2002-ci il tarixdə ona faktiki eyni hüquq pozuntusuna görə ittiham verimliş və o, həbs olunmuşdur. 1 fevral 2002-ci il tarixə qədər bu ərizəçiyə qarşı irəli sürülmüş tək ittiham olmuşdur. Bundan sonra həmin ittiham aradan qaldırılmamış, əksinə cinayət təqibi məhkəmənin birinci qərarı çıxarıldığı vaxtdan 9 ay müddətinə qədər davam etmişdir. Avropa Məhkəməsi o halı da qeyd etmişdir ki, ərizəçi haqqında cinayət işinin başlanması və ibtidai istintaq, onun haqqında inzibati icraat başlayan və Qribanov rayon məhkəməsi tərəfindən inzibati qaydada məhkum olunmasına nail olan eyni orqan-daxili işlər şöbəsi tərəfindən həyata keçirilmiş, həmçinin eyni milis əməkdaşı K. hər iki icraatda iştirak etmişdir. İnzibati xəta haqqında icraatla cinayət icraatı arasında 19 gün vaxt keçmişdir. Eyni Qribanov rayon məhkəməsi və eyni hakim tərəfindən hər iki işə baxılmışdır. Ona görə də Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Rusiya hakimiyyət orqanları cinayət işinin təkrarlanmasını həyata keçirmiş və bu zaman ərizəçinin həmin əmələ görə məhkum olunmasını gözəl anlamışlar. Nəhayət Avropa Məhkəməsi qərara almışdır ki, non bis in idem prinsipinin pozulması ərizəçiyə münasibətdə bəraət hökmünün çıxarılmasının əsası olmamışdır. Ərizəçi haqqında Qribanov rayon məhkəməsinin bəraət hökmü onun təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı olmuşdur. Sonda Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçi Sergey Zolotuxin məhkum olunduğu və müəyyən edilmiş müddətdə inzibati həbsi çəkdiyi hüquq pozuntusuna görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Ona görə də ona münasibətdə Avropa Konvensiyasının 7 sayıl Protokolunun 4-cü maddəsinin pozuntusu baş vermişdir. İX. Sergey Zolotuxinin işi üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 10 fevral 2009-cu il tarixli qərarı 5 sentyabr 2007-ci il tarixdə cavabdeh dövlət (Rusiya Federasiyası) Konvensiyanın 43cü maddəsi və Avropa Məhkəməsi Reqlamentinin 73-cü qaydalarına əsasən işin Böyük Palataya verilməsinə dair ərizə ilə müraciət etmişdir. Avropa Məhkəməsinin Böyük Palatası işin hallarını, Rusiya Federasiyasının qanunvericilik normalarını və beynəlxalq hüquq normalarını, xarici hüquq praktikasını və özünün presedent praktikasını xüsusi analiz edərək, Sergey Zolotuxinə münasibətdə Avropa Məhkəməsinin Palatasının gəldiyi nəticələrlə razılaşmış və həqiqətən də həmin işdə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin pozuntusunun baş verdiyini qeyd etmişdir. Böyük Palata da gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin inzibati məsuliyyətə cəlb edilib məhkum olunmasının əsasında duran faktiki hallar və onların hüquqi qiyməti onun ikinci dəfə cinayət məsuliyyətinə cədb edilməsinin əsasında durmuşdur. Belə ki, ərizəçinin inzibati məsuliyyətə cəlb edilməsi onun milis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi, ictimai qaydanı pozması, milis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və daxili işlər şöbəsindən qaçmağa cəhd göstərməsi faktları əsasında baş vermiş, həmin faktlar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün də əsas olmuşdur. Bu faktların hüquqi qiymətinə gəldikdə isə onlara görə ərizəçi ya İXM-nin 158-ci maddəsilə inzibati məsuliyyətə, ya da CM-nin 213-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilməliydi. Belə ki, bu əməllərin hər ikisinin tərkibi eyni əsas elementə malik olmuşdur. Rusiya Federasiyası CM-nin 213-cü maddəsinin dispozisiyasında olan «ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi» anlayışı İXM-nin 158-ci maddəsinin dispozisiyasında göstərilmiş «ictimai yerdə nalayiq ifadələr işlədilmə, vətəndaşlara təhqiredici formada sataşılma» anlayışını əhatə edir (məhkəmə iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarının bir sıra hallarına aşağıda istinad edəcəkdir). X. Məhkəmənin Avropa Məhkəməsinin X17rşı və bir sıra digər presedentləri əsasında Təqsirləndirilən şəxs2 münasibətdə hazırki iş üzrə hüquqi mövqeyi. Məhkəmə, Avropa Məhkəməsinin X17rşı presedentinə istinad edərək, ən əvvəl qeyd edir ki, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində müəyyən edilmiş non bis in idem (latın dilində eyni hüquqpozmaya görə təkrar məhkəmə təqibinin qadağan edilməsi) prinsipi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 7-ci bəndində, Beynəlxalq Cinayət Məhkəməsi Haqqında Statutun 20-ci maddəsində, X51 Hüquqları Haqqında Xartiyanın 50-ci maddəsində, X9 Haqqında Konvensiyanın 54-cü maddəsində, İnsan Hüquqları Haqqında Amerika Konvensiyasının 8-ci maddəsinin 4-cü bəndində öz əksini tapmışdır. Avropa Birliyi Məhkəməsi non bis in idem prinsipini Avropa Birliyi hüququnun fundamental prinsipi saymışdır (Limburqe vinil maatşappiy NB (LVM)» və başqaları Avropa Birliyi Komissiyasına qarşı iş üzrə 15 oktyabr 2002-ci il tarixli qərar). «Kompaniya Aalroq portland» və başqa ərizəçilər Avropa Birliyi Komissiyasına qarşı iş üzrə 7 yanvar 2004-cü il tarixli qərarında Avropa Birliyi Məhkəməsi göstərmişdir ki, non bis in idem prinsipinin tətbiqi üçün üç bir-birinə bağlı şərtlər mövcud olmalıdır: faktlar eynilik təşkil etməli, hüquq pozuntusunu törədən şəxs və hüquqi maraqlar bir olmalıdır. Norma Kraayenbrinkin ittihamına dair cinayət işi üzrə Avropa Birliyi Məhkəməsi 18 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, X9 üzrə Konvensiyanın 54cü maddəsinin (non bis idem prinsipi) tətbiqi üçün əsas vacib məqam bir-biri ilə qırılmaz şəkildə bağlı olan halların cəmini təşkil edən əməllərin eyniliyidir. Van Straatenin ittihamına dair cinayət işi üzrə Avropa Birliyi Məhkəməsi 2006-cı il tarixli, C-150/05 saylı qərarında göstərmişdir ki, X9 üzrə Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulmuş «eyni əməl» anlayışını qiymətləndirmə zamanı məhkəmə yeni cinayət işinə baxarkən müəyyən etməlidir ki, şəxsə inkriminə olunan əməllər (əvvəlki və sonrakı əməllər) birbiri ilə vaxt, törədilmə yeri və obyekt əlamətinə görə bağlı olan vahid bir eyniliyə malikdir. Hazırki işin fatiki hallarına Avropa Məhkəməsinin qeyd olunan presedent praktikası əsasında hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində təsbit olunmuş non bis in idem prinsipinə dair qiymətlənldirmə ilə bağlı aşağıdakı halların baş verib-verməməsinin müəyyən edilməsi vacibdir: 1) Hazırki iş üzrə inzibati xəta haqqında qərar mahiyyətinə görə cinayət xarakterli olmuşdurmu; 2) Təqsirləndirilən şəxsin inzibati qaydada cəzalandırıldığı və cinayət məsuliyyətinə cəlb edildiyi əməllər eyni olmuşdurmu (idem elementi); 3) Birinci araşdırma üzrə inzibati xəta haqqında qərar qəti olmuşdurmu; 4) Araşdırmaların (inzibati xəta haqqında iş üzrə araşdırma və cinayət işi üzrə araşdırma) təkrarlanması baş vermişdirmi (bis elementi) 5) 1)Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinməsi və 1000 manat cərimə olunması barədə X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli qərarı cinayət xarakterli olmuşdurmu? X17rşı, Sturbroten Norveçə qarşı, Xaarviq Norveçə qarşı, Rozenkvist İsveçə qarşı, Manasson İsveçə qarşı, Qektan Fransaya qarşı, Malij Fransaya qarşı və Nilsson İsveçə qarşı işlərdə Avropa Məhkəməsinin hüquqi mövqeyinə istinad edən məhkəmə bildir ki, milli hüquqa görə məhkəmə mühakiməsinin növü Avropa Konvensiyasının 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulmuş non bis in idem prinsipinin tətbiqi üçün yeganə əsas sayıla bilməz. Əks hal Konvensiyanın bu normasının razılığa gələn dövlətlər tərəfindən müxtəlif interpretasiyaları Konvensiyanın məqsədlərinə zidd olan nəticələrə gətirib çıxarardı. 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulmuş «cinayət-prosessual normaları» anlayışı Konvensiyanın 6 və 7-ci maddələrində müəyyən olunmuş «cinayət ittihamı» və «cəza» anlayışlarına uyğun ümumi prinsiplər əsasında şərh olunmalıdır. Başqa sözlə Konvensiyanın 6 və 7-ci maddələrində nəzərdə tutulmuş «cinayət ittihamı» və «cəza» anlayışları Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsində gedən «cinayət-prosessual normaları»na aid olmaqla onları da ehtiva edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X11rşı işlər) Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X42rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayəthüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X27rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X11rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X17rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasıının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Bu meyarları hazırki işə tətbiq edən məhkəmə nəzərə çatdırır ki, əməyfin mühafizəsi qaydalarının pozulması haqqında inzibati xətanın Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsində əks olunması əməyin mühafizəsinin təmin edilməsi məqsədini daşıyır. Bu məqsəd və maraq əslində cinayət hüququnun müdafiəsi sferasına aiddir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş hüquq norması xüsusi statusa malik olan şəxslərə deyil, bütün vətəndaşlara şamil olunur. Yəni bu qanunvericilik norması konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlmişdir. O cümlədən əməyin mühafizəsi qaydalarının pozulmasının İXM-də inzibati xəta kimi göstərilməsi heç də Avropa Konvensiyası nöqteyi-nəzərindən onun müstəqil olaraq «cinayət» əməli kimi hüquqi tövsif olunmasını aradan qaldırmır. Belə ki, «Ezex və X11rşı işdə deyildiyi kimi, Avropa Konvensiyasında Enqel meyarlarına görə hüquq pozuntusunun xarakterinin cinayət ittihamı kimi müəyyən olunması üçün müəyyən ağırlıq dərəcəsinin mövcudluğunun mütləqliyi barədə heç nə deyilmir. Bundan başqa, o da qeyd edilməlidir ki, Zolotuxin Rusiyaya qarşı işdə olduğu kimi, hazrki işdə göstərilən inzibati xətanın məqsədi cəza və profilaktika olmuşdur ki, onlar da cinayət sanksiyasının tipik əlamətləridir. Ona görə də məhkəmə hesab edir ki, X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə Təqsirləndirilən şəxs2 İXMnin 198.1.1-ci maddəsilə təqsirli bilinərək, 1000 manat cərimə edildiyi inzibati xəta 2-ci Engel meyarına görə, yəni qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı və onun ağırlıq dərəcəsinə görə cinayət ittihamı sayılmalıdır. İşdəki faktiki hallara hüquqi qiymət verən məhkəmə X17rşı, Engel və başqaları Niderlanda qarşı və Ezex və X11rşı məhkəmə presedentlərinə istinad edərək, həmçinin hesab edir ki, X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli, N seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə Təqsirləndirilən şəxs2 İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinərək, 1000 manat cərimə edildiyi inzibati xəta 3-cü Engel meyarına, yəni təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza xarakteri daşıyır və bu əsasdan cinayət ittihamıdır. Bu zaman cəzanın ağırlığı İXM-nin həmin maddəsində nəzərdə tutulmuş maksimal potensial sanksiya ilə müəyyənləşdirilməlidir. Bu iş üzrə real cəzanın təyin edilməsi heç də həmin faktorun vacibliyini heçə endirməmişdir. Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsində maksimal sanksiya kimi 1000 manat cərimə nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs2 da 1000 manat cərimə edilmiş və həmin cəriməni ödəmişdir. Bunlar onun İXM-nin 198.1.1-ci maddəsilə məsuliyyətə cəlb edilib, 1000 manat cərimə ilə cəzalandırıldığı 30 iyul 2020-ci il tarixli qərarın və həmin inzibatii xətanın cinayət ittihamına bərabər sayılması üçün yetərli əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda sadalanan 2-ci və 3-cü Engel meyarlarına-hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq olunan cəzanın xarakteri və ağırlığı dərəcəsinə görə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi baxımından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinib, 1000 manat cərimə edlilməsi barədə X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli qərarı cinayət xarakterlidir və ona qarşı irəli sürülən cinayət ittihamı sayılmalıdır. Bu xüsusda məhkəmə ittiham tərəfinin daxili qanunvericilikdə inzibati xətanın və cinayət əməlinin xarakterinə və ictimai təhlükəliliyinə görə ayrı-ayrı hüquqpozmalar olması, onlara görə qanunvericilikdə ayrı-ayrı cəzaların nəzərdə tutulması, ona görə də hazırki işdə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində nəzərdə tutulmuş non bis in idem prinsipinin pozulmaması barədə arqumentlərini qəbul etmir. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda qeyd edildiyi kimi, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi və bu maddə ilə bağlı Avropa Məhkəməsinin presedentləri baxımından əməlin daxili qanunvericilikdə təsnifi, yəni daxili hüquqla inzibati xətanın cinayət ittihamından fərqləndirilməsi bu maddənin tətbiqi üçün yegənə meyar deyildir. Bela olan halda Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi baxımından hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq olunan cəzanın xarakteri və ağırlığı dərəcəsini ehtiva edən 2-ci və 3-cü Engel meyarları ortaya çıxır. Həmin meyarlar ayrıayrılıqda və ümumilikdə mövcud olduğu təqdirdə inzibati xəta Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi və Avropa Konvensiyanın 6 və 7-ci maddələri baxımından cinayət ittihamı sayılır. Bu zaman əməlin daxili qanunvericilikdə necə təsnifləşdirilməsi önəm daşımır. Məhkəmə nəzərə çatdırır ki, bu halla bağlı Avropa Konvensiyasının 6 və 7-ci maddələri, eyni zamanda 7 saylı Protokolun 4-cü maddəsi ilə daxili qanunvericilik aktları, konkret olaraq əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan İXM-nin 198.1.1-ci maddəsi, cinayət məsuliyyəti nəzərdə tutan CM-nin 162.2-ci maddəsi arasında müəyyən ziddiyyətlər vardır. Qanunvericiliyə görə bu ziddiyyət zamanı Avropa Konvensiyası Azərbaycan Respublikasının qeyd olunan qanunlarından daha üstün hüquqi qüvvəyə malik olduğundan, hazırki işdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilə olan Avropa Konvensiyası əsas tutulmalı və tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Rspublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı belə beynəlxalq müqavilələrdən biri də Avropa Konvensiyasıdır ki, Azərbaycan Respublikası da 15 aprel 2002-ci il tarixdən onu ratifikasiya etmişdir və həmin tarixdən Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Konvensiyanın tətbiqi ilə bağlı Avropa Məhkəməsinin presedentləri Avropa Konvensiyasını ratifikasiya etmiş dövlətlər üçün məcburi xarakter daşıyır. Beynəlxalq müqavilələr haqqında 1961-ci il Vyana Konvensiyasının 3-cü maddəsində də qeyd olunur ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə iştirakçı dövlətlər üçün məcburidir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, əslində qanunvericilikdə əməyin mühafizəsi qaydalarının pozulmasına görə həm Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsində inzibati məsuliyyətin, həm də Azərbaycan Respublikası CM-nin 162-ci maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması, ardıcıllıqla şəxsin əvvəl İXMnin 198.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilib, cəzalandırılmasından sonra CMnin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilə bilməsi formasında hüquqi əsasın müəyyən olunması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla şəxsin eyni əmələ görə təkrar cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum olunması və ya cəzalandırılmasına şərait yaradır. Hüquqi müəyyənlik prinsipi isə ictimai münasibətlərin aydın və birmənalı başadüşülən formada təsbit edilməsini, bu zaman qanun normalarının bir-birini təkrar etməməsini tələb edir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində bu hüquqpozmaların əsasını təşkil edən elmentlər eynidir ki, məhkəmə də buna aşağıda hüquqi qiymət verəcəkdir. 2) Təqsirləndirilən şəxs2 İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinib,1000 manat cərimə olunduğu əməl və onun CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edildiyi əməl eyni olmuşdurmu (idem) A) Müdafiə tərəfinin arqumentləri. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi göstərmişlər ki, təqsirləndirilən şəxsə qarşı həm İXM-nin 198.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilib, 1000 manat cərimə ilə cəzalandırılmasının, həm də CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını həmçinin bir element-əməyin mühafizəsi qaydalarının pozulması təşkil etmişdir. Belə ki, İXM-nin 198.1.1-ci maddəsində inzibati məsuliyyətin yaranması üçün əməyin mühafizə qaydalarının pozulması; əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi dispozitiv şərt kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 162.1, həmçinin CM-nin 162.2-ci maddəsinə görə cinayət məsuliyyətinin əsasını da həmçinin əməyin mühafizəsi qaydalarının pozulması təşkil edir. Deməli, İXM-nin 198.1.1-ci maddəsində olduğu kimi, CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinin əsasında o cümlədən bir elment-əməyin mühafizəsi qaydalarının pozulması faktı durur. Müdafiə tərəfi daha sonra bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs2 30 iyul 2020-ci il tarixli qərarla İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinib, 1000 manat cərimə edilmiş və həmin cəriməni ödəmişdir, lakin barəsində İXM-nin 162.2-ci maddəsilə cinayət işinin istintaqı aparılmış, barəsində ibtidai istintaq aparılmaqla 16 noyabr 2020-ci il tarixdə ittiham aktı tərtib edilmiş və cinayət işi məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsə qarşı başlanmış inzibati xəta haqqında icraatın, həm də cinayət icraatının faktiki, həm də hüquqi elmentləri eyni olmuşdur. Belə ki, bu hüquqpozmalar eyni əsasla-o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı olmuş, Təqsirləndirilən şəxs2 istinad edilən əməyin mühafizəsi qaydalarının pozulmasında ifadə olunan əməl ona qarşı CM-nin 162.2-ci maddəsilə irəli sürülən ittihamda əks olunmaqla eyni fakta söykənmişdir. Bu faktların hüquqi qiymətinə gəldikdə isə, əməyin mühafizəsi qaydalarının pozulmasına görə təqsirləndirilən şəxs ya İXM-nin 198.1.1-ci maddəsilə, ya da CM-nin 162.2-ci maddəsilə məsuliyyətə cəlb edilməliydi. Çünki həmin maddələr tamamilə eyni dispozitiv xüsusiyyətlərə malikdirlər-hər iki maddənin sanksiyasında cinayət cəzalarına xas olan cəzalar nəzərdə tutulmuşdur. CM-nin 162.2-ci maddəsi İXM-nin 198.1.1-ci maddəsini eyni xarakter elmentinə görə tam şəkildə əhatə edir. Çünki hər iki maddədə o cümlədən əməyin mühafizəsi qaydalarının pozulmasından söhbət gedir. Ona görə də təqsirləndirilən şəxsə qarşı Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi pozulmuşdur. B) İttiham tərəfinin arqumentləri İttiham tərəfi əvvəlki mövqeyini müdafiə edərək, qeyd etmişdir ki, təqsirləndirilən şəxs həm faktiki, həm də hüquqi nöqteyi-nəzərdən iki bir-birindən fərqli əməllər törətmişdir. Belə ki, o, inzibati məsuliyyətə əməyin mühafizəsi qaydalarının pozulmasına görə, cinayət məsuliyyətinə isə o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan şəxsin ölümünə görə cəlb olunmuşdur. İnzibati məsuliyyətə cəlb edilmə ilə cinayət məsuliyyətə cəlb edilmə arasında əməlin xarakteriən görə böyük fərq vardır. Hüquqi tövsifə gəlincə isə, İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta və CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli eyni marağı-yəni o cümlədən əməyin mühafizəsi qaydalarının pozulmasını nəzərdə tutsa da, ictimai təhlükəliliyinə və həm də sanksiyalarının ağırlığına görə onlar bir-birindən fərqlənir. Belə ki, inzibati xəta ictimai təhlükəliliyinə görə cinayət əməlindən daha yüngüldür. Həm də İXMnin 198.1.1-ci maddəsində cərimə, CM-nin 162.2-ci maddəsinin sanksiyasında isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və həmin cəza da cəzaçəkmə müəssisələrində çəkilir ki, bu hallar da bu hüquqpozmaların eyni olmadığını göstərir. C) Məhkəmənin qiymətləndirməsi X17rşı iş üzrə qərara istinad edən məhkəmə qeyd edir ki, «eyni əməl anlayışı» Avropa Konvensiyasının 7 saylı protokolunun 4-cü maddəsindəki non bis idem prinsipinin idem elementi- «ikinci əmələ” görə məhkəmə təqibi və ya məhkum etmənin qadağan olunması kimi başa düşülməlidir, çünki o, identik faktlar və ya mahiyyətcə eyni faktlardan irəli gəlir. Məhkəmə bildirir ki, Avropa Məhkəməsinin presedent praktikasında məhkəmə «eyni əsas elementlər» anlayışının mümkünlüyünü 5 halda nəzərdə tutur. Birincisi, iki hüquq pozuntusuna aid olduğu təqdirdə təqsirləndirilən şəxsə inkriminə olunan hərəkətlər eyni olmadığı hala aiddir (Manusson İsveçə qarşı); ikinci hal hüquq pozuntularının tərkibinin müxtəlif hallarla bağlı olmasını özündə ehtiva edir (Şyutte Avstriyaya qarşı). Bu işdə Avstriyanın Cinayət Məcəlləsi hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya belə zorun tətbiq edilməsi hədəsinə görə cinayət məsuliyyəti nəzərdə tutduğu halda, «Yol hərəkətinin təhlükəsizlyi haqqında» Qanun sürücünün sənədlərini yoxlamaya təqdim etməməsinə görə avtomaşınını saxlamaqdan imtinaya görə məsuliyyət nəzərdə tuturdu; üçüncüsü, təqsirləndirilən şəxsi məhkum etmək üçün vacib şərt kimi hüquq pozuntusunun subyektiv tərəfinin xarakterini sübut etmək tələb olunduğu halda, bu hal başqa hüquq pozuntusuna münasibətdə tələb olunmur (Rozenkvist İsveçə qarşı işdə qəsdən və ya ehtiyatsızlığın sübut olunması və ya Ponsetti və Şesnel Fransaya qarşı işdə qəsdli ehtiyatsızılığın sübut olunması); dördüncüsü, sanksiyanın məqsədinin müxtəlif olması hallarıdır (məsələn Miyelde Norveçə qarşı işdə hüquq pozuntularının törədilməsinə görə cəzalandırmadan fərqli olaraq onların xəbərdarlığı və ya profilaktikası); beşinci hal hüquqpozmalar üzrə sanksiyaların iki hüquqi şəxsə aid olması ilə bağlıdır (İsaksen Norveçə qarşı iş). Məhkəmə, X17rşı işi üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə bir daha istinad edərək, qeyd edir ki, şəxsin məsuliyyətə cəlb olunduğu əməllərin eyni əməl olduğu və faktların identik olub-olmadığı ilə bağlı Avropa Məhkəməsinin presedent praktikası 7 saylı protokolun 4-cü maddəsi ilə bağlı 4 mövqe müəyyənləşdirmişdir. Birinci mövqe Qradinqer Avstriyaya qarşı işi üzrə qərarda formalaşmışdır ki, həmin qərara görə də eyni əməllər onların hüquqi töfsifindən asılı olmayaraq müəyyən edilir. Belə ki, bu işdə cənab Qradinqer ehtiyatszlıqdan şəxsin ölümünə səbəb olmuş əmələ görə cinayət qaydasında məhkum olunmuş, həm də avtomobili sərxoş vəziyyətdə idarə etməsinə görə inzibati qaydada cərimə olunmuşdu. Həmin iş üzrə Avropa Məhkəməsi qərarında göstərmişdir ki, işdə hüquq pozuntularının baş verməsi, xarakteri və məqsədi müxtəlif olsa da, hər iki iş üzrə qərarlar ərizəçinin eyni hərəkətlərinə əsaslandığı üçün bu işdə 7 saylı Protokolun 4cü maddəsinin pozuntusu müəyyən olunmuşdur. İkinci mövqe ondan ibarətdir ki, məsuliyyətə cəlb edilən şəxsin əməlləri eyni olsa da, bu əməllər bir neçə hüquq pozuntusunun tərkibini yarada bilər ki, bu pozuntulara görə də şəxs müxtəlif məhkəmə proseslərində mühakiməyə məruz qala bilər. Avropa Məhkəməsinin bu mövqeyi Oliveyra İsveçrəyə qarşı işdə formalaşmışdır ki, həmin işdə ərizəçi xanım əvvəlcə öz avtomobilinin idraəetməsini itirdiyinə görə, sonra isə ehtiyatsızlıqdan başqa şəxsə bədən xəsarəti yetirdiyinə görə məhkum olunmuşdur. Belə ki, onun avtomobili yolun qarşı hərəkət hissəsinə keçmiş, bir avtomobili vurmuş, sonra ikinci avtomobillə toqquşmuş və həmin avtomobilin sürücüsünə ciddi bədən xəsarəti yetirilmişdir. Avropa Məhkəməsi müəyyən etmişdir ki, işin faktları müxtəlif hüquq pozuntularına səbəb olan eyni əməli yaratmışdır, ancaq Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi şəxsi eyni əmələ görə iki dəfə məhkum edilməsini qadağan edir. Eyni bir məhkəmə tərəfindən hər iki işə eyni vaxtda baxılmasının ədalət mühakiməsinin maraqlarını daha yaxşı təmin etməli olmasına baxmayaraq, bu hüquq pozuntularına müxətlif məhkəmələr tərəfindən baxılması iş üçün həlledici əhəmiyyətə malik olmamışdır. Eyni cinayət əməlindən törənən müxtəlif hüquq pozuntularına müxtəlif məhkəmələr tərəfindən baxılması 7 saylı Protokolun 4-cü maddəsinin pozuntusuna səbəb olmamışdır. Xüsusən həm də ona görə ki, bu işlərdə tətbiq edilən sanksiyalar toplanmamışdır. Qektan Fransaya qarşı və Onqun Türkiyəyə qarşı işlərdə Avropa Məhkəməsi bu mövqeyini bir daha təsdiq etmişdir. Üçüncü mövqedə isə iki hüquqpozmanın tərkibinin «əsas elementlərinə» istinad edilir (Sergey Zolotuxinin işində də bu hal baş vermişdir). Belə ki, X37rşı işdə Avropa Məhkəməsi öz hüquqi mövqeyini təkmilləşdirərək, vurğulamışdır ki, 7 sayıl Protokolun 4-cü maddəsi eyni cinayət əməlindən yaranan müxtəlif hüquqpozmalara görə cinayət təqibinə yol verir. Ancaq şəxsi nominal cəhətdən bir-birindən fərqlənən hüquqpozmaların törədilməsinə görə mühakiməyə cəlb etmək və cəzalandırmaq Konvensiyanın bu norması ilə bir araya sığmır. Məhkəmə qeyd etdi ki, bu hüquqpozmaların tərkibinin eyni «əsas elementlerə» malik olubolmamasının müəyyən olunması vacibdir. Fişerin işində avtomaşının alkoqol sərxoşluğu vəziyyətində idarəetməsində ifadə olunan inzibati xətanın tərkibi ilə ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olmada ifadə olunan cinayət tərkibi ilə eyni əsas elementlər mövcud olmuşdur. Ona görə də məhkəmə həmin işdə 7 saylı Protokolun 4-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Bu hüquqi mövqe VV. F Avstriyaya qarşı və Sayler Avstriyaya qarşı işlərdə də müdafiə olunmuşdur. Qarretta Fransaya qarşı işdə isə Avropa Məhkəməsi öz mövqeyini daha da təkmilləşdirərək qeyd etmişdiri ki, (4 mövqe) iki hüquq pozuntusunun tərkibləri müxtəlif əsas elmetenlərə malik olmuşlar. Bu əsasla da həmin hüquqpozmalar öz ağırlığına və qanunla qorunan sosial dəyərlərə qəsdlə bağlı yaranmış nəticələrə görə bir-birindən fərqlənmişlər. Sergey Zolotuxinin işində Avropa Məhkəməsi bu mövqelərin hər birinə hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, məhkəmənin bu presedent praktikasından kənara çəkilmək, həmçinin onu dar mənada təfsir etmək düzgün deyildir. Təqsirləndirilən şəxs dəqiq bilməlidir ki, bir dəfə hüquqpozmaya görə cinayət məsuliyyətinə cəlb olunub, təyin olunmuş cəzanı çəkdikdən sonra eyni əmələ görə təkrar məhkəmə məsuliyyətinə cəlb olunmamasına əmin olmalıdır. Ona görə də 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulmuş «cinayət» ifadəsi dar mənada təfsir oluna bilməz. Həm də 7 saylı Protokolun 4-cü maddəsi nöqteyi-nəzərindən ancaq iki hüquq pozuntusunun hüquqi töfsifinin əsas tutulması insan hüquqları baxımından məhdudlaşdırıcı xarakter daşımış olardı. Bu da 7 saylı Protokolun 4-cü maddəsinin insanlara verdiyi qarantiyanın səmərəsini heçə endirərdi. Ona görə də Avropa Məhkəməsinin Böyük X21 işində vacib bir qayda müəyyənləşdirmişdir ki, o da 7 saylı Protokolun 4-cü maddəsinin ikinci hüquqpozma üzrə cinayət məsuliyyətinin və yaxud məhkəmə araşdırmasının identik faktlar və ya eyni faktlara əsaslanmasının qadağan edilməsindən ibarətdir. Bu zaman Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində nəzərdə tutulmuş qarantiya əvvəlki bəraət və ya məhkum olunma res yudicata qüvvəsini aldıqdan sonra yeni cinayət təiqibinin başlanması vaxtından yaranır. Bu halda yeni ittihamda köhnə ittihamla bağlı hansı faktların qalması, hansı faktlardan isə imtina edilməsi əhəmiyyət kəsb etmir. Belə ki, 7 saylı Protokolun 4-cü maddəsi ona qarantiya verir ki, mühakimə olunmuş və məsuliyyətə cəlb edilmiş şəxsin yenidən yeni işə görə məhkum olunması perspektivi olmasın. Burada söhbət ikinci dəfə məhkum olunmaq və ya bəraət almaq qadağasından getmir. Hazırki işdən görünür ki, Təqsirləndirilən şəxs2 30 iyul 2020-ci il tarixli qərarla İXM-nin 198.1.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinin əsasını əməyin mühafizəsi qaydalarının pozulması: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi təşkil etmişdir. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 162.2-ci maddəsilə cinayət işinin başlanması və həmin maddə ilə ittihamın verilməsinə əsas da onun ittihama görə o cümlədən əməyin mühafizəsinin başqa qaydalarını pozması faktı təşkil etmiş, bu zaman hazırki cinayət işinin faktoloji halı, yəni Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan müəssisədə ölməsi bu ittihamın faktiki halını təşkil etmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs2 inzibati məsuliyətə cəlb edilərək, 1000 manat cərimə təyin edildiyi inzibati xətanın əsasını təşkil edən eyni fakt onun ikinci hüquq pozuntusu-CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona ittiham irəli sürülməsinin əsas elementlərindən birini təşkil etmişdir. X18rşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarının 36-cı bəndində göstərilir ki, ne bis in idem prinsipinin müəyyən olunması üçün bir-biri ilə bağlı üç şərt mövcud olmalıdır:1) faktlar eyni olmalı; 2) hüquq pozuntusunu törədən eyni şəxs olmalı və 3) müdafiə edilən hüquqi maraq bir olmalıdır. Avropa Məhkəməsinin həmin qərarda istinad etdiyi Şengen razılaşmasının tətbiqi haqqında Konvensiyanın 54-cü maddəsində qeyd olunur ki, şəxsə istinad olunan əməlin eyni əməl olub-olmamasına aydınlıq gətirmək üçün təkrar cinayət işinə baxan məhkəmə, şəxsə istinad olunan əməlin əvəlləki əməllə eynilik təşkil etməsi, yəni bir-biri ilə vaxta, törədildiyi yerə və obyektə görə bağlı olmasını aydınlaşdırmalıdır. Hazırki işdən də görünür ki, Təqsirləndirilən şəxs2 30 iyul 2020-ci il tarixli qərarla İXM-nin 198.1.1-ci maddəsilə 1000 manat cəriməyə məruz qaldığı əməl, ona o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı CM-nin 162.2-ci maddəsilə inkriminə olunan əməllə vaxta, törədildiyi yerə və obyektə görə bir-biri ilə bağlıdır və eynilik təşkil edir. Ona CM-nin 162.2-ci maddəsilə verilən ittihamın əsasını da baş vermiş nəticəyə səbəb olması göstərilən o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması təşki edir. Bu da həmin hüquqpozmaların eyni vaxt dövrünü, vahid faktı (ittihama görə baş vermiş nəticəyə səbəb olan o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması) və müdafiə edilən eyni hüquqi marağı əhatə etdiyini göstərir. Sergey Zolotuxinin işi üzrə Avropa Məhkəməsinin presedentini bu işə tətbiq edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 İXM-nin 198.1.1-ci maddəsilə məsuliyyətə cəlb edildiyi əməlin və CM-nin 162.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edildiyi əməlin əsas elmenti-o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması olmuşdur. Ona görə də məhkəmə iki hüquqpozma üzrə faktların bir element üzrə-inzibati xətada əməyin mühafizəsi qaydalarının pozulması, cinayət əməlində isə o cümlədən əməyin mühafizəsi qaydalarının pozulmasının ehtiyatsızlıqdan adam ölümünə səbəb olması barədə ittiham tərəfinin arqumentini qəbul etmir. Belə ki, İXM-nin 198.1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməyin mühafizəsi qaydalarının pozulması ilə CM-nin 162.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsindən asılı olmayaraq eyni mahiyyət kəsb edir. Ona görə də məhkəmə hesab edir ki, CM-nin 162.2-ci maddəsi tamamilə İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozmanın hallarını əhatə etmiş, eynilə İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntusu CM-nin 162.2-ci maddəsini əməyin mühafizəsi qaydalarını pozması barədə dispozitiv şərti əhatə edən bütün elmentlərə malik olmuşdur. Bu səbəbdən 7 saylı Protokolun 4-cü maddəsinin məqsədləri nöqteyi-nəzərindən bu iki hüquq pozmasının faktiki halları eynilik təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, bu hüquqpozmaların halları vahid müqayisə nöqtəsinə xidmət edir. Ona görə də ittiham tərəfinin bu hüquq pozuntularının ictimai təhlükəliliyinə və sanksiyalarında nəzərdə tutulmuş cəzaların ağırlığına görə fərqlənməsi barədə arqumentləri də tamamilə əsassızdır və bu məsələnin tədqiqinə aid deyildir. Qeyd olunanlara əsaslanan və X17rşı iş üzrə Avropa Məhkəməsinin gəldiyi nəticələri bu işə tətbiq edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 İXM-nin 198.1.1-ci maddəsilə məsuliyyətə cəlb edillərək, 1000 manat cəriməyə məruz qaldığı əməl onun CMnin 162.2-ci maddəsilə əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi əməllə eyni olmuşdur. Yəni bu işdə non bis in idem prinsipinin idem elementi mövcud olmuşdur. 3)Təqsirləndirilən şəxs2 İXM-nin 1981.1-ci maddəsilə təqsirli bilnərək, ona 1000 manat inzibati cərimə təyin olunduğu X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli qərarı Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi baxımından qətidirmi X17rşı, X37rşı və Qradinqer Avstriyaya qarşı işlər üzrə Avropa Məhkəməsinin qərarlarını bu işə tətbiq edən məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin məqsədi artıq qəti qərarla yekunlaşmış cinayət işinin təkrar olunmamasıdır. Məhkəmə qərarlarının beynəlxalq qaydada tanınması haqqında Avropa Konvensiyası və 7 saylı Protokola dair izahedici məruzəyə əsasən «məhkəmə qərarı res yudicata qüvvəsinə malik olduğu halda, o, qəti qərara çevrilir. Bu onda baş verir ki, qərar qanuni qüvvəyə minir, istifadə olunmamış heç bir əlavə hüquqi müdafiə imkanı qalmır və ya tərəflər belə vasitələrdən istifadə etmişlər və ya bu vasitələrdən istifadə etməməklə bu vasitələrdən istifadə etmək üçün nəzərdə tutulmuş müddətləri buraxmışlar». Bu hüquqi mövqe Avropa Məhkəməsinin presedent praktikasında, o cümlədən Nikitin Rusiyaya qarşı və Xorçyak Rumıniyaya qarşı işlərdə öz qəti təsdiqini tapmışdır. Nikitin Rusiyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, hüquqi müdafiənin ekstroordinar imkanları; məsələn iş üzrə icraatın təzələnməsi haqqında vəsatət və ya şikayət verilmək üçün müddətin bərpası haqqında vəsatət qərarın qəti qərara çevrilməsinin məqsədinin müəyyən olunması üçün nəzərə alınmamalıdır. Bu hüquqi müdafiə imkanları iş üzrə icraatın davam etdirilməsinə şərait yaratsa da, bununla bağlı qəti qərarın qəbul edilməsi bu vasitələrdən istifadə edilməsindən asılı olmayacaqdır. O da qeyd edilməlidir ki, 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndi iş ücrə icraatın təzələnməsini inkar etmir. Yuxarıda göstərilənlərin işığında məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 İXM-nin 198.1.1-ci maddəsilə təqsirli bilinməsi barədə X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli qərarı 30 iyul 2020-ci il tarixdə tarixdə çıxarılmış, ondan şikayət və ya protest verilməmiş, həmin qərar 10 gündən sonra, yəni 10 avqust 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və res yudicata qüvvəsinə malik olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi də inzibati xəta haqqında üş üzrə qərardan 10 gün ərzində şikayət və ya protest verilmədiyi təqdirdə, onun qanuni qüvvəyə minməsini qeyd edir (İXM-nin 138.1.1-ci maddəsi). Ona görə də X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı 10 avqust 2020-ci il tarixdə qanuni qüvvəyə minməklə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi baxımından «qəti qərara» a çevrilmişdir, iş üzrə ittiham aktı isə 16 noyabr 2020-ci il tarixdə təsdiq olunmuşdur. Yəni başqa sözlə 01 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərkən və 16 noyabr 2020-ci il tarixdə təsdiq olunmuş ittiham aktı üzrə Təqsirləndirilən şəxs2 CM-nin 162.2-ci maddəsilə ittiham veriləndə X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və res yudicata gücünə malik olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X39 Xidmətinin 30 iyul 2020-ci il tarixli qərarı Avpropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi baxımından qəti qərar olmuşdur. 4)Araşdırmaların təkrarlanması baş veribmi (bis) Sergey Zolotuxinin işində Avropa Məhkəməsi xatırlatmışdır ki, 7 saylı Protokolun 4cü maddəsi təkcə şəxsin iki dəfə cəzalandırılmaması hüququnun tənzimlənməsi ilə məhdudlaşmır, həmçinin iki dəfə cinayət məsuliyyətinə cəlb olunmamaq və ya məhkum olunmamaq hüququnu da əhatə edir. Ərizəçinin xuliqanlıq cinayəti üzrə bəraət alması onun ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasınının müəyyən olunması üçün heç bir əhəmiyyt daşımır. Məhkəmə qeyd edir ki, non bis in idem prinsipinin bis elmentinin müəyyən olunması üzrə hüquqi parametrlər Avropa Məhkəməsinin A və B Norveçə qarşı və Yussila Finlandiyaya qarşı işlərində müəyyən olunmuşdur. Belə ki, A və B Norveçə qarşı işdə Avropa Məhkəməsinin Böyük Palatası bildirmişdir ki, məhkəmənin presedent hüququna əsasən müəyyən olunur ki, cinayət və inzibati işlər arasında həll olunmalı olan məsələlərlə əlaqədar 7 saylı Protokolun 4-cü maddəsinə riayət edilməsinin ən düzgün vasitəsi əhalinin hüquq pozuntularına müxtəlif reaksiya tələbatlarını vahid proses çərçivəsində həll edə bilmək üçün müəyyən mərhələdə müvafiq fəaliyyəti hüquqi tənzimlənməsinin paralel istiqamətlərini birləşdirməyə imkan verən birdəfəlik prosedurun həyata keçirilməsidir. Ancaq bu o demək deyildir ki, Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi hətta müəyyən şərtlərə əməl olunduğu halda ikili araşdırmanın həyata keçirilməsini qadağan edir. Məhkəmə araşdırması və cəzanın təkrarlanmamasına (bis) əmin olmaq üçün cavabdeh dövlət sübut etməlidir ki, ikili araşdırma mahiyyət və zaman baxımından «kifayət qədər sıx bağlı» olmuşdur. Bu zaman bu cür davranışın nəticələri zərərçəkənlər üçün uyğun və gözlənilən olmalıdır. Yussila Finlandiyaya qarşı işdə Avropa Məhkəməsi iki işlər arasında sıx əlaqəni sübut edən aşağıdkı parametrləri göstərmişdir: müxtəlif icraatlar əlavə məqsədlər güdürmü və sosial əməlin abstrakt deyil, real olaraq müxtəlif sferalarına toxunurmu; eyni əmələ görə aparılan icraatın ikili xarakteri istər qanunvericilikdə, istərsə də praktikada gözlənilirmi; müvafiq icraatlar, bir icraatda əldə olunmuş faktların digər icraatda istifadə edilməsi üçün müxtəlif səlahiyyətli orqanlar arasında qarşılıqlı fəaliyyət yolu ilə sübutların əldə edilməsi və qiymətlənldirilməsi prosedurlarında təkrarlanmanın olmayacağı şəkildə aparılırmı; xüsusən, müvafiq şəxsin axır nəticədə həddindən artıq yükə məruz qalmasını önləmək üçün ilk yekun prosesdə tətbiq olunmuş sanksiyalar son yekun prosesdə nəzərə alınırmı (bax: Oleq Anişikin saytı-Yussila Finlandiyaya qarşı iş). Göstərilən presedentləri hazrki işə tətbiq edən məhkəmə hesab edir ki, hazırki işdə inzibati xəta və cinayət araşdırmaları mahiyyət və zaman baxımından kifayət qədər sıx bağlı olmamış və araşdırmalarda təkrarlanmaya (bis) yol verilmişdir. Belə ki, iş üzrə inzibati xəta araşdırmasının əsasını təşkil edən əməyin mühafizəsi qaydalarının da pozulması barədə eyni fakt təkrarlanmaqla cinayət işinin də başlanması üçün əsas olmuş, Təqsirləndirilən şəxs2 barəsində İXM-nin 198.1.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat X39 Xidməti tərəfindən qaldırılmış, CM-nin 162.2-ci maddəsilə Təqsirləndirilən şəxs2 ittiham həmçinin həmin müfəttişliyin rəyi əsasında o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması elementi üzrə verilmiş, hər iki araşdırmada təkrarçılıq elmentləri olmuşdur. Belə ki, inzibati xəta haqqında işin sübutların təşkil edən X39 Xidmətinin rəyi, aktı və həmin rəy və akt əsasında keçirilən ekspertiza rəyi, həmçinin digər sənədlər cinayət işi üzrə də ittihamı təsdiq edən sübutları təşkil etmişdir. Yəni bu iş üzrə hər iki araşdırma əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı eyni faktlara istinad edilməklə yanaşı, bu sübutların əldə edilməsi və qiymətləndirilməsi ilə bağlı təkrarçılığa yol verilməsi ilə də aparılmışdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs2 barəsində inzibati xəta haqqında iş üzrə qərar 30 iyul 2020-ci il tarixdə çıxarldıqdan, o, həmin qərarla təyin olunmuş 1000 manat cəriməni ödədikdən sonra ona 01 oktyabr 2020-ci il tarixdə CM-nin 162.2-ci maddəsilə ittiham verilmiş, onun barəsində cinayət işi üzrə ibtidai istintaq 16 noyabr 2020-ci il tarixdə ittiham aktının təsdiqi ilə yekunlaşmışdır. Buradan belə nəticə çıxır ki, iki araşdırma arasında 4 aya yaxın vaxt keçmişdir. Məhkəmə hesab edir ki, əslində təqsirləndirilən şəxs əməyin mühafizəsi qaydalarının pozulmasına görə cinayət ittihamına bərabər inzibati məsuliyyətə cəlb edildikdən sonra onun haqqında yenidən o cümlədən əməyin mühafizəsi qaydalarının pozulmasında ifadə edilən eyni fakt və sübutlar əsasında cinayət icraatın davam etdirilməsinə lüzum yox idi. Lakin bunun əksinə olaraq əməyin mühafizə qaydalarının pozulması üzrə barəsində ikili araşdırmanın aparılması Təqsirləndirilən şəxs2 Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının (Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi, Konvensiyanın 6 və 7-ci maddələri) kobud pozuntusuna səbəb olmuşdur. Bununla bağlı məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs2 əməyin mühafizəsi qaydalarının pozulması üzrə inzibati araşdırmadan sonra əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı eyni fakt və əsaslarla yenidən aylarla davam edən cinayət araşdırmasına cəlb edilməsi, onun son nəticədə həddindən artıq yükə məruz qalmasına səbəb olmuşdur. Bu ağır məhrumiyyətin qarşısını almaq üçün isə Azərbaycan Respublikasının qanunvericiliyində və hüquqmühafizə və məhkəmə praktikasında səmərəli hüquq-müdafiə vasitələri mövcud deyildir. Belə ki, qanunvericilikdə bu işlə bağlı inşibati araşdırmanın son nəticəsi olaraq təqsirləndirilən şəxs barədə təyin edilən böyük məbləğdə inzibati cərimənin ona cinayət işi üzrə hökm çıxararkən nəzərə alınması, yəni cəza müddətinə daxil edilməsi təsbit edilməmişdir. Məhkəmə praktikasında da hazrki işlə bağlı cərimə tənbehinin cinayət işinə baxılan zaman hökmdə nəzərə alınması və son cəza müddətinə daxil edilməsi halı mövcud deyildir. Təqsirləndirilən şəxs2 inzibati araşdırmanın son nəticəsi olaraq 1000 manat inzibati cəriməyə məruz qalması, sonradan əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı eyni fakt və əsaslarla yenidən ona qarşı cinayət işinin başlanması və aylarla davam edən istintaq prosedurlarına məruz qalması onun üçün şübhəsiz olaraq ağır məhrumiyyətlər yaratmış və məruz qaldığı bu ağır yük heç bir vasitə ilə; təqsirləndirilən şəxs barəsində bu əsas üzrə CM-nin 162.2-ci maddəsilə başlanmış cinayət işinə xitam verilməsi, ona kompensasiya ödənilməsi və sair vasitələrlə aradan qaldırılmamışdır. Məhkəmə üçün heç bir şübhə yeri qalmır ki, ibtidai istintaq orqanı şəxsin eyni əmələ görə təkrar cinayət məsuliyyətinə cəlb edilə bilməməsi, məhkum edilə və cəzalandırıla bilməməsi əsası ilə əməyin mühafizəsi qaydalarının porzulması xüsusatı üzrə CM-nin 162.2-ci maddəsilə başlanmış cinayət işinin icraatna xitam verməli olduğu halda, bunu etməmişdir. Bununla da ittiham orqanı Təqsirləndirilən şəxs2 Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı inzibati və cinayət araşdırmaları təkrarlanmış (bis) və bununla da Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin pozuntusu baş verimşdir. Xİ.Məhkəmənin hazırki iş üzrə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4cü maddəsiylə bağlı gəldiyi nəticə Göstərilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlna münasibətdə baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin pozuntusu baş vermişdir. Azərbaycan Respublikası CPM-də şəxsin şəxsin eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilməməsi, təkrar məhkum edilməməsi və ya cəzalandırılmaması əsası bəraətin əsası kimi nəzərdə tutulmasa da, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində və bu maddə üzrə yuxarıda istinad olunan Avropa Məhkəməsinin presedentlərində bu əsas nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən dövlətlərarası müqavilə olan Avropa Konvensiyası Azərbaycan Respublikasının qanunlarından, o cümlədən Azərbaycan Respublikasının CPM-dən daha üstün hüquqi qüvvəyə malik olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 münasibətdə ona istinad olunan əməyin mühafizəsi qaydalarının pozulması xüsusatı üzrə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin pozuntusu müəyyən edilməli və ona Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində təsbit olunmuş şəxsin eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilinməməsi, məhkum edilə və ya cəzalandırıla bilinməməsi (non bis in idem prinsipi) xüsusatı da nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, Azərbaycan hüquq sistemində eyni əməllərə görə məsuliyyətin qadağan edilməsi yalnız cinayət-prosessual qanunvericiliyinin sferasına aid edilmişdir (Azərbaycan Respublikası CPM-nin 34-cü maddəsi). Azərbaycan Respublikasının CPM-də şəxsin cinayət təqibindən əvvəl eyni əmələ görə inzibati xəta üzrə icraat qaydasında təqib edilməsi ( həmçinin cəzalandırılması) eyni ittiham üzrə cinayət işinə xitam verilməsinin əsası kimi nəzərdə tutulmamışdır (Azərbaycan Respublikası CPM-nin 39.1.6 və 39.1.7-ci maddələri). Eyni qaydada Azərbaycan Respublikasının Konstitusiyası da şəxsi cinayət əməlinə görə təkrar məhkum edilmədən müdafiə edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və məhkəmələrinin arsenalında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası İXM-yə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hüquq pozuntusuna (inzibati xətaya) görə məhkəmə qarşısında durması və məhkəmə tərəfindən qəti qaydada cəzalandırılması və ya işinə xitam verilməsi hallarında onun işinə cinayət təqibi qaydasında yenidən baxılmasını qadağan edən hüquq normaları mövcud deyildir. Xİİ. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin tərkibinin mövcud olmaması barədə məhkəmənin gəldiyi yekun nəticə İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində ümumiyyətlə Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsinin tərkibi mövcud deyildir. Əməldə cinayət tərkibinin olmaması isə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən şəxs haqqında bəraət hökmünün çıxarılması üçün göstərilmiş əsaslardan biridir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Əməlin cinayət sayılması və həmin əməl görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində qeyd edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü o cümlədən əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir olunur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilərdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxsə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə bəraət verilməlidir. Həmçinin iş üzrə cəmi 264 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs2 ilə bağlı digər yarısı-132 manat Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsilə bəraət verilməsi nəticəsinə gəlindiyi üçün, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə cəmi 264 manat ekspertiza xərcinin yarısı-132 manat Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X41 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə, bir ədəd qara rəngli başqa gödəkçə, bir ədəd açıq göyümsov köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd göy rəngli tuman, bir cüt göy rəngli corablar və bir cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın; maddi sübut kimi Balakən RPŞ-nin mühafizə olunan dayanacağında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi bir ədəd çəngəlağız yükləyici «X38 Müəssisəsi» MMC-yə qaytarılsın; 15.05.2020-ci il tarixdə sözügedən hadisə zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi çəngəlağız yükləyiciyə baxış keçirilməsinin videogörüntüsü əks olunmuş bir ədəd CD diski, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X13 və X29 Agentliyiindən 23.06.2020-ci il tarixli, 37/34-02277 nömrəli məktubla daxil olmuş bir ədəd CD diski, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əmək müqavilələrinin və digər təsdiqedici sənədlərin surətləri (13 vərəqə), «X38 Müəssisəsi » MMC-nin əmr kitabının surəti (38 vərəq), iş vaxtının uçotu tabeli (4 vərəq), «X38 Müəssisəsi » MMC-nin təhlükəsizlik texnikası, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi jurnallarının surətləri (21 vərəq), mühafizə xidməti əməkdaşının vəzifə təlimatı (5 vərəq) və 1, 3, 4, 5, 8, 9, 13, 14 və 15 nömrəli təlimatların surətləri (20 vərəq) hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 150 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X32 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Təqsirləndirilən şəxs2, əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə cəmi 264 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs2 ilə bağlı digər yarısı- 132 manat Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar