Məhkəmə qərarları › İş №1(019)-8/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-8/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-8/2023 16.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X9 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmayan, Balakən rayonu Tülü kəndi körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Repmsublikası CM) 179.2.3 və 308.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 308.1-ci maddələrilə ittiham verilmişdir ona görə ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma və qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını qəsdən vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talama cinayət əməllərini törətmişdir. Belə ki, o, 2018-2021-ci illər ərzində Balakən rayonu Hənifə kənd 1 saylı körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bağçanın hesabatlarında ərzaq qalıqlarını az göstərməsinə, ərzaqları normadan artıq silməsinə, valideynlərinin razılıqları və xəbərləri olmadan müxtəlif ad və soyadlı, yaxud şəxsiyyəti müəyyən olunmayan uşaqların adlarını bağçada tərbiyə alan uşaq kimi qeydiyyata almasına, həmin uşaqların bağçaya gəlmədiklərini, ümumiyyətlə, şəxsiyyətlərinin müəyyən olunmadıqlarını bildiyi halda davamiyyət jurnallarında onların adlarının qarşısındakı qrafalara qaiblərin yazılmamasına nail olmasına yönəlmiş, dövlətin nüfuzuna xələl gətirən hərəkətləri ilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı regional maliyyə müfəttişliyinin xx.xx.2021-ci il tarixli aktında qeyd olunan 6 hal üzrə, yəni Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalığı 01 yanvar 2019-cu il tarixə 604,41 manat qeyd edib 323,95 manat dəyərində ərzaq qalığını hesabatda az göstərməklə, bağçanın hesabatında 31 dekabr 2019-cu il tarixə 1665,26 manat dəyərində qalığı 01 yanvar 2020-ci il tarixə 371,34 manat qeyd edib 1293,92 manat dəyərində ərzaq qalığını hesabatda az göstərməklə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü il tarixli, 103 saylı qərarının 3 saylı əlavəsində təsdiq edilmiş "Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları"nın tələblərinə əməl etməyərək 2019cu ildə 260,38 manat, 2020-ci ildə 211,69 manat olmaqla cəmi 472,07 manat dəyərində ərzağı normadan artıq silməklə, 2018-2020-ci illərdə 10 nəfər uşaqdan (Allahverdiyeva Güldənən, Qəhrəmanova Damla, Xəmmədova Aylin, Cəlilova Mələk, Həsənov Şahin, Layıclı Ayxan, Xəmmədova Aytac, Qınçıyev Murad, Qınçıyev Nihat və Sarıyeva Mələk) bəzilərinin şəxsiyyətlərinin məlum olmadığını bildiyi halda, eləcə də şəxsiyyəti müəyyən olunanların isə valideynlərinin razılıqları və xəbərləri olmadan onların adlarını bağçaya getmədikləri halda davamiyyət jurnallarında qeyd edərək menyu-tələbnamələrdə 242 uşaq günü artıq göstərməklə, cəmi 724,42 manat dəyərində artıq ərzağın silinməsinə yol verməklə, həmçinin X19 2020-ci ilin sentyabr ayından etibarən bağçada davamiyyətdə olmadığı halda onu menyu-tələbnamələrdə uşaq sayına daxil etməsi hesabına davamiyyətdə olmadığı 41 uşaq günü üçün 129,56 manat dəyərində artıq ərzaq məhsullarını silməklə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli, 106 nömrəli qərarı ilə 0,25 ştat vahidi üçün musiqi rəhbərinin həftəlik iş saatı 4 saat 50 dəqiqə olduğu halda Nəzakət Musayevanın həftənin 5-ci günü 1 saat işləyib qalan günlərdə işləməməsi və nəticədə ona 1891,33 manat artıq əmək haqqının ödənilməsini təmin etməklə özgə əmlakını, yəni dövlət büdcəsindən Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün ayrılaraq ona etibar edilmiş cəmi 4835,25 manat(dörd min səkkiz yüz otuz beş manat iyirmi beş qəpik) pulu qəsdən vahid niyyətlə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cümaddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 2011-ci ilin iyul ayından 2021-ci ilin aprel ayının 15-dək Balakən rayonu Hənifə kənd 1 saylı körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləmiş və xx.xx.2021-ci il tarixdən isə Balakən rayonu Tülü kənd körpələr evi-uşaq bağçasının müdiri təyin edilmişdir. Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasında cəmi 2 qrup, onlardan biri kiçik qrup, ikincisi böyük qrup olmuşdur. Kiçik qrupda 1 yaş yarımdan 3 yaşa qədər olan uşaqlar, böyük qrupda 3 yaşdan 6 yaşa qədər olan uşaqlar tərbiyə almışlar. Kiçik qrupda yerlər 15 uşaq üçün, böyük qrupda isə yerlər 20 uşaq üçün, ümumilikdə bağça 35 uşaq üçün nəzərdə tutulmuşdur. Maliyyə yoxlaması aktında göstərilmiş-bağçanın hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalıq 01 yanvar 2019-cu il tarixə 604,41 manat qeyd olunmaqla 296,57 manat dəyərində ərzaq qalığının hesabatda az göstərilməsi, eləcə də, 31 dekabr 2019-cu il tarixə olan 1665,26 manat dəyərində qalıq 01 yanvar 2020-ci il tarixə 371,34 manat qeyd olunmaqla 1293,92 manat dəyərində ərzaq qalığının hesabatda az göstərilməsi onun təqsiri üzündən baş vermişdir. Bunda özünün təqsirini etiraf edir. Həmçinin o, 2019-2020-ci illərdə cəmi 472,07 manat dəyərində ərzağın (2019-cu ildə 3 çeşid üzrə çay, kərə yağı və quş əti, 2020-ci ildə 5 çeşid üzrə çay, kərə yağı, bitki yağı, yarma makaron, paxlalılar) normadan artıq silinməsini həyata keçirmişdir. Qeyd olunan pozuntunun həm 2019-cu, həm də 2020-ci ildə aşkar olunması, ona çoxsaylı ərzaq məhsulları verildiyi halda ancaq qeyd olunan çeşiddə ərzaq məhsullarının normadan artıq silinməsi, digərlərində bu fərqin müəyyən olunmaması halları onun təqsirindən baş vermişdir. Habelə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı regional maliyyə müfəttişliyinin baş məsləhətçi-nəzarətçi müfəttişi X24 ərzaq normalarının aşılmasının birbaşa onun səhvi olması barədə qeyd etdiyi düzgün olmuş və bu onun səhvi olmuşdur. 2018-2020-ci illərdə maliyyə yoxlaması aktında adları qeyd edilən 3 uşağın ev ünvanı bilinmədiyi halda, 7 uşağın valideyninin adı və ev ünvanı bilinmədiyi halda davamiyyət jurnallarında adları qeyd edilərək menyu-tələbnamələrdə müvafiq məbləğ dəyərində artıq ərzaq silinməsinə yol verilməsi xüsusatı baş vermişdir. O, davamiyyət jurnallarını həmişə özü işləmiş və davamiyyət jurnalları həmişə onun otağında olmuşdur. Gəlib-getməyən uşaqlara qaibləri də özü qoymuş, uşaq sayı tam olsun deyə müxtəlif ad və soyadlı uşaqları davamiyyət jurnallarında qeyd etmiş və həmin uşaqlar bağçaya gəlməmişlər. Habelə o, tərbiyəçilərə müxtəlif ad və soyadlı uşaqların adlarını bağçaya salmalarını, uşaqların adlarının qarşısına uşaqlar gəlmədikləri halda qaib qoyubqoymamalarını demiş, ona görə də həmin uşaqların adlarını davamiyyət jurnalları ilə bərabər menyu-tələbnamələrdəki uşaq sayına da daxil etmişdir. Eləcə də, Raul Məmmədov bağçadan çıxdığı üçün adının yeri boş qalmasın deyə onun adını jurnaldan çıxartmamış və davamiyyət jurnalı ilə bərabər menyu-tələbnamələrdəki uşaq sayına da daxil etmişdir. Bundan başqa, o, maliyyə yoxlaması aktında qeyd olunmuş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli, 106 nömrəli qərarı ilə 0,25 ştat vahidi üçün musiqi rəhbəri həftəlik iş saatı 4 saat 50 dəqiqə işləməli olduğu halda Nəzakət Musayevanın həftənin 5-ci günü 1 saat işləyib qalan günlərdə işləməməsi və nəticədə ona 1891,33 manat artıq əmək haqqının ödənilməsi halının da baş verməsini təsdiq edir. Ümumiyyətlə cəmi 4835,25 manat(dörd min səkkiz yüz otuz beş manat iyirmi beş qəpik) pulu qəsdən vahid niyyətlə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamasını və həmin məbləğdə dövlətə ziyan vurmasını qəöbul edir. Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. İlk dəfədir ki, cinayət əməli törədir. Ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə ittiham isə düzgün verilməmişdir. Ona görə də ona CM-nin 179.2.3-cü maddəsilə yüngül cəza verilməsini, CM-nin 308.1-ci maddəsilə verilmiş ittihamın isə ümumi ittihamdan xaric edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən rayonu Hənifə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayından Balakən rayonu Hənifə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində işləyir. Mühasib kimi vəzifəsi Hənifə 1 və Hənifə 2 saylı körpələr evi-uşaq bağçalarının işçilərinin və icra nümayəndəliyinin 4 nəfər işçisinin əmək haqlarını ödəmək, bağçaların və icra nümayəndəliyinin smeta xərclərində nəzərdə tutulan ödənişləri həyata keçirmək, bağçalarda və icra nümayəndəliyində inventarizasiya aparmaq və sairdən ibarət olmuşdur. Bundan başqa, o, ifadəsində bağçanın hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalıq 01 yanvar 2019-cu il tarixə 604,41 manat göstərilməklə 296,57 manat dəyərində ərzaq qalığının hesabatda az göstərilməsi, 31 dekabr 2019-cu il tarixə 1665,26 manat dəyərində ərzağın qalıq qalması, ilin sonuna qalan qalıq 01 yanvar 2020-ci il tarixə 371,34 manat göstərilməsi, nəticədə 1293,92 manat dəyərində bağçanın ərzaq hesabatında qalıq kimi az göstərilməsi xüsusatları ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs ərzaq məhsulları dəqiq say və hesab ilə verilmiş, sonuncu da onları götürmüş və bu barədə hesabatları ona təqdim etmişdir. O da həmin hesabatları yoxlamış, həmin hesabat kompüterdə hazırlandığına görə hesabatların düzgün olacağını düşünmüşdür. Onun diqqətsizliyindən və nəzərindən qaçdığından bu hal baş vermiş və həmin nöqsanlar maliyyə yoxlaması zamanı aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəlki ilin hesabatlarını düz tərtib etsə də, növbəti ilin birinci rübünün hesabatında əvvəlki ildən qalan qalıqları az göstərmişdir. O da buna inanaraq həmin hesabatları əvvəlki ilin hesablarındakı qalıqlarla üzləşdirməmişdir. Ona görə də bu çatışmazlıq baş vermişdir. O və Rasim Balagözov həmin rüblük hesabatlara imza edərək, onları Balakən rayon Maliyyə Şöbəsinə göndərmişlər. O cümlədən, normadan artıq silinmələr menyu-tələbnamələrdə qeyd olunmuş və həmin tələbnamələr əsasında hesabatlar hazırlanmışdır. Menyutələbnamələrlə hesabatlar tam üst-üstə düşmüşdür. Ona görə də qeyd olunan məbləğdə normadan artıq silinmə olmuşdur. O, yekun məbləğə baxdığı üçün menyu-tələbnamələrin içərisində yazılan məbləğlərə fikir verməmiş, ona görə həmin normadan artıq silinmələri görməmişdir. Normadan artıq istifadəsi yazılan həmin ərzaq məhsulları faktiki istifadə edilmişdir. 2018-2020-ci illərdə maliyyə yoxlaması aktında adları qeyd edilən 4 uşağın ev ünvanı bilinmədiyi halda, 7 nəfər uşağın valideyninin adı və ev ünvanı bilinmədiyi halda davamiyyət jurnallarında uşaqların adları qeyd edilərək, menyu-tələbnamələrdə müvafiq məbləğdə dəyərində artıq ərzaq silinməsinə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin uşaqlardan Dibirov Elşənin valideynini maliyyə yoxlaması aparan Babək Salamova təqdim etmiş, lakin digər uşaqları təqdim edə bilməmişdir. Həmin uşaqların bağçaya gəlibgetmələrini bilməmişdir və bunu ancaq onların valideynlərinin bildiyini ehtimal edir. Təqsirləndirilən şəxs həmin uşaqların şəxsi işləri itdiyi və onlar yoxlama aparıldığı dövrdə bağçada tərbiyə almadıqları üçün uşaqların valideynləri və ünvanları barədə məlumatları Babək Salamova təqdim edə bilməməsi barədə heç nə deməmişdir. Eləcə də Raul Məmmədov və Xədicə Dibirova bəzi vaxtlarda bağçaya gəlməmiş və onların gəlməmələri davamiyyət jurnallarında qeyd olunmuşdur. Təqsirləndirilən şəxs davamiyyət jurnallarında həmin uşaqların davamiyyətdə olmamaları göstərildiyi halda, onların adlarını menyutələbnamələrdə uşaq sayına daxil etmişdir. Bununla yanaşı, Nəzakət Musayeva işə daimi getmiş, lakin onun həftəlik dərs normasını dəqiq icra edib-etmədiyini bilməmiş və bunu Təqsirləndirilən şəxs bilmişdir. Çünki işçilərin iş saatları və rejimini Təqsirləndirilən şəxs özü müəyyən etmişdir. Təqsirləndirilən şəxs uşaqların davamiyyət jurnallarını və şəxsi işlərini ona göndərməmiş, onun uşaqların davamiyyətini yoxlamaq səlahiyyəti olmamış, davamiyyət jurnallarını Təqsirləndirilən şəxs, yaxud Hənifə kənd 1 saylı uşaq bağçasının tərbiyəçilərinin işləyib-işləməmələri, həmçinin maliyyə yoxlaması aktında adları qeyd edilən uşaqlar bağçaya gəlmədikləri halda onlara veriləsi ərzaq məhsullarının yaxud yeməyin kimə verilməsi, necə və haraya istifadə edilməsi barədə məlumatı olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı Regional maliyyə müfəttişliyinin xx.xx.2021-ci il tarixli aktında qeyd olunmuş 472,07 manat dəyərində ərzaq normadan artıq silinmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan ərzaqları normadan artıq uşaqlara verdiyinə görə belə bir artıq silinmə meydana çıxmışdır. Özünün əmək funksiyasında belə bir vəzifə və öhdəlik olmadığı üçün ona nəzarət edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı Regional maliyyə müfəttişliyinin xx.xx.2021-ci il tarixli aktında qeyd olunmuş xüsusatlar - bağçanın hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalıq 01 yanvar 2019-cu il tarixə 604,41 manat göstərilməklə 296,57 manat dəyərində ərzaq qalığının hesabatda az göstərilməsi, 31 dekabr 2019-cu il tarixə 1665,26 manat dəyərində ərzağın qalıq qalması, ilin sonuna qalan qalıq 01 yanvar 2020-ci il tarixə 371,34 manat göstərilməsi, nəticədə 1293,92 manat dəyərində bağçanın ərzaq hesabatında qalıq kimi az göstərilməsi barədə məlumatı yoxdur. Həmçinin 2019-2020-ci illərdə cəmi 472,07 manat dəyərində ərzağın (2019-cu ildə 3 çeşid üzrə çay, kərə yağı və quş əti, 2020-ci ildə 5 çeşid üzrə çay, kərə yağı, bitki yağı, yarma makaron, paxlalılar, ət) normadan artıq silinməsini bilməmiş, amma uşaqlara qeyd olunan məhsullar verilmişdir. X56 adlı uşaq bağçada tərbiyə almışdır, X57 təvəllüdünü və atasının adını xatırlamır. Onun anasının adı Afət olmuşdur. Həmçinin Aylin, Damla, Mələk, Şahin, Aytac, Ayxan, Murad və Nihat adlı uşaqlar da bağçada tərbiyə almışlar, amma onların soyadlarını, təvəllüdlərini və yuxarıda qeyd olunan uşaqlar olubolmamalarını bilməmişdir. Uşaqların davamiyyət jurnallarını çox vaxt Təqsirləndirilən şəxs özü, arada da onlar-tərbiyəçilər tərtib etmişlər. Hətta adətən Təqsirləndirilən şəxs uşaqların davamiyyət jurnallarını özündə saxlayıb onlara verməmiş və özü uşaqların davamiyyətini jurnalda yazmışdır. Bəzən Təqsirləndirilən şəxs ona müxtəlif ad və soyadlı uşaqların adlarını bağçaya salmağını, uşaqların adlarının qarşısına gəlmədikləri halda qaib qoyub-qoymamağını tapşırmış və ona uşağın şəxsiyyətini təsdiq edən sənədi verməmişdir. Təqsirləndirilən şəxs adı olub gəlməyən uşaqların bağçaya gəlibgəlməmələri barədə ona heç nə deməmiş və nə deyilirsə, onu etməyini tapşırmışdır. O da Təqsirləndirilən şəxs müdir olduğu üçün bunu təkid etməyib onun tapşırığını yerinə yetirmiş, həmçinin müdir olduğundan uşaqların sənədlərini və davamiyyət jurnallarını Təqsirləndirilən şəxs tələb edə bilməmişdir. O, Təqsirləndirilən şəxs bunu nə üçün etdiyini bilməmişdir. Jurnallarda uşaqların ünvanları yazılmışdır. Bəzi hallarda uşaqların valideynlərinin adları qeyd edilmiş, bəzən də qeyd edilməmişdir. Uşaqların şəxsi işləri Təqsirləndirilən şəxs olmuş, orada uşaqlar barədə məlumatlar öz əksini tapmışdır. Elşən Dibirovun anası X66 müəllimə izahat vermişdir. X57 yuxarıda adı qeyd olunan xx.xx.2015ci il təvəllüdlü X41 olmasını bilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, digər uşaqların bağçada tərbiyə alıb-almamalarını bilməmişdir. Həmin uşaqların şəxsi işlərinin itməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yoxlama aparan Babək müəllimə həmin uşaqların sənədlərinin itdiyini, ya da yandığını demişdir. Eləcə də Xədicə Dibirova 2020-ci ilin sentyabr ayından sonra da bağçanın böyük qrupunda tərbiyə almış, Xədicə bağçaya daimi gələn uşaq olmuşdur. Xədicənin anası X46 kənd bağçasında tərbiyəçi işləmiş, uşaq gəlməyən vaxtlarda Kainat Dibirova uşağını özü ilə işlədiyi bağçaya apardığını demişdir. Amma Xədicənin həmin bağçada adının tərbiyə alan uşaqların siyahısında olub-olmamasını bilməmişdir. Kainat Dibirova bu barədə onlara heç nə deməmişdir. Raul Məmmədov bağçada tərbiyə almışdır. Amma Raul məktəbin icma qrupuna daxil olduqdan sonra bağçaya gəlməmişdir. Onların davamiyyətdə olmadıqları günlərdə menyu-tələbnamələrdə uşaq sayına daxil edilməsi və 224,36 manat dəyərində artıq ərzaq məhsullarının silinməsi barədə məlumatı olmamışdır. Göstərilənlərlə bərabər, Nəzakət Musayeva həm böyük qrupun tərbiyəçisi, həm də musiqi rəhbəri olmuşdur. Nəzakət Musayeva musiqi rəhbəri kimi həftənin 5-ci günü 1 saat musiqi dərsi keçmişdir. X39 musiqi rəhbəri kimi həftəlik 4 saat 50 dəqiqə işləməli olduğunu bilməmişdir. Bunu Təqsirləndirilən şəxs bilmişdir. Çünki işçilərin iş saatları və rejimini Təqsirləndirilən şəxs özü müəyyən etmişdir. Nəzakət Musayevaya 1891,33 manat artıq əmək haqqı ödənilməsini bilməmişdir. O, işə başladıqdan sonra görmüşdür ki, Nəzakət Musayeva tərbiyəçi və musiqi rəhbəri kimi işləmişdir. Nəzakət Musayeva məktəbə qədər tərbiyə texnikumunu bitirmiş, Nəzakət Musayevanın musiqi alətində ifa etməyi bacarmasını bilməmişdir. Lakin bağçada heç bir musiqi aləti olmamışdır. Nəzakət Musayeva musiqi rəhbəri kimi uzun müddətdir ki, həmin bağçada işləmiş və uşaqlara yaxşı dərs keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Şahid4 ifadəsində göstərmişdir ki, soyadı Nurməmmədova olsa da, bağçadakı şəxsi işində soyadı ailə qurmazdan əvvəlki Musayeva kimi yazılmışdır. 2021-ci ilin iyul ayının sonlarında növbəti əmək məzuniyyətinə çıxmış, avqust ayında əməliyyat olunduğu üçün 6 ay işə getməmiş və 2022-ci ilin fevral ayının sonuna qədər bülletendə olmuşdur. O, 1991-ci ildə Bakı şəhərində yerləşən Bakı məktəbəqədər texnikumu məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə bitirmiş, həmin müəssisəni bitirməyinə dair diplomu bağçaya təqdim etmişdir. Orada musiqi təhsili almışdır. O, 1991-ci ildə tərbiyəçi kimi həmin bağçada işə başlamış, sonradan musiqi rəhbəri vəzifəsi vakant olduğundan həmin vəzifəyə də təyin olunmuşdur. Lakin həmin vəzifəni icra etmək üçün əlavə olaraq musiqi sahəsi üzrə orta-ixtisas təhsilinin olmasını bilməmişdir. O, musiqi alətində ifa etməyini bacarmamışdır. O, musiqi rəhbəri kimi həftənin 5-ci günü 1 saat musiqi dərsi keçmiş, amma o, musiqi rəhbəri kimi həftəlik 4 saat 50 dəqiqə işləməli olduğunu bilməmişdir. İşçilərin iş saatları və rejimini Təqsirləndirilən şəxs özü müəyyən etmişdir. O da Təqsirləndirilən şəxs dediyi rejim və qaydada işləmişdir. Ona 1891,33 manat artıq əmək haqqı ödənilməsini bilməmişdir. İl ərzində bayramlar, hüzn günləri, uşaqlar arasında yarışlarla bağlı təxminən 10-15 tədbir keçirilmişdir. Həmin tədbirlərlə əlaqədar o, həftədə 2-3 gün hər gün 2-3 saat olmaqla uşaqları tədbirlərə hazırlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bağçanın müdiri olduğu vaxtlarda onun işlədiyi günlərdə Şahid1 bağçanı gəlib yoxladığını görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Repsublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bu xüsusda məhkəmə qanunvericiliyin tələbinə əsasən zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclaslarında iştirakının onun hüququ olmasını və onun məhkəməyə məcburi gətirilmsi üçün əsasların olmamasını nəzərə alaraq məhkəmə prosesinin zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 315.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər Şahid6ə Əhməd qızı və Şahid7 məhkəmə iclasına gəlməmiş və gətirilməmişlər. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid6ə Əhməd qızı və Şahid7 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyillər. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidlərin ibtidai istintaqda verdiyi ifadələri ilə tanış olmuş və bu ifadələrə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadələrin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onların dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidlərin ifadələrində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs də bu konteksdə həmin şəxslərin ifadələri və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid6ə Əhməd qızı və Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, iş üzrə şahidlər Şahid6ə Əhməd qızı və Şahid7 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid6ə Əhməd qızı və Şahid7 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində bildirmişdir ki, oğlu- 2017-ci il təvəllüdlü X48 2 yaşından, yəni 2019-cu ilin sentyabr ayının 15-dən 2020-ci ilin mart ayına qədər Balakən rayonu Hənifə kənd körpələr evi-uşaq bağçasının kiçik qrupunda tərbiyə almışdır. 2020-ci ilin mart ayında pandemiyaya görə bağçalar bağlı olduğuna görə oğlu bağçaya getməmişdir. 2020-ci ilin sentyabr ayının 15-də bağçalar açılsa da, o, oğlunu bağçaya aparmamışdır. 2020-ci ilin oktyabr ayının 1-dən oğlu Zərifə Əliyeva adına şəhər məktəbinin icma qrupuna qəbul edilmiş və pandemiya ilə bağlı məktəb bağlanana qədər oraya gedib-gəlmişdir. 2020-ci ilin fevral ayından sonra bağçalar və məktəbin icma qrupu fəaliyyət göstərsə də, o, oğlunu tərbiyə yaxud təhsil alması üçün göndərməmişdir. Balakən rayonu Hənifə kənd körpələr evi-uşaq bağçasında aparılan maliyyə yoxlaması zamanı Babək müəllim onu çağırıb izahatını almış və Babək müəllimə bildirmişdir ki, onun uşağı ancaq bağçanın kiçik qrupunda tərbiyə almış, amma böyük qrupda ümumiyyətlə tərbiyə almamışdır. Oğlu bağçada tərbiyə aldığı müddətdə bağçaya daimi gəlib-gedən uşaq olmuş, vaxtlı-vaxtında ona verilmiş qidalardan yemişdir. Yoxlama zamanı öyrənmişdir ki, oğlunun adı bağçanın böyük qrupunda saxlanılmışdır. Amma onun oğlu bağçanın böyük qrupunda 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yay ayına qədər tərbiyə almamışdır. Şahid6 oğlunun 2020-ci ilin sentyabr ayından etibarən bağçada davamiyyətdə olmadığı halda onun menyutələbnamələrdə uşaq sayına daxil edilməsi hesabına davamiyyətdə olmadığı ərzaq məhsullarının silinməsi barədə heç nə deməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid7 ifadəsində bildirmişdir ki, qızı xx.xx.2015-ci il təvəllüdlü X25 təxminən 2019-cu ilin iyul ayında cəmi 1 aylıq Balakən rayonu Hənifə kənd körpələr evi-uşaq bağçasında tərbiyə almışdır. Həmin ilin sentyabr, yaxud oktyabr ayında qızı Hənifə kənd tam orta məktəbinin icma qrupuna qəbul edilmiş və pandemiya ilə bağlı məktəb bağlanana qədər icma qrupuna gedib-gəlmişdir. Amma onun qızı bağçanın böyük qrupunda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayına qədər tərbiyə almamışdır. Qızı icma qrupuna qəbul edildikdən sonra heç bir bağçada tərbiyə almamışdır. Qızının adının Hənifə kənd bağçasının davamiyyət jurnallarında qeyd edilərək menyu-tələbnamələrdə artıq ərzaq məhsullarının silinməsi barədə məlumatı olmamış və Hənifə kənd bağçasının müdiri olmuş Təqsirləndirilən şəxs bunu necə etməsini bilməmişdir. Aylin Xəmmədova onun qızı deyil, eləcə də Şahid7 Əli oğlunu tanımır. İş materiallarında Təqsirləndirilən şəxs qarşı tərtib olunan ittiham aktının məhkəməyə çağırılmalı olan şəxslərin siyahısı qrafasında Şahid5 şahid kimi göstərilmiş və onun ibtidai istintaq zamanı alınmış ifadəsinin işin İİ cildinin 77-80 nömrəli vərəqələrində olması qeyd edilmişdir. Lakin hazırki işin İİ cildinin 77-80 saylı vərəqələrində Şahid5 ibtidai istintaq tərəfindən şahid qismində dindirilməsi və şahid ifadəsi yoxdur. Ümumiyyətlə iş materiallarında ibtidai istintaq tərəfindən Şahid5 şahid qismində dindirilməsi və şahid ifadəsi mövcud deyildir. İş materiallaında belə bir şahid və onun ifadəsi müəyyən edilməmişdir. Burada belə nəticə gəlmək olar ki, Şahid5 səhv olaraq şahid kimi ittiham aktının məhkəməyə çağrılmalı olan şəxslərin siyahısına daxil edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs haqqında ittiham aktının məhkəməyə çağrılmalı olan şəxslərin siyahısında şahid olması qeyd edilən «5.Hacıyev X17 rayonu Talalar kəndi Tel:***-***-**-** İİ cild, iş vərəqə:77-80» bəndi ümümi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna mlaikdir. İş materiallarında olan 13 iyun 2021-ci il tarixli baxış keçiriləmsi haqqında protokoldan görünür ki, Balakən rayon prokurlorluğunun böyük köməkçisi tərəfindən Balakən rayon Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının əmr kitabına baxış keçirilməklə müvafiq sənədlərnin kserosurətləri işə əlavə edilmişdir. İş materiallarında olan Maliyyə yoxlamasının xx.xx.2021-ci il tarixli aktında göstərilmişdir ki:- Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasında 2018-ci ildə 7350 uşaq günü proqnozuna qarşı 7350 uşaq günü 100% yerinə yetirilmiş, faktiki ərzaq xərci 14210,00 manat təyinata qarşı 15444,62 manat 108,7% və ya 1234,62 manat çox icra olunmuş, hər uşağa gündəlik 1,93 manata qarşı 2,10 manat və ya 0,17 manat yemək üçün artıq ərzaq sərf edilmiş, nəticədə 1234,62 manat planlaşdırıldığından artıq ərzaq məsarifinə yol verilmiş, - Körpələr evi-uşaq bağçasının müdiri Ramilə Alagözovanın öhdəsində olan faktiki ərzaq məhsulları çəkilmiş və sayılmış, faktiki ərzaq məhsulları mühasibat uçotu qalıqları ilə üzləşdirilmiş və nəticədə 90,27 manat dəyərində ərzaq məhsullarının çatışmazlığı müəyyən edilmiş, - Bağçanın hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalıq 01 yanvar 2019-cu il tarixə 604,41 manat göstərilməklə 296,57 manat dəyərində ərzaq qalığı hesabatda az göstərilmiş, - 2019-cu ildə 24467,80 manat dəyərində bağçaya ərzaq alınmış, menyu-tələbnamələr əsasında 23406,95 manat dəyərində məsarifə verilmiş, 31 dekabr 2019-cu il tarixə 1665,26 manat dəyərində qalıq qalmış, ilin sonuna qalan qalıq 01 yanvar 2020-ci il tarixə 371,34 manat göstərilmiş, nəticədə 1293,92 manat dəyərində bağçanın ərzaq hesabatında qalıq kimi az göstərilmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü ildə 103 nömrəli qərarı ilə təsdiq edilmiş körpələr evində, bağça - körpələr evində və uşaq evlərində uşaqlar üçün qida normalarında sümüksüz ət, toyuq filesi, balıq filesi, kompot və bal nəzərdə tutulmadığı halda 2018-2019-cu illərdə "xxxx" ASC ilə, 2020-2021-ci illər üzrə isə "xxxx" ASC ilə bağlanmış müqavilələrdə nəzərdə tutularaq 2019-cu ildə 149,09 kq sümüksüz ət alınması hesabına (15,11-12,23*149,09) 429,38 manat, toyuq əti əvəzinə normativdə nəzərdə tutulmayan toyuq filesi alınması hesabına (9,02-5,05)*123=488,31 manat, balıq əvəzinə normativdə nəzərdə tutulmayan balıq filesi alınması hesabına (8,73- 6,83)*55=104,50 manat, cəmi 1022,19 manat qiymət fərqi hesabına və normativdə nəzərdə tutulmayan 134,0 litr 178,00 manat dəyərində kompot alınaraq silinmiş, 2020-ci ildə normativdə olmadığı halda 33,2 kq sümüksüz ət alınmış, qiymət fərqi hesabına 116,75 manat və normativdə nəzərdə tutulmadığı halda 121,19 manat dəyərində kompot silinmiş, 2021-ci ildə normativdə bal nəzərdə tutulmadığı halda 1 kq 21,24 manat dəyərində bal alınmış, cəmi 1459,37 manat qanunsuz xərcə yol verilmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü il tarixli, 103 nömrəli qərarının 3 saylı əlavəsində təsdiq edilmiş "Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları"nın tələblərinə əməl edilməyərək 2019-cu ildə 260,38 manat, 2020-ci ildə 211,69 manat olmaqla cəmi 472,07 manat dəyərində ərzaq (2019-cu ildə 3 çeşid üzrə çay, kərə yağı və quş əti, 2020-ci ildə 5 çeşid üzrə çay, kərə yağı, bitki yağı, yarma makaron, paxlalıların, ətin) normadan artıq silinmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “COVİD-19” pandemiyasi ilə əlaqədar olaraq Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının 02 mart 2020-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixədək, 16 oktyabr 2020-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək fəaliyyət göstərmədiyi dövrdə bağçada qalan ərzaq məhsullarının xarab olmaması üçün Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri və Balakən rayon icra hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən heç bir tədbir görülməmiş, yuxarı təşkilatlara müraciət edilməmiş və nəticədə komissiya yaradılmadan Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yaqub Həsənovun və bağçanın işçilərinin iştirakları ilə 15 fevral 2021-ci il tarixli akt tərtib edilməklə 2268,05 manat dəyərində ərzaq məhsulları əsassız silinmiş,- 2018-2020-ci illərdə 4 nəfər uşağın Allahverdiyeva Güldənənin, Dibirov Elşənin, Qəhrəmanova Damlanın və Xəmmədova Aylinin ev ünvanı bilinmədiyi halda davamiyyət jurnallarında adları qeyd edilərək menyu-tələbnamələrdə 369 uşaq günü artıq göstərilməklə 883,00 manat, 7 nəfər uşağın Cəlilova Mələyin, Həsənov Şahinin, Layıclı Ayxanın, Xəmmədova Aytacın, Qınçıyev Muradın, Qınçıyev Nihatın və Sarıyeva Mələyin valideyninin adı və ev ünvanı bilinmədiyi halda davamiyyət jurnallarında uşaqların adları qeyd edilərək menyu-tələbnamələrdə 145 uşaq günü artıq göstərilməklə 412,62 manat, cəmi 1295,62 manat dəyərində artıq ərzaq silinməsinə yol verilmiş, - Raul Məmmədov və Xədicə Dibirova 2020-ci ilin sentyabr ayından etibarən bağçada davamiyyətdə olmadıqları halda onların menyu-tələbnamələrdə uşaq sayına daxil edilməsi hesabına davamiyyətdə olmadığı 71 uşaq günü üçün 224,36 manat dəyərində artıq ərzaq məhsulları silinmiş,- X42 2020/2021-ci tədris ilində Hənifə kənd tam orta məktəbin hazırlıq sinfinə qəbul olunsa da, bağçanın uşaq kontingentində adı saxlanılaraq 15 sentyabr 2020-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək onun menyu-tələbnamələrdə uşaq sayına daxil edilməsi hesabına davamiyyətdə olmadığı 54 uşaq günü üçün 216,00 manat dəyərində ərzaq məhsulları silinmiş,- Türanə Ağayevanın, Günəş İsakovanın, Ayşə İsmayılovanın, Qumru Layıcovanın, Zenfira Layıcovanın, Nahidə Qarayevanın, Pərvanə Qardaşovanın, Sevinc Qədirovanın, Günəş Soduyevanın və Lalə Xəsmədovanın bağçaya işə getmədikləri halda analıq məzuniyyətinə çıxaraq onlara 3963,90 manat məzuniyyət haqqı ödənilmiş, analıq məzuniyyəti bitdikdən sonra 7890,00 manat Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən qismən haqqı ödənilən məzuniyyət ödənilmiş,- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli, 106 nömrəli qərarı ilə 0,25 ştat vahidi üçün musiqi rəhbəri həftəlik iş saatı 4 saat 50 dəqiqə işləməli olduğu halda Nəzakət Musayeva həftənin 5-ci günü 1 saat işləyib qalan günlərdə işləməmiş və nəticədə ona (2389,05/4,8*3,8) 1891,33 manat artıq əmək haqqı ödənilmiş,- Şəfiqə Əhmədova ocaqçı-dayə, Yaqut Cəfərova tərbiyəçi əvəzi və Aygün Səfərova gözətçi, ocaqçı, sanitar dayə vəzifələrində işləmədikləri halda onlara 7304,52 manat, o cümlədən, Şəfiqə Əhmədovaya 2018-ci ildə 728,07 manat, Yaqut Cəfərovaya 2854,91 manat, Aygün Səfərovaya isə 2018-ci ildən 01 aprel 2021-ci il tarixədək 3721,54 manat əmək haqqı yazılıb ödənilmişdir.- Bundan əlavə, 21 sentyabr 2021-ci il tarixdə saat 08:00-da bağçada işçilərin, uşaqların bağçaya davamiyyəti və ərzaq buraxılması ilə bağlı bağçada yoxlama aparılmış, yoxlama zamanı böyük yaşlı qrupda jurnal üzrə 20 uşağa qarşı uşağın olmadığı və kiçik yaşlı qrupda 15 uşağa qarşı 2 uşağın, o cümlədən, Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri X4 öz uşaqları Ramal Alagözov və Ramazan Alagözovun olmaları müəyyən edilmişdir. - Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasında 21 sentyabr 2021-ci il tarixdə saat 08:00-da yoxlama zamanı menyu-tələbnamə tərtib edilməmişdir. İşçilərin işə davamiyyətini yoxladıqda işdə saat 08:00-da 3 nəfərin, o cümlədən, bağça müdiri Ramilə Alagözova, tibb bacısı Gülbəniz Musayeva və xadimə dayə Zərifə Ustayeva olmuşlar. Saat 08:10-da isə aşpaz Nuriyyə Süleymanova və aşpaz köməkçisi Solmaz Sarıyeva işdə olmuş, 2 uşaq əlavə gəlmişlər.- Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının gündəlik fəaliyyəti ilə bağlı gün rejimi yazılıb divardan asılmış, lakin saatlar qeyd edilmədiyindən uşaqların hansı saatlarda yemək yemələri, məşğələ saatlarının keçirilməsi, musiqi saatları, gəzintiyə nə vaxt getmələri bilinmədiyindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bağçalar üçün qəbul edilmiş təlim proqramına uyğun bağçanın fəaliyyəti təmin edilməmişdir. İşçilər arasında iş vaxtının cədvəli qurulmadığından iş vaxtının uçotu tabellərdə iş saatları əvəzinə “+” işarəsi qeyd edilməklə təhriflərə yol verilmiş, iş saatlarının uçotu aparılmamış, iş vaxtının uçotu tabelində həftənin bütün iş günlərində işçilər imza etmiş, lakin bəzi işçilər izahatlarında həftədə 2-3 gün işlədiklərini bildirmişlər. Bağçanın menyu-tələbnamələrində aşpaza verilən göstəriş hissəsində səhər, günorta və axşam yeməyi üçün hər uşağa neçə qram ərzaq buraxılması barədə qeydlər aparılmamış, 07 sentyabr 2021-ci il tarixdə bağça müdiri Ramilə Alagözovaya təlimat verilməsinə baxmayaraq təlimata riayət etməmiş, 2021-ci ilin 07-21 sentyabr tarixlərdə iş günləri üçün yazılmış menyu-tələbnamələrdə uşaqlara verilməli ərzağın miqdarı göstərilmədən gündəlik anbardan buraxılan ərzaq qeyd edilmişdir.- Yoxlamanın əhatə etdiyi dövrdən sonrakı müddətdə, yəni xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə yeni təyin edilmiş bağça müdiri R.Alagözova tərəfindən xx.xx.2021-ci il tarixədək şagird Ziya Bostanovun adı davamiyyət jurnalda saxlanılmışdır.- Yoxlama ilə əhatə olunan dövrdə bağçada faktiki işləyən işçilər tabelə özləri imza etmiş, onlar məzuniyyətə çıxdıqda, əvəzetmə yarandıqda və bəzi hallarda əmr verilərək əsas işçi işdən azad edilmiş, Türanə Ağayeva, Günəş İsakova, Ayşə İsmayılova, Qumru Layıcova, Zenfira Layıcova, Nahidə Qarayeva, Pərvanə Qardaşova, Sevinc Qədirova, Günəş Soduyeva və Lalə Xəsmədova adda şəxslər bağçaya işə götürülmüşlər. Bağça işçilərinin izahatlarına əsasən onlar işə gəlməmiş, bağçada onları görməmişlər. Türanə Ağayeva və Qumru Layıcova ilə bağlanmış əmək müqaviləsi üzrə əmək müqaviləsi bildirişi sistemdə yoxdur. Yuxarıda adları qeyd edilən digər işçilərin adlarına sistemdə əmək müqaviləsi bildirişi qeydiyyata alınmışdır. -Yoxlama ilə əhatə olunan dövrdə onlara əmək haqqı hesablanıb ödənilmişdir. Bağça müdiri Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, həmin adamların aldıqları pullar yuxarıda adları qeyd olunan şəxslər tərəfindən işi aparan əsas işçilərin kartlarına köçürülmüşdür. Yoxlama ilə əhatə olunan dövrdə həmin adamların ödəniş kartlarına 5218,91 manat pul ödənilmişdir. Əsas işçi 0.5 oklad sanitar dayə işləyən Svetlana Hacıyeva, aşpaz işləyən Nuriyyə Süleymanova və aşpaz köməkçisi işləyən Solmaz Sarıyeva izahatlarında onlara ödənilməli olan əmək haqlarını tam aldıqlarını bildirmişlər. - Bundan əlavə, Lalə Xəsmədovanın adı bağça müdiri Təqsirləndirilən şəxs tərəfindən Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının tabelinə əmr olmadan yazılmış və ona 395,85 manat əmək haqqı hesablanıb ödənilmişdir.- Tibb bacısı Yüzbaşıyeva Şəki Tibb Texnikomunu tibb bacısı ixtisası üzrə bitirib ixtisası üzrə işləmişdir. 15 sentyabr 2020-ci il tarixdən isə həmin vəzifəyə Gülbəniz Musayeva tibb bacısı kimi işə götürülmüş, o, Şimali-Osetiya tibb məktəbini bitirmiş, Balakən rayon Mərkəzi Xəstəxanasının rəyi olmadan tibb bacısı vəzifəsinə işə götürülmüşdür.- Uşaq bağçasında 0,5 ştat tərbiyəçi və 0,25 musiqi rəhbəri işini aparan Nəzakət Musayeva Bakı Məktəbəqədər pedaqoji məktəbi bitirmiş tərbiyəçilik işi ixtisasına uyğundur. Yoxlama ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 2005-ci il tarixli, 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçası”nın tələblərinə əməl edilməmiş, musiqi rəhbəri işləmək üçün onun bu sahə üzrə ən azından orta ixtisas təhsili olmalı, musiqi alətində peşəkarcasına ifa texnikasını bilməlidir. Bağçada isə ifa ediləcək heç bir musiqi aləti yoxdur. Nəzakət Musayevaya 0,25 oklad musiqi rəhbərliyi verilmişdir.- Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının sabiq müdiri təsdiq edərək yoxlamaya təqdim etdiyi iş rejimi barədə arayışda özü gün ərzində fasilə nəzərə alınmaqla 8 saat işləməli olduğu halda saat 7:30-dan saat 18:00-dək 10,5 saat işləməsi, tərbiyəçilərin 1 ştat vahidi işi üçün gündəlik 6 saat işləmələri olduqları 2,5 ştat vahidi 4 nəfər arasında bölüşdürülmüş, eyni zamanda, işçilər hər gün işə çıxmalı olduqları halda hətənin 2-3 günü üçün onlara 10,5 saat iş yazmaqla qanunsuzluğa yol verilmişdir. Sanitar dayə, aşpaz gündəlik 8 saat işdə olmalı olduğu halda 10,5 saat işləməsi qeyd edilmişdir. - Aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının sabiq müdiri və indiki müdiri Ramilə Alagözova işçilərin işləməli olduqları həftəlik və gündəlik iş saatlarının, hətta özlərinin neçə saat işləmələrini bilmirlər. Gözətçilər üçün binanın mühafizəsini təmin etmək üçün bağça müdirləri tərəfindən kitab açılmamış, bağçanın müdiri Ramilə Alagözovaya gündəlik binanın təhvil alınıb verilməsinin qeydiyyatı kitabının təşkil edilməsi tapşırılmasına baxmayaraq icrası təmin edilməmişdir. - Bağçanın müdiri Təqsirləndirilən şəxs Günel Bayramovanı gündüz gözətçisi kimi işdə saxlamış, ona 5084,93 manat əmək haqqı, 1558,18 manat analıq məzuniyyəti ödənilmişdir. Əmək məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.- 12 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi nəzarətçi müfəttişi Rasim Hüseynov tərəfindən maddi-məsul şəxs, uşaq bağçasının sabiq müdiri Təqsirləndirilən şəxs öhdəsində olan əsas vəsaitlərin və qısa müddətli tezköhnələn əşyaların tam qaydada inventarizasiyası aparılmış, nəticədə 924,93 manat dəyərində 1 ədəd 10 tonluq dəmir çən çatışmazlığı müəyyən edilmişdir. 1 ədəd 10 tonluq 924,93 manat dəyərində çən 28 sentyabr 2021-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Balagözov tərəfindən bağçaya gətirilərək bağçanın müdiri Ramilə Alagözovaya təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3314 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli aktda göstərilmiş hallar bu cinayət işinin materialları ilə qismən təsdiq olunur. xx.xx.2021-ci il tarixli aktı, ona əlavə edilmiş maliyyə sənədləri və istintaq zamanı toplanmış materialları nəzərə almaqla müəyyən edilmiş çatışmazlıqlar aşağıdakı kimidir: - Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasında 2018-ci ildə 7350 uşaq günü proqnozuna qarşı 7350 uşaq günü 100% yerinə yetirilmiş, faktiki ərzaq xərci 14210,00 manat təyinata qarşı 15444,62 manat 108,7% və ya 1234,62 manat çox icra olunmuş, hər uşağa gündəlik 1,93 manata qarşı 2,10 manat və ya 0,17 manat yemək üçün artıq ərzaq sərf edilmiş, nəticədə 1234,62 manat planlaşdırıldığından artıq ərzaq məsrəfinə yol verilmiş, - Körpələr evi-uşaq bağçasının müdiri Ramilə Alagözovanın öhdəsində olan faktiki ərzaq məhsulları çəkilmiş və sayılmış, faktiki ərzaq məhsulları mühasibat uçotu qalıqları ilə üzləşdirilmiş və nəticədə 90,27 manat dəyərində ərzaq məhsullarının çatışmazlığı müəyyən edilmiş, - Bağçanın hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalıq 01 yanvar 2019-cu il tarixə 604,41 manat göstərilməklə 323,95 manat dəyərində ərzaq qalığı hesabatda az göstərilmiş, - 2019-cu ildə 24467,80 manat dəyərində bağçaya ərzaq alınmış, 23406,95 manat menyular əsasında məsarifə verilmiş, 31 dekabr 2019-cu il tarixə 1665,26 manat dəyərində qalıq qalmış, ilin sonuna qalan qalıq 01 yanvar 2020-ci il tarixə 371,34 manat göstərilmiş, nəticədə 1293,92 manat dəyərində bağçanın ərzaq hesabatında qalıq kimi az göstərilmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü ildə 103 nömrəli qərarı ilə təsdiq edilmiş körpələr evində, bağça-körpələr evində və uşaq evlərində uşaqlar üçün qida normalarında sümüksüz ət, toyuq filesi, balıq filesi, kompot və bal nəzərdə tutulmadığı halda 2018-2019-cu illərdə "xxxx" ASC ilə, 2020-2021-ci illər üzrə isə "xxxx" ASC ilə bağlanmış müqavilələrdə nəzərdə tutularaq 2019-cu ildə 149,09 kq sümüksüz ət alınması hesabına (15,11 -12,23*149,09) 429,38 manat, toyuq əti əvəzinə normativdə nəzərdə tutulmayan toyuq filesi alınması hesabına (9,02-5,05)*123=488,31 manat, balıq əvəzinə normativdə nəzərdə tutulmayan balıq filesi alınması hesabına (8,73- 6,83)*55=104,50 manat, cəmi 1022,19 manat qiymət fərqi hesabına və normativdə nəzərdə tutulmayan 134,0 litr 178,00 manat dəyərində kompot alnaraq silinmiş, 2020-ci ildə normativdə olmadığr halda 33,2 kq sümüksüz ət alınmış, qiymət fərqi hesabına 116,75 manat və normativdə nəzərdə tutulmadığı halda 121,19 manat dəyərində kompot silinmiş, 2021-ci ildə normativdə bal nəzərdə tutulmadığı halda 1 kq 21,24 manat dəyərində bal alınmış, cəmi 1459,37 manat qanunsuz xərcə yol verilmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü il tarixli 103 nömrəli Qərarın 3 saylı əlavəsində təsdiq edilmiş “Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları”nın tələblərinə əməl edilməyərək 2019-cu ildə 260,38 manat, 2020-ci ildə 211,69 manat olmaqla cəmi 472,07 manat dəyərində ərzaq (2019-cu ildə 3 çeşid üzrə çay, kərə yağı və quş əti, 2020-ci ildə 5 çeşid üzrə çay, kərə yağı, bitki yağı, yarma makaron, paxlalıların, əti) normadan artıq silinmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “COVİD- 19” pandemiyasi ilə əlaqədar olaraq Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının 02 mart 2020-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixədək, 16 oktyabr 2020- ci il tarixdən 15 fevral 2021-ci il tarixədək fəaliyyət göstərmədiyi dövrdə bağçada qalan ərzaq məhsullarının xarab olmaması üçün Hənifə kənd 1 saylı körpələr evi- uşaq bağçasının müdiri və Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən heç bir tədbir görülməmiş, yuxarı təşkilatlara müraciət edilməmiş və nəticədə komissiya yaradılmadan Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yaqub Həsənovun və bağçanın işçilərinin iştirakı ilə 15 tərtib edilməklə 2268,05 manat dəyərində ərzaq məhsulları əsassız silinmiş, - 2018-2020-ci illərdə 3 nəfər uşağın Allahverdiyeva Damlanın və Xəmmədova Aylinin ev ünvanı bilinmədiyi halda davamiyyət jurnallarında uşaqların adları qeyd edilərək menyu-tələbnamələrdə 97 uşaq günü artıq göstərilməklə 311,80 manat, 7 nəfər uşağın Cəlilova Mələyin, Həsənov Şahinin, Layıclı Ayxanın, Xəmmədova Aytacın, Qınçıyev Muradın, Qınçıyev Nihatın və Sarıyeva Mələyin valideyninin adı və ev ünvanı bilinmədiyi halda davamiyyət jurnallarında uşaqların adları qeyd edilərək menyu-tələbnamələrdə 145 uşaq günü artıq göstərilməklə 412,62 manat, cəmi 724,42 manat dəyərində artıq ərzaq silinməsinə yol verilmiş, - Raul Məmmədov 2020-ci ilin sentyabr ayından etibarən bağçada davamiyyətdə olmadığı halda onun menyu-tələbnamələrdə uşaq sayına daxil edilməsi hesabına davamiyyətdə olmadığı 41 uşaq günü üçün 129,56 manat dəyərində artıq ərzaq məhsulları silinmiş, - X42 2020/2021-ci tədris ilində Hənifə kənd tam orta məktəbin hazırlıq sinfinə qəbul olunsa da, bağçanın uşaq kontingentində adı saxlanılaraq 15 sentyabr 2020-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək onun menyu-tələbnamələrdə uşaq sayına daxil edilməsi hesabına davamiyyətdə olmadığı 54 uşaq günü üçün 216,00 manat dəyərində ərzaq məhsulları silinmiş, - Türanə Ağayevanın, Günəş İsakovanın, Ayşə İsmayılovanın, Qumru Layıcovanın, Zenfira Layicovanın, Nahidə Qarayevanın, Pərvanə Qardaşovanın, Sevinc Qədirovanın, Günəş Soduyevanın və Lalə Xəsmədovanın bağçaya işə getmədikləri halda analıq məzuniyyətinə çıxaraq onlara 3963,90 manat məzuniyyət haqqı ödənilmiş, analıq məzuniyyəti bitdikdən sonra 7890,00 manat Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən qismən haqqı ödənilən məzuniyyət ödənilmiş, habelə Günəş Soduyevaya ödənilən analıq və qismən məzuniyyət pulları cəmi 929,28 manat, Lalə Süleymanovaya isə 2070,82 manat etsə də, maliyyə yoxlaması zamanı texniki səhv nəticəsində Günəş Soduyevaya cəmdə 1597,60 manat, Lalə Süleymanovaya isə 1402,5 manat pul ödənildiyi göstərilməklə nəticə etibarı ilə Günəş Soduyevaya ödənilən analıq və qismən məzuniyyət pulunun cəmi 668,32 manat çox, Lalə Süleymanovaya isə 668,32 manat az göstərilmiş, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli qərarı ilə 0,25 ştat vahidi üçün musiqi rəhbəri həftəlik iş saatı 4 saat 50 dəqiqə işləməli olduğu halda Nəzakət Musayeva həftənin 5-ci günü 1 saat işləyib qalan günlərdə işləməmiş və nəticədə ona (2389,05/4,8*3,8) 1891,33 manat artıq əmək haqqı ödənilmiş, - Şəfiqə Əhmədova ocaqçı-dayə, Yaqut Cəfərova tərbiyəçi əvəzi və Aygün Səfərova gözətçi, ocaqçı, sanitar dayə vəzifələrində işləmədikləri halda onlara 8896.24 manat, o cümlədən, Şəfiqə Əhmədovaya 2018-ci ildə 728,07 manat, 2016-2017-ci illər ərzində 1591.72 manat olmaqla, cəmi 2319,79 manat, Yaqut Cəfərovaya 2854,91 manat Aygün Səfərovaya isə 2018-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək 3721,54 manat əmək haqqı yazılıb ödənilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallaırnda olan Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Güldənən Allahverdiyeva və atası X2, xx.xx.2015-ci il təvəllüdlü Aylin Xəmmədova və atası Şahid7 Əli oğlu, həmçinin təvəllüdü bilinməyən, lakin yaşları 1 yaş yarım və 3 yaş aralığında olan Şahin Həsənov, Ayxan Layıclı, Aytac Xəmmədova, Murad Qınçıyev, Nihat Qınçıyev və təvəllüdü bilinməyən, amma yaşı 3 və 5 yaş aralığında olan Mələk Sarıyeva adlı uşaqların Balakən rayonu və Balakən şəhəri ərazisində qeydiyyatda olmaları və yaşamaları barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Balakən RPŞ-dən rayon prokurorluğuna daxil olmuş məktubda aşağıdakılar göstərilmişdir: 1. Müvafiq məlumat bazalarında xx.xx.2016-cı il təvəllüdlü X1 şəxsiyyətinə dair məlumat yoxdur, lakin həmin doğum tarixinə və digər məlumatlara uyğun olan; X5 - xx.xx.2016-cı ildə Balakən rayonunda anadan olmuş, Balakən rayonu, Hənifə kəndində qeydiyyatdadır. Müvafiq məlumat bazalarında valideyni “Tək ana” qeydiyyatındadır. X3 – xx.xx.1990-cı ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. “X73”ndə sosial işçi (xadimə) işləyir; 2. Müvafiq məlumat bazalarında xx.xx.2015-ci il təvəllüdlü X13 şəxsiyyətinə dair məlumatlar yoxdur, lakin həmin doğum tarixinə və digər məlumatlara uyğun olan; X25 - xx.xx.2015-ci ildə RF Rostov vilayətində anadan olmuşdur, Balakən rayonu, Talalar kəndində qeydiyyatdadır. Müvafiq məlumat bazalarında valideyni “Tək ana” qeydiyyatındadır. X7 - xx.xx.1994-cü ildə Balakən rayonu, Kortala kəndində anadan olmuş və Balakən rayonu, Talalar kəndində qeydiyyatdadır; 3. Müvafiq məlumat bazalarında Qınçıyev Murad və Qınçıyev Nihad ad və soyadlı şəxslərə dair məlumatlar yoxdur, lakin həmin ad və soyada uyğun olan (qardaşlar) şəxslər; X27 - xx.xx.2016-cı ildə Balakən rayonunda anadan olmuşdur, Balakən şəhəri, Fizuli küçəsi, ev 60-da qeydiyyatdadır. X28 - xx.xx.2017-ci ildə Balakən rayonunda anadan olmuşdur, Balakən şəhəri, Fizuli küçəsi, ev 60-da qeydiyyatdadır. X6 - xx.xx.1985-ci ildə Balakən rayonunda anadan olmuşdur, Balakən şəhəri, Fizuli küçəsi, ev 60-da qeydiyyatdadır. Anası Qınçiyeva (Məmmədova) Elvira Sabir qızı - xx.xx.1987-ci ildə Balakən rayonu, Hənifə kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır; 4. xx.xx.2015-ci il təvəllüdlü X21 şəxsiyyətinə, eləcə də qeyd etdikləri yaş qrupuna aid olan Layıclı Ayxan və Xəmmədova Aytac ad və soyadlı şəxslərə dair müvafiq məlumat bazalarında heç bir məlumatlar aşkar edilməmişdir; 5. Qeyd olunan yaş qrupuna aid Şahin Həsənov ad və soyadlı respublikanın şəhər və rayonlarında qeydiyyatda olan şəxslər aşağıdakılardır; X33 - xx.xx.2019-cu il Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 7, Ailəvi Yataqxana 19; X43 - 31,05.2019-cu il Şirvan şəhərində anadan olmuşdur, Şirvan şəhəi, Vidadi küçəsi, dalan 4, ev 36; X29 - xx.xx.2020-ci il Gəncə şəhərində anadan olmuşdur, Samux rayonu, Alıuşağı kəndi; X44 - xx.xx.2020-ci il Bakı şəhərində anadan olmuşdur, Astara rayonu, Şahağacı kəndi; 6. Qeyd olunan yaş qrupuna aid Mələk Sarıyeva ad və soyadlı respublikanın şəhər və rayonlarında qeydiyyatda olan şəxslər aşağıdakılardır; X34 - xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur, Ağdam rayonu, Əlimədədli kəndi; X35 - 21,09.2016-cı ildə Goranboy rayonun anadan olmuşdur, Goranboy rayonu, Zeyvə kəndi; X36 - xx.xx.2017-ci ildə Göygöl rayonunda anadan olmuşdur, Daşkəsən rayonu, Mədənçilər qəsəbəsi; X37 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 50, mənzil 15; X38 - 29.11,2019-cu ildə Ağdam rayonu, Quzanlı qəsəbəsində anadan olmuşdur, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayır. İş materiallarında olan Balakən rayon X23 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda olmamış və onun hər hansı bir xəstəliklə bağlı müraciət etməsi barədə qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Şəki rayon X11 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın dispanser müşahidəsində olmamış və adı çəkilən xəstəxanada müalicə olmamışdır. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi X47 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicə olmamış və qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSSİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması, barəsində axtarış işlərinin olması, həmçinin araşdırma və istintaq aparılması barədə heç bir məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Balakən rayon prokurorunun böyük köməkçisinin 10 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarından görünür ki, Şəfiqə Əhmədova, Yaqut Cəfərova və Aygün Səfərovaya 8896.24 manatq əmək haqqının ödənilməsi xüsusatları üzrə dövlət büdcəsinə dəymiş cəsi 20750,14 manat ziyan və onun 25 %-i ödənildyindən, habelə zərərçəkmiş şəxslə barışıq əldə edildiyindən həmin xüsusatlar üzrə icraata və Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinə xitam verilmiş, həmçinin cinayət işi üzrə bir sıra şəxslər haqqında cinayət işinin başlanması rədd edilmiş, cinayət işi Azərbaycan Repsublikası CM-nin 179.2.3-cü maddəsindən həmin Məcəllənin 179.2.3 və 308.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, iş üzrə maddi sübut kimi tanınmış sənədlərin məhv edilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 179.2.3-cü maddəsilə təqsirli bilməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi və qismən təqsirli bilinməsi ilə bağlı xüsusatlar üzrə ibtidai istintaqında verdliyi ifadələri arasında ziddiyyətə hüquqi qimət verərək, hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsi daha mötəbərli sayılmalı və qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi işdəki sübutlarlarla tam təsdiq olunur və işin həqiqi faktiki hallarını əks etdirir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi elektron tərəzidə olan nasazlığa görə ərzaq məhsullarını çəkdikdə düzgün çəkməməsi, ona görə də uşaqlara ərzaq məhsullarının normadan artıq verilməsi, habelə tərəzinin bəzən düz, bzən də nasaz işləməsi, ona görə də ərzağın bəzən səhv çəkilməsi, bəzən düz çəkilməsi, eləcə də bəzən ərzaq məhsullarını çəkdikdə diqqətindən yayınması və ərzaq məhsullarını səhv çəkməsi, ona görə də ərzaqların uşaqlara normadan artıq verilməsi barədə özünün müdafiəsi üçün gətirdiyi dəlillər toplanmış sübutlarla:özünün məhkəmədə verdiyi ifadəsi, şahid ifadələri, maliyyə yoxlaması aktı, məhkəmə-mühasibatlıq ekspertizasının 11 may 2022-ci il tartixli /3314 saylı rəyi və digər sübutlarla tam təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində Babək Salamovun ərzaq normalarının aşılmasının onun səhvi olması barədə qeyd etdiyinin düzgün olması və bunun onun səhvi olmasını göstərməklə özü bu halları təkzib etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilərkən göstərdiyi bu xüsusatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün özünü müdafiə kimi qiymətləndirilməklə mötəbər sayılmır. Onun ibtidai istintaqda verdiyi ifadəsi isə mötəbər sayılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən verildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu etiraf təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X8rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsilə düzgün tövsif olunsa da, əlavə olaraq Azərbaycan Respublikası CM-nin 308.1ci maddəsilə düzgün tövsif olunmamışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə verilmiş ittiham isə ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 179.2.3-ci maddəsində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamanın şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində isə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, CM-nin 179-cu maddəsində özgə əmlakını talamanın iki müstəqil forması:mənimsəmə və israf etmə nəzərdə tutulmuşdur. Bu zaman mənimsəmə obyektiv cəhətdən şəxsə inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyn etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. İsraf etmə isə təqsirkar şəxsə müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi-başqa şəxslərə bağışlanmasını, verilməsini ehtiva edir. İsraf etmə mənimsəmədən onunla fərqlənir ki, israf etmə zamanı təqsirkar taladığı əmlakı zərərçəkmiş şəxsin qalan əmlakından və ya olduğu yerdən qabaqcadan ayırmadan həmin əmlak barəsində qanunsuz sərəncam verir. İsraf etmə əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab edilir. Nəzərə çatdırılmalıdır ki, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs sözügedən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur:1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; 2)fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə-mühüm zərər arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı olan hərəkətlərdə və ya belə hüquq və vəzifələrin həyata keçirilməməsi ilə bağlı hərəkətsizlikdə ifadə oluna bilər. CM-nin 308.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş mühüm zərər real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan çalınması, onların işində maneələrin yaradılması, ictimai qaydanın pozulması, mənəvi zərər və s.) ifadə oluna bilər. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələni həll edərkən zərərçəkmiş vətəndaşların sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi, xarakteri və s.nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar.- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 38-ci bəndinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanununun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir; şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir; irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Həmin Qərarın 39-cü bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hazırki iş üzrə Balakən Rayon Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4, 179.2.3 və 308.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair müraciəti əsasında çıxardığı 6 iyun 2023-cü il tarixli Qərardadında göstərmişdir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 2019-cu il 14 oktyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 6 yanvar tarixli Qərarları). Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası müraciətdə qaldırılan məsələ ilə bağlı cinayətlərin məcmusu institutunun bir daha nəzərdən keçirilməsini zəruri hesab edir. Cinayət Məcəlləsinin 17.1 və 17.2-ci maddələrinə uyğun olaraq, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) Cinayət Məcəlləsinin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 iyun tarixli Qərarında qeyd etmişdir ki, törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) Cinayət Məcəlləsinin bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır. Cinayətlərin məcmusuna görə cəza təyinetmə qaydalarını müəyyən edən Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, qanunverici cinayətlərin məcmusu institutunun tətbiqini iki və ya daha çox cinayət tərkibinin mövcudluğu ilə əlaqələndirmişdir. Bu zaman, əməlin ictimai təhlükəliliyini şərtləndirən əlamətlərin xüsusi norma ilə tam şəkildə əhatə edilməməsi həmin norma ilə yanaşı ümumi normanın tətbiq edilməsini zəruri edir. Lakin əməl xüsusi norma ilə tamamilə əhatə olunduğu halda, şəxsə törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, şəxsə daha ağır həddə cəza təyin edilməsi, bununla da Cinayət Məcəlləsinin 8-ci maddəsində əks olunan ədalət prinsipinin tələblərinin pozulması ilə nəticələnə bilər. Belə ki, cinayətlərin məcmusundan fərqlənən ümumi və xüsusi normaların rəqabəti (konkurensiyası) institutunu təsbit edən Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Göründüyü kimi, qanunverici ümumi norma ilə xüsusi norma arasındakı rəqabəti xüsusi normanın xeyrinə həll etməklə əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsini istisna edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 mart tarixli Qərardadında da ifadə olunmuşdur. Qeyd olunmalıdır ki, qanunverici Cinayət Məcəlləsinin 179-cu maddəsində mənimsəmə və ya israf etməni təqsirkara etibar edilmiş özgə əmlakını talama kimi müəyyən etmişdir. Talama - özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd yolla və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Şəxs tərəfindən tutduğu vəzifə ilə əlaqədar ona sərəncam vermə, idarəetmə və s. səlahiyyətlər çərçivəsində etibar edilən əmlakın qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirilməsi isə Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə, həmin Məcəllənin 179.1 -ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 308-ci maddəsində isə vəzifə səlahiyyətlərindən sui- istifadəyə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsinin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Palatası qeyd etməyi vacib bilir ki, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməlin nəticələri (həm maddi ziyan, həm də vurulmuş mühüm zərər) Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan, əməlin cinayətlərin məcmusu qaydasında Məcəllənin müvafiq maddələri ilə tövsif edilməsi istisna edilməli və məsələ həmin Məcəllənin 17.4-cü maddəsinin tələbləri baxımından həll edilməlidir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında da cinayət qanunvericiliyinin müvafiq normalarını təhlil edərək Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadında gəldiyi nəticə ilə eyni hüquqi mövqe sərgiləmişdir. Konstitusiya Məhkəməsinin Palatası müraciətdə qaldırılan digər məsələ ilə bağlı qeyd edir ki, qanunverici məqsədli şəkildə Cinayət Məcəlləsində “mühüm zərər” anlayışının məzmununu açıqlamayaraq belə zərərin hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməsini hüquq tətbiqedicinin səlahiyyətinə aid etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası Palatanın bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən halların nəzərə alınmasını qərara almışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma və qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını qəsdən vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talaması, belə ki, onun 2018-2021-ci illər ərzində Balakən rayonu Hənifə kənd 1 saylı körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bağçanın hesabatlarında ərzaq qalıqlarını az göstərməsinə, ərzaqları normadan artıq silməsinə, valideynlərinin razılıqları və xəbərləri olmadan müxtəlif ad və soyadlı, yaxud şəxsiyyəti müəyyən olunmayan uşaqların adlarını bağçada tərbiyə alan uşaq kimi qeydiyyata almasına, həmin uşaqların bağçaya gəlmədiklərini, ümumiyyətlə, şəxsiyyətlərinin müəyyən olunmadıqlarını bildiyi halda davamiyyət jurnallarında onların adlarının qarşısındakı qrafalara qaiblərin yazılmamasına nail olmasına yönəlmiş, dövlətin nüfuzuna xələl gətirən hərəkətləri ilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı regional maliyyə müfəttişliyinin xx.xx.2021-ci il tarixli aktında qeyd olunan 6 hal üzrə, yəni Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının hesabatında 2018-ci ilin sonuna olan 928,36 manat dəyərində qalığı 01 yanvar 2019-cu il tarixə 604,41 manat qeyd edib 323,95 manat dəyərində ərzaq qalığını hesabatda az göstərməklə, bağçanın hesabatında 31 dekabr 2019-cu il tarixə 1665,26 manat dəyərində qalığı 01 yanvar 2020-ci il tarixə 371,34 manat qeyd edib 1293,92 manat dəyərində ərzaq qalığını hesabatda az göstərməklə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü il tarixli, 103 saylı qərarının 3 saylı əlavəsində təsdiq edilmiş "Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları"nın tələblərinə əməl etməyərək 2019cu ildə 260,38 manat, 2020-ci ildə 211,69 manat olmaqla cəmi 472,07 manat dəyərində ərzağı normadan artıq silməklə, 2018-2020-ci illərdə 10 nəfər uşaqdan (Allahverdiyeva Güldənən, Qəhrəmanova Damla, Xəmmədova Aylin, Cəlilova Mələk, Həsənov Şahin, Layıclı Ayxan, Xəmmədova Aytac, Qınçıyev Murad, Qınçıyev Nihat və Sarıyeva Mələk) bəzilərinin şəxsiyyətlərinin məlum olmadığını bildiyi halda, eləcə də, şəxsiyyəti müəyyən olunanların isə valideynlərinin razılıqları və xəbərləri olmadan onların adlarını bağçaya getmədikləri halda davamiyyət jurnallarında qeyd edərək menyu-tələbnamələrdə 242 uşaq günü artıq göstərməklə, cəmi 724,42 manat dəyərində artıq ərzağın silinməsinə yol verməklə, həmçinin X19 2020-ci ilin sentyabr ayından etibarən bağçada davamiyyətdə olmadığı halda onu menyu-tələbnamələrdə uşaq sayına daxil etməsi hesabına davamiyyətdə olmadığı 41 uşaq günü üçün 129,56 manat dəyərində artıq ərzaq məhsullarını silməklə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli, 106 nömrəli qərarı ilə 0,25 ştat vahidi üçün musiqi rəhbərinin həftəlik iş saatı 4 saat 50 dəqiqə olduğu halda Nəzakət Musayevanın həftənin 5-ci günü 1 saat işləyib qalan günlərdə işləməməsi və nəticədə ona 1891,33 manat artıq əmək haqqının ödənilməsini təmin etməklə özgə əmlakını, yəni dövlət büdcəsindən Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün ayrılaraq ona etibar edilmiş cəmi 4835,25 manat(dörd min səkkiz yüz otuz beş manat iyirmi beş qəpik) pulu qəsdən vahid niyyətlə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamasına dair ittiham irəli sürülmüşdür. Verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasınnın müdiri vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmək yolu ilə talamaqla dövlətə-dövlət təşkilatına cəmi 4835,25 manat məbləğində maddi ziyan vurmaqla talamışdır. İttihama əsasən Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən suiistifadə etməklə, qulluq mövqeyindən istifadə etməklə dövlətə vurduğu mühüm zərər ancaq cəmi 4835,25 manat maddi ziyan vurmaqla konkretləşdirilmişdir. Təqsirləndirilən şəxsa vəzifə səlahiyyətlərindən sui-istifadə etmək nəticəsində dövlətə və ya fiziki və hüquqi şəxslərə həmin maddi ziyandan başqa, digər formada, yəni əldən çıxmış mənfəət formasında zərərin, mənəvi zərərin, vətəndaşların və hüquqi şəxslərin konstitusiya hüquq və azadlıqlarının pozulmasında, hakimiyyət orqanlarının nüfuzdan salınmasında, onların işinə maneələrin yaradılmasında, ictimai qaydanın pozulmasında və sair formada ifadə olunun mühüm zərərin vurulması, bu zərərin mühümlülüyünün hansı kriteriyalar əsasında hansı qiymətləndirici şərtlərlə müəyyən olunması göstərilməmiş və qiymətləndirilməmişdir. İşdəki sübutlara əsasən Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə və israf etmək yolu ilə dövlətə qanunla müəyyən olunmuş cəmi 4835,25 manat maddi ziyandan əlavə, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əldən çıxmış mənfəətdə, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə-mənəvi zərərdə, vətəndaşların və hüquqi şəxslərin konstitusiya hüquq və azadlıqların pozulmasında, hakimiyət orqanlarının nüfuzdan çalınmasında, onların işinə maneələr yaradılmasında, ictimai qaydanın pozulmasında və sairdə ifadə olunan mühüm zərərin vurulmasında iştirakı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə ifadə olunun mühüm zərərin vurulmasının onun qəsdi ilə əhatə olunması müəyyən olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istinad olunan əməl həm CM-nin ümumi norma hesab edilən 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin, həm də xüsusi norma hesab edilən CMnin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəlir. Qanunvericiliyin tələbinə əsasən də (CM-nin 17.4-cü maddəsi) bu zaman xüsusi norma tətbiq olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi, qulluq mənafeyindən istifadəsi dövlətə ancaq mənimsəmə və israf etmə yolu ilə cəmi 4835,25 manat maddi ziyan vurmaqla nəticələndiyi üçün ona ittihamın verildiyi CM-nin 179.2.3-cü maddəsi ittiham verilən CM-nin 308.1-ci maddəsini tam əhatə edir və buna görə də onun əməlinin əlavə olaraq CM-nin 308.1-ci maddəsilə tövsif edilməsinə ehtiyac yoxdur. İşdəki sübutlar əsasında müəyyən olunmuş işin faktoloji hallarına hüquqi qiymət verməklə və bu xüsusda Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 38-ci və 39-cu bəndələrində ifadə edilmiş hüquqi mövqeyə və hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 6 iyun 2023cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə məhkəmə ümumilikdə belə nəticəcəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulan əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və işin faktoloji hallarına əsasən məhkəmə ilk dəfə cinayət əməli (CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş) törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdiran hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 17.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 17.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 179.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalar müəyyən olunmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir. Təqsirli bilindiyi CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu hallar onun cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət az ağır cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını,cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halın olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl digər cəza növlərinin nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə mülkiyyət hüquqlarından yaranan ictimai münasibətlərin mühafizəsində ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, «Azərbaycan Respublikasında 2023-cü il üçün yayayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən olunduğu, CM-nin 179.2.3-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüksək cərimə cəzasının ödənişinə adekvat yüksək aylıq qazancının olmasının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 179.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan dörd min manatdan yeddi min manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş CM-nin 17.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.2.3-cü maddəsinin nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini, təqsirkar şəxsin şəxsiyyətini, onun Balakən rayonu Hənifə kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləməklə göstərilən cinayət əməlini törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmasa da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin etməyi zəruri hesab edir. Bu əlavə cəzanın müddəti də hazırki hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-46.3-cü maddələrinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X40 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut yoxdur. İş materiallaırndan həmçinin görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmış, lakin zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X32 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq,məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs haqqında ittiham aktının məhkəməyə çağrılmalı olan şəxslərin siyahısında şahid olması qeyd edilən «5.Hacıyev X17 rayonu Talalar kəndi Tel:***-***-**-** İİ cild, iş vərəqə:77-80» bəndi ümümi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının çəkilməsi müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X40 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia ilə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X32 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar