Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-8/2024 14.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin hüquqi varisi X1 iştirakı ilə xx.xx.1975-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİ qrup müharibə əlili, məhkum olunmuş-Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə cəzadan şərti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl azad edilmiş, Balakən şəhəri Atatürk prospekti ev-23 mənzil-6 ünvanında qeydiyyatda olan və barəsində Balakən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında Balakən şəhəri Atatürk prospektində yerləşən Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik ərazidən tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb Balakən şəhəri Heydər Əliyev prospektində köhnə xəstəxananın yerləşdiyi ərazidə sərib qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 30,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitəni 01 ədəd sellofana büküb əynindəki boz rəngli cins şalvarın sol yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 12 aprel 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 16:00-dan 16:30-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib bir ədəd sellofana büküb daşıyaraq üzərində saxladığı təmiz çəkisi 30,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə- qurudulmuş marixuana əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək cinayət təqibini istisna edən hal aşkar edildiyindən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini bildirmiş, vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüşdür, bəraətverici əsaslar yoxdur və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Azərbaycan Respublikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş Təqsirləndirilən şəxs qızı X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin hüquqi varis qismində tanınması barədə müvafiq qərar qəbul olunmasını xahiş etmiş və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Müdafiəçi hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. 07 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Axırıncı dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Əvvəllər psixi xəstəliklər keçirməmişdir. Təxminən 10 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin sentyabr ayının sonunda (dəqiq tarixi xatırlamır) Balakən şəhəri ərazisində yerləşən dəmiryolu vağzalının yaxınlığındakı meşəlik əraziyə avtomaşınla getdiyi zaman orada 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini tapmışdır. Həmin tapdığı çətənə bitkisinin üzərindən yararlı hissələrini yığıb şəhərin köhnə xəstəxanasının yerləşdiyi ərazidə sərib qurutmuş və elə həmin gün qurutduğu narkotik vasitəni bir ədəd sellofana doldurub şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 01 ədəd yabanı halda bitən çətənə bitkisinin qalan hissələrini isə qırıb məhv edərək atmışdır. Üzərində saxladığı həmin narkotik vasitə –qurudulmuş marixuanadan bir neçə dəfə götürüb istifadə etmiş, qalan narkotik vasitəni isə boz rəngli cins şalvarının cibində üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Balakən şəhəri ərazisində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə əynindəki boz rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə üzərindəki sellofan büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 32,73 qram təşkil etmişdir. Həmin narkotik vasitə-qurudulmuş marixuana sellofan büküm ilə birlikdə 01 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qanunsuz əşya, vasitə və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X12 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 30,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. 10 ildir ki mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə aludəçisidir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Özü narkotik vasitə aludəçisi olduğuna görə üzərində narkotik vasitə saxlamışdır. Üzərindən aşkarlanmış 01 ədəd sellofan bükümdə olan narkotik vasitəni yığıb əldə etdiyi yeri dəqiq xatırlamadığına görə göstərə bilmir. İş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqda xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edildikdən sonra dindirilən zaman Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin mahiyyətini anladığını, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini qeyd edərək, bu səbəbdən ifadə verməkdən imtina etdiyini bildirmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 verdikləri ifadələrində Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında Balakən şəhəri Atatürk prospektində yerləşən Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik ərazidən tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb Balakən şəhəri Heydər Əliyev prospektində köhnə xəstəxananın yerləşdiyi ərazidə sərib qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 30,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitəni 01 ədəd sellofana büküb əynindəki boz rəngli cins şalvarın sol yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxladığını, 12 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 16:00-dan 16:30-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib bir ədəd sellofana büküb daşıyaraq üzərində saxladığı təmiz çəkisi 30,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə- qurudulmuş marixuananın əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürüldüyünü, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq etmişlər. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 16:00-dan 16:30-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Şəxsi axtarış xx.xx.2023-cü il tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinərək Balakən RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Balakən şəhəri Atatürk prospekti ev-23 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan torbada olan narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin kütlənin narkotik vasitə-marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin kütləni 2022-ci ilin sentyabr ayının axırlarında Balakən şəhəri ərazisindəki «Dəmir yol» vağzalının yaxınlığındakı meşəlik ərazidən tapdığı bir ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığını və qurudaraq istifadə etməsi üçün üzərində saxladığını, həmin kütlədən 5-6 dəfə istifadə etdiyini, qalanını da gələcəkdə istifadə etməsi üçün əynindəki şalvarın cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən üzərindəki sellofan torba ilə birlikdə ümumi çəkisi 32,73 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütləsi bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış «Panaconic» markalı videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 aprel 2023-cü il tarixli 17/352 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi 32,73 qram.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 30,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd:Marixuananın təmiz çəkisi-30,42 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq-30,32 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 qram təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 1106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə cəzadan şərti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 04 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş təmiz çəkisi 30,42 qram olan narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 30,32 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, X2 üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o,məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 15 gün həddində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmış, Balakən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon prokurorluğunun müstəntiqi X6 01 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə X4 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 25 iyun 2007-ci il tarixdə verilmiş Ə009256 №-li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlili olmuşdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işinə xitam verilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən hazırki cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası CPM-nin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs ölməsini və təqsirləndirilən şəxsin hüquqi varisinin iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığ barədə ərizəsini, o cümlədən təqsirləndirilən şəxsin müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığının olmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğly barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə həmçinin hesab edir ki, hazırki qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 30,42 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 30,32 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir… 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmçinin iş üzrə 34,55 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 41, 43, 106-1.1, 106-1.2, 106-1.4, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hazırki qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 30,42 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 30,32 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba ödənilsin. Qərardan elan olunduğu andan (tərəfə rəsmi qaydada verildikdən sonra) 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-8/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-8/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver