Məhkəmə qərarları › İş №1(019)-81/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-81/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-81/2024 14.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.2000-ci ildə Balakən rayonunun Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Piramida” kafesində qəlyançı işləyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 22:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində, ictimai yerdə, yəni Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən, X2 icarəyə götürərək işlətdiyi “Piramida” adlı kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, yəni heç bir əsaslı səbəb olmadan, kafenin kassiri Şahid1 onu yanına çağırıb kafedə müştəri qismində olan Şahid3 əyləşdiyi masaya yaxınlaşmamağını ondan xahiş etməsinə, özünün də həmin masaya yaxınlaşdığını, lakin masada əyləşənlər sərxoş olduqlarından onlara söz başa sala bilmədiyini deməsinə baxmayaraq Şahid3 və Zərərçəkmiş şəxs əyləşdikləri masaya sərxoş vəziyyətdə yaxınlaşaraq mübahisə edərək münaqişə yaratmış, həmçinin həmin zəmində Zərərçəkmiş şəxslə kafenin barında aralarında dava baş verdikdən sonra kafedə müştəri qismində olan Şahid4 və Şahid2 tərəfindən sakitləşdirilməsinə baxmayaraq həmin vaxtı ucadan ünvansız söyüş söyən Şahid3 qarşılıq verərək özü də ucadan ünvansız söyüşlər söymüş, Şahid3 əlindəki şüşə butulka ilə onun baş nahiyəsinə vurduqdan sonra Zərərçəkmiş şəxs üstunə hücum edərək kafedəki çoxsaylı müştərilərin onu sonuncudan ayırmağa cəhd etməsinə baxmayaraq, onun əlindən qaçıb qurtarmağa çalışan Zərərçəkmiş şəxs arxadan yumruq zərbələri vuraraq yerə yıxdırmış, nəticədə Zərərçəkmiş şəxs sağ əlin ovuc səthində sıyrıqdan ibarət olan sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq etməklə kafedə olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Balakən şəhəri H.Əliyev prospekti -53 ünvanında yerləşən “Piramida” kafesində qəlyançı işləyir. xx.xx.2024-cü il tarixdə Balakən şəhərində yerləşən “Piramida” kafesində meyxana gecəsi keçirilmişdir. Həmin gün kafe sahibindən icazə alaraq Zaqatala rayonunda yerləşən “Talaçay” şadlıq evində keçirilən Balakən rayonu Katex kənd sakini olan dostu Poladın toy mərasimində iştirak etmişdir. Əvvəldən kafe sahibi ona həmin gün kafedə meyxana gecəsi keçiriləcəyinə görə müştərilərin çox olacağını bildirərək tez qayıtmağını xahiş etmişdir. Buna görə də saat 20:30 radələrində toy məclisindən çıxıb kafeyə qayıtmışdır. Toy məclisində spirtli içki də qəbul etmişdir. Gecə saat 21:10–da artıq kafedə olmuşdur. Kafeyə gəldikdən sonra kafenin sahibi Ceyhun Kahayevin əyləşdiyi masada oturaraq masadakı qonaqlarla birlikdə bir və ya iki qədəh pivə də içmiş, sonra isə masadan qalxıb müştərilərdən daxil olan sifarişləri qəbul etməyə başlamışdır. Həmin vaxtı kafedə ofisiant işləyən Şahid5 onu kənara çəkərək masalardan birinin arxasında əyləşmiş şəxsləri göstərərək həmin şəxslərin özünü incitdiklərini, kassir Raminlə pul xırdalamaq üstündə dalaşmağa düşdüklərini demişdir. Bundan sonra Məhəməlinin dediyi masaya yaxınlaşdıqda masanın arxasında əyləşmiş şəxslərdən Fərid adlı rayon sakinini tanımışdır. “İsi” ləqəbli İsrafil adlı Balakən rayon sakinini də tanımışdır. Həmin şəxs həftədə bir və ya iki dəfə kafeyə gəlib-getmişdir. Bu səbəbdən də onu tanımışdır. Fərid adlı şəxsi isə tez-tez kafe sahibi Ceyhunun yanında görmüşdür və onunla münasibəti olmuşdur. Masaya yaxınlaşaraq ofisiant Məhəməlinin ona həmin masada əyləşən şəxslərin onu incitdiklərini dediyini bildirərək bunun nə məsələ olduğunu soruşmuşdur. İsrafil nəsə demiş, səs-küydən onun dediklərini anlamamış, ikinci dəfə İsrafilə müraciət edərək nə dediyini soruşmuşdur. Bu vaxtı həmin masanın arxasında əyləşmiş, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs ona “sənə dəxli yoxdur” demişdir. Onların “sənə dəxli yoxdur” sözünə cavab olaraq Şahid5 onunla birlikdə işləyən əməkdaş olduğunu deyib onları başa salmağa çalışmışdır. Məsələnin davaya getdiyini görmüş, “sabah gələrsiz, oturub bir çay içərik, danışıb aydınlaşdırarıq” deyərək oradan çıxıb kassaya doğru getmişdir. Kassaya çatdıqda həmin masa tərəfdən səs-küy eşitmiş, lakin nə dediklərini başa düşməmişdir. Masaya doğru “nə deyirsiz?” demiş, kassir Ramin ona “gəl, zakazlar çoxdur, baş qoşma” demişdir. O da çıxıb qəlyan düzəltməyə getmişdir. Qəlyan düzəldərkən arada üzü kassa tərəfə olmuşdur. Bu zaman arxadan başından ağrı hiss etmişdir. Çevrilib görmüşdür ki, Məhəmməd arxadan başına yumruq vurur. O da geri qarşılıq vermişdir. Bir-iki yumruqdan sonra onları ayırmışlar və onu çəkib pəncərə tərəfə aparmışlar. Orada qışqır-bağır olmuş, özü də həyəcanlı olmuşdur. Bir də görmüşdür ki, Zərərçəkmiş şəxs qarşısındadır. Qorxub elə bilmişdir ki, Məhəmməd onu vurur, ona görə də Məhəmmədin üstünə soxulmuşdur və onu yıxılana kimi vurmuşdur. O, özünü müdafiə etmək üçün Məhəmmədi vurmuş,sonra isə onu halsız, zərərsiz vəziyyətə salana kimi vurmuşdur. O, qaydasız döyüş idmanı ilə məşğul olmuşdur və ona izah etmişlər ki, özünü müdafiə etmək üçün qarşı tərəf zərərsizləşdirilənə kimi vurmalıdır. Bu səbəbdən də Məhəmməddən əl çəkməyərək onu vurmuşdur. İki-üç dəqiqə sonra kafedəki müştərilər və iş yoldaşları onları ayırmışlar. Bir də gözünü açmışdır ki, mətbəxdədir, bir də baxmışdır ki, ayaqyolundadır. Başından da qan axır. Sonradan kafenin müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərə baxanda Şahid3 başına vurduğu şüşə butulka nəticəsində xəsarət aldığını bilmişdir. Hadisə baş verən zaman həm sərxoş, həm də əsəbi olduğundan baş verənləri tam olaraq xatırlamır. O, özünü müdafiə etmişdir. O,xuliqanlıq cinayəti törətməmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur.Ümumiyyətlə Zərərçəkmiş şəxs əvvəldən ondan şikayət etməmişdir. Onun barəsində cinayət işi əsassız olaraq başlanmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Balakən şəhərində yerləşən “Piramida” kafesində meyxana gecəsi keçirildiyini eşidərək həmin gün axşam saat 20-21 radələrində kafeyə getmişdir. Kafeyə getməzdən bir saat əvvəl spirtli içki qəbul etmişdir. Kafedə meyxana gecəsi olduğunu dostu Şahid3 da bildirmişdir. Kafeyə getdiyi zaman İsrafil hələ gəlməmişdi. Təxminən yarım saat sonra İsrafil də kafeyə gəlmişdir. Kafedəki masalardan birinin arxasında onunla birlikdə Şahid3, Ramazan Piriyev, Ələddin adlı Balakən şəhər sakini, Osmanov Fərid və tanımadığım bir nəfər başqa şəxs də əyləşmişdir. Pivə sifariş verib içərək meyxana dinləmişlər. Tanımadığı meyxana ustaları meyxana oxumuşlar. Kafedəki masaların hamısı dolu olmuşdur. Bir müddət sonra Şahid3 kassaya yaxınlaşmışdır və kassirlə danışaraq geri qayıtmışdır. İçəridə səs –küy olduğundan, meyxana ustaları meyxana oxuduğundan və əyləşdikləri masa ilə kassanın arasında xeyli məsafə olduğuna görə İsrafilin kassirlə nə danışdığını eşitməmişdir. Şahid3 geri masaya əsəbi halda söyə-söyə yaxınlaşdıqda ondan nə baş verdiyini soruşmuşdur. İsrafil ona kassirin pulu xırdalamayaraq ona kobud cavab verdiyindən əsəbləşdiyini bildirmişdir. Həmin vaxtı İsrafil orada olan eynəkli ofisiantı çağıraraq ona 20 manat pul verib kassada xırdalamasını bildirmişdir. Ofisiant pulu götürüb kassaya yaxınlaşıb geri qayıdaraq xırdanın olmadığını bildirərək 20 manat pulu İsrafilə qaytarmışdır. O da İsrafilə “yoxdu yoxdu da. Niyə əsəbləşirsən?” demişdir. İsrafil əsəbindən masanın üzərindən bir ədəd pivə qədəhini götürüb kassaya tərəf yerə vurub qırmışdır. Səhv etmirsə, həmin vaxtı masanın üzərindəki pivə qədəhləri də dağılmışdır. Hadisədən təxminən 15-20 dəqiqə keçdikdən sonra ara sakitləşən zaman əvvəllər kafedə işləyən kimi tanıdığı, sonradan adının Şəmsəddin olduğunu öyrəndiyi şəxs masaya yaxınlaşaraq İsrafilə nəsə demişdir. Səs-küydən onun nə dediyini eşitməmişdir. İsrafilin də ayağa qalxdığını görüb nəsə dava olacağını başa düşüb onların arasına girmiş və həmin şəxsi kassaya doğru itələmişdir ki, İsrafildən aralansın. Şəmsəddini kassaya doğru aparmışlar. 4-5 nəfər Şəmsəddini tutduqda o bir az da qızışaraq əl-qol atıb İsrafilin üzərinə gəlməyə başlamışdır. Şəmsəddinin həmin vaxtı artıq nə etdiyini xatırlamır. Sərxoş olduğuna görə sonradan baş verənləri xatırlamır. Hadisə vaxtı Şəmsəddinin onun üstünə hücum çəkdiyini həmin vaxtı kafedə olan müştərilərin hadisədən bir neçə gün sonra “Tik-tok” sosial şəbəkəsinə yerləşdirdikləri videogörüntülərdən bilir. Şəmsəddin ona hücum çəkib yumruqlayır, qaçıb aralanmaq istəsə də, kafedəki müştərilər Şəmsəddini onlan ayırmağa çalışsalar da arxasınca qaçıb onu yumruqlayır, o yıxılır. Şəmsəddin onu yumruqlayan zaman yıxılmış, sağ əlinin ovuc hissəsində əvvəldən olan xəsarətin qaysağı qopmuşdur. Hadisə vaxtı kafedə təxminən 100-150 adam olmuşdur. Kafedə dava təxminən 15-20 dəqiqə davam etmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.O, əvvəldən də Şəmsəddindən şikayət etməmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayından etibarən Balakən şəhəri H.Əliyev prospektində yerləşən Ceyhun Kahayevin işlətdiyi “Piramida” adlı kafedə ofisiant, 2024-cü ilin yanvar ayından etibarən isə həmin kafedə kassir kimi işləyir. xx.xx.2024-cü il tarixdə “Piramida” adlı kafedə meyxana gecəsi adlı tədbir təşkil olunmuşdur. Həmin tədbir saat 20 radələrində başlamışdır. Həmin tədbirə digər rayonlardan 5-6 nəfər meyxana deyən şəxslər gəlmişlər. Həmçinin kafedə Balakən rayon sakinləri olan təxminən 100 nəfər müştəri qismində qruplar halında masalarda əyləşib, spirtli içkilər qəbul edib əylənmişlər. Təxminən saat 22 radələrində sonradan adının Şahid3 olduğunu öyrəndiyi şəxs ofisiant işləyən Şahid5lə 20 manatlıq pul əskinazını ona göndərib həmin 20 manatı 4 ədəd 5 manatlıq əskinazlar formasında xırda etməyini bildirmişdir. Şahid5 həmin vaxt xırda pulun olmadığını, bir müddət sonra xırda pul olduqda verə biləcəyini demişdir. Bir az keçmiş İsrafil yaxınlaşaraq ofisiantla ona 20 manat pul göndərdiyini, hansı səbəbə həmin pulu xırda etmədiyini soruşmuşdur. O da kassada olan pulu çıxarıb İsrafilə göstərərək xırda olmadığını demişdir. İsrafil nalayiq ifadələr işlədərək ona hörmətsizlik etdiyini bildirmiş, həmçinin ona “səninlə görüşərik” deyərək qayıdıb yenidən öz masasında əyləşmişdir. Bir az keçmiş İsrafil masada olan 01 ədəd pivə bakalını kassaya tərəf atmışdır. Bu zaman ofisiant Şahid5 kassaya söykənərək onunla danışmışdır. Məhəməli ona İsrafilin bakalı özünə atdığını demişdir. Lakin həmin vaxt pivə bakalının kiməsə dəyib-dəymədiyini görməmişdir. İsrafil bu zaman ucadan ünvansız söyüş söymüşdür. Ofisiantlar sınmış bakalları yerdən təmizləmişlər. Bir neçə dəqiqə sonra İsrafil əl edib onu masaya çağırmışdır. Masaya yaxınlaşdıqda İsrafil ondan yenə niyə pulu xırdalamadığını soruşmuşdur. İsrafillə mülayim danışaraq kassada xırda pulun olmadığını desə də heç cür başa düşmək istəməmişdir. Axırda İsrafilin masanın üzərindəki pivə bakalını əlinə götürüb geri masaya vurduğunu gördükdə söz-söhbətin artmasından ehtiyat edərək geri çəkilib kassaya tərəf getmişdir. Bu hadisədən təxminən 20 dəqiqə keçəndən sonra ofisiantlardan biri ona Şahid5 kafedə qəlyançı işləyən Şəmsəddinə Şahid3 şikayət etdiyini bildirdikdə Şəmsəddinin İsrafilgilə yanaşacağından ehtiyat edərək onu yanına çağırıb onların masasına yaxınlaşmamağını xahiş etmişdir. Hətta Şəmsəddinə özünün də həmin masaya yaxınlaşdığını, lakin masada əyləşənlər sərxoş olduğundan onlara söz başa sala bilmədiyini demişdir. Həmin vaxtı yan masadakı müştərilər Şəmsəddini qəlyan sifariş vermək üçün çağırmışlar. Onların sifarişini qəbul edəndən sonra Şəmsəddinin İsrafilin masasına yanaşdığını görmüşdür. Şəmsəddin İsrafilin yanına getdikdə hansı səbəbə söyüş söydüyünü soruşmuş, bu zaman İsrafil yenidən nalayiq ifadə işlədərək yaxşı etdiyini bildirmiş, Şəmsəddin isə İsrafilə içkili olduğunu deyərək bu məsələni ayıq başla həll etməyi təklif etsə də, İsrafil anidən qızışaraq Şəmsəddini itələmiş və ona qarşı da nalayiq ifadə işlətmişdir. Kassada durduğu yerdə musiqi səsindən Şəmsəddinlə İsrafilin arasında baş vermiş söhbəti eşitməmiş, bu söhbət barədə ona sonradan Şəmsəddin bildirmişdir. Həm Şəmsəddin, həm də İsrafil sərxoş olduqlarından aralarında münaqişə baş verəcəyini başa düşüb ofisiant Məhəməlini “başqa zakaz var” bəhanəsi ilə Şəmsəddinin arxasınca göndərmişdir. Məhəməli Şəmsəddini kassa tərəf dartıb gətirmişdir. İsrafillə bir masada əyləşmiş Zərərçəkmiş şəxs Şəmsəddinin arxasınca bara getdiyini görüb onu bara girməməsi üçün çağırmış, lakin Məhəmməd onun sözünə məhəl qoymayaraq barın içinə girmişdir. Şəmsəddin kassanın da yerləşdiyi, onun olduğu barın içində qəlyan hazırlamağa başlayarkən Zərərçəkmiş şəxs bara daxil olub Şəmsəddinə yumruqlar atmışdır. Həmin vaxtı Məhəməli də Kaltayevə mane olmağa çalışmışdır. Kaltayev ucadan söyüb yumruq atdıqda Şəmsəddin onu yumruqlayıb bardan çıxartmışdır. X10 tutub saxlamışlar. Bu zaman İsrafil ünvansız söyüş söydükdə Şəmsəddin də ağır söyüş söymüşdür. Bu zaman İsrafil Şəmsəddinə yaxınlaşıb əlindəki şüşə butulkanı onun başına vurmuşdur. Həmin vaxtı X7 əlindən çıxıb orada olan Zərərçəkmiş şəxs üstünə cumub onu yumruqlamağa başlamışdır. O və kafedəki şəxslər Şəmsəddini Məhəmmədən ayırmağa çalışmışlar. Həmin vaxtı Şəmsəddinin başından qan axmışdır. Şəmsəddini Məhəmməddən zorla ayırıb zaldan çıxartmışlar. Daha sonra isə hər kəs sakitləşib kənarda dayansa da Şahid3 ucadan ünvansız nalayiq sözlər deyərək masalarda olan boşqabları, qəlyan aparatlarını, pivə bakallarını və digər qabları döşəməyə ataraq sındırmışdır. Bu zaman İsrafil həddindən artıq sərxoş olduğu üçün ona yaxınlaşaraq heç kim heç nə deməmişdir. Bir müddət sonra isə o kafenin həyətinə düşmüş və az sonra polis əməkdaşlarının kafeyə gəldiklərini görmüşdür. Baş vermiş mübahisə və dava təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən qardaşı Ceyhun Kahayevin işlətdiyi “Piramida” adlı kafedə meyxana gecəsi adlı tədbir təşkil olunmuşdur. Həmin tədbir saat 20 radələrində başlamışdır.Tədbirə digər rayonlardan 5-6 nəfər meyxana deyənlər gəlmişdir. Həmçinin kafedə Balakən rayon sakinləri olan təxminən 100 nəfər müştəri qismində qruplar halında masalarda əyləşib, spirtli içkilər qəbul etmişlər. Təxminən saat 21:30 radələrində kafedə müştəri qismində əyləşmiş, sonradan adının Şahid3 olaraq bildiyi şəxsin ofisiant işləyən Məhəməli adlı şəxslə uca səslə danışıb söyüş söyüb nə isə mübahisə etdiyini və həmin vaxt İsrafilin pivə bakalını ataraq yerə vurduğunu görmüşdür. Həmin vaxt bir müddət sakitçilik olsa da təxminən saat 22 radələrində kafedə qəlyançı işləyən Şəmsəddin İsrafilin əyləşdiyi masaya yaxınlaşdıqdan sonra onların arasında mübahisə yenidən başlamışdır. Bu zaman Şəmsəddin İsrafil adlı şəxsdən uzaqlaşıb kənara getsə də İsrafil Şəmsəddinin ünvanına ucadan söyüşlər söyməyə başlamışdır. Bir müddət sonra bir də baxdıqda Şəmsəddinin barın içindən çıxaraq Kaltayevi yumruqladığını görmüşdür. Orada olan şəxslərlə birlikdə Şəmsəddini Məhəmməddən aralamışdır. Daha sonra kafeyə müştəri qismində gəlmiş Səyyadla birlikdə Şəmsəddini kafenin pəncərəsinin qarşısında tutub saxlayaraq sakitləşdirmişlər ki, dava etməsin. Bundan sonra isə İsrafil qəflətən yaxınlaşaraq əlindəki şüşə butulka ilə Şəmsəddinin baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman Şəmsəddin özünü itirmişdir və qarışıqlıq yaranmışdır. Elə həmin vaxt İsrafil masanın üzərinə yıxılmışdır. Həmçinin orada olan Zərərçəkmiş şəxs yumruğunu sıxaraq vurmaq üçün Şəmsəddinin üzərinə gəldiyindən Şəmsəddin onun üstünə gedərək onu yumruq və təpiklə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bir müddət qarışıqlıq yaransa da onları sakitləşdirib kənara aparmışlar. Həmçinin Zərərçəkmiş şəxs əlinə götürdüyü fincanı ofisiant Şahid5 dayandığı mətbəxin qapısına tərəf atmışdır. Daha sonra hamını sakitləşdirsələr də Şahid3 sakitləşdirmək mümkün olmamışdır. Çünki Şahid3 kafenin ortasında dayanıb masaların üzərini dağıdaraq ucadan kafedə olan hər hər kəsin ünvanına nalayiq söyüşlər söymüşdür. Çünki İsrafil «hamınızı belə-belə edərəm» deyərək onlara hədə gəlmişdir. Həmçinin əlini sinəsinə vuraraq lazım gəlsə kafeni dağıdacağını, heç nədən qorxmadığını, lazım gəlsə “sroka” belə gedə biləcəyini demişdir. Bunun üçün də orada olan şəxslərdən heç kim İsrafilə yaxınlaşaraq bir söz deməmişdir. Çünki İsrafili masaların üzərində olan bakalları və boşqabları hara gəldi atmışdır. Həmin qabların da kiməsə dəyərək xəsarət yetirmə ehtimalı olduğundan orada olan şəxslər ondan çəkinərək yaxınlığına getməmişlər. Bunu görüb kafedən çıxaraq həyətə getmişdir. Daha sonra isə nə baş verdiyini bilməmişdir. Baş vermiş mübahisə və dava təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Baş vermiş dava zamanı hər hansı bir xəsarət almamışdır. Sadəcə olaraq Şəmsəddini sakitləşdirib kənara aparmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə axşam radələrində Balakən şəhərində yerləşən “Piramida” adlı kefedə keçirilən “meyxana gecəsi” adlanan tədbirdə iştirak etmək üçün həmin kafeyə getmişdir. Saat təxminən 22 radələrində sonradan adının İsrafil olduğunu öyrəndiyi şəxsin kafenin işçisi olan Şəmsəddin adlı şəxslə mübahisə etdiyini, sonradan adının Məhəmməd olduğunu öyrəndiyi şəxsin də Şəmsəddinin arxasınca bara girdiyini görmüşdür. Həmin vaxtı barın yaxınlığında olduğundan barın içərisinə girən yerdə onların tutaşdıqlarını görüb ayırmaq üçün ora yaxınlaşmışdır. Yaxınlaşıb bir neçə saniyə ərzində onları sakitləşdirməyə çalışsa da Şəmsəddin Məhəmməd adlı şəxsi yumruqlayaraq bardan çıxartmışdır. Kafe sahibinin qardaşı Nicatla birlikdə həmin vaxtı Şəmsəddini tutaraq onu dalaşmağa qoymamışlar və sakitləşdirməyə çalışmışlar. Bir neçə dəqiqə sonra o Şəmsəddini buraxıb aralanmışdır, Nicat isə Şəmsəddini tutmuşdur. Bu zaman İsrafilin əlində butulka ilə Şəmsəddinin dayandığı yerə yaxınlaşdığını görüb onun qarşısını almağa cəhd etmişdir, lakin buna nail ola bilməmişdir. İsrafil əlindəki şüşə butulkanı Şəmsəddinin başına vurmuşdur. Həmin vaxtı Şəmsəddin Nicatın əlindən çıxıb ona tərəf gəlmiş Məhəmmədin üstünə cumub onu yumruqlamağa başlamışdır. O, Şəmsəddini Məhəmmədən aralamağa çalışsa da bunu edə bilmədiyinə görə kənara çəkilmişdir. Bir müddət sonra kafedəki şəxslər Şəmsəddini Məhəmməddən aralayıb aparmışlar. Davadalaş zamanı itmiş eynəyini tapıb kafedən çıxmışdır. Sonradan baş verən hadisələri görməmişdir. X5 arasında mübahisə baş verdiyini görmüşdür. Əvvəldən ofisiantla İsrafil arasında baş vermiş mübahisəni görməmişdir. Kafedə dava təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə vaxtı İsrafilin Təqsirləndirilən şəxs başına şüşə butulka vurduğunu görmüşdür. Sonradan da Şəmsəddinin Məhəmmədi yumruqladığını görmüşdür. Başqa kiminsə kiməsə xəsarət yetirdiyini görməmişdir. Səs-küydən nalayiq ifadələrin işlənibişlənmədiyini xatırlamır. Hadisə vaxtı kafedə təxminən 100-ə yaxın adam olmuşdur. Konkret nə qədər adamın olduğunu deyə bilmir, lakin stolların hamısı dolu olmuşdur. Kafedə olan şəxslərdən kafenin sahibi Kahayev Ceyhunu, onun qardaşı Nicatı tanıyır. Üzdən tanıdığı şəxslər də olmuşdur. Konkret adlarını deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 24 fevral 2024-cü il tarixdə Balakən şəhərində yerləşən “Piramida” kafesində meyxana gecəsi keçirildiyini deyərək dostu Zərərçəkmiş şəxs onu həmin tədbirə dəvət etmişdir. Həmin gün gündüz vaxtı spirtli içki də qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində “Piramida” kafesinə getdiyi zaman artıq sərxoş vəziyyətdə olmuşdur. Kafeyə çatdıqda Zərərçəkmiş şəxs onu oturduğu stola dəvət etmişdir. Həmin stolun arxasında o, Zərərçəkmiş şəxs, X9 və tanımadığı başqa şəxslər də oturmuşlar. Bir müddət sonra əvvəldən zəng edib kafeyə dəvət etdiyi dostu X4 da gəlmişdir. O da onların stolunun arxasında oturmuşdur. Bir müddət sonra 20 manatlıq pul əskinazını xırdalamaq üçün kassaya yaxınlaşmışdır. Kassada oturan şəxsdən həmin 20 manatlıq pul əskinazını xırdalayaraq ona 4 ədəd 5 manatlıq pul əskinazı verməsini xahiş etmişdir. Kassir ona kobud şəkildə xırda pulun olmadığını bidirdikdə əsəbləşərək nədən aqressiv cavab verdiyini soruşub geri qaydıb stolun arxasına əyləşmişdir. Hətta yanında əyləşmiş Zərərçəkmiş şəxs ondan niyə əsəbləşdiyini soruşduqda Məhəmmədə kassirin onunla danışıq tərzinə əsəbləşdiyini bildirmişdir. Həmin vaxtı orada olan hündür boylu, gözündə eynəyi olan ofisiantı çağıraraq ona 20 manatlıq pul əskinazını verib kassada xırdalayaraq 4 ədəd 5 manatlıq pul əskinazını gətirməsini xahiş etmişdir. Həmin ofisiant kassirə yaxınlaşıb danışdıqda kassir ona tərəf baxmış və pulu onun göndərdiyini başa düşdüyünü bilmişdir. Ofisiant geri qayıdıb kassada xırda pulun olmadığını deyib 20 manatlıq pul əskinazını geri qaytarmaq istədikdə ona “necə yəni pul yoxdur” demişdir və pulu xırdalamadıqlarına görə əsəbləşərək stolun üzərindən bir ədəd pivə qədəhini götürüb yerə vurub qırmışdır. Qədəhi yerə vurub qırdığını görən ofisiant kassada pulu xırdalayıb gətirib ona vermişdir. Bir müddət sonra kafenin işçisi olduğunu bildiyi kök oğlan sərxoş şəkildə stola yaxınlaşıb əllərini stola qoyub “harınlamısanmı, qudurmusanmı, bakalı niyə qırmısan? “ demişdir. Həmin oğlana “sənə nə dəxli var? Sən kimsən?” dedikdə həmin şəxs ona “sualıma cavab ver” demişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ayağa qalxaraq onların arasına girmiş və həmin şəxsə “başın xarabdırmı? nə edirsən?” deyərək onu kassaya tərəf aparmışdır. Kassanın olduğu barda sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi həmin şəxslə Zərərçəkmiş şəxs aralarında dava baş verdiyini görüb Şəmsəddin tərəfə pivə qədəhini atmışdır. Təqsirləndirilən şəxs Şahid3 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesinin müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diskə baxmışdır. Bu barədə onu deyə bilər ki, masanın üzərindən şüşə butulkanı götürüb Təqsirləndirilən şəxs tərəf atmış, lakin həmin butulka onun başına dəyməmişdir və butulkanın dəyməsi nəticəsində Təqsirləndirilən şəxs xəsarət almamışdır. Onu da bildirmək istəyir ki, münaqişə Təqsirləndirilən şəxs onun əyləşdiyi masaya yaxınlaşaraq ona qarşı kobudluq etməsi, niyə bakalı sındırdığını soruşmasının nəticəsində başlanmışdır. Kassada oturan şəxs ona xırda pul verməyərək ona kobud cavab verdiyinə görə və onun ofisiantla göndərdiyi pulu xırdanın olmadığını bildirib geri göndərdiyinə görə kassirə əsəbləşib pivə qədəhini yerə vurub qırmışdır. Təqsirləndirilən şəxs zalı tərk etdikdən sonra masaların üzərindəki bir neçə qabı sındırmışdır, lakin qəlyan aparatlarını sındırdığını xatırlamır. Qabların çoxu dava -dalaş baş verən zaman oradakı şəxslərin masalara dəyməsi və itələşmələri nəticəsində sınmışdır. xx.xx.2024-cü il tarixdə “Piramida” kafesində olduğu zaman ümumiyyətlə söyüş söyməmişdir. Kafedə baş vermiş hadisənin təxminən 5 dəqiqə ərzində baş verdiyini hesab edir. Hadisə vaxtı Təqsirləndirilən şəxs onu vurmağa cəhd edib, lakin kafedəki şəxslər Şəmsəddinə mane olduqlarına görə onu vura bilməyib. Hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq zərbələri vurmuşdur. Başqa dalaşan şəxsləri görməmişdir. Hadisə vaxtı nalayiq ifadələr işləndiyini eşitməmişdir. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Hadisə vaxtı kafedə çox adam olmuşdur. Konkret nə qədər adamın olduğunu deyə bilmir, lakin stolların hamısı dolu olmuşdur. Kafedə olan şəxslərdən Zərərçəkmiş şəxs, Osmanov Fəridi və Piriyev Ramazanı, Təqsirləndirilən şəxs, kafenin sahibini və başqalarını xatırlayır. Üzdən tanıdığı şəxslər də olmuşdur, konkret adlarını deyə bilmir. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai məhkəmə iclasında göstəri ki, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Hadisə baş verməmişdən təxminən 10 gün əvvəldən Balakən şəhərində yerləşən “Piramida” kafesində ofisiant işləyir. 24 fevral 2024-cü il trixdə təxminən gecə saat 22 radələrində kafedə işdə olduğu zaman sonradan adının Şahid3 olduğunu öyrəndiyi müştəri digər 5 nəfər tanımadığı müştərilərlə birlikdə eyni stolun arxasında əyləşmişlər. Barmenin göstərişi ilə həmin stola ayrı-ayrı vaxtlarda 3 qədəh, 2 qədəh və 1 qədəh olmaqla cəmi 6 qədəh pivə aparmışdır. Bir müddət sonra Şahid3 onu stola çağıraraq 20 manatlıq kağız pulu uzadaraq “bunu dörd dənə beşlik elə” demişdir. Həmin 20 manatı barmenə apararaq müştərinin göndərdiyini bildirərək pulu xırdalamağını xahiş etmişdir. Barmen ona xırda pulun olmadığını bildirdikdə həmin 20 manat pulu aparıb Şahid3 qaytarmışdır və xırda pulun olmadığını ona bildirmişdir. Şahid3 pulu götürərək heç nə deməmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra sifariş qəbul etmək üçün başqa bir stola yaxınlaşmışdır. Sifarişi qəbul edib barmenin yanına gələrkən Şahid3 əlini qaldıraraq onu yanına çağırmışdır. O da İsrafilə əli ilə “gəlirəm” işarəsini edərək dayanmayıb barmenə tərəf getmişdir. Barmenə yaxınlaşıb pivə qədəhlərini götürən zaman arxadan bir qədəh gəlib sol ayağına dəyib keçmişdir. Geri çevrildikdə həmin qədəhi atan şəxsin Şahid3 olduğunu görmüşdür. İsrafilin bu hərəkətindən əsəbləşib kənara çəkilib siqaret çəkməyə başlamışdır. Üstündən 20 dəqiqəyə yaxın vaxt keçdikdən sonra kafenin qəlyançısı Şəmsəddin ona yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Şəmsəddinə hadisəni danışmış və Şahid3 onun ayağına qədəh vurduğunu bildirmişdir. Şəmsəddinin içkili olduğunu bilsəydi ona bu barədə deməzdi. Şəmsəddin onunla İsrafilin arasında yaranmış münaqişəni aydınlaşdırmaq üçün İsrafilgilin masasına tərəf getmək istədikdə kassir Ramin də ona əli ilə işarə edib getməməsi üçün nəsə demişdir. Musiqi səsindən Raminin Şəmsəddinə nə dediyini eşitməmişdir. O özü də Şəmsəddinə İsrafilgilin içkili olduğunu, onunla aralarında olan söhbətin o qədər vacib olmadığını, artıq hamının sakitləşdiyini, əgər onlara yaxınlaşsa dava düşəcəyini deyərək İsrafilgilin yanına getməməyini ondan xahiş etmişdir. Lakin Şəmsəddin içkili olduğundan ona qulaq asmamışdır. Şəmsəddin Şahid3 yaxınlaşaraq bildiyi qədər, hansı səbəbdən onun ayağına qədəh vurduğunu soruşmuşdur. Şahid3 həmin anda Şəmsəddinə dediklərini eşitməmiş, lakin artıq münaqişənin yarandığını görüb onlara yaxınlaşıb özünə görə söz-söhbət olmasın deyə Şəmsəddini kənara çəkib barın içərisinə aparmışdır. Həmin vaxtı Şahid3 yanında əyləşmiş tanımadığı şəxslərdən biri, sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onların arxasınca bara girərək ucadan ünvansız söyüşlər söyərək Şəmsəddinin üstünə cumub ona yumruq atmışdır. Şəmsəddin də həmin şəxsi qırağa itələmişdir. Məhəmməd yenidən Şəmsəddinin üstünə cumduqda artıq Məhəmmədin öhdəsindən gələ bilməmiş və həmin şəxs Şəmsəddini vurmağa başlamışdır. Şəmsəddin də onu vurmuşdur. Şəmsəddini tutub saxlamış, sonra tuta bilməmiş, əlindən çıxıb Məhəmmədə cummuşdur. Davanın qızışdığını görüb özünü qorumaq üçün əvvəl pivə çəlləklərinin arasına girmişdir, sonra ordan da çıxıb yavaşca kafenin mətbəxinə keçmişdir. Bir neçə dəqiqə mətbəxdə ləngidikdən sonra geri qayıtdıqda artıq kütləvi davanın baş verdiyini görmüşdür. Şəmsəddin yerdə olmuş, Zərərçəkmiş şəxslə dalaşmışdır. Oradakı şəxslər də onları bir-birilərindən ayırmağa çalışmışlar. Şahid3 da kütləyə yaxınlaşaraq deyəsən qədəhi kiməsə vurmağa çalışmışdır. Bir azdan, dava səngiyən vaxtı oradakılardan biri saxsı fincanı həmin vaxtı mətbəxin qapısının qarşısında dayanıb zala baxanda onun üzünə vurmuşdur. Fincanın dəyməsi nəticəsində sağ gözündən xəsarət almışdır və göz qapağından qan axmağa başlamışdır. Ona fincan vurub gözünə xəsarət yetirən şəxsin Zərərçəkmiş şəxs olduğunu sonradan bilmişdir. Fincan ona dəyən vaxtı mətbəxin qapısının qarşısında və ümumiyyətlə həmin istiqamətdə ondan başqa heç kim olmamışdır. İşin 1-ci cild 15-24-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 24 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən “Piramida” kafesinə 24 fevral 2024-cü il tarixdə saat 22:45-dən saat 23:55-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Pilləkənlərlə kafenin yerləşdiyi binanın ikinci mərtəbəsinə qalxdıqda sol tərəfdə açıq zal, pilləkənin sağında mətbəx və sanitar qovşağı yerləşir. Zala daxil olduqda sol tərəfdə soyuq içkilər üçün vitrin- soyuducu qoyulmuşdur, sağ tərəfdə, pilləkənlə üzbəüz isə bar yerləşir. Zalda masalar-stullar, divanlar qoyulmuşdur. Döşəmədə və masaların üzərində çoxsaylı qırılmış qablar, bokallar, stəkanlar və iki ədəd qırılmış qəlyan aparatı vardır. Döşəmənin üzərində qab-qacaq qırıntıları və qan ləkələri, həmçinin pivə və digər spirtli içkilər və ərzaqlar səpələnmişdir. Barın qarşısında yerdə qırılmış fincan və stəkan qırıntıları vardır. Kafenin icarədarı X6 həmin gün saat 22 radələrində kafedə meyxana keçirilən zaman orada olan 100-dən çox müştərinin yanında Şahid3 pul xırdalamaq üstündə nahaqdan narazılıq yaradaraq ucadan nalayiq sözlər deyib pivə qədəhini vurub qırdığını, bir qədər onu sakitləşdirdiklərini, sonradan isə təxminən yarım saat keçdikdən sonra yenidən dava salaraq kafenin qəlyançısı Təqsirləndirilən şəxs başına şüşə butulka vurub ona xəsarət yetirdiyini, həmçinin Şahid3lə birlikdə spirtli içki qəbul etmiş Zərərçəkmiş şəxs adlı şəxsin də dava saldığını və stəkanları qırdığını bildirmişdir. Ceyhun Kahayev hadisə vaxtı kafenin ofisiantı Şahid5 də göz nahiyəsindən xəsarət aldığını, həmçinin Şahid3 sonradan da, yəni dava sakitləşdikdən sonra kafedə gəzərək masaların üstündən qab-qacağı qırdığını bildirmişdir. Baş vermiş hadisə nəticəsində özünə 400 manata qədər ziyan dəydiyini də qeyd etmişdir. X13 Sayılovun 6 nömrəli divan masanın arxasında Zərərçəkmiş şəxslə və 3 nəfər xatırlamadığı şəxslərlə birlikdə oturduqlarını qeyd edərək həmin masanı göstərmişdir. Masanın üzəri dağılmamışdır, qab-qacaq yerindədir. Kafenin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərin olduğu drayver qurğusu kafenin icarədarı Ceyhun Kahayev tərəfindən təqdim olunaraq götürülmüşdür.Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir alət, predmet aşkarlanaraq götürülməmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 1-ci cild 48-54-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 25 fevral 2024-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesinə 25 fevral 2024-cü il tarixdə saat 09:15-dən saat 09:50-dək olan müddət ərzində əlavə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: “Piramida” kafesinin yerləşdiyi binanın ikinci mərtəbəsinə qalxdıqda sol tərəfdə açıq zal, pilləkənlə üzbəüz bar, sağ tərəfdə zalla üzbəüz isə mətbəx və sanitar qovşağı yerləşir. Döşəmədə və masaların üzərində sınmış qab-qacaq qırıntıları, döşəmədə iki ədəd qırılmış qəlyan aparatı vardır. Qəlyan aparatlarının içərisindən köz tökülməsi nəticəsində 02 ədəd masa süfrələri yararsız hala düşmüşdür. Mətbəx qapısının qarşısında döşəməyə sınmış ağ rəngli saxsı fincanın qırıntıları səpələnmişdir. Baxışda iştirak edən Şahid5 həmin qırıntıları göstərərək hadisə vaxtı mətbəxin qapısının qarşısında dayanıb zala baxdığı zaman zal istiqamətindən həmin fincanın ona atıldığını və fincanın dəyməsi nəticəsində gözündən xəsarət aldığını bildirmişdir və pilləkənlə üzbəüz istiqamətdə yerləşən barı göstərərək həmin yerdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs adlı şəxslərin dalaşdıqlarını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs masalardan birini göstərərək onun üzərinə qoyulmuş “Sirab” butulkasının hadisə vaxtı Şahid3 onun baş nahiyəsinə vurduğu butulka olduğunu, barın içərisini göstərək həmin yerdə Zərərçəkmiş şəxs onun arxasınca gələrək onunla dalaşdığını və zalın içərisində pilləkənlərin yaxınlığındakı soyuducu-vitrinin yanındakı, pəncərənin qarşısındakı yeri göstərərək həmin yerdə Şahid3 onun baş nahiyəsinə “Sirab” butulkası ilə vurduğunu, döşəmədəki qan ləkələrinin Şahid3 onun başına butulka vurması nəticəsində aldığı xəsarət zamanı başından axmış qan olduğunu bildirmişdir. Kafedəki masanın üzərindən Təqsirləndirilən şəxs göstərdiyi yaşıl rəngli, üzərində “Sirab” yazılmış şüşə butulka və Şahid5 göstərdiyi mətbəxin qapısının qarşısında yerə səpələnmiş ağ rəngli saxsı fincan qırıntıları iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir alət, predmet aşkarlanaraq götürülməmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 1-ci cild 133-134 və 165-ci vərəqələrində olan, hadisənin baş verdiyi Balakən şəhəri H. Əliyev prospekti 53 ünvanında yerləşən “Piramida” kafesinin müçahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin köçürüldüyü üç ədəd diskə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Məhəmməd Kalteyevin əyləşdiyi masaya yaxınlaşıb onlara öz iradını bildirdikdən sonra mübahisə yaranmış, daha sonra isə o, Zərərçəkmiş şəxs yıxılana kimi döymüşdür. İşin 1-ci cild 172-173-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə AR SN Məhkəmə Tibbi Ekspertiza və X8 X15 Balakən rayon MTE və PA şöbəsinin X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 49 nömrəli ekspert rəyinin nəticə hissəsində (canlı şəxsin ekspertizası) göstərilmişdir:

1. Vət. Kaltayevdə müəyyən edilmiş xəsarət – sağ əlin ovuc səthində sıyrıq- küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2024-cü ildə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

2. Vət. Kaltayevdə yuxarıda qeyd edilmiş xəsarətin əmələ gəlmə şəraitinin istintaq yolu ilə araşdırılması daha məqsədə uyğundur. İşin 2-ci cild 13-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən “Balakən Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 871 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı sərxoş olmuşdur. İşin 2-ci cild 14-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən “Balakən Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 872 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmuşdur. İşin 1-ci cild 188-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 51-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Gərəkli kənd İƏD-si tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət ərizəsi daxil olmadığı qeyd edilmişdir. İşin 2-ci cild 49-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü ildə verilmiş 349 nömrəli arayışdan görünür ki, Bodurov X3 rayonu Gərəkli kəndində yaşayır. İşin 2-ci cild 50-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 10 may 2024-cü ildə verilmiş 350 nömrəli arayışdan görünür ki,Təqsirləndirilən şəxs himayəsində işləməyən atası, anası və qardaşları vardır. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs,şahidlər-Şahid1 Rəfayıl oğlunun, Şahid2, Şahid4 və Şahid3 ifadələrini , ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Xuliqanlıq cinayəti törətməməsi, özünü müdafiə etməsi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə ( video görüntülər,zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və s. ilə ) təkzib olunduğundan məhkəmə, mübahisənin məhz onun səlahiyyətinə aid olmadığı halda qarson Şahid5 müdafiəsi üçün Zərərçəkmiş şəxs və digərlərinin əyləşdikləri masaya yaxınlaşaraq onlara irad tutması nəticəsində başlanmasını, Şahid5 yıxılana kimi, hətta durub getmək istədikdə yenə də döyməsini nəzərə alaraq onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci tarixli qərarında göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəbolur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməliAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Qərarın 2-ci bəndində məhkəmələrə İzah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Qərarın 4-cü bəndində izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, daha ciddi cəza növünü tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, aylıq qazancının 20(iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1(bir )il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını iş yerində çəksin. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar