Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-81/2025 15.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ (Başlandı saat 11:05-də qurtardı saat 13:10-da) Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1978-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Balakən Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(019)-34/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 179.2. 3-cü və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Balakən rayonunun Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində 12 avqust 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs cavabdeh kimi ondan “New Holland TC 4.90” markalı, zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığanın və “Maschio Gaspardo SP-540” markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpənin saz vəziyyətdə və 100 (yüz) manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs qaytarılmasına dair Balakən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2(019)-264/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 3(019)- 48/2024 saylı qərarına əsasən 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 06 sentyabr 2024-cü və 13 yanvar 2025-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirərək “New Holland TC 4.90” markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığanı və “Maschio Gaspardo SP-540” markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpəni saz vəziyyətdə və 100 (yüz) manat dövlət rüsumunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs,ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2003cü il tarixdən hal-hazıradək fərdi olaraq kənd təsərrüfatı ilə, yəni əkinçilik və maldarlıq işləri ilə məşğul olur. "xxxx" ASC ilə bağlanmış 10 iyun 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən “New Holland TC 4.90” markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığan, 19 may 2021-ci il tarixli lizinq müqaviləsinə əsasən isə “Maschio Gaspardo SP-540” markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpən qardaşı Zərərçəkmiş şəxs adına sənədləşdirilərək lizinqə verilmişdir. Belə ki, həmin vaxtı özünün adına gecikmələri olduğuna görə lizinq müqavilələrini qardaşı Zərərçəkmiş şəxs adına sənədləşdirmişlər. Həmin texnikalar lizinqə verildiyi vaxtdan onun istifadəsində olmuş və onlara görə 2022-ci ilin sentyabr ayınadək lizinq ödənişlərini qardaşı Zərərçəkmiş şəxs adından özü etmişdir. Lakin sonradan qardaşı Zərərçəkmiş şəxs ilə aralarında olan münasibətləri pozulduğuna görə sonuncu sözügedən əmlakların ona məxsus olduğunu bildirərək əmlakların qaytarılması ilə bağlı aidiyyəti üzrə məhkəmədə iddia qaldırmış və Balakən Rayon Məhkəməsi tərəfindən New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığanın və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpənin saz vəziyyətdə və dövlət rüsumuna görə 100 (yüz) manatın alınaraq alınaraq qardaşı Zərərçəkmiş şəxs qaytarılması barədə 24 iyul 2023-cü il tarixli qətnamə çıxarılmışdır. O, bütün texnikalarını evindən təxminən beş yüz – altı yüz metr uzaqlıqda, digər qardaşı Şahid3 evinin yaxınlığında yerləşən qarajda saxlayır . Məhkəmə qətnaməsində qeyd edilən toxumsəpəni və kombayn taxılyığanı həmin qarajda saxlamış, 2023-cü ilin iyun ayında kombayn taxılyığanı qardaşı Valeh qarajdan özü sürüb aparmışdır. Toxumsəpəni isə 06 may 2025-ci il tarixdə icra məmurları ondan götürərərək Balakən RPŞ-nin duracağına yerləşdirmişlər. Qeyd edilən kombayn onda olmadığı halda məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə icra məmurları tərəfindən ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarına əsasən qanunsuz və əsassız olaraq 1200 (min ki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Zərərçəkmiş şəxs sübut təqdim etsin ki, kombaynı mənə icarə yaxud başqa əsasla vermişdir. Onların arasında heç bir müqavilə olmamış, Zərərçəkmiş şəxs kombaynı özü aparmışdır, kombayn 2023-cü ildən Valehin özündədir. Onun heç bir təqsiri yoxdur. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, bir neçə idir ki, kənd təsərrüfatı işləri ilə məşğul olur. "xxxx" ASC tərəfindən 10 iyun 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən 197200 (yüz doxsan yeddi min iki yüz) manat dəyərində, New Holland TC 4.90 markalı, zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığan , 19 may 2021-ci il tarixli lizinq müqaviləsinə əsasən isə 17500 (on yeddi min beş yüz) manat dəyərində, Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpən ona lizinqə verilmişdir. O, həmin kombayn taxılyığanı və toxumsəpəni aralarında olan şifahi razılaşmaya əsasən qardaşı Təqsirləndirilən şəxs istifadəyə vermişdir. Razılaşmaya görə qardaşı Təqsirləndirilən şəxs lizinq ödənişlərini ödəməkdə ona köməklik etmişdir. Lakin bir müddət sonra aralarında mübahisələr yarandığına görə qardaşı Təqsirləndirilən şəxs ödənişləri dayandırmışdır. Buna görə də qardaşı Təqsirləndirilən şəxs həmin texnikaların ona qaytarılmasını istəmiş, sonuncu isə kombaynı və toxumsəpəni ona qaytarmaqdan imtina etmişdir. Odur ki, həmin texnikaların qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsi iddiasını qismən təmin edərək qardaşı Təqsirləndirilən şəxs New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığanın və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpənin saz vəziyyətdə alınaraq ona qaytarılması, həmçinin dövlət rüsumuna görə 100 (yüz) manatın alınaraq ona ödənilməsi barədə 24 iyul 2023-cü il tarixli qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamənin çıxarılmasından iki ilə yaxın müddətin keçməsinə baxmayaraq və dəfələrlə icra məmurları ilə birlikdə qardaşı Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək qətnamənin icrasını tələb etsələr də, sonuncu məhkəmə qətnaməsində qeyd edilən texnikaları ona qaytarmamışdır. Buna görə də o, həmin texnikalardan istifadə edərək gəlir əldə edə bilmədiyi üçün qeyd edilən texnikalara görə lizinq ödənişlərini ödəməkdə çətinliklər yaşamış və məcburiyyət qarşısında qalaraq banklardan kredit götürməklə lizinq ödənişlərini həyata keçirmişdir. Hazırda isə maddi vəziyyəti ağır olduğuna görə banklara olan borclarını ödəyə bilmədiyi üçün qeyd edilən kombayın taxılyığanın qardaşı Təqsirləndirilən şəxs alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində qeyd edilən kombaynı qardaşı Təqsirləndirilən şəxs qətnamə qəbul edilməmişdən əvvəl başqa əraziyə apararaq gizlətmişdir. Belə ki, hələ qeyd edilən mübahisə ilə bağlı məhkəmə prosesləri davam edən zaman o, müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarı ilə adı çəkilən texnikaların onun saxlancına verilməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə bağlı icra məmuru ilə birlikdə 11 may 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs məxsus qaraja baxış keçirildikdə icra məmuru kombaynın və toxumsəpənin qardaşı Təqsirləndirilən şəxs məxsus qarajda olduğunu müəyyən etmişdir. Lakin qardaşı Təqsirləndirilən şəxs həmin vaxtı texnikaları verməkdən imtina etmiş, icra məmuru bu barədə akt tərtib etmişdir. Həmçinin qardaşı Təqsirləndirilən şəxs məhkəmədə işə baxılarkən məhkəmədə verdiyi izahatında kombaynın onda olduğunu və onu vermək fikrində olmadığını açıq şəkildə bildirmişdir. Hazırki məhkəmə qətnaməsi qəbul edildikdən sonra icra məmurları ilə birlikdə qardaşı Təqsirləndirilən şəxs məxsus qaraja baxış keçirdikdə isə həmin kombaynın orada olmadığı məlum olmuşdur. Məhkəmə qətnaməsində göstərilən toxumsəpənin qardaşı Təqsirləndirilən şəxs məxsus qarajda olduğu müəyyən edilərək icra məmurları tərəfindən götürülməsi ona təklif olunmuş, lakin o, toxumsəpəni kombaynla birlikdə qəbul etmək istədiyinə görə həmin texnikanı götürməkdən imtina etmişdir. Bundan başqa istintaq zamanı əlavə olaraq ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsində qeyd edilən kombaynın biçin qurğusunun eni beş metr olduğuna görə kombayın həmin qurğu ilə birlikdə qaraja yerləşmirmiş. Buna görə də qardaşı Təqsirləndirilən şəxs biçin qurğusunu ayırdıqdan sonra kombaynı qaraja salırmış. Biçin qurğusunu isə qardaşı Təqsirləndirilən şəxs evinin yaxınlığında olan ərazidə saxlayırmış. Biçin qurğusu həcimli və ağır olduğundan kombaynı həmin qurğu ilə birlikdə magistral yollarda idarə etmək çətin olduğuna görə Təqsirləndirilən şəxs kombaynı gecə vaxtı sürərək, biçin qurğusunu isə Balakən şəhəri, Z.Əliyeva küçəsi, ev 46-da yaşayan Şahid2 idarə etdiyi kran vasitəsilə yük maşınına yükləyərək aparmışlar.Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanuni cəza təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən rayon məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2(019)-264/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd saz vəziyyətdə toxumsəpən və dövlət rüsumuna görə 100 (yüz) manat alınaraq Zərərçəkmiş şəxs qaytarılmalıdır. Qeyd edilən icra sənədi üzrə 02 oktyabr 2023-cü il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona verilmiş müddət ərzində tələbin icrasını təmin etmədiyinə görə məcburi icra tədbirlərinə başlanılmışdır. Əmlakların qaytarılmasının təmin edilməsi məqsədilə borclu Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə və qaraja baxış keçirilmiş, lakin baxış zamanı məhkəmə qətnaməsində göstərilən toxumsəpənin həmin qarajda saxlanıldığı müəyyən edilsə də, kombayn taxılyığanın yerini müəyyən etmək mümkün olmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs icra şöbəsinə çağırılsa da, çağırışlardan yayınmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 07 noyabr 2023-cü il tarixli qərarla barəsində axtarış elan edilmiş, 18 yanvar 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borcluya izah olunaraq qətnamənin icrası ondan tələb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs yazılı izahat verməkdən imtina etmiş və şifahi qaydada kombaynın özündə olmadığını, kombayn qardaşı Zərərçəkmiş şəxs tərəfindən onun xəbəri olmadan qarajdan aparıldığını bildirərək qətnamənin icrasından yayınmışdır. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülmüş və Balakən rayon məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarı ilə borclu Azər Təqsirləndirilən şəxsbaycan Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası ondan tələb edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və kombaynın onda olmadığını əsas gətirərək qaytarmaqdan yayınmaqda davam etmişdir. İcra müddətində icra sənədinin icrası istiqamətində borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borclu görülmüş icra tədbirlərindən nəticə çıxarmayaraq qətnamədə göstərilən kombayn taxılyığanın tələbkara qaytarılmasını, o cümlədən 100 (yüz) manat dövlət rüsumunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə müxtəlif dövlət orqanlarına, o cümlədən dəfələrlə Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək mübahisəli texnikalara görə aylıq lizinq ödənişlərini bankdan kredit alaraq ödədiyini, hazırda banklara kifayət qədər kredit borcunun olduğunu, kredit məbləğlərini ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs qətnamədə göstərilən texnikaların alınaraq ona qaytarılmasını, əks halda sonuncu barəsində ən ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Təqdimat verildikdən sonra məhkəmə qətnaməsində göstərilən Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpəni 06 may 2025ci il tarixdə borclu Təqsirləndirilən şəxs məxsus qarajdan götürərək Balakən RPŞ-nin duracağına yerləşdirərək bu barədə müvafiq akt tərtib etmişlər. Şöbəsinin icraatında borclu Təqsirləndirilən şəxs qanunsuz istifadəsində olan New Holland TC 4.90 markalı, zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığandan və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpəndən istifadəsi qadağan olunmaqla həmin texnikaların Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs saxlancına verilməsinə dair Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e- 16(019)-18/2023 saylı qərardadı əsasında verilmiş icra sənədi olmuşdur. Həmin icra sənədinin icrası ilə bağlı şöbənin icra məmuru tərəfindən 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus qaraja baxış keçirilərkən hər iki texnikanın həmin qarajda olduğu müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs icra prosesinə gəlməmiş, telefon danışığı zamanı həmin texnikaları tələbkara verməyəcəyini bildirmişdir. İcra məmuru tərəfindən bu barədə müvafiq akt tərtib edilmişdir. 24 avqust 2023-cü il və 20 sentyabr 2023-cü il tarixlərdə isə icra məmurları tərəfindən yenidən həmin qaraja baxış keçirilərkən icra sənədində göstərilən New Holland TC 4.90 markalı, zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığanın həmin saxlanc yerində olmadığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs isə kombaynın yerini bildirməkdən imtina etmişdir. Qeyd edilənlərlə bağlı aktlar tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Balakən rayonunda "xxxx" ASC-də sürücü krançı işləyir və özünə məxsus avtokranla fərdi qaydada xidmət göstərir. Təxminən 2023-cü ilin may-iyun aylarında Təqsirləndirilən şəxs ondan kombayn taxılyığanın biçin qurğusunu avtokranla qaldırıb yük maşınına yükləməsini xahiş etmişdir.O, Təqsirləndirilən şəxs xahişi əsasında sonuncunun evinin qarşısında olan kombaynın biçin qurğusunu öz şəxsi avtokranı ilə qaldıraraq evakuatora yükləmişdir. Onun Təqsirləndirilən şəxs biçin qurğusunu evakuatora hansı məqsədlə yüklətməsi,hara aparması barədə heç bir məlumatı olmamışdır. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşlarıdır. Təqsirləndirilən şəxsla münasibəti yaxşıdır,lakin bir neçə ildir ki, Zərərçəkmiş şəxsla danışmırlar. Təqsirləndirilən şəxs texnikalarını saxladığı qaraj onun evinin yaxınlığında yerləşir. Onların bütün texnikaları həmin qarajda saxlanılır. 2023-cü ilin iyun ayında səhər saat 8-10 radələrində qarajda olan kombaynın işə salındığını görüb pəncərədən baxanda Zərərçəkmiş şəxs kombaynı işə salıb,sürüb apardığını görmüşdür. O, bu barədə təxminən beş dəqiqə sonra qardaşı Azərə bildirmişdir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşlarıdır. Təqsirləndirilən şəxsla münasibəti yaxşıdır,lakin bir neçə ildir ki, Zərərçəkmiş şəxsla danışmırlar. Özü ustadır, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs texnikalarını saxladığı qaraj qardaşları Orxan və Faiqin evlərinin arasında yerləşir. Qardaşlarının bütün texnikaları həmin qarajda saxlanılır. 2023-cü ilin iyun ayında səhər səhər qardaşı Faiqin həyətində işləyərkən qarajda olan kombaynın işə salındığını görüb baxanda Zərərçəkmiş şəxs kombaynı işə salıb,sürüb apardığını görmüşdür. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşlarıdır. Təqsirləndirilən şəxs texnikalarını saxladığı qaraj onun və qardaşı Orxanın evlərinin arasında yerləşir. Qardaşlarının bütün texnikaları həmin qarajda saxlanılır. 2023-cü ildə.dəqiq xatırlamadığı bir gün səhər-səhər Zərərçəkmiş şəxs qarajda olan kombaynı işə salıb,sürüb apardığını görmüşdür. İşin 10-25-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2(019)-264/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi; cavabdeh Təqsirləndirilən şəxs New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması; iddia qalan hissədə təmin edilməməsi; cavabdeh Təqsirləndirilən şəxs 100 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşin 26-27-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2(019)-264/2023 saylı icra sənədindən surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalı; cavabdeh Təqsirləndirilən şəxs 100 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşin 30,38,57,89-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən iş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən, 28 dekabr 2023-cü il, 06 sentyabr 2024-cü il və 13 yanvar 2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs icra müddətində qətnamənin icrası tələb edilərək məsuliyyəti diqqətinə çatdırılmışdır. İşin 142-148-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-16 (019)-18/2023 saylı qərardadından görünür ki, ərizəsi əsasında qeyd edilən mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Təqsirləndirilən şəxs qanunsuz istifadəsində olan New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığandan və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpəndən cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs saxlancına verilməsi qərara alınmışdır. İşin 169-171-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasından ötrü verilmiş təqdimatdan sonra məhkəmə qətnaməsində göstərilən Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpən 06 may 2025-ci il tarixdə icra məmurları tərəfindən borclu Təqsirləndirilən şəxs məxsus qarajdan götürərək Balakən RPŞ-nin duracağına yerləşdirilmişdir. İşin 157-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən icra sənədinin icrası ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 11 may 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin tarixdə borclu Təqsirləndirilən şəxs məxsus qaraja baxış keçirilərkən hər iki texnikanın həmin qarajda olduğu müəyyən edilmiş, lakin sonuncu ilə telefon danışığı zamanı icra prosesinə gəlməkdən imtina edərək məhkəmə qətnaməsində qeyd edilən texnikaları qardaşı Zərərçəkmiş şəxs qaytarmayacağını bildirmişdir. . İşin 57-61-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-48/2024 nömrəli qərarından görünür ki,həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinini 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanə törətməkkdə təqsirli bilinməsi və 1200 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. İşin 63-66-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinini xx.xx.2024-cü il tarixli 3(107)-2212024 nömrəli qərarından görünür ki,həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs şikayətinin təmin edilməməsi,Balakən Rayon Məhkəməsinin 24 oyun 2024-cü il tarixli ,3(019)-48/2024 nömrəli qərarının baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin 82-84-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(107)-57/2024 nömrəli qərardadından görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi,Balakən Rayon Məhkəməsinini xx.xx.2023-cü il tarixli e-2(019)-264/2023 nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti-icra sənədi tam icra olunanadək məhdudlaşdırılması qərara alınmışdır. İşin 132-135-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(019)-34/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması,Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, onun cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsi,iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖİN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilməsi,mülki iddianın təmin edilməsi,Təqsirləndirilən şəxs 25304,44 manat maddi ziyana görə, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinə görə və 166 məbləğində ödənmiş dövlət rüsumuna görə, cəmi 25970,44 manatın tutulub zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin xeyrinə ödənməsi, mülki iddianın təmin edilməsi üçün Təqsirləndirilən şəxs mülkiyyətində olan ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobili və Balakən rayonu Qazma kəndində yerləşən 1,06 ha, 1,93 ha, 1,39 ha, 1,308 ha, 1,04 ha, 1,12 ha, 0,89 ha, 2,58 ha və 1,226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanması, mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulmuş ** BK *** dövlət qeydiyyat nişanlı, “DAF FTFX 105.460T” markalı yük avtomobilin üzərindən həbsin götürülməsinə dair Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması,hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin 149-156-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 16(107)-51/2023 saylı qərardadından görünür ki, cavabdeh Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 16(107)-51/2023 saylı qərardadı ilə New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığandan və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpəndən cavabdeh Təqsirləndirilən şəxs və digər şəxslərin istifadəsinə qadağa qoyulmaqla və həmin əmlakların ondan alınıb iddiaçı Zərərçəkmiş şəxs saxlanca verilməsinə dair tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardadının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs mübahisə ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına məhz 12 sentyabr 2023-cü il tarixdə ünvanladığı ərizəsində mübahisəli əmlakların 2019-cu ildən faktiki olaraq onun sahibliyində və istifadəsində olduğunu göstərməklə həmin əmlaklardan onun və digər şəxslərin istifadəsinə qadağan qoyulmaqla həmin əmlakların ondan alınıb Zərərçəkmiş şəxs verilməsinə dair tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin 188-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Rəsulov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(019)-34/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinini xx.xx.2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İşin 220-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 12 avqust 2025-ci il tarixli barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 avqust 2025-ci il tarixdə saat 14:45-də könüllü olaraq Balakən rayon Polis Şöbəsinə gələrək təslim olmuşdur. İşin 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. İşin 94-95-ci vərəqələrində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2015-ci ildə anadan olmuş Namiq və Natiq adlı uşaqları vardır. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 821/8 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək Balakən Rayon Məhkəməsinin 26.07. 2023-cü il tarixli hökünə əsasən 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş ,xx.xx.1978-ci il təvədllüdlü məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 1 il 07 ay 12 gün ,cəzasının çəkilmiş hissəsi 1 il 4 ay 18 gün təşkil edir. Məhkum Təqsirləndirilən şəxs 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasını çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. “New Holland TC 4.90” markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığanın onda olmaması, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs həmin kombaynı qarajdan sürüb aparması,o vaxtdan kombaynın Zərərçəkmiş şəxs olması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir . Belə ki, Təqsirləndirilən şəxs,Zərərçəkmiş şəxs ifadələrindən aydın olur ki, “New Holland TC 4.90” markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığanın 2019-cu ildən Təqsirləndirilən şəxs istifadəsində olmuş, istifadə olunmayanda ona məxsus qarajda olmuşdur. Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-16 (019)-18/2023 saylı qərardadı ilə cavabdeh Təqsirləndirilən şəxs qanunsuz istifadəsində olan New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığanın və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpənin cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs saxlancına verilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Akif Mahmudov tərəfindən 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus qaraja baxış keçirilərkən kombaynın həmin qarajda olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs icra prosesinə gəlməkdən imtina edərək məhkəmə qətnaməsində qeyd edilən texnikaları Zərərçəkmiş şəxs qaytarmayacağını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsindən aydın olur ki, təxminən 2023-cü ilin may-iyun aylarında Təqsirləndirilən şəxs ondan kombayn taxılyığanın biçin qurğusunu avtokranla qaldırıb yük maşınına yükləməsini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs xahişi əsasında sonuncunun evinin qarşısında olan kombaynın biçin qurğusunu öz şəxsi avtokranı ilə qaldıraraq evakuatora yükləmiş, evakuator həmin qurğunu aparmışdır. 24 avqust 2023-cü il və 20 sentyabr 2023cü il tarixlərdə isə icra məmurları tərəfindən yenidən həmin qaraja baxış keçirilərkən icra sənədində göstərilən New Holland TC 4.90 markalı, zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd kombayn taxılyığanın həmin saxlanc yerində olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mübahisə ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına 12 sentyabr 2023-cü il tarixdə ünvanladığı ərizəsində mübahisəli əmlakların 2019-cu ildən faktiki olaraq onun sahibliyində və istifadəsində olduğunu göstərməklə həmin əmlaklardan onun və digər şəxslərin istifadəsinə qadağan qoyulmaqla həmin əmlakların ondan alınıb Zərərçəkmiş şəxs verilməsinə dair tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən sübutlarla təsdiq olunur ki, Balakən Rayon Məhkəməsinin 24 iyul 2023cü il tarixli, e-2(019)-264/2023 saylı icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalı olan New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən 2019-cu ildən Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Aralarında narazılıq yarandıqdan sonra Zərərçəkmiş şəxs texnikaları geri tələb etmiş, Təqsirləndirilən şəxs texnikaları geri qaytarmaqdan imtina etdiyi üçün Zərərçəkmiş şəxs iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs ərizəsi əsasında Balakən Rayon Məhkəməsinin 25 aprel 2023cü il tarixli, e-16 (019)-18/2023 saylı qərardadı ilə müvəqqəti təminat tədbiri olaraq cavabdeh Təqsirləndirilən şəxs qanunsuz istifadəsində olan New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı bir ədəd Kombayn taxılyığanın və Maschio Gaspardo SP-540 markalı, şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan bir ədəd toxumsəpənin cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs saxlancına verilməsi qərara alınmışdır.Təqsirləndirilən şəxs Kombaynın Zərərçəkmiş şəxs verilməməsi üçün 2023-cü ilin iyun ayında həmin kombaynı aparıb başqa ünvanda gizlətmiş, sonra isə kombaynın taxılbiçən qurğusunu evakuatora yükləyərək aparmışdır. Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanladığı ərizəsində özü də etiraf etmiuşdir ki, mübahisəli əmlaklar 2019-cu ildən faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Beləliklə məhkəmə iclasında mötəbər sübutlarla təsdiq olundu ki, Zərərçəkmiş şəxs qaytarılmalı olan New Holland TC 4.90 markalı Kombayn taxılyığan hazırda da Təqsirləndirilən şəxsdır,onun kombaynın 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs tərəfindən aparılması barədə göstərdikləri yalandır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs vəsatəti əsasında şahid qismində ifadə verən Şahid3, Şahid5 və Şahid4 da məhkəmə iclasında kombaynın 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs tərəfindən qarajdan sürülüb aparılması barədə yalan ifadə vermişlər. Odur ki, məhkəmə onların ifadələrini də sübut kimi qəbul etməmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi Balakən Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(019)-264/2023 saylı 24 iyul 2023-cü il tarixli qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X2 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci) maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir.Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə mənfi cəhətdən xarakterizə olunmamasını, əvvəllər məhkum olunmasını, hazırda cəza çəkməsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən hazırkı cinayət əməlini törətməsini, hazırda da yalan ifadələr verməklə qətnaməni icra etməkdən yayınmağa çalışmasını, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini,onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 1(019)- 34/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 1il müddətə dövlət orqanlarında yerli özünü idarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 7 ay 12 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumemənin bir gününə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, onun 12 avqust 2025-ci il tarixdə bir gün tutulub saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o,azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin,1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 1(019)-34/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 1(bir) il müddətə dövlət orqanlarında yerli özünü idarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1(bir) il 7(yeddi) ay 12 (on iki) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) günü azadlıqdan məhrumemənin bir gününə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 1(bir) il 3(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Onun 12 avqust 2025-ci il tarixdə bir gün tutulub saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən həmin cəzadan çıxılsın üzərində qəti olaraq 1(bir) il 2(iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 88 (səksən səkkiz) manat manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-81/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-81/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver