Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-82/2022 10.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1974-cü il tarixdə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Balakən rayonu Şambul kəndində qeydiyyatda olan və yaşayan, 11 iyun 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında yaşadığı Balakən rayonu Şambul kəndi ərazisindən keçən “Mazımçay” adlanan çayın yanında yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən 08 ədəd toxumları toplayaraq yaşadığı evə aparıb gizlədərək saxlamış, 2022-ci ilin may ayının əvvəlində həmin 08 ədəd toxumları yaşadığı evin həyətyanı sahəsində dirrikdə qəsdən, qanunsuz olaraq əkmiş, həmin əkdiyi toxumlardan bitərək inkişaf etmiş 05 ədəd, yəni xeyli miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini suvarıb diblərini alaq otlarından təmizləməklə və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. 10 iyun 2022-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 12:05-dən saat 13:10-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahəsindəki dirrikdən onun qəsdən, qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etdiyi, uzunluqları 19 sm-dən 58 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 27,04 qram olan 05 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaq sahəsində əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Şambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Əvvəllər bir neçə dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. O, həmişə olduğu kimi 2021-ci ilin avqust ayında həyətində bəslədiyi heyvanları yaşadığı evin yaxınlığından keçən “Mazımçay” adlanan çaya suvarmağa aparmış, həmin vaxt orada çayın kənarında 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüş və sonra özü istifadə etmək üçün əkmək məqsədi ilə həmin bitkinin üzərindən 08 ədəd toxumları yığıb yaşadığı evə aparmışdır. Evə çatanda həmin toxumları ailə üzvləri görməsin deyə 01 ədəd sellofana büküb evinin həyətində olan çardağın örtüklərinin arasında gizlətmişdir. O, 2022-ci ilin may ayının əvvəllərində yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsində qarğıdalı bitkisinin toxumlarını əkən zaman həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını da qarğıdalı toxumları ilə birlikdə əkib becərmək qərarına gəlmiş, buna görə həmin 08 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını gizlətdiyi yerdən götürüb qarğıdalı toxumları ilə birlikdə dirrik sahəsində torpağa əkmişdir. Bir neçə gündən sonra həmin əkdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından 05 ədədi bitib cücərmiş, 03 ədədi isə bitməmişdir. Bundan sonra o, mütəmadi olaraq dirrik sahəsinə gedib bitmiş 05 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada quluq etməyə başlamış, yəni həmin şitillərin yaxşı inkişaf etmələri üçün diblərini alaq otlarından təmizləmiş və suvarmışdır. Nəticədə həmin 05 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri xeyli böyümüşlər. O, 10 iyun 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman küçədən kiminsə onu səslədiyini eşitmiş, buna görə küçəyə çıxanda Balakən RPŞ-nin əməkdaşları özlərini ona təqdim edərək, onun həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə Polis Şöbəsinə məlumat daxil olduğunu demişlər, onu bu barədə qərarla tanış etmişlər və buna görə həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşlarının yanında bir müəxəssis-aqronom olmuşdur. O, yaşadığı evə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra, polis əməkdaşları tərəfindən ona evinin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitki əkib-əkməməsi barədə sual verilmiş, o da səmimi etiraf edərək evinin arxasında yerləşən dirrik sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirmiş və həmin bitkilərin yerini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra həmin əkibbecərdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkiləri mütəxəssis-aqronomun iştirakı polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, bitkilərin boyu ölçülərkən ən kiçiyinin hündürlüyü 19 santimetr, ən böyüyünün hündürlüyü isə 58 santimetr təşkil etmişdir. Baxış zamanı mütəxəssis-aqronom həmin bitkilərə baxaraq aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş həmin 05 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən 01 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış zamanı onun yaşadığı evdən və evinin həyətyanı sahəsindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı Zaur Xəlilov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı təqdim olunmuş, daha sonra onun vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi PŞ-nə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tarixli 17/477 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 05 ədəd uzunluqları 19 sm-dən 58 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 27,04 olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 05 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini özü istifadə etmək məqsədi ilə əkmişdir. Onun yaşadığı evin həyətyanı sahəsində 05 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkməsindən heç kimin məlumatı olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir.Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 10 iyun 2022-ci il tarixdə Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o, üzvləri Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov, PPXB-nin manqa komandiri polis baş serjantı Şahid2 və PPXB-nin polis nəfəri polis baş serjantı Arif Ağcayev olmaqla həmin tarixdə səhər saatlarında tədbirin həyata keçirilməsi məqsədi ilə toplanmışlar. Daha sonra tədbirdə mütəxəssis qismində iştirak etməsi üçün aqronom Fəzail Fərhadlı TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov tərəfindən PŞ-nə dəvət olunmuş və həmin tərkibdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Təxminən saat 12:00 radələrində ünvana çatanda Təqsirləndirilən şəxs darvazadan səsləyib bayıra çağırmışlar, sonuncu bayıra çıxandan sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını, həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə Polis Şöbəsinə məlumat daxil olduğunu və buna görə həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt təhqiqatçı X6 Ahmatovu baxış keçirilməsi barədə qərarla tanış etmiş və sonuncu yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitki əkib-əkməməsi barədə sual verilmiş, sonuncu da səmimi etiraf edərək evinin arxasında yerləşən dirrik sahəsində 05 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirmiş və həmin bitkilərin yerini onlara göstərmişdir. Həmin 05 ədəd narkotik tərkibli çətənə bitkiləri mütəxəssis-aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, bitkilərin boyu ölçülərkən ən kiçiyinin hündürlüyü 19 santimetr, ən böyüyünün hündürlüyü isə 58 santimetr təşkil etmişdir. Baxış zamanı mütəxəssis-aqronom həmin bitkilərə baxaraq aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş həmin 05 ədəd narkotik tərkibli çətənə bitkiləri 01 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və evinin həyətyanı sahəsindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış PPXB-nin polis nəfəri polis baş serjantı Arif Ağcayev tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər və sonuncu etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid2, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 16-19-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 10 iyun 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokolda göstərilmişdir ki, həmin tarixdə saat 12:05 dəqiqədən saat 13:10 dəqiqəyədək olan müddət ərzində mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Şambul kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə, həmçinin yardımçı tikililərə baxış keçirilmişdir. Çöl darvaza qapısından içəri daxil olduqda həyətyanı sahədə kürsülü bir mərtəbəli, üç otaq, mətbəx və eyvandan ibarət yaşayış evi, evin qarşısında isə yanaşı iki ədəd talvarlar var. Həyətyanı sahədə dirrik sahəsi də var. Evin arxa hissəsində isə qarğıdalı sahəsi və dirrik var. Həyətyanı sahəyə baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs həyətyanı sahəsində hər hansı qeyri-qanuni əşya və ya predmet, həmçinin narkotik tərkibli bitkilər əkib-becərməsi barədə sual verildikdə, o, evinin arxa hissəsində olan qarğıdalı sahəsində bitkilərin arasında olan 05 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərmişdir. Həmin bitkilər kökündən çıxarılıb uzunluğu ölçülərkən ən kiçiyinin hündürlüyü 19 sm, ən böyüyünün hündürlüyü isə 58 sm təşkil etmişdir. Həmin 05 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər kökündən çıxarılıb 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənib maddi sübut kimi götürülmüşdür. Bundan başqa, qarğıdalı sahəsinin digər yerlərinə, dirrik sahəyə, həyətyanı sahəyə, həmçinin evə və həyətyanı sahədə yerləşən tikililərə baxış keçirilən zaman heç bir qeyri-qanuni əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Baxış günün təbii işıqlı vaxtında keçirilmişdir. Baxış prosesi “Panasonic HD” markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış zamanı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və təklif daxil olmamış, doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən aqronommütəxəssis X3 verdiyi 10 iyun 2022-ci il tarixli rəydən görünür ki, 10 iyun 2022-ci il tarixdə Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dirrik sahədə olan qarğıdalı bitkilərinin arasında aşkar edilmiş, 05 ədəd hündürlükləri 19 sm-dən 58 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, suvarılmış və alaq otlarından təmizlənmişdir. İşin 42-46-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 10 iyun 2022-ci tarixli 17/477 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan...” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 19 sm-dən 58 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 27,04 qram olan 05 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Fəzail Fərhadlının 10 iyun 2022cil il tarixli rəyinə əsasən 05 (beş) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 102-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 23 iyun 2022-ci il tarixli 914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 30-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 10 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 10 iyun 2022-ci ildə saat 12:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 77-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 11 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmişdir. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə saat 21:00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 99-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Şambul kənd sakinidir. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı, 2007-ci il təvəllüdlü Səbinə adında bir uşağı vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cinayət əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 10 iyun 2022-ci il və 11 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə şəkməli, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxsvən tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 05 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,25 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 26,79 qram olan 05 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 10 iyun 2022-ci il və 11 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 05 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,25 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 26,79 qram olan 05 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski iş materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-82/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-82/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver