Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-82/2023 20.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı,müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 , təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1971-ci il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ıı qrup əlil, Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxxx 1983-cü il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində Balakən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 05 aprel 2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Şərif kəndi ərazisində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə 100 manat pul müqabilində alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 və 4,94 qram, ümumi təmiz çəkisi 9,99 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq Balakən rayonu Şərif kəndində yaşadığı evdə, xx.xx.2023-cü il tarixdən etibarən isə əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 08 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 23:15-dən saat 23:45-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı, 02 ədəd kibrit qutularındakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 və 4,94 qram, ümumi təmiz çəkisi 9,99 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 2021-ci ilin avqust ayında Balakən rayonu Şərif kəndi ərazisində “Mazımçay” adlı çayın kənarında aşkar etdiyi yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evə aparıb gizlətməklə saxladığı istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayının sonlarında həmin kənd ərazisindəki torpaq sahəsində qəsdən, qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 07 (yeddi) ədəd uzunluqları 136 sm-dən 180 sm-dək ümumi çəkiləri 195,43 qram botaniki əlamətlərinə görə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin sentyabr ayının ortalarında əkib yetişdirərək kultivasiya etdiyi həmin 07 (yeddi) ədəd çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla, qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 146,41 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq həmin torpaq sahəsində şüşə bankaya doldurub torpağa basdıraraq gizlədib saxlamış, həmin narkotik vasitənin 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 və 4,94 qram, ümumi təmiz çəkisi 9,99 qram olan hissəsini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Şərif kəndi ərazisində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 100 manat müqabilində satmış, geriyə qalan 136,42 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 127,65 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq həmin torpaq sahəsində şüşə bankanın içərisində gizlədib saxlamış, geriyə qalan 01 ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 8,77 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki göy rəngli gödəkcənin sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 08 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq 100 manat müqabilində satdığı iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 və 4,94 qram ümumi təmiz çəkisi 9,99 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 23:15-dən saat 23:45-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüş, eləcə də, Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, əldə edib daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,77 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 09 aprel 2023cü il tarixdə saat 01:25-dən saat 01:50-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 09 aprel 2023-cü il tarixdə saat 02:15-dən 03:10-dək olan müddət ərzində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq, əldə edib 01 ədəd şüşə bankanın içərisinə doldurub torpağa basdıraraq gizlədib saxladığı təmiz çəkisi 127,65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də, onun qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 07 ədəd uzunluqları 136 sm-dən 180 sm-dək ümumi çəkiləri 195,43 qram botaniki əlamətlərinə görə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri həmin torpaq sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Anadangəlmə ayaqlarında xəstəlik olduğundan ikinci qrup əlildir. Təxminən 2 ildir ki, narkotik vasitədən istifadə edir. 05 aprel 2023-cü il tarixdə narkotik vasitə istifadə etmək istəmişdir. Bunun üçün də həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs2 kənd ərazisində gördüyü zaman söhbət əsnasında Kamilə narkotik vasitə istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da özündə narkotik vasitə olduğunu, 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 50 manata satdığını bildirmişdir. O da Kamillə razılaşmış və 02 ədəd kibrit qutusunda narkotik vasitə istədiyini demişdir. Bundan sonra günorta saatlarında o, yaşadıqları Şərif kəndi ərazisində Kamildən 100 manat müqabilində 02 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs2 aldığı həmin narkotik vasitəni yaşadığı evə aparıb saxlamışdır. Həmin narkotikdən bir neçə dəfə istifadə etmişdir. 08 aprel 2023-cü il tarixdə saat təxminən 22 radələrində həmin iki ədəd kibrit qutusunda olan narkotik vasitəni əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibinə qoyub istifadə etmək üçün yaşadığı evdən küçəyə çıxmışdır. Kənd ərazisində bir müddət piyada getmiş, çünki həmin narkotiki istifadə etmək üçün özünə uyğun yer axtarmışdır. Yaşadığı Şərif kəndi ərazisində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq Qabaqçöl PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi müdafiəçi Muradov X3 PB-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 02 ədəd kibrit qutularına təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin kibrit qutularının içərisindəkinin nə olması barədə sual verilmiş, o da kibrit qutularının içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi 02 ədəd kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş, kibrit qutularının ümumi çəkisi 15,93 qram təşkil etmişdir. Həmin 02 ədəd kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə bioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 17/335 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş, yəni 02 ədəd kibrit qutularının içərisindəki narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 və 4,94 qram ümumi çəkisi 9,99 qramdır. Həmçinin narkotik vasitəni aldığı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,77 qram, yaşadığı evdən aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 127,65 qramdır. Həmçinin Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkdiyi torpaq sahəsindən aşkar edilmiş 7 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kanabis) bitkisinin hissələri olduğunu bilmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 237.1, 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1la normal münasibətləri olmuşdur. Heç bir düşmənçilik və ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. O, Ramizə verdiyi narkotik vasitəni yerdən tapmış və Ramizin narkotik vasitə qəbul etdiyini bildiyindən pul almadan ona vermişdir. O,narkotik vasitə əkməmiş,kultivasiya etməmişdir. Ona məxsus balıq gölünün yanında aşkar olunmuş 7 ədəd çətənə bitkilərini o əkməmişdir. Onun balıq gölünün yanındakı torpaq sahəsindən bankada aşkar olunmuş narkotik vasitə də ona məxsus deyildir. Polis əməkdaşlarının təsir və təzyiqi ilə həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Balakən RPŞnin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 08 aprel 2023-cü il tarixdə Balakən rayon Şərif kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nin Qabaqçöl PB-nə məlumat daxil olmuş, həmin məlumat yoxlanılması məqsədi ilə tərəfindən Qabaqçöl PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında, tərəflərindən keçirilən təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs1 Balakən rayonu Şərif kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə Qabaqçöl PB-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra fasizləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 da üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin kibrit qutularının içərisində narkotik vasitə nəşə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuananı Şərif kənd sakini Təqsirləndirilən şəxs2 1 qutunun qiyməti 50 manat olmaqla ümumilikdə 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd kibrit qutuları açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd kibrit qutuları elektron tərəzidə çəkilmiş, içərisindəki kütlə ilə birlikdə kibrit qutularının çəkisi 15,93 qram olmuşdur. Həmin 02 ədəd kibrit qutuları bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Balakən rayon Şərif kənd sakini Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək 09 aprel 2023-cü il tarixdə saat təxminən 01 radələrində tərəflərindən Qabaqçöl PB-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan bükümün içərisindəkinin narkotik vasitə olduğunu, həmçinin istifadəsində olan Balakən rayonu Şərif kəndində yerləşən torpaq sahəsində də bir ədəd 01 kiloqramlıq şüşə bankaya doldurmaqla narkotik vasitə saxladığını, 3 gün əvvəl Təqsirləndirilən şəxs1 100 manat müqabilində 02 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana satdığını, bundan əlavə istifadəsində olan torpaq sahəsində 2022-ci ilin may ayında ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini, həmin bitkilərdən 07 ədədinin inkişaf etdiyini 03 ədəd çətənə bitkisinin isə quruduğunu, xarab olduğunu, üzərində saxladığı və torpaq sahəsində saxladığı, həmçinin Təqsirləndirilən şəxs1 satdığı narkotik tərkibli kütlələrin həmin əkdiyi 07 ədəd çətənə bitkilərinin üzərindən yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 9,12 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə sellofan bükümlə birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 torpaq sahəsində gizlətdiyi 01 ədəd şüşə bankada olan narkotik vasitə qurudulmuş marixuananı və 2022-ci ilin may ayında əkdiyi çətənə bitkisinin hissələrini təqdim edəcəyini bildirdiyi üçün 09 aprel 2023-cü il tarixdə saat təxminən 02 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmiş mütəxəssis aqronom Şahid4, polis əməkdaşlarının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişlər. Həmin əraziyə Təqsirləndirilən şəxs2 göstərməsi ilə yaxınlaşmışlar və qeyd olunan əraziyə çatdıqda Təqsirləndirilən şəxs2 qeyd etdiyi torpaq sahəsindəki, balıq gölünün qarşı hisəsindəki yeri göstərərək orada torpağın altında gizlətdiyi bir ədəd sellofan torbanın içərisindəki 01 kq həcmində olan şüşə bankanı təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilmiş 01 ədəd şüşə banka açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini satmaq üçün saxladığını, Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitənin həmin narkotik vasitədən götürərək satdığını bildirmişdir. Təqdim edilmiş 01 ədəd şüşə bankada olan bitki kütləsi 01 ədəd qara rəngli sellofan torbaya doldurulub elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 145 qram təşkil etmişdir. Həmin kütlə sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsində təxminən 20 metr məsafədə yerləşən torpaq sahəsində əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrini təqdim etmişdir. Həmin bitkiləri 2022ci ilin may ayında 10 ədəd olmaqla əkdiyini, lakin 03 ədədinin quruduğunu, 07 ədəd çətənə bitkisinin isə bitdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid4 aşkar edilmiş 07 ədəd bitki hissələrinin narkotik tərkibli çətənə bitkisinin hissələrinə oxşar bitki hissələri olduğunu bildirmişdir. Aşkar edilmiş bitki hissələri kökündən çıxarılıb ölçülmüş, hündürlükləri 136 sm-dən 180 sm-dək olduğu məlum olmuşdur. Həmin 07 ədəd bitki hissələri 1 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tərəfindən, yaxud digər polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq tətbiq olunmamışdır.Onun üzərində şəxsi axtarış və ona məxsus torpaq sahəsinə baxış müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Üzərində şəxsi axtarış aparılarkən və ona məxsus torpaq sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 cinayət əməlini səmimi etiraf etmiş, onun heç bir şikayəti və narazılığı olmamışdır. Təqsirləndirilən şəxs2 döyülməsi, Ramiz Qistarova narkotik vasitə satmaması, özünə məxsus balıq gölünün yanında narkotik tərkibli çətənə bitkiləri əkib becərməməsi, özünün istifadəsində olan torpaq sahəsində bankada aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1lə oxşar məzmunlu ifadə verərək onun göstərdiyini təsdiq etdilər. Onlar da həmçinin göstərdilər ki, Təqsirləndirilən şəxs2 onlar tərəfindən, yaxud digər polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq tətbiq olunmamışdır.Onun üzərində şəxsi axtarış və ona məxsus torpaq sahəsinə baxış müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Üzərində şəxsi axtarış aparılarkən və ona məxsus torpaq sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 cinayət əməlini səmimi etiraf etmiş, onun heç bir şikayəti və narazılığı olmamışdır. Təqsirləndirilən şəxs2 döyülməsi, Ramiz Qistarova narkotik vasitə satmaması, narkotik tərkibli çətənə bitkiləri əkib becərməməsi, özünün istifadəsində olan torpaq sahəsində bankada aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri yalandır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- Şahid4 məhkəmə iclasına gəlməmişdir. O,məhkəməyə teleqram göndərərək xx.xx.2023-cü il tarixdə işi ilə əlaqədar Mingəçevir şəhərində olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kənd Təsərrfüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən regional bitki mühafizəsi və fumiqasiya(zərərsizləşdirmə) mərkəzinin aqrotexniki vəzifəsində çalışır. 09 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PBnin əməkdaşları onu Qabaqçöl PB-nə dəvət etmiş, o, Qabaqçöl PB-nə gələndən sonra polis əməkdaşları ona Şərif kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı Şərif kəndi ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkdiyini, buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini ondan xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, onun müdafiəçisi və bir qrup polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 göstərdiyi Şərif kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün getmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs2 ilk öncə torpağa basdırılmış vəziyyətdə bir ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 ədəd bankanı təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilmiş 01 ədəd şüşə banka açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini həmin torpaq sahəsində əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrindən əldə etdiyini bildirmişdir. Həmin bitkiləri də 2022-ci ilin may ayında əkdiyini, ilk öncə 10 ədəd bitki əkdiyini, lakin 03 ədəd bitkinin quruduğunu, 07 ədəd çətənə bitkisinin isə bitdiyini bildirmişdir. Bundan sonra həmin bitkiləri onlara təqdim etmişdir. O, həmin bitkilərə baxaraq onların inkişafına, diblərinin yumşaldığına və alaq otlarından təmziləndiyinə həmçinin üzərində qurumuş yarpaqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini və narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılıb ölçüldükdə, hündürlükləri 136 sm-dən 180 sm-dək olmuşdur. Aşkar edilmiş 07 ədəd çətənə bitkilərinə oxşar bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılmışdır. Sintetik kisənin üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə üzərini də imzalamışlar. Bundan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin əlavə olaraq göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Şərif kəndi ərazisində narkotik tərkibli çətənə bitkiləri əkdiyi torpaq sahəsinə baxış zamanı da həmin bitkilərə baxaraq bitkilərin çıxarıldığı torpaq sahəsindən həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyinin məlum olduğunu göstərmiş, çünki həmin bitkilərə baxaraq onların inkişafına, diblərinin yumşaldığına və alaq otlarından təmziləndiyinə, həmçinin üzərində qurumuş yarpaqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini və narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Ola bilər ki, baxışla bağlı verdiyi rəydə unudaraq hazırda ifadə etdiklərini tam olaraq göstərməmişdir. Bir daha qeyd etmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olmuşdur. Çünki həmin bitkilərin çıxarıldığı torpaq sahəsi yumşaldılaraq ətrafı digər otlardan təmizlənmişdir. Həmçinin bitikilərin hündürlüklərindən yəni 136 sm-dən 180 sm-dək olması da həmin bitkilərə qulluq edilməsini göstərir. Əgər yabanı halda bitmiş bitki olsaydı hündürlüyü o qədər ola bilməzdi. Yabanı halda bitən bitkinin hündürlüyü adətən 100 sm-dən çox olmur. Bundan başqa da göstərdiyi digər əlamətlərə uyğun olaraq həmin bitkilərin bir daha aqrotexniki qaydada qulluq edilib yetişdirilərək böyüdülmüş narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. İşin 1-ci cild 28-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış Balakən rayonu Şərif kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 uzərində qanunsuz narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və üzərinə vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 AR-nin CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 2 ədəd kibrtik qutuları çıxarıb təqdim etmiş və həmin kibrit qutularının içərisində narkotik vasitə nəşə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərində saxladığı 2 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 3 gün əvvəl Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 1 qutunun qiyməti 50 manat olmaqla ümumilikdə 100 manata aldığını bildirmişdir. Təqdim edilmiş 2 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkilmiş və üzərindəki qutularla birlikdə ümumi çəkiləri 15,93 qram təşkil etmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütlələri olan 2 ədəd kibrit qutuları 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmaqla götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunsuz əşya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic markalı video kamera vasitəsilə qeydə alınmış, video görüntünün olduğu disk protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 1-ci cild 55-57-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması, əkməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 01:25-dən 01:50-dək olan müddətdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Şərif kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 uzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinərək Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman 2 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həmin bitki kütlələrini 3 gün bundan əvvəl Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 100 manata aldığını bildirmişdir. Həmin tədbirlərin davamı olaraq Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, daşımaqda, satmaqda və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış sonuncun vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakları ilə keçirilmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 AR-nin CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini çıxarıb təqdim etmiş və həmin bitki kütləsinin narkotik vasitə olduğunu, satmaq üçün üzərində saxladığını, həmçinin istifadəsində olan Balakən rayonu Şərif kəndində yerləşən torpaq sahəsində də bir ədəd 1 kiloqramlıq şüşə bankaya doldurmaqla narkotik vasitə saxladığını, 3 gün əvvəl Təqsirləndirilən şəxs1 100 manat müqabilində 2 qutu kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satdığını, bundan əlavə istifadəsində olan torpaq sahəsində 2022-ci ilin may ayında ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini, həmin bitkilərdən 07 ədədinin inkişaf etdiyini 03 ədəd çətənə bitkisinin isə quruduğunu, xarab olduğunu, üzərində saxladığı və torpaq sahəsində saxladığı, həmçinin Təqsirləndirilən şəxs1 satdığı narkotik tərkibli kütlələrin bir-biri ilə eyni olduğunu və həmin narkotiki əkdiyi 07 ədəd çətənə bitkilərinin üzərindən yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 9,12 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 torpaq sahəsində gizlətdiyi 1 ədəd şüşə bankada olan narkotik vasitə qurudulmuş marixuananı və 2022-ci ilin may ayında əkdiyi çətənə bitkisinin hissələrini təqdim edəcəyini bildirmişdir. Şəxsi axtarış Panasonic markalı video kamera vasitəsilə qeydə alınmış, video görüntünün olduğu disk protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 1-ci ildə 64-67-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02:15-dən 03:10-dək olan müddət ərzində keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinərək Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman 2 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həmin bitki kütlələrini 3 gün bundan əvvəl Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 100 manata aldığını bildirmişdir. Həmin tədbirlərin davamı olaraq Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, daşımaqda, satmaqda və narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 həmçinin istifadəsində olan Balakən rayonu Şərif kəndində yerləşən torpaq sahəsində də 1 ədəd şüşə bankaya doldurmaqla narkotik vasitə saxladığını, həmin torpaq sahəsində 2022-ci ilin may ayında əkib-becərdiyi 07 ədəd çətənə bitkisinin hissələrinin olduğunu və təqdim edəcəyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 qeyd etdiyi Balakən rayonu Şərif kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 qeyd etdiyi torpaq sahəsindəki, balıq gölünün qarşı hisəsindəki yeri göstərərək orada torpağın altında gizlətdiyi bir ədəd sellofan torbanın içərisində olan 1 kq həcmində olan şüşə bankanı təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilmiş 1 ədəd şüşə banka açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini satmaq üçün saxladığını, Təqsirləndirilən şəxs1 satdığı bitki kütləsi ilə bankada olan bitki kütləsinin bir-biri ilə eyni olduğunu bildirmişdir. Təqdim edilmiş 1 ədəd şüşə bankada olan bitki kütləsi 1 ədəd qara rəngli sellofan torbaya doldurulmuş və elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 145 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsində təxminən 20 metr məsafədə yerləşən torpaq sahəsində əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrini təqdim etmişdir. Həmin bitkiləri 2022ci ilin may ayında 10 ədəd olmaqla əkdiyini, lakin 03 ədədinin quruduğunu, 07 ədəd çətənə bitkisindən istifadə etdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid4 aşkar edilmiş 07 ədəd bitki hissələrinin narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrinin olduğunu bildirmişdir. Aşkar edilmiş bitki hissələri kökündən çıxarılmış və ölçülmüş, hündürlükləri 136 sm-dən 180 sm-dək olduğu məlum olmuşdur. Həmin 07 ədəd bitki hissələri 1 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Baxış Panasonic markalı video kamera vasitəsilə qeydə alınmış, video görüntünün olduğu disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 1-ci cild 78-79-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 09 aprel 2023-cü il tarixli 17/335 nömrəli ekspert rəyindən göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutularında narkotik vasitəyə oxşar bitki kütlələri." yazısı, adlar və imzalar olan zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri- 5,05 qram və 4,94 qram, ümumi çəkiləri-9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə narkotik vasitəyə oxşar kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 8,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs2 istifadəsində olan torpaq sahəsindən aşkar olunmuş kütlə yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 127,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutusunda, 01(bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Təqsirləndirilən şəxs2 torpaq sahəsindən aşkar olunmuş 7 ədəd bitki kütlələrinin hissələri." yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, uzunluqları 136 sm-dan 180 sm-dək, ümumi çəkiləri- 195,4 qram olan 07(yeddi) ədəd bitki hissələri botaniki əlamətlərinə görə əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Qeyd:1)Çətənə bitkisinin hissələrinin ümumi çəkisi -195,43 qr,. cəmi tədqiqata sərf edildi-0,70 qr, (hər hissədən 0,10 qr) qalıq-194,73 qr. 2)Qurudulmuş marixuanaların ümumi çəkisi -146,41 qr,. cəmi tədqiqata sərf edildi-0,20 qr, (hər obyektdən 0,05 qr) qalıq-146,21 qr. İşin 1-ci cild 213-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 25 aprel 2023-cü il tarixli 710 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 212-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 25 aprel 2023-cü il tarixli 705 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 68-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmsaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs2 Cavadxanoviçin istifadəsində Şərif kəndində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 7 ədəd hündürlükləri 136 sms-dən 180-səmdək olan bitki hissələri narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələridir. İşin 1-ci cild 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 08 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 08 aprel 2023-cü il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 48-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 09 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 09 aprel 2023-cü-ci ildə saat 01:10-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1,234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 157-160-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(019)-23/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 09 aprel 2023-cü il tarixdən hesab edilmişdir. İşin 1-ci cild 146-147,150-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 10 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarti altına vermə qətimkan tədbiri seçilmiş və o, 10 aprel 2023-cü il tarixdə saat 18-25-də Balakən rayon PŞ-nin MSY-dən azad edilmişdir. İşin 1-ci cild 174-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 182-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli 196 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayonu Şərif kəndində yaşayır, himayəsində arvadlı, oğlu, qızı və nəvəsi vardır. İşin 1-ci cild 183-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 1-ci cild 175-176-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuş, məhkumluqları ödənmişdir, məhkumluğu olmayan şəxsdir. İşin 1-ci cild 185-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprl 2023-cü il tarixli 194 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən rayonu Şərif kəndində yaşayır.Himayəsində arvadı ,xx.xx.2018-ci il təvəllüdlü oğlu Yusif və xx.xx.2021-ci il təvəllüdlü qızı Xəlicət vardır. İşin 1-ci cild 186-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə şahidlər- Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalması, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması, istifadəsində olan torpaq sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərini əkib becərməməsi, həmçinin oradan bankada aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində axtarış aparılarkən və ona məxsus torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülər, şahidlərin və digər təqsirləndirilən şəxs Ramiz Qistarovun ifadələri və s. ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Uzun müddətdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1la normal münasibətləri olmuşdur. Heç bir düşmənçilik və ədavəti olmamışdır. Onun yaşadığı Şərif kəndi ərazisindəki çöllük sahədə təxminən 3-4 il əvvəl Şərif bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsi vardır. Həmin torpaq sahəsi bataqlıq olduğu üçün qurudub yararlı vəziyyətə gətirib balıq gölü düzəltmişdir. 2021-ci ilin avqust ayında yaşadığı Şərif kəndi ərazisindən keçən “Mazımçay” adlı çaya çimmək üçün getmişdir. Həmin vaxt çayın kənarında özü-özünə bitən 01 ədəd yabanı halda olan narkotik bitkisini görmüş, narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərində olan 10 ədəd toxumları yığaraq gələcəkdə istifadə etmək üçün narkotik bitkisini əkməyi düşünmüşdür. Həmin gün çayda balıq tutub yaşadığı evə gəlmişdir. Yığdığı narkotik bitkisinin toxumlarını sellofana doldurub yaşadığı evə aparıb həyətyanı sahədə torpağa basıdırıb gizlətmişdir. Həmin toxumları 2022-ci ilin may ayının sonlarında yaşadığı Şərif kəndi ərazisindəki çöllük sahədə torpağa əkmiş, həmin toxumlardan 07 ədədi cücərib bitmiş və həmin 07 ədəd bitkilərə vaxtaşırı qulluq etmiş, yəni həmin bitkilərin diblərini yumşaltmış, alaq otlarından təmizləmiş və suvarmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında əkmiş olduğu 07 ədəd narkotik bitkiləri yetişdiyi üçün yararlı hissələrini yığıb yerə düzüb günəş altında qurutmuş və 1 ədəd bankaya yığıb həmin bankanı da çöllük sahədə torpağa basdıraraq gizlətmişdir. Mütəmadi olaraq da həmin qurudaraq saxladığı narkotikdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 onu kənd ərazisində görmüş və istifadə etmək üçün narkotik lazım olduğunu demişdir. O da Təqsirləndirilən şəxs1 hər kibrit qutusunu 50 manata satdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs1 narkotik vasitə satmışdır. Buna görə də Ramiz onda narkotik vasitə olduğunu bilmişdir. Ramiz də onunla razılaşmış və 02 ədəd kibrit qutusunda narkotiki almaq istədiyini bildirmişdir. Bu zaman təxminən yarım saat sonra elə həmin yerdə görüşə biləcəklərini deyib narkotiki saxladığı çöllük sahəyə getmiş, bankadan kibrit qutularına doldurub geriyə həmin yerə qayıtmış və 02 ədəd kibrit qutusunda narkotiki 100 manat müqabilində Ramizə satmışdır. Həmin zaman o, bankada saxladığı narkotik vasitədən özü istifadə etmək məqsədilə sellofan torbaya doldurmuş və özü çəkmək məqsədilə əynində olan göy rəngli gödəkcəsinin sol yan cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 radələrində yaşadığı evə piyada getdiyi zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nin Qabaqçöl PBnə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq Qabaqçöl PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri qanuni əşya və predmetin olubolmadığı barədə sual verilmiş, o da əynində olan göy rəngli gödəkcənin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotiki çıxardıb təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 9,12 qram təşkil etmişdir. Həmin sellofan büküm narkotik vasitə ilə birlikdə kağız zərfdə qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa da üzərində şəxsi axtarış aparılan zaman başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra da şəxsi axtarış zamanı ona, Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb-satmamağı, başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə sual verilmiş, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını, həmçinin həmin narkotik vasitəni yaşadığı Şərif kəndi ərazisindəki çöllük sahədə icarəyə götürdüyü torpaq sahəsində əkmiş olduğu 07 ədəd narkotik tərkibli bitkilərdən əldə etdiyini, eyni zamanda əldə etdiyi narkotik vasitənin qalan hissəsi də 1 ədəd bankada həmin çöllük sahədə torpağa basdırılmış vəziyyətdə olduğunu, həmin yeri də göstərə biləcəyini bildirmişdir. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları, vəkil və dəvət edilmiş mütəxəssis aqranomun iştirakı onun qeyd etdiyi torpaq sahəsinə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı o, torpağa basdıraraq gizlətdiyi bankanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bankada olan narkotiki qara rəngli sellofan torbaya doldurmuş, həmin sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 145 qram təşkil etmişdir. Daha sonra həmin narkotiki əldə etdiyi bitkiləri əkdiyi yeri göstərmiş, həmin yerə baxış zamanı 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Aşkar edilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin hündürlükləri ölçülmüş, ölçüsü 136 sm-dən 180 sm-dək olmuşdur. Həmçnin baxışda iştirak edən mütəxəssis aqranom aşkar edilmiş 07 ədəd bitki hissələrinə baxaraq narkotik tərkibli çətənə bitkisin hissələrinə oxşar bitki hissələri olmasını bildirmişdir. Baxış zamanı həmin torpaq sahəsində başqa qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə bioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 17/335 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,77 qram, narkotik vasitəni saxladığı sahədən aşkar edilmiş 01 ədəd bankadan 01 ədəd sellofan torbaya doldurulmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 127,65 qram, aşkar edilmiş 07 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kanabis) bitkisinin hissələridir. Eyni zamanda Təqsirləndirilən şəxs1 satdığı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularının içərisindəki narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrılıqda təmiz çəkiləri 5,05 və 4,94 qram ümumi çəkisi 9,99 qramdır. Əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 8,77 qram narkotik vasitəni özü istifadə etmək üçün üstündə saxlayaraq daşımışdır. Həmçinin üzərində aşkar edilmiş 01 ədəd sellofan bükümdə və torpaq sahəsindən aşkar edilmiş 01 ədəd bankadan 01 ədəd sellofan torbaya doldurulmuş narkotik vasitə qurudulmuş marixuanadan həmçinin əkmiş olduğu bitkilərdən bitmiş 07 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kanabis) bitkilərini əkməyindən ailə üzvlərinin və ya digər şəxslərin məlumatları olmamışdır. O, Təqsirləndirilən şəxs1 başqa heç kimə narkotik vasitə satmamışdır. Narkotik tərkibli bitikiləri əkdiyi torpaq sahəsində olan bankadakı narkotik vasitəni özü istifadə etmək üçün, eyni zamanda müştəri olsaydı, həmçinin tanışı Təqsirləndirilən şəxs1 yenidən almaq istəsəydi ona satacaqdı. Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitənin qarşılığında Ramizdən aldığı 100 manat məbləğində pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitəni əvvəlcədən və ya Ramizə satan zaman çəkməmişdir. O, narkotik vasitəni kibrit qutusu ilə satmış, yəni hər bir kibrit qutusunu 50 manata olmaqla ümumilikdə iki kibrit qutusunu 100 manat müqabilində satmışdır. Hazırda onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var. O, 05 aprel 2023-cü il tarixdə həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığı zaman Ramizlə telefonda danışmamışdır. Çünki Ramizlə həmin gün kənd ərazisində təsadüfən görüşmüşlər. Həmin vaxt Ramiz onunla razılaşıb narkotiki ondan almışdır. Lakin bir gün əvvəl və əvvəllər Ramizlə telefonda danışmışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə,o cümlədən özünün üzərində şəxsi axtarış aparılarkən və torpaq sahəsinə baxış keçirilərkən göstərdikləri ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə, həmçinin qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 0,5 qram müəyyən edilmişdir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər az yaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 08 aprel 2023-cü il tarixindən 10 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddətin hər günü CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata aındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az.MEM; VÖEN**********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutularında, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, Təqsirləndirilən şəxs2 tərəfindən Şərif kəndi ərazisində torpaq sahəsindəki torpağa basdırılmış bankadan aşkar edilərək götürülmüş ekspert rəyindən sonra ümumi qalıq təmiz çəkisi 146,21 qram olan narkotik vasitə qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs2 Şərif kəndi ərazisindəki torpaq sahəsində əkib-yetişdirməklə kultivasiya etdiyi, 07 ədəd uzunluqları 136 sm-dən 180 sm-dək ekspert rəyindən sonra ümumi çəkiləri 194,73 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilməlidir. İş üzrə maddi sübut olan 03 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 09 iş saatı, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 , Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 08 aprel 2023cü il tarixdən 10 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına,Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. 34.55 (otuz dörd manat manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutularında, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, Təqsirləndirilən şəxs2 tərəfindən Şərif kəndi ərazisində torpaq sahəsindəki torpağa basdırılmış bankadan aşkar edilərək götürülmüş ekspert rəyindən sonra ümumi qalıq təmiz çəkisi 146,21 qram olan narkotik vasitə qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs2 Şərif kəndi ərazisindəki torpaq sahəsində əkib-yetişdirməklə kultivasiya etdiyi, 07 ədəd uzunluqları 136 sm-dən 180 sm-dək ekspert rəyindən sonra ümumi çəkiləri 194,73 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan üç ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 , Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-82/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-82/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver