Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-83/2021 02.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1,zərərçəkmsiş şəxs Zərərçəkmiş şəxs Süleyman qızının,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1996-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Zaqatala rayonu Aşağı Tala kəndində müvəqqəti yaşayan, 12 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.3-1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq özgənin əmlakını gizli yolla tamah niyyəti və talama məqsədi ilə "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs verilmiş və unutmaması üçün sonuncu tərəfindən üzərinə şifrəsi yazılmış bank kartının hesabına 2020-ci ilin dekabr ayında köçürülən 233 manat təqaüd pulunu Zərərçəkmiş şəxs xahişi ilə çıxarmaq üçün 21 dekabr 2020-ci il tarixdə kartı götürüb Zaqatala rayonunda yerləşən "xxxx" ASC-nin filialının qarşısındakı bankomata daxil etməklə 233 manat məbləğində təqaüd pulunu bankomatdan çıxarıb həmin tarixdə sahibinə vermiş, lakin borcu olduğuna görə gələcəkdə həmin kart vasitəsi ilə növbəti ayın təqaüdünü əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs yalandan kartı itirdiyini bildirərək özündə saxlamış, növbəti ayın təqaüdü kartın hesabına köçdükdən sonra 20 yanvar 2021-ci il tarixdə saat 13:06-da həmin elektron daşıyıcısı olan kartı Balakən şəhəri H.Əliyev prospekti 28 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatına daxil etməklə Zərərçəkmiş şəxs məxsus 233 manat məbləğində təqaüd pulunu bankomatdan çıxarıb özgə əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs 233 (iki yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uşaq vaxtı valideynlərini itirmiş və bacısı Şahid1 ilə birlikdə yetimçiliklə böyümüşdür. Şəxsiyyət vəsiqəsi yoxdur və hazırda bacısı ilə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndində kirayədə yaşayır. Əvvəllər bacısı ilə birlikdə həmin kənddə yaşayan Zərərçəkmiş şəxs evində kirayədə yaşamışlar. Onlar həmin evdə kirayədə yaşasalar da, Zərərçəkmiş şəxs ailəsi olmadığından sonuncu ilə mehriban bir ailə kimi yaşamışlar. Zərərçəkmiş şəxs bəzi işlərinə bacısı və o, yardım etmişdir. Bəzi vaxtlarda o, Zərərçəkmiş şəxs xahişi ilə sonuncunun təqaüd pulunu Zaqatala rayonunda yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin bankomatından çıxarıb özünə vermişdir. 2020-ci ilin sonlarında bir tanışından 195 manat məbləğində borc pul götürmüş və borcunu qısa müddət ərzində işləyib ödəyəcəyini bildirmişdir. O, həmin ərəfədə Zaqatala rayonunda yerləşən çörək zavodunda işləmiş və həmin zavoda məxsus avtomobili idarə edərək mağazalara çörək paylamışdır. Lakin həmin ərəfələrdə Covid-19 pandemiyası ilə əlaqədar işlər zəif olduğuna görə borcunu qaytara bilməmişdir. 21 dekabr 2020-ci il tarixdə günorta saatlarında evdə olduqları zaman Zərərçəkmiş şəxs təqaüd kartını ona verib pulu çıxarmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs kartın şifrəsini unutmaması üçün qələmlə kartın üzərinə yazmışdır. O da etiraz etmədən kartı Zərərçəkmiş şəxs alıb çörək zavoduna məxsus avtomobillə gedərək, Zaqatala rayonunda yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin bankomatından 233 manat təqaüd pulunu çıxarıb evə qayıtmışdır. Geri qayıdan zaman borcunu qaytarmaq üçün Zərərçəkmiş şəxs təqaüd kartından istifadə etməyi, yəni növbəti ayın təqaüd pulu çıxarıb borcunu qaytarmağı qərara almışdır. O, evə çatanda bacısı Günel ilə Zərərçəkmiş şəxs otaqda oturub söhbət edirmişlər. O, 233 manat pulu bacısının yanında cibindən çıxarıb Zərərçəkmiş şəxs vermiş, kartın isə geri qayıdarkən bilmədiyi küçədə avtomobildən düşüb itdiyini, xeyli axtarsa da kartı tapa bilmədiyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ondan nə etməli olduğunu soruşmuş, o isə gələn ay təqaüd pulu hesaba yükləndikdən sonra banka müraciət etməsini, yeni kart almasını və bundan sonra təqaüd pulunu çıxarmasını bildirmişdir. Zərərçəkmiş şəxs da onun dedikləri ilə razılaşmış və kartın itməsi ilə bağlı heç bir yerə müraciət etməmişdir. O, təqaüd pulu yüklənən tarixi bildiyinə görə növbəti ay, yəni 20 yanvar 2021-ci il tarixdə saat 13:05 radələrində Balakən şəhəri H.Əliyev prospekti 28 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatının qarşısına gedərək, kartı bankomata daxil edib, Zərərçəkmiş şəxs məxsus 233 manat məbləğində təqaüd pulunu çıxarmış, daha sonra həmin pulun 195 manatını aparıb borcunun bir hissəsini vermiş və qalan 38 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 22 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan təqaüd pulunu almaq üçün Zaqatala rayonunda yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin ofisinə müraciət etmiş, bir neçə saatdan sonra Zərərçəkmiş şəxs evə qayıdıb bacısına və ona demişdir ki, bankın əməkdaşları 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan 233 manat təqaüd pulunun 20 yanvar 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan çıxarıldığını bildirmişlər. O, həmin vaxt nə edəcəyini bilməmiş və hüquq-mühafizə orqanlarına məlumat verməsini Zərərçəkmiş şəxs bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs ərizə ilə Balakən Rayon Polis Şöbəsinə (bundan sonra Balakən RPŞ) müraciət etmiş və yanvar ayının sonlarında Diləzbəri Balakən RPŞ-nə dəvət edərək izahatını almışlar. 03 fevral 2021-ci il tarixdə evdə olan zaman bacısı Günelə hər şeyi açıb danışmış, borcunu ödəmək üçün Zərərçəkmiş şəxs yalan danışaraq kartı özündə saxladığını və 20 yanvar 2021-ci il tarixdə pulu bankomatdan çıxarıb borcunu ödədiyini bildirmişdir. Həmin vaxt bacısı onu Zərərçəkmiş şəxs yanına aparmış və onun etdiyi əmələ görə hər ikisi Zərərçəkmiş şəxs üzr istəmişlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs 100 manat pul vermiş, qalan 133 manat pulu ən qısa müddət ərzində ödəyəcəyinə söz vermişdir. Buna görə Zərərçəkmiş şəxs onu bağışlamışdır. Daha sonra o, hadisə ilə bağlı Balakən RPŞ-də izahat verən zaman törətdiyi əməli səmimi etiraf etmişdir. Sonradan Zərərçəkmiş şəxs əlavə 100 manat pul vermişdir. Zərərçəkmiş şəxs hazırda kirayə puluna görə də borcları var, lakin nə qədər borcları olduğunu o, yox, bacısı bilir. Əgər onun verdiyi 200 manat pulu Zərərçəkmiş şəxs kirayə borcundan çıxıbsa, o zaman Diləzbərə 233 manatı qısa müddət ərzində ödəyəcəkdir. Törətdiyi cinayət əməlinə görə peşmandır, ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb bu cinayət əməlini törətmişdir. Ona ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən özünə məxsus evdə tək yaşayır. Əri uzun illərdir vəfat etmişdir, yeganə oğlu X3 isə törətdiyi cinayət əməlinə görə hazırda Bakı şəhərində cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Tək yaşadığına görə 2020-ci ilin iyul ayında evinin bir otağını aylıq ödənişi 100 manat olmaqla Zaqatala rayon sakinləri olan bacı-qardaş Şahid1 və Təqsirləndirilən şəxs kirayə vermişdir. Onlar evində kirayə yaşasalar da, ailə kimi dolanmış, yəni evdən öz evləri kimi istifadə etmişlər. O da müəyyən işlərinə Günel və Fərdini buyurmuşdur. 20 il əvvəl təqaüdə çıxmış və təqaüd almaq üçün ona Azərbaycan Beynəlxaq Bankı tərəfindən plastik kart verilmişdir. O da kartın şifrəsini unutmamaq üçün elə kartın üzərinə yazmışdır. Hər dəfə özü bankomata gedib təqaüd pulunu çıxara bilmədiyi üçün, bəzi vaxtlarda Təqsirləndirilən şəxs xahiş etmiş, Fərdi də gedib təqaüd pulunu bankomatdan çıxardıqdan sonra kartı və pulu tam şəkildə aparıb ona vermişdir. Sonuncu dəfə 21 dekabr 2020-ci il tarixdə evdə olan zaman təqaüd kartını Fərdiyə verib pulu çıxarmasını xahiş etmiş, Fərdi də etiraz etmədən kartı ondan alıb pulu çıxarmağa getmişdir. Təxminən bir saatdan sonra Fərdi geri qayıtmış, həmin vaxt Fərdinin bacısı Günel və o, evdə olmuşlar. Fərdi aparıb 233 manat təqaüd pulunu ona vermiş və pulu bankomatdan çıxardıqdan sonra kartı itirdiyini bildirmişdir. Həmin vaxt o, nə edəcəyini bilmədiyi üçün Fərdidən məsləhət almış, Fərdi də növbəti ay təqaüd pulu yüklənəndən sonra banka gedib kartı yeniləməli olduğunu ona bildirmişdir. O da Fərdinin dedikləri ilə razılaşmış və bununla bağlı heç bir addım atmamışdır. Növbəti ay, yəni 22 yanvar 2021-ci il tarixdə o, 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan təqaüd pulunu almaq üçün Zaqatala rayonunda yerləşən Azərbaycan Beynəlxaq Bankının ofisinə gedib kartı itirdiyini bildirmiş və köhnə kartı bağlatdırıb əvəzinə yeni plastik kart almışdır. Daha sonra aldığı yeni kartı həmin bankın önündəki bankomata daxil edərək təqaüd pulunu almaq istəmiş, lakin həmin vaxt hesabda pul olmadığını aşkar etmişdir. Buna görə yenidən banka müraciət edən zaman bankın əməkdaşları son 06 aylıq çıxarışı ona təqdim etmiş və 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan 233 manat təqaüd pulunun 20 yanvar 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan çıxarıldığını bildirmişlər. Buna görə o, ərizə ilə Balakən RPŞ-yə müraciət etmişdir. Bundan bir neçə gün sonra Günel və Fərdi onun yanına gedərək ondan üzr istəmiş, Fərdi əslində təqaüd kartını itirmədiyini, pul borcu olduğunu, borcunu ödəməkdən ötrü ona yalan danışdığını və onun 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan 233 manat təqaüd pulunu 20 yanvar 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan çıxarıb borcunu ödədiyini bildirmişdir. Fərdi oğurladığı 233 manat məbləğində pulunu geri qaytaracağını bildirmiş, lakin onun pulunu hələ də qaytarmamışdır. Təqsirləndirilən şəxs və bacısı Şahid1 onun evində aylığı 100 manat olaraq kirayədə qalmışlar və həmin vaxtdan sonra Fərdi ona cəmi 100 manat pul vermişdir. Həmin pul isə Fərdigilin kirayədə qalmasının 01 aylıq puludur. Yəni, onun 233 manat pulu Fərdi tərəfindən ödənilməmişdir. Fərdiyə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Zaqatala rayonu Aşağı Tala kəndində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşayır. 2020-ci ilin iyul ayının əvvəllərindən indiyədək qardaşı ilə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Zərərçəkmiş şəxs evində kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs əri uzun illər öncə rəhmətə getmiş, oğlu isə cinayət törətdiyinə görə həbs olunaraq cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Buna görə onlar Diləzbər xanımla çox yaxşı münasibətdə olmuş və onun bəzi işlərinə qardaşı və o, yardım etmişdir. Bəzi vaxtlarda Diləzbər xanımın xahişi ilə onun təqaüd pulunu Fərdi bankomatdan çıxarıb özünə vermişdir. 21 dekabr 2020-ci il tarixdə günorta saatlarında evdə olduqları zaman Diləzbər xanım təqaüd kartını Fərdiyə verib pulu çıxarmasını xahiş etmiş, Fərdi də etiraz etmədən kartı alıb getmiş və təxminən 01 saatdan sonra evə qayıdıb Diləzbər xanıma 233 manat pul vermiş, lakin geri qayıdan zaman təqaüd kartını yolda düşürüb itirdiyini bildirmişdir. Həmin vaxt Diləzbər xanım Fərdidən nə etməli olduğunu soruşmuş, sonuncu da gələn ay təqaüd pulu hesaba yükləndikdən sonra banka müraciət edərək, yeni kart almasını və bundan sonra təqaüd pulunu çıxarmasını Diləzbər xanıma məsləhət etmişdir. Zərərçəkmiş şəxs da Fərdinin dedikləri ilə razılaşaraq həmin vaxt kartın itməsi ilə bağlı heç bir yerə müraciət etməmişdir. 22 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan təqaüd pulunu almaq üçün Azərbaycan Beynəlxalq Bankı ASC-nin Zaqatala rayon filialına getmiş, bir neçə saatdan sonra Zərərçəkmiş şəxs evə qayıdaraq onlara demişdir ki, banka gedib təqaüd kartının itirdiyini deyərək yeni kart almış, lakin yeni kartı bankomata daxil etdikdə balansda pul olmadığını aşkar etmiş, buna görə yenidən banka müraciət edən zaman bank əməkdaşları araşdırmış və 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulan 233 manat təqaüd pulunun 20 yanvar 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan çıxarıldığını bildirmişlər. Diləzbər xanım bunları onlara danışdıqdan sonra hazırda Fərdidən nə etməli olduğunu soruşmuş və pulu bankomatdan çıxaran şəxsin tapılması üçün köməklik etmələrini xahiş etmişdir. Buna görə Fərdi Diləzbər xanıma hüquq-mühafizə orqanlarına müraciət etməsini məsləhət görmüşdür. Diləzbər xanım da bununla bağlı bir neçə gündən sonra ərizə yazaraq, poçt vasitəsi ilə Balakən RPŞ-yə göndərmişdir. Yanvar ayının sonlarında Diləzbər xanımı Balakən RPŞ-nə dəvət edərək, izahatını almış və araşdırma başlatmışlar. 03 fevral 2021-ci il tarixdə evdə olduqları zaman Fərdi onun yanına gələrək, həqiqətləri ona danışmış, əslində kartı itirmədiyini, bir tanışına pul borcu olduğunu, Zərərçəkmiş şəxs yalan danışdığını, növbəti ayın pulunu çıxarıb borcunu ödəmək üçün kartı özündə saxladığını ona bildirmişdir. Buna görə o, Fərdini Diləzbər xanımın yanına aparmış və Diləzbərdən üzr istəyərək, həqiqəti danışmışlar. Bundan sonra Fərdi Diləzbər xanıma 100 manat pul vermiş, qalan 133 manat pulu ən qısa müddət ərzində ödəyəcəyinə söz vermişdir. Həmçinin sonradan Fərdi əlavə olaraq Zərərçəkmiş şəxs 100 manat pul vermişdir. Buna görə Zərərçəkmiş şəxs Fərdini bağışlamışdır. Daha sonra onlar hadisə ilə bağlı Balakən RPŞ-nə dəvət olunarkən Fərdi törətdiyi əməli səmimi etiraf etmişdir. O və qardaşı Fərdi Zərərçəkmiş şəxs evində aylıq 100 manata kirayədə qalmışlar və onların Zərərçəkmiş şəxs kirayə borcu olmuşdur. X6 şöbəsində əməlini səmimi etiraf etdiyi tarixdə Zərərçəkmiş şəxs 100 manat, sonradan əlavə 100 manat pul vermişdir. Əgər Zərərçəkmiş şəxs Fərdinin verdiyi 200 manatı kirayə pulu olaraq hesablayırsa, bu Zərərçəkmiş şəxs öz işidir və onların Zərərçəkmiş şəxs kirayə pulu olaraq 300 manat borcları qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı bildirmişdir ki, hadisə yeri Balakən şəhəri ərazisində yerləşən Kapital Banka məxsus bankomatdır. O, əli ilə bankomatı göstərib bildirmişdir ki, 21 dekabr 2021-ci il tarixdə bacısı Şahid1 ilə birlikdə evində kirayədə yaşadığı Zaqatala rayonu Aşağı Tala kənd sakini Zərərçəkmiş şəxs özünə məxsus olan, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş təqaüd kartını ona verərək, təqaüd pulunu çıxarmasını xahiş etmiş, o da etiraz etmədən kartı götürüb, Zərərçəkmiş şəxs təqaüd pulunu çıxarıb özünə vermiş, lakin gələn ayın təqaüd pulunu əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs kartı itirdiyini bildirmişdir. Daha sonra 20 yanvar 2021-ci il tarixdə saat 13:05 radələrndə Balakən şəhərinə gələrək, kartı həmin bankomata daxil etmiş və Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş 233 manat təqaüd pulunu çıxarıb 195 manatı borcuna vermiş, qalan 38 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən olunmuşdur ki, Kapital Bank ASC-nin bankomatı Balakən şəhəri H.Əliyev prospekti 28 ünvanında yerləşir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Balaş oğlu 10 iyul 2021-ci il tarixdə Balakən RPŞ-də saat 16:20 radələrində tutulmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaşqla tədqiq edilmiş 12 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Balaş oğlu Balakən RPŞnin MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaşqla tədqiq edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 iyul 2021-ci il tarixdə verilmiş 05GQ-1219/69 saylı doğum haqqında akt qeydindən çıxarış-arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1996-cı ildə Zaqatala şəhərində anadan olmuş, bu barədə 28 dekabr 1996-cı il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 254 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə üzrə 13.07.2021-ci il tarixli, 6 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balaş oğlu əvvəllər məhkum olunmamışdır. . Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs Süleyman qızının və Şahid1 verdikləri ifadələri məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Balaş oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməyə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Balaş oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Balaş oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs Balaş oğluna təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və onun şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, vurulan ziyanın məbləğinin az olması ilə bağlı əməlinə adekvatlıq, islah olunmasına və ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyi xüsusunda ədalət prinsipinə zidd olardı. Məhkəmə Təqsirləndirilən şəxs Balaş oğluna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmalarının mümkün olmasını, onun barəsində daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Balaş oğlunun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Balaş oğlunun 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunacaq cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət məsuliyyətindən azad edilməsi və habelə barəsində CM-in 70-ci maddəsinin təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Balaş oğlu ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Balaş oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs Balaş oğlunun yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Balaş oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs qızına ona vurulan ziyanın ödənilməsi ilə bağlı iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs Balaş oğluna hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Balaş oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinndə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs Balaş oğlunun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs ona vurulan ziyanın ödənilməsi ilə bağlı iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-83/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-83/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver