Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-83/2022 10.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1973-cü il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işləməyən, evli, Balakən rayonu Talalar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının sonlarında Balakən rayonu Talalar kəndi ərazisindəki çöllük sahədə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evə aparıb gizlətməklə saxladığı 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin fevral ayının sonlarında yaşadığı evin həyətyanı sahəsindəki dirrik sahədə qəsdən, qanunsuz olaraq torpağa əkmiş, bitmiş xeyli miqdarda, yəni 05 (beş) ədəd, hündürlükləri 02 metrdən 02 metr 40 sm-dək, ümumi təmiz çəkisi 3500,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin may ayının ortalarında əkib-becərib yetişdirərək kultivasiya etdiyi həmin 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini toplayaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 52,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə qurutmaq üçün həyətyanı sahənin dirrik hissəsindəki masanın üzərində olan dəmir qabın içərisindəki sellofan torbaya doldurub daşıyaraq saxlamış, həmçinin vahid niyyətlə həmin bitkilərin üzərindən yığıb qurutmaqla əldə etdiyi şəxsi istehlak miqdarında, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,14 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə həyətyanı sahənin dirrik hissəsindəki masanın üzərində olan dəmir qabın içərisində daşıyaraq saxlamışdır. 28 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saat 12:05 dəqiqədən 13:40 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən onun yaşadığı evin həyətyanı sahəsindəki dirrik sahədə qəsdən, qanunsuz olaraq, torpağa əkib alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda, yəni 05 (beş) ədəd hündürlükləri 02 metrdən 02 metr 40 sm-dək, ümumi təmiz çəkisi 3500,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmin 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən toplayaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib daşıyaraq qurutmaq üçün həyətyanı sahənin dirrik hissəsindəki masanın üzərində olan dəmir qabın içərisindəki sellofan torbaya doldurub saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 52,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmçinin vahid niyyətlə həmin bitkilərin üzərindən yığıb qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib həyətyanı sahənin dirrik hissəsindəki masanın üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarında, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,14 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda rayonun Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər, yəni 2012-ci ildə narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və narkotik vasitənin qanunsuz saxlanılması ilə bağlı məhkum olunmuşdur.Təxminən 10 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Adətən narkotik vasitəni yaşadığı Talalar kəndi ərazisindəki çöllük sahədə yabanı halda bitmiş bitkilərin üzərindən yığaraq əldə edib istifadə etmişdir. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarında yaşadığı Talalar kəndi ərazisindəki çöllük sahədə kolluğun içərisində bir ədəd yabanı halda bitmiş çətənə kolunun olduğunu görmüşdür. Həmin bitki artıq quruduğu üçün üzərində toxumları qalmışdır. O da narkotik vasitə istifadə etdiyi üçün həmin toxumları yığıb gələcəkdə narkotiki özü əkərək istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin bitkinin üzərindən 6 ədəd toxumlarını yığaraq yaşadığı evə aparıb saxlamışdır. 2022-ci ilin fevral ayının sonlarında o, həmin çətənə bitkisinin toxumlarını yaşadığı evin arxa hissəsində yerləşən dirrik sahəsində istixana düzəldərək içərisində torpağa əkmişdir. Həmin bitkiləri əkməkdə məqsədi öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək olmuşdur. Bir müddət sonra həmin 6 ədəd toxumlardan 5 ədədi cücərib inkişaf etmişdir.O da həmin cücərmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə qulluq edərək suvarıb yetişdirmişdir. Əkmiş olduğu 1 ədəd narkotik toxumu isə ümumiyyətlə bitməmişdir. Həmçinin əkmiş olduğu toxum cücərib inkişaf edərək böyüdüyü üçün istixananın üzərindəki sellofan örtüyü də açmışdır. Daha sonra, yəni 2022-ci ilin may ayının əvvəllərindən həmin bitkilərin yarpaqlarından yığaraq istifadə etməyə başlamışdır. Təxminən 2022-ci ilin may ayının ortalarında isə həmin bitkilərin yarpaqlarından yığaraq qayçı ilə xırda hissələrə doğramış və dəmir qabın içərisinə sellofan torbada saxlayaraq quruması üçün dirrik sahənin yaxınlığındakı ağacın altında olan masanın üzərində saxlamışdır. Həmçinin həmin narkotik vasitənin bir hissəsini, yəni daha yaxşı qurumuş hissəsini bir ədəd kibrit qutusuna doldurub özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə üzərində olan kibrit qutusundakı narkotik vasitə azaldığı üçün üzərinə yenidən narkotik vasitə doldurmaq məqsədi ilə həmin kibrit qutusunu da sellofan torba olan dəmir qabın içərisinə qoymuşdur. Bir müddət sonra təxminən saat 12 radələrində yaşadığı evdə olduğu zaman kiminsə onu çağırdığını eşitmişdir. Həmin vaxtı o, giriş qapısına yaxınlaşaraq baxdıqda onu çağıranların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyində şübhəli olduğundan yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirmək barədə qərarla onu tanış edərək yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O da etirazının olmadığını polis əməkdaşlarına bildirərək yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində ümumilikdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini və həmin yerə göstərəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, mütəxəssis aqronomun və onun iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsinin dirrik hissəsində əkdiyi ümumilikdə 5 ədəd çətənə bitkilərinin olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onun göstərdiyi yerdən aşkar edilən 5 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarmışlar və hündürlüklərini ölçmüşlər, bitkilərin hündürlükləri 2 metrdən 2 metr 40 santimetrədək təşkil etmişdir. Həmçinin baxışda iştirak edən mütəxəssis aqronom əkmiş olduğu 5 ədəd çətənə bitkilərinə qulluq edildiyini bildirmişdir. Daha sonra isə bitkilərin qablaşdırıldığı həmin sintetik kisə elektron tərəzidə çəkilmiş, çəkisi 3 kiloqram 665 qram olmuşdur. Bundan sonra o, həmin narkotik ağaclarından özü istifadə etmək üçün həmin yerin yaxınlığında fındıq ağacının altında olan masanın üzərindəki dəmir qabın içərisindəki sellofan torbaya dolduraraq quruması üçün sərdiyi narkotik vasitəni göstərmişdir. Polis əməkdaşları həmin sellofan torbadakı qurutmaq üçün sərdiyi narkotik vasitəni elektron tərəzidə çəkmiş, çəkisi 57 qram gəlmişdir. Həmin dəmir qabın içərisində sellofan torbanın yanına qoyduğu içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusu da içərisində olan narkotik vasitə ilə birlikdə çəkilmiş, çəkisi 4 qram gəlmişdir. Bundan sonra həmin içərisində narkotik vasitə olan sellofan torba və 01 ədəd kibrit qutusu bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş və polis əməkdaşı tərəfindən götürülmüşdür. Baxış zamanı yaşadığı evdən və evin həyətyanı sahəsindən başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Bundan sonra isə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Həmçinin ekspertizanın 28 iyun 2022-ci il tarixli 17/538 saylı rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 05 ədəd hündürlükləri 2 metrdən 2 metr 40 santimetrədək, ümumi çəkisi 3500,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, həmçinin bir ədəd sellofan torbada olan təmiz çəkisi 52,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuana, 01 ədəd kibrit qutusunda isə təmiz çəkisi 0,14 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.O,heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır.Həmçinin yaşadığı evin dirrik sahəsində əkmiş olduğu 5 ədəd narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan və narkotik vasitə qurudulmamış marixuanadan kiməsə satmamış və ya əvəzsiz olaraq pay verməmişdir. Ümumiyyətlə onun narkotik tərkibli çətənə bitkilərini əkməyindən və həmin bitkilərdən narkotik vasitə əldə edərək saxlamağından ailə üzvlərinin və ya başqa heç kimin məlumatı olmamışdır. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 28 iyun 2022-ci il tarixdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş, daha sonra isə həmin gün saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün mütəxəssis aqronom Şahid4 polis şöbəsinə dəvət edilmiş və baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı həyətyanı sahəsinə baxış keçirilməsi üçün gəldiklərini və təhqiqatçı tərəfindən qəbul edilmiş təxirəsalınmaz qərar əsasında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulmuş, baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmiş, baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmiş, həmçinin etdiyi əməli səmimi etiraf edərək yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkilərin olduğu yeri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olduğu yeri göstərmişdir. Həmin yerə baxış zamanı torpağa basdırılmış halda ümumilikdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom həmin bitkilərə baxaraq bitkilərin qulluq edilərək becərildiyini əsas gətirərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər ölçülmüş, ən kiçik bitkinin hündürlüyünün 2 metr ən böyük bitkinin hündürlüyünün isə 2 metr 40 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd sintetik kisədə qablaşdırılmış, həmin sintetik kisə içərisindəki narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərlə birlikdə tərəzidə çəkilmiş və çəkisi 3 kiloqram 665 qram olmuşdur. Daha sonra sintetik kisənin üzəri DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, həmin dirrik hissəsində ağacın altında masanın üzərində olan dəmir qabdakı sellofan torbanın içərisindən tünd yaşıl rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan torba ilə birlikdə narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 57 qram təşkil etmişdir. Həmçinin qabın içərisindən 01 ədəd kibrit qutusu da aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisindən də narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Narkotik vasitəyə oxşar kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə narkotik vasitənin ümumi çəkisi 04 qram təşkil etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə oxşar kütlə olan sellofan torba və 1 ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1la oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən regional bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisi vəzifəsində çalışır. 28 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. O, polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona rayonun Talalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini, buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də təhqiqatçı, bir qrup polis əməkdaşları ilə birlikdə Vüqar adlı şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün getmişlər. Həmin yerə çatdıqda polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çağırıb ona həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməkdə şübhəli olmasını, bunun üçün də evinin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs da baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirmiş, baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində narkotik tərkibli bitkiləri əkdiyini və əkmiş olduğu həmin bitkilərin olduğu yeri göstərə biləcəyini deyərək yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olduğu yeri göstərmişdir. Həmin yerə baxış zamanı torpağa basdırılmış halda ümumilikdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. Bundan sonra o, həmin bitkilərə baxaraq əkilib-becərilməsinə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Bundan sonra həmin sahədə aşkar edilmiş bitkilər köklərindən çıxarılaraq hündürlükləri ölçülmüş, bitkilərin hündürlükləri 2 metrdən 2 metr 40 sm-dək olmuşdur. Aşkar edilmiş 5 ədəd çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd sintetik kisədə qablaşdırılmış, həmin sintetik kisə də tərəzidə çəkildikdə 3 kiloqram 665 qram olmuşdur. Sintetik kisənin üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində saxladığı narkotik vasitə olduğunu deyərək dirrik hissəsində ağacın altında masanın üzərində olan dəmir qabdakı sellofan torba və kibrit qutusunu göstərmişdir. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 57 qram təşkil etmişdir. Həmçinin 01 ədəd kibrit qutusu da içərisindəki narkotik vasitəyə oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə narkotik vasitənin ümumi çəkisi 04 qram təşkil etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə oxşar kütlələr olan sellofan torba və 1 ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, üzərini də imzalamışlar. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 28 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saat 12:05 dəqiqədən 13:40 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən onun yaşadığı evin həyətyanı sahəsindəki dirrik sahədə qəsdən, qanunsuz olaraq, torpağa əkib alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda, yəni 05 (beş) ədəd hündürlükləri 02 metrdən 02 metr 40 sm-dək, ümumi təmiz çəkisi 3500,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmin 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən toplayaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib daşıyaraq qurutmaq üçün həyətyanı sahənin dirrik hissəsindəki masanın üzərində olan dəmir qabın içərisindəki sellofan torbaya doldurub saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 52,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, həmçinin vahid niyyətlə həmin bitkilərin üzərindən yığıb qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib həyətyanı sahənin dirrik hissəsindəki masanın üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarında, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,14 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 15-18-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin gün saat 12:05-dən 13:40dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Balakən rayon Talalar kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğu, bununla bağlı da baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da baxış keçirilməsinə etirazının olmadığını, narkotik tərkibli bitkiləri əkib becərdiyi yeri göstərəcəyini bildirmiş və evin arxasında yerləşən dirrik sahəsinə gedərək əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki ağaclarını göstərmişdir. Daha sonra aqronomun iştirakı ilə 05 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki ağacları kökündən çıxarılmış, uzunluqları ölçülmüş, hündürlüyü 2 metrdən 2,4 metrədək olmuşdur. Həmin 05 ədəd çətənə bitkisinə oxşar bitki ağacları sintetik kisəyə qoyulmuş, qablaşdırılmış və elektron tərəzidə çəkilmiş, çəkisi 3 kiloqram 665 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinə oxşar ağacların yarpaqlarından istifadə etmək üçün yığaraq doğradığını və quruması üçün sərdiyini bildirmiş və həmin yerdən təxminən 10 metr aralıda quruması üçün sərdiyi yeri göstərmişdir. Həmin yerə baxış keçirildikdə dəmir qabın içərisində sellofan torbanın üzərində tünd yaşıl rəngli narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 57 qram gəlmişdir. Həmçinin həmin kütlənin yanında kibrit qutusunda tünd yaşıl rəngli spesifik iyli narkotik marixuanaya oxşar kütlə də olmuşdur. Həmin kütlə kibrit qutusu ilə birlikdə çəkilmiş və çəkisi 04 qram gəlmişdir. Daha sonra həmin narkotik vasitə marixuanaya oxşar kütlələr kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Təqsirləndirilən şəxs dirrikdə əkərək becərdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki ağaclarını özü istifadə etmək üçün əkdiyini, həmin ağacların yarpaqlarından yığaraq doğradığını və qurumaq üçün sərdiyini bildirmişdir. Baxış videokamera vasitəsi ilə qeydə alınmış, həmin video görüntülər disk formasında protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 18-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən aqronom-mütəxəssis Şahid4 verdiyi xx.xx.2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları ilə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin arxasından dirrik sahəsində hündürlüyü 2 m-dən 2.4 m-dək 05 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki ağacları aşkar olunmuş, aşkar olunmuş 5 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki ağaclarına aqrotexniki qulluq olunmuş, dibləri alaqlardan təmizlənmiş və suvarılmışdır. İşin 94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 01 iyul 2022-ci il tarixli 926 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 42-46-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 28 iyun 2022-ci il tarixli 17/538 nömrəli ekspert rəyindən göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Vət. Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş..." yazısı olan sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri- 3500,0 qram olan 05(beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid4 28 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin.qurutmaq üçün sərdiyi..." yazısı olan zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi- 52,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Həmin zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 0,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 05(beş) ədəd çətənə bitkiləri, qurudulmamış marixuana və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Çətənə bitkilərinin ümumi çəkisi -3500,0 qr,. tədqiqata sərf edildi-0,25 qr(hər bitkidən- 0,05 qr.), qalıq-3499,75 qr. 2)Qurudulmamış marixuananın təmiz çəkisi -52,84 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-52,79 qr. 3)Qurudulmuş marixuananın təmiz çəkisi -0,14 qr,. tədqiqata sərf edildi-0,02 qr, qalıq- 0,12 qr. İşin 28-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 28 iyun 2022-ci ildə saat 12:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 74-75, 82-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 29 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, o, 29 iyun 2022-ci il tarixdə saat 18:30-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 103-104-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Orucov X3 Rayon Məhkəməsinin 17 avqust 2012-ci l tarixli hökmü ilə CM-nin 237.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Məhkumluğu ödənildiyindən məhkumluğu olmayan şəxsdir. İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. İşin 87-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 478 nömrəli arayışdan görünür ki, Orucov X3 rayon Talalar kənd sakinidir, himayəsində işləməyən arvadı, 2005-ci il təvəllüdlü Üzeyir və 2010-cu il təvəlludlu Aysun adında iki uşağı vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına , yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir . Cəza sosial ədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 iyun 2022-ci il və 29 iyun 2021-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki ) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 52,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, ekspert rəyindən sonra təmiz çəkisi 0,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 3499,75 qram 05 (beş) ədəd hündürlükləri 2 metrdən 2 metr 40 sm-dək olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir . Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 iyun 2022-ci il və 29 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki ) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 52,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, ekspert rəyindən sonra təmiz çəkisi 0,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 3499,75 qram, 05 (beş) ədəd hündürlükləri 2 metrdən 2 metr 40 sm-dək olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-83/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-83/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver