Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-84/2021 25.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun-xx xxx 1969-cu ildə Balakən rayon Qullar kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,evli,orta təhsilli,fərdi əməklə məşğul olan, Balakən Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən,Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan təbdiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının əvvəlində ünvan 1 ünvanında yerləşən yaşadığı evin yaxınlığında küçədən 01 ədəd kağız bükümün içərisində tapdığı 05 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı evə aparıb saxlamış, 2021-ci ilin aprel ayının əvvəlində həmin 05 ədəd toxumları yaşadığı evin həyətyanı sahəsində dirrikdə qəsdən, qanunsuz olaraq əkmiş, həmin əkdiyi toxumlardan bitərək inkişaf etmiş 05 ədəd, yəni xeyli miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin birini dəmir vedrənin içərisinə, 3-nü dirriyin müxtəlif yerlərinə köçürməklə, birini isə həmin yerdə saxlamaqla suvarıb diblərini alaq otlarından təmizləməklə və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. 13 iyun 2021-ci il tarixdə saat 14 radələrində Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsindəki dirrikdən qəsdən, qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etdiyi, 35 sm-dən 97 sm-dək ölçülərdə, 7,79 qram çəkidə olan 05 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri biri dəmir vedrədə, dördü isə torpaq sahədə əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olsa da, hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır.Təxminən 2-3 ildir narkotik vasitədən istifadə edir. O, 22 iyul 2020-ci il tarixdə üzərində narkotik vasitə saxladığı üçün Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş,Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə barəsində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırda həmin cəzanı çəkməkdə davam edir. 2021-ci ilin fevral ayının əvvəlində yaşadığı evə tərəf gedən zaman öz küçələrində yerdə olan 01 ədəd kağız büküm onun diqqətini cəlb etmiş, həmin bükümü yerdən götürüb baxanda içərisində 05 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu görmüş, həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını gələcəkdə əkmək məqsədi ilə bükümü cibinə qoyub yaşadığı evə aparmış və ailə üzvləri görməsin deyə bükümü yaşadığı evin həyətində gizlədib saxlamışdır. 2021-ci ilin aprel ayının əvvəlində həmin 05 ədəd çətənə bitkisinin toxumlarını gizlətdiyi yerdən çıxarıb yaşadığı evin həyətinin arxa tərəfində, dirrik sahəsi ilə evin həyəti arasındakı şifer hasarın dibində, dirrik sahəsi tərəfdə torpaqda əkmişdir. Bir neçə gündən sonra əkdiyi 05 ədəd toxumların cücərdiyini görmüşdür. Təxminən 10-15 gündən sonra narkotik bitkilərinin əkildiyi yer nəzərə çarpmasın deyə bitkilərdən 01 ədədini öz yerində saxlamış, 01 ədədini dəmir vedrənin içərisinə torpaq doldurub əkmiş və təxminən 02 metr aralıda elə şifer hasarın dibinə qoymuşdur. Bundan sonra 02 ədəd bitkiləri dirrik sahəsində olan lobya bitkisi cərgələrinin arasında, qalan 01 ədəd narkotik bitkisini isə pomidor bitkisi cərgəsinin arasında torpağa əkmişdir. Həmin bitkilərə tez-tez özü baxmış, suvarmış, diblərini yumşaltmış və alaq otlarından təmizləmişdir. O, 13 iyun 2021-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman Balakən rayon Polis Şöbəsinin bir qrup əməkdaşı həyətyanı sahəsinin giriş qapısından onu çağıraraq həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər və onu bu barədə qərarla tanış etmişlər. O, baxış keçirilməsinə razı olduğunu yazılı şəkildə bildirdikdən sonra polis əməkdaşları ona evinin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki əkibəkməməsi barədə sual vermişlər, o da həyətyanı sahəsində özü istifadə etmək üçün narkotik tərkibli bitkiləri əkdiyini və bitkiləri əkdiyi yeri göstərəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları mütəxəssis-aqronom kimi təqdim edilən Şahid4 və onun iştirakı ilə evinin həyətyanı sahəsinə videoçəkiliş aparmaqla baxış keçirməyə başlamışlar. Baxış zamanı o, həyətinin dirrik sahəsində torpağa əkdiyi 04 ədəd və dəmir vedrədə əkdiyi 01 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Baxışda iştirak edən mütəxəssisaqronom 05 ədəd çətənə bitkilərinin hər birinə aqrotexniki qulluq edildiyini bildirmişdir. Onun evinin arxa hissəsində dirrik sahəsi ilə evinin həyəti arasında olan şifer hasarın dirrik tərəfində, hasarın dibində əkdiyi 01 ədəd narkotik bitkisi, içərisi torpaqla dolu olan vedrənin içərisində əkdiyi 01 ədəd narkotik bitkisi, dirrik sahəsində olan lobya bitkisi cərgəsinin arasında əkdiyi 02 ədəd narkotik bitkisi və pomidor bitkisi cərgəsinin arasında əkdiyi 01 ədəd narkotik bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, hündürlükləri ölçülərkən ən kiçiyi 35 sm, ən böyüyü isə 97 sm olmuşdur. Bundan sonra həmin 05 ədəd narkotik bitkiləri polis əməkdaşları tərəfindən 01 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Daha sonra polis əməkdaşları onun evinin həyətyanı sahəsinə və dirrik sahəsinə baxışı davam etdirmişlər, lakin digər hər hansı narkotik bitkisi və ümumiyyətlə qanunsuz əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nə getmişdir. PŞ-də şübhəli şəxs kimi tutulduqdan sonra vəkillər siyahısından seçdiyi Müdafiəçi Maisovanın və polis əməkdaşlarının iştiraki ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. 14 iyun 2021-ci il tarixdə ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, əkib-becərdiyi 05 ədəd bitki narkotik tərkibli çətənə (kannabis) bitkiləridir və həmin bitkilərin hündürlükləri 35 santimetrdən 97 santimetrədək olmaqla ümumi təmiz çəkiləri 7,79 qramdır. Əməlindən peşmandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 göstərdi ki, 13 iyun 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əməliyyat müvəkkili Zaur Qistarov tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra tədbirdə mütəxəssis qismində iştirak etməsi üçün alim-aqronom Şahid4 təhqiqatçı Zaur Xəlilov tərəfindən RPŞ-nə dəvət olunmuşdur. Bundan sonra RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov, CAB-nin əməliyyat müvəkkili polis mayoru Zaur Qistarov, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, mütəxəssis qismində dəvət edilmiş alim-aqronom Şahid4 və o, Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar.Ünvana çatanda Təqsirləndirilən şəxs darvazadan səsləyib bayıra çağırmışlar, daha sonra təhqiqatçı Zaur Xəlilov baxış keçirilməsi barədə qərarla Təqsirləndirilən şəxs tanış etmiş və sonuncu ərizə yazaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki əkib-əkməməsi barədə sual verilmiş, sonuncu da evinin həyətyanı sahəsində özü istifadə etmək məqsədi ilə narkotik tərkibli bitkilər əkdiyini və bitkiləri əkdiyi yeri göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman sonuncu həyətinin dirrik sahəsində torpağa əkdiyi ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkilərini onlara göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinin dirrik hissəsində, həyət ilə dirrik sahəsini ayıran şifer hasarın dirrik tərəfdən dibində əkdiyi 01 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşayan bitki, həmin hasarın dibində və birinci bitkidən təxminən 02 metr aralıda içərisi torpaqla dolu olan vedrənin içərisində əkdiyi 01ədəd narkotik tərkibli çətənə bitkisinə oxşayan bitki, dirrik sahəsində olan lobya bitkisi cərgəsinin arasında əkdiyi 02 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşayan bitkilər və pomidor bitkisi cərgəsinin arasında əkdiyi 01 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşayan bitki aşkar edilmişdir.Aşkar edilmiş 05 ədəd bitkilər kökündən çıxarılmış, hündürlükləri ölçülərkən ən kiçiyinin 35 sm, ən böyüyünün isə 97 sm olması müəyyən olunmuş, baxışda iştirak edən mütəxəssis Şahid4 aşkar olunmuş 05 ədəd bitkilərin hər birinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin 05 ədəd bitkilər təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və zərf möhürlənərək maddi sübut kimi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinin və dirrik sahəsinin digər yerlərinə baxış keçirilmiş, lakin baxış zamanı əlavə bitki və ya digər hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Balakən rayon Polis Şöbəsinə dəvət edilmiş və polis əməkdaşlarının müşayiəti ilə RPŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs PŞ-də təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində PŞ-nə dəvət olunmuş, bundan sonra müdafiəçinin, mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə Sərəf Qardaşovun üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və şəxsi axtarış PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2 tərəfindən fasiləsiz olaraq videokamera ilə lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2 və alim-aqronom Şahid4 şahid Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İşin 14-17-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 iyun 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə saat 13:05-dən saat 13:45-dək olan müddət ərzində Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış daxil olmuş məlumat əsasında keçirilmişdir. Həyətyanı sahədə ikimərtəbəli yaşayış evi, qarşısında talvar, evin arxa hissəsində isə dirrik sahəsi olmuşdur. Dirrik sahəsi həyətyanı sahədən şifer hasar ilə ayrılmışdır.Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməmişdən öncə ona həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisini əkib-əkməməsi barədə sual verildikdə o, narkotik istifadəçisi, aludəçisi olduğunu,həyətyanı sahədə 05 ədəd narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir.Təqsirləndirilən şəxs həmin bitkiləri göstərə bilibbilməməsi barədə sual verildikdə o, evin arxa hissəsində olan dirrik sahəyə gedərək şifer hasarın yanında 01 ədəd, həmin yerdə torpaqda bitmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolunu, həmin bitkidən 02 metr aralıda 01 ədəd dəmir vedrənin içərisində torpaqda bitmiş 01 ədəd çətənə bitkisinə oxşar bitki kolunu, bundan sonra dirrik sahədə olan lobya cərgələrinin arasında torpaqda bitən 02 ədəd çətənə bitkisinə oxşar bitki kollarını və dirrik sahədə əkdiyi pomidor bitkisinin arasında 01 ədəd torpaqda bitən çətənə bitkisinə oxşar bitki kolunu göstərmişdir.Ümumi olaraq aşkar edilmiş 05 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının uzunluqları ölçülərkən ən kiçiyinin uzunluğu 35 sm, ən böyüyünün uzunluğu 97 sm təşkil etmişdir. Həmin bitkilər 01 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Həmin ərazidə dirrik sahəsinin digər yerlərinə baxış zamanı hər hansı qeyri-qanuni narkotik tərkibli bitki aşkar edilməmişdir. Baxış Sony HDRX markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD disklərə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən alimaqronom Şahid4 13 iyun 2021-ci il tarixli rəyindən görünür ki, həmin tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsindəki dirrik sahəsinə baxış keçirilən zaman 01 ədəd dəmir qabda 01 ədəd və həmin dirrik sahəsində torpaqda basdırılmış halda isə 04 ədəd bitən hündürlükləri 35 sm-dən 97 sm-dək ümumi sayı 05 ədəd olan aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmiş, suvarılmış, dibləri yumşaldılmışdır. İşin 38-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə 13 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:40-dan saat 15:00-dək olan müddət ərzində Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli ayaqqabılar və qırmızı rəngli qısaqol yay köynəyi olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Sony HDRX markalı videokamera vasitəsilə görüntülənmiş və həmin videogörüntünün əks olunduğu çəkiliş 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir.. İşin 47-50-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 14 iyun 2021-ci il tarixli 17/428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki dirrik sahədən aşkar edilmiş..." sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 35 sm-dən 97 sm-dək, ümumi təmiz çəkiləri 7,79 qram olan 05 (beş) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid4 13 iyun 2021-ci il tarixli rəyinə əsasən 05 (beş) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 122-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 03 avqust 2021-ci il tarixli 900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 13 iyun 2021-ci ildə saat 13:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞnə göndərilmişdir. İşin 105-107-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 113-117-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 1(019)-70/2020 nömrəli hökmün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 20 iyul 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və X2 Rayon Məhkəməsinə ünvanlanmış 24 avqust 2021-ci il tarixli, 538/3 nömrəli məktubunda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 1(019)-70/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixə məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. İşin 120-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3ünvanında yaşayır. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lələ oğlunun himayəsində işləməyən anası və arvadı, 27.10.2012-ci il təvəllüdlü qızı Səadət vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid2, Şahid3 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr,psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmasına baxmayaraq cəza çəkərkən hazırkı cinayət əməlini törətməsini, yenidən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Eyni zamanda Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 1(019)-70/2020 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Onun 13 iyun 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki dirrik ərazidən aşkar olunaraq tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisindəki hündürkükləri 35 sm-dən 97 sm-dək, ümumi təmiz çəkiləri 7,79 qram olan əkilib-becərilməsi qadağan olunmuş 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hər birindən 0,05 qram olmaqla tədqiqata sərf edilən ümumi 0,25 qram miqdarı nəzərə alınmaqla, ümumi qalıq təmiz çəkisi 7,54 qram olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Emçiyeva Məlahət Maisovnaya ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla -1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən- 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hissəsində hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına birləşdirilsin və ona 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun 13 iyun 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın, üzərində qəti olaraq 1(bir ) il 5(beş ) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan, ümumi qalıq təmiz çəkisi 7,54 qram olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Emçiyeva Məlahət Maisovnaya ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-84/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-84/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver