Məhkəmə qərarları › İş №1(019)-84/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-84/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-84/2023 20.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mülafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxx 1984-cü il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Balakən rayon Tülü kəndində pasport qeydiyyatında olmaqla yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının əvvəllərində Balakən rayonu Meşəşambul kəndinin ərazisindən keçən Mazım çayının kənarında 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını sellofan torbaya yığaraq yaşadığı evin həyətinə aparıb əvvəlcə torpağa basdıraraq gizlədib saxlamış, daha sonra 2022-ci ilin avqust ayının əvvəllərində həmin istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin çöllük ərazisində yerləşən kolluq sahədə qəsdən, qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarıb diblərini alaq otlarından təmizləməklə və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daha sonra 2022-ci ilin oktyabr ayında əkib- yetişdirərək kultivasiya etdiyi həmin 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini toplayaraq yaşadığı evdə qurudub qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarında, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı evin həyətində gizlədib saxlamış, daha sonra 16 may 2023-cü il tarixdən etibarən isə həmin 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarında olan narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən götürüb qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 16 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Tülü kəndinin ərazisində saxlanılaraq RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutularaq saat 19:31 dəqiqədən saat 19:50 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib öz istifadəsi məqsədi ilə daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarında, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 16 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 20:31 dəqiqədən 21:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs iştirakı ilə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin çöllük ərazisində yerləşən kolluq sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin kolluq sahədə qəsdən, qanunsuz olaraq əkib- yetişdirməklə kultivasiya etdiyi xeyli miqdar hesab edilən, yəni 08 ədəd hündürlükləri 111 santimetrdən 158 santimetrədək, quru vəziyyətdə təmiz çəkiləri 51,42 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsiniı 237.1 -ci maddəsi İİə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Evlidir. 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2022-ci ilin avqust ayının əvvəllərində Balakən rayon Meşəşambul kəndi ərazisində, həmin kəndin ərazisindən keçən Mazım adlı çaya balıq tutmaq üçün getmişdir. Mazım çayının kənarında balıq tutan zaman kolluq ərazidə 1 ədəd yabanı halda bitmiş və qurumuş halda olan narkotik tərkibli çətənə bitkisini görmüşdür. O, narkotik vasitə marixuanadan istifadə etdiyinə görə həmin yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərində olan toxumlarından 09 ədədini gələcəkdə əkib-yetişdirib narkotik vasitə marixuana əldə edib istifadə etmək məqsədi ilə yığıb özü ilə yaşadığı evə gətirmiş və sellofana büküb ailə üzvlərindən gizli şəkildə torpağı qazıb yerə basdıraraq saxlamışdır. 2 gün sonra isə saxladığı həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını götürüb Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində olan çöllük sahəyə aparmış, toxumları orada əkib və özü çəkib istifadə etmək üçün narkotik vasitə marixuana əldə etmək qərarına gəlmişdir.Daha sonra toxumları içərisində gizlətdiyi sellofan torba ilə birlikdə torpaqdan çıxarmış, özü ilə çöllük ərazidə olan kolluq sahəyə aparmışdır. Sonra isə torpağı bellə qazıb toxumları əkmək üçün, yəni əkin üçün yararlı vəziyyətə gətirmişdir. Daha sonra 09 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını kolluq ərazidə torpağa əkmişdir. Bundan sonra vaxtaşırı çöllük sahəyə gedib əkdiyi toxumlara qulluq etməyə başlamış, yəni toxumları əkdiyi yerin üzərinə az miqdarda su tökmüşdür ki, toxumlar cücərsin.Bir müddət sonra əkdiyi toxumlardan 08 ədədinin cücərdiyini görmüşdür. Bir müddətdən yenə çöl ərazisinə getmiş və bitkilərin bir qədər böyüdüyünü görmüşdür.Daha sonra 08 ədəd bitmiş narkotik tərkibli çətənə bitkilərinin diblərində olan torpağı yumşaltmış və diblərində olan balaca alaq otlarını da təmizləmişdir.Daha sonra bitkilərin diblərinə su vermişdir.O, sonuncu dəfə bitkilərin yanına gedərək bitkilərə qulluq etdiyi vaxt 2022-ci ilin sentyabr ayının sonları olmuşdur. Sonuncu dəfə bitkilərin yanına getdikdə bitkilərin üzərində artıq yararlı yerləri olduğunu görmüşdür. Bu zaman yaxın günlərdə bitkilərin üzərində olan yararlı yerlərini gəlib yığmaq qərarına gəlmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində isə o, narkotik tərkibli çətənə bitkilərini əkdiyi çöl ərazisində olan kolluq sahəyə getmiş və orada əkdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərində olan yararlı hissələrini özü çəkib istifadə etmək üçün özü ilə götürdüyü sellofan torbaya doldurmuş və həmin sellofan torbanı özü ilə götürüb yaşadığı evin həyətinə gəlmişdir.Yaşadığı evin həyətində ailə üzvlərindən gizli şəkildə narkotik tərkibli çətənə bitkisindən əldə etdiyi narkotik vasitə marixuananı qurutmuş və daha sonra sellofan torbaya doldurub yaşadığı evin həyətində gizlədib saxlamışdır ki, özünə lazım olduqda çəkib istifadə edər. 08 ədəd çətənə bitkisi ağaclarını isə kökündən çıxarmamışdır. Ağaclar əkilmiş vəziyyətdə qalmışdır. Əkib- becərdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkisi ağaclarından yığaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan tutulduğu günədək müxtəlif vaxtlarda çəkib istifadə etmişdir. 16 may 2023-cü il tarixdə o, yaşadığı evin həyətində gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuanadan axıra qalan hissəsini şəffaf rəngli sellofan bükümə büküb əynində olan boz rəngli cins şalvarının sağ cibinə qoymuşdur. Həmin vaxt fikri evdən çıxıb işləmək üçün qaynatası Cahangirin evinə getmək olmuşdur. O, usta kimi bir müddətdir ki, qaynatasının evində işləyir. İşlərini bitirdikdən sonra isə üstündə götürdüyü narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmək fikri olmuşdur. 16 may 2023-cü il tarixdə o, yaşadığı evdən çıxıb piyada qaynatasının evinə tərəf gedən zaman Balakən rayon Tülü kəndi ərazisində Balakən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə saxlamaqda, narkotik tərkibli bitkilər əkib becərməkdə şübhəli olduğunu bildirmişlər və onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər.O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən rayon polis şöbəsinə gəlmişdir. Balakən rayon polis şöbəsinə gəldikdən sonra xidməti otaqlardan birində təhqiqatçı Zaur Xəlilov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Sonra onun vəkillər siyahısından seçdiyi müdafiəçi Muradov X4 rayon polis şöbəsinə dəvət olunmuş və bundan sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri qanuni əşya olub-olmaması barədə sual verilmiş, əgər üzərində hər hansı qeyri qanuni əşya yaxud predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynindəki şalvarın sağ cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və üzərindəki sellofanla birlikdə ümumi çəkisi 0,87 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı hardan əldə etdiyi barədə soruşmuş,o da səmimi olaraq Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində çöllük ərazidə kolluq sahədə narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirdiyini və həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini yığıb əldə etdiyini demişdir. Daha sonra vəkili Müdafiəçi, polis əməkdaşlarının, aqronom Şahid4 və onun özünün iştirakı ilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində olan çöl ərazisində kolluq sahədə 08 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı o, çöl sahəsində kolluq ərazidə əkibbecərdiyi və üzərindən yararlı yerlərini yığdığı 08 ədəd qurumuş halda olan narkotik tərkibli bitkilərini təqdim etmişdir. Baxışda iştirak edən aqronom Şahid4 onun əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini və dibləri alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış və uzunluğu ölçülərkən ən kiçiyinin uzunluğu 111 sm, ən uzun bitkinin isə uzunluğu 158 sm təşkil etmişdir. Daha sonra onun əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 08 ,ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış, sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 17 may 2023-cü il tarixli 17/407 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 0,71 qramdır. Həmçinin onun çöl ərazisində əkdiyi 08 ədəd bitkilər isə əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin aqronom mütəxəssis Şahid4 rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmçinin də onun üzərində aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana ilə 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tərkiblərinə görə eyni olması müəyyən edilmişdir. Əməlindən peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 16 may 2023-cü il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması, mütəmadi olaraq üzərində gəzdirməsi və qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Daha sonra o, daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən bilavasitə yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbərliyi ona həvalə edilmişdir. Qrupun üzvü isə Balakən RPŞ-nin KPHQ-nın kiçik inspektoru polis kiçik serjantı Şahid2 olmuşdur. 16 may 2023-cü il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən rayon Tülü kəndi ərazisində tərəflərindən saxlanılmış və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə, həmçinin narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilməsi barədə tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olan sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2022ci ilin avqust ayında çay kənarında balıq tutarkən bir ədəd yabanı halda bitmiş çətənə bitkisi ağacı gördüyünü, həmin ağacın üzərindən 09 ədəd toxumlarını yığdığını, daha sonra isə həmin toxumları Balakən rayon Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsinin ərazisində olan çöl sahəsində əkdiyini, bitmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərdiyini, daha sonra həmin 08 ədəd çətənə bitkisinin üzərindən yararlı yerlərini yığıb özü istifadə etdiyini bildirmişdir. Həmçinin də Təqsirləndirilən şəxs sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuanaya oxşar bitki kütləsini də əkib-becərdiyi 08 ədəd narkotik tərkibli bitkilərin üzərindən yığıb əldə etdiyini, həmçinin özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsinin çöl ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri göstərə biləcəyini də demişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm içərisində narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,87 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış,zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X9 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, polis əməkdaşlarının, aqronom Şahid4 və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin çöl ərazisində kolluq sahədə 08 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs çöl sahəsində kolluq ərazidə əkib- becərdiyi və üzərindən yararlı yerlərini yığdığı 08 ədəd qurumuş halda olan narkotik tərkibli bitkilərini təqdim etmişdir. Baxışda iştirak edən aqronom Şahid4 Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini və dibləri alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, bitkilərin hündürlükləri 111 sm-dən 158 sm-dək olması müyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış, sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış prosesi Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X9 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kəndi üzrə nümayəndəsi vəzifəsində işləyir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi, polis əməkdaşlarının və onun iştirakı ilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən çöl ərazisində kolluq sahədə 08 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs çöl sahəsində kolluq ərazidə əkib-becərdiyi və üzərindən yararlı yerlərini yığdığı 08 ədəd qurumuş halda olan narkotik tərkibli bitkilərini təqdim etmişdir. Həmin bitkilərə baxış zamanı o, Təqsirləndirilən şəxs əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini və diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, bitkilərin hündürlükləri 111 sm-dən 158 sm-dək olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış,sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 25-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 16 may 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 19:31-dan saat 19:50- dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvar, qara rəngli köynək, ayağında isə idman üslublu ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan öncə ona hüquq və vəzifələri izah edilmiş, daha sonra isə üzərində hər hansı qeyri-qanuni əşya, predmet və yaxud da narkotik vasitə olub olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs də əynində olan cins şalvarın sağ cibindən 1 ədəd içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında çay kənarında balıq tutarkən bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi ağacı gördüyünü, həmin ağacın üzərindən 09 ədəd toxumlarını yığdığını, daha sonra isə həmin toxumları Balakən rayon Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsinin ərazisində olan çöl sahəsində əkdiyini, bitmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərdiyini, daha sonra həmin 08 ədəd çətənə bitkisinin üzərindən yararlı yerlərini yığıb özü istifadə etdiyini bildirmişdir. Həmçinin də Təqsirləndirilən şəxs sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuanaya oxşar bitki kütləsini də əkib-becərdiyi 08 ədəd narkotik tərkibli bitkilərin üzərindən yığıb əldə etdiyini, həmçinin özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Abdullayev X5 rayonu Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsinin çöl ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi yeri göstərə biləcəyini də demişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,87 qram təşkil etmişdir. Həmin büküm 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlavə heç-bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Panasonic markalı videokamera vasitəsilə çəkiliş aparılmış, həmin çəkilişin əks olunduğu görüntü 1 ədəd DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 34-37-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 16 may 2023-cü il tarixdə saat 20:31-dan saat 21:00-dək “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən yer Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin ərazisində yerləşən kolluq ərazi olmuşdur. Kolluq əraziyə gedən cığır vasitəsi ilə gedilən zaman orada 8 ədəd qanunsuz halda narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilmişdir.Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş özünün təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini həmin bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir.Baxışda iştirak edən aqronom Şahid4 aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərildiyini,diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılıb uzunluqları ölçüldükdə 111 sm-dən 158 sms-dək olması müəyyən edilmişdir.Daha sonra aşkar edilmiş bitkilər 1 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Baxış Panasonik markalı videokamera vasitəsi ilə görüntülənmiş, həmin videogörüntü DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir.Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 38-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən aqronom-mütəxəssis Şahid4 verdiyi 16 may 2023-cü il tarixli rəydən görünür ki, 16 may 2023-cü il tarixdə Balakən rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə Balakən rayonu Poştbinə kəndi ərazisində olan kolluq ərazidə aşkar edilmiş 8 ədəd hündürlükləri 111 smdən 158 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar qurumuş halda olan bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş,dibləri alaq otlarından təmizlənmişdir. İşin 47-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 17 may 2023-cü tarixli 17/407nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində 'Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda " Aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərdən ibarət maddi sübut.” sözləri, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 08 (səkkiz) ədəd, uzunluqları 111 sm-dən 158 sm-dək, quru vəziyyətdə, ümumi təmiz çəkiləri- 51,42 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (alim) Şahid4 16 may 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və 08 (səkkiz) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İşin 114-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkotik Dispanserinin 23 may 2023-cü il tarixli 895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 16 may 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 16 may 2023-cü ildə saat 19:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 81-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 19:00-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 99-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Şambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 23 may 2023-cü il tarixdə verilmiş 323 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kənd sakinidir. İşin 105-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 23 may 2023-cü il tarixdə verilmiş 324 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən atası, anası, arvadı, 2008-ci il təvəllüdlü Rəbiyyə, 2010-cu il təvəllüdlü Rəvan və 2012-ci il təvəllüdlü Damla adında üç uşağı vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə(əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cinayət əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 16 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. O,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,71 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilmiş 0,05 qram olmaqla qalıq təmiz çəkisi 0,66 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin çöl ərazisində əkib-becərdiyi 08 ədəd təmiz çəkisi 51,42 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilmiş 0,80 qram (hər bitkidən 0,10 qram) olmaqla qalıq təmiz çəkisi 50,62 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD diski iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili - Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin, 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 16 may 2023-cü ildən 18 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. O,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat 97qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,71 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilmiş 0,05 qram olmaqla qalıq təmiz çəkisi 0,66 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin çöl ərazisində əkib-becərdiyi 08 ədəd təmiz çəkisi 51,42 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilmiş 0,80 qram (hər bitkidən 0,10 qram) olmaqla qalıq təmiz çəkisi 50,62 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski iş materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar