Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-84/2024 21.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1985-ci il tarixdə Balakən şəhəri M.Müşfiq küçəsi ev 13 ünvanında anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 ailəsi haqqında başqa şəxslərə “Whatsapp” proqram tətbiqi vasitəsi ilə nalayiq ifadələr işlətdiyini düşünüb yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü oğlu X3 istintaqa məlum olmayan tarixdən Həlimətin ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqram tətbiqində başqa şəxslərlə arasında keçən yazışmaları və səs yazılarını istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp” proqram tətbiqinə göndərməsini, daha sonra isə Həlimətin bunu görməməsi üçün onunla olan yazışmaları silməsini tapşırmış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Həlimət yaşadıqları Balakən şəhəri M.Müşfiq küçəsi ev 13 ünvanında olan zaman Nurgünün vasitəsi ilə Həlimətin ***-***-**-** mobil nömrəli “Whatsapp” proqram tətbiqindən Zərərçəkmiş şəxs2 ilə aralarında olan sevgi söhbətlərini, yəni şəxsi məlumatları əks etdirən sənədləri və səs yazılarını istifadəsində olan ***-***-**-** mobil nömrəli “Whatsapp” proqram tətbiqinə göndərilməsini təmin edərək qanunsuz olaraq toplamış, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində dayısı Şahid1 müvəqqəti yaşadığı ünvan 2 ünvanının yaxınlığında qanunsuz olaraq topladığı, Həlimət ilə Bayram arasında olan sevgi söhbətlərini, yəni şəxsi məlumatları əks etdirən sənədlərin və səs yazılarının bir hissəsini sonuncuya göstərib dinlədərək, eyni zamanda həmin tarixdə saat 18 radələrindən xx.xx.2024-cü il tarixdə saat 03 radələrinədək Balakən şəhəri Heydər Əliyev prospektində icarəyə götürdüyü obyektində olan zaman ***-***-**-** mobil nömrəsinin “Whatsapp” proqram tətbiqi ilə xalası oğlu Şahid5 ***-***-**-**, qardaşı X1 ***- ***-**-**, xalaları X14 ***-***-**-**, X9 ***-***-**-**, X10 ***-***-**-**, eləcə də xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Balakən şəhəri M.Müşfiq küçəsi ev 13 ünvanında olan zaman ögey qardaşı X4 +**********2 nömrələrində istifadə etdikləri “Whatsapp” proqram tətbiqinə göndərərək yaymışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin mart ayının əvvəllərində ailə üzvləri Toğrul, Nurgün və Vüsalə ona anası Həlimətin onlar barəsində qohum-qonşuya “Whatsapp” proqram tətbiqi vasitəsi ilə pis ifadələr atdığını bildirmişlər. Bundan sonra o, kiçik oğlu Nurgünə Həlimətin telefonundan qonşuları Gülümzərin və Gülmirənin, xalaları Rəfiqənin və Firəngizin mesajlarını ona atmasını tapşırmışdır. Nurgün gündəlik olaraq xx.xx.2024-cü il tarixədək Həlimətin ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqram tətbiqindən onun ***-***-**-** mobil nömrəsinə həmin səs yazılarını atmışdır. Nurgün səs yazılarını ona atdıqdan sonra Həlimətlə onun arasında olan çatı silirmiş ki, sonuncu mesajların ona yönləndirildiyini görməsin.xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Balakən şəhəri Heydər Əliyev prospektində icarəyə götürdüyü obyektdə olan zaman Nurgünün yaşadıqları ünvan 3 ünvanında olarkən Həlimətin telefonundan atdığı səs yazılarına qulaq asan zaman Həlimətin tanımadığı bir kişi ilə qeyri etik söhbətlər etdiyinin şahidi olmuşdur. Bundan sonra Vüsaləyə zəng edərək həmin nömrəni ona göndərməsini bildirmişdir. O, bu səs yazılarını və mesajların bir hissəsini saat 16 radələrində dayısı Adilə müvəqqəti yaşadığı ünvan 2 ünvanının yaxınlığında göstərmiş və dinlətmişdir. Onun səs yazılarını dinlətməkdə məqsədi Həliməti öldürtmək olmamışdır. O, Adilin digər bacılarını yığaraq Həliməti başa salacağını fikirləşmişdir. Adilin Həliməti vuracağını düşünməmişdir. Hadisə baş verdikdən sonra həmin tarixdə 18 radələrindən xx.xx.2024-cü il saat 03 radələrinədək o, Həlimətin Bayram adlı şəxslə olan mesajları və səs yazılarını, eləcə də digər qohumları ilə olan gündəlik məişət söhbətlərinin getdiyi səs yazılarını Balakən şəhəri Heydər Əliyev prospektində icarəyə götürdüyü obyektdə olan zaman “Whatsapp” proqram tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xalası oğlu Şahid5 ***-***-**-** nömrəsinə, qardaşı X1 ***-***-**-** nömrəsinə xalaları X14 ***-***-**-** nömrəsinə, X9 ***-***-**-** nömrəsinə, X11 ***-***-**-** nömrəsinə, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində isə yaşadığı ünvan 3 ünvanında olan zaman ögey qardaşı X4 +**********2 nömrəsinə, göndərərək yaymışdır. Bunu etməkdə məqsədi Həlimətin nə işlərlə məşğul olmasını hamının bilməsini istəməyi və indiyənədək olan problemlərin ona görə çıxmadığını başa düşmələrini istəməyi olmuşdur. Həmin səs yazılarını yayan zaman Həlimət ilə Bayramın şəxsi söhbətləri olduğunu bilsə də, həmin əməlin cinayət olduğunu bilməmişdir.Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kiçik oğlu Nurgünün az yaşlı olmasından istifadə edərək sonuncuya qanunsuz göstərişlər verib onun istifadəsində olmuş ***-***-**-** mobil nömrənin “Whatsapp” proqram tətbiqində olan yazışmaları öz telefonuna göndərtmişdir. Həmin səs yazılarının əksəriyyəti onunla bacıları və qohumları arasında olan danışıqlardır. Onlar gündəlik olaraq bir-biriləri ilə məişət söhbətləri etmişlər. Lakin Azərşən xx.xx.2024-cü il tarixdə onunla Zərərçəkmiş şəxs2 arasında keçən şəxsi söhbətlərini özünə göndərtdirərək onun şəxsi həyatının toxunulmazlığı hüququnu pozmuşdur. Azərşən həmin səs yazılarını onun telefonundan qanunsuz toplamaqla yanaşı, həmin səs yazılarını onun qohumlarına yəni, bacısı oğlu Şahid5, ögey oğlu X6, bacıları X18, X15 və X16 göndərək onu rüsvay etməyə çalışmışdır. 01 ədəd diskdə təqdim edilən səs yazılarının əksəriyyəti ona məxsusdur. Bir hissəsi isə onun bacılarına və Zərərçəkmiş şəxs2 məxsusdur. Zərərçəkmiş şəxs2 ilə Tik-tok sosial şəbəkəsində tanış olmuşdur. Sonuncu ilə heç vaxt görüşməsə də, bir-birilərini tanımağa çalışırmışlar. Ona görə də onlar arasında keçən yazışmaların və səs yazılarının qanunsuz toplanmasını və yayılmasını onun şəxsi həyatına müdaxilə kimi qiymətləndirir. Azərşən onunla prinsip apararaq onu cəmiyyət arasında rüsvay etmək istəmişdir.O, Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına, barəsində məcburi gətirmə haqqında qərar qəbul edilməsinə baxmayaraq , iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin 21 avqust 2024-cü il tarixli 3-13-66/2-17642/2024 nömrəli məktubunda göstərilmişdir ki, Gədəbəy rayonu Misginli kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs2 qeydiyyatda olduğu ünvanda olmadığı və Dövlət Sərhəd Xidmətinin ünvan 4 xidmət etdiyi üçün onun xx.xx.2024-cü il tarixdə Balakən Rayon Məhkəməsinə məcburi qaydada gətirilməsini təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahid Zərərçəkmiş şəxs2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə xatırlamadığı tarixdə Tik-tok sosial şəbəkəsində tanış olmuşdur. Sonuncu ilə heç vaxt görüşməsə də, bir-birilərini tanımağa çalışmışlar və aralarında sevgi söhbətləri olmuşdur. Onlar “Whatsapp” proqram tətbiqi vasitəsi ilə gündəlik olaraq danışmışdır. O, bir müddət sonra öyrənmişdir ki, Həlimətin oğlu Təqsirləndirilən şəxs onların arasında keçən danışıqları, yəni səs yazılarını gizlin yolla Həlimətin telefonundan toplamış, qohumlarına göstərməyə və göndərməyə başlamışdır. Bunun nəticəsində Həlimət qardaşı tərəfindən bıçaqlanmış, həmçinin sonuncu ilə o, şəxsi həyat məlumatlarını əks etdirən səs yazılarının və mesajlarının yayılması səbəbindən rüsvay olmuşdur. 01 ədəd diskdə təqdim edilən kişi səs yazılarının hamısı ona məxsusdur. Həmin səs yazıları Həlimət ilə onun arasında keçən söhbətlərdir. Digər səs yazılarının bir hissəsi Həlimətin ona verdiyi cavablar, digərləri isə qohumları ilə aralarında keçən gündəlik söhbətləri əks etdirən səs yazılarıdır. Təqsirləndirilən şəxs onu rüsvay etdiyi üçün sonuncudan şikayətçidir. Azərşən Həlimətlə onun arasında olan sevgi mesajlarını və səs yazılarını dayısı Adilə dinlətmiş və adını bilmədiyi xalalarının “Whatsapp” proqram tətbiqinə göndərmişdir.O,Həlimətlə əlaqə qurduqdan sonra aralarında keçən danışıqlardan Azərşənlə problemli olduğunu bilmişdir. Sonuncu həmin səs yazılarını toplayaraq və yayaraq həm Həliməti həm də onu rüsvay etmək istəmiş və istədiyinə nail olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən şəhəri Təqsirləndirilən şəxs küçəsi ev 79 ünvanında yaşayır. 2-3 aydır ki, dini nikahda olduğu X5 yaşadığı ünvan 2 ünvanında müvəqqəti yaşayır. xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində Balakən şəhərində Hənifə yolunda olarkən bacısı oğlu Azərşənlə rastlaşmış, sonuncu ona anası Zərərçəkmiş şəxs1 tanımadığı şəxslə nalayiq formada danışması ilə bağlı olan səsli mesajını göstərmiş və Həlimətin belə əxlaqsız işlərlə məşğul olduğunu demişdir.O, Azərşəndən məsələnin nə olduğunu soruşduqda mobil telefonundan Həlimətin səs yazısını açaraq ona qulaq asdırmışdır. O, həmin səs yazısında Həlimətin kiməsə “yaxşı oldu, intim əlaqə ona ləzzət elədi, sinəm ağappaq idi” və s. bu kimi intim söhbətlər etdiyini eşitmişdir. O da Azərşənə “sən qarışma mən özüm söhbət edib aydınlaşdıracam” deyə bildirmiş, Azərşənlə ayrıldıqdan sonra o, yaşadığı Balakən şəhəri Zərifə Əliyeva küçəsində yerləşən evinə getmişdir. Həmin vaxt o əsəbi olsa da, Həliməti öldürmək niyyəti olmamış, sonuncunu cəzalandırmaq istəmişdir. Bu məqsədlə evdə olan özünə məxsus qatlanıb-açılan gümüşü rəngli bıçağı götürüb Həlimətin Balakən şəhəri M.Müşfiq küçəsi ev 13 ünvanında yerləşən evinə saat 17 radələrində tək getmişdir. Həyət qapısını açmış, həyətdə heç kimi görməmiş, evin ikinci mərtəbəsinə çöldən olan pilləkənlərlə qalxmış, Həlimətin girişdən soldakı otaqda yataqda uzandığını görmüşdür. Sonuncuya yaxınlaşaraq niyə pozğunluq etdiyini soruşmuş, Həlimət uzandığı yerdən qalxaraq oturmuş və ona nalayiq sözlər demişdir. Utandığına görə ilkin ifadələrində Həlimətin ona cavab verməyinə imkan vermədiyini bildirmişdir. Hazırda da sonuncunun ona nələr dediyini deməyəcək. Bəlkədə Həlimət ona həmin sözləri deməsəydi onu vurmayacaqmış. Həmin sözlərdən daha da əsəbiləşərək Həlimətin bu əxlaqsız hərəkətlərinə görə sonuncunu cəzalandırmaq üçün arxa sağ cibində olan qatlanan bıçağı götürərək açmış, sağ əlində saxladığı bıçağı ilə Həlimətin boyun, sinə qarın nahiyələrinin hərəsindən bir dəfə vurmuş, sonuncu qışqıraraq otaqdan qaçmağa başlamış, o, Həlimətin arxasınca düşərək pilləkənlərdə bir dəfə də sonuncunun qarın nahiyəsindən bıçaqla vurmuşdur. Bu vaxt Azərşən onu tutaraq nə etdiyini soruşmuş, onun Həliməti bıçaqlamağına imkan verməmiş, Azərşən onu tutan zaman Həlimət qaçaraq həyətdən çıxıb getmişdir. Bundan sonra o, həyətdə olarkən əlini yumuş, cinayətin aləti olan bıçağı yuyub-yumadığını xatırlamamışdır. O, təslim olmaq qərarına gəlmiş, hadisə yerini tərk edərək təxminən 5 dəqiqə piyada getdikdən sonra qara rəngli Vaz 2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə minərək Balakən RPŞ-ə gəlmiş və könüllü təslim olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs1 ilə ədavəti və ya düşmənçiliyi olmamış hadisə baş verən zaman sonuncunun 1 dəfə boyun nahiyyəsinə, 1 dəfə döş nahiyəsinə və 2 dəfə qarın nahiyyəsinə vurmuş, ilkin ifadəsində həyəcanlı olduğundan neçə bıçaq zərbəsi vurduğunu dəqiq bildirməmiş, ona görə də otaqda vurduğu bıçaqların sayını da əksik demişdir. Həliməti bıçaqlamazdan qabaq heç kimə heç nə deməmiş, sonuncunu bıçaqlayan zaman otaqda ikisi olmuş, lakin pilləkənlərdə Həliməti vuran zaman Azərşənin və sonuncunun uşaqlarının hadisəni görmə ehtimalı olmuşdur. Azərşənin ona Həlimətə məxsus səs yazılarını və mesajları göstərməkdə məqsədi sadəcə ona məlumat vermək olmuşdur. Azərşən və ya başqa şəxs ona Həliməti bıçaqlayaraq xəsarət yetirməsi və ya öldürməsi üçün ona hər hansı bir xahiş, təhrik və s. etməmiş, eləcə də heç kim onu Həliməti bıçaqlamağında köməklik göstərməmişdir. Əksinə Azərşən ona mane olmağa çalışmışdır. Məmmədov X7 bıçaq zərbəsi vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə yaşadıqları evdə olan zaman hava qaralana yaxın Vüsalə qardaşı Toğrul ilə onu çağıraraq aşağı düşmələrini və Azərşənin onları çağırdığını bildirmişdir. Aşağı düşdükdən sonra onlar Azərşənin ona saat aldığını görmüş, təxminən 5 dəqiqə sonra Azərşənin dayısı Adil içəri girmişdir. Adil onun üzündən öpərək yuxarı qalxmış və 1 dəqiqə sonra Həlimətin qışqırıq səslərini eşitmişdir. Onlar nəyin baş verdiyini başa düşməmiş, elə bu vaxt nənəsinin sinəsindən qan axaraq pilləkənlərdən aşağı qaçdığını, Həlimətin arxasınca isə Adilin gəldiyini görmüşdür. Bu zaman Vüsalə onları dərhal qırağa aparmışdır. Azərşən isə Adilin qarşısına keçərək sonuncunu saxlamış və Adilin Həliməti vurmasına icazə verməmişdir. Həlimət bundan istifadə edərək evdən çıxmışdır. 1-2 dəqiqə sonra isə Adil evdən çıxmışdır. Toğrul həddindən artıq pis olduğuna görə, Azərşən dərhal dərman gətirmək üçün evdən getmiş və dərman gətirmişdir. Havanın qaralmağına az qalmışdı ki, hüquq mühafizə orqanları onların evinə gəlmişlər. Həlimət onların barəsində qonşulara, öz bacılarına və sair şəxslərə “Whatsapp” proqram tətbiqi vasitəsi ilə nalayiq sözlər dediyindən o, Vüsalə və qardaşı bu barədə Azərşənə məlumat vermiş, sonuncu isə hadisə baş verməzdən əvvəl təxminən 10 gün idi ki, ona Həlimətin telefonunda olan səs yazılarını Azərşənə atmağını və nənəsinin xəbəri olmasın deyə çatı silməyini tapşırmışdır. O, gündəlik olaraq Azərşənin dediyini edir, nənəsinin mesajlarını Azərşənin “Whatsapp” proqram tətbiqinə göndərir və çatı silirdi. Hadisə baş verən günü Həlimətin kontaktında “Bb” kimi qeydiyyatda olan şəxslə olan mesajlar nənəsinin kontaktında sonuncu danışdığı adam olduğu üçün o, həmin mesajları da Azərşənə göndərmək qərarına gəlmiş və göndərmişdir.Lakin həmin səs yazılarına qulaq asmamışdır. Bundan sonra isə o, bu barədə Vüsalə və Toğrula məlumat vermişdir. Vüsalə ilə Toğrulun danışığından başa düşmüşdür ki, həmin şəxslə nənəsi sevgi söhbətləri etmişdir. O, həmin vaxt Həlimətin telefonundan Azərşənlə olan çatı silmədiyi üçün onlar qərara gəlmişdir ki, Azərşənin belə şeyləri görməsi düzgün deyil. Ona görə Azərşənlə olan çatdan həmin səs yazılarını silmişlər. Lakin Azərşənin telefonun da “Whatsapp +” proqramı olduğu üçün silinmiş mesajları açıb oxuya bilmişdir. Bundan sonra sonuncu Vüsaləyə zəng edərək bu səs yazılarının nə olduğunu soruşmuş, Vüsalə isə həqiqəti danışmışdır. Azərşən ondan qonşuları Gülümzərin və Gülmirənin, Həlimətin bacıları Rəfiqənin və Firəngizin mesajlarını göndərməsini tələb etmişdir. Azərşənin həmin səs yazılarını əldə etməkdə məqsədi ilk olaraq başqa şəxslərə onlar barəsində dediklərini öyrənmək idi. Bundan başqa isə Azərşənin uzun illərdir ki, Həlimətlə münasibəti pis olmuş və qohum-qonşuda olan hamı bunun səbəbkarının atası olduğunu düşünmüşdür. Ona görə də, Azərşən həmin səs yazılarını toplayaraq hamıya problemin onda yox, Həlimətdə olduğunu sübut etməyə çalışırmışdır. Azərşənin Həliməti öldürtmək kimi bir niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 X12 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Sonuncu uzun illərdir ki, anası Zərərçəkmiş şəxs1 ilə mübahisə içindədir. Azərşənin özü ilə münasibəti kifayət qədər yaxşıdır. xx.xx.2024-cü il tarixdə evdə olan zaman Azərşəndən ona səs yazıları gəldiyini görmüşdür. Səs yazılarına qulaq asdıqda Həlimətin danışıqları olduğunu bilmişdir. Azərşənə nə deyəcəyini bilmədiyindən və utandığından sonuncuya heç bir şey yazmamışdır. Bundan bir qədər sonra hadisə barədə məlumatı olmuş və dərhal Balakən RMX-a getmişdir. Həmin səs yazıları telefonunda qalır. Azərşənin həmin səs yazılarını ona atmaqda məqsədi hər kəsə söz-söhbətlərin kimə görə düşdüyünü sübut etmək olmuşdur. İşin 35-116-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqram tətbiqindən sonuncuya məxsus şəxsi məlumatları əks etdirən sənədləri və səs yazılarını istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp” proqram tətbiqinə göndərilməsinə nail olmuş və həmin nömrədən xalası oğlu Şahid5 ***- ***-**-**, xalaları X14 ***-***-**-**, X9 ***-***-**-**, X10 ***-***-**-**, ögey qardaşı X4 +**********2 nömrələrində istifadə etdikləri “Whatsapp” proqram tətbiqinə göndərərək yaymışdır. İşin 203-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 157-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1041 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yaşayır. İşin 158-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1042 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bacısı, anası, arvadı, xx.xx.2009-cu il təvəllüdlü Toğrul və xx.xx.2012-ci il təvəllüdlü Nurgün adında iki uşağı vardır. İşin 159-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunmuşdur. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, iş üzrə şahidlər- Şahid1, Şahid2, X2, Şahid4 və Şahid5 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Cinayət əməli törətməməsi, zərərçəkmiş şəxslər barədə məlumatı yaymaq fikrinin olmaması, şəxsi məlumtların yayılmasının cinayət olmasını bilməməsi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə ( zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, özünün ifadəsi və s. ilə ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi məlumatları əks etdirən sənədləri, eləcə də səs yazılarını qanunsuz olaraq toplama və yayma cinayət əməlini törətmişdir. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Cinayətin ağır nəticələrə səbəb olması və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cərimə və ictimai işlər cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə islah işləri növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut,mülki iddia, məhkəmə xərci , xüsusi müsadirə edilməli əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 6(altı) ay müddətə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını iş yerində çəksin. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-84/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-84/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver