Məhkəmə qərarları › İş №1(019)-85/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-85/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-85/2023 06.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs -xx xxxxxx 1993-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə gecə saat 01 radələrində narkotik vasitənin, eləcə də, spirtli içkinin təsiri altında, yəni sərxoş vəziyyətdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısında qəsdən heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan hərəkətlər etməklə H.Əliyev adına istirahət parkının qarşısında ucadan qışqırıb nalayiq ifadələr işlətdiyi və ictimai qaydanı pozduğu üçün onu nizam-intizam qaydalarına riayət etməyə dəvət edən, yəni ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Zərərçəkmiş şəxs qanuni tələblərinə riayət etməmiş, əksinə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunun burun nahiyəsinə sol əli ilə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq sonuncuya burnunda şişkinlik, burun çəpərinin və burun sümüklərinin qapalı yerdəyişməyən sınığı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, həmçinin, ayağı ilə bir neçə təpik zərbəsi vuraraq Zərərçəkmiş şəxs sol baldırın aşağı 1/3-nin ön səthində iki ədəd sıyrıqlar, eləcə də, sağ əlindəki silah qismində istifadə etdiyi 01 ədəd dəftərxana bıçağının (oboy bıçağının) 4,7 sm uzunluğunda kəsici tiyə hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sağ aşağı tış hissəsindən qarnın aşağı şöbəsinin sağ iç hissəsinə qədər olan səthi cızıq xəsarətləri kimi birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan, cəmi üç ədəd xəsarətlər yetirib müqavimət göstərməklə zor tətbiq edib qəsdən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində ailəsi ilə birlikdə yaşayır və təxminən 05 aydır Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısındakı köşkü işlədir. O, 10 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə yemək yeyən zaman bir qədər spirtli içki araq qəbul etmiş, həmin tarixdə axşam saatlarında köşkə gedib işləməyə başlamışdır. Artıq 11 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində o, köşkün qapısını bağlayıb yaşadığı evə getmək istəyən vaxt tanışı olan Balakən şəhər sakini Ələddin adlı şəxs də onun yanında olmuşdur. Bu zaman əvvəllər tanıdığı Balakən RPŞ-nin PPXB-nin əməkdaşı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə gedib köşkün qarşısında dayanmış, həmin vaxt Kənan avtomobilin maqnitolasına yüksək səs verdiyinə görə o, Zərərçəkmiş şəxs iradını bildirmiş və bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Kənan onu dalaşmaq üçün parkın ərazisinə dəvət etmiş və dalaşmağa getməyənin ünvanına söyüş söymüşdür. Bu zaman tanışı Ələddin araya girib onları sakitləşdirməyə çalışmışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs üstünə gedərək onun sifət və baş nahiyəsinə bir neçə yumruq zərbəsi, həmçinin sol bilək nahiyəsinə bir təpik zərbəsi vuraraq ona bədən xəsarətləri yetirmişdir. O, 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğuna görə və müharibə zamanı kəllə-beyin travması aldığına görə özünü bir anlıq itirmiş, həmin vaxt tanışı Ələddin onları ayırmış və o, köşkün içərisinə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra təxminən 10-12 polis əməkdaşı oraya gəlmiş, o, həmin polis əməkdaşlarını görüb köşkün içərisində olan dəftərxana bıçağını əlinə götürmüşdür ki, ona yaxınlaşıb döymək istəsələr özünə xəsarət yetirsin. Orada olan polis əməkdaşlarından bir neçəsi sakit tərzdə ona yaxınlaşıb dəftərxana bıçağını əlindən almışlar və məsələyə aydınlıq gətirmək üçün onu bayıra dəvət etmişlər. Buna görə o, köşkdən bayıra çıxıb parkın qarşısında polis əməkdaşları ilə söhbət etməyə başlamış, həmin vaxt o, Zərərçəkmiş şəxs sual verərək aralarında normal münasibət olduğu halda nə üçün onu vurduğunu soruşmuş, Zərərçəkmiş şəxs isə ona aqressiv şəkildə cavab verərək yenidən onu yumruqla vurmaq üçün həmlə etmiş, bu zaman o, sol əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs və digər polis əməkdaşları onu yerə yıxıb döyərək ona bədən xəsarətləri yetirmişlər. Lakin o, həmin vaxt əli ilə sifətini tutub qoruduğuna görə kimin onun hansı nahiyəsinə hansı şəkildə zərbə endirməsini görməmişdir. Həmçinin, hadisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söymüş, o da həmin söyüşləri Zərərçəkmiş şəxs özünə söymüşdür. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilə mindirib Balakən RPŞ-nin inzibati binasına gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra da inzibati binada Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söymüş, o da həmin söyüşləri Zərərçəkmiş şəxs özünə söymüşdür. Daha sonra polis əməkdaşları onu Balakən rayon Mərkəzi Xəstəxanasına aparıb müayinədən keçirmişlər. Xəstəxanada müayinə olunan zaman onun bədəni üzərində sağ göz ətrafının sıyrılmış yarası, sol qulaq dib nahiyyəsinin əziyi, sol saidin əziyi, sağ döş qəfəsinin əziyi və sınığa şübhə xəsarətləri olması müəyyən olunmuşdur.O,Zərərçəkmiş şəxslə barışmışdır. Onun təqsiri yoxdur.Ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis kiçik serjantı rütbəsini daşıyır. O, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Balakən PRŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 ilə Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkındakı piyada postunda xidmətdə olduqları zaman həmin parkın giriş hissəsinin qarşısında olan köşkdə şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs qışqırıb ünvansız nalayiq ifadələr işlədərək ictmai qaydanı pozduğunu və cəmiyyətə açıqca hörmətsizlik etdiyini görüb sonuncuya yaxınlaşmışlar və özlərini Təqsirləndirilən şəxs təqdim edərək dəfələrlə sonuncudan nizam-intizam qaydalarına riayət etməsini xahiş etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində olan dəftərxana bıçağının tiyəsini onlara tərəf tutub sağasola doğru hərəkət etdirərək onları özündən kənarda saxlayıb öz qərəzli hərəkətlərini davam etdirmiş və onların ünvanına nalayiq ifadələr işlətməyə davam edərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb sakitləşdirmək istəyən zaman sonuncu sağ əlindəki dəftərxana bıçağının tiyəsi ilə ona xəsarət yetirmək üçün həmlə etmiş, həmin vaxt o, özünü qorumaq üçün geri çəkilmiş və nəticədə Təqsirləndirilən şəxs dəftərxana bıçağının tiyəsi ilə onun əynində xidməti geyim forması olan kitelin ön sağ cib hissəsini, eləcə də formanın altından geyindiyi qara rəngli qısaqol köynəyi və ağ rəngli maykanı kəsmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sol əli ilə onun yaxasından tutub çəkərək əynindəki kitelin ön sağ hissəsini cırmışdır. Onlar Təqsirləndirilən şəxs nizam-intizam qaydalarına riayət etmədiyini, onların tələblərinə məhəl qoymadığını, əlindəki kəsici alətlə onlara xəsarət yetirmək istədiyini və spirtli içkinin təsiri altında olduğunu görüb Təqsirləndirilən şəxs zərərsizləşdirmək məqsədi ilə sağ qolundan tutduqları zaman sonuncu anidən sol əli ilə onun burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmçinin təpiklə onun sol ayağının bilək nahiyəsinə bir neçə zərbə vurmuşdur. Zərbənin təsirindən onun burnu qanamış və qan damcıları əynindəki kitelin yaxasına tökülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan, sonradan Anarın tanışı olduğunu və adının Ələddin olduğunu bildiyi şəxs Anara irad bildirərək satik olmasını, onlara müqavimət göstərməyə son qoymasını və polisin qanuni tələblərinə əməl etməsini tələb etmiş, lakin Təqsirləndirilən şəxs öz tanışı olan Ələddin adlı şəxsin də sözlərinə məhəl qoymamışdır. Bundan sonra Ələddin adlı şəxs oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs sakitləşmədiyi üçün xidmət yoldaşı Şahid1 onlara yaxın ərazidə avtopatrul ilə xidmət aparan PPXB-nin digər əməkdaşları Şahid5 və Şahid3 köməyə çağırmış, bir neçə dəqiqə sonra Şahid5 və Şahid3 onların olduqları yerə getmişlər. Şahid5 və Şahid3 onların olduqları yerə gedənədək Təqsirləndirilən şəxs yenə də əlindəki dəftərxana bıçağının tiyəsini onlara tərəf tutub sağa-sola doğru hərəkət etdirmiş və onları özündən kənarda saxlayıb öz qərəzli hərəkətlərini davam etdirmişdir. PPXB-nin digər əməkdaşları Şahid5 və Şahid3 hadisə yerinə getdikdən sonra onlar birlikdə fiziki güc tətbiq edərək Təqsirləndirilən şəxs əlindəki dəftərxana bıçağının tiyəsini almışlar və sonuncunu Balakən RPŞ-nin inzibati binasına gətirmək üçün xidməti avtomobilə əyləşdirmək istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə əyləşməmək üçün yenə də onlara müqavimət göstərmiş və özünü avtomobilin müxtəlif hissələrinə çırparaq özünə xəsarət yetirmişdir. Onlar buna baxmayaraq Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib Balakən RPŞ-nin inzibati binasına gətirmişlər. Yolda gələn zaman Təqsirləndirilən şəxs yenə də sakitləşməmiş və özünü avtomobilin içərisində sağa-sola çırparaq özünə xəsarət yetirmişdir. X7 gəldikdən sonra da Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini davam etdirib Şöbənin inzibati binasında onların ünvanına ucadan nalayiq ifadələr işlədərək təxminən 40 dəqiqə ərzində Şöbənin iş rejimini pozmuşdur. Polis Şöbəsində olan zaman o, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə müraciət etmiş, daha sonra o, hadisə zamanı aldığı xəsarətlə əlaqədar olaraq Balakən rayon Mərkəzi Xəstəxanasına gedib müayinədən keçmişdir. X7 gəldikdən sonra xidmət yoldaşı Şahid1 hadisə zamanı Təqsirləndirilən şəxs əlindən aldıqları dəftərxana bıçağının tiyəsini Təhqiqat Bölməsinə təqdim etmişdir. O,həmçinin bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs ondan başqa heç kimi vurub xəsarət yetirməmiş, sadəcə olaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində öz qanunsuz hərəkətlərini təxminən 15 dəqiqə ərzində davam etdirmişdir. Hadisə zamanı ətrafa xeyli sayda insanlar toplaşmışdır. Lakin hadisə zamanı o, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdığı üçün oraya toplaşan şəxslərin kim olduqlarına fikir verə bilməmişdir. Təqsirləndirilən şəxs göstərdikləri yalandır. O, polis əməkdaşıdır və ictimai asayişi qorumaq üçün xidmət aparır. Hadisə vaxtı da o, xidmət yoldaşı Şahid1lə birlikdə H.Əliyev adına istirahət parkında piyada postunda xidmətdə olmuşdur. Sadəcə olaraq Təqsirləndirilən şəxs onun avtomobili olduğunu bildiyinə görə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə guya onun idarə etdiyi avtomobillə gedib işlətdiyi köşkün qarşısında dayandığını, həmin vaxt avtomobilin maqnitolasına yüksək səs verdiyini, ona irad bildirdiyini və həmin vaxt aralarında sözlə mübahisə baş verdiyini, həmçinin mübahisə zamanı Təqsirləndirilən şəxs dalaşmaq üçün parkın ərazisinə dəvət etdiyini və dalaşmağa getməyənin ünvanına söyüş söydüyünü bildirmişdir. Bunlar hamısı Anar Hüseyinovun özünə haqq qazandırmaq üçün uydurduğu yalanlardır. Əslində isə hadisə vaxtı Təqsirləndirilən şəxs yanında olan Ələddin adlı tanışı onu deyil, Anarın özünü sakitləşdirməyə çalışmış, onlara müqavimət göstərməyə son qoymasını və polisin qanuni tələblərinə əməl etməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs öz tanışı olan Ələddin adlı şəxsin də sözlərinə məhəl qoymadığına görə, Ələddin adlı şəxs oradan çıxıb getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı vurmamış, sonuncuya heç kim xəsarət yetirməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs özünə haqq qazandırmaq üçün özünü avtomobilin müxtəlif hissələrinə çırparaq özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsla barışmışdır.Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsini daşıyır. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində Balakən PRŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidməti patrul avtomobili ilə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkında xidmətdə olan Balakən PRŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 ona zəng edərək H.Əliyev adına istirahət parkının giriş hissəsinin qarşısında bir vətəndaşın qışqırıb ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və cəmiyyətə açıqca hörmətsizlik etdiyini, həmin vətəndaşı sakitləşdirmək istədikləri zaman vətəndaşın dəftərxana bıçağı ilə Balakən PRŞnin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs paltarlarını kəsdiyini, həmçinin yumruq və təpiklə vurub Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmiş və onları köməyə çağırmışdır. Buna görə xidmət yoldaşı Şahid3lə o, dərhal xidməti avtomobillə hadisə yerinə yollanmışlar. Onlar hadisə yerinə çatanda sonradan soyadının, adının və ata adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin spirtli içkinin təsiri altında olduğunu, əlindəki dəftərxana bıçağının tiyəsini Şahid1 və Zərərçəkmiş şəxs tərəf tutub sağa-sola doğru hərəkət etdirdiyini görmüşlər. Buna görə onlar dərhal yaxınlaşıb birlikdə fiziki güc tətbiq edərək Təqsirləndirilən şəxs əlindəki dəftərxana bıçağının tiyəsini almışlar və Şahid1 həmin dəftərxana bıçağının tiyəsini cibinə qoyub götürmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Balakən RPŞ-nin inzibati binasına gətirmək üçün xidməti avtomobilə əyləşdirmək istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə əyləşməmək üçün onlara müqavimət göstərmiş və özünü avtomobilin müxtəlif hissələrinə çırparaq özünə xəsarət yetirmişdir. Buna baxmayaraq onlar Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib Balakən RPŞ-nin inzibati binasına gətirmişlər. Yolda gələn zaman Təqsirləndirilən şəxs yenə də sakitləşməmiş və özünü avtomobilin içərisində sağa-sola çırpırıb özünə xəsarət yetirmişdir. X7 gəldikdən sonra da Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini davam etdirib Şöbənin inzibati binasında onların ünvanına ucadan nalayiq ifadələr işlədərək təxminən 40 dəqiqə ərzində Şöbənin iş rejimini pozmuşdur. Polis Şöbəsində olan zaman Zərərçəkmiş şəxs raportla RPŞ-nin rəhbərliyinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirmiş, həmçinin əlindəki dəftərxana bıçağının tiyəsi ilə Kənanın əynindəki paltarları kəsmişdir. Həmçinin, hadisə zamanı Təqsirləndirilən şəxs onların ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı ətrafa xeyli sayda insanlar toplaşmışdır, lakin hadisə zamanı o, oraya toplaşan şəxslərin kim olduqlarını bilməmişdir. Hadisə zamanı orada 10-12 nəfər polis əməkdaşı olmamış, eləcə də hadisə zamanı Təqsirləndirilən şəxs heç kim vurmamış və döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 Şahid5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin məsul növbətçisi vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. O, 11 may 2023-cü il tarixdə təxminən saat 01:20 dəqiqədə RPŞ-nin Növbətçi Hissəsində xidmətdə olduğu zaman Balakən PRŞ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs, Şahid1, Şahid5 və Şahid3 xidməti avtomobillə Balakən rayonu Mahamalar kənd sakini olan Təqsirləndirilən şəxs RPŞ-nin inzibatı binasına gətirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısında uca səslə qışqırıb ünvansız nalayiq ifadələr işlədərək ictmai qaydanı pozduğunu və cəmiyyətə açıqca hörmətsizlik etdiyini, buna görə Təqsirləndirilən şəxs yaxınlaşıb nizam-intizama dəvət etdikləri zaman sonuncunun əlində olan kəsici alətlə onun əynindəki paltarları kəsdiyini, həmçinin yumruqla burun nahiyəsinə vurub ona xəsarət yetirdiyini, böyük ehtimalla Təqsirləndirilən şəxs spirtli içkinin, narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olduğunu bilmişdir. Daha sonra Zərərçəkmiş şəxs raportla RPŞ-nin rəhbərliyinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Polis Şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə uca səslə polis əməkdaşlarının ünvanına söyüşlər söymüş, onlar Təqsirləndirilən şəxs dəfələrlə nizamintizama dəvət etsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və Növbətçi Hissənin iş rejimini təxminən 40 dəqiqə ərzində pozmuşdur. Buna görə o, raportla RPŞ-nin rəhbərliyinə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Onun raportu əsasında Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə Şəki şəhərində fəaliyyət göstərən X1 müayinədən keçirilmiş, sonuncunun narkotik vasitə hesab edilən marixuana və metadon qəbul etməsi müəyyən edilmişdir. Buna görə Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 10 may 2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdən çıxıb piyada gəzmək üçün Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkına getmiş, parkın ərazisində xeyli gəzdikdən sonra, yəni 11 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində yaşadığı evə qayıtmaq istəyən zaman həmin parkın qarşısında səs-küy baş verdiyini eşitmiş, buna görə parkın giriş hissəsinə tərəf gedəndə Balakən şəhər sakini kimi tanıdığı və parkın giriş hissəsindəki köşkü işlədən “Anar” adlı şəxsin qışqırıb uca səslə nayaliq söyüşlər söydüyünü və 02 polis əməkdaşının yaxınlaşıb Anarı sakitləşdirmək istədiklərini, Anarı nizam-intizam qaydalarına riayət etməyə dəvət etdiklərini görmüşdür. O, hadisə yerinin yaxınlığında yerləşən “MM Oil” yanacaqdoldurma məntəqəsinin içərisinda dayanıb hadisəni seyr etmişdir. Həmin vaxt Anar sağ əlində tutduğu aləti polis əməkdaşlarına tərəf tutub sağa-sola doğru hərəkət etdirərək polis əməkdaşlarını özündən kənarda saxlamış və polis əməkdaşlarını söyməyə davam etmişdir. Onun fikrincə Anarın əlində bıçaq və ya nəsə bir kəsici alət olmuşdur. Çünki Anar əlini sağa-sola hərəkət etdirdikcə polis əməkdaşları geri çəkilirmişlər. Lakin o, hadisə yerindən bir qədər aralıda dayandığına görə Anarın əlində olan alətin konkret olaraq nə olduğunu görə bilməmişdir. Həmin vaxt Anar əlindəki alətlə vurub bir polis əməkdaşının paltarını kəsmişdir. Çünki, həmin polis əməkdaşı bir qədər geri çəkilib xidməti geyim formasının kəsilmiş hissəsinə baxmışdır. Daha sonra polis əməkdaşları yaxınlaşıb Anarın sağ qolundan tutan zaman sonuncu geyim formasını kəsdiyi həmin polis əməkdaşının sifətinə sol əli ilə bir yumruq vurmuşdur. Həmin vaxt polis əməkdaşlarının və Anarın yanında olan, əvvəllər tanımadığı digər mülki geyimli bir şəxs də müdaxilə edib Anarı sakitləşdirmək istəmiş, lakin Anar həmin şəxsin də sözlərinə məhəl qoymadığına görə, həmin şəxs oradan çıxıb getmişdir. Orada Anar və 02 polis əməkdaşı qalmışdır. Bundan sonra da Anar əlindəki aləti sağa-sola doğru hərəkət etdirib polis əməkdaşlarını özünə yaxın buraxmamışdır. Təxminən 2-3 dəqiqədən sonra hadisə yerinə avtopatrul avtomobili ilə əlavə 02 polis əməkdaşı getmişdir. Bundan sonra polis əməkdaşları Anarı tutub əlindəki aləti almışlar və sonuncunu avtopatrul avtomobilinə mindirib oradan aparmışlar. Polis əməkdaşları Anarı avtopatrul avtomobilinə mindirmək istəyən zaman sonuncu polis əməkdaşlarına müqavimət göstərmiş və özünü avtomobilin müxtəlif hissələrinə çırparaq avtomobilə minmək istəməmişdir. Hadisə yerində cəmi 04 polis əməkdaşı olmuşdur. Hadisə zamanı ətrafa xeyli sayda insanlar toplaşmışdır, lakin o, hadisə yerinə toplaşan şəxslərin kim olduqlarına fikir verməmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. İstintaq zamanı şəxsiyyəti ona tam məlum olan Təqsirləndirilən şəxs hadisə zamanı əlindəki aləti sağa-sola hərəkət etdirmiş və 02 polis əməkdaşını özündən uzaq saxlayıb uca səslə nalayiq söyüşlər söymüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarından birini yumruqla vurmuşdur. Bundan sonra hadisə yerinə əlavə 02 polis əməkdaşı getmiş və Təqsirləndirilən şəxs sakitləşdirə bilmişlər. Hadisə yerində cəmi 04 nəfər polis əməkdaşından başqa polis əməkdaşı görməmişdir. Həmçinin, hadisə zamanı Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı vurmamış və döyməmişdir. O, belə bir halın şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus VAZ 21115 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. O, 11 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində özünə məxsus avtomobillə Balakən şəhəri ərazisində yerləşən “Bayraq Meydanı” adlanan yerdə dayanıb müştəri gözləyən zaman Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısında bir cavan oğlanın səs-küy yaratdığını, uca səslə nayaliq söyüşlər söydüyünü görmüşdür. Elə həmin vaxt 02 polis əməkdaşı həmin cavan oğlana yaxınlaşıb sakitləşdirməyə çalışmışlar. Lakin həmin cavan oğlan polis əməkdaşlarını özünə yaxın buraxmamış və polis əməkdaşlarını söyməyə başlamışdır. Sonra həmin oğlanı polis maşınına mindirib aparmışlar. İşin 12-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 may 2023-cü il tarixdə saat 06:15 dəqiqədən saat 06:35 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, baxış və götürmə zamanı Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs 11 may 2023-cü il tarixdə saat 01 radələrində PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid1 ilə Balakən şəhərində yerləşən H.Əliyev adına parkda xidmətdə olduqları zaman həmin parkın qarşısında yerləşən köşkdə işləyən Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu, sonuncunu həmin qanunsuz hərəkətlərdən çəkindirmək üçün müdaxilə etdikdə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki dəftərxana bıçağını onun üzərinə fırlatması nəticəsində əynindəki xidməti geyim olan kitelin ön sağ hissəsini, eləcə də, kitelin altından geyindiyi qısaqol qara rəngli köynəyin, həmçinin köynəyin altından geyindiyi ağ rəngli maykanın ön sağ hissəsindən kəsərək zədələr yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs məxsus xidməti geyim olan kitelə baxdıqda ön sağ yuxarı hissəsində 25 sm uzunluğunda kəsik izinin olması məlum olmuşdur. Həmçinin, kitelin ön və boğaz hissələrində qırmızı rəngli çoxlu sayda qana bənzər ləkələr olmuşdur. Bundan başqa, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qara rəngli qısaqol köynəyə baxış keçirdikdə həmin köynəyin ön tərəfində 13 sm uzunluğunda kəsik olması məlum olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs əynindəki qara rəngli qısaqol köynəyin aldından geyindiyi ağ rəngli maykaya baxış keçirdikdə həmin maykanın ön tərəfində 12 sm uzunluğunda sətki kəsik izləri olmuşdur. Baxış keçirilmiş 01 ədəd kitel, 01 ədəd köynək və 01 ədəd mayka iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Vasif Əliyev tərəfindən götürülmüşdür. Baxış və götürmə zamanı fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər protokola əlavə edilmişdir. Baxış və götürmə zamanı tərtib edilmiş protokol içtirakçılara ucadan oxunmuş, əlavə vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 may 2023-cü il tarixdə Balakən RPŞ-nin məsul növbətçisi polis mayoru Elçin Əyyubov tərəfindən tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə saat 01:20 radəsində Balakən RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Zərərçəkmiş şəxs təyin olunmuş dislokasiya üzrə xidmətdə olduqları zaman Balakən şəhəri H.Əliyev prospektində yerləşən köşkün qarşısında uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub cəmiyyətə açıqca hörmətsizlik edərək xuliqanlıq hərəkətləri edən xx xxxxxx 1993-cü il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini, 2-ci Vətən Müharibəsinin iştirakçısı Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu dəfələrlə nizam-intizama dəvət etsələr də, spirtli içki, narkotik vasitələr, psixotrop maddələr və ya digər güclü təsir edici maddələrin təsiri altında olan Təqsirləndirilən şəxs polisin qanuni tələbinə məhəl qoymadan öz əməllərini davam etdirib əlindəki kəsici dəftərxana bıçağı ilə polis əməkdaşlarına qarşı zor tətbiq edərək tabesizlik göstərmiş və polis kiçik serjantı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq vuraraq xəsarət yetirmişdir. Nəticədə polis əməkdaşı məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs qarşı fiziki gücdən istifadə edib sonuncunu zərərsizləşdirərək RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs RPŞ-nə gələn zaman sərxoş vəziyyətdə uca səslə polisin ünvanına, ünvansız söyüşlər söyərək təhqir etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu polisin qanuni tələbinə məhəl qoymayaraq Növbətçi Hissənin iş rejimini təxmini 40 dəqiqə pozmuşdur. İşin 26-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 may 2023-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “əşyanın könüllü təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 11 may 2023-cü il tarixdə saat 01 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkda PPXB-nin polis nəfəri polis kiçik serjantı Zərərçəkmiş şəxs ilə piyada xidmət apardıqları zaman həmin parkın giriş hissəsində yerləşən köşkün içərisində Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik etdiyini görüb sonuncuya yaxınlaşdıqlarında Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək əlindəki dəftərxana bıçağı ilə Zərərçəkmiş şəxs əynindəki paltarları kəsdiyini və xəsarət yetirdiyini, sonradan Təqsirləndirilən şəxs əlindən dəftərxana bıçağını alaraq Polis Şöbəsinə gətirdiyini və həmin dəftərxana bıçağını könüllü surətdə təhqiqata təqdim etmək istədiyini bildirmişdir. Şahid1 təqdim etdiyi 01 ədəd dəftərxana bıçağına baxış keçirdikdə, həmin dəftərxana bıçağının kəsici tiyə hissəsinin 4,7 sm uzunluqda olması məlum olmuşdur. Həmin 01 ədəd dəftərxana bıçağı iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün təhqiqatçı Vasif Əliyev tərəfindən Şahid1 götürülmüş və ekspertizaya təqdim edilməsi üçün 01 ədəd zərfdə qablaşdırılmışdır. İşin 28-32-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 may 2023-cü il tarixdə saat 07:45 dəqiqədən saat 08:15 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs 11 may 2023-cü il tarixdə saat 01 radələrində PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid1 ilə Balakən şəhərində yerləşən H.Əliyev adına parkda xidmətdə olduqları zaman həmin parkın qarşısında yerləşən köşkdə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etdiyini görüb yaxınlaşdıqları sonuncunun müqavimət göstərib polisin qanuni tələblərinə tabe olmadığını, eyni zamanda Təqsirləndirilən şəxs onun əynində olan xidməti geyim paltarının ön sağ tərəfinə əlindəki dəftərxana bıçağı ilə kəsik saldığını, həmçinin, yumruqla onun burun nahiyəsinə vurduğunu bildirmişdir. Hadisə yeri Balakən şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkın qarşı tərəfidir. Hadisə yerinin qarşısında ictimai iaşə obyektləri, sol tərəfində “MM Oil” yanacaqdoldurma məntəqəsi, arxa tərəfində isə park yerləşir. Zərərçəkmiş şəxs hadisə zamanı ətrafa çoxlu sayda insanlar toplaşdığını, lakin həmin şəxslərin heç birinin hadisəyə müdaxilə etmədiyini, bunun üçün də özündən başqa hər hansı şəxsin xəsarət almadığını bildirmişdir. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, vasitə, predmet götürülməmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 52-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 12 may 2023-cü il tarixli 125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs a) burnunda şişkinlik, burun çəpərinin və burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, b) sol baldırın aşağı 1/3-nin ön səthində iki ədəd sıyrıqlar, c) döş qəfəsinin sağ aşağı tış hissəsindən qarnın aşağı şöbəsinin sağ iç hissəsinə qədər olan səthi cızıq xəsarətləri müəyyən edilmişdir. a) və b) bəndində göstərilənlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, c) bəndində göstərilən bərk iti kənara malik əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə, a) bəndində göstərilən onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, b) və c) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərdən a) və b) bəndində göstərilənlər yumruq və təpik zərbələri nəticəsində əmələ gələ bilərdilər. İşin 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 12 may 2023-cü il tarixli 124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər - sol üst göz qapağında sıyrıq, sağ göz altında qançır, sol qulaq önündə zəif şişkinlik, sol saidin aşağı 1/3-də iş səthdə səthi şişkinlik, sağ döş qəfəsində 7-8 qabırğa sahəsində az şişkinlik küt əşyanın (əşyaların) təsirindən törmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər avtomobilin dəmir hissələrinə özünü vurması nəticəsində əmələ gələ bilərdilər. İşin 181-188-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Kompleks məhkəmə-trasoloji və soyuq silahın tədqiqi ekspertizasının 24 may 2023-cü il tarixli 228-2023/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus kitelin, köynəyin vǝ maykanın ön səthinin sağ yarısının ortayuxarı hissəsində 01 (bir) ədəd; kitelin ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti kənarı olan hər hansı bir kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs maxsus geyim əşyalarında aşkar edilmiş kəsilmiş xarakterli zədələrin, həmçinin onun bədənində müəyyən edilən döş qəfəsi nahiyəsində cızıq şəkilli xəsarətin tədqiqata təqdim edilmiş dəftərxana bıçağının tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş burnunda şişkinlik, burun çəpəri və burun sümüklərinin qapalı sınığı xəsarətləri geyim əşyaları ilə örtülməyən nahiyələrdə yerləşdiyi üçün geyim əşyalarında öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs müvafiq geyim əşyaları (şalvar və s.) ekspertizaya təqdim edilmədiyi üçün onun bədənində müəyyən edilmiş sol baldırın aşağı 1/3-nin ön səthində iki ədəd syrıqların geyim əşyaları üzərində əks olub-olmaması barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı dəftərxana bıçağının (rezak-ın) kəsici xassəyə malik tiyəsidir və soyuq silah hesab olunmur. Təqdim olunmuş dəftərxana bıçağının tiyəsinin üzərində sonradan heç bir əlavə və dəyişiklik edilməmiş və təyinatı dəyişdirməmişdir. İşin 177-179-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının 19 may 2023cü il tarixli 305 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, nevrotik reaksiyalarla XBT 10 F07.0 xəstəliyi aşkar edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda mülayim emosional pozuntu aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, hövsələsiz, acıqlı və kobud olması onda əsəbiliyə və konfliktə meyillilik müşahidə olunması, ünsiyyətə həvəslə daxil olaraq verilmiş sualları ətraflı və müfəssəl cavablarlandırması, keçirilən ekspertizanın məqsədini və mahiyyətini düzgün başa düşərək onun nəticəsinə maraq göstərməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, törətdiyi əmələ tənqidi münasibət bəsləməsi, onda qavrama, yaddaş təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, nevrotik reaksiyalarla XBT 10 F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs kobud yaddaş pozuntusu ilə bağlı hər hansı problem yoxdur. İşin 176-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 19 may 2023-cü il tarixli 877 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Mərkəzi Xəstəxanasından alınmış 15 may 2023-cü il tarixli PHŞ-6-27/2- 305/2023 nömrəli məktubdan görünür ki, 1993-cü il təvəllüdlü Balakən rayon sakini Təqsirləndirilən şəxs MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində xx.xx.2022-ci ildən üzvi mənşəli şəxsiyyət pozuntusu, dekompensasiya halında diaqnozu ilə qeydiyyatdadır. Narkoloji kabinetdə qeydiyyatda yoxdur. İşin 38-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 11 may 2023-cü il tarixli 200 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:22 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. İşin 137-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 19 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 172-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 162-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Mahamalar kənd inzibatiə ərazi dairəsi üzrə nümayəndəliyi tərəfndən verilmiş xx.xx.2023 il tarixli 537 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kənd sakinidir,himayəsində işləməyən atası, təqüdçü anası, qardaşı, bacısı, bacısı uşaqları, işləməyən arvadı,xx.xx.2016-cı il təvüllüdlü oğlu Abid və xx.xx.2018-ci il tüvəllüdlü qızı Aylin vardır. . İşin 163-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfndən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraakterizə olunur,barəsində nümsayəndəliyə şifahi və yazılı müraciət daxil olmamışdır. . İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan respublikası Medali vəsiqəsindən görünür ki. X5 “Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarizxli 2368 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalla təltif edilmişdir. İşin 89-cu vərəsəində oloan və məhkəmə iclasında elan olounmaqla tədbqiq edilmiş Azhərbaüycan Respublikası Müdafiə Nazirliyi 057 nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.12020-ci il tarixli 5067 nömrəli Travma haqqında arayışdan görünür ki, hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Partlayış travması, barotravma” diaqnozu il xəsarət almışdır. İşin 87-88-ci vərəsəində oloan və məhkəmə iclasında elan olounmaqla tədbqiq edilmiş 26 yanvar 2023-cü il tarixli 547 nömrəli Xəstəlik Haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əskər Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzində müayinə olunub “OU-zəif dərəcəli miopiya,sağda M2.0D, solda OD-mərkəzi “seroz xorioretinopiya” diaqonozu təyin edilmişdir. (əsas: MOM-nin təqdlim etdiyi 169 nömrəli tibbi rəyi). Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanının pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı silah qismində istifadə olunan əşyadan istifadə edib müqavimət göstərməklə zor tətbiq edib xulaqanlıq cinayət əməlini törətmişdir. Heç bir cinayət əməli törətməməsi.polis əməkdaşlarının onu döyməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar iş materialları ilə təkkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış,özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, vətən müharibəsində iştirak etməsini, döyüşlərdə fərqləndiyinə görə medalla təltif edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, odur ki, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətdiq edilməklə ona təyin ediləcək cəza şərti tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub- olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs əlində olmuş 01 ədəd uzunluğu 4,7 santimetr olan dəftərxana bıçağının kəsici tiyə hissəsi məhv edilməli, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd xidməti geyim forması olan kitel, 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd ağ rəngli mayka onun özünə qaytarılmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə "Balakən Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə göndərilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1(bir) il 6(altı) ay sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunsun. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinə göndərilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs əlində olmuş 01 ədəd uzunluğu 4,7 santimetr olan dəftərxana bıçağının kəsici tiyə hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd xidməti geyim forması olan kitel, 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd ağ rəngli mayka hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar