Məhkəmə qərarları › İş №1(019)-85/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-85/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-85/2024 14.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1959-cu il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İ qrup əlil, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 01 ay 24 gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, 24 may 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda – 45,69 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə və yaşadığı evdə saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 23 may 2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı Balakən rayon Hənifə kəndi ərazisində evinin qarşısındakı yolda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən təmiz çəkisi 12,46 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq onun Balakən rayon Hənifə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağındakı masanın üzərindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 31,92 qram, həmin sellofan bükümün içərisindəki əlavə 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 1,01 qram və həmin masanın üzərindən 01 ədəd siqaret formasında bükülmüş kağızda təmiz çəkisi 0,30 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ünvan 1ində tək yaşayır, İ qrup əlildir. 2023-cü ilin oktyabr ayının ortalarında ünvan 1i ərazisindəki, dəmiryolu vağzalına yaxın ərazidə meşəlik sahədə olduğu zaman oradakı gölün kənarında 3 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin olmasını görmüşdür. Həmin bitkilərin üzərində yararlı hissələri olmuşdur. Narkotik vasitə marixuanadan 30 il istifadə etdiyinə görə çətənə bitkilərinin yararlı hissələrini yığmış, həmin ərazidə yerə sərərək gündə qurutmuşdur. Daha sonra çətənə bitkilərinin üzərindən yığıb əldə etdiyi narkotik vasitə marixuananı 1 ədəd sellofan torbaya dolduraraq özünün şəxsi istifadəsi üçün yaşadığı evə aparmışdır. Həmçinin 3 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarıb məhv etmişdir. İçərisinə narkotik vasitə marixuana doldurduğu sellofan torbanı evinə apararaq evdəki yataq otağında olan stolun üzərində saxlamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuanadan təxminən 10 dəfə istifadə etmişdir. 23 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə stolun üzərində saxladığı sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini sellofan bükümə dolduraraq fürsət olduqda çəkib istifadə etmək üçün əynindəki cins şalvarın sağ yan cibinə qoymuşdur. 23 may 2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı ünvan 1ində yerləşən evinin qarşısındakı yolda olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir. O, təqdim edilmiş vəkillərin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi polis şöbəsinə dəvət edilmiş və müdafiəçi kimi ona təqdim edilmişdir. O, bir daha vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona bir daha hüquq və vəzifələri yəni, müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və başqa hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı barədə sual verilmişdir. Bu zaman o, əynindəki cins şalvarın sağ yan cibində olan sellofan bükümdəki narkotik vasitə marixuananı təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 14,87 qram olmuş və həmin narkotik vasitə olan sellofan büküm qablaşdırılmış və möhürlənib götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı ona məxsus olan, üzərində saxladığı 1 ədəd Samsung markalı mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq yaşadığı ünvan 1ində yerləşən evdə də narkotik vasitə saxladığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra onun, müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə yaşadığı Hənifə kəndində yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı evinin yataq otağındakı stolun üzərində saxladığı 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmçinin həmin sellofan torbanın içərisində özünün hissə-hissə istifadə etməyi üçün 1 ədəd kibrit qutusuna doldurduğu narkotik vasitə qurudulmuş marixuana, həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuananı çəkmək üçün istifadə etdiyi 2 qutu ağ kağızlar və stolun üzərində tütünlə qarışdırdığı narkotik vasitə marixuananı doldurduğu və biraz yandıraraq istifadə etdiyi 1 ədəd kağız büküm aşkar edilmişdir. Sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 32,90 qram olmuş və həmin narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba qablaşdırılmış və möhürlənib götürülmüşdür. Sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 4,32 qram olmuş və həmin narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu qablaşdırılaraq və möhürlənib götürülmüşdür. Sonra stolun üzərində tütünlə qarışdıraraq içərisinə narkotik vasitə qurudulmuş marixuana doldurduğu və biraz yandıraraq istifadə etdiyi 1 ədəd kağız büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,02 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra narkotik vasitə qurudulmuş marixuana çəkmək üçün istifadə etdiyi 2 qutu ağ kağızlar polis əməkdaşları tərəfindən qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. Yaşadığı evdən və evin həyətyanı sahəsindən əlavə hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olandan sonra ona məlum olmuşdur ki, üzərində 1 ədəd sellofan bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 12,46 qram, yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 31,92 qram, həmin sellofan bükümün içərisindəki əlavə 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 1,01 qram, stolun üzərindən 1 ədəd siqaret formasında bükülmüş kağızdakı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi isə 0,30 qramdır. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir.Əməlindən peşimandır. Xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 23 may 2024-cü il tarixdə ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəfindən keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 13:00-da Balakən rayon Hənifə kəndi ərazisində evinin qarşısındakı yolda tərəflərindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində baş təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir.Təqsirləndirilən şəxs bir daha Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibində olan sellofan bükümdəki narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə ümumi çəkisi 14,87 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuanaya oxşar kütlə baş təhqiqatçı Natiq Muradov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmış və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus olan, üzərində saxladığı 1 ədəd Samsung markalı mobil telefon baş təhqiqatçı Natiq Muradov tərəfindən qablaşdırılaraq götürülmüşdür.Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda baş təhqiqatçı Natiq Muradov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1ində yerləşən evdə də narkotik vasitə saxladığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Hənifə kəndində yerləşən evə baxış keçirilmişdir.Baxış zamanı evinin yataq otağındakı stolun üzərində Təqsirləndirilən şəxs saxladığı 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir.Həmçinin həmin sellofan torbanın içərisində 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, narkotik vasitə qurudulmuş marixuana çəkmək üçün 2 qutu ağ kağızlar və stolun üzərində tütünlə qarışdırılmış narkotik vasitə marixuanaya oxşar bitki kütləsi doldurulmuş və biraz yandırılmaqla istifadə edilmiş 1 ədəd kağız büküm aşkar edilmişdir.Sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə ümumi çəkisi 32,90 qram olmuş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan kibrit qutusu elektron tərəzidə çəkildikdə ümumi çəkisi 4,32 qram olmuş, qablaşdırılaraq və möhürlənib götürülmüşdür. Sonra stolun üzərində tütünlə qarışdırılmış içərisinə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi doldurulmuş və biraz yandırılaraq istifadə edilmiş 1 ədəd kağız büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,02 qram olmuş və qablaşdırılaraq götürülmüşdür.Daha sonra narkotik vasitə qurudulmuş marixuana, çəkmək üçün 2 qutu ağ kağızlar qablaşdırılaraq və möhürlənərək götürülmüşdür.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən əlavə hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir.Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda baş təhqiqatçı Natiq Muradov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 27-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 23 may 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Natiq Muradov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 13:55-dən 14:35-ə kimi Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq həmin bükümdə narkotik vasitə nəşə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda həmin sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 2023-cü ilin oktyabr ayının ortalarında Hənifə kəndinin dəmir yolu vağzalına yaxın meşəlik ərazidə olan gölün kənarında bitən yabanı haldakı 03 ədəd narkotik tərkibli bitkilərinin üzərindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitədən təxminən 30 ildir ki, istifadə etdiyini, narkotik vasitə saxlamasını heç kimin bilmədiyini, heç kimə narkotik vasitə vermədiyini, həmçinin yaşadığı Hənifə kəndində yerləşən evdə narkotik vasitə saxladığını, saxladığı narkotik vasitə nəşədən təxminən 5-10 dəfə istifadə etdiyini, yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən ümumi çəkisi 14,87 qram təşkil etmiş, həmin sellofan büküm 01 ədəd zərfə qablaşdırılmış və götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən 01 ədəd zərfə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 48 manat məbləğində pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən rayon polis şöbəsində ona qarşı hər hansı bir psxisi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 33-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 may 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Natiq Muradov tərəfindən tərtib olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğundan 23 may 2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı Balakən rayon Hənifə kəndində yerləşən evinin qarşısında saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılan zamanı əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə ümumi çəkisi 14,87 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmçinin yaşadığı Hənifə kəndində yerləşən evində də narkotik vasitə saxladığını, saxladığı narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Balakən RPŞ-yə ərizə ilə müraciət edərək polis əməkdaşlarının 23 may 2024-cü il tarixdə onun yaşadığı Hənifə kəndində yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını, buna icazə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Hənifə kəndində yerləşən evinə baxış keçirilən zaman evin yataq otağındakı stolun üzərindən 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmin sellofan torbanın içərisindəki əlavə 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, həmin sellofan torbanın içərisində onun narkotik vasitə çəkmək üçün istifadə etdiyi 02 qutu ağ rəngli kağızlar və stolun üzərində içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və tütünə oxşar kütlə olan 01 ədəd kağız büküm aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələrin, üzərində aşkar edilmiş kütlələrlə eyni olduğunu, sadəcə hissə-hissə çəkmək üçün onları kibrit qutusuna və sellofan bükümə ayırdığını, həmin kütlələri 2023-cü ilin oktyabr ayının ortalarında Hənifə kəndinin dəmiryolu vağzalının yaxınlığındakı meşəlik ərazidə olan gölün kənarında bitən 03 ədəd yabanı halda olan narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin şəxsi istifadəsi üçün üzərində saxladığını, evində saxladığı kütlədən heç kimə vermədiyini, həmin kütlələrin onda olmasını heç kimin bilmədiyini, 02 ədəd qutuda olan kağızları nəşə dolduraraq çəkmək üçün istifadə etdiyini, stolun üzərində olan 01 ədəd kağıza bükdüyü nəşədən yandırmaqla biraz istifadə etdiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə ümumi çəkisi 32,90 qram təşkil etmişdir. Həmin torba 01 ədəd zərfə qablaşdırılmaqla zərf möhürlənmiş və götürülmüşdür. Sonra 01 ədəd kibrit qutusu içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 4,32 qram təşkil etmişdir. Kibrit qutusu içərisindəki kütlə ilə birlikdə 01 ədəd kağız zərfə qablaşdırılmış və götürülmüşdür. Sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ilə tütün qarışdırılmış kütlə olan 01 ədəd kağız büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,02 qram təşkil etmişdir. Həmin büküm 01 ədəd kağız zərfə qablaşdırılmaqla götürülmüşdür.Daha sonra içərisində kağızlar olan 02 ədəd qutu 01 ədəd zərfə qablaşdırılmaqla iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən əlavə hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur.Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 50-54-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 24 may 2024-cü il tarixli 3-16-16-2-17/470 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 12,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 31,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi.” yazısı adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 1,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin kibrit qutusunun içərisində, təmiz çəkisi-0,36 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağıza bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret formasında bükülmüş kağızda, təmiz çəkisi- 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin siqaret formasında bükülmüş kağızda, təmiz çəkisi- 0,13 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bükümdə, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd siqaret formasında bükülmüş kağızda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 146-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 13 iyun 2024-cü il tarixli 1062 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.1-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 23 may 2024-cü ildə saat 13:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun azadlığının saat 13:00-da məhdudlaşdırıldığı qeyd edilmiş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 82-84-cü vərəqələrində olan 24 may 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 24 may 2024-cü il tarixdə saat 17:45-da Balakən rayon PŞnin MSY-dən azad edilmişdir. İşin 115-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 42 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanında yaşayır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 42 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri qardaşı,qardaşı arvadı və qardaşı uşaqlarıdır. İşin 117-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Hənifə kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 92-94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 237.2.3, 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 01 ay 24 gün vaxtından əvvəl azad edilmişdir. İşin 122-127-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 1(091)-125/2018 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, 237.2.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən torplamaqla ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin 133-137-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(075)-215/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq bir ay iyirmi dörd gün vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 01 ay 24 gün vaxtından əvvəl azad edilmiş, o, məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 6 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Onun 23 may 2024-cü il və 24 may 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumilikdə təmiz çəkiləri 45,69 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,08 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 45,61 qram olan narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 06 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Onun 23 may 2024-cü il və 24 may 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 8(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan,Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş, ümumilikdə təmiz çəkiləri 45,69 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,08 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 45,61 qram olan narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar