Məhkəmə qərarları › İş №1(019)-85/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-85/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-85/2025 15.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ (başlandı saat 10:00-da, qurtardı saat 10:35-də ) Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1977-ci ildə Balakən rayonun Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ümumi orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayon Katex kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkərək həmin toxumlardan bitmiş xeyli miqdarda-05 (beş) ədəd, narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 17 iyun 2025-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə saat 15:40-dan 15:53-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həyətyanı sahənin dirrik hissəsində qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən həmin 5 (beş) ədəd hündürlükləri 70 sm-dən 95 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 86,08 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən rayon Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Narkotik vasitə marixuanadan bir neçə ildir ki, hərdənbir istifadə edir. Əsasən narkotik vasitəni meşə sahələrində və çay kənarlarında bitmiş yabanı halda olan bitkilərin yarpaqlarını yığaraq istifadə edir. 2024-cü ilin may ayının sonlarında yaşadığı Katex kəndi ərazisindən keçən Katex çayın kənarında kolluq ərazidə yabanı halda bitən 1 ədəd çətənə bitkisinin olduğunu görmüşdür, həmin çətənə bitkisinin üzərində istifadə etmək üçün yarpaqları olmadığından , yəni həmin bitki quruduğundan üzərində də toxumları qaldığından həmin toxumları yığıb gələcəkdə özü istifadə etmək məqsədi ilə narkotik bitkisini əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin çətənə bitkisinin üzərində olan toxumlarını yığaraq yaşadığı evə gətirmişdir və kimsənin görməyəcəyi yerdə saxlamışdır. Üzərindən toxumlarını yığmış olduğu çətənə bitkisini də hissələrə ayıraraq məhv etmişdir. Saxladığı təxminən 8-9 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2025-ci ilin may ayının sonlarında yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində torpağa əkmişdir, əkdiyi təxminən 8-9 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından 5 ədəd narkotik tərkibli çətənə bitkiləri bir müddət sonra cücərib bitməklə bitki halına gəlmişdir.O da həmin narkotik tərkibli çətənə bitkilərinə su verib onları alaq otlarından təmizləyərək qulluq etməyə başlamışdır. 17 iyun 2025-ci il tarixdə yaşadığı evin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evdə və evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyində şübhəli olduğundan onun yaşadığı ünvan 1ində yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Etirazının olmadığını onlara bildirərək yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində ümumilikdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini onlara bildirmişdir. Polis əməkdaşlarının, mütəxəssis aqranomun və onun iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsinin dirrik hissəsində əkdiyi ümumilikdə 5 ədəd çətənə bitkilərinin olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxaraq saymışlar və hündürlüklərini ölçmüşlər, onların hündürlükləri 70 sm-dən 95 sm-dək təşkil etmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom əkmiş olduğu 5 ədəd çətənə bitkilərinə qulluq edildiyini bildirmişdir. Həyətyanı sahəsinin dirrik hissəsində əkdiyi ümumi sayı 5 ədəd olan narkotik tərkibli çətənə bitkiləri 1 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmışdır və üzəri möhürlənib götürülmüşdür. Daha sonra polis əməkdaşları onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxışı davam etdirmişlər, lakin başqa qanunsuz heç nə aşkar edilməmişdir. Ekspertiza rəyindən sonra ona məlum olmuşdur ki, yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində əkdiyi ümumilikdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinin yaş vəziyyətdə ümumi təmiz çəkiləri 86,08 qram gəlmişdir. Yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində narkotik tərkibli çətənə bitkilərini özü tək əkmişdir. Ailə üzvlərinin narkotik bitkilərini əkməyindən xəbəri olmamışdır. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir.Əməlindən peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir.17 iyun 2025-ci il tarixdə ünvan 1 sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün RPŞ rəhbərliyinə həmin tarixdə bu barədə raportla məruzə etmişdir. 17 iyun 2025-ci il tarixdə saat 16 radələrində ünvan 1 sakini Təqsirləndirilən şəxs, Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, mütəxəssis qismində dəvət edilmiş Şahid3 və RPŞ-nin KTQ-nun baş inspektoru X5 ilə birlikdə Təqsirləndirilən şəxs Katex kəndində yerləşən fərdi yaşayış evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkiləri əkib-becərdiyini, həmin bitkiləri göstərəcəyini, polis əməkdaşlarının onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahənin dirrik hissəsində 05 (beş) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş bitkilər ölçüldükdə onların uzunluğunun 70 sm.-dən 95 sm.-dək olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 aşkar edilmiş bitkilərə baxış keçirərək onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş 05 (beş) ədəd bitkilər bir ədəd sintetik kisədə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs 05 ədəd çətənə bitkisinə oxşar bitkiləri 2025-ci ilin may ayının sonlarında əkdiyini, onlara qulluq göstərdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, bu barədə heç kimin məlumatının olmadığını, həmin bitkilərdən başı ağrıdığı zaman aradabir istifadə etdiyini, əkdiyi toxumları da 2024-cü ilin may ayının sonunda yabanı halda bitmiş bir ədəd çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman qanunsuz heç bir şey aşkarlanmamışdır. Baxış KTQ-nun baş inspektoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır.Protokol tərtib olunmuşdur,ucadan oxunmuşdur və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən RİHB-nin Hənifə kənd inzibati ərazisi üzrə nümayəndəsi vəzifəsində işləyir. İxtisasca ali təhsilli aqronomdur. 17 iyun 2025-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək ünvan 1 sakini Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olması barədə məlumat verərək bununla bağlı olaraq onun narkotik tərkibli bitkiləri əkib-becərdiyi əraziyə baxış keçirilməli olduğunu deyərək baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuşdur, məsuliyyət barədə xəbərdar olunmuşdur, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 1 sakini Təqsirləndirilən şəxs yaşadığı Katex kəndində yerləşən ünvana baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa RPŞ-nin baş təhqiqatçısı Natiq Muradov, polis əməkdaşları Şahid1, Şahid2, Sadiq Vəzirov və Təqsirləndirilən şəxs özü iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkiləri əkib-becərdiyini, həmin bitkiləri göstərəcəyini, polis əməkdaşlarının onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahənin dirrik hissəsində 05 (beş) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş bitkilər ölçüldükdə onların uzunluğunun 70 sm.-dən 95 sm.-dək olduğu müəyyən edilmişdir. Həmin bitkilərə baxdıqda diblərinin alaq otlarından təmizləndiyini və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Qeyd edilən 05 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər təhqiqatçı tərəfindən 01 ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 05 ədəd çətənə bitkisinə oxşar bitkiləri 2025-ci ilin may ayının sonlarında əkdiyini, onlara qulluq göstərdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, bu barədə heç kimin məlumatının olmadığını, həmin bitkilərdən başı ağrıdığı zaman aradabir istifadə etdiyini, əkdiyi toxumları da 2024-cü ilin may ayının sonunda yabanı halda bitmiş bir ədəd çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman qanunsuz heç bir şey aşkarlanmamışdır Baxış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib olunmuşdur, ucadan oxunmuşdur və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid - Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsi tərəfindən onun məzuniyyətdə olması bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 17 iyun 2025-ci il tarixdə ünvan 1 sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün sahə rəisi Şahid1 RPŞ rəhbərliyinə həmin tarixdə bu barədə raportla məruzə etmişdir. 17 iyun 2025-ci il tarixdə saat 16 radələrində ünvan 1 sakini Təqsirləndirilən şəxs, Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı Natiq Muradov, RPŞ-nin İTB-nin sahə rəisi Şahid1, mütəxəssis qismində dəvət edilmiş Şahid3 və RPŞ-nin KTQ-nun baş inspektoru X5 ilə birlikdə Təqsirləndirilən şəxs Katex kəndində yerləşən fərdi yaşayış evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkiləri əkib-becərdiyini, həmin bitkiləri göstərəcəyini, polis əməkdaşlarının onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahənin dirrik hissəsində 05 (beş) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş bitkilər ölçüldükdə onların uzunluğunun 70 sm.-dən 95 sm.-dək olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 aşkar edilmiş bitkilərə baxış keçirərək onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş 05 (beş) ədəd bitkilər bir ədəd sintetik kisədə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs 05 ədəd çətənə bitkisinə oxşar bitkiləri 2025-ci ilin may ayının sonlarında əkdiyini, onlara qulluq göstərdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, bu barədə heç kimin məlumatının olmadığını, həmin bitkilərdən başı ağrıdığı zaman aradabir istifadə etdiyini, əkdiyi toxumları da 2024-cü ilin may ayının sonunda yabanı halda bitmiş bir ədəd çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman qanunsuz heç bir şey aşkarlanmamışdır. Baxış KTQ-nun baş inspektoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır.Protokol tərtib olunmuşdur,ucadan oxunmuşdur və iştirakçılar tərəfindən imzalanmışdır. İşin 10-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “baxış və götürmə barədə” protokoldan görünür ki, baxış xx.xx.2025-ci il tarixdə saat 15:40-dan 15:53-dək olan müddət ərzində keçirilmişdir. ünvan 1 sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində və evdə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə saat 15:40-da onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkiləri əkib-becərdiyini, onları göstərəcəyini, polis əməkdaşlarının onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmadığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki dirrik hissədən 5 (beş) ədəd uzunluqları 70 sm.-dən 95 sm.-dək olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom Şahid3 aşkar edilmiş 5 ədəd bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Aşkar edilmiş 5 ədəd bitki kolları bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılaraq möhürlənmişdir və götürülmüşdür. Təqsirləndirilən şəxs 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarını 2025-ci ilin may ayının axırlarında əkdiyini, onlara qulluq etdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, bitkiləri əkməsindən heç kimin xəbərinin olmadığını, narkotik vasitədən başı ağrıdığı zaman aradabir istifadə etdiyini, əkdiyi çətənə bitki toxumlarını 2024-cü ilin may ayında çaylaq ərazidə yabanı halda bitən çətənə bitkisinin üzərindən yığmaqla əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı əlavə hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxış “Panaconic” markalı videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib edilmişdir, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Aqronom Şahid3 17 iyun 2025-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dirrik sahədən aşkar edilmiş 5 ədəd hündürlükləri 70sm-dən 95-sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmişdir. İşin 38-39-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 18 iyun 2025-ci il tarixli 17/447 nömrəli ekspert rəyinə görə Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “....Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş... bitki kolları...” yazısı adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 05 (beş) ədəd, hündürlükləri 70 sm.dən 95 sm.-dək , yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 86,08 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, 05 (beş) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom Şahid3 17 iyun 2025-ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2025-ci il tarixli 1180 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür . İşin 23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 iyun 2025-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 17 iyun 2025-ci ildə saat 16:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Onun azadlığının faktiki olaraq 17 iyun 2025-ci ildə saat 15:40-da məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 69-70,71-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 19 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə saat 15:40-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 77-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi tərəfindən arayışdan görünür ki, Osmanov X2 rayonu Katex kənd sakinidir. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi tərəfindən arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı Fərqanə,2008-ci ildə anadan olmuş oğlu Polad və 2010-cu ildə anadan olmuş oğlu Ramazandır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Katex kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarı: 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.Belə ki, Təqsirləndirilən şəxs könüllü olaraq həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyini etiraf etmiş, həyətinə evinə baxış keçirilməsinə etiraz etməmiş, narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyi yeri göstərmişdir. O, ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə göstərilən hüquq normalarının tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsinin dirrik hissəsindən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə təmiz çəkisi 85,83 qram olan, 05 (beş) ədəd, hündürlükləri 70 sm.-dən 95 sm.-dək olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77(yetmiş yeddi ) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 17 iyun 2025-ci ildən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla cəmi 4(dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini gecə saat 22:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın.Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsinin dirrik hissəsindən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə təmiz çəkisi 85,83 qram olan, 05 (beş) ədəd, hündürlükləri 70 sm.-dən 95 sm.-dək olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk iş materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77(yetmiş yeddi) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar