Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-86/2021 22.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Hacıməmməd oğlunun, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1987-ci ildə Zaqatala rayonunun Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 fevral 2021-ci il tarixdə axşam saat 20 radələrində Zərərçəkmiş şəxs Zaqatala rayonu Göyəm kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın ikinci siyirməsindən sonuncuya məxsus olan, üzərində şifrəsi yazılmış Azərbaycan Beynəlxalq Bankının plastik kartını gizli yolla ələ keçirib talayaraq 11 fevral 2021-ci il tarixdə axşam saat 21:00-da Zaqatala şəhəri Fikrət Əmirov küçəsi-14 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankına aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 466 manat, 16 fevral 2021-ci il tarixdə səhər saat 10:13-də Zaqatala şəhəri Fikrət Əmirov prospektində yerləşən "xxxx" QSC-yə aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 200 manat, 16 fevral 2021-ci il tarixdə səhər saat 10:42-də Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət” Mərkəzinin qarşısındakı "xxxx" ASC-yə aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 200 manat, 16 fevral 2021-ci il tarixdə günorta saat 12:11-də Balakən şəhəri Heydər Əliyev prospekti-98 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankına aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 117 manat pulu, yəni ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 983 (doqquz yüz səksən üç) manat məbləğində pulu elektron məlumat daşıyıcısı olan plastik kartdan istifadə etməklə gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zaqatala rayonu Göyəm kəndində ailəsi ilə birlikdə yaşayır, bir azyaşlı qızı vardır.Heç bir yerdə işləmir. Əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş,məhkumluğu ödənilmişdir.Həbsdən azad olunandan sonra Zaqatala rayonu Göyəm kəndində ailəsi ilə birlikdə yaşayır.Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusudur. Maşu evdə oğlu və qızı ilə birlikdə yaşayır. Onun oğlu-Şahid fəhləlik edir, qızı-Nigar isə Göyəm kəndində olan mağazada satıcı işləyir. Maşu özü də çox vaxt qızının yanında olur. 10 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs və qızı Nigarın mağazada olduqlarını görmüşdür.Həmin vaxt ona da pul lazım olduğu üçün onların evlərinə oğurluğa girmək qərarına gəlmişdir. Bu məqsədlə onların yaşadığı evin qabağına gəlmişdir. Həmin vaxtı Şahid da evdə olmadığını bilmişdir. Bundan sonra evin həyət darvazasından həyətə daxil olmuşdur. Həmin vaxtı küçədə heç kim olmamışdır. Bundan sonra evin giriş qapısına yaxınlaşmış və qapının kilidlə bağlanmadığını görmüşdür. Evin giriş qapısını açıb evə daxil olmuşdur. Evə girməkdə məqsədi pul oğurlamaq olmuşdur. Qapıdan evə girdikdə qonaq otağından sağ tərəfdə yerləşən yataq otağına getmişdir. Yataq otağındakı şkafın ikinci dolabını açmış və orada şifrəsi üzərinə yazılmış “Azərbaycan Beynəlxalq Bank”ına aid kart görmüşdür. Kartın içərisində pul ola biləcəyini düşünərək həmin kartı oğurlamışdır. Həmin vaxtı güzgülü şkafın üzərində bir ədəd qızıl üzük də görmüş, lakin həmin üzüyü götürməmişdir. Üzüyü oğurlayaraq satsa onu tapa biləcəklərini hesab etmişdir.Kartı götürən kimi evin başqa yerlərinə baxmadan evdən çıxmışdır. Bundan sonra 11 fevral 2021-ci il tarixdə kartı ATM-ə saldıqda kartın içində cəmi 466 manat pul olmuş və həmin pulu bir dəfəyə çıxartmışdır. Lakin kartı atmamışdır. Çıxartdığı 466 manat pulu bir neçə gün ərzində özünə paltar almağa və xəstə olduğuna görə dərman almağa xərcləmişdir.15 fevral 2021-ci il tarixdə yenidən təqaüdlər verildiyindən xəbər tutduğu üçün 16 fevral 2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı kənddən Zaqatala şəhərinə gəlmiş və Faiq Əmirov küçəsində yerləşən “Azərbaycan Beynəlxalq Bank” ına məxsus ATM-ə yaxınlaşmışdır. Lakin həmin vaxtı ATM-də pul olmadığı üçün yaxınlıqda yerləşən “Access Bank” ın qarşısında olan ATM-dən kartı salaraq 200 manat pul çıxartmışdır. Əlindəki kart başqa banka aid olduğundan kartda nə qədər pul qaldığını göstərməmişdir. Bundan sonra taksi ilə Balakən şəhərində yerləşən “Asan Xidmət” ə pasport almağa getmişdir. “Asan Xidmət” in qarşısında Kapital Bankın ATM-ni görmüş və kartı salmışdır. Bu dəfə də yenə 200 manat sifariş vermiş və saat 11 radələrində kartdan 200 manat pulu çıxartmışdır. Həmin vaxtda kartda nə qədər pul olmasını görməmişdir.“Asan Xidmət” Mərkəzinə xarici pasport almaq üçün sənədlərini verdikdən və 80 manat dövlət rüsumunu ödədikdən sonra oradan çıxmışdır. Daha sonra da həmin gün Balakən şəhərində “Arifoğlu” marketinin qarşısında Azərbaycan Beynəlxalq Bankına məxsus ATM görmüş və həmin ATM-ə kartı saldıqda hesabda 117 manat pul olduğunu görmüşdür. Həmin pulun hamısını saat 12 radələrində ATM-dən çıxartdıqdan sonra kartda pul qalmadığından kartı sındırıb zibil qabına atmışdır. Ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus kartdan çıxartdığı cəmi 983 manat pulun bir hissəsini özünə paltar almaq üçün, 2021-ci ilin yanvar ayında ürəyindən əməliyyat olunduğundan həmin pulun bir hissəsini iynə-dərmana, bir hissəsini isə xarici pasport almaq üçün dövlət rüsumu olaraq xərcləmişdir.Konkret olaraq pal-paltarı haradan aldığını, həmin paltarı almaq üçün nə qədər pul xərclədiyini və iynə -dərmana nə qədər pul xərclədiyini xatırlamır. Zərərçəkmiş şəxs məxsus təqaüd kartını oğurlamağı barədə hər hansı başqa bir şəxsin xəbəri olmamışdır. Başqa heç bir yerdən oğurluq etməmişdir.Törətdiyi cinayət əməlindən çox peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə dəyən zərəri tam ödəmişdir.Vurulmuş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Zaqatala rayonu Göyəm kəndində oğlu Şahid və X9 ilə birlikdə yaşayır. X10 2019-cu ildə rəhmətə getmişdir. Vəfat etməzdən əvvəl X10 əlilliklə bağlı təqaüd almışdır. Əri vəfat etdiyinə görə təqaüd pulunu o alır. Həmin təqaüdü “Azərbaycan Beynəlxalq Bank” ının plastik pul kartı vasitəsi ilə alır və kartı həmişə yaşadığı evdə saxlamışdır. Yaddan çıxartmamaq üçün kartın kodunu isə kartın üzərinə yazmışdır. X9 Zaqatala rayonu Göyəm kəndi ərazisində yerləşən mağazada satıcı işləyir. O da hər gün qızına kömək üçün onun yanına gedir. Oğlu Şahid isə rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir və onlara məxsus olan torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olur. X5 gözündə problem olduğu üçün əməliyyat etdirmək məqsədi ilə təqaüd kartından 2020-ci ilin sentyabr ayından pul çıxartmamışdır. Sonuncu dəfə 02 fevral 2021-ci il tarixdə yaşadığı evin yataq otağındakı dolabdan pul götürən vaxtı kartı orada görmüşdür. Həmin vaxtdan sonra dolabı açmadığı üçün karta baxmamışdır. 16 fevral 2021-ci il tarixdə təqaüdlər verildiyi üçün saat təxminən 18 radələrində kartda pulun keçməsini yoxlamaq üçün kartı götürməyə yataq otağına getmişdir. Dolaba baxdıqda kartın yerində olmadığını görmüşdür. Həmin gün gec olduğu üçün 17 fevral 2021-ci il tarixdə səhər saatlarında “Azərbaycan Beynəlxalq Bank”ının Zaqatala rayon filialına getmişdir. Filialdan ona 11 fevral 2021-ci il tarixdə bir dəfə Zaqatala rayonunda 466 manat pulunun, səhv etmirsə, 16 fevral 2021-ci il tarixdə isə iki dəfə Zaqatala rayonu ərazisində 200 manat, bir dəfə isə Balakən şəhərində 117 manat pulunun hesabdan çıxarıldığını demişlər. O da bundan sonra Zaqatala rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir.Ona məxsus olan plastik pul kartını həmişə yaşadığı evdə saxlamışdır. Hər ay təqaüd köçəndə pulunu yoxlayıb kartı yenə də yaşadığı evin yataq otağındakı dolaba qoymuşdur. Yaşadığı evdən kartdan başqa hər hansısa qızıl və ya pul oğurlanmamışdır. Özü qızının yanında olanda, oğlu isə işləməyə gedəndə evi sahibsiz olur. Lakin kənd yeri olduğu üçün evin qapısını qıfılla bağlamırlar.Kart hesabındakı pulları təxmini hesabladığına görə hesabda 1043 manat pulun olduğunu fikirləşmişdir. Polisə şikayət ərizəsində də kartda 1043 manat pulun olduğunu yazmışdır. Kart hesabından müxtəlif vaxtlarda 466 manat, 200 manat, 200 manat və 117 manat olmaqla, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 983 manat pul çıxarılmışdır. Əvvəlki ifadəsində həmin pulları cəmləyəndə 983 manat əvəzinə səhvən 986 manat olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, kartda cəmi 983 manat pul olub və Təqsirləndirilən şəxs tərəfindən də ona cəmi 983 manat pul ödənilmişdir.Ona dəymiş ziyan tam ödənmişdir.Təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir . Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı göstərmişdir ki, Zaqatala rayonu Göyəm kəndində anası Zərərçəkmiş şəxs və X7 ilə birlikdə yaşayır. X8 2019-cu ildə vəfat etmişdir. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olur. X7 Göyəm kəndində mağazada satıcı işləyir. Anası da ona kömək edir. Anası Zərərçəkmiş şəxs Azərbaycan Beynəlxalq Bankına məxsus plastik pul kartı vasitəsi ilə təqaüd alır.Bacısının gözü müalicə olunmalı olduğundan anası həmin kart hesabından pulu çıxartmayaraq müalicə üçün yığmışdır. Kart həmişə evin yataq otağındakı dolabda olub, şifrəsini də unutmamaq üçün anası kartın üstünə yazmışdır. Hər dəfə pensiyaların vaxtı çatanda anası karta nə qədər pul yükləndiyini yoxlayır. 16 fevral 2021-ci il tarixdə pensiyalar yükləndiyindən anası həmin günü karta nə qədər pul yükləndiyini yoxlamaq üçün kartı götürmək istədikdə kartı dolabda qoyduğu yerdə tapmamışdır. Ertəsi günü anası "xxxx"nın Zaqatala rayon filialına getmiş və məlum olmuşdur ki, anasına məxsus kartdan 11 fevral 2021-ci il tarixdə 466 manat, 16 fevral 2021-ci il tarixdə isə iki dəfə hər dəfəsində 200 manat və 117 manat pul çıxarılmışdır.Bundan sonra anası şikayət ərizəsi ilə Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polisdə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, anasına məxsus kartdan həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən cəmi 983 manat pul oğurlanmışdır. Həmin 983 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən anasına geri qaytarılmışdır. Yaşadıqları evdən anasına məxsus plastik pul kartından başqa heç bir şey oğurlanmamışdır. İşin 9-14-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 17 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış 17 fevral 2021-ci il tarixdə saat 17:10-dan 18:10-dək olan müddət ərzində Zaqatala rayonun Göyəm kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Hadisə yeri Zaqatala rayonu Göyəm kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evidir. Yaşayış evi kürsülü olmaqla yerdən 5 pillə yuxarıda yerləşir. Yaşayış evinə qalxmaq üçün daş pilləkənlər vardır. Pilləkəni qalxdıqda balaca eyvan vardır. Eyvanın baş tərəfində mətbəx yerləşir. Eyvanın yan tərəfində evin yaşayış hissəsinə giriş üçün dəmir qapı vardır. Dəmir qapıdan girdikdə eni 3 metr, uzunu dörd metr olan otaq yerləşir. Otağa girdikdə qapı ilə üzbəüz divar boyu divan, divanın qabağında stol və stullar vardır. Qapıdan girdikdə sağ tərəfdə kreslo, kreslodan sonra divarda qazla işləyən peç vardır. Otağın baş tərəfində eni 3 metr, uzunun 3 metr olan yataq otağı yerləşir. Yataq otağına qapıdan girdikdə qapı ilə üzbəüz kravat vardır. Qapıdan sağ tərəfdə isə dörd ədəd siyirtməsi olan termo yerləşir. Evdə bundan əlavə 2 ədəd otaq vardır. Zərərçəkmiş şəxs yataq otağında olan termonun 2-ci siyirtməsini göstərərək kartın həmin yerdən oğurlandığını bildirmişdir. Yaşayış evində heç bir dağıntı və sınıq aşkar edilməmişdir. Baxış zamanı heç bir əşya və predmet götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilməmişdir. Baxış zamanı “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan heç bir əlavə və qeyd daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Beynəlxalq Bankının Zaqatala Rayon Filialından götürülmüş hesabında olan pulun haradan və hansı miqdarda çıxarılması barədə cədvəldən görünür ki, həmin kart hesabından 11.02.2021-ci il tarixdə saat 09:00:20-da “Azərbaycan Beynəlxalq Bank”ın Zaqatala rayonunda yerləşən ATM-dən 466 manat pul, 16.02.2021-ci il tarixdə saat 10:13:11-də “Access Bank”ın Zaqatala rayonunda yerləşən ATM-dən 200 manat pul, 16.02.2021-ci il tarixdə saat 10:42:13-də "xxxx"ın Balakən rayonunda yerləşən ATM-dən 200 manat pul, 16.02.2021-ci il tarixdə saat 12:11:31-də “Azərbaycan Beynəlxalq Bank”ın Balakən rayonunda yerləşən ATM-dən 117 manat pul çıxarılmışdır. İşin 123-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ramazan oğlu 16 fevral 2021-ci il tarixdə saat 10:40:38 dəqiqədə Balakən şəhərində yerləşən “Asan Xidmət”in qarşısında yerləşən ATM-in qarşısına gələrək kartı ATM-ə daxil edir. 10:40:50 dəqiqədə ATM-də əməliyyat aparmaq üçün kod yığır, 10:41:16 dəqiqədə ATM-dən pul çıxır və 10:41:18-də ATM-dən çıxan pulu götürür. İşin 131-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs Ramazan oğlu 11 fevral 2021ci il tarixdə saat 20:59:50 dəqiqədə Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən ATMin qarşısına gələrək kartı ATM-ə daxil edir. 21:00:33 dəqiqədə ATM-də əməliyyat aparmaq üçün kod yığır, 21:00:40 dəqiqədə ATM-dən pul çıxır və pulu götürüb sayır. Bundan başqa 16 fevral 2021-ci il tarixdə saat 12:11:02 dəqiqədə Balakən şəhərində yerləşən ATM-in qarşısına gələrək kartı ATM-ə daxil edir. 12:11:47 dəqiqədə ATM-də əməliyyat aparmaq üçün kod yığır. 12.11.50 dəqiqədə ATM-dən pul çıxır və pulu götürüb sayır. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC-dən Zaqatala RPŞ-yə daxil olmuş 07.06.2021-ci il tarixli 12772 nömrəli məktuba əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə Zərərçəkmiş şəxs məxsus kartdan əməliyyat olmuşdur və Təqsirləndirilən şəxs Ramazan oğlu 16 fevral 2021-ci il tarixdə saat 10:13-də dəqiqədə Zaqatala şəhəri Fikrət Əmirov prospektində yerləşən "xxxx" QSCyə aid ATM-ə kartı daxil edərək ATM-də əməliyyat aparmaq üçün kod yığır, ATM-dən pul çıxır və pulu götürüb sayır. İşin 28-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 17 fevral 2021-ci il tarixdə Zaqatala Rayon polis şöbəsində saat 21:10 radələrində tutulmuşdur. İşin 50-51-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 55-57-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 05.02.2013-cü il tarixli hökmü ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.3.3, 67.1,68.2-ci maddələri ilə 08 (səkkiz) il müddətə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10.04.2013cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş,Şəki Rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli qərarı ilə əməli 177.3.3 maddəsindən CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmiş və cəzası 06 ilə endirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının 1.7 bəndinə əsasən ona təyin olunmuş 1000 manat cərimə cəzasından azad edilmiş, 04.09.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənmişdir. İşin 53 və 157-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizələrində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlu ona vurulmuş maddi ziyanı, 983 manat məbləğində pulu ona tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İşin 160-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon Göyəm inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli 679 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu Zaqatala rayonu Göyəm kəndində yaşayır. İşin 161-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon Göyəm inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli 678 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı və 2019-cu il təvəllüdlü Ceyla adında bir qızı vardır. İşin 162-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon Göyəm inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə şikayət daxil olmamışdır Məhkəmə iş üzrə zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə iclasında verdiyi ifadələrini, Şahid Xanlar oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, vurulmuş zərəri könüllü olaraq tam ödəməsi, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Ramazan oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Ramazan oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Ramazan oğlunun üzərinə yaşayış yerini gecə saat 22:00-dən növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Ramazan oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi zərər olan 983 (doqquz yüz səksən üç) manat pulun Zərərçəkmiş şəxs ödənməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Hacımməd oğlu Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 15 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Ramazanov Vüsal Ramazan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini gecə saat 22:00-dən növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-86/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-86/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver