Məhkəmə qərarları › İş №1(019)-86/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-86/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-86/2023 21.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1964-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsinin çöllük sahəsindən tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən 08 (səkkiz) ədəd toxumları yığıb yaşadığı evə gətirib gizlədib saxlamış, 2022-ci ilin may ayının əvvəllərində həmin toxumları Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsinin çöllük ərazisindəki kolluq sahədə qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan cücərmiş 07 (yeddi) ədəd, yəni xeyli miqdarda olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə suvarmaqla,diblərini alaq otlarından təmizləməklə, həmçinin digər aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkib-becərib yetişdirərək kultivasiya etdiyi həmin 07 (yeddi) ədəd çətənə bitkilərinin üzərindən 2022-ci ilin avqust ayında yararlı hissələrini toplayıb yaşadığı evə gətirib həyətdə sərib qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 12,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 01 ədəd sellofana dolduraraq şəxsi istehlakı üçün əvvəlcə daşıyaraq yaşadığı evdə saxlamış, 08 may 2023-cü il tarixdə axşam radələrində yaşadığı evdə bir ədəd sellofana doldurub gizlədərək saxladığı həmin narkotik vasitə-qurudulmuş marixuananı götürüb əynindəki cins şalvarın sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 08 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əzizov X3 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 19:10-dan 19:45-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində şəxsi istehlakı məqsədi ilə saxladığı 01 ədəd qırmızı rəngli sellofan bükümdəki təmiz çəkisi 12,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmçinin tədbirlərin davamı olaraq 08 may 2023-cü il tarixdə saat 20:20dən 21:05-dək olan müddət ərzində Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsinin çöllük ərazisinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq əkib-becərib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda, yəni uzunluqları 142 sm.-dən 195 sm.-dək, ümumi çəkiləri 94,58 qram olan 07 (yeddi) ədəd əkilib-becərilməsi qadağan olunmuş həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, işləmir, 2009-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, məhkumluğu ödənilmişdir. 40 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Balakən rayonu Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsində özünə məxsus olan 0,60 pay torpaq sahəsi vardır. Hər il həmin torpaq sahəsində qarğıdalı əkib becərir. 2021-ci ilin sentyabr ayında növbəti dəfə qarğıdalı əkdiyi sahəyə baş çəkməyə getdiyi zaman sahənin kənarından bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini tapmışdır. Həmin bitkinin üzərindən 8 ədəd toxumlarını yığıb yaşadığı ünvana gətirib bir ədəd sellofana büküb həyətdə torpağa basdırmışdır. 2022-ci ilin təxminən aprel ayının axırları, may ayının əvvəlində əldə etdiyi həmin 08 ədəd toxumu Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsində çöllük ərazidəki kolluqda əkmək qərarına gəlmişdir. Torpağa basdırıb gizlətdiyi həmin 08 ədəd toxumları basdırdığı yerdən çıxardıb 2022-ci ilin may ayının əvvəlində Qazmaşambul yaşayış məntəqəsindəki çöllük ərazidə olan kolluqda əkmişdir. Bir müddət sonra həmin 08 ədəd toxumları əkdiyi yerə getdikdə həmin toxumların cücərib çıxdığını, lakin onlardan bir ədədinin quruduğunu görmüşdür. Bir neçə dəfə də həmin əraziyə gedib əkdiyi 08 ədəd toxumdan cücərmiş 07 ədəd narkotik tərkibli çətənə bitkilərinə kənarlarını alaq otlarından təmizləməklə, diblərini yumşaltmaqla və suvarmaqla qulluq etmişdir. Əkib-becərdiyi həmin 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən 2022-ci ilin avqust ayında yararlı hissələrini toplayıb yaşadığı ünvana gətirib həyətində sərib qurudaraq sellofan torbaya büküb saxlamışdır. Həmin vaxtdan sonra əldə etdiyi həmin narkotik vasitədən mütəmadi olaraq istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitənin qalan hissəsini qırmızı rəngli sellofana büküb şəxsi istifadəsi üçün əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Balakən şəhəri istiqamətinə gedərək həmin narkotik vasitədən yol gedərkən istifadə etmək fikri olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam radələrində yaşadığı evdən çıxıb yol ilə gedərkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-yə aparmışlar. Balakən RPŞ-də ona təqdim edilmiş vəkil siyahısından hüquqlarını müdafiə etmək üçün dövlət hesabına seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə 08 may 2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibində bir ədəd qırmızı rəngli sellofana büküb şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə - qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə ümumi çəkisi 13,82 qram təşkil etmiş, həmin bir ədəd sellofan büküm təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Onun üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş narkotik vasitəni 2022ci ilin yayında əkdiyi narkotik tərkibli bitkilərin üzərindən yığıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq polis əməkdaşları tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir, onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, aqranomun və polis əməkdaşlarının iştirakı ilə 08 may 2023-cü il tarixdə axşam saat 21 radələrində çöllük ərazidə narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazinin Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsinin çöllük ərazisi olduğu aydın olmuşdur. Baxış zamanı polis əməkdaşları 2022ci ilin may ayının əvvəlində əkib-becərdiyi və artıq qurumuş vəziyyətdə olan həmin 07 ədəd narkotik tərkibli çətənə bitkilərini aşkar etmişlər. Həmin bitkilərin üzərindən yararlı hissələrini yığdıqdan sonra özlərini məhv etməmişdir. Həmin 07 ədəd bitkilərə aqronom baxdıqda onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş bitkilər ölçüldükdə uzunluqlarının 142 sm.-dən 195 sm.-dək olduğu müəyyən edilmişdir. Baxış fasiləsiz olaraq polis əməkdaşları tərəfindən qeydə alınmışdır. Baxış barədə protokol tərtib edilmişdir, onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası ƏN MEM X8 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 12,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır, baxış zamanı aşkarlanmış Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsinin çöllük ərazisində kolluqda 2022-ci ilin may ayının əvvəllərində əkib-becərdiyi 07 ədəd, uzunluqdarı 142 sm.-dən 195 sm.-dək, quru vəziyyətdə ümumi çəkiləri 94,58 qram olan əkilib –becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin ona məlum olmuşdur ki, ekspert rəyinə görə üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış narkotik vasitə –qurudulmuş marixuana və 07 ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir.Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi və qanunsuz olaraq narkotik xassəli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olması barədə Balakən RPŞ-nin CAB-na əməliyyat məlumatları daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsinin nəticəsində həmin şəxsin xx.xx.1964-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsini Balakən RPŞ-nin rəisinə raportla məruzə edib bildirərək daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə və qanunsuz olaraq narkotik xassəli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olan Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat -axtarış tədbirlərinin keçirilməsinə icazə istəmişdir. Polis Şöbəsinin rəisinin göstərişinə əsasən onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir və RPŞ-nin K və PH qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmışdır. 08 may 2023-cü il tarixdə axşam radələrində RPŞ-nin K və PH qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələr saxlamaqda, mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə və qanunsuz olaraq narkotik xassəli çətənə bitkiləri əkibbecərməkdə şübhəli olan Əzizov X3 rayonun Hənifə kəndinin ərazisində aşkar olunaraq əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onların tərəfindən Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 19 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin K və PH qrupunun kiçik inspektoru Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz olaraq saxladığı əşya, predmet və ya qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin sellofan büküm açıldıqda içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkarlanmışdır. Təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2022-ci ilin aprel –may aylarında Balakən rayonu Gülzan kəndinin çöllük ərazisində əkdiyi 08 ədəd toxumdan bitmiş 07 ədəd bitkinin üzərindən yığıb əldə etdiyini, əldə etdiyi narkotik vasitədən istifadə etdiyini və üzərində aşkarlanmış narkotik vastitənin həmin əldə etdiyi narkotik vasitədən geriyə qalan hissəsinin olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığını, narkotik tərkibli ağacları əkdiyi yeri göstərə biləcəyini, həmin bitkilərin əkdiyi yerdə hazırda da qala biləcəyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmçinin vəkil Müdafiəçi ona verdiyi suala cavab olaraq Balakən RPŞ-də ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 13,82 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə üzərindəki sellofan ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin gün saat təxminən 21 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyi əraziyə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsinin çöllük ərazisinə baxış keçirilmişdir. Baxışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, mütəxəssis qismində dəvət edilmiş aqranom Şahid3, RPŞ-nin K və PH qrupunun kiçik inspektoru Şahid2, RPŞ-nin MSY-nin polis nəfəri Şahid4 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ərazidə çöldən tapdığı 01 ədəd yabanı halda bitmiş bitkinin üzərindən yığıb əldə etdiyi 08 ədəd toxumları 2022-ci ilin may ayında əkdiyini, həmin toxumlardan bitmiş 07 ədəd bitkinin üzərindən yığıb narkotik vasitə əldə etdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid3 aşkar edilmiş 07 ədəd qurumuş vəziyyətdə olan bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu bildirmişdir. Baxış zamanı qeyd olunan çöllük ərazidən cəmi 07 ədəd hündürlükləri 142 sm.-dən 195 sm.-dək olan narkotik tərkibli çətənə bitkilərinə oxşar qurumuş bitkilər aşkar edilərək 01 ədəd kağız kisəyə qablaşdırılmaqla təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı baxış keçirilən ərazidən başqa heç bir qanunsuz əşya və ya vasitə aşkarlanmamışdır. Baxış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- Şahid3 məhkəmə iclasına gəlməmişdir. Onunla telefon əlaqəsi saxlanmış, o, xidməti işi ilə əlaqədar Beyləqan rayonunda olduğunu, xeyli müddət Balakən rayonuna qayıda bilməyəcəyini, bu səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini,ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Püştətala kəndində ailəsi ilə birlikdə yaşayır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X7 Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aqrotexniki vəzifəsində işləyir. Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə ali təhsil almışdır. 08 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olması barədə məlumat verərək bununla bağlı olaraq onun narkotik tərkibli bitkiləri əkib-becərdiyi əraziyə baxış keçirilməli olduğunu deyərək baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuşdur, məsuliyyət barədə xəbərdar olunmuşdur, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyi əraziyə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş Balakən rayonu Qazma kəndinin Qazmaşambul yaşayış məntəqəsinin çöllük ərazisinə baxış keçirilmişdir. Baxışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi və başqa polis əməkdaşları da iştirak etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs çöldən tapdığı 01 ədəd yabanı halda bitmiş bitkinin üzərindən yığıb əldə etdiyi 08 ədəd toxumları 2022-ci ilin may ayında həmin ərazidə əkdiyini, həmin toxumlardan bitmiş 07 ədəd bitkinin üzərindən yığıb narkotik vasitə əldə etdiyini bildirmişdir. Qeyd edilən ərazidən 07 ədəd qurumuş vəziyyətdə bitkilər aşkarlanmışdır. Həmin bitkilərə baxış keçirdikdə onların narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Baxış zamanı qeyd olunan çöllük ərazidən aşkar edilmiş cəmi 07 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar qurumuş bitkilər ölçüldükdə hündürlükləri 142 sm.-dən 195 sm.-dək olmuşdur və həmin bitkilər 01 ədəd kağız kisəyə qablaşdırılmaqla təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı baxış keçirilən ərazidən başqa heç bir qanunsuz əşya və ya vasitə aşkarlanmamışdır. Baxış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Aşkar edilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar qurumuş bitkilərə aqrotexniki qaydada qulluq edilməsi barədə onun tərəfindən rəy yazılaraq təhqiqatçıya təqdim edilmişdir. İşin 24-27-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 08 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 19:10-dan 19:45-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində qara rəngli şalvar, qara rəngli poluver, ayağında isə boz rəngli idman ayaqqabısı vardır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan öncə ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet və ya narkotik vasitə olub-olmaması barədə sual verildikdə o, əynində olan qara rəngli cins şalvarın sağ cibindən qırmızı rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 13,82 qram təşkil etmişdir. Həmin kütlə sellofan büküm ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən heç bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış “Song HD” markalı videokamera vasitəsilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 34-36-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 08 may 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən rayonu Qazmaşambul kəndində xx.xx.2023-cü il tarixdə saat 20:20-dən 21:05-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən rayonu Qazmaşambul kəndi ərazisində olan çöllük sahəyə baxış keçirilmişdir. Çöllük ərazidə olan kolluq sahəyə baxış keçirilərkən orada 7 ədəd qurumuş halda narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilmişdir. Həmin bitki kolları kökündən çıxarılıb uzunluğu ölçülərkən 142 sm.-dən 195 sm.-dək təşkil etmişdir. Həmin bitkilər bir ədəd kağız kisəyə qoyulub qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Baxış «Sony HD» markalı videokamera vasitəsilə ilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom Şahid3 verdiyi xx.xx.2023-cü il tarixli rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə Balakən rayonu Qazma- Şambul kəndi ərazisində çöllük ərazidə kolluqda aşkar edilmiş hündürlükləri 142 sm-dan 195-sm-dək olan 7 ədəd qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir. İşin 121-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 15 may 2023-cü il tarixli 859 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 52-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinin 09 may 2023-cü il tarixli 17/385 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qırmızı rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut.” yazısı və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə, təmiz çəkisi – 12,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Aşkar edilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarından ibarət maddi sübut.” yazısı və imzalar olan kağız torbanın içərisindəki, uzunluqları 142 sm-dən 195 sm-dək, ümumi çəkiləri – 94,58 qram olan 07 (yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 08 may 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuana ilə 07 (yeddi) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 08 may 2023-cü ildə saat 12:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 97-103-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 4(019)-26/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İşin 117-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 17 may 2023cü il tarixdə verilmiş 530 nömrəli arayışdan görünür ki, Əzizov X3 rayon Hənifə kənd sakinidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1,Şahid2, Şahid4 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Onun 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ona məxsus olan ekspert rəyindən sonra təmiz çəkisi 11,97 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və Təqsirləndirilən şəxs əkib-becərdiyi ekspert rəyindən sonra təmiz çəkisi 93,88 qram olan 07 (yeddi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin,Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın,onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ona məxsus olan ekspert rəyindən sonra təmiz çəkisi 11,97 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və Təqsirləndirilən şəxs əkib-becərdiyi ekspert rəyindən sonra təmiz çəkisi 93,88 qram olan 07 (yeddi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar