Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-87/2022 24.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-15 avqust 2000-ci il tarixdə Ağsu rayonu Xanbulaq kəndində anadan olmuş, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, subay, Laçın rayon Minkənd kəndində qeydiyyatda olan, həbs olunan vaxta kimi Abşeron rayon Ceyranbatan qəsəbəsi 147 saylı peşə liseyinin yataqxanasında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümün içərisindəki 01 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram və 0,441 qram, ümumi təmiz çəkisi 0,566 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində daşıyıb Balakən rayonuna gəlirməklə öz şəxsi istifadəsi üçün əynindəki cins şalvarın sağ yan kiçik cibində saxlamışdır.13 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 20:05-dən saat 20:45-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi üçün daşıyaraq üzərində saxladığı, 01 ədəd sellofan bükümün içərisindəki 01 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0.125 qram və 0,441 qram, ümumi təmiz çəkisi 0,566 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroın əynindəki cins şalvarın sağ yan kiçik cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 4-5 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 11.2021 -ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay müddətə azaldılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə o cəzasının qalan hissədindən şərti azad edilmişdir.O, Salyan rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində olduğu zaman Balakən rayon sakini Fərid adlı şəxslə tanış olmuş, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri olmuşdur. 12 iyun 2022-ci il tarixdə o, yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində olduğu zaman Fərid ona zəng edib Bakı şəhərində Beynəlxalq avtovağzalda olduğunu və yaşadığı Balakən rayonuna getdiyini, onu da Balakən rayonuna qonaq aparmaq istədiyini bildirmişdir. O da əvvəllər heç vaxt Balakən rayonunda olmadığı üçün Fəridlə razılaşıb birlikdə Balakən rayonuna qonaq gələciyini bildirmişdir. Bundan sonra saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb marşrut avtobusu ilə Abşeron rayonu Masazır qəsəbəsinə getmiş, Masazır qəsəbəsində avtobusdan düşüb piyada digər marşrut avtobusuna minib Beynəlxalq avtovağzala getmək istədiyi zaman yolun kənarında olan zibil qutusunun yanında, yol kənarında 1 ədəd sellofan büküm tapmışdır. O, həmin bükümü yerdən götürüb bükülünü açdıqda içərisində 1 ədəd kağız bükümdə və 1 ədəd sellofanda narkotik vasitə heroin olduğunu görmüşdür. O, bir müddətdir ki, narkotik vasitə istifadə etdiyi üçün həmin narkotik vasitəni də istifadə etmək məqsədilə götürüb əynindəki cins şalvarın sağ yan cibindəki kiçik ölçülü cibində saxlamışdır. Bundan sonra da marşrut avtobusu ilə avtovağzala gedib Fərid ilə görüşüb birlikdə Balakən rayonuna gələn avtobusa əyləşmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Fərid ilə Balakən rayonuna çatmış və Fəridin evinə qonaq getmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarına kimi yatmış və axşam saatlarında Fəridin yaşadığı evdən çıxıb Balakən şəhəri ərazisində piyada gəzmək üçün getmişdir. Saat təxminən 19 radələrində Balakən şəhəri ərazisində piyada gəzən vaxtı 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları ona üzərində hər hansı qeyri-qanuni əşya predmetin həmçinin narkotik vasitənin olubolmarnası barədə sual vermiş, o da Masazır qəsəbəsindən yerdən tapdığı 01 ədəd sellofan bükümün içərisindəki 2 ədəd bükümlərdə olan heroinlə dolu kütləni təqdim etmişdir. Həmin sellofan büküm açılaraq içərisində olan kağız büküm tərəzidə çəkilmiş ,1 büküm 0.22 qram, digər büküm isə 0.60 qram təşkil etmişdir. Hər iki büküm sellofan büküm ilə birlikdə 1 ədəd ag rəngli zərfə qoyulub möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı polis əməkdaşları əynində olan cins şalvarının sol yan cibindən özünə aid olan 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq və 11 ədəd 1 manatlıq pul əskinazları aşkar etmişlər. Bundan başqa şalvarının sağ yan cibindən özünə məxsus olan, 1 ədəd üzük də aşkar edilmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq, 11 ədəd 1 manatlıq pul əskinasları və 1 ədəd üzük ona geri qaytarılmışdır. Həmçinin təyin edilmiş ekspertizanın 14 iyun 2022-ci il tarixli 17/482 rəyi ilə tanış olduğu zaman üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindəki kağız və sellofan bükümlərdə olan narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 0,566 qram olduğu ona məlum olmuşdur.Əlavə olaraq göstərmişdir ki, o. narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitəni də özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Üzərində saxladığı narkotik vasitədən heç kimin məlumatı olmamışdır. Balakən rayonuna evinə qonaq gəldiyi Fərid adlı şəxsin üzərində narkotik vasitə saxlamağından məlumatı olmamışdır.Əməlindən peşimandır.Xəstəliyi ilə əlaqədar, baş ağrılarına görə narkotik vasitədən istifadə etmişdir. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 13 iyun 2022-ci il tarixdə Abşeron rayon Ceyranbatan qəsəbəsi 147 saylı peşə liseyində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş, daha sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır.Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki cins şalvarın sağ yan kiçik ölçülü cibində saxladığı 1 ədəd sellofan bükümü çıxardaraq təqdim etmişdir. Həmin selofan bükümün içərisində də 01 ədəd sellofan və 01 ədəd kağız bükümdə ayrı-ayrılıqda bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman əynindəki şalvarın sol yan cibindən ümumilikdə 86 manat məbləğində pul vəsaiti və şalvarının sağ yan cibindən isə 01 ədəd üzük aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisindəki 01 ədəd sellofan və 01 ədəd kağız bükümlərə baxış keçirilmiş, içərilərində tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindəki 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, içərisindəki maddə ilə birlikdə çəkisi 0,60 qram, 1 ədəd kağız büküm elektron tərəzidə çəkildikdə isə içərisindəki maddə ilə birlikdə çəkisi 0,22 qram olmuşdur. Daha sonra sellofan və kağız bükümlər içərisindəki maddə ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq, 11 ədəd 1 manatlıq pul əskinasları və 01 ədəd üzük geri özünə qaytarılmışdır. Bundan sonra axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 Rəsul oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İşin 23-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin gün saat 20:05-dən 20:45-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, ağ-qara cızıqlı qısaqol köynək, ayağında isə qara rəngli ayaqqabılar olmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşya, predmet və yaxud da narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs də əynindəki cins şalvarın sağ yan cibində olan kiçik ölçülü cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində 1 ədəd kağız bükümdə və 1 ədəd sellofan bükumdə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar kütlələr aşkar edilmişdir. Daha sonra içərisində heroinə bənzər maddə olan sellofan büküm tərəzidə çəkilmış,çəkisi 0,60 qram,digər kağız bükümün içərisində olan heroinə oxşar kütlənin kağız ilə birlikdə çəkisi 0,22 qram təşkil etmişdir. Hər iki büküm 1 ədəd ağ rəngli kağız zərfə qoyub qablaşdırılmış, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq və 11 ədəd 1 manatlıq pul əskinazları, sağ yan cibində isə 1 ədəd üzük aşkar edilmişdir. Aşkar edilmiş üzük və pul vəsaitləri Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HP markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən əlavə, vəsatət və şikayət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 38-43-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 14 iyun 2022-ci il tarixli 17/482 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümün içərisində olan 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram və 0,441 qram, ümumi çəkiləri - 0,566 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin- 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir. Qeyd: 1)Heroinin ümumi çəkisi -0,566 qr, tədqiqata sərt edildi-0,10 qr, (hər ob. 0,05qr) qalıq-0,466 qr. İşin 157-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Gəncə Səhiyyə idarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 29 iyul 2022-ci il tarixli "1063 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutulma protokolundan görünür ki, 13 iyun 2022-ci ildə saat 19:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 76-82-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 15 iyun 2022-ci il tarixli 4(019)-44/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İşin 146-150-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 4(019)-49/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin 145-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Laçın rayon İHB-nin Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 118 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanında yaşayır, himayəsində atası, anası,qardaşı və bacıları vardır. İşin 146-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Laçın rayon İHB-in Minkənd kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 85-86-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmışdır. İşin 125-132-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 1(012)-331/2021 nömrəli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 31 may 2021ci il tarixli 1(012)-331/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 107-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(023)-738/2021 nömrəli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 saylı X6 cəza çəkən Təqsirləndirilən şəxs “8 noyabr -Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 6 ay azadlılmışdır. İşin 108-109-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(057)-334/2022 nömrəli qərarından görünür ki, həmin qərarla məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr -Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 04-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, cəzası xx.xx.2022-ci il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 2(iki) il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(023)-738/2021 nömrəli qərarı ilə “8 noyabr -Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 6 ay azadılmış, Salyan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(057)-334/2022 nömrəli qərarı ilə o,xx.xx.2022-ci il tarixdə başa çatacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan iki il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(057)- 334/2022 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay 02 günündən ( 03 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət) şərti olaraq vaxtından əvvəl azad edildiyindən və o, həmin müddətdə qəsdən hazırkı az ağır cinayət əməlini törətdiyindən Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 iyun 2022-ci il tarixdən və 15 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki ) gün müddət ona təyin edilən cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Abşeron Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 (altmış doqquz manat 10 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili - Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir ) il 6 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun Salyan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(057)-334/2022 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay 02 gün (03 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət) müddətə azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilsin,ona qəti olaraq 1(bir) il 7(yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 iyun 2022-ci il tarixdən və 15 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki ) gün müddət ona təyin edilən cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 6(altı ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Abşeron Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. 69.10 (altmış doqquz manat 10 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-87/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-87/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver