Məhkəmə qərarları › İş №1(019)-87/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-87/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-87/2023 18.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxx 1963-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, 2023-cü ilin yanvar ayının ortalarında Balakən rayonu Meşəşambul kəndi ərazindən keçən “Mazımçay”ının kənarından taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 12,58 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində gizlədərək saxlamış, daha sonra 07 may 2023-cü il tarixdən etibarən isə həmin 01 ədəd şəffaf bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 07 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlər nəticəsində Bazarov X2 RPŞ-nə gətirilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 11:55 dəqiqədən saat 12:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,58 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək,ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Meşəşambul kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş cəzanın 01 il 01 ayını çəkdikdən sonra 6 ay cəzası aministiyaya düşmüş, sonra qalan 02 ay cəzadan isə şərti olaraq vaxtından əvvəl azad edilib 15 iyul 2022-ci il tarixdə azadlığa çıxmışdır. O, əvvəllər X4 cəza çəkərkən onunla birlikdə X5 adlı şəxs də cəza çəkmişdir.Cəzalarını çəkib azadlığa çıxdıqdan sonra da Əli Rəcəbovla münasibətləri davam etmişdir.Cari ilin aprel ayının təxminən 21-22-si tarixlərində Əli Rəcəbov onlara qonaq gəlmiş, səhəri günü Zaqatala şəhərində olarkən Əli ona Yevlax şəhərindən bir nəfər narkobaronun olduğunu, onu aldadaraq pulunu ələ keçirtmək istədiyini, bunun üçün ona zəng edəndə “hə” deməsini xahiş etmişdir. O, da öz növbəsində Əli Rəcəbov ona zəng edəndə “hə” deyəcəyinə söz vermişdir. 02 may 2023-cü il tarixdə Əli Rəcəbov yanında tanımadığı bir şəxslə onun yaşadığı evə gəlmişlər. Əli Rəcəbov yanındakı oğlanın Yevlax şəhərindən olduğunu, adının “Kamil” olduğunu demişdir. O,qonaqlara çay süzən zaman Əli Rəcəbovla gələn şəxs Əliyə yavaş səslə “soruş gör bir kiloqram nəşə nə oldu” demişdir. O, da əsəbiləşib Əli Rəcəbovu və onunla birlikdə gələni şəxsi evindən qovmuşdur. 07 may 2023-cü il tarixdə səhər saat 10 radələrində həyətində həmkəndlisi Şahid4 ilə nərd oynayarkən 6-7nəfər polis əməkdaşları onun həyətinə daxil olmuşlar. Həmin vaxt digər həmkəndlisi Şahid5 həyətində ot biçməklə məşğul olmuşdur. Sonradan adını bildiyi polis əməkdaşı Şahid2 ona yaxınlaşıb “İsmayıl sənsənmi?” deyə soruşmuş, o da, “bəli mənəm“ deyə cavab vermişdir. Bundan sonra Şahid2 şalvarının üstündən onun cibini yoxlamış, siqaretini yoxlamış, şübhəli heç nə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşlarının bir neçəsi onu polis avtomobilinə əyləşdirib Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Digər polis əməkdaşları isə onun həyətində qalmışlar. Polis Şöbəsinə gətirildikdən sonra onu döyərək, ona təsir və təzyiq göstərərək törətmədiyi cinayəti boynuna almağını tələb etmişlər. Polis əməkdaşları onu hədələmişlər ki, əgər onlar deyənlə razılaşmasa, evinə külli miqdarda narkotik vasitə qoyacaqlar, narkotik satışı ilə bağlı üzünə adam durquzacaqlar.O,da məcburiyyət qarşısında qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra onun yanındakı polis əməkdaşları onun yaşadığı ünvanda qalan polis əməkdaşlarına zəng edərək onlara geri gəlmələrini demişlər. O, X6rkən Əli Rəcəbovla onun evinə gələn şəxsi görmüş və ona məlum olmuşdur ki,həmin şəxs Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Şahid8dur.O, başa düşmüşdür ki, 02 may 2023-cü il tarixdə X5 və Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Şahid8 onu şərləyərək tutdurmaq istəmişlər, o, onları qovduğu üçün məqsədlərinə nail ola bilməmişlər.Ona görə də 07 may 2023-cü il tarixdə qərəzli olaraq onu evindən tutub polis şöbəsinə gətirərək,döyüb, təsir və təzyiqlərə məruz qoymaqla törətmədiyi cinayəti boynuna almağa məcbur etmişlər.O,heç bir cinayət əməli törətməmişdir. İbtidai istintaq zamanı onda narkotik vasitə olması, həmin narkotik tərkibli marixuananı təxminən 3-4 ay əvvəl yaşadığı evin arxasından axan “Mazımçay”nın kənarından tapması, həmin narkotik vasitədən 2-3 dəfə istifadə etməsi, özünü təqsirli bilməsi barədə verdiyi izahat və ifadələrin heç birini təsdiq etmir. Həmin izahat və ifadələr, o cümlədən üzərində şəxsi axtarış aparılarkən göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. O, döyülüb, təsir və təzyiqlərə məruz qaldığından elə ifadələr vermişdir.Onun ifadələri müstəntiq tərəfindən yazılmış,o,latın qrafikalı əlifba ilə yazıb oxuya bilmədiyindən həmin ifadələrdə nə yazıldığını belə bilməmişdir.Üzərindən aşkar olunan narkotik vasitəni də polis əməkdaşları onun cibinə qoymuşlar və məcbur etmişlər ki, axtarış zamanı çıxarıb təqdim etsin,özünün olduğunu bildirib, təxminən 3-4 ay əvvəl yaşadığı evin arxasından axan “Mazımçay”nın kənarından tapmasını, həmin narkotik vasitədən 2-3 dəfə istifadə etməsini desin. O,da üzərində şəxsi axtarış aparılan zamanı polislərin dediyi kimi, cibinə qoyulmuş həmin narkotiki cibindən çıxarıb təqdim etmiş və təxminən 3-4 ay əvvəl yaşadığı evin arxasından axan “Mazımçay”nın kənarından tapmasını, həmin narkotik vasitədən 2-3 dəfə istifadə etməsini demişdir. Şikayət edəcəyi halda onsuz da şikayətinə baxılmayacağını, əksinə onu və ailə üzvülərini şərləyib daha ağır ittihamlar veriləcəyini, yenidən təsir və təzyiqlərə məruz qalacağını bildiyindən, cinayət işi məhkəməyə daxil olana kimi heç yerə şikayət etməmişdir. Cinayət işi məhkəməyə göndərildikdən sonra,Balakən rayonundan olan vəkillərə belə etibarı olmadığından, Şəki rayonundan olan vəkil Müdafiəçi2lə müqavilə bağlamış və Müdafiəçi2 onun hüquqlarını yüksək səviyyədə müdafiə edəcəyinə,onu təsir və təzyiqlərdən qoruyacağına, məhkəmənin ədaləti bərpa edəcəyinə inanıb məhkəməyə həqiqəti söyləmək qərarına gəlmişdir.Ədalətli məhkəmə araşdırılması aparılmasını, hüquqlarının qorunmasını, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. 07 may 2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində daşıması barədə Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Balakən RPŞnin İTB-nin sahə rəisi, polis serjantı Şahid3 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 12 radələrində Bazarov X2 rayonu Meşəşambul kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olubolmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 14,45 qram təşkil etmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı təxminən 3-4 ay əvvəl yaşadığı evin arxasından keçən “Mazımçay”ından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Polis Şöbəsində döyülməsi, təsirə və təzyiqə məruz qalması barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində yaşayır. İsmayılı kəndçisi kimi tanıyır. İsmayıl yaxşı nərd oynadığından tez-tez onunla nərd oynayır. 07 may 2023-cü il tarixdə saat 10 radələrində o, İsmayılgilin evinə gəlmiş və İsmayılın evinin həyətində onunla nərd oynamağa başlamışdır. Həmin vaxt Tural adlı kəndçiləri də İsmayılın həyətində ot biçməklə məşğul olmuşdur. Həmin vaxt İsmayılı çağırmışlar və Xəlilov Əli adlı polis işçisi bir neçə polis əməkdaşı ilə onların yanına gəlmişlər. Mülki geyimdə olan polis əməkdaşı “İsmayıl sənsənmi?” deyə İsmayıldan soruşmuşdur. İsmayıl da “bəli “deyə cavab vermişdir. Bundan sonra mülki geyimli şəxs İsmayılın paltarının üstündən əli ilə ciblərini yoxlamış,onun siqaret qutusunun içərisinə baxmışdır. Bundan sonra həmin mülki geyimli şəxs ona cibində olanları təqdim etməsini bildirmişdir. O, ciblərindəki maşının açarlarını, telefonu, xərclik pulunu çıxarıb təqdim etmişdir. Həmin vaxt İsmayılın arvadı onlara yaxınlaşmaq istəmiş, polislər buna imkan verməmişlər, mülki geyimli polis işçisi onu geri itələmişdir. Təxminən beş dəqiqə sonra İsmayılı aparmışlar. Mülki geyimli polis işçisi bir neçə polis əməkdaşı ilə orada qalmışlar. Sonra ona getməyini bildirmişlər.O,da həmin yerdən bir az aralanmışdır. Polis işçiləri bir müddət İsmayılın həyətində qaldıqdan sonra getmişlər. Polis əməkdaşı İsmayılın üstünü yoxlayarkən heç bir narkotik vasitəyə bənzər maddə aşkar edilməmiş, eləcə də İsmayılın könüllü olaraq paltarlarının ciblərindən çıxarıb təqdim etdiyi əşya və predmetlərin içərisində narkotik vasitə olmamışdır. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 qızı məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində yaşayır, İsmayıl onun əridir. 07 may 2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evin mətbəxində olduğu zaman 3-4 nəfər polisin həyətlərinə keçdiyini görmüş, sonra yenə başqa polis əməkdaşları da həyətlərinə gəlmişlər. Təxminən 10 nəfərə yaxın polis əməkdaşı onların həyətinə daxil olmuşdur. O, dərhal evdən çıxaraq həmin şəxslərə tərəf getmiş, “Siz kimsiniz” deyə soruşmuş və sənədlərini göstərmələrini tələb etmişdir. Lakin ona heç bir sənəd göstərilməmişdir. O, əri İsmayıla tərəf getmək istəmiş, mülki formada olan kök polis əməkdaşı onu itələyərək ərinin yanına getməsinə imkan verməmişdir. Sonra İsmayılı aparmışlar. Ərini apardıqdan sonra polislərin bir hissəsi onların həyətində qalmış, evlərinə, dama, hətta su çəninə belə baxmışlar. Polislər bir saata yaxın evdə və həyətdə axtarış etdikdən sonra onların həyətindən getmişlər. O, 881 nömrəsinə zəng edərək şikayət etmiş, lakin sonradan polis şöbəsindən hansısa polis əməkdaşı onun qardaşı X7 zəng edib qorxutmuşdur ki,şikayət etməsinlər,əks halda onlar üçün çox pis olacaqdır. Qorxduqlarına görə onlar şikayət etməmişlər. İki gündən sonra məhkəmə əri İsmayılı azadlığa buraxmışdır. Onun ərinə şər atmışlar. Ərində narkotik maddə olmamışdır. Bundan əvvəl də 02 may 2023-cü ildə əri İsmayılı tanışı Əli vasitəsi ilə şərləyib tutmaq istəmişlər, lakin həmin vaxt İsmayıl Əlini və onunla gələn şəxsi qovduğundan ərini tuta bilməmişlər. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində yaşayır. İsmayılı kəndçisi kimi tanıyır.07 may 2023-cü il tarixdə saat 10 radələrində o, İsmayılın həyətində ot biçərkən bir nəfər mülki geyimli şəxs gəlib İsmayılı soruşmuş, o da İsmayılla Davudun nərd oynadığı yeri ona bildirmişdir. Həmin mülki geyimli şəxs İsmayılın yanına getmişdir. Həmin vaxt 5-10 nəfərin də gədiyini görmüş, onlardan iki nəfəri polis formasında olmuşdur. Təxminən 5 dəqiqə sonra İsmayılı aparmışlar. Sonra Davudu yoxlamışlar və ondan çıxıb getməsini tələb etmişlər. Bundan sonra polislər onu da qovub həyətdən çıxartmışlar. Orada olduğu müddətdə polis əməkdaşlarının İsmayılın üzərində axtarış apararaq onun narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirdiklərini eşitməmiş, həmçinin İsmayılın polis şöbəsinə aparılmasının səbəbini bilməmişdir. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid7 Şaban oğlu məhkəmə iclasında ifadəsində göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində yaşayır, İsmayılla qonşudur.07 may 2023-cü il tarixdə təxminən saat 10 radələrində səs-küy eşidib küçəyə çıxmış və Turalı görmüşdür. Turaldan nə olduğunu soruşmuş, Tural polislərin İsmayılı tutub apardıqlarını bildirmişdir. Həmin vaxt İsmayılgilin həyətində xeyli sayda polis əməkdaşı olmuşdur.Bir müddətdən sonra həmin polislər də getmişlər. İşin 3-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Balakən rayon Polis Şöbəsinin rəisinə ünvanladığı raportda göstərilmişdir ki, “Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə Balakən rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə əməliyyat məlumatları daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin xx.xx.1963-cü ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan,əvvəllər Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 237.1-ci maddələrilə məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş edirəm.” İşin 4-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Balakən rayon Polis Şöbəsinin rəisinə ünvanladığı raportda göstərilmişdir ki, “07 may 2023-cü il tarixdə tərəfimizdən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda şübhəli olan,xx.xx.1963-cü ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmuş Bazarov X2 rayonu Meşəşambul kəndində yaşadığı evin yaxınlığında aşkar olunaraq tərəfimizdən əməliyyat müşahidəsinə götürüldü. Biz əməliyyat-axtarış qrupunun üzvüləri ona yaxınlaşaraq özümüzü təqdim etdik və barəsində daxil olmuş əməliyyat məlumatlarının yoxlanması məqsədi ilə bizimlə birgə Balakən Rayon Polis Şöbəsinə getməli olduğunu bildirdik və tərəfimizdən həmin şəxs rayon polis şöbəsinin inzibati binasına gətirildi. Bununla əlaqədar olaraq, qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqla və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm”. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 07 may 2023-cü il tarixli qərarında göstərilmişdir: “Mən Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə Balakən rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını nəzərdən keçirib (ƏAF haqqında qanunun 11-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə uyğun olaraq cinayəti hazırlayan,törədən və törətmiş şəxs barəsində etimad doğuran və qərəzsiz mənbələri göstərmək) müəyyən etdim Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə Balakən rayon Polis Şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin xx.xx.1963-cü ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 237.1-ci maddələrilə məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin İ hissəsininin 10-cu bəndinin,həmin maddənin 4-5-ci hissələrinə və Azərbaycan Respublikasının CPM-in 445.2-ci maddəsinin tələblərinə əsasən qərar verdim

1. xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqla və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda şübhəli olan xx.xx.1963-cü ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan,əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə əməliyyat müşahidəsinə götürülməklə saxlanılıb rayon polis şöbəsinə gətirilməklə bağlı təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilsin.

2. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə rəhbərliyim altında Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Balakən RPŞnin İTB-nin sahə rəisi, polis serjantı Şahid3 ibarət əməliyyat axtarış qrupu yaradılsın.” İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 07 may 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolunda göstərilmişdir ki, Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X13 həmin protokolu tərtib etmişdir ki, qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 11:40-da tutulmuşdur. Tutma üçün əsaslar olaraq: - Həmin şəxs cinayət törədərkən, yaxud bilavasitə sonra yaxalanmışdır. - Zərər çəkmiş, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir - Həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlərin müəyyən edilmişdir. Tutmanın motivi və və digər əsaslar olaraq: - hadisə yerindən qaçıb gizlənmə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmə ehtimalının olması. - daimi yaşayış yeri vardır. - şəxsiyyətinin məlum olması göstərilmişdir. İşin 23-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 07 may 2023-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Vasif Əliyev tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 11:55-dən saat 12:30-dək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımasında şübhəli bilinərək 07 may 2023-cü il tarixdə Balakən RPŞ-ə gətirilmiş Balakən rayonu Meşəşambul kənd sakini Bazarov Şamil İsmayıl oğlunun üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər iştirakçıların iştirakları ilə ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində hər-hansı qeyri-qanuni əşya, predmet və yaxud da narkotik vasitələr olub-olmaması barədə ona sual verildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümün içərisindəki kütlənin “nəşə” olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 14,45 qr təşkil etmişdir. Həmin içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə olan şəffaf sellofan büküm ağ rəngli zərfdə qoyulub qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik tərkibli marixuanaya oxşar kütləni haradan əldə etməsi barədə sual verildikdə, o, həmin narkotik tərkibli marixuananı təxminən 3-4 ay əvvəl yaşadığı evin arxasından axan “Mazımçay”nın kənarından tapdığını, həmin narkotik vasitədən 2-3 dəfə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı zaman onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-də ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilib-göstərilməməsi ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs belə bir halın baş vermədiyini bildirmişdir.Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş,protokolda göstərilənlərin əks olunduğu müəyyən edilmişdir. İşin 36-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 07 may 2023-ci tarixli 17/383 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə.” sözləri,adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 12,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 117-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 15 may 2023-cü il tarixli 860 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 98-104-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşin 125-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 193 nömrəli arayışdan görünür ki, Bazarov X2 rayonu Meşəşambul kəndində yaşayır. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Meşəşambul inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 192 nömrəli arayışdan görünür ki, Bazarov X2 rayonu Meşəşambul kəndində yaşayır, himayəsində işləməyən arvadı və qızı vardır. İşin 123-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Meşqəşambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 120-122-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Bazarov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 111-116-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)-70/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş bu cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(019)-75/2020 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1- 1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin 127-129-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-235/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsininin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1(bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 noyabr-Zəfər günü münasibəti ilə aministya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılmışdır. İşin 127-129-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-1359/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 1 (bir) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Balakən rayon polis şöbəsinin 21 iyul 2023-cü il tarixli 3- 13-66/2-15805/23 nömrəli məktubunda göstərilmişdir ki, sorğunuza cavab olaraq bildiririk ki,xx.xx.1963-cü ildə Balakən rayonu, Meşəşambul kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olmaqla yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsi və narkotik xassəli bitkilərin əkilib-becərilməsi cinayətlərində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında,xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-də Təqsirləndirilən şəxs barəsində «Əqrəb» şərti adı ilə, 20648 nömrəli əməliyyat işi açılmışdır. xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış təlbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 12,58 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin tarixdə Balakən PRŞ-nin Təhqtiqat Bölməsində faktla bağlı Azərbaycan Respublikası CM-ninin 234.1-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Maddə 61, İİİ hissə. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Maddə 63, İİ və İV hissələr. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Maddə 67, İ hissə. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Maddə 71, İ və İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Maddə 127, İV hissə. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Maddə 148, İİ hissə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Maddə 151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativhüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Maddə 10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Maddə 10.3. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Maddə 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Maddə 33.1. Hakimlər-cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Maddə 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyini bu sübutları tənzimləyən hüquq normalarının işığında qiymətləndirilməsini zəruri hesab edir. İttiham tərəfin sübutu olan Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 07 may 2023-cü il tarixli raportların və onun tərəfindən qəbul edilmiş 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın məzmununa əsasən Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə Balakən rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə əməliyyat məlumatları daxil olmuş, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini Şöbə rəhbərliyindən xahiş etmiş, bundan sonra onun tərəfindən 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş,qərarla xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqla və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda şübhəli olan xx.xx.1963-cü ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan,əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə əməliyyat müşahidəsinə götürülməklə saxlanılıb rayon polis şöbəsinə gətirilməklə bağlı təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində yaşadığı evin yaxınlığında aşkar olunaraq əməliyyat müşahidəsinə götürülmüş, barəsində daxil olmuş əməliyyat məlumatlarının yoxlanması məqsədi ilə polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getməli olduğu bildirilmiş və polis əməkdaşları tərəfindən rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Məhkəmə qeyd edir ki, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin vəzifələri:1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması; naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. Həmin Qanunun 4-cü maddəsinin İİ hissəsinə görə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Həmin Qanunun 10-cu maddəsinə əsasən: İ. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. İİ. Bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Həmin Qanunun 11-ci maddəsinin İV hissəsinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyataxtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər: 1) başlanmış cinayət işi mövcud olduqda: 2) (Çıxarılıb); 3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda; 4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda; 5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə; 6) naməlum meyit aşkar edildikdə. Həmin Qanunun 12-ci maddəsinin İ, İİ və İİ hissələrinə görə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər; əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır; bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə… Həmin Qanunun 15-ci maddəsinin İ-V hissələrinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyatqeydiyyat işi aparılmalıdır; Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir; Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyataxtarış fəaliyyətinin subyektində saxlanılır; Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. Həmin Qanunun 15-ci maddəsinin İ-Vİİ hissələrinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər; Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır; Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir; Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir; İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir; Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatları yaymaq qadağandır; Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Həmin Qanunun 19-cu maddəsinin İ hissəsinə görə əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İş materiallarından görünür ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 07 may 2023-cü il tarixli raportunda və onun tərəfindən qəbul edilmiş 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə Balakən rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə əməliyyat məlumatları daxil olduğu qeyd edilmiş və əməliyyat tədbiri bu əməliyyat məlumatına əsasən keçirilmişdir. Halbuki “Əməliyyat- Axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin İV hissəsinin 3-cü bəndinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı daxil olmuş cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat (məzmunu və mənbəyi bilinməyən hansısa əməliyyat məlumatına görə deyil) daxil olduqda qəbul edilə bilər. İşdə olan 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın özündə də “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə uyğun olaraq cinayəti hazırlayan,törədən və törətmiş şəxs barəsində etimad doğuran və qərəzsiz mənbələri göstərməsi xüsusi olaraq qeyd edilmişdir. Lakin nə raportda, nə də təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarda cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat alındığı qeyd edilməmişdir. Bununla da təsdiq olunur ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə şübhəli olmasına dair raportunda verdiyi məlumat heç bir sübutla, etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə edilən məlumat olmamış, yalnız ehtimal xarakteri daşımışdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs üzərində ehtimal olunan məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün haqqında başlanmış cinayət işi olmamış, həmçinin onun narkotik vasitə əldə etməsi, daşıması və saxlaması, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi və ya törədən şəxs olmasında şübhəli olması barədə heç bir tutarlı əsas və faktlar mövcud olmamış, dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verməmiş, yaxud onun qarşısının alınması zərurəti yaranmamış, şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənməmiş, cəza çəkməkdən boyun qaçırmamış, yaxud itkin düşməmişdir. Bundan başqa təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarda əməliyyatın təxirəsalınmazlığı əsaslandırılmamış, bununla bağlı hətta formal olaraq bir cümlə belə qeyd edilməmişdir. Həmçinin qərarda əməliyyat tədbiri olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə əməliyyat müşahidəsinə götürülməklə saxlanılıb rayon polis şöbəsinə gətirilməsi qərara alınmışdır. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən tətbiq edilə biləcək əməliyyataxtarış tədbirlərini müəyyən edən “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İ hissəsində isə şəxsin əməliyyat müşahidəsinə götürülməsi və saxlanılıb rayon polis şöbəsinə gətirilməsi müəyyən edilməmişdir. Həmin maddənin İİ hissəsinə görə isə bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Sözügedən qərarda qeyd olunan şəxsin saxlanılması,yəni tutulması,polis şöbəsinə gətirilməsi və üzərində şəxsi axtarışın aparılması “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, Azərbaycan Respublikası CPM ilə tənzimlənir. Belə ki, şəxsin tutulmasının və şübhəli şəxs kimi üstündə axtarış aparılmasının hüquqi əsasları və qaydası Azərbaycan Respublikası CPM-nin 147-148-ci maddələrində öz əksini tapmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində müvafiq qərar əsasında əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyat-axtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onun qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş və onun barəsində əməliyyataxtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməmiş və sistemləşdirilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi olmadığından, iş üzrə hər hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilmədiyindən Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin təsdiqi ilə bağlı digər sübutlar (telefon danışıqlarına qulaq asılma, hərəkətlərinin müşahidəsi, baxış, müşahidə kamerasından götürülən videogörüntülər və sair) əldə olunmadığından, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıması və saxlaması ehtimalı bu xüsusda qanunda nəzərdə tutulmuş fakt və ya qərəzsiz və etimad doğuran mənbə hesab edilə bilməz. Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuni hesab edilməsinə dair Balakən Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə bağlı (i/v-92-93) məhkəmə qeyd edir ki, sözügedən qərarın məzmunundan görünür ki, təhqiqat orqanı tərəfindən məhkəməyə yalnız həmin qərarın özü göndərilmiş və məhkəmə araşdırma aparmadan formal olaraq qərarı qanuni hesab etmişdir. Məhkəmə baxışı iclasında bu qərarın qanuniliyi məhkəmə tərəfindən mövcud prosedura daxilində tədqiq olunaraq, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlanılaraq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, digər sübutlarla əlaqəli şəkildə təhlil edilərək bu nəticəyə gəlinmişdir ki, 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanunsuz və əsassız olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X17rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 07 may 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanunsuz yolla əldə olunduğundan məhkəmə onu sübut kimi qəbul etmir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinin İ-V hissələrinə görə əməliyyat-axtarış tədbirləri həyata keçirilməli olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işinin başlanılması və bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsi və narkotik xassəli bitkilərin əkilib-becərilməsi cinayətlərində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında, xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-ninin Qabaqçöl PB-də Təqsirləndirilən şəxs barəsində «Əqrəb» şərti adı ilə, 20648 nömrəli əməliyyat işinin açılması barədə Balakən Rayon Polis Şöbəsinin 21 iyul 2023-cü il tarixli 3-13-66/2-15805/23 nömrəli məktubunu da məhkəmə sübut kimi qəbul etmir. Bundan başqa ittiham tərəfin sübutu olan 07 may 2023-cü il tarixli şübhəli şəxsi tutma protokoluna əsasən Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X13 həmin protokolu tərtib etmişdir ki,qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-da tutulmuşdur. Tutma üçün əsaslar olaraq: - Həmin şəxs cinayət törədərkən, yaxud bilavasitə sonra yaxalanmışdır. - Zərər çəkmiş, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir - Həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlərin müəyyən edilmişdir. - Tutmanın motivi və və digər əsaslar olaraq: - hadisə yerindən qaçıb gizlənmə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmə ehtimalının olması. - daimi yaşayış yeri vardır. - şəxsiyyətinin məlum olması göstərilmişdir. Şübhəli şəxsin tutulması, tutulma üçün əsaslar, tutulmuş şəxsin hüquqlarının təmin edilməsi Azərbaycan Respublikası CPM-in 147-153-cü maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası CPM-in 147-ci maddəsinə əsasən: 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. 147.2. Tutulma aşağıdakı hallarda tətbiq edilir: 147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda. 147.3. Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: 147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; 147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt; 147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; 147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. 147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Azərbaycan Respublikası CPM-in 148-ci maddəsinə əsasən: 148.1. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. 148.2. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. 148.3. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: 148.3.1. hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə; 148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda; 148.3.3. şəxsiyyəti müəyyən edilmədikdə. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinə əsasən: 153.1. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. 153.2. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər: 153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək; 153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək; 153.2.3. hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir); 153.2.4. tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir); 153.2.5. şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq; 153.2.6. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 153.2.7. tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq; 153.2.8. tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur); 153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək; 153.2.10. tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə isə xüsusi diqqət yetirmək; 153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələlərinin həlli üçün bu Məcəllənin 148, 150—152-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi məqsədi ilə tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək; Azərbaycan Respublikası CPM-in 90.7-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 90.7.1. nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu-ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi); 90.7.2. tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; 90.7.3. tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq; 90.7.4. tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək; 90.7.5. tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq; 90.7.6. tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək; 90.7.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; 90.7.8. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; 90.7.9. müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək; 90.7.10. ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək; 90.7.11. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; 90.7.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək; 90.7.13. etirazlar etmək və vəsatətlər vermək; 90.7.14. istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək; 90.7.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək; 90.7.16. cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək; 90.7.17. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; 90.7.18. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 90.7.19. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq; 90.7.20. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək; 90.7.21. zərər çəkmiş şəxslə barışmaq; 90.7.22. cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; 90.7.23. şübhə təsdiq olunmadıqda bəraət almaq; 90.7.24. bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. İş materiallarından mübahisəsiz qaydada müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində tutulmuş və Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə saat 12 radələrində Balakən rayonu Meşəşambul kəndi ərazisində, yaşadığı evin yaxınlığında saxlanıldığını və Balakən Rayon Polis Şöbəsinə gətirildiyini göstərmişlər.Təqsirləndirilən şəxs və müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahidlər Şahid4,Şahid5 və Şahid6 ifadələrində Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə təxminən saat 10 radələrində Balakən rayonu Meşəşambul kəndi ərazisində, yaşadığı evin həyətində saxlandığını və Balakən Rayon polis Şöbəsinə gətirildiyini göstərdilər. İşdə olan 07 may 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolunda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40da tutulması qeyd edilmişdir. Balakən rayonu Meşəşambul kəndi ilə Balakən Rayon Polis Şöbəsi arasındakı məsafənin təxminən 10 km olmasını, həmin kənddən Balakən şəhərinə gələn şosse yolun kəndlərin içərisindən keçməsini, bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı evdən Balakən rayon Polis şöbəsinə gətirilənə kimi təxminən 15 dəqiqə vaxt keçməsini, o, Polis Şöbəsinə gətirildikdən sonra əməliyyat müvəkkilinin bu barədə Şöbənin rəhbərliyinə raport yazmasını, sonra materialın təhqiqatçıya verilməsini, onun tərəfindən şübhəli şəxsin tutulması, müdafiəçi təyin edilməsi barədə qərarların qəbul və tərtib edilməsini, Təqsirləndirilən şəxs hüquqlarına dair bildirişlə tanış olması,müdafiəçinin dəvət edilməsi, onun da qəbul edilmiş qərarla tanış olması üçün minimum 1 saat müddət lazım olmasını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tutulmasının vaxtı və yeri barədə onun və müdafiə tərəfin şahidlərinin göstərdikləri, yəni onun 07 may 2023-cü il tarixdə təxminən saat 10 radələrində Balakən rayonu Meşəşambul kəndi ərazisində, yaşadığı evin həyətində saxlanılması həqiqətə uyğundur. İşdəki sübutlarla Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə təxminən saat 10 radələrində Balakən rayonu Meşəşambul kəndi ərazisində, yaşadığı evin həyətində azadlığının faktiki olaraq məhdudlaşdırıldığı,yəni onun tutulduğu mübahisəsiz olaraq təsdiq edilməsinə baxmayaraq,iş materiallarından görünür ki, tutularkən onun hüquqları təmin edilməmiş,şübhənin mahiyyəti, tutulmanın səbəb və əsasları ona izah olunmamış, həmçinin tutulan zaman müdafiəçi ilə təmin olunmamışdır. Təqsirləndirilən şəxsin faktiki tutulan zaman müdafiəçi ilə təmin olunmasının zəruriliyi onun prosessual hüquqlarının təmin edilməsi zərurəti və həm də latın qrafikalı Azərbaycan əlifbasını bilməməsi ilə də şərtlənir. Belə ki, iş materiallarına və təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə görə o latın qrafikalı Azərbaycan əlifbasını bilmir.Bu halda isə ədalət mühakiməsinin maraqları birbaşa tələb edirdi ki, təqsirləndirilən şəxs tutularkən müdafiəçi ilə təmin olunsun. Bununla da təsdiq olunur ki, Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndi ərazisində, yaşadığı evin həyətində tutularkən qanunvericiliyin tələbləri və Təqsirləndirilən şəxs hüquqları kobud şəkildə pozulmuşdur. Balakən Rayon Polis Şöbəsinin inzibati binasında tutulmasına dair tərtib olunmuş şübhəli şəxs qismində tutulması haqqında protokolun özü də qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə ki, protokolda onun tərtib edilməsi vaxtı göstərilməmiş, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə saat 11-40-da saxlanıldığı göstərilmiş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı tarix, yer və vaxt qeyd edilməmişdir. Bundan başqa həmin protokolda tutulmanın səbəbi və əsası,şübhənin mahiyyəti qeyd edilməmiş, tutulmanın əsası olaraq CPM-in 148.2-ci maddəsində göstərilən hallar (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda) formal olaraq sadalanmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün CPM-in 148.2-ci maddəsində göstərilənlərdən hansının əsas olması məlum deyildir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7-90.7.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu-ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi); tutulduğu andan tutulmanın səbəblərini və əsaslarını bilmək hüququ vardır. Şübhəli şəxs qismində tutulması haqqında protokollarda şübhənin mahiyyəti qeyd edilmədiyindən, tutulmanın səbəbi və əsası isə qeyri müəyyən qeyd edildiyindən Təqsirləndirilən şəxs yenə də tutulmanın səbəb və əsaslarını, şübhənin mahiyyətini bilməmiş, özünü müdafiə etmək imkanından məhrum olmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan hal müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə şübhələnildiyini, hansı əsasla tutulmasını bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə şübhənin xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Şübhənin mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi şübhəli şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasının qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla həyata keçirilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq ittiham tərəfin sübutu olan, 07 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərarı və protokolu da qanunsuz hesab edərək subut kimi qəbul etmir. İttiham tərəfin digər sübutu olan,şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması və bu şəxsi axtarışı əks etdirən DVD diski digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək məhkəmə qeyd edir ki, sözügedən protokolda və diskdə göstərilmişdir ki, 07 may 2023-cü il tarixdə 11:55-dən saat 12:30-dək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır,şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşya, predmet və yaxud da narkotik vasitələr olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümün içərisindəki kütlənin “nəşə” olduğunu bildirmiş,Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 14,45 qr təşkil etmiş,İsmayıll Bazarov narkotik tərkibli marixuananı təxminən 3-4 ay əvvəl yaşadığı evin arxasından axan “Mazımçay”nın kənarından tapdığını, həmin narkotik vasitədən 2-3 dəfə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs qeyd edilən narkotikin ona məxsus olmadığını, polislər tərəfindən cibinə qoyulduğunu, polislərin fiziki və psixi təsiri,hədə qorxularına görə narkotikin özünə məxsus olduğunu göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə mübahisəsiz qaydada təsdiq olunur ki, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində saxlandığı zaman təqsirləndirilən şəxsin üzərində axtarış və götürmə həyata keçirilməmişdir. Tərəflər arasında o hal da mübahisələndirilmir ki, Balakən RPŞ-nin X15 təqsirləndirilən şəxsin saxlandığı Meşəşambul kəndindən 3-5 dəqiqəlik məsafədə yerləşməsinə,Meşəşambul kəndinin həmin Bölmənin yurisdiksiyasına aid olmasına, Bölmənin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat qrupunun üzvü olmasına, şəxsi axtarışın Təqsirləndirilən şəxs həbsindən birbaşa sonra, yaxud da daha yaxın məsafədə yerləşən X8 həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamasına baxmayaraq Təqsirləndirilən şəxs saxlandıqdan sonra X10 deyil, həmin ərazidən təxminən 15 dəqiqəlik məsafədə olan Balakən RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin müddətdə, həmçinin üzərində axtarış aparıldığı saat 11:55-ə kimi polislərin nəzarəti altında olmuşdur. Tacir Layıcov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur.Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir.Avropa Məhkəməsi Sakit Zayidov Azərbaycana qarşı işdə də üzrə eyni mövqe sərgiləmişdir. İş materiallarında olan 07 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmasının videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünə qarşı ifadə verməmək hüququ izah edilməmiş, bu zaman ondan “aşkar olunmuş” narkotik vasitə ilə bağlı ifadə alınmış, faktiki olaraq bu xüsusda ittihamın irəli sürülməsi üçün bu ifadə məlumatından istifadə edilmişdir. Eyni zamanda onun üstündəki narkotik vasitəni cibindən çıxararaq təqdim etməsi tələb edilməklə və Təqsirləndirilən şəxs da bu tələbə riayət etməsilə onun əl-barmaq izlərinin həmin narkotik vasitə olan sellofan bükümdə qalacağı və ona qarşı istifadə olunacağına şərait yaradılmış, müdafiəçi də bu hallar barədə təhqiqatçıya iradını bildirməmiş, şübhəli şəxsin özünə qarşı ifadə verməməsinə və “cibində olan” narkotik vasitənin özü tərəfindən cibindən çıxarılmaması, bunun polis əməkdaşları tərəfindən edilməsi üçün heç bir qanuni tədbir görməmişdir. Bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Təqsirləndirilən şəxsin saxlanması ilə üzərində şəxsi axtarış aparılması arasında olan vaxt boşluğu müddətində sübutların (narkotik vasitənin) təqsirləndirilən şəxsin cibinə “qoyulması” mümkünlüyünü nəzərə alaraq məhkəmə ittiham tərəfin sübutu olan 07 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu və şəxsi axtarışı əks etdirən DVD diskini qanunsuz yolla əldə edildiyinə görə sübut kimi qəbul etmir. İşin yuxarıda göstərilən faktoloji və hüquqi əsaslarına, qanun normalarına istinad edən məhkəmə həmçinin hesab edir ki, ittiham tərəfin sübutu olan məhkəmə-bioloji ekspertizasının 07 may 2023-cü il tarixli, 17/383 nömrəli rəyi məhz təqsirləndirilən şəxsin “təqdim etdiyi” göstərilən, əslində isə qanunuz yolla əldə edilmiş maddi sübutlara (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından,məhkəmə onu da sübut kimi qəbul etmir. Eynilə məhkəmə iş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-ci il tarixli, 860 nömrəli rəyini də, qanunsuz yolla əldə edilmiş və qanunsuz sayılmış maddi sübuta-narkotik vasitəyə söykənməsini, həmin rəyin təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etməməsini,həmin rəydə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkmədiyinin göstərilməsini nəzərə alaraq onu da sübut kimi qəbul etmir. İttiham tərəfin iş üzrə şahidləri Şahid1, Şahid2 və Şahid3 ifadələrini qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirib,onların Təqsirləndirilən şəxs ətrafında “əməliyyat tədbiri”nin həyata keçirilməsi üçün yaradılmış əməliyat qrupunun üzvü olmalarını, “əməliyyat”ı həyata keçirmələrini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmələrini, şahid qismində verdikləri ifadələrində də bu halları göstərmələrini, həmin sübutların (əməliyyat axtarış barədə qərarın,şübhəli şəxs qismində tutulma haqqında protokolun və şəxsi axtarışın və s. ) məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsini nəzərə alaraq məhkəmə adıçəkilən şəxslərin şahid qismində verdikləri ifadələrini də sübut kimi qəbul etmir. Məhkəmə həmin ifadələrlə bağlı onu da diqqətə çatdırır ki, Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə saat 12 radələrində, yaşadığı evin yaxınlığında saxlanması barədə göstərdikləri də həqiqətə uyğun deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs təxminən saat 10 radələrində yaşadığı evin həyətində saxlanmışdır. Məhkəmənin qənaətinə görə polis əməkdaşları şəxsin səhər saat 10 radələrində öz həyətində cibində narkotik saxlamasının inandırıcı olmayacağını bildiklərindən bu faktları da məqsədli olaraq təhrif etmişlər. Təqsirləndirilən şəxs işdə olan, məhkəmədək icraat dövründə verdiyi ifadələrindən görünür ki, o, məhkəməyədək icraat dövründə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və fərdi təsərrüfat ilə məşğul olur. Təxminən 2-3 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş cəzanın 01 il 01 ayını çəkdikdən sonra 6 ay cəzası aministiyaya düşdükdən sonra qalan 02 ay cəzadan isə şərti olaraq azad edilib 2022-ci ilin 15 iyul tarixində azadlığa çıxmışdır. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində yaşadığı küçədə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona təqdim edilmiş Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısında adı qeyd edilmiş vəkil Müdafiəçi1 müdafiəçisi qismində təyin edilməsini xahiş etmişdir. Bundan sonra vəkil Müdafiəçi1 Polis şöbəsinə dəvət olunmuş və o, təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülərkən çəkisi 14,45 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməyi barədə polis əməkdaşları tərəfindən ona sual verilmiş, o da təxminən 3-4 ay əvvəl evinin arxasından keçən “Mazımçay”ına balıq tutmaq üçün getdiyi zaman çay kənarından tapdığını, həmin narkotik vasitə qurudulmuş marixuanadan 2-3 dəfə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittihamla bağlı məhkəməyədək icraat dövründə verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsi mötəbər sayılmalı və qəbul ediməlidir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tutularkən onun tutulması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı ona müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Təqsirləndirilən şəxsin müəyyən zaman ərzində müdafiəçisiz,tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, onun həmin şəraitdə verdiyi ifadələr iradə ifadəsinin nəticəsi kimi qəbul oluna bilməz.Bu səbəblərdən məhkəmə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri təsir və təzyiq altında verilmiş ifadələr kimi qəbul edir. Həmçinin ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübutlar təşkil etmiş və bu sübutlar məhkəmə tərəfindən qəbul edilməmişdir.Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələri sübut kimi qəbul etmir. Əksinə onun məhkəmə iclasında verdiyi ifadəsi işin real faktiki halları ilə tam təsdiqini tapdlığından məhkəmə onun məhkəmə iclaısnda verdiyi ifadəsini sübut kimi qəbul edir. Məhkəmə həmçinin müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş Şahid4,Şahid5 ,Şahid6 qızının və X1 ifadələrini işin faktiki hallarına uyğun olduqlarından sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. İttihamdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etməsi, daşıması və saxlaması ittihamı verilmişdir. Lakin məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etməsi, daşıması və saxlaması, bununla da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmur. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir.Belə ki, Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmündə göstərilməlidir. Eyni zamanda “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınan 12,58 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 12,53 qramı mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilməsi nəticəsinə gəlindiyi üçün, iş üzrə 34,55 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs,ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İbtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülməsi göstərilən ümumi təmiz çəkisi 12,58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatına sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla qalıq təmiz çəkisi 12,53 qram olan narkotik vasitə qurudulmuş marixuana mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-də saxlanılsın; iş üzrə maddi sübut kimi tanınması göstərilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən,aparılmış videoçəkilişlər əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar