Məhkəmə qərarları › İş №1(019)-87/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-87/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-87/2024 23.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1991-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov (keçmiş C.Hasilov) küçəsi, ev 17, mənzil 11 ünvanında yaşayan, 02 fevral 2024- cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs , tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs1 özünü “X12 İctimai Birliyi”ndə mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək sonuncuya əlilliklə bağlı təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verməklə 2022-ci ilin aprel ayından başlayaraq iki ay ərzində müxtəlif vaxtlarda hissə- hissə olmaqla 1700 manat pulu Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli tam orta məktəbin qarşısında əlbəəl, 2022-ci ilin may ayında bir dəfə 500 manat və bir dəfə də 300 manat olmaqla, cəmi 800 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində “Tri Korona” deyilən yerdə “Yasamal” parkının yanında yerləşən “Bazar store” marketində olan ödəmə terminalı vasitəsi ilə bank hesabına köçürtdürməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü “X12 İctimai Birliyi”ndə mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək sonuncuya əlilliklə bağlı təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verməklə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən “İran” klinikasının qarşısında 3000 manat pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü “X12 ictimai Birliyi”ndə mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək sonuncuya oğlu- X6 əlilliklə bağlı təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verməklə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu ərazisində yerləşən “158” nömrəli tam orta məktəbin qarşısında 3000 manat pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs4 sonuncunu Xəzər televiziyasında verilişə çıxarmasına köməklik etməsinə dair yalan vəd verməklə aldadıb Balakən rayonundan özünə məxsus “Kapital Bank”a aid 5239-1517-1944-1266 saylı kart hesabına 700 manat, sonradan Zərərçəkmiş şəxs4 Balakən şəhər Uşaq İncəsənət Məktəbinə işə düzəltməsi və azyaşlı xəstə övladına əlillik düzəldərək təqaüd almağına köməklik edəcəyi adı ilə aldadaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə hissə-hissə olmaqla Balakən rayonundan özünə məxsus “Kapital Bank”a aid 4169-7385- 6018-8058 və 5239-1517-1944-1266 saylı kart hesablarına 10.530 manat pulu köçürtməklə vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 11230 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu və anası ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Hazırda heç bir yerdə işləmir. Əvvəllər 2021-ci ilin mart ayından 2022-ci ilin sonlarınadək olan müddət ərzində qeyri-rəsmi şəkildə “X12 İctimai Birliyi”ndə mətbuat xidmətinin rəhbəri kimi işləmişdir.İşi həmin Birliyin “Youtube” proqramında “Diqqət TV online” televiziyasını idarə etmək, bundan başqa əlillərin, qazilərin problemləri ilə bağlı dövlət qurumlarına onların adından müraciətlər etməkdən ibarət olmuşdur. İşlədiyi Birlikdə vəsiqə çap edən Həsənağa adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin əvvəllərində tanış olmuşdur. Rəfiqənin “Papani” deyilən yerdə yerləşən Hərbi Hospitalda tibb bacısı işlədiyini isə sonradan bilmişdir. Rəfiqə ilə münasibətləri həmişə yaxşı olmuşdur. Söhbət əsnasında Rəfiqə ona Həsənağanın ondan əlilliyinin bərpası üçün 1200 manat pul aldığını, əlilliyini bərpa etmədiyini bildirmişdir.O isə Rəfiqəyə bu işdən xəbəri olmadığını, Həsənağa ilə əlaqə saxlayıb məsələni aydınlaşdıracağını demişdir. Sonradan Həsənağanın yaşadığı Masazır qəsəbəsində yerləşən evinə getmişdir. Həsənağanın atası ilə görüşüb oğlunun Rəfiqə adlı qadından pul aldığını, bundan başqa işlədiyi Birliyin yaxınlığında yerləşən marketə borclu olduğunu bildirdikdə, Həsənağanın atası qısa zaman ərzində pulu düzəldəcəyini, həmin şəxslərə çatdırmaq üçün ona verəcəyini demişdir. O, da razılaşıb çıxıb getmişdir. Bir neçə gündən sonra Həsənağanın atası zəng edərək onunla görüşüb Həsənağanın aldığı deyilən pulu, yəni 1400 manat pulu ona vermişdir.O da həmin puldan 1200 manatını Rəfiqə ilə görüşüb ona vermişdir. Rəfiqə pulunu ödətdirdiyi üçün ona 200 manat şirinlik kimi pul vermişdir. Rəfiqənin yanında Həsənağanın atasına zəng edərək 1200 manatı sahibinə çatdırdığını bildirmişdir. Qalan 200 manat pulu isə Həsənağanın marketə olan borcunu ödəmişdir.Sonradan Rəfiqə ondan ona əlilliyinin bərpasına köməklik etməsini xahiş etdikdə, ona yalnız növbədən kənar “X14”nə sala biləcəyini demişdir. Qalan məsələlərin özünə aid olmadığını bildirmişdir. Rəfiqə də lazım olsa əlaqə saxlayacağını demişdir.Bu barədə işlədiyi Birliyin sədri ilə danışdıqda Birliyin sədri ona Rəfiqəyə köməklik edə biləcəklərini demişdir. O da Birliyin sədrinə Rəfiqə ilə danışacağını demişdir. Bundan sonra Rəfiqəyə zəng edərək işlədiyi Birliyin rəhbəri ilə danışdığını, ona əlilliyinin bərpasında köməklik edə biləcəklərini demişdir. Aradan bir müddət keçdikdən sonra maddi sıxıntıları olduğuna görə Rəfiqədən təxminən 500 manat borca pul istəmişdir. Rəfiqədə ona köməklik edəcəyini deyib, həmin gün təxminən saat 18 radələrində Rəfiqəyə göndərdiyi özünə məxsus “Kapital Bank”a aid karta 500 manat pul göndərmişdir. Sonradan Rəfiqə ona zəng edərək əlilliyinin bərpası ilə maraqlanmasını xahiş etmişdir. O bu barədə Birliyin rəhbəri Firidun müəllimə dedikdə o, Rəfiqənin “X14”nə getməsini və həmin idarəyə onu tapşıracağını bildirmişdir.O da Rəfiqə ilə “X14”nin “Zərifə Əliyeva adına göz institu”nun yaxınlığında yerləşən inzibati binasının qarşısında görüşüb içəri daxil olmuşdur. Ona çek şəklində növbə almışdır. Bundan sonra Firidun müəllimə zəng edərək Rəfiqə ilə “X14”ndə olduqlarını, Rəfiqə üçün çek şəklində növbə də götürdüklərini dedikdə, Firidun müəllim Rəfiqəni göndərməsini, qalan məsələləri özü həll edəcəyini bildirmişdir.O da bu barədə Rəfiqəyə deyib onunla sağollaşmışdır. Sonradan Firidun müəllim söhbət əsnasında ona bu məsələnin 2-3 ay müddətində həll olunacağını demişdir.O da bu barədə Rəfiqəyə məlumat vermişdir. Sonradan Rəfiqə ona Maya və Rahilə adlı tanışlarının da əlilliklərini bərpa etdirmək istədiklərini demişdir. O da maraqlanıb xəbər edəcəyini bildirmişdir.O, bu barədə Firidun müəllimlə danışdıqda, Firidun ona “X14”ndə tanışının olduğunu, narahat olmamasını, bu məsələləri həll edə biləcəyini, bir nəfər üçün 3000 manat pul lazım olduğunu demişdir. Söhbət əsnasında həmin məbləğin üzərinə qazanc kimi pul qoymayacağını, zəhmət haqqı kimi ona nə hörmət edəcəyini soruşduqda, Firidun ona Birliyin maliyyə problemlərinin olduğunu, bu səbəbdən ona əmək haqqının vaxtında ödəyəcəyini demişdir. O da Firidunla razılaşmışdır. Bundan sonra Rəfiqəyə zəng edərək bir nəfər üçün 3000 manat pul lazım olduğunu demişdir. Sonradan o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İran” klinikasının yaxınlığında idarə etdiyi avtomobilin içərisində Rəfiqə və Maya ilə görüşmüşdür. Maya 3000 manat pulu Rəfiqənin yanında ona vermişdir.O,da həmin pulu aparıb Firidun müəllimə vermişdir. Bundan sonra Firidun müəllimin göstərişi ilə Maya ilə “X14”nin “Zərifə Əliyeva adına göz institu”nun yaxınlığında yerləşən inzibati binasının qarşısında görüşüb içəri daxil olmuşlar.Ona çek şəklində növbə almışdır. Bundan sonra Firidun müəllimə zəng edərək Maya ilə “X14”ndə olduqlarını, onun üçün çek şəklində növbə də götürdüyünü dedikdə, Firidun müəllim ona Mayanı göndərməsini, qalan məsələləri özü həll edəcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin iyul ayının sonlarında Rəfiqənin tanışı Rahilə ilə də Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 158 nömrəli tam orta məktəbin qarşısında idarə etdiyi avtomobildə görüşmüşlər. Həmin vaxt Rəfiqənin yanında Rahilə və oğlu Mahmud olmuşdur. Onlar avtomobilə əyləşmişlər. Rahilə oğlu Mahmudun əlilliyinin bərpa edilməsi üçün 3000 manat pulu ona vermişdir.O da həmin pulu aparıb Firidun müəllimə vermişdir. Bundan sonra eyni qaydada Mahmud ilə “X14”nin “Zərifə Əliyeva adına göz institutu”nun yaxınlığında yerləşən inzibati binasının qarşısında görüşüb içəri daxil olmuşlar. Ona çek şəklində növbə almışdır. Bundan sonra o, Firidun müəllimə zəng edərək Mahmudla “X14”ndə olduqlarını, onun üçün çek şəklində növbə də götürdüklərini dedikdə, Firidun müəllim Mahmudu göndərməsini, qalan məsələləri özü həll edəcəyini bildirmişdir. Firidun müəllim ona həmin məsələlərin 2-3 ay müddətində həll olunacağını demişdir.Daha sonra o, barədə Maya və Rahilə ilə danışıb məlumat vermişdir. Aradan bir müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi törətdiyi üçün bir müddət xəstəxanada müalicə almışdır. Hadisə barədə Rəfiqəyə məlumat vermişdir. Sonradan Rəfiqə, Maya, Rahilə ona zənglər edərək ya verdikləri pulları qaytarmasını, ya da işlərini həll etməsini tələb etməyə başlamışdırlar.O da, bu barədə Firidun müəllimə dedikdə, Firidun işi həll edəcəyini desə də heç bir iş görməmişdir. Bu səbəbdən Firidun müəllimlə münasibətləri pisləşmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə şəhid X3 Bakı şəhəri Zabitlər evində doğum günü mərasimində şəhidin qohumu kimi tanımışdır. Onun əslində Rasimin həyat yoldaşı Ülkər xanımla münasibətləri olmuşdur. “Kapital bank”a aid 4169-7385-6018-8058 və 5239-1517-1944- 1266 nömrəli kartlar özünə məxsusdur. Rasimi televiziyaya çıxarmaq üçün 700 manat, Balakən şəhər Uşaq İncəsənət məktəbinə işə düzəltmək üçün və azyaşlı uşağına əlillik düzəldərək təqaüd alması üçün xatırlamadığı tarixlərdə hissə-hissə olmaqla kart hesablarına müxtəlif məbləğlərdə xatırlamadığı məbləğdə pul göndərmişdir.Rasimdən aldığı pulları Şahid1 vermişdir. Firidun isə həmin puldan ona 500 manat qazanc kimi pul vermişdir. Zərərçəkmiş şəxs4 ilə aralarında əvvəllər hər hansı tanışlıq, ədavət, düşmənçilik, qərəzli münasibət və borc məsələsi olmamışdır. Rasimdən aldığı pulların məbləğini hissə-hissə aldığı üçün xatırlamır. Zərərçəkmiş şəxs4 ümumiyyətlə ona əlbəəl heç bir məbləğdə pul verməmişdir.Rasim ona göndərdiyi pulları kart hesablarına yaşadığı Balakən rayonundan göndərmişdir. Şahid1 həmin pulları verməsi barədə hər hansı bir sübutu yoxdur.Şahid1 həmin pulları verərkən yanında başqa kimsə olmamışdır. Törətdiyi əməlindən peşmandır, himayəsində xəstə anası və azyaşlı oğlu vardır.O. Zərərçəkmiş şəxs4 500 manat, Zərərçəkmiş şəxs2 300 manat qaytarmşdır. O, zərərçəkmiş şəxslərə dəymiş qalan ziyanı da ödəyəcəkdir. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qızı ilə birlikdə yaşayır. 1992-ci il tarixdən 1995ci il tarixədək olan müddət ərzində X8 ərəfəsində Ağdam rayonunda yerləşən hospitalda tibb bacısı işləmişdir.Hazırda isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tibb bacısı işləyir.2016-cı ildən 2020-ci ilin aprel ayınadək İİ qrup müharibə əlili kimi təqaüd almışdır.Təqaüdü 2020-ci ilin aprel ayında dayandırılmışdır.Bu səbəbdən təqaüdünün bərpası üçün çalışmışdır.2022-ci ilin aprel ayının əvvəllərində təqaüdünü bərpa etdirmək üçün “X14”nin “Zərifə Əliyeva” adına göz institunun yaxınlığında yerləşən idarəsinə getmişdir. Orada içəri daxil olub növbə götürə bilməmişdir. Həmin vaxt orada Zülfiyyə ilə tanış olmuşdur.Söhbət əsnasında Zülfiyyəyə təqaüdünün müddəti bitdiyini, bərpa etdirmək üçün adam axtardığını demişdir.Zülfiyyə də ona bu işdə köməklik edə biləcəyini, bunun müqabilində 2500 manat pul alacağını bildirmişdir.O da Zülfiyyə ilə razılaşmışdır.Bundan sonra Zülfiyyə ondan şəxsiyyət vəsiqəsinin əslini götürərək telefonda kiminləsə danışdıqdan sonra ona təqaüdünü bərpa etmək üçün məlumat verəcəyini bildirmişdir. Zülfiyyə onunla səmimi söhbət etdiyi üçün ona inanmışdır. Daha sonra bir-birilərinin telefon nömrələrini də götürdükdən sonra sağollaşıb ayrılmışlar. Aradan bir neçə gün keçdikdən sonra Zülfiyyə ona zəng edərək təqaüdünün bərpa edilməsi məsələsini danışdığını, təqaüdünün ömürlük olacağını, dediyi pulu hazırlamasını bildirmişdir. Bundan sonra 2022-ci ilin aprel ayında müxtəlif vaxtlarda Zülfiyyə ilə adətən Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli tam orta məktəbin qarşısında onun idarə etdiyi ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilində görüşüb ümumilikdə 1700 manat pulu əlbəəl vermişdir. Sonradan isə 2022-ci ilin may ayında xatırlamadığı tarixlərdə bir dəfə 500 manat və bir dəfə 300 manat olmaqla ümumi 800 manat pulu Zülfiyyənin ona göndərdiyi öz adına olan kart hesabına Bakı şəhəri, Yasamal rayonu ərazisində “Tri Korona” deyilən yerdə yerləşən “Yasamal” parkının yanında olan “Bazar store” marketində olan ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Zülfiyyə ilə əlaqə saxlayıb təqaüdünün nə vaxt bərpa ediləcəyini soruşduqda o, hər dəfə ona narahat olmamasını, qısa zaman ərzində təqaüdünün bərpa olacağını demişdir. Sonradan artıq Zülfiyyənin onu aldatdığını başa düşüb pulunu tələb etməyə başlamışdır. Həmin ərəfədə o, qonşuları Maya və Rahilə də ona təqaüdlə bağlı müraciət etdikdə onları Zülfiyyə ilə tanış etmişdir ki, işləri düzəlsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs kəsilmiş təqaüdünü bərpa etdirmək üçün xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən “İran” klinikasının qarşısında Zülfiyyənin idarə etdiyi ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilində onun yanında 3000 manat pul vermişdir. Maya Zülfiyyəni onun vasitəsi ilə tanımışdır.Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs kəsilmiş təqaüdünü bərpa etdirmək üçün xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu ərazisində yerləşən “158” nömrəli tam orta məktəbin qarşısında Zülfiyyənin idarə etdiyi ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilində onun və oğlu Mahmudun yanında 3000 manat pul vermişdir. Lakin Zülfiyyə onları aldadaraq pullarını ələ keçirmişdir. Zülfiyyə pulunu qaytaracağına söz versə də bugünədək pulunu qaytarmamışdır. O, həmçinin göstərdi ki, ondan cəmi 800 manat pul alması barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. O, Təqsirləndirilən şəxs 2500 manat pul vermişdir. Zülfiyyə Maya və Rahilədən təqaüdün bərpası üçün 3000 manat aldığı halda necə olar ki, məndən 800 manat istəsin. O, pulunu tələb edir.Təqsirləndirilən şəxs pulunu qaytarmadığı halda onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi ev 18A ünvanında tək yaşayır. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli tam orta məktəbdə xadimə işləyir. Epilepsiya xəstəsi olduğu üçün 2011-ci ildən 2021 -ci ilin oktyabr ayınadək İİ qrup əlil kimi təqaüd almışdır. Təqaüdü 2021 -ci ilin oktyabr ayında dayandırılmışdır.Bu səbəbdən təqaüdünün bərpası üçün müxtəlif üsullar axtarmışdır. 2022-ci ilin iyun ayının sonlarında qonşusu Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman ona təqaüdünün kəsildiyini, bərpa etdirmək üçün adam axtardığını demişdir. O, da özünün də əlillik təqaüdünün kəsildiyini, bərpa etdirmək üçün Zülfiyyə adlı xanım tapdığını, həmin xanımla danışıb ona xəbər edəcəyini bildirmişdir.O da onunla razılaşmışdır. Aradan təxminən bir neçə saat keçdikdən sonra Rəfiqə ona zəng edərək Zülfiyyə ilə danışdığını,Zülfiyyənin onun təqaüdünü 3000 manat müqabilində bərpa etdirəcəyini demişdir. O da xx.xx.2022-ci il tarixdə İnşaatçılar metro stansiyasının yaxınlığında yerləşən “Kapital” bankdan 3000 manat pul kreditə götürmüşdür. Pulu götürdükdən sonra Rəfiqəyə pulu hazır etdiyini, Zülfiyyə ilə danışmasını xahiş etmişdir. Rəfiqə ilə danışdıqdan sonra səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində qonşusu Rəfiqə ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən “İran” klinikasının qarşısında görüşmüşlər. Zülfiyyə öz idarə etdiyi ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə gəlmişdir. Zülfiyyə gəldikdən sonra Rəfiqə avtomobilin qabaq yan oturacağında, o, isə arxa oturacaqda əyləşmişdir. Zülfiyyə ilə salamlaşdıqdan sonra Rəfiqə onu Zülfiyyəyə təqdim etmiş, o, da Zülfiyyəyə Rəfiqə ilə qonşu olduğunu, ona inandığı üçün bu məsələyə razı olduğunu demişdir.Zülfiyyə də ona narahat olmamasını, təqaüdünü bərpa etdirəcəyini demişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsinin surətini və 3000 manat pulu Rəfiqənin yanında Zülfiyyəyə avtomobilində vermişdir.Zülfiyyə pulu götürdükdən sonra onun təkidi ilə saymış və düz olduğunu bildirmişdir.Söhbət əsnasında o,Zülfiyyədən təqaüdünün nə vaxt bərpa olunacağını, hansı tarixdən təqaüdünü alacağını soruşduqda, Zülfiyyə gələn ay, yəni 2022-ci ilin avqust ayının sonlarından təqaüdünü alacağını vəd etmişdir.Hətta Zülfiyyəyə təqdim etmək üçün başqa hər hansı sənəd lazım olub-olmadığını soruşsa da, Zülfiyyə artıq şəxsiyyət vəsiqəsi ilə sistemdən bütün məlumatları götürəcəklərini demişdir.Zülfiyyə öz mobil nömrəsini də əlaqə saxlamaq üçün ona vermişdir.O da bir söz deməyib onunla razılaşmış və sağollaşıb avtomobildən yerə düşmüşdür. Bundan sonra Rəfiqə də yerə düşmüş və birlikdə evə getmişlər. Aradan bir ay keçdikdən sonra Zülfiyyəyə zəng edərək təqaüdü ilə bağlı maraqlandıqda, Zülfiyyə ona narahat olmamasını, təqaüdünün bərpa olunacağını, problemlər olduğu üçün yubandığını demişdir.O, da heç bir söz deməmişdir. Aradan bir neçə ay keçdikdən sonra 2022-ci ilin noyabr ayının sonlarında Zülfiyyə ona “X14”nin “Zərifə Əliyeva” adına göz institunun yaxınlığında yerləşən idarəsinə getməsini, həmin idarədə ona bir nəfər şəxsin yaxınlaşıb sənədlərini verəcəyini demişdir. O, da Zülfiyyənin dediyi vaxtda “X14”nin “Zərifə Əliyeva” adına göz institunun yaxınlığında yerləşən idarəsinə getmişdir. Bir neçə saat həmin idarədə oturub gözləsə də heç kimin gəlmədiyini və ona yaxınlaşmadığını görüb Zülfiyyəyə zəng etmişdir. Bu barədə dedikdən sonra Zülfiyyə ona evə getməsini, başqa vaxt deyəcəyi tarixdə həmin idarəyə gedəcəyini demişdir.O, da çıxıb evə getmişdir.Sonradan artıq təqaüdünün bərpa olmadığını görüb Zülfiyyədən pulunu qaytarmasını tələb etməyə başlamışdır.Zülfiyyə də pulunu qaytaracağına söz versə də bugünədək pulunu qaytarmamışdır. O, pulunu tələb edir. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığı halda onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında həyat yoldaşı vəfat etdiyi üçün oğlu X9 ilə birlikdə yaşayır.Hazırda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən özəl bağçada aşbaz işləyir.Oğlu anadangəlmə ürəyindən qüsurlu və epilepsiya xəstəsi olduğu üçün təxminən 20 il müddətində İİ qrup əlil kimi təqaüd almışdır.Oğlunun təqaüdü 2021 -ci ilin oktyabr ayında dayandırılmışdır. Bu səbəbdən oğlunun təqaüdünün bərpası üçün müxtəlif üsullar axtarmışdır.2022-ci ilin iyun ayının sonlarında qonşusu Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman ona oğlunun təqaüdünün kəsildiyini, bərpa etdirmək üçün adam axtardığını demişdir.Rəfiqə özünün də əlillik təqaüdünün kəsildiyini, bərpa etdirmək üçün Zülfiyyə adlı xanım tapdığını, həmin xanımla danışıb ona xəbər edəcəyini bildirmişdir. O da Rəfiqə ilə razılaşmışdır.Aradan təxminən bir neçə gün keçdikdən sonra Rəfiqə ona zəng edərək Zülfiyyə ilə danışdığını, Zülfiyyənin oğlunun təqaüdünü 3000 manat müqabilində bərpa etdirəcəyini demişdir.O da xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində qonşusu Rəfiqə ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən “158” nömrəli tam orta məktəbin qarşısında Zülfiyyə adlı qadınla görüşmüşdür. Zülfiyyə öz idarə etdiyi ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə gəlmişdir. Zülfiyyə gəldikdən sonra Rəfiqə avtomobilin qabaq yan oturacağında, o və oğlu Mahmud isə arxa oturacaqda əyləşmişlər. Zülfiyyə ilə salamlaşdıqdan sonra Rəfiqə onları Zülfiyyəyə təqdim etmiş,o da Zülfiyyəyə Rəfiqə ilə qonşu olduğunu,onu tanımadığını, Rəfiqəyə inandığı üçün bu məsələyə razı olduğunu demişdir.Zülfiyyə də ona narahat olmamasını, oğlunun təqaüdünü ömürlük bərpa etdirəcəyini demişdir. Bundan sonra 3000 manat pulu Rəfiqənin və oğlu Mahmudun yanında Zülfiyyəyə avtomobilində vermişdir. Zülfiyyə pulu götürdükdən sonra saymış və düz olduğunu bildirmişdir. Söhbət əsnasında Zülfiyyədən oğlunun təqaüdünün nə vaxt bərpa olunacağını, hansı tarixdən təqaüd alacağını soruşduqda, Zülfiyyə gələn ay, yəni 2022-ci ilin avqust ayının ortalarında oğlunun təqaüdünün bərpa olunacağını və ondan sonra təqaüdünü alacağını vəd etmişdir. Hətta Zülfiyyəyə təqdim etmək üçün hər hansı sənəd lazım olub-olmadığını soruşsa da, Zülfiyyə heç bir sənəd lazım olmadığını, artıq şəxsiyyət vəsiqəsi ilə sistemdən bütün məlumatları götürəcəklərini demişdir. Zülfiyyə öz telefonu ilə oğlunun şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Söhbət əsnasında Zülfiyyə mobil nömrəsini də əlaqə saxlamaq üçün ona vermişdir.O da heç bir söz deməyib Zülfiyyə ilə razılaşmış və sağollaşıb avtomobildən yerə düşmüşdür. Bundan sonra Rəfiqə ilə birlikdə evə getmişlər. Aradan bir müddət keçdikdən sonra Zülfiyyəyə zəng edərək oğlunun təqaüdü ilə bağlı maraqlandıqda, Zülfiyyə ona narahat olmamasını, oğlunun təqaüdünün bərpa olunacağını, problemlər olduğu üçün yubandığını demişdir.O da heç bir söz deməmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Zülfiyyə ona zəng edərək “X14”nin “Zərifə Əliyeva” adına göz institutunun yaxınlığında yerləşən idarəsinə getmələrini,həmin idarədə bizə bir nəfər şəxsin yaxınlaşıb məsələni həll edəcəyini demişdir.O da oğlu Mahmudla birlikdə Zülfiyyənin dediyi vaxtda “X14”nin “Zərifə Əliyeva” adına göz institutunun yaxınlığında yerləşən idarəsinə getmişlər.Bir neçə saat həmin idarədə oturub gözləsələr də heç kimin gəlmədiyini və onlara yaxınlaşmadığını görüb Zülfiyyəyə zəng etmişlər.Bu barədə dedikdən sonra Zülfiyyə ona evə getmələrini, narahat olmamalarını, artıq oğlunun portaldan keçdiyini bildirmişdir.O da oğlu Mahmudla birlikdə çıxıb evə getmişdir.Sonradan artıq oğlunun təqaüdünün bərpa olmadığını görüb Zülfiyyədən pulunu qaytarmasını tələb etməyə başlamışdır.O, da pulunu qaytaracağına söz versə də bugünədək pulunu qaytarmamışdır. O, pulunu tələb edir. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığı halda onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir.2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsini bitirmişdir, ixtisası teatr rejissorluğudur. Əvvəllər 2005-ci ildən 2014cü ilədək olan müddət ərzində yaşadığı Balakən rayonunda yerləşən Mədəniyyət Evində bədii rəhbər kimi işləmişdir. Bundan başqa fərdi qaydada müğənnilik fəaliyyəti ilə də məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Zabitlər evi”ndə qohumu- şəhid X3 doğum günü ilə əlaqədar ona həsr olunmuş kitabın təqdimetmə mərasimi keçirilmişdir. Həmin mərasimdə özünü Xəzər televiziyasının jurnalisti kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Zülfiyyə həmin vaxt həyat yoldaşı ilə də tanış olmuşdur. Danışıq əsnasında Zülfiyyə onun ixtisasını və işsiz olduğunu bilmişdir.xx.xx.2023-cü il tarixdə Zülfiyyə həyat yoldaşı Ülkərə zəng edərək telefonda danışan zaman şəhid qohumu Harun Alqayevin “Zəfər Günü” ilə əlaqədar Xəzər televiziyasında olan tədbirə dəvət etmişdir. Zülfiyyə telefonda onunla danışan zaman televiziyaya çıxmaq üçün ondan 700 manat pul istəmişdir. O da razılaşmışdır. Həmin gün Zülfiyyənin göndərdiyi öz adına olan “Kapital Bank”a aid hesab nömrəsinə Balakən rayonunda yaşadığı evdən mobil tətbiq vasitəsi ilə 100 manat, yaşadığı evin yaxınlığında yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 600 manat pul göndərmişdir. Zülfiyyə də göndərdiyi pulun onun hesabına çatdığını bildirmişdir. Telefonda Zülfiyyə ilə danışan zaman Zülfiyyə onun işsiz olduğunu bildiyi üçün onu Balakən şəhər Uşaq İncəsənət Məktəbinə işə düzəlmək istədiyini soruşmuşdur.O da həmin məktəbə işə düzəlmək istədiyini bildirmişdir.Zülfiyyə danışıq əsnasında onun azyaşlı xəstə uşağına əlillik dərəcəsi də düzəldə biləcəyini və təqaüd ala biləcəyini demişdir. Bundan sonra Zülfiyyə ondan hər iki işin müqabilində ümumilikdə 10.000 manat pul alacağını bildirmişdir.O da etiraz etməyərək ona inanıb razılaşmışdır.O, Zülfiyyəyə həmin məbləği hissə-hissə olmaqla onun kart hesabına göndərə biləcəyini dedikdə Zülfiyyə heç bir söz deməyərək onunla razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif tarixlərdə yaşadığı Balakən rayonunda olan zaman mobil tətbiq vasitəsi ilə Zülfiyyənin 4169-7385-6018-8058 və 5239- 1517-1944-1266 saylı kart hesablarına ümumilikdə 10.530 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Nəşriyyat” binasının qarşısına gəlmişdir. Zülfiyyəyə zəng edərək dediyi yerdə olduğunu bildirmişdir.Zülfiyyə ona həmin gün tədbirin baş tutmadığını, “Zəfər günü” ilə əlaqədar çəkilişlərin çox olduğunu, bu səbəbdən səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə görüşəcəyini demişdir.O da ona heç bir söz deməmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zülfiyyə idarə etdiyi avtomobil ilə onun Qara Qarayev metro stansiyasının yaxınlığından götürmüşdür.Onlar birlikdə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Nəşriyyat” binasının qarşısına gəlmişlər.O, Zülfiyyənin avtomobilində qalmışdır. Zülfiyyə isə avtomobildən düşərək Nəşriyyatın binasına bir neçə dəfə girib çıxaraq onun yanına gəlmişdir. Zülfiyyə ona həmin gün də çəkilişin baş tutmadığını, xx.xx.2023-cü il tarixdə Xəzər televiziyasında olacaq verilişə öz ansamblı ilə birlikdə çıxacağını demişdir.O da Zülfiyyəyə bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə Zülfiyyəyə ilə zəng edərək danışdıqda, Zülfiyyə yenə eyni qaydada yalan danışmağa başlamışdır.Bundan sonra Zülfiyyəyə verdiyi 11.230 manat pulunu geri tələb etməyə başlamışdır. Aradan bir müddət keçdikdən sonra dəfələrlə Zülfiyyə ilə əlaqə saxlayıb pulunu istədikdə hər dəfə Zülfiyyə ona narahat olmamasını, qısa zaman ərzində pulunu qaytaracağını demişdir. Sonradan Zülfiyyə verdiyi puldan ona ümumilikdə 500 manat çatdığını deyərək həmin pulu onun kartına geri göndərmişdir. Qalan 10730 manat pulunu bugünədək verməmişdir. O, pulunu tələb edir. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığı halda onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.1993-cü il tarixdə X8 zamanı Ağdərə rayonu uğrunda gedən döyüşlərdə gözündən xəsarət aldığı üçün həmin vaxtdan İ qrup əlildir. Gözləri zəif görsə də,özünü idarə edə bilir.04 aprel 2019-cu il tarixdə tərəfindən “X12” İctimai Birliyi yaradılaraq dövlət qeydiyyatına alınmışdır.Fəaliyyəti müharibə əlillərinin və veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstəkdən ibarətdir. Həmin tarixdən birliyin təsisçisi və sədridir.Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəllərindən tanımışdır.Zülfiyyə rəhbərlik etdiyi Birliyin Mətbuat Xidmətinə könüllü olaraq rəhbərlik etmişdir. Onunla aralarında heç bir əmək müqaviləsi olmamışdır.Aylıq olaraq Zülfiyyəyə öz şəxsi büdcəsindən hər ay 300 manat pul vermişdir. Zülfiyyənin işi isə Birliyin Mətbuat Xidmətinin təşkili və onun yaratdığı “youtube” kanalında “Diqqət Tv online” televiziyasının fəaliyyətində köməklik etmək olmuşdur. Onunla münasibətləri əvvəllər çox yaxşı olmuşdur, sonradan isə Zülfiyyənin barəsində ona çoxsaylı şikayətlər daxil olduğu üçün münasibətləri korlanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirmək üçün 3000 manat, iş üzrə Zərərçəkmiş şəxs3 oğlunun kəsilmiş təqaüdünü bərpa etdirmək üçün 3000 manat, Bəxtiyar adlı şəxsdən də əlilliyinin bərpa edilməsi üçün 3000 manat pul alıb ona verməsi barədə göstərdikləri yalandır. Zülfiyyə ona şər və böhtan atır, Zülfiyyə ona heç bir işlə bağlı heç bir məbləğdə pul verməmişdir.Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Bəxtiyar adlı şəxsləri tanımır, onları görməmişdir, həmin şəxslərin qeyd edilən məsələləri ilə bağlı Zülfiyyədən heç bir məbləğdə pul almamışdır.Təqsirləndirilən şəxs arasında əvvəllər heç bir ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs dələduzluq edərək aldatdığı insanlar ona müraciət edərkən həmin şəxslərə polisə gedib şikayət etmələrini tövsiyə etmişdir. Həmin şəxslərdən bəziləri şikayət etdikdən sonra Zülfiyyə onunla qərəzli olmağa başlamış və ona zəng edərək telefonda hüquq mühafizə orqanlarına aldığı pulları ona verdiyini deyəcəyini qeyd etmişdir.Hətta Zülfiyyənin barəsində hazırda Binəqədi Rayon Məhkəməsində də dələduzluq cinayətinə görə məhkəmə istintaqı aparılır.Təqsirləndirilən şəxs qeyd olunan şəxslərdən aldığı pullardan ona zəhmət haqqı kimi 200 manat pul verməsi xüsusatı tamam yalandır. Zülfiyyə qeyd olunan şəxslərdən aldığı pullardan ona heç bir məbləğdə pul verməmişdir, o, Zülfiyyəyə 200 manat da pul verməmişdir.Təqsirləndirilən şəxs ilə hər hansı şəxslərin əlillik təqaüdünün bərpa edilməsi və ya bu kimi məsələlərlə bağlı hər hansı iş görməmiş, həmin işin görülməsini hətta sədrlik etdiyi Birliyin işçilərinə də görməyi qadağan etmişdir.Həmçinin Zərərçəkmiş şəxs4 adlı şəxsi tanımır, onu görməmiş, həmin şəxsin qeyd edilən məsələləri ilə bağlı Zülfiyyədən heç bir məbləğdə pul almamışdır. Ümumiyyətlə o, hər hansı bir şəxsin işinin həll edilməsi ilə bağlı Zülfiyyədən heç vaxt pul almamışdır.Zülfiyyə yalan deyir, ona böhtan atır. İşin 1-ci cild 189-194-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 09 fevral 2024-cü il tarixdə Yasamal RPl-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verdiyi yerə baxış keçirilmişdir. Baxış keçirilən yer Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsində yerləşən “İran” klinikasının yanıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmin küçədə tanışı Təqsirləndirilən şəxs kəsilmiş təqaüdünün bərpa olunması üçün 3000 manat məbləğində pul vermişdir. Lakin Təqsirləndirilən şəxs onun işini həll etməyərək pulunu ələ keçirtmişdir.Baxış zamanı heç bir əşya və predmet götürülməmişdir. Baxış zamanı Redmi markalı mobil telefonla fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 195-197-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 fevral 2024-cü il tarixdə Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sonuncu dəfə pul verdiyi yerə baxış keçirilmişdir. Baxış keçirilən yer Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsində (Tri korona, Yasamal parkının yanı) yerləşən Bazar Store marketin qarşısıdır.Həmin yerdə Zərərçəkmiş şəxs1 marketi göstərərək bildirmişdir ki, kəsilmiş təqaüdünün bərpa olunması üçün tanışı Təqsirləndirilən şəxs sonuncu dəfə göndərdiyi kartına ödəmə terminalı ilə 500 manat və 300 manat, ümumi 800 manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumilikdə 2500 manat pul verdiyini, lakin sonuncu tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini bildirmişdir.Baxış zamanı heç bir əşya və predmet götürülməmişdir. Baxış zamanı Redmi markalı mobil telefonla fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 52-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 oktyabr 2023-cü il tarixdə Yasamal RPl-nin 28-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 3000 manat pul verdiyi yerə baxış keçirilmişdir.Baxış keçirilən yer Bakı şəhəri Yasamal rayonu A.Seyidov küçəsində 158 nömrəli orta məktəbin giriş qapısının qarşısıdır. Həmin yerdə müşahidə kamerası yoxdur. Baxış zamanı heç bir əşya və predmet götürülməmişdir.Baxış zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 249-255-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 02 may 2024-cü il tarixdə Yasamal RPl-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən tərtib edilmiş “əşyaya (sənədə) baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 təqdim etdiyi ödəniş qəbzlərinin surətləri, fotoşəkillər və 01 ədəd diskə baxış keçirilmişdir.Baxış zamanı təqdim olunmuş ödəniş qəbzlərindən məlum olur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs məxsus kart hesablarına müxtəlif məbləğlərdə pul köçürmüşdür.Fotoşəkillərə baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs4 həmin pulları Təqsirləndirilən şəxs kart hesablarına yaşadığı Balakən rayon Qullar kəndindən yerləşən evindən göndərmişdir.01 ədəd diskdə isə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs arasında danışıqlar aparılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı pulları etiraf edir və görəcəyi işlə bağlı məlumat verir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ona Balakən rayonundan pullar göndərdiyini, diskdə olan danışıqlarda Zərərçəkmiş şəxs4la danışdığını, təsdiq etmişdir.Qeyd edilən əşya sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür.Baxış zamanı texniki vasitədən istifadə edilməmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 114-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 01 fevral 2024-cü il tarixli, 3-13-53-3/2- 928/2024 nömrəli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da ünvan 8 ünvanının qarşısında tutularaq Yasamal RPİ-nin 28-ci PŞnə gətirilmişdir. İşin 1-ci cild 184-186-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş təqsirləndlirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.Qərar 02 fevral 2024-cü il tarixdə saat 16:20-də elan edilmişdir. İşin 1 cild 112-113-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Abşeron Rayon İcra Hakimiyyəti 4 saylı MTİİTS tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2817 nömrəli arayışdan görünür ki, Abbasova X1 şəhəri, “Quşçuluq” massivi, Nizami küçəsi , 1 döngə,ev 2-də qeydiyyatdadır, himayəsində xx.xx.2015-ci il təvəllüdlü X13 adında bir oğlu və anası vardır. İşin 2-ci cild 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Abşeron Rayon İcra Hakimiyyəti 4 saylı MTİİTS tərəfindən xx.xx.2024-cü il tarxdə verilmiş 2818 nömrəli xəsiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində 4 saylı MTİİTS-nə heç bir şikayət daxil olmadığı qeyd edilir. Məhkəmə, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, iş üzrə şahidlər-X4 və Şahid2 Nurəddin qızının ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Zərərçəkmiş şəxs1 cəmi 800 manat alması, Zərərçəkmiş şəxs2 300 manat pul qaytarması, aldığı pulları Şahid1 verməsi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə ( zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, s. ilə ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 2500 manat məbləğində , Zərərçəkmiş şəxs2 3000 manat məbləğində , Zərərçəkmiş şəxs3 3000 manat məbləğində və Zərərçəkmiş şəxs4 11230 manat məbləğində pullarını ələ keçirərək onlara maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində, bu əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərini təkrar törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pulunu, Zərərçəkmiş şəxs2 3000 manat pulunu, Zərərçəkmiş şəxs3 3000 manat pulunu və Zərərçəkmiş şəxs4 11230 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Sözügedən maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törətdiyi dələduzluq cinayətinin hər biri ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin, Zərərçəkmiş şəxs4 qarşı törətdiyi cinayət əməli isə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qanunvericiliyin bu tələbinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törətdiyi dələduzluq cinayətinin hər biri ayrı- ayrılıqda böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1-75.1.4-cü maddələrinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pulunu 2022-ci ilin aprel-may aylarında,Zərərçəkmiş şəxs2 3000 manat pulunu xx.xx.2022-ci il tarixdə və Zərərçəkmiş şəxs3 3000 manat pulunu xx.xx.2022-ci il tarixdə dələduzluq yolu ilə ələ keçirtmişdir. Bu cinayətlərin törədildiyi vaxtdan isə iki ildən artıq müddət keçmişdir. Göründüyü kimi həmin cinayət əməllərinə görə məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddədə cinayət məsuliyyətindən azad olunmuş şəxs dedikdə, təkrarlığın yaranması üçün şəxsin əvvəlki cinayətə görə cinayət məsuliyyətindən azad edilməməsi, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi tələb olunur. Hər bir halda təkrarlığın olub-olmamasının qiymətləndirilməsi üçün məhz ayrıca olaraq birinci əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi və müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi nəzərə alınmalıdır. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə,həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törətdiyi dələduzluq cinayətlərinə görə cəlbetmə müddətləri keçdiyindən bu əməllərin törədilməsi təkrarlıq yaratmır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı törətdiyi dələduzluq əməlinə görə isə cəlbetmə müddəti keçməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin,zərərçəkmiş şəxslərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib,Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi bu əmələ görə cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyi cinayət əməllərinə görə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bildiyindən və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törətdiyi cinayət əməlləri üzrə işin icraatına xitam verilməsi barədə ərizə vermədiyindən qanunvericiliyin qeyd edilən tələblərinə görə bu epizodlar üzrə onun barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır.Bu halda isə cinayətlərin məcmuyu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan CM-nin 178.2.2-ci maddəsi xaric edilməyəcəyi halda ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bir cəza təyin ediləcəyini,törədilmiş cinayətlərdən üçü üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi və CM-nin 178.2.2-ci maddəsi xaric edildiyi halda təqsirləndirilən şəxsə cinayətlərin məcmuyu üzrə cəza təyin edilməsinin cəza təyin etmənin ümumi prinsiplərinə uyğun olmamasını, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla ona CMnin 178.2.4-cü maddəsi ilə cəza təyin ediləcəyini, belə olan halda cəza təyin edilmədən ittiham hökmü çıxarılmasının heç bir önəm daşımayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı cinayət əməllərini törətməsi də nəzərə alınmaqla CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması və vurulmuş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını,hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Onun 01 fevral 2024-cü il və 02 fevral 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, ünvan 10 ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 , Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili – Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 01 fevral 2024-cü il və 02 fevral 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, ünvan 10 ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 , Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah olunur ki, dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar