Məhkəmə qərarları › İş №1(019)-88/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-88/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-88/2021 23.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 aprel 2021-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-21053” markalı, “**-FF-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərindən rayonun Qabaqçöl qəsəbə istiqamətində hərəkətdə olarkən rayonun Talalar kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratmayaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, bunları etməyərək, yolun soluna doğru manevr etmiş, bu vaxt onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşınla sol tərəfdən ötüb keçmək istədiyi zaman onun idarə etdiyi avtomaşının arxa sol qapısı ilə toqquşaraq aşmış, bununla da ehtiyatsızlıqdan “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs2 döş qəfəsində öndə sağ 7-8-ci qabırğalar səviyyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşına ümumilikdə 4086 (dörd min səksən altı) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər psixi xəstəliklər keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. Təxminən iki il əvvəl Balakən rayonunun Gərəkli kənd sakini Mustafa Qardaşovdan 400 manata VAZ-21053 markalı, **-FF-*** nömrə nişanlı avtomaşın almışdır. Həmin vaxt maddi imkanı olmadığı üçün, eyni zamanda sürücülük vəsiqəsi olmadığından avtomaşını öz adına keçirə və etibarnamə ala bilməmişdir. Bunun üçün də demək olar ki, avtomaşını kənd ərazisində sürmüşdür. Həmin avtomaşını aldıqdan sonra avtomaşın tam olaraq onun mülkiyyətində olmuşdur. 19 aprel 2021-ci il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi avtomaşınla Balakən şəhəri ərazisində işlədikdən sonra yaşadığı Talalar kəndində yerləşən evinə getmək üçün yola düşmüşdür. O, yaşadığı evin qarşısına yaxınlaşdıqda ilk öncə yolun sağına doğru hərəkət edib, maşını yolun sağ ehtiyat hissəsində saxlamaq istəmişdir. Lakin sonradan fikrini dəyişdiyi üçün avtomaşını yaşadığı evin həyətində saxlamaq qərarına gəlmişdir. Buna görə də yaşadığı evin qarşısına çatdığı zaman yolun sağından soluna doğru dönmə əməliyyatını etmək istəmiş, bunun üçün də avtomaşını sola doğru hərəkətləndirib yolun sol ehtiyat hissəsinə çatmağa az qalmış arxadan gələn, sonradan VAZ-21144 markalı avtomaşın olaraq bildiyi maşın idarə etdiyi avtomaşının sol arxa qapısından vurmuşdur. Toqquşma nəticəsində həmin avtomaşın yerində fırlanaraq, təxminən 25 metr qarşıda aşaraq dayanmışdır. O, tez maşından düşüb həmin maşına yaxınlaşdıqda sərnişin olduğunu və xəsarət aldığını, sürücünün isə heç bir xəsarət almadığını görmüşdür. Bundan sonra isə xəsarət alan, sonradan adını Nürəddin olaraq bildiyi şəxsə su verib sakitləşdirərək, həmin yerə gəlmiş, hazırda xatırlamadığı tanışları vasitəsilə xəstəxanaya yola salmışdır. Bundan sonra isə həmin yerə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtomaşında hər hansı bir nasazlıq olmamışdır. Avtomaşını idarə etməsi ilə bağlı sürücülük vəsiqəsi və ya etibarnaməsi olmamışdır. Lakin avtomaşına məxsus qeydiyyat şəhadətnaməsi onda olmuşdur. Hadisə zamanı onun maşınında sərnişin olmamışdır. VAZ-21144 markalı avtomaşında sürücüdən başqa bir sərnişin olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamış, həmçinin hadisə baş verən zaman ətrafda kimlərin olmasını, yəni hadisəni müşahidə edən şəxslərin olub-olmamasını bilməmişdir. Hadisə baş verməmişdən əvvəl əks hərəkət zolağında avtomaşın olmadığına əmin olsa da, onunla eyni istiqamətdə arxadan maşının gəlməsinə fikir verməmişdir. Həmçinin sola dönmə əməliyyatını edən zaman sola dönmə işığından da istifadə etməmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Himayəsində dörd azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, məktəbi Bakı şəhərində oxuduğu üçün valideyinləri ilə birlikdə Bakı şəhərində yaşamışdır. 2021-ci ilin əvvəllərində nənəsi və babası xəstə olduğu üçün ailəsi ilə birlikdə Balakən rayonu Şərif kəndidə yerləşən evlərinə gəlmişdir. Həmin vaxtdan etibarən də ailəsi ilə birlikdə rayonun Şərif kəndində yaşamışdır. 19 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığındakı küçəyə çıxmışdır. Bir müddət küçədə dayandıqdan sonra qonşusu və qohumu olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21144 markalı **-BK-*** nömrəli avtomaşını ilə gəlib onun yanında dayanmışdır. Onunla görüşüb hal-əhval tutmuşdur. O, Məhəmməddən hara getdiyini soruşduqda, Məhəmməd ona Balakən şəhərində işinin olduğunu, gedib geri qayıdacağını demişdir. Həmin vaxt Məhəmməd ona Balakən şəhərinə gedib geri qayıtmağı təklif etdikdə, onunla razılaşmışdır. Bundan sonra avtomaşının sağ ön sərnişin oturacağında oturub, Balakən şəhərinə doğru getmişlər. Bir müddət Balakən şəhərində olduqdan sonra geriyə, yaşadığı Balakən rayonu Şərif kəndinə doğru hərəkət etməyə başlamışlar. Məhəmməd ilə birlikdə rayon istiqmətinə tərəf gələn vaxt anası Fatmaya zəng edib, bu barədə məlumat vermişdir. Onlar geri, Qabaqçöl istiqamətinə qayıdan zaman rayonun Talalar kəndi ərazisində onlarla eyni istiqamətdə hərəkətdə olan ağ rəngli VAZ 21053 markalı maşın yolun sağ ehtiyat hissəsinə çıxaraq, avtomobilin sürətini dayanma vəziyyətinə qədər azaltmışdır. Bu zaman Məhəmməd idarə etdiyi avtomobilin uzaq yanan işıqlarını yandıraraq, soldan manevr edib ötüb keçmək istədiyini xəbərdarlıq edərək, ötmə əməliyyatını etmək istəyən zaman həmin VAZ 21053 markalı avtomaşın dönmə işığından və ya başqa hər hansı bir işarədən istifadə etməyərək sola doğru, yəni onların qarşısına doğru hərəkət etməyə başlamışdır. Məhəmməd də idarə etdiyi avtomaşını həmin avtomaşına vurmamaq üçün maşının istiqamətini sola doğru hərəkətləndirmişdir. Bu zaman VAZ 21053 markalı avtomobil bir az da onların qarşısına doğru gəlmiş və məsafə az olduğundan onların avtomaşının ön hissəsi həmin VAZ 21053 markalı avtomobilin sol tərəfindən toqquşmuşdur. Bundan sonra isə nə olmasını bilməmişdir. Bir az keçmiş onun olduğu avtomobilin yolun sol tərəfində aşmış vəziyyətdə olduğunu hiss eləmişdir. O, maşından aşağı düşmüş və hazırda xatırlamadığı şəxsə məxsus avtomobillə rayon mərkəzi xəsatəxansına getmişdir. Hadisə zamanı kənarda hadisəni müşahidə edən şəxslərin olmasını görməmişdir. Lakin hadisə baş verdikdən sonra oraya çoxlu sayda insanlar toplaşmışdır. Hadisə zamanı Məhəmmədin idarə etdiyi avtomaşının ön sağ sərnişin oturacağında o, olmuşdur. Başqa da heç kim olmamışdır. Sonradan ehtiyatsızlıqdan qəza törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Amma hadisə yerində onu avtomaşına mindirib xəstəxanaya yola salmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus olan **-BK-*** dövlət qeydiyyat nişanlı, VAZ- 21144 markalı avtomaşını təxminən 2 il əvvəl almışdır. Həmin avtomaşını gündəlik işləri üçün istifadə edir. 19 aprel 2021-ci il tarixdə axşam saatlarında Balakən şəhərində işi olduğu üçün Balakən şəhərinə gəlmək istəmişdir. Bu məqsədlə avtomaşınla yaşadığı evdən çıxıb yol ilə gedən zaman tanışı Zərərçəkmiş şəxs1 yolun kənarında dayandığını görmüşdür. Nurəddinin yanında maşını saxlayaraq, ona Balakən şəhərinə gedib gələcəyini, əgər istəsə onunla birlikdə gedib geri qayıdacağını bildirmişdir. Nurəddin də onunla razılaşaraq, maşınına əyləşmişdir. Onlar birlikdə Balakən şəhərinə gedib, geriyə gecə təxminən saat 22 radələrində Qabaqçöl qəsəbəsi istiqamətinə qayıtmaq üzrə yola düşmüşlər. Balakən şəhərindən Qabaqçöl qəsəbə istiqamətində hərəkətdə olduğu zaman rayonun Talalar kəndi ərazisində onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan VAZ- 21053 markalı, **-FF-*** nömrə nişanlı avtomaşının yolun sağ ehtiyat hissəsinə çıxıb, maşının sürətini saxlamaq vəziyyətinə gətirərək, hərəkət etdiyini görmüşdür. O, bu zaman idarə etdiyi avtomaşının uzaq yanan işıqlarını yandırıb söndürməklə qarşısında hərəkətdə olan avtomaşına solundan ötüb keçməsi ilə bağlı xəbərdarlıq etmişdir. Daha sonra isə həmin maşının solundan ötmə əməliyyatını etmək məqsədilə sol istiqamətdə əks yola çıxmış və ötmə əməliyyatını etmək üçün hərəkətini davam etdirməyə başlamışdır. O, əks istiqamətə çıxıb maşını idarə etdikdə, bu vaxt həmin qarşıda olan və yolun sağ ehtiyyat hissəsi ilə aşağı sürətlə hərəkətdə olan VAZ 21053 markalı avtomaşın qəfildən sola, yəni onun idarə etdiyi avtomaşının qarşısına doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt maşın qarşısına çıxdığı üçün idarəetməni itirib maşını həmin maşının arxa qapısına vurmuş, oradan isə maşını yolun kənarındakı kanala düşüb aşmışdır. Sonradan ehtiyatsızlıqdan qəza törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, qəza baş verəndən sonra görmüşdür ki, yanında oturan Nurəddin xəsarət alıb, bu vaxt Elçinin və ətrafda olan şəxslərin köməkliyi ilə hazırda xatırlamadığı şəxsə məxsus avtomaşınla onu xəstəxanaya göndərmişlər. Hadisə zamanı spirtli içki qəbul etməmişdir, ümumiyyətlə spirtli içki qəbul etmir. Hadisədən əvvəl idarə etdiyi avtomaşında heç bir nasazlıq olmamışdır. Onun avtomaşını idarə etməsi ilə əlaqədar BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmçinin maşının qeydiyyat şəhadətnaməsi də öz adınadır. Hadisə zamanı maşınında yalnız tanışı Nurəddin olub, başqa bir şəxs olmamışdır. Hadisə zamanı onun sinəsi maşının sükanına dəydiyi üçün yüngül xəsarət almışdır. Elə də ciddi xəsarətlər almamışdır. Hadisə baş verən zaman ətrafda kiminsə olmasını görməmişdir. Lakin hadisə baş verdikdən sonra oraya bir çox şəxs gəlmişdir. Lakin həmin şəxslərin də kim olmalarını bilməmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nurəddin oğlu ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 19 aprel 2021-ci il tarixdə saat təxminən 22 radələrində rayonun Talalar kəndi ərazisində yol nəqliyyat hadissəsi olması ilə bağlı məlumat verilmişdir. O, bununla bağlı təhqiqatçı Zaur Xəlilovla birlikdə hadisə yerinin müayinə edilməsi məqsədilə həmin yerə gəlmişdir. Hadisə yerində VAZ 21053 markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomaşınla VAZ 21144 markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsini və baş vermiş hadisə zamanı VAZ 21144 markalı avtomaşının yolun sol ehtiyat hissəsində aşmış vəziyyətdə qalmasını görmüşdür. Həmçinin hadisə yerinin müayinəsi zamanı ona məlum olmuşdur ki, VAZ 21053 markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomaşınla VAZ 21144 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşın Balakən şəhərindən Balakən rayonu Qabaqçöl qəsəbə istiqamətində hərəkətdə olan zaman öndə hərəkətdə olan VAZ 21053 markalı avtomaşın yolun soluna doğru dönmə əməliyyatını etmək istəyəndə arxadan gələn VAZ 21144 markalı avtomaşın soldan ötüb keçmək istəmiş və həmin zaman VAZ 21053 markalı avtomaşın sola döndüyündən sol arxa qapısından vuraraq, yolun sol ehtiyyat hissəsinə aşmışdır. Hadisə nəticəsində VAZ 21144 markakı avtomaşında olan sərnişin xəsarət aldığı üçün müayinə edilməsi məqsədilə rayon mərkəzi xəstəxanasına aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 da Şahid2 Nurəddin oğlunun ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021-ci il tarixli 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarət-sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19.04.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 05 may 2021-ci il tarixli, 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 muəyyən edilmiş xəsarət- döş qəfəsində öndə sağ 7-8-ci qabırğalar səviyyəsində qançır bərk küt aşyanın təsirindən törənmişdir, qərarın tasviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19.04.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarat oldugu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyun 2021-ci il tarixli, 8/1116 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21053 markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; VAZ-21144 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində tədqiq olunan şəraitdə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Balakən RMX-dan alınmış 20.04.2021-ci il tarixli, 127 saylı sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin protokolundan görünür ki, hadisə zamanı sürücü Zərərçəkmiş şəxs2 alkoqol qəbulu aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Balakən RMX-dan alınmış 20.04.2021-ci il tarixli, 128 saylı sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin protokolundan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən AR DİN BDYP-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 24.07.2021-ci il tarixli məktubdan görünür ki, Balakən rayon Qabaqçöl qəsəbəsində qeydiyyatda olan Zərərçəkmiş şəxs2 30.12.2030-cu il tarixədək olan “B1, B, C1, C” kateqoriyalı BC 550333 nömrəli sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir; 30.07.1987-ci il tarixdə anadan olan Balakən rayon Talalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Balakən rayon Avtoservis “777”-dən alınmış 25.07.2021-ci il tarixli aktdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində VAZ 21144 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşına 4086 (dörd min səksən altı) manat məbləğində maddi ziyan dəyməsi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 27.07.2021-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, 07.06.2008-ci il tarixdə doğulmuş X5, 17.09.2011-ci il tarixdə doğulmuş X6, 15.12.2015-ci il tarixdə doğulmuş X3 və 24.01.2017ci il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində dörd azyaşqlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin 13 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Balakən RPŞ-nin DYPB-nə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı «VAZ-21144» markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobil və «VAZ-21053» markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağına verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddiasından görünür ki, mülki iddiaçı X2 mülki cavabdeh Təqsirləndirilən şəxs 4086 manat məbləğində maddi ziyan və 61 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4147 manat pulun tutulmasını tələb edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində dörd azyaşlı uşağın olmasını və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomaşına mindirib, dərhal xəstəxanaya aparılmaqla həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə bildirir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətmişdir və onun himayəsində dörd azyaşlı uşaq vardır. O, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomaşına mindirib, dərhal xəstəxanaya aparılmaqla həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərmişdir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun, cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimaifaydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində dörd azyaşlı uşağın olması və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomaşına mindirib, dərhal xəstəxanaya aparılmaqla həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağında saxlanılan «VAZ- 21144» markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobil onun sahibi Zərərçəkmiş şəxs2 və «VAZ-21053» markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə, iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddiasına aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qanunun tələblərinə əsasən verilmədiyindən, mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına mane olan halları aradan qaldırmadığından, həmçinin iddia tələbinin əsaslandırıldığı hallarla bağlı müvafiq sübutlar təqdim edilmədiyindən, həmin mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlanadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azəbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mülmkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla);… 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; Azərbaycan Respublikası MPM-nin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Lakin qanunvericilyin tələbləri pozularaq hazırki mülki iddiada mülki cavabdehin eyniləşdirmə məlumatları, mülki iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmiş, iddia tələbinin əsaslandırdığı hallarla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs2 işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmaq üçün müvafiq vaxt verilsə də, o, həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanmalı, ona, həmçinin digər Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağında saxlanılan «VAZ-21144» markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobil onun sahibi Zərərçəkmiş şəxs2 və «VAZ-21053» markalı, **- FF-*** qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlansın; Zərərçəkmiş şəxs2 və digər Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar