Məhkəmə qərarları › İş №1(019)-88/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-88/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-88/2023 11.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxxxx 1974-cü il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və həbs olunan günədək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Xalatala kəndi ərazisindən keçən “Mazım” adlı çayda balıq tutduğu zaman çayın kənarından 01 ədəd sellofan torbada taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 18,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əynindəki şalvarın sağ yan cibində saxlamışdır. 06 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 13:10 dəqiqədən saat 13:40 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 18,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, 02 aprel 2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Xalatala kəndi ərazisindən keçən “Mazım” adlı çayda balıq tutduğu zaman çayın kənarından 01 ədəd sellofan torbada bir ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə taparaq qəsdən, qanunsuz olaraq əldə etdiyi 01 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silahı, həmçinin çayın kənarından tapdığı sellofan torbanın içərisindəki digər sellofan torbada olan 02 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçaları, həmin sandıqçaların birində 25 ədəd digərində isə 28 ədəd olmaqla ümumilikdə cəmi 53 ədəd 7,62 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının alt hissəsində saxlayıb daşıyaraq gəzdirmişdir. 06 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:50 dəqiqədən 14:40 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun öz könüllü razılığı və iştirakı ilə baxış keçirilərkən onun qəsdən, qanunsuz olaraq, əldə edib idarə etdiyi avtomobildə daşıyaraq saxladığı 01 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silah, 02 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçalar, həmin sandıqçaların birində 25 ədəd, digərində isə 28 ədəd olmaqla ümumilikdə cəmi 53 ədəd 7,62 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, istintaq zamanı Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqə, işgəncəyə məruz qaldığı üçün, həmçinin ailəsi ilə hədələndiyi üçün düzgün ifadələr verməmiş, polis əməkdaşları tərəfindən cibinə qoyulmuş narkotikin və maşınına qoyulmuş avtomat silahının, 53 ədəd avtomat patronlarının və 02 ədəd avtomat sandıqçalarının özünə aid olduğunu demişdir.Həmin narkotik vasitə marixuana, avtomat silahı, avtomat patronları və avtomat sandıqçalarının ona heç bir aidiyyəti yoxdur. Belə ki, 06 aprel 2023-cü il tarixdə səhər saat 09-10 radələrində Balakən rayonu Şərif məktəbində müəllimə işləyən arvadı Həcər Mağliyeva və həmin məktəbdə təhsil alan uşaqları- X5 və X1 məktəbin qarşısında düşürdükdən sonra avtomobilində oturarkən 3 polis maşını onu əhatəyə almış və onu avtomobillərinə mindirərək Balakən RPŞ-yə gətirmişlər. Həmçinin onun idarə etdiyi “Vaz 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə isə bir nəfər polis əməkdaşı minərək idarə etməyə başlamış və oradan uzaqlaşmışdır. Balakən RPŞ-nə gəldikdən sonra onu Balakən RPŞ-nin rəis müavini Gündüz Məcidovun qəbuluna aparmışlar. Daha sonra onu təxminən 30 nəfər döyməyə başlamışdır. Yarım saat onu döydükdən sonra Balakən RPŞ-nin X17 rəisi Şahid4 ondan silahın və narkotikin harada olduğunu soruşmuşdur. Bu zaman o, hiss etmişdir ki, onu döyən şəxslərdən biri onu cibinə nə isə qoyur. Onu üzü üstə uzadaraq döydüklərindən kimin cibinə nə isə qoyduğunu görməmişdir. Bundan sonra rəis müavini Gündüz Məcidov o, yerdə uzanan zaman ağ vərəq gətirərək onun həmin o ağ vərəq kimi təmiz olmadığını, ona nə qoysalar yapışacağını,bunun sifariş olduğunu və içəri getməli olduğunu bildirmişdir.O, bu olanları qəbul etmək istəmədiyində Qabaqçöl PB-nin rəisi Şahid4 ona “yesəndə budu yeməsəndə budu” kimi ifadələr işlətmişdir.O, cinayət törətmədiyini, hər hansı bir cinayət törətməyini boynuna almayacağını bildirdikdə Gündüz Məcidov ona “sən qəhbəlik edirsən, qəhbəliyin qarşılığı qəhbəlikdir” demiş və onun narkotik vasitə saxlamağını boynuna almayacağı təqdirdə arvadı Həcər Mağliyevanı çağıracaqlarını, yaşadığı evə 2 kq narkotik vasitə qoyub arvadı Həcər Mağliyevanı tutacaqlarını bildirmişdir.O,namusuna, qeyrətinə sığışdırmayaraq, ailəsinə xələl gəlməsin deyə polis əməkdaşları ilə razılaşmışdır. Polislər ona həm narkotik vasitə, həm də silahla sənədləşdiriləcəyini demişlər.O,silahının olmadığını, necə edəcəklərini soruşmuşdur. Onlar isə onun idarə etdiyi “Vaz 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına silah və 2 ədəd avtomat sandıqçaları, həmçinin avtomat patronları qoyduqlarını bildirmişlər. Daha sonra onun müdafiəçisi X14 və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Qasım Hüseynov tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyriqanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki şalvarın sağ yan cibinə polislər tərəfindən qoyulmuş sellofan bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. O,təzyiqə, işgəncəyə və hədə-qorxuya görə məcbur qalıb polislərin cibinə qoyduqları narkotik vasitə qurudulmuş marixuananı tapdığını, həmin narkotik vasitə ilə eyni vaxtda polis əməkdaşlarının idarə etdiyi “Vaz 21074” markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyduqları 01 ədəd avtomat silahını, 53 ədəd avtomat patronlarını, 02 ədəd avtomat sandıqçalarını da tapdığını, narkotik vasitə qurudulmuş marixuananı üzərində saxladığını, 01 ədəd avtomat silahını, 53 ədəd avtomat patronlarını, 02 ədəd avtomat sandıqçalarını isə idarə etdiyi “Vaz 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxladığını və gələcəkdə polisə təhvil vermək fikri olduğunu bildirmişdir. Təqdim etdiyi sellofan bükümdə olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 21,10 qram təşkil etmişdir. Daha sonra həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd sellofan büküm ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Daha sonra polis əməkdaşları onun müdafiəçisi Ceyhun Daanovun iştirakı ilə idarə etdiyi, Balakən Rayon Polis Şöbəsinin həyətində saxlanmış “Vaz 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Baxış zamanı idarə etdiyi “Vaz 21074” markalı **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında polislər tərəfindən avtomobilinə qoyulmuş ağ rəngli köynəyə bükülmüş vəziyyətdə olan 1 ədəd “Kalaşnikov” avtomat silahı, içərisində patronlar olan 2 ədəd sandıqça və sandıqçaların birində 25 ədəd, digərində 28 ədəd olmaqla ümumilikdə 53 ədəd avtomat patronları aşkar olunaraq götürülmüşdür. Baxış zamanı ağ rəngli köynəyə bükülmüş 1 ədəd “Kalaşnikov” avtomatın üzərində nömrələri olmadığı məlum olmuşdur. Sonra 1 ədəd avtomat silahı, 02 ədəd sandıqça və 53 ədəd patronlar 01 ədəd sintetik kisəyə qoyularaq möhürlənib götürülmüşdür. Baxış zamanı onun idarə etdiyi avtomobildən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bir daha bildirir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın, həmçinin idarə etdiyi “Vaz 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkarlanmış 01 ədəd avtomat silahının, 53 ədəd avtomat patronlarının, 02 ədəd avtomat sandıqçalarının ona heç bir aidiyyəti yoxdur. O, tutulanda Balakən RPŞ-nin X23 deyil, Balakən RPŞ-nə gətirilmişdir. Maşınına baxış keçirilərkən çəkilmiş diskə baxış keçiriləndə onun maşınının Balakən RPŞ-nin X16 deyil, Balakən Rayon Polis Şöbəsində olduğu, baxışın Balakən RPŞ-nin həyətində keçirildiyi görünəcəkdir. Həmçinin şəxsi axtarışda və baxışda iştirak edən şəxslərin telefon nömrələrinin anten məlumatları götürülərsə o şəxslərin heç birinin həmin vaxt Balakən RPŞ-nin X11madıqları müəyyən ediləcəkdir. İşinə ədalətli baxılmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, günahsız ittiham olunduğunu, həmin maddə ilə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən səmimi peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, xəstə olmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,hazırda Balakən RPŞ-nin X17 baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 06 aprel 2023-cü il tarixdə Balakən rayon Yeni Şərif kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib gəzdirməsi və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah gəzdirməsi barədə Balakən RPŞ-nin X23 məlumat daxil olmuşdur. Daha sonra o, daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən bilavasitə yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Balakən rayon polis şöbəsinin X17 rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbərliyi ona həvalə edilmişdir. Qrupun üzvü isə Balakən RPŞ-nin X17 sahə rəisi Şahid2 olmuşdur. 06 aprel 2023-cü il tarixdə saat 12 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən rayon Şərif kəndi ərazisində, Şərif kənd məktəbinin qarşısında idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış və Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə, həmçinin qanunsuz olaraq odlu silah əldə edib idarə etdiyi avtomobildə gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nin X23 dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Balakən RPŞ-nin X23 gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilməsi barədə tərəfindən Balakən RPŞ-nin X17 rəhbərliyinə raportla müraciət edilmişdir. Balakən rayon polis şöbəsinin X23 gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi müdafiəçi X4 RPŞ-nin X23 dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Qasım Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda həmin sellofan bükümün içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümün içərisində narkotik vasitə marixuana olduğunu və təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini “Mazım” adlı çaydan balıq tutmaq üçün getdikdə 1 ədəd sellofan torbanın içərisində tapmışdır.Həmin vaxt həmçinin 01 ədəd Kalaşnikov avtomatı, içərisində avtomat patronları olan 02 ədəd avtomat darağı tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs bir ədəd Kalaşnikov markalı avtomatı, içərisində avtomat patronları olan 02 ədəd sandıqçanı idarə etdiyi avtomobildə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini isə üzərində saxlamaqda məqsədi polisə təhvil vermək olduğunu bildirmişdir. Lakin idarə etdiyi avtomobili nasaz olduğundan polisə təhvil verə bilmədiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində olan 40 manat məbləğində pulu və idarə etdiyi avtomobilin açarını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm içərisində narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə təhqiqatçı Qasım Hüseynov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 21,10 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs təqdim etdiyi 40 manat məbləğində pul və idarə etdiyi avtomobilin açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X28 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Qasım Hüseynov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1 ədəd Kalaşnikov avtomatı və içərisində avtomat patronları olan 2 ədəd sandıqçanı saxladığını bildirməsi əsasında Təqsirləndirilən şəxs məxsus olan VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs özünün iştirakı, həmçinin vəkillər siyahısından seçdiyi vəkili Ceyhun Daanov və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsindən 1 ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd boz rəngli sellofan torbanın içərisində olan 2 ədəd içərisində patronlar olan sandıqçaları təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd Kalaşnikov avtomatına baxılmış, üzərində hər hansısa bir nömrə olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş 1 ədəd sandıqçanın içərisində 25 ədəd avtomat patronlarının, həmçinin 2-ci sandıqçanın içərisində 28 ədəd avtomat patronlarının olması müəyyən edilmişdir. Ümumilikdə sayı 53 ədəd patronlar 2 ədəd sandıqçadan çıxarılmış, daha sonra Təqsirləndirilən şəxs məxsus VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 ədəd Kalaşnikov avtomat silahı, 2 ədəd sandıqça və 53 ədəd avtomat patronları bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış, üzəri möhürlənmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X28 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Qasım Hüseynov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Nəriman Mağlıyev həmin vaxt onun tərəfindən və digər polis əməkdaşları tərəfindən döyülməmiş, təhqir olunmamış, hədələnməmişdir. X24 əməkdaşları tərəfindən döyülüb söyülməsi barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin X17 sahə rəisi Şahid2, Balakən RPŞ-nin MSY-nin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Balakən RPŞ-nin X17 rəisi vəzifəsində xidmət edir. 06 aprel 2023-cü il tarixdə Balakən rayon Yeni Şərif kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib gəzdirməsi və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah gəzdirməsi barədə Balakən RPŞ-nin X23 məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs Balakən rayon Şərif kəndi ərazisində saxlanılmış və Balakən RPŞ-nin X23 dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən Balakən RPŞ-nin X23 gəlmişdir.X30 bölməsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, üzərindən 21,10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir.Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs məxsus olan VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs özünün, vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsindən 1 ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd boz rəngli sellofan torbanın içərisində olan 2 ədəd içərisində patronlar olan sandıqçaları aşkar edilərək götürülmüşdür. Nəriman Mağlıyev həmin vaxt və sonra onun tərəfindən və digər polis əməkdaşları tərəfindən döyülməmiş, təhqir olunmamış, hədələnməmişdir. X24 əməkdaşları tərəfindən döyülüb söyülməsi barədə göstərdikləri yalandır. İşin 3-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli raportdan görünür ki, Balakən RPŞ-nin X17 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 raportla Bölmənin rəisi Şahid4 məruzə edərək göstərilmişdir ki, Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması,mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah əldə edib maşınında gəzdirməsi barədə Balakən RPŞ-nin X23 məlumat daxil olmuşdur.Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə,həmçinin qanunsuz olaraq odlu silah əldə edib avtomaşınında gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş edir. İşin 4-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Balakən RPŞ-nin X17 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 həmin qərarı qəbul etmiş, qərarla xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə,həmçinin qanunsuz odlu silah əldə edib evində saxlamaqda,idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olan, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş, xx.xx.2023-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmçinin idarə etdiyi AZ-LT-722 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomaşına baxış keçirilməsi ilə bağlı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X20 qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda , həmçinin idarə etdiyi AZ-LT-722 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomaşında qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edilən Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:55-də tutmuşdur.Tutma üçün əsaslar olaraq göstərilmişdir: - Həmin şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanmışdır. - Zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərir. - Həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir. Tutmanın motivi və və digər əsaslar olaraq göstərilmişdir: -hadisə yerindən qaçıb gizlənmə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmə ehtimalının olması. -daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır. -şəxsiyyəti müəyyən edilməmişdir. İşin 25-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 13:10 dəqiqədən saat 13:40 dəqiqəyədək olan müddət ərzində Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin idarə etdiyi Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində odlu silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PByə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçmiş olduğu vəkil X29 və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 4 gün əvvəl Mazım çayının kənarına balıq tutmaq üçün getdiyi zaman 1 ədəd sellofan torbanın içərisində tapdığını, həmçinin həmin sellofan torbanın içərisində 1 ədəd Kalaşnikov avtomatı və 2 ədəd sandıqçanın olduğunu, 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini və tapdığı 1 ədəd Kalaşnikov avtomatı, həmçinin 2 ədəd sandıqçanı polis şöbəsinə təhvil vermək üçün avtomobilində və üzərində saxladığını, avtomobili nasaz olduğundan silahı, sandıqçaları və sellofan bükümdəki narkotik vasitə marixuanaya oxşar bitki kütləsini polis orqanına verə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 21,10 qram təşkil etmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 40 manat kağız pul və özünə məxsus olan avtomobilinin açarı özünə geri qaytarılmışdır. Şəxsi axtarış panasonik markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 28-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli baxış keçirmə və götürülmə barədə protokolda göstərilmişdir ki, həmin tarixdə saat 13:50 dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaq və daşımaqda, həmçinin idarə etdiyi Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində odlu silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PB-yə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçmiş olduğu vəkil X29 və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi əldə edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmçinin özünə məxsus olan Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1 ədəd Kalaşnikov avtomatı və 2 ədəd sandıqçanı saxladığını bildirmişdir. Həmin tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs məxsus olan Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi vəkil Ceyhun Daanov və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsindən 1 ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd boz rəngli sellofan torbanın içərisində olan 2 ədəd içərisində patronlar olan sandıqçaları təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd Kalaşnikov avtomatına baxılmış, üzərində hər hansısa bir nömrənin olmaması, təqdim edilmiş 1 ədəd sandıqçanın içərisində 25 ədəd avtomat patronu, həmçinin 2-ci sandıqçanın içərisində 28 ədəd avtomat patronun olması müəyyən edilmişdir. Ümumilikdə sayı 53 ədəd patronlar 2 ədəd sandıqçadan çıxarılmış, daha sonra Təqsirləndirilən şəxs məxsus Vaz-21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 ədəd Kalaşnikov avtomat, 2 ədəd sandıqça və 53 ədəd avtomat patronu bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış, üzəri möhürlənmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs avtomobilinə əlavə baxış keçirilmiş, əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış və götürmə prosesi panasonik markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü qeyd edilmiş 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, baxış zamanı DVD diskdə heç bir görüntünün qeydə alınmadığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 11 oktyabr 2023-cü il tarixli 3-13-66/2-22871/2013 nömrəli məktubda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 06 aprel 2023-cü il tarixdə saat 13:50-dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Qasım Hüseynov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq vidieoçəkiliş aparılmaqla baxış və götürülmə keçirilmişdir. Lakin, baxış və götürülmə keçirilən zaman istifadə edilən videokamerada yaranmış bəzi texniki səbəblərdən həmin videogörüntünün diskə köçürülərək cinayət işinə əlavə edilməsi mümkün olmamışdır.Hazırda da həmin videogörüntü videokameranın yaddaş qurğusunda qalmadığından Sizə təqdim etmək mümkün deyildir. İşin 40-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X25 Bölməsinin 06 aprel 2023-cü tarixli 17/321 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə 21.10 qram" sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 18,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin 45-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X25 Bölməsinin 06 aprel 2023-cü tarixli 17/324 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah nömrəsi silinmiş (keçmiş SSRİ-də hazırda Rusiya) zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKM markalı yivli odlu avtomatik döyüş silahıdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 53 (əlli üç) ədəd patron 7,62 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş, “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadırlar, təyinatı üzrə istifadəyə yararlıdırlar. İşin 230-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 25 aprel 2023-cü il tarixli 711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 101-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-4741/23 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli, 3- 13-66/2-7550/2023 №-li məktubda təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd:Təqdim olunmuş 53 ədəd 7,62 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma protokolundan görünür ki, 06 aprel 2023-cü ildə saat 12:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 92-96-ci vərəqələrində olan və Balakən Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 4(019)-21/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin 123-125-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.2; 182.2.1; 181.2.5; 232.3.2; 38-ci maddələri ilə təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-ci ildə cəzasının sonu ilə azad edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 228.1, 234.1 , 66.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.1, 234.1; 66.3-cü maddələrinə asasən qəti olaraq 07 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.3, 66.3, 66.5-ci maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş , Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2., 177.2.3, 228.1, 234.1, 66.3 maddələrinə əsasən təyin edilmiş 05 il azadlıqdan məhrum etmə cəzası və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.3 maddələrinə əsasən təyin edilmiş 04 il azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5 maddəsinə əsasən Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə saxlanan 05 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilib Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.3, 66.5 maddələrinə əsasən 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir.Məhkumluğu olmayan şəxsdir. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli 132 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Balakən rayonu Şərif kəndində yaşayır, himayəsində arvadı, 2011-ci il təvəllüdlü qızı Səadət və 2013-cü il təvəllüdlü oğlu Hacımurad vardır. İşin 121-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli 3-13-66/2-22516/2023 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, Balakən rayon Polis Şöbəsinin inzibati binasında quraşdırılmış videomüşahidə kameralarının yaddaş saxlama müddətinin ötməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Balakən rayon Polis Şöbəsinin giriş və həyət kameralarının görüntülərinin götürülməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon prokuroru tərəfindən Balakən Rayon Məhkəməsinə göndərilmiş 11 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 12 aprel 2023cü il tarixdə X2 Balakən RPŞ-in əməkdaşları tərəfindən döyülməsi,təhqir olunması, narkotik vasitəni və silahı Balakən RPŞ-in əməkdaşlarının ailəsini tutmaqla hədələdiyinə görə boynuna alması,beləliklə də əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət hadisəsi,eləcə də X8,X9, Şahid4 və Şahid1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət –Prosessual Məcəlləsi: Maddə 9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Maddə 10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Maddə 10.3. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Maddə 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Maddə 3.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.[ Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 - 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Maddə 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyini bu sübutları tənzimləyən hüquq normalarının işığında qiymətləndirilməsini zəruri hesab edir. İttiham tərəfin sübutu olan Balakən RPŞ-nin X17 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 06 aprel 2023-cü il tarixli raportun və onun tərəfindən qəbul edilmiş 06 aprel 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın məzmununa əsasən Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması,mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah əldə edib maşınında gəzdirməsi barədə Balakən RPŞ-nin X23 məlumat daxil olmuşdur. Balakən RPŞ-nin X17 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat –axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini bölmə rəhbərliyindən xahiş etmiş, bundan sonra onun tərəfindən 06 aprel 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, qərarla xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkldə,həmçinin qanunsuz odlu silah əldə edib evində saxlamaqda , idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olan,Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan,əvvəllər dəfələrlə məhkum olunmuş, xx.xx.2023-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmçinin idarə etdiyi AZ-LT-722 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomaşına baxış keçirilməsi ilə bağlı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, “Əməliyyat –Axtarış Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin vəzifələri:1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması; naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. Həmin Qanunun 4-cü maddəsinin İİ hissəsinə görə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Həmin Qanunun 10-cu maddəsinə əsasən: İ. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. İİ. Bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Həmin Qanunun 11-ci maddəsinin İV hissəsinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyataxtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər: 1) başlanmış cinayət işi mövcud olduqda: 2) (Çıxarılıb); 3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda; 4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda; 5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə; 6) naməlum meyit aşkar edildikdə. Həmin Qanunun 12-ci maddəsinin İ, İİ və İİ hissələrinə görə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər; əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır; bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə… Həmin Qanunun 15-ci maddəsinin İ-V hissələrinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyatqeydiyyat işi aparılmalıdır; Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir; Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyataxtarış fəaliyyətinin subyektində saxlanılır; Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. Həmin Qanunun 15-ci maddəsinin İ-Vİİ hissələrinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər; Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır; Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir; Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir;İnsanın şəxsi və ailə həyatına,şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir; Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatları yaymaq qadağandır; Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Həmin Qanunun 19-cu maddəsinin İ hissəsinə görə əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X17rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021- ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində müvafiq qərar əsasında əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyat-axtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onun qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi, qanunsuz olaraq odlu silah əldə edib evində saxlaması və idarə etdiyi avtomaşında gəzdirməsi barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş və onun barəsində əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməmiş və sistemləşdirilməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs üzərində ehtimal olunan məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün haqqında başlanmış cinayət işi olmamış, həmçinin onun narkotik vasitə əldə etməsi, daşıması və saxlaması, qanunsuz olaraq odlu silah əldə edib evində saxlaması və idarə etdiyi avtomaşında gəzdirməsi, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi və ya törədən şəxs olmasında şübhəli olması barədə heç bir tutarlı əsas və faktlar mövcud olmamışdır. İşdəki sübutlara əsasən Balakən RPŞ-nin X17 əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, daşıması və saxlamasında, qanunsuz olaraq odlu silah əldə edib idarə etdiyi avtomaşında gəzdirməsi barədə şübhəli olması barədə raportunda verdiyi məlumat heç bir sübutla, etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə edilən məlumat olmaqla və ya digər əsaslı faktla əsaslandırılmamış və yalnız ehtimal xarakteri daşımışdır. Əməliyyat müvəkkilinin hansı cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən belə nəticəyə gəlməsi məlum deyildir. İşdə həmin məlumatın belə bir cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən verilməsi və əsaslı olması barədə heç bir mötəbər sübut yoxdur. İttiham orqanı tərəfindən də ehtimal edilən bu halla bağlı cinayət işinin, faktın, məlum, qərəzsiz və etimad doğuran mənbənin olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi olmadığından,iş üzrə hər hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilmədiyindən Nəriman Mağlıyev cinayət qanunu ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin təsdiqi ilə bağlı digər sübutlar (telefon danışıqlarına qulaq asılma, hərəkətlərinin müşahidəsi, baxış, müşahidə kamerasından götürülən videogörüntülər və sair) əldə olunmadığından, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıması və saxlaması ehtimalı bu xüsusda qanunda nəzərdə tutulmuş fakt və ya qərəzsiz və etimad doğuran mənbə hesab edilə bilməz. Göstərilənlər də «Əməliyyataxtarış fəaliyyəti haqqında» Qanunun 11-ci maddəsinin İV hissəsinin 1 və 3-cü bəndlərinə ziddir və onların pozuntusudur. Belə ki, qeyd olunduğu kimi, həmin qanun normalarında o cümlədən başlanmış cinayət işi olduqda və cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətili subyekti qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat heç bir sübuta və əsaslı fakta istinad olunmadığı və qanuni yolla əldə olunmuş sübutlarla (o cümlədən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunda nəzərdə tutulmuş və məhkəmə və prokuror nəzarəti qaydasında qanuniliyi təsdiq olunmuş sübutlarla) təsdiq olunmadığı halda onun tutulması və üstündə şəxsi axtarışın aparılması onun Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində, Azərbaycan Respublikası CPM-nin 14cü maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun kobud pozuntusudur. Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində isə şəxsin tutulmasının (həbs olunmasının) tam əsasları göstərilmişdir və həmin əsaslardan kənar şəxsin həbsə məruz qalması Konvensiyasının 5-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində nəzərdə tutulmuş şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasını hüquq pozuntusunun törədilməsində əsaslı şübhə meyarı ilə əlaqələndirir. Belə ki, «Lukanov Bolqarıstana qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, hüquq pozuntusunun törədilməsində əsaslı olaraq şübhəli bilinən şəxsin tutulması və həbsi üçün 3 əsas mövcud olmalıdır: 1-si, həmin hüquq pozuntusu həbsin əsası kimi daxili hüquqda faktiki olaraq nəzərdə tutulmalıdır. 2-si, hüquq pozuntusunun törədlilməsində şübhəli bilinən şəxsin tutulması onun səlahiyyətli məhkəmə orqanı qarşısında durması məqsədilə həyata keçirilməlidir. 3-sü, hüquq pozuntusunun törədilməsi barədə şübhə əsaslı olmalıdır. «X12rşı» işdə Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, şəxsin hüquq pozuntusu törətməsində şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhə şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Məhkəmə qeyd edilənlərə əsasən hazırkı işdə əməliyyat tədbiri olaraq Təqsirləndirilən şəxs saxlanılıb Polis Bölməsinə gətirilməsini mötəbər sübut olaraq qəbul etmir. Bundan başqa ittiham tərəfin sübutu olan 06 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma protokoluna əsasən Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X20 qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda , həmçinin idarə etdiyi AZ-LT-722 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomaşında qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edilən şəxs olaraq xx.xx.2023-cü il tarixdə saat 12:55-də tutulmuşdur. Tutma üçün əsaslar olaraq: - Həmin şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanması. - Zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərməsi. - Həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlərin müəyyən edilməsi; Tutmanın motivi və və digər əsaslar olaraq: -hadisə yerindən qaçıb gizlənmə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmə ehtimalının olması. -daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşaması -şəxsiyyətinin müəyyən edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 147.4,147.5.147.5.1,147.5.2,147.5.3, 147.5.4, 147.5.5 147.5.6, 147.6-cı maddələrinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: - protokolun tərtib edildiyi yer, tarix və vaxt; - protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; - tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; - tutulmanın aparıldığı yer, tarix və vaxt; - tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; - tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. İş materiallarından görünür ki, Nəriman Mağlıyevin şübhəli şəxs qismində tutulması haqqında protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş,tutulma haqqında protokolda, protokolun tarixi və tərtib edilmə yeri göstərilsə də tərtib edilmə vaxtı, həmçinin azadlığının faktiki məhdudlaşdırıldığı yer və vaxt göstərilməmişdir. Bundan başqa sözügedən protokollarda tutulmanın səbəbi və şübhənin mahiyyəti qeyd edilməmiş, əsas olaraq CPM-in 148.2-ci maddəsində göstərilən hallar (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda) sadalanmış, Mağlıyevin şübhəli şəxs qismində tutulması üçün CPM-in 148.2-ci maddəsində göstərilənlərdən hansının əsas olması məlum deyildir. Protokollarda tutulmasının motivi olaraq da konkret hallar deyil, Azərbaycan Respublikası CPM-in 148.3.1,148.3.2 və 148.3.3-cü maddəsində qeyd edilən hallar formal olaraq sadalanmış , bu hallar belə düzgün qeyd edilməmiş, CPM-nin 148.3.1-ci maddələrində şəxsin hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənməyə cəhd göstərdikdə tutulması müəyyən edildiyi halda protokolda hadisə yerindən qaçıb gizlənmə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmə ehtimalının olması qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7-90.7.2-ci maddələrinə əsasən şübhəli şəxsin nədə şübhələnildiyini bilmək (şübhənin məzmunuona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi); tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu halda tutulmanın əsaslarını bilmək hüququ vardır. Şübhəli şəxs qismində tutulması haqqında protokollarda şübhənin mahiyyəti qeyd edilmədiyindən, tutulmanın əsası isə qeyri müəyyən qeyd edildiyindən Təqsirləndirilən şəxs tutulmanın əsaslarını, şübhənin mahiyyətini bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan hal müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə şübhələnildiyini, hansı əsasla tutulmasını bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə şübhənin xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Şübhənin mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi şübhəli şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, Nəriman Mağlıyevin şübhəli şəxs qismində tutulmasına dair 06 aprel 2023-cü il tarixli protokolda tutulma üçün əsasın və motivin nədən ibarət olmasının məlum olmamasını və şübhənin mahiyyətinin qeyd edilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Nəriman Mağlıyev tutulmasının əsasını və şübhənin mahiyyətini bilmədiyindən onun özünü müdafiə etmək imkanı olmamış, onun müdafiə hüququ pozulmuşdur.Odur ki, məhkəmə bu sübutu da mötəbər sübut hesab etmir. İttiham tərəfin sübutu olan 06 aprel 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması barədə protokolla bağlı məhkəmə qeyd edir ki, həmin protokoldan və protokola əlavə edilmiş DVD diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən prosessual hərəkət qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini də nəzərə alaraq həmin sünbutu mötəbər sübut olaraq qəbul edir. İttiham tərəfin sübutu olan 06 aprel 2023-cü il tarixli baxış keçirmə və götürülmə barədə protokolla bağlı qeyd edilməlidir ki, protokolda baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsindən 1 ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd boz rəngli sellofan torbanın içərisində olan 2 ədəd içərisində patronlar olan sandıqçalar təqdim etdiyi, təqdim edilmiş 1 ədəd Kalaşnikov avtomatına baxıldığı, üzərində hər hansısa bir nömrənin olmaması, təqdim edilmiş 1 ədəd sandıqçanın içərisində 25 ədəd avtomat patronun, həmçinin 2-ci sandıqçanın içərisində 28 ədəd avtomat patronun olmasının müəyyən edilməsi qeyd edilmişdir. Protokola əlavə edilmiş, baxış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü qeyd edilmiş 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, baxış zamanı DVD diskdə heç bir görüntünün qeydə alınmadığı müəyyən edilmişdir. Balakən Rayon Polis Şöbəsi Balakən Rayon Məhkəməsinə ünvanlandığı 11 oktyabr 2023-cü il tarixli 3-13-66/2-22871/2013 nömrəli məktubda baxış və götürülmə keçirilən zaman istifadə edilən videokamerada yaranmış bəzi texniki səbəblərdən həmin videogörüntünün diskə köçürülərək cinayət işinə əlavə edilməsinin mümkün olmaması,hazırda da həmin videogörüntü videokameranın yaddaş qurğusunda qalmadığından təqdim edilməsinin mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 236-cı maddəsinə əsasən: 236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. 236.2. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır. 236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. 236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. 236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. 236.6. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer; 236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 236.6.4. hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.5. hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; 236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. 236.7. Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. 236.8. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. 236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Məhkəmə hazırkı işdə təqsirləndirilən şəxs Nəriman Mağlıyevin idarə etdiyi Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair videogörüntünün olmamasını,təqsirləndirilən şəxsin baxış zamanı aşkar olunduğu bildirilən 1 ədəd Kalaşnikov avtomatının, 1 ədəd içərisində 25 ədəd avtomat patronu olan sandıqçanın,1 ədəd içərisində 28 ədəd avtomat patronu olan sandıqçanın ona aidiyyətinin olmamasını, odlu silah və patronların polis əməkdaşları tərəfindən onun maşınına qoyulmasını, baxışın Balakən Rayon Polis Şöbəsi X16 deyil, Balakən Rayon Polis Şöbəsinin həyətində aparılmasını,baxış keçirilməsinə dair diskə Baxış keçirilərsə bu halın aşkar olunacağını bildirməsini, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli olmasını nəzərə alaraq hesab edir ki,baxış qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyindən həmin sübut qanunsuz olmaqla etibarsız hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Nəriman Mağlıyevin baxış zamanı aşkar olunduğu bildirilən 1 ədəd Kalaşnikov avtomatının, 1 ədəd içərisində 25 ədəd avtomat patronu olan sandıqçanın, 1 ədəd içərisində 28 ədəd avtomat patronu olan sandıqçanın ona aidiyyətinin olmamasını, odlu silah və patronların polis əməkdaşları tərəfindən onun maşınına qoyulmasını, baxışın Balakən Rayon Polis Şöbəsi X16 deyil, Balakən Rayon Polis Şöbəsinin həyətində aparılmasını,baxış keçirilməsinə dair diskə baxış keçirilərsə bu halın aşkar olunacağını bildirməsini nəzərə alaraq həqiqətən də baxışın Balakən Rayon Polis Şöbəsi X16 deyil, Balakən Rayon Polis Şöbəsinin həyətində aparılmasını, baxış keçirilməsinə dair diskə baxış keçirilərsə bu halın aşkar olunacağını nəzərə alan cinayət təqibi orqanlarının məqsədli olaraq videogörüntünün cinayət işinə əlavə edilməməsi, yekun məhkəmə aktı qəbul edildikdən sonra sözügedən diskin təqdim edilə biləcəyi ehtimalını nəzərə alır və qeyd edir ki,disk sonradan təqdim edilərsə və diskə baxış zamanı həqiqətən də baxışın Balakən Rayon Polis Şöbəsi X16 deyil, Balakən Rayon Polis Şöbəsinin həyətində aparılması müəyyən edilərsə bu hal təqsitrləndirilən şəxsin göstərdikləri xüsusatların təsdiqi ilə yanaşı,təhqiqatı,istintaqı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəxslərin CM-in 313-cü maddəsində nəzərədə tutulmuş vəzifə saxtakarlığı əməlini törətmələri, şahid qismində dindirilən polis əməkdaşlarının yalan ifadə vermələri barədə nəticəyə gəlinməsi üçün əsas ola bilər. Digər tərəfdən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə verilmiş ittihamın əsas sübutu sayılan avtomobilə baxış və götürmənin təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə deyil, fasiləsiz videoyazı aparılmaqla keçirilməsi göstərildiyindən, həmin istintaq hərəkətinin protokolu da videoçəkiliş zamanı qeydə alınmış görüntülərə uyğun tərtib edilməli idi. Qeyd edilən görüntülərin isə hazırkı halda mövcud olmaması həmin protokolda qeyd edilənlərin həqiqiliyini əsaslı şübhə altına alır. İttiham tərəfin sübutu olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X25 Bölməsinin 06 aprel 2023-cü tarixli 17/321 nömrəli məhkəmə bioloji ekspertizasının rəyini hərtərəfli, tam və obyektiv yoxlayaraq, məhkəmə həmin sübutun əldə edilməsi mənbəyinin qanuni və əsaslı olmasını nəzərə alaraq ekspert rəyini də mötəbər sübut kimi qəbul edir. İttiham tərəfinin sübutu olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X25 Bölməsinin 06 aprel 2023-cü tarixli 17/324 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyini hərtərəfli, tam və obyektiv yoxlayaraq, məhkəmə həmin sübutun əldə edilməsi mənbəyinin yuxarıda qeyd edilən əsaslara görə qanunsuz hesab edilməsini nəzərə alaraq bu ekspert rəyini də qanunsuz hesab edir. İş üzrə şahidlər Şahid1, X3 və Şahid3 ifadələrini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə aid hissədə, şəxsi axtarış protokolu, məhkəmə bioloji ekspertizasının rəyi, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokolları və sair sənədlər ilə təsdiq edildiyindən məhkəmə onların ifadələrini həmin hissədə mötəbər sübutlar kimi qəbul edir. Nəriman Mağlıyevin qanunsuz olaraq odlu silah, onun komlekt hissələrini əldə etməsi, saxlaması,daşıması və gəzdirməsi və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə aid sübutlar qanunsuz olduğundan məhkəmə adıçəkilən şahidlərin ifadələrini də həmin hissədə qanunsuz hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməldə öz təqsirini etiraf etməsini,onun bu etirafının 06 aprel 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması barədə protokol və 06 aprel 2023-cü tarixli 17/321 nömrəli məhkəmə bioloji ekspertizasının rəyi ilə təsdiq edilməsini nəzərə alaraq, onun həmin etirafını ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Nəriman Mağlıyevin ifadəsi qalan hissədə məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib,bir-biri ilə müqayisə edib,əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirib, hər bir sübutu mənsubiyyəti,mümkünlüyü,mötəbərliliyi üzrə qiymətləndirib,cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verərək bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs qəsdən,satış məqsədi olmadan,qanunsuz olaraq,şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun bu əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi həmin əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə mənfi cəhətdən xarakterizə olunmamasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X19 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X7, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-18,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 18,88 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD və 1 ədəd CD diskləri cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komlekt hissələrini əldə etməsi, saxlaması,daşıması və gəzdirməsi və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silah, 50 ədəd 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zovud üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar, 02 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zovud üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçalar mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. İş üzrə məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 30,60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 350,351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X19 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X7, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-18,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 18,88 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silah, 50 ədəd 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zovud üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar, 02 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”,“AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zovud üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçalar mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd DVD və bir ədəd CD diskləri cinayət işinin materiallarında saxlansın. İş üzrə məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 30,60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar