Məhkəmə qərarları › İş №1(019)-89/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-89/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-89/2021 16.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2,zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Soltanhəmid oğlunun, müdafiəçi- Zaqatala rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1980-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş-Zaqatala Rayon Məhkəməsinin 09.12.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2aşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 08 iyul 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21154” markalı “**-HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhər mərkəzindən H.Əliyev prospekti ilə Balakən şəhəri aşağı dairəvi yol istiqamətində hərəkətdə olarkən H.Əliyev prospektində yerləşən rayon mərkəzi xəstəxanasının qarşısındakı işıqforu keçib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək yolu sağdan sola doğru asta yerişlə keçən piyada Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs avtomaşının qabaq sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Beləki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən şəhəri H.Z.Tağıyev küçəsi ev 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2002-ci ildə X1 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2003-cü il təvəllüdlü oğlu və 2011-ci il təvəllüdlü qızı vardır. 2017-ci ildə Pərvanə ilə rəsmi olaraq boşansa da, hazırda birlikdə yaşayırlar. Rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər psixi xəstəliklər keçirməmişdir. 09 dekabr 2016-cı il tarixdə Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Hazırda idarə etdiyi VAZ- 21154 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomaşın atası Əjdərə məxsusdur. Avtomaşını etibarnamə əsasında 8 ildir ki, idarə edir. Həmin avtomaşını öz şəxsi işlərini görmək məqsədilə sürür. Onun 1999-cu ildən nəqliyyat vasitəsi idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 08 iyul 2021-ci il tarixdə saat təxminən 19 radələrində Balakən şəhəri H.Əliyev prospekti ilə aşağı dairəvi yol istiqamətində Azpetrol yanacaq doldurma məntəqəsinə yanacaq doldurmaq məqsədilə getmişdir. Həmin vaxt avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Balakən şəhəri H.Əliyev prospektində hərəkət edərək Balakən RMX-nın qarşısında yol kənarında tikinti işləri getdiyindən və yol kənarında Balakən DYPB-nin əməkdaşları dayandığından onlara baxaraq, işıqforun yaşıl işığında yolu keçdiyi zaman geriyə yola baxdıqda qarşısında yolu keçən piyadanın olduğunu görmüşdür. Həmin vaxt o, avtomobilini sola çəkməyinə və əyləci basmağına baxmayaraq, avtomobilinin sol qabaq qanadı ilə piyadanı vurmuş və piyada avtomobilinin ön şüşəsinin sol tərəfinə dəymişdir. Bu zaman o, tez avtomobili saxlayaraq yerə düşmüşdür. Daha sonra ətrafda toplanan adamların köməkliyi ilə xəsarət alan piyadanı həmin yerə çağrılmış təcili yardım maşınına mindirmiş və rayon xəstəxanasına aparılması üçün yola salmışdır. O, avtomobilinin yanında hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq sənədləşdirmə aparmış və fotoşəkillər çəkərək, hadisə yerinin sxemini tərtib etmişlər. O da tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. VAZ 21154 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, hadisədən öncə DYPB-nin əməkdaşlarına baxaraq, geri yola baxdığından piyadanı qarşısında görmüş və artıq gec olsa da əyləci basmağına baxmayaraq, idarə etdiyi avtomobili saxlaya bilməmiş və piyadanı vurmuşdur. O, piyadanı təxminən 5 metr məsafədən görmüşdür. Piyada Zərərçəkmiş şəxs həmin zaman yolun hərəkət hissəsinin ortasında əlində dəmirlə asta yerişlə hərəkət etmişdir. O, piyadanı vuran zaman həmin piyada demək olar ki, yolun orta hissəsində olmuşdur. Dəmiri Rüstəmlə birlikdə yolun soluna doğru aparan başqa şəxs də olmuşdur. Lakin həmin şəxsin kim olmasını o, bilməmişdir. Hadisə baş verən zaman Rüstəmlə birlikdə dəmiri aparan şəxslər yolun kənarına doğru qaçmışlar. Həmçinin hadisə zamanı onun idarə etdiyi avtomaşında sərnişin olmamış, hadisədən əvvəl o, spirtli içki qəbul etməmişdir. Onun ayıq olmağı polis şöbəsində həkimlər tərəfindən müayinə olunduqda bir daha öz təsdiqini tapmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Həmçinin hadisə baş verən zaman ətrafda xeyli sayda insanlar olmuş, lakin o, həyəcanlı olduğundan həmin şəxslərin kim olmalarına diqqət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Özünə məxsus VAZ 21074 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərir. 08 iyul 2021-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektindəki Bayraq meydanı yaxınlığında dayandığı zaman ona Balakən şəhəri H.Əliyev prospektində xəstəxanın qarşısında yerləşən işıqforun yanında təhlükəsizlik kamerası çəkildiyini və həmin kameranın çəkilməsi üçün Balakən şəhərindəki bazardan dəmir alətlər götürüb həmin yerə aparmaq lazım olduğunu bildirmişlər. O da bazarın arxa tərəfindən həmin dəmir profilləri götürüb, Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı işıqforun yaxınlığına gedərək, orada dayanmışdır. Həmin vaxt kamera çəkənlər profili maşının üzərindən götürmüş, yolun sol hissəsindən ehtiyat hissəyə aparmağı ondan xahiş etmişlər. Daha sonra kamera çəkən şəxslərdən biri ilə o, dəmir profilin hərəsi bir başından tutaraq yolun sağından soluna doğru hərəkət etməyə başlamışlar. Həmin yerdə piyada keçidi olsa da, onlar piyada keçidindən bir neçə metr irəlidən yolu soldan sağına doğru asta yerişlə keçməyə başlamışlar. Həmin vaxt Balakən şəhər mərkəzindən gələn VAZ-21054 markalı avtomaşın elə gəldiyi sürətlə onun sağ tərəfindən vurmuş və maşın vurma nəticəsində yerindən atılaraq, maşının ön şüşəsinə dəyərək, yerə yıxılmışdır. Yerdə yıxılmış vəziyyətdə olduğu zaman sağ ayağının sındığını bilmişdir. Bundan sonra isə orada olan çoxlu sayda şəxslər başına toplaşmışlar. Həmin şəxslər tərəfindən oraya çağırılmış təcili yardım maşını ilə onu rayon mərkəzi xəstəxanasına aparmışlar. Daha sonra da cərrahiyə əməliyyatı olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində onu vuran Balakən şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı ətrafda çoxlu sayda insanlar olmuşdur. Həmin yer Balakən şəhəri ərazisində çoxlu sayda insanlar toplaşan yerlərdən biridir. Lakin hadisəni kimlərin görməsini o, bilməmişdir. Çünki orada olan şəxsləri o, tanımamışdır. Təqsirləndirilən şəxs onun əməliyyat xərcini çəkmiş və dərmanların alınmasında ona kömək etmişdir. Lakin onun yenidən həkim müayinəsindən keçməsinə və müalicə almasına pul vəsaiti lazımdır. O, Təqsirləndirilən şəxs bunun üçün lazım olan müalicə xərclərini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, fərdi sahibkar kimi fəaliyyət göstərir. Balakən şəhəri ərazisində Dahua mağazasını işlədərək, rayon ərazisində təhlükəsizlik kameralarının quraşdırılması ilə məşğul olur. Balakən şəhəri H.Əliyev prospektində müxtəlif yerlərə təhlükəsizlik kameralarının qoyulmasını etmişdir. Eyni zamanda Balakən şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi xəstəxananın qarşısındakı işıqforun yan hissəsinə də kamera qoyulmasını təmin etməliydi. Bunun üçün 08 iyul 2021-ci il tarixdə saat təxminən 19 radələrində Balakən şəhəri ərazisində taksi kimi fəaliyyət göstərən, sonradan adının Zərərçəkmiş şəxs olaraq bildiyi şəxsə məxsus avtomaşınla Balakən şəhəri ərazisindəki bazardan kameraların qoyulması məqsədilə dəmir profilləri həmin işıqforun yaxınlığına gətirmişdir. Bundan sonra isə həmin dəmir profilləri yolun solunda yerləşən işıqfor dirəyinin yaxınlığına aparmaq üçün dəmir profilin bir tərəfindən o, tutmuş, digər tərəfindən də Rüstəmə tutmasını xahiş edərək, həmin dəmir profili yolun sağından soluna doğru aparmağa başlamışlar. Yolu keçərkən o, irəlidə, piyada Rüstəm adlı şəxs də ondan arxada hərəkətdə olmuşdur. İşıqforun bir neçə metr aşağısından yolun hərəkət hissəsi ilə hərəkətdə olduqları zaman Balakən şəhəri mərkəzindən Balakən şəhəri H.Əliyev prospektində aşağı dairəvi yol istiqamətində hərəkətdə olan VAZ 21154 markalı avtomaşın işıqforun yaşıl işığından keçərək, ondan arxada hərəkətdə olub yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs maşının ön hissəsi ilə vurmuşdur. Həmin vaxt Rüstəm maşının ön hissəsinə dəyib, daha sonra da ön şüşəyə dəyərək, yerə yıxılmışdır. Bundan sonra onlar tez Rüstəmə yaxınlaşmış və sağ ayağından xəsarət aldığını bilmişlər. Həmçinin VAZ 21154 markalı avtomaşının sürücüsü də avtomaşından aşağı düşmüş və Rüstəmə yaxın gələrək köməklik etmiş, həmin yerə çağırılmış təcili yardım maşını ilə rayon mərkəzi xəstəxanasına yola salmışlar. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 232 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli yerini dəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08.07.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 2 sentyabr 2021-ci il tarixli 8/1941 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, VAZ 21154 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RMX-dan alınmış 29.07.2021-ci il tarixli, 253 saylı sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AR DİN BDYP-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 06.08.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdən 17.02.2031-ci il tarixədək olan “B1, B, C1, C” kateqoriyalı BC 550760 nömrəli sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli hökmündən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 21 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ 747272 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14 sentyabr 2011-ci il tarixdə doğulmuş X3 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, VAZ-154 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağına təhvil verilmişdir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs müalicəsinə 3017,24 manat vəsait sərf olunmuşdur. Beləliklə məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Həmçinin Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Lakin bununla belə Təqsirləndirilən şəxs Əjgdər oğlunun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının tətibiq edilməsini və hazırki cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyətindən azad olunur. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və ya məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcələnin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməl Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyanın vurulması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan (azyaşlı) uşaq vardır. Müdafiə tərəfi-təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən amnistiya aktının tətbiq edilməsi barədə vəsatət verilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci təndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanmaq üçün Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağına təhvil verilmiş VAZ-154 markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobil hazırki qərar qanuni qüvvəyə mindikdən sonra onun sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356, 358, 381, 384 və 385-ci maddələrini və Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanmaq üçün Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağına təhvil verilmiş VAZ-154 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırki qərar qanuni qüvvəyə mindikdən sonra onun sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar