Məhkəmə qərarları › İş №1(019)-89/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-89/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-89/2022 13.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1983-cü il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmayan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş,- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 29, 318.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “Covid 19” pandemiyasına görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, həmçinin hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada keçə bilmədiyindən, Türkiyə Respublikasına getmək üçün tranzit ölkə kimi Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə 12 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 7-ci sərhəd zastavasının 2-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2001-ci ildə Türkiyə Respublikasının Samsun şəhərinə getmiş, orada Lütfi Macit adlı Türkiyə Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş, həmin nikahdan 2008-ci ildə Rojin adlı qızını doğmuşdur. Qızı Rojin hazırda atası Lütfi Macit ilə birlikdə Türkiyə Respublikasının Samsun şəhərində yaşayır. O, ötən müddət ərzində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlib-getmiş, əsasən Türkiyə Respublikasında ailəsi ilə birlikdə yaşamış, bir müddətdən sonra əri Lütfi Macitlə məişət zəminində problemləri yaranmış, nikahları qeyri-rəsmi olduğundan, həmin problemlərə görə evdən çıxmış və bir qədər səfil həyatı yaşamış, 01 mart 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Sədərək sərhəd nəzarət məntəqəsindən keçməklə Bakı şəhərinə gəlmiş, Bakı şəhərindən Şabran rayonuna getmiş, 31 may 2022-ci il tarixədək Şabranda anası və qardaşları ilə birlikdə qalmışdır. Şabran rayonunda olarkən, orada mütəmadi spirtli içki içdiyinə görə anası və qardaşları onu qəbul etməmiş, sıxıntıları ucbatından məcbur qalıb evi tərk etmiş, Bakı şəhərinə gələrək gününü yollarda içməklə keçirmiş, mütəmadi olaraq Bakı şəhərindən Qazax rayonuna gedən tır sürücüləri ilə gedib-gəlmiş, onlara yol yoldaşlığı etmiş, tır sürücüləri ona içki və yemək almışlar. Təxminən 10 iyun 2022-ci il tarixində yolda olarkən tır sürücülərindən biri, Yasin adlı Türkiyə Respublikası vətəndaşından Azərbaycan Respublikasında başqa hansı uzaq rayona gedə biləcəyini soruşmuş, Yasin ona Zaqatala- Balakən zonasına gedə biləcəyini demişdir. O, 12 iyun 2022-ci il tarixdə, saat 07-08 radələrində Bakı şəhərindən Balakən rayonuna gedən tır sürücülərinin biri ilə yola çıxmışdır. Həmin tır sürücüsünün adını xatırlamır. Həmin tır sürücüsü yolda ona spirtli içki olan araq almış, Bakı şəhərindən Balakən rayonuna qədər bir şüşə arağı içərək getmiş, Balakən rayonuna çatanda sərxoş olmuş, həmin tır sürücüsü onu sərhədə yaxın ərazidə yolda düşürmüş, bir qədər həmin ərazidə gəzmişdir. Sərxoş olduğundan həmin vaxt baş verənlərin böyük əksəriyyətini xatırlamamış, bir qədər oturub özünə gəlmiş və ayılmasını gözləmiş, ayıldıqdan və özünü idarə etmək imkanında olduqdan sonra övladı yadına düşmüş və onun yanına getmək qərarına gəlmişdir. Lakin “Covid 19” pandemiyasına görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilməyəcəyini bildiyindən, həmçinin hava yolu ilə Türkiyə Respublikasına getmək istədiyindən qanunsuz olaraq əvvəlcə Gürcüstana, oradan isə qanunsuz olaraq Türkiyə Respublikasına keçib Samsun şəhərinə getməyi planlaşdırmışdır. Bu məqsədlə meşənin içərisinə girmiş və təxmini istiqamət götürüb Gürcüstan sərhədinə doğru getməyə başlamış, meşənin içərisi ilə piyada bir qədər yol qət etdikdən sonra sərhəd çəpərini görmüş, bu istiqamətdə yolunu davam etsə sərhədi keçib Gürcüstana keçə biləcəyini düşünmüş, sərhəd çəpəri istiqamətində gedərkən, həmin gün, saat 16:30 radələrinda uca səslə "Dayan!" səsi eşidərək dayanmış, hərbi geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq tutmuş, hərbi qulluqçular ondan həmin ərazidə nə etdiyini soruşmuş, o, qeyd etdiklərini həmin hərbi qulluqçulara dedikdən sonra onu hərbi hissəyə apararaq, göstərdiyi məzmunda izahat vermişdir. Dövlət sərhədini qanunsuz olaraq keçməsinə heç kəs heç bir formada kömək göstərməmiş, nə Yasin adlı şəxs, nə də digər hər hansı bir şəxs Türkiyə Respublikasına qanunsuz getməyin yolunu ona izah etməmişdir. Əvvəllər dövlət sərhədindən qanunsuz keçməmişdir. Ailə problemləri ilə bağlı son vaxtlar tez-tez spirtli içkilər qəbul etsə də, spirtli içki aludəçisi deyildir. Saxlanılan zaman mobil telefonu, pasportu və digər hər hansı əşyası olmadığından üzərinə axtarış keçirilən zaman hər hansı əşya aşkar edilməmişdir. Saxlanıldığı zaman ona qarşı heç bir qanunsuz hərəkət, fiziki və digər formada zor tətbiq edilməmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 7-ci sərhəd zastavasının baş atıcısı vəzifəsində xidmət edən, kiçik çavuş Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyun 2022-ci il tarixdə saat 15:30 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən 7-ci sərhəd zastavasının şəxsi heyətinin "Silaha!" komandasına qaldırılmış, o, sərhəd naryadının başçısı, əsgər Şahid2 isə sərhəd naryadının üzvü olmuşdur. Əsgər Şahid2lə birlikdə Balakən rayonunun Poştbinə kəndi yaxınlığında olan körpünün kənarında maskalanaraq xidmət təşkil etmiş, saat 16:15 radələrində bir nəfərin Balakən rayonu Poştbinə kəndi ərazisində olan çaydan keçərək, Gürcüstan Respublikası istiqamətində dövlət sərhədinə doğru hərəkət etdiyini müşahidə etmişdir. Həmin çayı keçdikdən təxminən 300 metr sonra Azərbaycanla Gürcüstanın sərhəd xətti yerləşir. O, həmin şəxsin Poştbinə çayını keçdikdən sonra sürətlə sərhədə tərəf qaçdığını görüb, dərhal uca səslə "Dayan!" komandası verərək, həmin şəxsə yaxınlaşaraq onu saxlamış, sonra bu barədə radioqəbuledici vasitəsilə sərhəd zastavasına məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra oraya sərhəd zastavasından bir qrup hərbi qulluqçu gəlmiş, həmin şəxsi sərhəd zastavasına aparmışlar. O, əvvəllər həmin şəxsi tanımamış, saxlayan zaman həmin şəxsin qadın olduğunu, adının Gül, soyadının Əkbərova olduğunu bilmiş, həmin vaxt qeyd olunan ərazidə, yəni Azərbaycan tərəfdə və Gürcüstan tərəfdə Güldən başqa heç bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs sərhəd naryadına qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 7-ci sərhəd zastavasının atıcısı vəzifəsində xidmət edən əsgər Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DSX SQ N nömrəli hərbi hissəsinin komandiri, polkovnik X12 Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi Elçin Abuzərliyə ünvanladığı 12 iyun 2022-ci il tarixli, 16/1525 nömrəli məktubda göstərilmişdir ki, 7-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikası istiqamətindən Gürcüstan ərazisinə bir nəfər şəxsin keçməsi barədə daxil olmuş məlumata əsasən 7-ci sərhəd zastavasının şəxsi heyəti "Silaha!" komandasına qalxaraq axtarış tədbirləri həyata keçirmişdir. 12 iyun 2022-ci il tarixdə, saat 16:30 radələrində 7-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində xidmətdə olan sərhəd naryadının başçısı, kiçik çavuş Şahid1 və sərhəd nayradının üzvü, əsgər Şahid2 bir nəfər şəxsin Gürcüstan istiqamətinə hərəkət etdiyini müşahidə etmiş və əlverişli mövqe seçərək, həmin şəxsə "Dayan!" komandası verərək, onu saxlamışlar. İlkin sorğu zamanı məlum olmuşdur ki, saxlanılan şəxs Azərbaycan Respublikası vətəndaşı, xx xxxxx 1983-cü il təvəllüdlü, Şabran rayon sakini Təqsirləndirilən şəxsdır, o, qeyri-qanuni yolla Gürcüstana keçərkən sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DSX SQ N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının rəisi, kapitan İlqar Sultanovun N №-li hərbi hissənin komandiri, polkovnik Əli Əliyeva ünvanladığı 12 iyun 2022-ci il tarixli, R-1392 nömrəli raportda göstərilmişdir ki, daxil olmuş məlumata əsasən 12 iyun 2022-ci il tarixdə 7-ci sərhəd zastavasının 1-2-ci sahələrinin arxa hüdudlarında bir nəfər naməlum şəxs dövlət sərhədini pozmağa cəhd göstərmişdir. Məlumata əsasən sərhəd zastavasının şəxsi heyəti "Silaha!" komandasına qaldırılaraq 1-2-ci sahələr istiqamətində hərəkət etmiş və axtarış tədbirləri həyata keçirilmişdir. Axtarış zamanı saat 16:35 radələrində 2-ci sahə istiqamətində dövlət sərhəd xəttindən 300 metr aralıda bir nəfər şübhəli şəxs saxlanılmışdır. İlkin sorğu zamanı məlum olmuşdur ki, saxlanılan şəxs Azərbaycan Respublikası vətəndaşı, Şabran rayon sakini, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdır. İş materiallarında olan "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 01 mart 2022-ci il tarixdə, saat 08:55 radələrində şəxsiyyət vəsiqəsi ilə "Sədərək" sərhəd nəzarət məntəqəsindən (bundan sonra SNM) keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs dövlət sərhədini keçməyə cəhd etdiyi ərazini göstərmişdir. Həmin yer N nömrəli hərbi hissənin Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 2-ci sahəsidir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən dövlət sərhəd xəttinə qədər olan məsafə 300 metr təşkil edir. İş materiallarında olan 12 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə saat 16.40-da inzibati qaydada tutulmuş və 13 iyun 2022-ci il tarixdə saat 14.10-da azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DSX-nin Baş əməliyyat-axtarış idarəsinə verilmiş 17 iyun 2022-ci il tarixli 5034 nömrəli əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, 12 iyun 2022-ci il tarixdə N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 2-ci sahəsindən dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmış Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qeyd olunan tarixdə Bakı şəhərindən Azərbaycan Respublikasından tranzit keçməklə Gürcüstana gedən naməlum yük avtomobili ilə Balakən rayonunun Poçtbinə kəndində yerləşən Mazımqara SNM-in yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşərək, Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz keçməyə köməklik göstərən şəxs və ya şəxslər müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş 22 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" X10 xx.xx.2022-ci il tarixli 7199 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» X10 xx.xx.2022-ci il tarixli xx/xx-10951 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, Azərbaycan Respublikası DSX SQ N nömrəli hərbi hissəsinin komandiri, polkovnik X12 Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi Elçin Abuzərliyə ünvanladığı 12 iyun 2022-ci il tarixli, 16/1525 nömrəli məktubunu, Azərbaycan Respublikası DSX SQ N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının rəisi, kapitan İlqar Sultanovun N №-li hərbi hissənin komandiri, polkovnik Əli Əliyeva ünvanladığı 12 iyun 2022-ci il tarixli, R-1392 nömrəli raportunu, "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə tələbnaməni, hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyun 2022-ci il tarixli protokolu, 12 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolu, Azərbaycan Respublikası DSX-nin Baş əməliyyat-axtarış idarəsinə verilmiş 17 iyun 2022-ci il tarixli 5034 nömrəli əməliyyat tapşırığının cavabını, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş 22 iyun 2022-ci il tarixli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" X10 xx.xx.2022-ci il tarixli 7199 №-li məktubunu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» X10 xx.xx.2022-ci il tarixli xx/xx- 10951 nömrəli məktubunu, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilə bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Covid 19” pandemiyasına görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, həmçinin hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada keçə bilmədiyindən, Türkiyə Respublikasına getmək üçün tranzit ölkə kimi Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə 12 iyun 2022-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 7-ci sərhəd zastavasının 2-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dənizvə hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu halların təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını onunla əsaslandırır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs əvvəllər antisosial davranışa yol verməmişdir. İlk dəfə cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antososial yönümün model davranışa çevrilmədiyini göstərir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun ilk dəfə cinayət əməli törətməsi konteksində öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməlini törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, yuxarıda qeyd edilən X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsində təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusanda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya,yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl cərimə cəzasının nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsaslarının və dövlət sərhəd rejiminin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə saat 16.40-da inzibati qaydada tutulmuş və 13 iyun 2022-ci il tarixdə saat 14.10-da azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs 1 (bir) gün müddətində tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bir gün inzibati qaydada tutularaq həbsdə qalması ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsi əsası kimi nəzərə alınmalıdır. Belə ki, hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası CPM-də və Azərbaycan Respublikası İXM-də şəxsin inzibati qaydada tutulmasının ona təyin olununan cinayət cəzası müddətinə daxil edilməsi halı nəzərdə tutulmasa da, inzibati tutulma müddətinin cinayət cəzası, o cümlədən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 69.4-cu maddələri və Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.6-cı maddələri tətbiq olunmaqla, təqsirləndirilən şəxsin həmin bir gün (12 iyun 2022-ci il-13 iyun 2022-ci il ) inzibati tutulma müddəti ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsi üçün nəzərə alınmaladır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X3rşı işlər). Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X6rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsi barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilməsini imperativ qaydada təsbit edir. Eynilə Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki,istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X2rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Qanunvericliyin tələbinə əsasən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxt onun tutulmasıdır. Avropa Konvensiyasının 5-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən burada tutulmanın hansı qaydada; inzibati və ya cinayət-prosessual qaydada həyata keçirilməsi önəm daşımır. Əgər şəxsin azadlığı faktiki məhdudlaşdırılıbsa bu, tutulma sayılır və şəxsin Avropa Konvensiyasının 5-ci maddəsinin və Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinin tələbləri qaydasında həbsi deməkdir və bu hal qanunda nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə saat 16.40-dan 13 iyun 2022-ci il tarixə saat 14.10-dək tutulub həbsdə saxlama müddətini nəzərə alaraq, hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 12 iyun 2022-ci il tarixdə saat 16.40-dan 13 iyun 2021-ci il tarixə saat 14.10-dək tutulub həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 750 (yeddi yüz əlli) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar