Məhkəmə qərarları › İş №1(019)-89/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-89/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-89/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, tərcüməçi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singhin, Təqsirləndirilən şəxs1 müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 Singhin müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs- xx.xx.2001-ci ildə Pakistan İslam Respublikasının Gujranvala şəhərində anadan olmuş, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Gujranvala şəhərində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; Təqsirləndirilən şəxs- xx.xx.1989-cu ildə Hindistan Respublikasının Panjab şəhərində anadan olmuş, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Hindistan Respublikasının Panjab şəhərində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Singhin Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı- Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Noman X14 işləmək məqsədi ilə tanımadığı şəxsiyyətləri istintaqa məlum olmayan 5 (beş) nəfər Pakistan İslam Respublikasının vətəndaşları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin sentyabr ayının ortalarında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni DSX-nin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Bundan başqa, Noman X14 Azərbaycan Respublikasına gəlmək məqsədilə tanışı Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singh ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2023-cü il tarixdə saat 22:15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən 10-cu sərhəd zastavasının 18-ci sahəsindən təkrarən Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs-Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singh qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Singh Azərbaycan Respublikasına qəlmək məqsədilə tanışı Pakistan İslam Respublikası vətandaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 mart 2023-cü il tarixdə saat 22:15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən 10-cu sərhəd zastavasının 18-ci sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Pakistan İslam Respublikasının vətəndaşı Noman X7 və Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singhin sözügedən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il Dubay şəhərindən təyyarə ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində onu Nasir Sahir adlı tanışı qarşılamış və “Gənclik" deyilən ərazidə olan hosteldə yerləşdirmişdir. Bakı şəhərində papaq və düyü satışı ilə məşğul olmuş, Nasir Sahir adlı tanışı ilə biznesini daha da inkişaf etdirmək və ailəsini buraya gətirmək məqsədi ilə sonuncuya 12 (on iki) min ABŞ dolları pul vermişdir. Həmin hadisədən təxminən bir aydan sonra Nasir Sahir adlı tanışı onu gəzmək adı ilə Gəncə şəhərinə taksi fəaliyyəti ilə məşğul olan tanışının avtomobili ilə yola salmış, təxminən 5-6 saat yol getdikdən sonra Gəncə şəhərinə çatmış, orada əvvəllər tanımadığı 5 nəfər Pakistan İslam Respublikası vətəndaşları ilə birlikdə Ağstafa rayonunun xatırlamadığı kəndinə getmişlər və oradan Gürcüstana keçmişlər.Gürcüstanın Tbilisi şəhərində olduğu zaman sənədləri üstündə olmadığından polis əməkdaşlarına təslim olmuş, Gürcüstan ərazisində ona müvəqqəti yaşayış icazəsi verilmiş və orada restoranda aşbaz işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində tanışı Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singhlə birlikdə sonuncunun Qiqa adlı tanışının evinə qonaq getmişlər, Orada Təqsirləndirilən şəxs2 Singh spirtli içki qəbul etdikdən sonra, Qiqa adlı şəxsin qohumları ilə aralarında mübahisə yaranmış, sonunculardan qaçaraq meşə istiqamətinə hərəkət etmişlər. Meşədən geri qayıdan zaman 2 nəfər hərbi qulluqçu tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışlar.Əməlindən peşmandır. Ailə vəziyyətini, şəxsiyyəytini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Singh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə qanuni qaydada dövlət sərhədini keçərək yaşamaq üçün Gürcüstan Respublikasına getmiş, bir müddət həmin ölkədə yaşadıqdan sonra müvəqqəti yaşamaq icazəsi almışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində tanışı Pakistan islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Qiqa adlı tanışının evinə qonaq getmişlər. Orada spirtli içki qəbul etdikdən sonra, Qiqanın qohumları ilə aralarında mübahisə yaranmış və Qiqanın qohumlarının əlindən qaçaraq meşə istiqamətinə hərəkət etmişlər və geri qayıdan zaman 2 nəfər hərbi qulluqçu tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışlar. Onun Azərbaycan Respublikasının sərhəddini pozmaq fikri olmamışdır. Spirtli içkinin təsirindən özü də bilmədən Azərbaycan Respublikasının sərhəddini pozmuşdur. Əməlindən çox peşmandır. Barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının əsgəri Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il saat 22:00-dan xx.xx.2023-cü il saat 02:00-dək əsgər Şahid2 ilə birlikdə 10-cu sərhəd zastavasının 29-30cu sahələrinə “Sərhəd Gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Dövlət sərhədinin mühafizəsinə dair müvafiq əmr və tapşırıqları aldıqdan sonra xidməti sahəyə doğru hərəkət etmişlər, xidməti sahəyə doğru hərəkət etdikləri zaman 18-ci sahədə danışıq səslərini eşitmişlər və maskalanaraq həmin istiqaməti nəzarətdə saxlamağa başlamışlar. Bir qədər sonra 2 nəfər şəxsin Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etdiklərini müşahidə etmişlər və dərhal bu barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermişlər. Daha sonra həmin şəxslərə “Dayan!” komandası verdiklərində sonuncular dərhal əllərini havaya qaldırmış və həmin şəxsləri saxlıyaraq sərhəd zastavasına gətirmişlər. Daha sonra məlum olmuşdur ki, saxlanılan şəxslər Pakistan İslam Respublikası vətəndaşı X19 və Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singhdir, onlar qeyri qanuni yolla Gürcüstandan Azərbaycan Respublikasına keçmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının əsgəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşin 25-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin Balakən rayonu, Qaysa kəndi ərazisində yerləşən 10cu sərhəd zastavasının 18-ci sahəsidir. 18-ci sahənin ərazisi sıx meşəlik ərazidir. X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singh dövlət sərhəd xəttindən 300 metr aralıda Azərbaycan Respublikası ərazisində saxlanılmışlar. İşin 124-125-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş idarəsindən daxil olmuş sərhədkeçmə hesabatından görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X5 Azərbaycan Respublikasına gəlmiş, lakin bundan sonra onun heç bir sərhəd keçməsi qeydə alınmamışdır. İşin 118-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 oğlu 25 mart 2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. İşin 95-97-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 4(009)-224/2023 nömrəli qərardan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin 119-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singh əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 25 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singh 25 mart 2023-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İşin 101-103-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 4(009)-225/2023 nömrəli qərarından görünür ki, Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singh barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmışdır. . Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singh qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Azərbaycan Respublikasının sərhəddini pozmaq fikirlərinin olmaması, sərxoş olduqlarından dövlət sərhəddini pozmaqları barədə təqsirləndirilən şəxslərin göstərdikləri xüsusatlar iş materialları ilə təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin göstərdikləri bu xüsusatları cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində,bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə isə Cinayət Məcəlləsinin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər.Təqsirləndirilən şəxslər Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singhin əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar yoxdur. Cinayət əməlini təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxs Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi CM-in 318.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 25 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Singhə cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirininəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Singh cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, onun barəsində də təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 Singhə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 25 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Singh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Singhdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Pakistan İslam Respublikasının vətəndaşı və Təqsirləndirilən şəxs2 Singh Hindistan Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 Pakistan İslam Respublikasının vətəndaşı və Təqsirləndirilən şəxs2 Singh Hindistan Respublikasının vətəndaşı olmalarını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Singh barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 09 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 Singhin hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, Təqsirləndirilən şəxs2 Singhə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Singh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Singhin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Singh əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, Təqsirləndirilən şəxs2 Singhə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar