Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-89/2025 22.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxxxx 1990-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx, orta təhsilli, subay, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 06 avqust 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 sentyabr 2019-cu il tarixdən başlayaraq 02 yanvar 2015-ci il təvəllüdlü X1 və 15 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ayda hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Balakən Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Balakən Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(019)-498/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətə inzibati həbs tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 06 yanvar 2025-ci il və 03 mart 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 aprel 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 17420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində aliment borcunu ödəməməklə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, bir neçə ilə yaxındır ki, onlayn qaydada verilmiş etibarnamə əsasında “X9“ minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində sərnişin daşıma xidməti ilə məşğul olaraq gündəlik gəliri orta hesabla 80 (səksən) – 100 (bir yüz) manat müqabilində təşkil edir. 12 sentyabr 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 02 yanvar 2015-ci il tarixdə Ramazan adlı və 15 mart 2018-ci il tarixdə Ruslan adlı iki oğlan övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasının Sverdlovski vilayətinin Tavda kəndinə köçərək orada birgə yaşamağa başlamışlar və birgə yaşadıqları müddət ərzində aralarında səmimi ailə münasibətləri olmuşdur. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2018-ci ilin mart ayında iki azyaşlı uşaqlarından və Zərərçəkmiş şəxs ayrılaraq Balakən rayonuna qayıdaraq valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ilin axırlarında ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 05 sentyabr 2019-cu il tarixdən başlayaraq 02 yanvar 2015-ci il təvəllüdlü Ramazan Qardaşovun və 15 mart 2018-ci il təvəllüdlü Rüstəm Qardaşovun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ayda hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləğdən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödəniş etmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(019)-498/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Balakən Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bütün bunlardan sonra icra sənədindəki tələbi icra etməyi üçün icra məmuru tərəfindən yeni müddət təyin edilərək, qətnaməni könüllü olaraq icra etməyi tələb olunaraq qeyd edilən qətnaməni qərəzli olaraq icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında xəbərdarlıq edilmişdir. İcra dövründə Balakən Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qətnaməsi üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə heç bir ödəniş etməmiş və 11 aprel 2025-ci il tarixədək 17420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmağından ötrü toplanmış materiallar 11 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndəriləndən sonra qeyd edilən tarixə kimi alimentə görə olan 17420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində borcundan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat məbləğində ödəniş etmiş və 14820 (on dörd min səkkiz yüz iyirmi) manat məbləğində borcu qalmışdır. O, məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bu vaxta qədər tam olaraq ödəməməyinə səbəb sonuncunun iki azyaşlı uşaqları ilə ona görüşə icazə verməməsi olmuşdur. Uşaqlar Rusiya Federasiyasında olduqlarından 7 il ərzində o, uşaqlarını görə bilməmişdir. İki ay olar ki, uşaqları Balakənə gəlmişlər. O, alimentə görə borclu olduğu məbləği hissə-hissə,yəni ayda ***-**** manat olmaqla ödəyə bilər. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin sentyabr ayının 12-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Balakan rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə ailə qurandan sonra bir müddət Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Tavda şəhərində yaşamağa başlamışlar. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 02 yanvar 2015-ci il tarixdə Ramazan adlı və 15 mart 2018-ci il tarixdə Rüstəm adlı iki oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu və iki azyaşlı uşaqlarını Rusiya Federasiyasında özbaşına qoyaraq Balakən rayonuna qayıdaraq orada yaşamağa başlamışdır.Həmin vaxtdan bir neçə ay keçəndən sonra azyaşlı uşaqlarının böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün və Təqsirləndirilən şəxs bir ata kimi uşaqlarının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2019-cu ilin axırlarında sonuncudan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Balakan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 05 sentyabr 2019-cu il tarixdən başlayaraq 02 yanvar 2015-ci il təvəllüdlü X1 və 15 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla, hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləğdən ona ödəniş etmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(019)-498/2024 saylı qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Balakən Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir.Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs icra dövründə Balakən Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən heç bir ödəniş etməmiş və 11 aprel 2025-ci il tarixədək 17420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində ödənməmiş borcu yaranmışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasından ötrü toplanmış materiallar Balakən rayon İcra və Probasiya Şöbəsindən Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndəriləndən sonra sonuncu məsuliyyətini dərk edərək 11 aprel 2025-ci il tarixədək alimentə görə borclu olduğu 17420 (on yeddi min dörd yüz iyirmi) manat məbləğində puldan 2600 (iki min altı yüz) manat məbləğində ödəniş etmiş, hazırda 14820 (on dörd min səkkiz yüz iyirmi) manat alimentə görə pul borcu qalmışdır. O, aliment borcunun ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən rayon İcra və probasiya şöbəsinə daxil olmuş Balakən Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2019-cu il tarixdən başlayaraq 02 yanvar 2015-ci il təvəllüdlü X1 və 15 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə 12 noyabr 2019-cu il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlak və gəlirləri aşkar edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu alimenti imkanı daxilində ödəyəcəyini bildirsə də, xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Həmçinin görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, 29 oktyabr 2024-cü il tarixli qərarla borclu barəsində axtarış elan edilmiş və 26 noyabr 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. İcra şöbəsində bir daha qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu övladlarının Rusiyada yaşadığına görə onları görə bilmədiyini əsas gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılaraq məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, borclu Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 11 aprel 2025-ci il tarixədək 17420 (on yeddi min dörd yüz iyirmi) manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır.Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. İşin 9-18-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-852/2019 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi,iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 12 sentyabr 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 215 sayla qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X1 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmaları; ərizənin verildiyi 05 sentyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs ayda hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi; hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunması;cavabdeh Təqsirləndirilən şəxs 20 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi; cavabdeh Təqsirləndirilən şəxs 10 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin 19-cu vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(019)-852/2019 nömrəli icra sənədindən görünür k, həmin icra sənədinə əsasən ərizənin verildiyi 05 sentyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs ayda hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşin 20-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-852/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi Şöbənin icraatına qəbul edilmişdir. İşin 19-21-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Balakən Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(019)-498/2024 saylı inzibati xəta haqqında qərarından, 06 yanvar 2025-ci il və 03 mart 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada verilmiş xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, o, həqiqətən də, Balakən Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(019)-852/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşin 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu xx.xx.1990-cı il təvəllüdlü ünvan 3i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin 50-53-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 26,11.2024-cü il tarixli 3(019)-498/20224 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-852/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 26 noyabr 2024-cü il il tarixdə 12 gün müddətinə inzibati qayda həbs edilmişdir. İşin 69-71-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-3/2025 nömrəli qərardadından görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi, xx.xx.1990-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin 127-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 157-ci vərəqəsində olan və məhkəmə iclasıneda elan olunmaqla tədqiq edilmiş 06 avqust 2025-ci il tarixli qətimkan tədbirini seçmək haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 61-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. İşin 62-ci vərəqəsində olan və məhkəmə iclasıneda elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 29 nömrəli arayışdan görünür ki,Təqsirləndirilən şəxs Balakən rayonunun Qullar kənd sakinidir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 17420 manat alimentdən 2600 manat ödəmişdir, geri qalan pulunu tələb edir. Onunla barışmamışdır, qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs, Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi Balakən Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(019)-852/2019 saylı 05 noyabr 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X2 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci) maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir.Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş zərəri qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun barəsində cinayət işi başlandıqdan sonra da qazancı olmasına baxmayaraq alimenti ödəməməkdə davam etməsini, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o,azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 (yetmiş yeddi) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin,01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 (yetmiş yeddi) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382,Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-89/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-89/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver