Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-9/2021 22.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X23 oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Hacıyov oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 İbrahimovnanın, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Balakən rayonu Qaysa kəndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi LADA-211440 markalı, A714TC154 Rus dövlət qeydiyyat nişanlı avtomobillə Balakən-Talalar-Qabaqçöl kənd yolunun Talalar kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətindən Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunu etməmiş, həmin maddənin tələblərini pozaraq, idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşı yolda Qabaqçöl qəsəbəsi istiqamətindən Balakən şəhəri istiqamətinə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ-21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin X7 döş sümüyünün sınığı, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ və sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların sınıqları, hər iki ağ ciyərin yuxarı payının zədələnməsi, sağ bazu və sağ bud sümüklərinin qapalı sınığı, sağ baldırın kəsilmiş və əzilmiş yaraları, döş qəfəsinin, sağ bazunun və sağ budun qançırları olan dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Havva Məmmədovanın aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, sürücü Zərərçəkmiş şəxs1 sağ diz oynağı nahiyəsində çapıq toxuma ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, həmçinin həmin avtomobildə olan digər sərnişinlər Zərərçəkmiş şəxs2 alın nahiyəsində əzilmiş-cırılmış yaradan sonrakı çapıq toxuma ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs3 sağ gicgah nahiyəsində cüzi şişkinlik, sol almacıq nahiyəsində qançır, sağ mil sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə, həmçinin LADA-211440 markalı, A714TC154 Rus dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 alın nahiyəsində və burnunda sıyrıq izləri, sağ üst göz qapağında əzilmiş yara ilə nəticələnən onun sağlamlığının qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aid xəsarətlər yetirilməsinə, eləcə də Zərərçəkmiş şəxs1 məxsus olan VAZ-21099 markalı, **- BF-*** dövlət nömrə nişanlı avtomobilə 3065 (üç min altmış beş manat) manat zərər vurulması ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yolnəqliyyat hadisəsi cinayətini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, özünə məxsus Lada 211440 markalı, A714TC154 dövlət nömrə nişanlı avtomobili vardır. Həmin avtomobili X6 şəhərində işlədiyi vaxt 2018-ci ildə almışdır. Həmçinin həmin avtomobili mülki etibarnamə əsasında əldə etmişdir. xx xxxx 2020-ci il tarixdə həmin avtomobillə Azərbaycan Respublikasına gəlmiş və Gömrük Nəzarət Məntəqəsindən Respublika ərazisinə gətirərkən avtomobil üçün 1200 ABŞ dolları depozit qoymuşdur. Həmin vaxtdan sonra avtomobili Azərbaycan Respulikasında idarə etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Balakən rayonu Qaysa kəndindən özünə məxsus Lada 211440 markalı, A714TC154 Rus dövlət nömrə nişanlı avtomobillə çıxaraq, Balakən şəhərinə avtomobilin arxasının rənglənmiş hissəsinin təmizlənməsi üçün gəlmiş, avtomobilin təmiri qurtardıqdan sonra sexdən çıxaraq, Balakən şəhəri ərazisinə getmişdir. Daha sonra Balakən şəhərinin mərkəzində olan Bayraq Meydanında tanışları Zərərçəkmiş şəxs4 və Şahid1 görüb, həmin şəxslərlə görüşmüş və həmin şəxslər də Qabaqçöl qəsəbəsinə tərəf getdiklərini bildirmişlər. Bu zaman o da kəndə tərəf getdiyini və onları da apara biləcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 avtomaşınının qabaq sərnişin oturacağında, Şahid1 isə arxa sağ tərəfdə oturmuşdur. Bundan sonra onlar birikdə Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətinə getməyə başlamışlar. Avtomobillə Balakən rayonu Talalar kəndi ərazisində asfalt yolla hərəkətdə olduğu zaman qarşısında gedən, hal-hazırda dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobil qəfildən sürətini azaltmış, belə ki, həmin avtomobilin qarşısına inək çıxmışdır. Bu zaman o, idarə etdiyi avtomobili saxlaya bilməmiş və qarşı tərəfə, Balakən şəhər istiqamətinə gələn avtomobillər üçün nəzərdə tutulmuş yola, yəni hərəkətdə olduğu yoldan sol tərəfə çıxmışdır. Əks yola çıxdıqda isə qarşıdan-Qabaqçöl qəsəbəsindən Balakən şəhər istiqamətinə tərəf gələn Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt qarşıdan gələn Vaz 21099 markalı avtomobili gördükdə, idarə etdiyi avtomobili bir az da kənara çəkmək istəmış, lakin qəzanın qarşısını ala bilməmiş və bu zaman idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs4 və o, xəsarət almışlar. Şahid1 isə xəsarət almamışdır. Həmçinin Vaz 21099 markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1, İbrahimin avtomobilində arxada oturan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da xəsarət almışlar. Həmin Vaz 21099 markalı avtomobildə qarşıda oturan sərnişin Havva Məmmədova isə avtomobildə aldığı xəsarətlərdən tərpənməyərək dayanmışdır. Həmin yerdə olan tanımadığı şəxslər dərhal Havva Məmmədovanı avtomobildən çıxarmış və yerə uzatmışlar. Daha sonra isə həmin yerə təcili tibbi yardım avtomobili gəlmiş və Havva Məmmədovanı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 isə başqa bir tanımadığı avtomobilin sürücüsü xəstəxanaya aparmışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verərkən saat 18 radələri olmuşdur. Hadisə baş verdikdən sonra özü hadisə yerini tərk etməmiş, tibbi işçiləri onun xəsarətinin olub-olmadığını soruşduqda, xəsarətinin ciddi olmadığını bildirmiş, hadisə yerində polis əməkdaşlarını gözləmiş və hadisə yerinə baxış keçirilərkən baxışda iştirak etmişdir. Avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi vardır və qəza törətdiyi zaman spirtli içki qəbul etməmişdir. Qəza törətdiyi zaman o, avtomobili saatda 60 kilometr sürətlə idarə etmiş, əks yola çıxdığı zaman isə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** nömrəli avtomobili təxminən 12-13 metr məsafədən görmüş, təxminən 1-2 saniyə müddətinə həmin avtomobilə çatmış və toqquşma baş vermişdir. Sonradan baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Vaz 21099 markalı avtomobildə qabaqda oturan sərnişin Havva Məmmədovanın aldığı xəsarətlərdən öldüyü, sürücü Zərərçəkmiş şəxs1 və arxada oturan sərnişinlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun idarə etdiyi avtomobildə yanında əyləşən sərnişin Zərərçəkmiş şəxs4 müxtəlif dərəcəli bədən xəsarətləri aldığı ona məlum olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə vurulmuş ziyan tərəfindən könüllü olaraq onlara tam ödənilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişqdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Balakən rayonu Xalatala kənd sakini mərhum X12 onun anasıdır. Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, onun və ailə üzvlərinin İbrahimlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır.xx xxxxxx 2020-ci il tarixdə bacıları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 anası X21 şəhərinə göz həkiminə aparmaq qərarına gəlmişlər. Buna görə də anasını həmkəndliləri Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə aparmışlar. O, X26nı həkimə aparmasını Zərərçəkmiş şəxs1 zəng edərək, xahiş etmişdir. Bacısı Zərərçəkmiş şəxs3 Balakən rayonu Şambul kəndinə gəlin köçmüş və Şambul kəndində yaşayır. Digər bacısı Xanım isə onlarla bir kənddə, yəni Xalatala kəndində yaşayır.xx xxxxxx 2020-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə minərək, anasını Balakən şəhərinə göz həkiminə aparmaq məqsədi ilə X26 ilə birlikdə Balakən rayonu Xalatala kəndində yerləşən evlərindən Balakən şəhərinə getmək üçün yola çıxmış və bacısı Zərərçəkmiş şəxs3 da yaşadığı Balakən rayonu Şambul kəndində yolda götürəcəklərini bildirmişlər. Bacısı və anası yaşadıqları evdən Zərərçəkmiş şəxs1 məxsus avtomobillə çıxdıqdan bir müddət sonra təxminən saat 18 radələrində ona ailə üzvləri xəbər edərək, Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərinə tərəf gedərkən Balakən rayonu Talalar kəndinin ərazisində qəza baş verdiyini bildirmişlər. Daha sonra isə bacılarının və anası X17 Rayon Mərkəzi Xəstəxanasına aparılmaları ona məlum olmuşdur. Bundan sonra o, yaşadığı evdən çıxaraq, dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxanada anasının baş vermiş yolnəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən öldüyü ona məlum olmuşdur. Həmçinin sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 avtomobili Balakən rayon Qabaqçöl qəsəbəsi istiqamətindən Balakən şəhər istiqamətinə hərəkətdə olarkən rayonun Talalar kəndinin ərazisində olan asfalt yolla hərəkət etdiyi zaman Balakən şəhər istiqamətindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olan Lada 211440 markalı avtomobil yolun əks istiqamətinə, yəni Zərərçəkmiş şəxs1 hərəkət etdiyi yola çıxmış, bu zaman da Lada 211440 markalı avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qabaq oturacaqda oturan anası X12 aldığı xəsarətlərdən ölmüşdür. Avtomobildə arxa oturacaqda oturan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Həmçinin qarşı yola çıxaraq, yol-nəqliyyat hadisəsini törədən Lada 211440 markalı, Rusiya Federasiyasına aid olan avtomobili idarə edən sürücünün isə Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir.Sürücü Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs4 və Şahid1 əvvəllər tanımamış və həmin şəxslərlə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı könüllü şəkildə tam ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs oğlundan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Balakən rayonu Xalatala kənd sakini mərhum X12 həmkəndlisidir. Havva Məmmədova və onun ailə üzvləri ilə əvvəllər aralarında heç bir düşmənçiliyi və ədavətləri olmamışdır. Əksinə bir həmkəndli olaraq mehriban münasibətləri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə X10 mobil telefonuna zəng etmiş va anası Havvanın gözlərində zəiflik olduğunu bildirərək, anasını göz həkiminə aparmağı xahiş etmişdir. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 17 radələrində özünə məxsus Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə X19 rayon Xalatala kəndində yaşadığı evinə getmiş, orada Havva Məmmədova və Zərərçəkmiş şəxs2 avtomobilə oturmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs2 arxada, Havva Məmmədova isə qabaqda sərnişinə aid oturacaqda oturmuşlar. Bundan sonra onlar yol ilə gələrkən yolda X8 Mehriban İbrahim qızını da avtombilə mindirmişdir. Daha sonra isə Balakən rayon Qabaqçöl qəsəbəsi istiqamətindən Balakən şəhər istiqamətinə tərəf gəlməyə başlamışlar. Avtomobili 40 km/saat sürətlə idarə etmişdir. Balakən rayonu Talalar kəndinin ərazisində olan asfalt yolla Balakən şəhəri istiqamətinə hərəkətdə olduğu zaman qarşı tərəfdən Balakən şəhəri istiqamətindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olan Lada 211440 markalı avtomobilin yolun əks istiqamətinə, yəni onun hərəkət etdiyi yola çıxdığını görmüşdür. Bu zaman ayağını əyləcə basıb sürəti daha da azaltmış, avtomobili sağa tərəf çəkmiş, lakin qarşıdan gələn həmin avtomobildə sürət çox olduğundan, avtomobili tam olaraq kənara çəkə bilməmiş və avtomobilin bir hissəsi yoldan kənara çıxdığı zaman Lada 211440 markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsindən dəymiş və bu zaman o, bədənində ağrılar hiss etmişdir. Həmin vaxt ayağı və sinəsi əzilmişdir. Daha sonra isə özünü itirmiş, bu zaman avtomobilinə həmkəndlisi Şamil adlı şəxs yaxınlaşmış və onu avtomobildən çıxarıb, özünün idarə etdiyi Mercedes-Benz markalı avtomobilinə mindirmişdir. Bundan sonra isə onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmış və həmin xəstəxanada ona tibbi yardım göstərilmişdir. Xəsarət aldığı zaman həyəcandan və bədənində, sinəsində olan ağrılardan özünü itirdiyi üçün, həmin vaxt başqa kimlərin xəsarət almasını bilməmişdir. Lakin sonradan baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilində qabaq oturacaqda oturan sərnişin X5 aldığı bədən xəsarətlərindən öldüyü, arxa oturacaqda oturan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 isə müxtəlif dərəcəli xəsarətlər aldıqları ona məlum olmuşdur. Həmçinin sonradan avtomobilin qarşısına çıxaraq, yol-nəqliyyat hadisəsini törədən Lada 211440 markalı, Rus qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin yol-nəqliyyat hadisəsi saat 18 radələrində Balakən rayonu Talalar kəndinin ərazisində baş vermişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır və həmin vaxt spirtli içki qəbul etməmişdir. Qəza baş verərkən avtomobili saatda 40 kilometr sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin onun yoluna çıxdığını və üstünə tərəf gəldiyini gördükdə, sürəti daha da azaldaraq, əyləci basmışdır. Həmin Lada 211440 markalı, A714T154 Rus dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxdığı zaman təxminən aralarında 13-14 metr məsafə olmuşdur. Yəni həmin avtomobilin onun üçün təhlükə yaratdığını 13-14 metr məsafə qalmış görmüşdür. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı könüllü şəkildə tam ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Balakən rayonu Xalatala kənd sakini mərhum X12 onun anasıdır. Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır, İbrahimlə onun və ailə üzvlərinin heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə anası X21 şəhərinə göz həkiminə aparmaq qərarına gəlmişlər. O, Balakən rayonu Şambul kəndinə gəlin köçdüyündən yaşadığı ev Balakən rayon Şambul kəndində yerləşir, buna görə də bacısı Zərərçəkmiş şəxs2 ona zəng etmiş və yola çıxmasını bildirmişdir. O da Balakən rayonu Şambul kəndində yerləşən yolun kənarına çıxmış və bacısı ilə anasının gəlməsini gözləmişdir. Bir müddətdən sonra bacısı Zərərçəkmiş şəxs2 və X26 həmkəndliləri Zərərçəkmiş şəxs1 avtombili ilə gəlmiş və o da avtomobilin arxa oturacağına oturmuşdur. X26 isə qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda oturmuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 avtomobili ilə Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətindən Balakən şəhəri istiqamətinə tərəf gəlməyə başlamışlar. Balakən rayonu Talalar kəndinin ərazisində olan asfalt yolla Balakən şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Balakən şəhəri istiqamətindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olan Lada 211440 markalı avtomobil yolun əks istiqamətinə, yəni Zərərçəkmiş şəxs1 hərəkət etdiyi yola çıxmış və bu zaman Lada 211440 markalı avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı avtomobilə dəymişdir. Həmin vaxt bərk səs olmuş və o, başında, bədənində və qolunda ağrılar hiss etmişdir. Daha sonra özünü itirmiş və bu zaman avtomobilə tanımadığı şəxslər yaxınlaşmış, bir nəfər İbrahimi öz avtomaşınına mindirirək, xəstəxanaya aparmış, sonra isə ordakı adamların köməyi ilə anasını avtomaşından düşürmüşlər. Bundan sonra isə anasını təcili yardım avtomobilinə mindirmişlər. Həmin vaxt anası artıq hərəkətsiz vəziyyətdə olmuşdur. O, avtomobildə xəsarət aldığı zaman həyəcandan və bədənində və sinəsində olan ağrılardan özünü itirdiyi üçün, başqa kimin xəsarət almasını bilməmişdir. Lakin sonradan baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qabaq oturacaqda oturan anası X5 aldığı xəsarətlərdən ölməsi, avtomobildə onunla birlikdə arxa oturacaqda oturan bacısı Zərərçəkmiş şəxs2 da xəsarət aldığı ona məlum olmuşdur. Həmçinin qarşı yola çıxaraq, yol-nəqliyyat hadisəsini törədən Lada 211440 markalı avtomaşını idarə edən sürücünün Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Yol-nəqliyyat hadisəsi Balakən rayonu Talalar kəndinin ərazisində saat 18 radələrində baş vermişdir Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı könüllü şəkildə tam ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq təqsirləndirilən şəxs Əlibəyov Ömər İlqar oğlunun ona vurulmuş ziyanı könüllü şəkildə tam ödədiyini və onunla barışdığını, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərmiş, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişlərin göndərilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına təkrarən gəlməmiş, teleqramla Balakən Rayon Məhkəməsinə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbğaycan Respublikası CM-nin 263.2-ci maddəsilə olan iş üzrə zərərçəkmiş şəxs olduğunu,Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ondan heç bir tələb və şikayətinin olmadığını, nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, həmçinin ittiham və müdafiə tərəfləri hazırki cinayət işi üzrə məhkəmə proseslərinin Zərərçəkmiş şəxs4 iştirakı olmadan keçirilməsinə razı olduğundan, məhkəmə hazırki cinayət işinə Zərərçəkmiş şəxs4 iştirakı olmadan baxılmasını və onun ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını mümkün hesab edir. Bununla bağlı məhkəmə onu da bildirir ki, qüvvədə olan qanunvericilik zərərçəkmiş şəxsin cinayət işi üzrə məhkəmə prosesində iştirak etmək vəzifəsini deyil, iştirak etmək hüququnu tanıyır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 315.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bü xüsusda məhkəmə X27 Avropa Məhkəməsinin Əfəndiyev Azərbaycana qarşı iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda Avropa Məhkəməsi iş üzrə şahidin (o cümlədən zərərçəkmiş şəxsin) məhkəməyə gətirilməsi üçün bütün səylərin göstərilməli olmasını, bu səylər nəticə vermədikdən sonra məhkəmə proseslərinin həmin şəxsin iştirakı olmadan keçirilməsinin mümkünlüyünü, belə olan hallarda İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulmamasını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Ömərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Balakən şəhəri ərazisində həmkəndlisi Əlibəyov Ömər İlqar oğlu ilə rastlaşmış, həmin vaxt Ömərdən özünü də kəndə aparmasını xahiş etmişdir. Daha sonra Ömərin idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağına oturmuş və Balakən rayonu Qaysa kəndi istiqamətinə gəlməyə başlamışlar. Balakən rayonu Talalar kəndinin ərazisinə çatdıqları zaman asfalt yolla hərəkətdə olarkən qarşılarında gedən hal-hazırda dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobil qəfildən sürətini azaltmış, həmin avtomobilin qarşısına inək malı çıxmışdır. Bu zaman Ömər avtomobili saxlaya bilməmiş və qarşı tərəfə, Balakən şəhər istiqamətinə gələn avtomobillər üçün nəzərdə tutulmuş yola, yəni hərəkətdə olduğu yoldan sol tərəfə çıxmışdır. Əks yola çıxdıqda isə qarşıdan gələn, yəni Qaqaqçöl qəsəbəsindən Balakən şəhəri istiqamətinə tərəf gələn Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmışdır. Bu zaman həmin Vaz 21099 markalı, **-BF- *** dövlət nömrə nişanlı avtomobillə Təqsirləndirilən şəxsun idarə etdiyi avtomobil toqquşmuşlar. Həmin vaxt o, sürücü Təqsirləndirilən şəxslə birlikdə xəsarət almışdır. Lakin avtomobildə arxa oturacaqda oturmuş sərnişin Şahid1 xəsarət almamışdır. Həmçinin Vaz 21099 markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1, həmin avtomobilin qabaq sərnişin oturacağında oturan Havva Məmmədova, arxa oturacaqda oturan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da xəsarət almışlar. Sonra həmin yerdə olan tanımadığı vətəndaşlar Havva Məmmədovanı avtomobildən çıxarmış və yerə uzatmışlar. Daha sonra isə həmin yerə təcili tibbi yardım avtomobili gəlmiş, Havva Məmmədovanı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 isə başqa bir tanımadığı avtomobilin sürücüsü xəstəxanaya aparmışdır. Yol-nəqliyyat hadisəsi saat 18 radələrində baş vermişdir. Zərərçəkmiş şəxs1, Havva Məmmədovanı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış və həmin şəxslərlə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs1 onun atasıdır. Atası və o, digər ailə üzvləri ilə birlikdə Balakən rayonu Xalatala kəndində yaşayırlar. Atası Zərərçəkmiş şəxs1 özünə məxsus Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobili vardır. Atası Zərərçəkmiş şəxs1 həmin avtomobillə xx xxxxxx 2020-ci ildə Balakən rayonu Talalar kəndi ərazisindən Balakən şəhəri istiqamətində hərəkətdə olduğu zaman qarşı tərəfdən Balakən şəhəri istiqamətindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Lada 211440 markalı avtomobilin yolun əks istiqamətinə, yəni atası Zərərçəkmiş şəxs1 hərəkət etdiyi yola çıxması nəticəsində atasının idarə etdiyi Vaz 21099 markalı avtomobil həmin Lada 211440 markalı avtomobillə toqquşmuş və nəticədə atasının idarə etdiyi avtomobildə olan həmkəndliləri X15 aldığı xəsarətlərdən ölmüşdür. Həmçinin atası və avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da xəsarət almışlar. VAZ 21099 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili atası 2010-cu ildə öz şəxsi vəsaiti ilə öz istifadəsi üçün almış və özü idarə etmişdir. Lakin avtomobil onun adına alınmışdır. Avtomobilin onun adına alınmasına baxmayaraq, onun istifadəsində olmamışdır. Avtomobili idarə etməsinə dair atasına nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə vermişdir. Həmin etibarnamə onun adından xx.xx.2010-cu ildə 10 il müddətinə verilmişdir. Həmin avtomobili atası Zərərçəkmiş şəxs1 öz pulu ilə almışdır və avtomobil atasına məxsusdur. Avtomobilə dəymiş zərər də atası Zərərçəkmiş şəxs1 dəymişdir. Avtomobilin ona məxsus olması isə yalnızca sənəd üzərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Balakən şəhərindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətinə gedərkən idarə etdiyi Mercedes-Benz markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Talalar kəndinin ərazisinə çatdıqda, yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür.Hadisə yerində iki avtomobil toqquşmuşdur. Avtomobillər toqquşduğu yerə yaxınlaşdıqda, həmin avtomobilin həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı avtomobil olduğunu görmüşdür. Hadisə yerində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Qaysa kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Lada 211440 markalı avtomobil toqquşmuşdur. Hadisə yerinə yaxınlaşdıqda, Zərərçəkmiş şəxs1 ona səslənərək, özünü pis etdiyini bildirmiş və ondan özünü xəstəxanaya çatdırmasını xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 öz avtomobilinə mindirirək, tibbi yardım göstərilməsi üçün Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparmış və orada Zərərçəkmiş şəxs1 tibbi yardım göstərilmişdir. Həmçinin avtomaşınlarda olan sərnişinlərin xəsarət almasını və Zərərçəkmiş şəxs1 avtomaşınında olan həmkəndlisi Havva Məmmədovanın hərəkətsiz olduğunu gördükdə, təcili tibbi yardıma zəng etmiş, təcili yardım şöbəsindən ona təcili yardım avtomaşınının hadisə yerinə çıxmasını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da hadisə yerində olmuşdur. Yol-nəqliyyat hadisəsi baş verərkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 hadisə yerində olmuşlar. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında çağırış vərəqəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmiş və məcburi qaydada məhkəməyə gətirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPMnin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə Balakən şəhərindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətinə gəlmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında Zərərçəkmiş şəxs4 avtomaşında qabaq otruacaqda, o isə arxa oturacaqda oturmuşlar. Balakən rayonu Talalar kəndi ərazisində asfalt yolla hərəkətdə olduqları zaman qarşılarında gedən, hal-hazırda dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomaşın qəfildən sürətini azaltmış, həmin avtomaşının qarşısına inək malı çıxmışdır. Bu zaman Ömər avtomaşını saxlaya bilməmiş və qarşı tərəfə, Balakən şəhər istiqamətinə gələn avtomaşınlar üçün nəzərdə tutulmuş yola, yəni hərəkətdə olduğu yoldan sol tərəfə çıxmışdır. Əks yola çıxdıqda isə qarşıdan gələn, yəni Qaqaqçöl qəsəbəsindən Balakən şəhər istiqamətinə tərəf gələn Balakən rayonu Xalatala kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomaşının qarşısına çıxmış, bu zaman həmin Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomaşınla Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın toqquşmuşlar. Toqquşma nəticəsində o, xəsarət almamış, lakin Ömərin avtomaşınında qabaq sərnişin oturacağında oturan Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs özü xəsarət almışlar. Həmçinin Vaz 21099 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomaşında arxada oturan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da xəsarət almışlar. Vaz 21099 markalı avtomaşında qarşıda oturan sərnişin Havva Məmmədova isə avtomaşında aldığı xəsarətlərdən tərpənməyərək, dayanmışdır. Həmin yerdə olan tanımadığı şəxslər Havva Məmmədovanı avtomaşından çıxarmış və yerə uzatmışlar. Daha sonra isə həmin yerə təcili yardım avtomaşını gəlmiş və Havva Məmmədovanı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 isə başqa bir tanımadığı avtomaşınla xəstəxanaya aparmışlar. O isə xəsarət almadığından xəstəxanaya müraciət etməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 avtomobilində qaqab sərnişin oturacağında oturan Havva Məmmədovanın avtomaşınların toqquşması nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişdiyi ona məlum olmuşdur. Yol-nəqliyyat hadisəsi saat 18 radələridə baş vermişdir. İşin 5-18-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, mövcud hadisə xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Balakən rayonunun Balakən-Talalar-Qabaqçöl yolunun Talalar kəndi ərazisindən keçən yəni yaşayış məntəqəsində keçən asfal örtüklü yolda baş vermişdir. Hadisənin baş verdiyi asfalt örtüklü yol hamar və qurudur, hərəkət ikitərəflidir. Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə aid yolun sağ hərəkət hissəsi 3 metrdir. Təqsirləndirilən şəxs məxsus Lada 211440 markalı, A 714TC154 Rus dövlət qeydiyyat nişanlı avtomobilə aid yolun hərəkət hissəsi 3 metrdir. Yolun Balakən şəhər istiqamətində sağ ehtiyat hissəsi 3 metr, sol ehtiyat hissəsi isə 2,10 metrdir.Toqquşma yerindən Təqsirləndirilən şəxs avtomobillə əks yola çıxdığı yerə olan məsafə 12,90 metrdir. Balakən şəhəri istiqamətində yolun sağ və sol kənarlarında yaşayış evləri yerləşir. Hadisə baş verdiyi yolda yol nişanı yoxdur. Avtomobillər toqquşduqdan sonra Təqsirləndirilən şəxs məxsus Lada 211440 markalı, A714TC154 Rus qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu yolun sağ kənarına atılmış, Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilin isə ön hissəsi yolun sağ kənarına doğru dayanmış vəziyyətdə olmuşdur.Toqquşmadan sonra avtomobillər arasında olan məsafə 2,3 metrdir. Yolun sağ kənarında, yəni Balakən şəhər istiqamətinə olan ehtiyat hissədə Zərərçəkmiş şəxs1 məxsus olan Vaz 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə məxsus 2,10 metr uzunluqda tormoz sürüşmə izi vardır. Yolun hərəkət hissəsində isə avtomobillərə aid tormoz (sürüşmə) izi yoxdur. Hadisə yerində mərhum X5 cəsədi təcili yardım əməkdaşları tərəfindən götürülmüşdür. Hadisə zamanı Lada 211440 markalı, A714TC154 Rus qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Vaz 21099 markalı, 08BF- 932 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 alkoqol təsiri altında olmayıblar. Ayıq vəziyyətdə olmuşlar. Hadisə gündüz vaxtı baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Baxış zamanı iştirakçılarından ərizə və qeydlər daxil olmamışdır. İştirakçılar tərəfindən protokolun və sxemin düzgünlüyü imzalarla təsdiq edilmişdir. İşin 91-94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki, 1949-cu il təvəllüdlü X5 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Müştərək travma: Döş sümüyünün sınığı, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ və sol İİİ İV V Vİ Vİİ Vİİİ İX X Xİ Xİİ qabırğaların sınıqları, hər iki ağ ciyərin yuxarı payının zədələnməsi, sağ bazu və sağ bud sümüklərinin qapalı sınığı, sağ baldırın kəsilmiş və əzilmiş yaraları, döş qəfəsinin, sağ bazunun və sağ budun qançırları. Bu xəsarətlər həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır. X1 ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölüm meyitin müayinəsindən 3-5 saat əvvəl baş verməyə uyğun gəlir. Vətəndaş X5 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İşin 71-72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ diz üstü nahiyədə sıyrıq izi - bərk küt əşyanın tərisindən törənmişdir. Həmin xəsarətin onun TTY tərəfindən yardım üçün xəstəxanaya gətirildiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür. Vətəndaş Təqsirləndirilən şəxs bədənində yuxarıda qeyd edilmiş xəsarət - sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşin 73-74-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 448 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət - alın nahiyəsində əzilmiş-cırılmış yaradan sonrakı çapıq toxuma - bərk küt əşyanın (əşyaların) tərisindən törənmişdir. Həmin xəsarətin onun yardım üçün xəstəxanaya gətirildiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür. Vətəndaş Zərərçəkmiş şəxs2 bədənində yuxarıda qeyd edilmiş xəsarət - dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 75-76-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 447 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gicgah nahiyəsində cüzi şişkinlik, sol almacıq nahiyəsində qançır, sağ mil sümüyünün qapalı yerdəyişməyən sınığı - bərk küt əşyanın (əşyaların) tərisindən törənmişlər. Həmin xəsarətlərin onun TTY tərəfindən yardım üçün xəstəxanaya gətirildiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür. Vətəndaş Zərərçəkmiş şəxs3 bədənində yuxarıda qeyd edilmiş xəsarətlər-dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşin 77-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 449 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyəsində və burnunda sıyrıq izləri, sağ üst göz qapağında əzilmiş yara - bərk küt əşyanın (əşyaların) tərisindən törənmişlər. Həmin xəsarətin onun TTY tərəfindən yardım üçün xəstəxanaya gətirildiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür. Vətəndaş Zərərçəkmiş şəxs4 bədənində yuxarıda qeyd edilmiş xəsarətlər – dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşin 88-89-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 474 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - sağ diz oynağı nahiyəsində çapıq toxuma - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Həmin xəsarətin onun TTY tərəfindən yardım üçün xəstəxanaya gətirildiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür. X2 bədənində yuxarıda qeyd edilmiş xəsarət - dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 318 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. İşin 40-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 286 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. İşin 161-163-cü vərəqədərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 8/1848 nörməli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Lada 211440 markalı, A714T154 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən-hərəkət üçün təhlükə yaranan anda VAZ 21099 markalı, 08BF932 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -Hərəkət üçün təhlükə yaranan anda VAZ 21099 markalı, 08BF932 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. İşin 185-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən Rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2020-cil tarixli aktda göstərilmişdir: Zərərçəkmiş şəxs1 istifadəsində olan VAZ 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 2065 manat olmaqla yuxarıda göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 1000 manat olmaqla 3065 manat təşkil edir. İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ-nin Şəki Asan Xidməti tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, AE №718666 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük hüququ var. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X13 tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli, 13 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, VAZ 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobil və LADA 211440 markalı, A714TC154 Rus dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, Balakən RPŞ-nin DYPB-nin cərimə meydançasına saxlanca verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmişin hüquqi varisi X11 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs Borboşova Mehriban İbrahimovnanın məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindlən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlu tərəfindlən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Azçərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ödəməsini, hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan bədən xəsarəti almasını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir. O, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ödəmişdir və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun, cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimaifaydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində özü də dərəcəsi təyin edilməyən xəsarət almışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Yuxarıda şərh olunanlar Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşmançılığının səmimi olduğunu göstərir. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ödəməsi, hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan bədən xəsarəti alması və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ 21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobil onun sahibi Zərərçəkmiş şəxs1 və LADA 211440 markalı, A714TC154 Rus dövlət nömrə nişanlı avtomobil onun sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1848 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Ona görə də məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 23 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, onun «KAPİTALBANK» X22 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X3rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ 21099 markalı, **-BF- *** dövlət nömrə nişanlı avtomobil onun sahibi Zərərçəkmiş şəxs1 və LADA 211440 markalı, A714TC154 Rus dövlət nömrə nişanlı avtomobil onun sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə,onun «KAPİTALBANK» X22 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-9/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-9/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver