Məhkəmə qərarları › İş №1(019)-9/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-9/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-9/2022 16.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS –xx.xx.2003-cü il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1996-cı il tarixdə Balakən şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Daxili İşlər Nazirliyinin Regional Zaqatala mühafizə xidmətində mühafizəçi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.1 və 296.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs1 15.02.2021-ci il tarixdə saat 19 radələrində Balakən rayonu Qazma kəndində qabaqcadan razılaşdığı tanışı-Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 xahişi və tələbi əsasında qəsdən süni ittiham sübutları yaratmaq məqsədi ilə sonuncunun ona vermiş olduğu, içərisində narkotik vasitənin, yəni qurudulmuş marixuananın olmasını zənn etdiyi, istintaqa nə vaxt və harada hazırlanması məlum olmayan, üzərinə Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda içərisindəki tərkibi göstərmək üçün “Dərman Tutum”, satış qiymətlərini göstərmək üçün isə “30, mant”, “30, mant”, “60, mant”, “60, mant” və “55 manot” yazılmış 6 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitələrə aid olmayan, marixuanaya oxşar bitki kütlələrinin, habelə 1 ədəd kibrit qutusunun içərisində üzərinə sonuncu tərəfindən satış qiymətini əks etdirmək üçün “200 ma” yazılmış kağız parçasının yapışdırıldığı şüşə ampulaya yerləşdirilmiş, istintaqa məlum olmayan mənbədən əldə olunmuş, təmiz çəkisi 5,988 qram olan, gümüşü rəngli, parıltılı, metalik civənin olduğu bir ədəd bağlamanı Şahid1 yaşadığı evin qarşısında dayanmış, sonuncuya məxsus olan, həmçinin sonuncunun oğlu Zərərçəkmiş şəxs tərəfindən də idarə olunan “VAZ 2106” markalı, “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş sol ön qapısını açaraq sürücü oturacağının alt hissəsinə yerləşdirib həmin yerdən uzaqlaşdıqdan sonra həmin gün saat 20:56-da yenə də Təqsirləndirilən şəxs2 xahişi və tələbi əsasında sonuncunun üzərində olmuş ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Balakən RPŞ-nin 024-29-5-10-37 saylı telefon nömrəsinə zəng edib ona verdiyi həmin mobil telefonla Balakən RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi, polis mayoru X9 Balakən rayonu Qazma kənd 2 nömrəli orta məktəbdən 700 metr aşağıda, yolun kənarında dayanmış “VAZ 2106” markalı, “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə həqiqəti əks etdirməyən məlumatlar verib törədilməmiş və ya hazırlanmayan cinayət edilməsi haqqında qəsdən süni ittiham sübutları yaratmaqla bilə-bilə yalan xəbərçilik etmişdir. Təqsirləndirilən şəxs2 15.02.2021-ci il tarixdə saat 19 radələrində Balakən rayonu Qazma kəndində öz cinayətkar niyyətinə nail olmaq üçün tanışı-Balakən rayonu Hənifə kənd sakini, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasından istifadə edib sonuncunu psixi təsir altına almaqla heç bir məsuliyyət daşımayacağı, cinayət məsuliyyətinə cəlb edilməyəcəyi barədə aldadıb törədəcəyi cinayətin hüquqi xarakteri barədə onda yanlış təsəvvür yaradaraq və ona aralarında əvvəllər baş tutmuş mərclərlə əlaqədar Təqsirləndirilən şəxs1 borclu olduğu pul məbləğini sonuncuya bağışlayacağına dair vədlər verərək Təqsirləndirilən şəxs1 cinayətkar fəaliyyətə cəlb etməklə qəsdən suni ittiham subutları yaratmaq məqsədi ilə sonuncuya içərisində narkotik vasitənin, yəni qurudulmuş marixuananın olmasını bildirdiyi, istintaqa nə vaxt və harada hazırlanması məlum olmayan, üzərinə ayrı-ayrılıqda içərisindəki tərkibi göstərmək üçün “Dərman Tutum”, satış qiymətlərini göstərmək üçün isə “30, mant”, “30, mant”, “60, mant”, “60, mant” və “55 manot” yazdığı 6 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitələrə aid olmayan, marixuanaya oxşar bitki kütlələrinin, habelə 1 ədəd kibrit qutusunun içərisində üzərinə tərəfindən satış qiymətini əks etdirmək üçün “200 ma” yazılmış kağız parçasının yapışdırıldığı şüşə ampulaya yerləşdirilmiş, istintaqa məlum olmayan mənbədən əldə olunmuş, təmiz çəkisi 5,988 qram olan, gümüşü rəngli, parıltılı, metalik civənin olduğu bir ədəd bağlamanı vermiş və Qazma kənd sakini, bacanağının atası Şahid1 yaşadığı evin qarşısında dayanmış, sonuncuya məxsus olan, həmçinin sonuncunun oğlu Zərərçəkmiş şəxs tərəfindən də idarə olunan “VAZ 2106” markalı, “**- GF-***” dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş ön sol qapısını açaraq sürücü oturacağının alt hissəsinə yerləşdirməsini Təqsirləndirilən şəxs1 tələb və xahiş edərək həmin hərəkətlərin sonuncu tərəfindən icra edilməsini təmin etdirmiş, habelə sonuncu ilə birlikdə həmin yerdən uzaqlaşdıqdan sonra həmin günü saat 20:56-da üzərində olan ***- ***-**-** nömrəli mobil telefon vasitəsi ilə Balakən RPŞ-nin Növbətçi hissəsinin 024-29-5- 10-37 saylı telefon nömrəsinə zəng edərək həmin mobil telefonu Təqsirləndirilən şəxs1 verməklə yenə də xahişi və tələbi ilə diktəsi üzrə sonuncuya Balakən rayonu Qazma kənd 2 nömrəli orta məktəbdən 700 metr aşağıda, yolun kənarında dayanmış, “VAZ 2106” markalı, “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobildə bacanağının qardaşı Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qeyd olunan telefon zənginə cavab vermiş Balakən RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi, polis mayoru X9 həqiqəti əks etdirməyən məlumatlar verdirərək törədilməmiş və ya hazırlanmayan cinayət edilməsi haqqında qəsdən süni ittiham sübutları yaratmaqla biləbilə yalan xəbərçilik etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Hənifə kəndində atası Calal, anası Günay və 15 yaşlı bacısı Günellə birlikdə yaşayır, işləmir. Təxminən 2017-ci ildə həyətlərində valideynlərinin tikdirdiyi evin daxilinin təmir işlərinə başlanılmış, həmin təmir işlərində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 və atası İsmayıl da işləmişlər. Onlar pul qarşılığında evin suvaq, divar kağızı və tavan işlərini yerinə yetirmişlər.Şahingil onların evlərində 2020-ci ilin sentyabr ayına kimi işləmişlər. Belə ki, onların pulları olduqca təmir işlərini fasilələrlə davam etdirmişlər. Ona görə də təmir işləri bu qədər müddət çəkmişdir. Şahinlə atası evlərinin təmir işlərini yerinə yetirdiyi vaxtlarda onunla Şahinin arasında dostluq münasibətləri yaranmışdır. Onlar daim ünsiyyət saxlamış,tez-tez görüşüb söhbətləşmişlər.Şahin ona tez-tez əsgərlik vaxtlarından danışmışdır. Onların bir-biri ilə münasibətləri yaxşı olmuşdur. Şahinin bacısı Cəmilə onların kəndlərində yaxınlıqda yaşamış və onlar birlikdə onunla tez-tez onun bacısıgilə gedib orada çay içib çörək yemişlər. O, Şahinlə görüşəndə hər dəfə cüzi məsələlər barədə Şahin mübahisə edərək sonda mərc etməyi təklif etmiş və o da onunla razılaşdıqda onunla müxtəlif məbləğlərdə mərclər etmişdir. Həmin mərclər nəticəsində o, Təqsirləndirilən şəxs2 təxminən 2 min manat məbləğində pul uduzmuşdur. Bu barədə sadəcə o və Şahin bilmişlər. Şahin hər dəfə uduzanda “biz dostuq, dostlar arasında belə söhbətlər olmaz” desə də arada ona mərclərə görə borclu olduğunu zarafatla deyib xatırlatmış, o isə zamanla pulu olan kimi borclu olduğu pulu Təqsirləndirilən şəxs2 verəcəyini bildirmişdir. Şahinlə çox məsələ barədə mərc etmiş, onun udduğu mərc təxminən 2 dəfə olmuşdur. O, Şahinlə təxminən 15 dəfədən çox xatırlamadığı sayda mərc etmişdir. Hər dəfəsində Şahin elə mərclərə girmişdir ki, sonunda sonuncu qalib gəlmişdir. Onlar təxminən 2019-cu ildən xatırlamadığı aydan etibarən mərcləşməyə başlamışlar. Əvvəllər 5 və 10 manat məbləğində pul barədə mərc etmişlər. Uduzanda pul verməmiş, sadəcə yadda saxlamış, borc olaraq yığılmış və daha sonra verəcəyini demişdir. Daha sonra isə o, 50, 100 və ən çoxu 200 manatdan mərc etmişdir. Yekunda onun Təqsirləndirilən şəxs2 qeyd etdiyi kimi, təxminən 2000 manat borcu yaranmışdır. Üstündən çox vaxt keçdiyi üçün mərclərindən sadəcə birini xatırlamış, qalanlarını xatırlamamışdır. Belə ki, 2020-ci ilin təxminən sentyabr ayında, Şahinin atası onların evdə təmir işlərini bitirən ərəfədə o, velosipedlə, Şahin isə piyada Hənifə məktəbinin yuxarı hissəsindən yol kənarı ilə birlikdə evə gələn zaman yoldan üzərində samanla yüklü “Kamaz” markalı yük avtomobili keçmiş və Şahin həmin maşında neçə ədəd taya otun olmasını ondan soruşmuş, o isə təxmin edərək ən azı 140- 150 ədəd olacağını demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 onun ehtimalına etiraz edərək orada ən çoxu 80 ədəd ot tayasının olduğunu deyib ona 200 manatdan mərc etməyi təklif etmiş, o isə onunla razılaşdıqdan sonra ona Qabaqçöl istiqamətində təxminən 2 km aralıda olan ot satılan Qabaqçöl vağzalı adlanan əraziyə gedib ot satanlardan bu barədə soruşmasını istəmiş, o isə Şahinin dediyini edərək velosipedlə həmin yerə gedib orada tanımadığı bir nəfər şəxsdən “Kamaz” markalı yük maşınına nə qədər ot tayasının yerləşdiyini soruşduqda ona təxminən 150 ədəddən çox yerləşdiyini demişdir. Bundan sonra o, velosipedlə Şahinin onu gözlədiyi elə həmin yerə gedib Şahinə ot satıcısının onun ehtimal etdiyi sayı dediyini bildirmiş, lakin Şahin ona inanmayaraq yalan danışmasını deyib, velosipedini götürüb onun getdiyi istiqamətdə özü getmiş və təxminən 10-15 dəqiqədən sonra qayıtmışdır. Gəldikdə ona demişdir ki, guya həmin yerdən soruşmuş, ona 80 ədəd ot tayasının yerləşdiyini dediklərini və sonra isə yalan danışdığı təqdirdə özünə nəlayiq söyüşlər işlədərək yalan danışmadığını bildirmişdir. Daha sonra onların evində işləyən öz atasından da əlavə olaraq bu barədə soruşmağı Şahin təklif etmişdir. O, Şahinlə öz evinə getdikdə Şahin atasından xatırlamadığı hansısa yerdə nə vaxtsa boşaldılan ot tayasının neçə ədəd olmasına dair sual vermiş, atası isə dəqiq nə deməsini xatırlamasa da, nəticədə Şahinin dediyinə dair təsdiqləyici cavab vermiş, Şahin isə atasına onların 200 manatdan mərcə girdiklərini bildirməmək üçün atasının yanında ona gülərək “dönəri alıb verərsən” demiş, lakin atası olmayanda təklikdə ona 200 manat uduzduğunu bildirmişdir.Təxminən 2020-ci ilin iyun-iyul aylarında Şahin dostluqlarından istifadə edərək onu Balakən şəhərindəki “Bıçaqlar” adlanan məscidin yanında yerləşən evinə aparaq orada təxminən 1000 ədəd kərpici evin həyətinə boşaltmağa kömək etməsini, bundan təxminən 1 ay sonra isə həmin evinin həyətində ot biçməyə köməklik etməsini istəmiş, o isə hər dəfəsində Şahinə köməklik etmiş, habelə bir dəfə də adını bilmədiyi Balakən rayonu Qazma kəndində yerləşən qaynanasının evinə apararaq orada ondan həyətdə olan təxminən 40 ədəd ağacın fındığını yığmağa köməklik etməsini istəyərək, köməklik edəcəyi təqdirdə həmin zaman Şahinə mərclərdə uduzduğuna görə yığılmış təxminən 700 manat borcdan 100 manat məbləğində borcunu siləcəyini bildirmiş, o da həmin zaman ona fındıq yığmağa köməklik edərək borcundan qabarıq formada olsa da, 100 manat silinmişdir. Lakin Təqsirləndirilən şəxs2 onlarda heç vaxt pulsuz iş görməmişdir. Ona pulu həmişə atası vermiş, lazım olanda isə anasından arada bir 1-2 manat almışdır. Atası ona təxminən 15 yaşından etibarən həftədə 1-2 dəfə 3-5 manat arası pul vermişdir. O da həmin pullardan 1 və ya 2 manat xərclədikdən sonra qalan pulları yığmışdır. Ona görə də onun yığdığı pul olmuşdur. O, Şahinlə Balakən rayonunda görüşəndə gedib hardasa yemək yemiş, ya da çay içmiş və Şahin hesabı yekunda çox hallarda ona mərclərdə uduzduğu puldan çıxmağı təklif edərək ona təxminən 10-20 manat arası pul ödətdirmişdir. 2020-ci ilin təxminən yanvar ayının sonlarında və ya fevral ayının əvvəllərində o, həmçinin bacısının vasitəsi ilə günlük 10 manatdan “lotereya” oynamış və bir gündən bir ondan 10 manat almışdır ki, lotereyaya verməlidir və 2 aydan sonra 20.03.2021-ci il tarixdə 600 manat alaraq onun pulunu da qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Şahinə cəmi 120 manat borc pul vermişdir. Pulları evinin qarşısında Şahinə sonuncu bacısıgilə gedəndə vermişdir. Onun telefonu olmadığından o, evdən çıxanda atasının telefonunu işlətmiş, atası işdə olanda isə mobil telefon həmişə atasında olmuşdur. Atası həftədə hər gün saat 09:00-da evdən çıxmış və saat 17-18 radələrində evə qayıtmışdır. Həmin mobil telefonun nömrəsi ***-***-**-** olmaqla atasının adınadır. Atası Balakən rayonundakı bazarda yerləşən taxıl mağazasında satıcı işləyir. 15.02.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Şahin özünə məxsus ***-***-**-** nömrəsindən həmin zaman atası evdə olduğundan onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək təxminən saat 19:00-da evinin qarşısına yola çıxmasını istəmişdir. O da Şahinin dediyi vaxt yola çıxacağını sonuncuya demiş və təxminən 10-15 dəqiqə sonra atasından telefonu götürüb yola çıxmışdır. Şahin bir qədər gecikmiş, ona görə də o, Şahinin həmin nömrəsinə zəng edərək onun harada qaldığını soruşmuşdur. Şahin isə demişdir ki, “gəlirəm, çatıram”. Təxminən 5 dəqiqə sonra Şahin Balakən rayonu Hənifə kəndindəki uşaq bağçasının qabağına gəlmiş və ona Qazma kəndində olan qaynanasıgil tərəfə gedib-gələcəklərini bildirərək “aşağıya gedib-gələsi yerimiz var, gedək-gələk” demiş, o isə heç nə demədən onunla razılaşmışdır. Şahin orada yoldan keçən “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi maşınını saxlatmış və taksi sürücüsü olan şəhər sakini kimi qiyabi tanıdığı Mehti dayı ilə Qazma kəndindəki qaynanasının evinin olduğu küçənin yuxarı hissəsinə getmişdir. Taksidə hamı tibbi maska taxmaqla o, Şahin, tanımadığı iki nəfər kişi-sərnişin və Mehdi dayı olmuşdur. Tanımadığı iki nəfər sərnişin onlar mindiyi vaxtdan təxminən 2-3 dəqiqə sonra onların getdiyi yol istiqamətində avtomobildən enmişlər. Şahin maşında arxa oturacaqda, o isə Şahin ona qabaqda oturmasını dediyi üçün qabaqda oturmuşdur. Mehti ilə Şahin yolboyu sadəcə havanın soyuq olması barədə danışmışdırlar. Şahinlə Mehtinin tanış olub-olmadıqlarını bilməmişdir. Onlar Balakən rayonu Qazma kənd 2 nömrəli tam orta məktəbdən 100-200 metr aşağıda aralıq yolda Şahinin adını bilmədiyi qaynanasının yaşadığı evin yuxarı hissəsində maşından düşmüşlər. Şahin sürücüyə 2, ya da 3 manat pul da verəndən sonra Mehti maşını sürüb getmişdir. Onlar maşının gəldiyi yol ilə piyada üzü aşağı Şahinin qaynanasının evi tərəfə iri addımlarla getməyə başlamışlar. Şahin yolda onun mərclərdə uduzduğu pulun təxminən 2000 manatdan çox olması, azı 2000 manat olması barədə danışmış, o isə ona həmin pulu verəcəyini bildirdikdə Şahin “Sənin pulunmu var?” demiş, o isə zamanla gələcəkdə verəcəyini demişdir. Lakin Şahin demişdir ki: “Nə pul? Bizim aramızda pul söhbəti ola bilməz. Sənin mənə borcun yoxdu”. Şahin əvvəllərdə ona borcunun olmamasını desə də, sonradan onun ona borclu olduğunu yenidən xatırlatdığından onun bu sözünü ciddi qəbul etməmiş və yenə ona borcunu verəcəyini demiş, lakin Şahin bu səfər ciddi şəkildə “Vallah borcun yoxdu, verməyəsən, lazım da deyil” dediyindən ona inanmışdır. Elə bu ərəfədə həmin küçə ilə Şahinin qaynanasının da evinin qarşısından keçdikdən sonra artıq tanımadığı adını sonradan bildiyi Niyaməddin adlı şəxsin evinin qarşısına çatmaqlarına təxminən 300-400 metr qalmış Şahin ona bir söz deyəcəyini, amma onun gərək bu barədə heç kimə deməməsini bildirmişdir. Şahin yolda bir maşının olduğunu, üzərində isə bir paket olduğunu və həmin paketi qarşıda olan maşına qoyması üçün ona verəcəyini demişdir. Həmin zaman maşın hələ görsənməmişdir. Şahin ona bir daha bu barədə heç kəsə deməməsini tapşırmışdır. O, paketin necə paket olmasını soruşmuş, Şahin isə demişdir ki, “narahat olma, sənlik birşey yoxdur”. Şahindən nə üçün maşına paket qoyduqlarını soruşduqda sonuncu maşının sahibi barədə danışmağa başlayaraq maşının sahibinin cavan oğlan olması, Balakən şəhərindəki yaşadığı evin olduğu küçəyə maşınla gələrək onu narahat etməsi, ona ilişməsi, maşının sahibinin yaxşı adam olmamasını demişdir. Şahinə paketdə nə olduğunu soruşduqda sonuncu paketdə marixuananın olduğunu bildirmiş, o isə marixuanın narkotik maddə olduğunu bildiyindən, yenə nə səbəbə belə bir şey etdiklərini soruşmuş, Şahin də ona narahat olmamasını bildirərək nəlayiq söyüşlər söymüşdür ki, onluq bir iş yoxdur. O, ondan paketi niyə özünün qoymadığını soruşduqda, Şahin avtomobilin sahibi ilə əvvəllər çörək kəsdiyindən özünün qoymaq istəmədiyini bildirmişdir. O, Şahinin bundan sonra nə edəcəyini bilməmiş, ona sadəcə həmin paketi qoyub gedəcəklərini demişdir. O, Şahinə birdən kiminsə görməsi barədə sual etdikdə, sonuncu narahat olmamasını, yanında olduğunu demişdir. O da Şahinə inandığı üçün, habelə onun Şahinə mərclərdə uduzduğu təxminən 2000 manat pulu onun dəqiq olaraq silməsi üçün, habelə ona böyük qardaş kimi güvəndiyi üçün Şahinlə razılaşmışdır. Elə bu ərəfədə artıq əvvəllər tanımadığı daha sonra adının Niyaməddin olduğunu bildiyi şəxsin evinin qarşısına çatmaqlarına təxminən 100 metr qalmış əks istiqamətdə yolun digər tərəfi ilə bir nəfər tanımadığı, qaranlıq olduğu üçün üzünü görmədiyi bir nəfər kişi gəlmişdir. Şahin bunu gördükdə ondan sakit durmasını istəmiş və həmin şəxs gəlib keçdikdən sonra yenidən söhbət etməyə davam etmişlər. Bundan sonra Niyaməddinin evinin qarşısına gəldikdə yolun sağ hissəsində qaranlıq olduğundan dövlət qeydiyyat nişanını görmədiyi “VAZ2106” markalı ön hissəsi evin darvazasına tərəf dayanmış avtomobili Şahin göstərərək həmin avtomobilin qapılarının açıq olduğunu ona bildirib əynində olan köynəyinin üzərindən geyindiyi, önü seplə bağlı gödəkçəsinin ön hissəsini sağ əli ilə aşağı çəkib açaraq yenə sağ əli ilə gödəkçənin sol aşağı hissəsindən əlini salıb gümüşü rəngli yüngül çəkili paket çıxardıb ona uzatmış və həmin paketi həmin avtomobilin ön sol sürücü qapısını açaraq sürücü oturacağının altına qoymasını istəmişdir. O da həmin paketi sağ əli ilə Şahindən alaraq həmin avtomobilə yaxınlaşıb sol əli ilə avtomobilin sürücü qapısını açıb aşağı əyilməklə paketi sol əlinə keçirərək sürücü olan oturacağın alt hissəsinə yerləşdirmiş və daha sonra maşının qapısını yavaşca örtmüşdür. Həmin vaxt Şahin də onun 1 metr aralığında maşının sürücü oturacağı olan tərəfdə durmuşdur. Bundan sonra iri addımlarla Şahinlə oradan uzaqlaraşaraq gəldikləri yol ilə geri qayıtmışlar. Yolboyu Şahin ona heç kimə bu barədə danışmamağı tapşırmışdır. Taksidən əvvəl düşdükləri yerə gəldikdə oradan da Öküzlər Tala kəndi istiqamətində təxminən 2-3 km məsafəni piyada getdikdən sonra açıq sahə də Şahin ona demişdir ki: “Sənə məlumat verəcəm. Həmin məlumatı telefonla demək lazımdır”.O,ona niyə özünün demədiyini soruşduqda,ona demişdir ki: “Paketi sən qoyubsan sən də eləməlisən”. O, avtomobilə qoyduqları paketlə əlaqədar kiməsə zəng edəcəklərini bilmiş,lakin hara zəng edəcəklərini bilməmişdir.Şahin şalvarının sağ cibindən bir ədəd düyməli, qara rəngli köhnə, əvvəllər onda görmədiyi “Nokia” markalı, seriyasını bilmədiyi mobil telefon çıxardıb orada görmədiyi nömrə yığmışdır. Həmin telefon Şahin işlətdiyi həmişəki telefon olmamışdır.Şahinin həmişə işlətdiyi telefonda qara, düyməli, köhnə telefon olsa da, başqa cür olmuş, ona uzatdığı həmin telefon olmamışdır. O, Şahinin yığdığı nömrəni bilməmiş,çünki həmin nömrəyə baxmamışdır. Bundan sonra Şahin bilmədiyi nömrəyə zəng edib telefonu sağ əli ilə onun sol qulağına dirəmişdir. Onun zəng elədiyi yer cavab verəndə isə telefonu özü tutmuşdur.O, həmin nömrə ilə danışanda telefonu götürən şəxs özünü təqdim etdikdə bildirmişdir ki,Balakən rayon polis şöbəsindəndir və özünü təqdim etmişdir. Lakin onun adı yadında qalmamışdır. Bundan sonra o, zəng olunan yerin polis şöbəsinin olmasını bilmiş, bundan əvvəl isə Şahinin hara zəng etdiyini bilməmişdir. O, polis şöbəsinə zəng edildiyini başa düşəndə artıq özünü itirdiyi üçün telefonu söndürə və ya Şahinə geri verə bilməmişdir. O, polislə danışan kimi Şahin cümlələri bir-bir ona demiş o da təkrarlamışdır. Polis ondan adını və soyadını soruşsa da o, Şahinin tapşırığına əsasən polisə adını deməkdən imtina etmişdir. O, polisə Şahinin onu öyrətdiyi kimi demişdir ki, “Qazma 2 nömrəli məktəbindən 700 metr aşağıda Zərərçəkmiş şəxs “VAZ 2106” markalı maşının içərisində narkotik var”. O, polislə danışan zaman danışıqları Şahin eşitmişdir, çünki telefonun səsi yüksək çıxmışdır. Həmin vaxt Şahin maşının nömrəsini də demişdir. Həmin hadisənin üstündən xeyli vaxt keçdiyindən maşının nömrəsi yadından çıxmışdır. Şahin yavaş səslə, asta-asta ona demiş, o isə təkrarlamışdır. O, Şahinin dediklərini deyib qurtardıqdan sonra xəttin digər tərəfində olan polis əməkdaşı yenə bir daha ondan adını soruşanda Şahin telefonu əlindən alıb söndürmüş və telefonu cibinə qoymuşdur. Bundan sonra piyada yol ilə evlərinə getməyə başlamışlar. O, Şahinə biraz tez gəlməsini istədikdə ona ayaq yoluna gedəcəyini deyib biraz qabaqda getməsini istəmiş və ona gəlib çatacağını demişdir. Təxminən 2 dəqiqə tək getdikdən sonra iri addımlarla ona gəlib çatmışdır. Şahinin həqiqətən ayaq yolunamı getdiyini, yoxsa telefonlamı danışdığını bilməmişdir. Onlar yol ilə təxminən 1 saat piyada getmişlər. O, Şahinlə görüşdüyü yerə Hənifə bağçasının qabağına çatandan sonra evə getmişdir. Şahinin yolda kiminləsə telefonla danışmasını görməmişdir. Şahin isə piyada şəhər istiqamətində getməyə davam etmişdir. Növbəti gün təxminən saat 18 radələrində onlar zəngləşərək görüşmüşlər, kimin zəng etməsini unutmuşdur. Onunla təxminən 1 saat rayon ərazisində gəzib evə qayıtmış, avtomobilə paket qoymaqları barədə isə heç nə danışmamışlar, çünki Şahin həmin məsələnin bağlanmasını tapşırmışdır. 17.02.2021-ci il tarixdə isə yenə axşam tərəfi, kimin zəng etməsini xatırlamasa da zəngləşərək Şahin onların evin qarşısına gəlmişdir. Onunla elə evin qarşısında görüşmüş, biraz tüm yemişlər, sonra Şahin getmiş, o da öz evinə qayıtmışdır.18.02.2021-ci il tarixdə təxminən saat 18 ya da 19 radələrində Şahin zəng edib ona demişdir ki, “20 dəqiqədən qapının ağzına çıx gəlirəm”. O, 20 dəqiqə sonra yola çıxmış, Şahin də bir qədər sonra gəlmişdir. Şahinlə gəzə-gəzə evlərindən bir qədər aralıda olan çaylaq tərəfə getmişlər. Şahin ona onun telefonundan 102-yə zəng etmələrini və onun ora yeni məlumatlar vermələri olduqlarını demişdir. O, Şahinə niyə özünün eləmək istəmədiyini soruşduqda ona paketi də, ilk zəngi də onun etdiyindən, bunu da onun etməli olduğunu demiş, həmçinin onluq orada bir şeyin olmamasını bildirmiş və bunu təsdiq edərək and içmiş və söyüş söymüşdür ki, o əmin olsun. Şahin onunla elə danışmışdır ki, o, özünü Şahinin dediklərini eləməyə məcbur hiss etsin. Nəticədə o, Şahinlə razılaşmışdır. Şahin ad və soyad soruşsalar öz adını deməməsini, sadəcə onun dediklərini təkrar etməsini istəmişdir. O, sarı rəngli gödəkçəsinin cibindən “Samsung J2” markalı telefonunu çıxardaraq Şahinə vermiş və Şahin həmin telefonla 102 qaynar xəttinə zəng edib telefonun səsucaldanını qoşub telefonu ona vermiş və ondan təxminən bir metr məsafədə durmuşdur. 102-dən bir nəfər qadın özünü təqdim edərək cavab vermiş və o, özünü Şahinin dediyi Taleh adlı şəxs kimi təqdim etmişdir. Demişdir ki, 3 gün qabaq tutulan həmin şəxsi heç bir tədbir görmədən buraxmışlar. O, telefonu sağ əli ilə sağ qulağına doğru təxminən 20 sm aralıda tutaraq “102” xidməti ilə danışanda Şahin ondan təxminən bir metr aralıda onunla üzbəüz durmuş və ona nə deməli olduğunu aşağı səslə demiş, lakin o, Şahini rahat eşitmişdir. Şahin dedikcə o da telefondakı qadına Şahinin dediklərini təkrarlamışdır. Şahin elə səslə danışmağa çalışmışdır ki, telefondakı qadın onu eşitməsin, lakin o, Şahini eşitmişdir. Həmin zaman onların olduqları yer Hənifə kəndində yerləşən açıq sahədə, çaylaq adlanan ərazi olmuşdur. Telefonla danışıb qurtardıqdan sonra Şahin ona onu polis çağırıb izahat alsalar, yoldan pikap markalı maşının keçməsini və telefonunu istəyib harasa zəng etməsini, hara zəng etdiyini də bilmədiyi deməsini istəmişdir. Şahin ona onu satıb içəri düşsə, “içəridə” ona pis baxacaqlarını və onun pis ad çıxardacağını bildirmişdir. O da ona nəyə görə tutula biləcəyini soruşmuş, o isə ona demişdir ki: “yox yanı birdən tutulub eləsən mənim adımı verməyəsən”. 102 xidmətinə zəng etdikdən təxminən 20 dəqiqə sonra polis şöbəsindən ona zəng gəlmiş və onun harda olduğunu soruşduqdan sonra Hənifə kənd orta məktəbin qarşısına gələ biləcəyini soruşmuşlar, o isə gələ biləcəyini deyib danışığı bitirmişdir. Şahinə onu polislər çağırdıqlarını demiş, Şahin isə ona narahat olmamasını, onun dediklərini polis şöbəsində deməsini ondan istəmiş və Hənifə bağçasının aralığında olan yol ilə harasa getmişdir. O da oradan birbaşa Hənifə məktəbinin qarşısına getmiş və orada onu polislər qarşılayıb, Balakən rayon polis şöbəsinə aparmışlar. Şöbədə o, Şahinin dediklərindən qorxduğu üçün yalandan Şahinin onu öyrətdiyi kimi pikapla bağlı dediklərini polisə demişdir. Təxminən 1 saat yarım ərzində o, polis şöbəsində izahat verib, şöbədən çıxmışdır. Şöbədən çıxandan sonra təxminən saat 22 və ya 23 radələrində o, Şahinin ***- ***-**-** nömrəsinə zəng edib, ona polisdən çıxdığını, gec və havanın soyuq olduğu üçün ondan taksi göndərməsini xahiş etmişdir. Çünki, onda taksi nömrələri olmamış, Şahində isə olmuşdur. Şahin də taksi göndərəcəyini demişdir. Bir az keçəndən sonra o, yenə Şahinə zəng etmişdir. Şahin taksinin olmamasını bildirib piyada onun yaşadığı küçəyə tərəf gəlməsini demişdir. Onlar bir-biri ilə zəngləşərək yerləri barədə bir-birinə məlumat vermişlər. Təxminən saat 22 və ya 23 radələrində o, Şahinlə onun yaşadığı evin yaxınlığındakı “KAPİTAL BANK”-ın köhnə binasının qarşısında görüşmüşdür. Şahin ondan nə baş verdiyini soruşmuş, o da onun öyrətdiyi kimi polisə izahat verdiyini demişdir. Bundan sonra o, piyada evinə getmişdir. 03.03.2021-ci ildə onu yenidən Balakən RPŞ-yə çağırmışlar və orada ona səs yazısına qulaq asdırmışlar. Bundan sonra o, olanları olduğu kimi demiş və polisə izahat vermişdir. O,həmçinin bildirmişdir ki, o, paketi həmin avtomobilə qoyanda bunun arxası ilə bu barədə polisə zəng edib məlumat veriləcəyini bilməmişdir. O, Şahini yaxşı insan kimi tanıdığından sonuncunun avtomobil sahibini tutdurmaq istədiyini ağlına gətirməmişdir. Onun bildiyi nəyinsə olmasını düşünmüş, Şahin ona fikrini deməmişdir. Şahin ona demişdir ki, “sənlik birşey yoxdu”. Paketi qoyduqdan sonra polislə danışıb qurtardıqdan sonra isə polisə yalan məlumat verildiyini başa düşmüş və peşman olmuşdur. Həmin məlumatı o, istəmədən vermiş, Şahinə inanıb onun təsiri altında qalıb, həmçinin qeyd etdiyi kimi ona mərclərdə uduzduğu 2000 manat məbləğində borclu olduğu pulu Şahin sildiyi üçün özünü onun dediklərini etməyə məcbur olduğunu hiss etmişdir. 18.02.2021-ci il tarixdə də 102 xidmətinə zəng edəndə yenə Şahin ona hamısını “sən edibsən bunu da sən eləməlisən” dediyindən, özünü onun dediklərini eləməyə məcbur hiss etmişdir. O, 15.02.2021-ci il tarixdə polis şöbəsinə Şahinin diktəsi üzrə verdiyi məlumatın və Şahid1 avtomobilinə qoyduğu paketin yekunda cinayət olacağını bilməmişdir. Təqsirləndirilən şəxs2 ona hədə-qorxu gəlməmiş, onun şərəf və ləyaqətini alçaltmamışdır. O, Təqsirləndirilən şəxs2la ilk dəfə idi ki, Şahid1 evinin qarşısından keçmiş, əvvəllər həmin yoldan ilə babası Ramazangilə gedəndə keçmişdir. Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə münasibəti olmamış, onları əvvəllər tanımamış, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti olmamışdır.Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 296.2-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 2 ünvanında atası X5, anası X4, arvadı X10, bir yaşlı qızı Gülay, bacısı X6 və sonuncunun azyaşlı oğlu Aqşinlə birlikdə yaşayır. Bacısı Güldanə uzun müddətdir ki, Balakən şəhər sakini Rövşən Bayramovdan ayrılaraq onlarla birlikdə yaşamışdır. 4 bacısı var, evin tək oğludur. Bacısı Güldanə onlarla birlikdə, Nuranə Yüzbaşıyeva və Cəmilə Bilalova isə öz ailələri ilə birlikdə Hənifə kəndində, digər bacısı isə X13 rayonunun Nərimanabad kəndində yaşayır. O, əvvəllər atasına köməklik edərək fəhlə qismində fərdi əməklə məşğul olmuşdur. 2021-ci ilin aprel ayının ortalarından etibarən Daxili İşlər Nazirliyinin Regional Zaqatala mühafizə xidmətində mühafizəçi vəzifəsində işləmişdir. O, təxminən 2018 və ya 2019-cu ilin ortalarına qədər “Riyad Mühafizə Şirkəti”ndə 1 il mühafizəçi işləmişdir. Atası hörgü və suvaq ustasıdır. 2019-cu ildən atası ilə o birlikdə işləmişlər. Təxminən 2017-ci ildə atası Balakən rayonu Hənifə kəndində Şahid2 evində suvaq işi görməyə razılaşmış və onlarda işləmişdir. O da Riyad mühafizə Xidmətindən işdən çıxdıqdan sonra gedib atasının yanında fəhlə kimi Şahid2 evində işləməyə başlamışdır. Təxminən 2020-ci ilin noyabr ayında o, atası ilə həmin evdə divar kağızı və döşəməyə lak vurmuşlar. Şahid2 evində işləyərkən onun həmin zaman 17 yaşı olan oğlu Təqsirləndirilən şəxs1lə münasibəti yaranmışdır. Şaban ona yaxınlaşıb söhbətləşmişdir. Beləliklə, onların aralarında tanışlıq yaranmışdır. Şaban ondan 7 yaş balaca olmuşdur. Onlar Şahid2 evində təxminən 2020-ci ilin noyabr ayının sonlarında təmir işlərini görüb qurtarmışlar. Onlar Şabangilin evindəki təmir işlərini yekunlaşdırıb evdən çıxdıqdan sonra Şaban özünün mobil telefonunun olmaması səbəbi ilə tez-tez atasının istifadəsində olan bəzən anasının xatırlamadığı nömrəsi ilə adətən isə atasının 050-470-lə başlayan nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etməyə başlamışdır. Şaban zəng edərək ondan hal-əhval tutmuş, söhbətləşmək üçün görüşmək istədiyini demişdir. Şaban yaşca ondan çox balaca olduğundan o, Şabanla heç bir əlaqə saxlamamış və onunla görüşməkdən imtina etmişdir. Şabanla heç vaxt çıxıb rayonda hardasa oturub çay içməmişlər və ya çörək yeməmişlər. Buna baxmayaraq Şaban tez-tez ona zəng vurub onu narahat etmişdir. O, müxtəlif bəhanələr gətirsə də Şaban tez-tez ona zəng edib, onu bezdirmişdir. Həmişə Şaban ona zəng etmiş, o isə Şabana demək olar ki, zəng etməmişdir. O, Şabana yalnız sonuncu ona zəng etdikdə onun da həmin zəng zamanı görmədikdə sonradan bunun fərqinə vardıqda Şabanın atasının zəng edib iş təklif edə biləcəyini fikirləşdiyi üçün geri ona zəng eləmişdir. Şaban aradabir bacısı Güldanənin azyaşlı oğlu Aqşinin telefonuna atasının telefonundan “whatsapp” tətbiqi vasitəsi ilə zəng edib onu soruşmuşdur. O, Şabanın zənglərini açmayanda sonuncu aradabir anasının nömrəsindən də onu yığmışdır. O, anasının nömrəsini bilmədiyi üçün zəngi açmışdır. O, Şabanla sonuncunun evində işlədiyi vaxt istisna olmaqla uzunmüddətli görüşməmiş, onunla heç bir kafeyə getməmişdir. O, Balakən rayonu Hənifə kəndində yaşayan bacısı Cəmiləgilə qonaq gedəndə yolda təxminən 3-4 dəfə Şabanla rastlaşmışdır. Onun bacısının evinə Şabangilin evinin olduğu küçədən keçib gedilmişdir. Həmin vaxt Şaban küçədə qaçaraq idman edəndə onunla rastlaşıb ayaqüstü söhbətləşmişlər. Əlavə olaraq Şabanla sonuncunun evinin qabağında və atasının işlədiyi bazardakı yerində rastlaşanda salamlaşmışdır. Bundan başqa Şaban təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində onun bacısı Cəmiləgilə odun doğrayan motorla işləyən vasitəni götürmək üçün gələndə görmüşdür. Onun Şabanla münasibəti elə də yaxın olmamışdır. Təxminən 2020-ci ilin oktybar ayından başlayaraq 2021-ci ilin fevral ayının 22-nə kimi həftədə ən azı 3 gün saat 22-23 radələrində anası ona zəng edərək Şabanın harda olduğunu soruşmuş, o, isə Şahid3 Şabanın onunla olmadığını, onun harada olmasını bilmədiyini demişdir. O, anasının nömrəsini elə həmin vaxtdan, yəni təxminən 2020-ci ilin oktyabr-noyabr aylarından bilmişdir. Ondan qabaq həmin nömrə ilə nə Şabanla nə də ki anası ilə danışmamışdır. Atasının nömrəsini isə Şabanla tanış olduğu gündən bilmişdir. Onun nə Şabanla, nə də onun valideynləri ilə heç bir, mübahisəsi, münaqişəsi, düşmənçiliyi və ədavəti olmamışdır. Onun onlarla normal münasibəti olmuşdur. 15.02.2021-ci il tarixdə axşam təxminən saat 19 radələrində Şabanın atasının nömrəsindən onun ***-***-**-** saylı nömrəsinə buraxılmış zəng olduğundan o, Şabana bir dəfə zəng edib danışmışdır. Həmin zaman Şaban boş yerə zəng edib onunla görüşmək istədiyini bildirmiş, o isə Şabana yorğun olduğu üçün evə gedib dincələciyini bildirmişdir. O, Şabanla danışan zaman Gülzan kəndində olmuşdur. Bundan sonra o, Şabana zəng eləməmiş, lakin sonuncu ona zəng edib-etməməsini unutmuşdur. 18.02.2021-ci il tarixdə saat 08:30-dan etibarən yenə atası ilə birlikdə Gülzan kəndində Əmirxanın evində həmin günü saat 19:30-dək işdə olmuş və daha sonra Əmirxanın avtomobili ilə gələrək saat 20:00-da yaşadığı evdə olmuşdur. Həmin günü o, saat 22 radələrində Şaban atasının nömrəsindən onun ***-***-**-** saylı nömrəsinə zəng edərək onunla işinin olduğunu bildirib Kapital Bankın köhnə binasının qarşısına gəlməsini istəmişdir. O da Şabanın istəyi üzrə təxminən saat 22 radələrində sonuncunun dediyi Kapital Bankın köhnə binasının qarşısına gəlmişdir. Orada ona rayon ərazisində Hənifə yolunda idman edən zaman pikap markalı avtomobilin ona yaxınlaşaraq sürücünün ondan danışmaq üçün telefon istədiyini və onun da sürücüyə telefon verdiyini və həmin şəxsin də polisə zəng etdiyi üçün onu polis şöbəsinə izahat verməsi məqsədi ilə çağırdıqlarını və polis şöbəsində izahat verərək gec çıxdığını bildirmişdir. O, Şabandan nə səbəbə telefonu verdiyini soruşduqda sonuncu bilmədən səhv etdiyini demişdir. Daha sonra Şaban ondan evə getmək üçün taksi çağırmasını istəmiş, o da Tülü kənd sakini Səməd adlı taksi sürücüsünün xatırlamadığı nömrəsinə zəng edərək gəlməsini istəmiş, lakin sonuncu içkili olduğu üçün gələ bilməyəcəyini dediyindən o, Şabanı yolun yuxarı hissəsinə kimi, “Sabirin döngəsi” adlandırılan yerədək ötürmüş, daha sonra isə sonuncu evə getmiş, o isə öz evinə qayıtmışdır. Bundan təxminən 10 dəqiqə sonra Şaban yenə ona zəng edərək evə çatdığını bildirmişdir. Bundan 3 dəqiqə sonra Şaban yenə ona zəng edib atasına deməməsini istəmiş, o isə yaxşı demişdir. Daha sonra bu səfər o, Şabanın atasının telefonuna zəng edib sonuncuya baş verənləri atasına bildirməsini istəmişdir. Bundan başqa həmin günü daha danışıqları olmamışdır. Həmin gündən sonra o, Şabanla görüşməmişdir.15.02.2021ci il tarixdən 16.02.2021-ci il tarixə keçən gecə saat 12 radələrində o, həyat yoldaşı Nuraydan eşitmişdir ki, sonuncunun rayonun Qazma kəndində yaşayan bacısının qaynı, yəni onun bacanağının qardaşı Niyaməddinin maşınında polislər narkotik vasitə tapmışlar. O, 16.02.2021-ci il tarixdə Niyaməddinin atası Şahid1 zəng edib bu barədə maraqlanmış, sonuncu da kiminsə onların maşınına narkotik vasitə atmasını demişdir. Famil ona maşınına narkotikin kimin qoymasından şübhələnməsi barədə heç nə deməmişdir. O, Familə “Allah kömək olsun” demiş və sağollaşmışdır. Onun Niyaməddin və sonuncunun atası Famil ilə münasibəti yaxşı olmuş, onlarla heç bir ədavəti, münaqişəsi və düşmənçiliyi olmamışdır. Onun onlara gediş-gəlişi olmuşdur. Amma bacanağı əvvəllər Qazaxıstanda işləyib-yaşadığı və sonradan hərbi xidmətdə olduğu üçün ora az-az getmişlər.Təxminən 2021-ci ilin mart ayının əvvəlində onu Balakən RPŞ-yə izahat verməsi üçün çağırmışlar. Yolda polis əməkdaşları ilə rastlaşıb, polis şöbəsinə getmişdir. Orada ondan niyə Təqsirləndirilən şəxs1 102-yə zəng elətdirməyi barədə soruşmuşlar, o isə onlara Şabanı tanıdığını, lakin ona heç bir zəng elətdirmədiyini demişdir. Sonra şöbədə ondan izahat almışlar, o da izahatı imzalayıb şöbədən çıxmışdır. O, izahat verdikdən sonra Niyaməddinin maşınına içində narkotik olan paketi Şabanın qoymasını bilmişdir. Şaban polislərə guya ona bunu eləməyi və bu barədə polisə zəng eləməyi onun dediyini bildirmişdir. O, polislərə bunların hamısının yalan olması və Şabanın ona şər atması barədə izahat vermişdir. Şaban ona şər atmış, o, onu heç nəyə məcbur etməmişdir. O, ümumiyyətlə Şabanla 2021-ci ilin fevral ayının əvvəlindən sonuna qədər 18.02.2021-ci il tarixdəki görüşləri istisna olmaqla görüşməmişdir.Onun təxminən 2020-ci ilin dekabr ayından istifadəsində həyat yoldaşının adına olan ***-***-**-** nömrəli “SAMSUNG” markalı mobil telefon olmuşdur. Əvvəllər, təxminən 2020-ci ilin noyabr-dekabr ayına kimi isə ***-***-**-** nömrəsindən istifadə etmişdir. Həmin nömrə də həyat yoldaşının adına olmuşdur. Bu iki nömrəni istifadə etmiş, başqa nömrə istifadə etməmişdir. ***-***-**-** saylı nömrə 2020-ci ilin noyabr, ya da dekabr ayında yanmışdır. O, təxminən 08.02.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək hər gün səhər saat 08:30-dan saat 19:00-dək Balakən rayonu Gülzan kəndində yaşayan atasının xalası oğlu Əmirxangildə atası ilə birlikdə altıaçıq düzəltmişlər. Ona görə də dəqiqliyi ilə 15.02.2021-ci və 18.02.2021-ci il tarixlərdə o, həmin vaxt səhər saat 08 radələrindən axşam saat 19:30-dək Gülzan kəndində atası ilə birlikdə olmuşdur. 19:30-dan sonra isə onları avtomobillərinin olmaması səbəbi ilə və rayon daxili marşurutlar işləmədiyindən Əmirxan “VAZ-21015” markalı sonu 503 olan dövlət qeydiyyat nişanlı avtomobili ilə onu və atasını yaşadıqları Balakən şəhəri, M. Əsədov küçəsindəki evlərinə gətirib düşürmüş və o, həmin günlərdə evdə olmuş, ola bilsin evdən çıxıb evin ətrafındakı mağazaya və ya azyaşlı uşağına görə aptekə getmişdir. O,həmçinin göstərdi ki, Niyaməddinin maşınına qoyulmuş paketdəki kibrit qutularının üzərindəki yazıları o yazmışdır. Həmin yazıları Şabanın atasının xahişi ilə yazıb sonuncuya vermişdir. Cəlal Mehdiyevin həmin kibrit qutularından hansı məqsədlə istifadə edəcəyindən məlumatı olmamışdır. O, Niyaməddinin maşınına qoymaq üçün Şabana paket verməmiş, ona zəng etdirməmiş,onun bu işlə heç bir əlaqəsi olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Balakən rayonu Qazma kəndində atası Şahid1, anası Hədiyyə Bayramova, qardaşı Ələddin Bayramov, sonuncunun arvadı Lalə Bayramova və onların 2 yaşlı oğlu Ozal Bayramovla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxslərdən Şaban Mehdiyevi tanımamış, Təqsirləndirilən şəxs2 isə qardaşı Ələddinin bacanağıdır. Onunla Ələddinin və atasının münasibəti yaxşı olmuşdur. O isə cəmi 1-2 dəfə Şahini görmüş, sonuncu ilə əlaqəsi olmasa da hər dəfə görüşəndə salamlaşmış, yəni aralarında heç bir problem olmamışdır. Özü Qazaxıstan Respublikasının Almatı şəhərində restoranda kababçı işləmiş, təxminən 7 il Almatı şəhərinə gedib-gəlmişdir. Orada müxtəlif işlərdə işləmiş, sonuncu dəfə il yarım müddətində Almatı şəhərində qaldıqdan sonra 09.02.2021-ci il tarixdə Balakən rayonu Qazma kəndinə gəlmişdir. Qardaşı Ələddin də əvvəllər onunla birlikdə Almatı şəhərində işləmiş, lakin 2020-ci ilin təxminən fevral ayının sonlarında sənədlərinin qaydasında olmaması səbəbi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Ələddin bura gəldikdən sonra isə MAHHXHQ kimi 2020-ci ilin avqust ayından etibarən N saylı hərbi hissədə xidmətə başlamış, daha sonra isə Vətən müharibəsi başlayan kimi döyüşlərə qatılaraq döyüşlərdə iştirak etmişdir. 2021-ci ilin fevral ayının 15-də saat 12 radələrində o, atasına məxsus olan, etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı, “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhər mərkəzinə Sevil adlı nişanlısı ilə görüşmək üçün getmişdir. O, avtomobilini Balakən şəhəri “Bayraq Meydanı” adlanan ərazinin yaxınlığında yerləşən “Gülbakery” şirniyyat evinin qarşısında saxlayıb avtomobildən düşmüşdür. Həmin yerə birlikdə gəlmiş nişanlısı ilə həmin şirniyyat evinin ikinci mərtəbəsinə qalxıb təxminən 2 saat orada çay içib söhbət etmişlər.Həmin müddət ərzində avtomobili şirniyyat evinin qarşısında pəncərələri örtülü, lakin qapıları açıq olmuş, çünki, avtomobilin arxa sol sərnişin qapısı nasaz olması ilə əlaqədar bağlanmadığından ümumiyyətlə heç bir qapını bağlamamış, həmçinin avtomobili şirniyyat evinin qarşısında saxladığından həmin şirniyyat evinin ikinci mərtəbəsinin pəncərəsindən baxdıqda avtomobili görmüşdür.Nişanlısı ilə şirniyyat evindən çıxdıqdan sonra onu taksi ilə öz evlərinə yola salmış, özü isə tək avtomobillə yaşadığı Qazma kəndindəki evə qayıdıb avtomobili evlərinin darvazasının küçə hissəsində qapıları açıq vəziyyətdə saxlayıb evə gəlmişdir. O, evə gələn kimi atası “VAZ2106” markalı “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobillə tək işi ilə bağlı Gülzan adlanan kənddə getdiyini deyib getmişdir. Həmin günü təxminən saat 19:30 radələrində atası yeznəsi Adil Qurbanovla evə gəlmişlər. Avtomobili evin darvazasının qarşısında, avtomobilin ön hissəsini evin darvazasına tərəf, qapıları da açıq vəziyyətdə saxlamışdır. Evdə həmin zaman o, atası, anası, Lalə Bayramova, azyaşlı Ozal və atasının yeznəsi Adil olmuşdur. Həmin günü təxminən saat 21 radələrində qonşuları Anar Bodurov atasına zəng edərək evlərinin qarşısında yolun əks tərəfində polis avtomobilinin dayandığını, onun evinəmi gəldiklərini soruşmuş, atası isə Anarın sözlərinə əhəmiyyət vermədən onlarlıq bir məsələnin olmadığını demişdir. Həmin zəngdən təxminən 40 dəqiqə sonra evlərinin həyətinə 2 nəfər tanımadığı mülki formada sonradan polis əməkdaşlarının olduğunu bildiyi şəxslər gələrək Familin kim olduğunu soruşmuş və bu zaman onlar döyüşlərdə olan qardaşının şəhid olmasından ehtiyat edərək, onların belə bir xəbəri vermək üçün gəldiklərini düşünmüşlər. Atası onları qarşılamış və nə istədiklərini soruşmuşdur. Onlar polis şöbəsinə onların avtomobilində narkotik maddə saxladıqlarına dair məlumat daxil olduğunu bildirmişlər. Bu zaman atası onlara bunun yalan olduğunu deyərək avtomobillərinə baxış keçirmələrinə etiraz etməmişdir. Onlar avtomobilə baxış keçirən zaman avtomobilin sürücü oturacağının altında gümüşü sellofana bükülmüş bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamaya baxış keçirilən zaman oradan 6 ədəd kibrit qutusunda marixuanaya oxşar bitki kütləsi və 1 ədəd kibrit qutusunda civəyə oxşar maddə aşkar edilmişdir. Onlar bunu bildikdə çox təəccüblənmişlər, çünki ümumiyyətlə onların ailəsində heç buna qədər marixuananın nə olduğunu bilən olmamışdır. Nə o, nə onun atası heç vaxt narkotik maddə istifadə etməmişlər. Həmin bağlamanın atasının avtomobilindən necə çıxmasını başa düşməmişdir. Daha sonra atasının razılığı ilə evə də baxış keçirilmiş, lakin evdən qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra onu və atasını izahat vermələri üçün polis şöbəsinə dəvət etmişlər. Onlar həmin günü polis şöbəsində izahat verdikdən sonra evə qayıtmışlar. Daha sonra təxminən 2021-ci ilin mart ayının əvvəllərində onu və atasını polis şöbəsinə dəvət etmişlər və orada onlara avtomobildən tapılmış marixuanaya oxşar bitki kütlələrinin narkotik maddə olmadığını bildirmişlər. Həmçinin ona məlum olmuşdur ki, polis şöbəsinə zəng edib onların avtomobillərində narkotik maddənin olması barədə xəbər vermiş şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Onların avtomobilində tapılan bağlama ilə onların heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunli ifadə verərək ifadəsində onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində arvadı Şahid3, oğlu Təqsirləndirilən şəxs1 və 15 yaşlı qızı Günel Mehdiyeva ilə birlikdə yaşayır. O, Balakən rayonundakı bazarda taxıl satışı ilə məşğul olmuşdur. Təxminən 2017-ci ildə həyətlərində yeni tikilmiş evin daxilinin təmir işlərinə başlanılmışdır. Həmin təmir işlərində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 və sonuncunun atası İsmayıl da işləmişlər. Onlar pul qarşılığında evin suvaq, divar kağızı və tavan işlərini yerinə yetirmişlər. Onlar evlərində 2020-ci ilin sentyabr ayına kimi işləmişlər. Belə ki, o, pulu olduqca təmir işlərini fasilələrlə davam etdirmişdir. Ona görə də təmir işləri bu qədər müddət çəkmişdir. Şahinlə atası evində təmir işlərini yerinə yetirdiyi vaxtlarda Şabanla Şahinin arasında dostluq münasibətləri yaranmışdır. Onlar həftədə təxminən 2-3 dəfə, çox vaxt saat 17-dən sonra görüşmüşlər. Şahin arada onların evinə də gəlib onlara da qonaq olmuşdur. Şahinlə onun və ailə üzvlərinin münasibəti yaxşı olmuşdur. Şaban özünün mobil telefonu və ya başqa hər hansı bir nömrəsi olmadığından Şahinlə onun mobil telefonu vasitəsi ilə ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış, o, evdə olmayanda, telefonu da özündə olduğundan Şaban anasının telefonu ilə ***-***-**-** saylı nömrəsindən istifadə etmişdir. O, hər gün işdən təxminən saat 17:00 və 18:00 arası gəldikdən sonra telefon lazım olanda telefonu Şabanda olmuşdur. Şaban harasa getdikdə də onun telefonunu götürmüşdür. Şabanın başqa telefonu və ya nömrəsi olmamışdır. Şabanın dostu sadəcə Şahin olmuş və hər zaman sadəcə Şahinlə danışıb onunla əlaqə saxlamışdır. O, Şahini yaxşı biri kimi tanıdığı üçün Şahinin ondan 7 yaş böyük olmasına baxmayaraq Şabanın onunla dostluq etməsinə heç vaxt etiraz etməmişdir. Çünki bildiyi qədəri ilə pis vərdişləri olmayan biri olmuşdur. Həmçinin onun atasını da yaxşı, zəhmətkeş insan kimi tanımışdır.15.02.2021-ci il tarixdə saat 09 radələrində işə getmiş və işdən çıxıb təxminən saat 17 radələrində evə gəlmişdir. Həmin zaman həyat yoldaşı Günay, qızı Günel və Şaban evdə olmuşdur. Həmin günü təxminən saat 18 və ya 19 radələrində onun telefonuna Şahinin ***-***-**-** nömrəsindən zəng gəlmiş və həmin zaman Şabanda olan telefonunu oğlu açaraq onunla nəsə danışıb və anasına Şahinlə gedəsi yerinin olmasını bildirib, harasa getmişdir. Bu barədə ona daha sonra həyat yoldaşı demişdir. Həmin günü o, tez yatdığından Şabanın evə nə vaxt gəlməsini bilməmişdir. Şaban həmişə adətən saat 22:00-dək evdə olmuşdur. Çox güman ki, həmin günü də axşam saat 9-10 arası evə gəlmişdir. Növbəti gün, o, 16.02.2021-ci il tarixdə saat 08 radələrində yuxudan oyanıb işə getmişdir. Həmin zaman Şaban yatmışdır. Həmin gün və əvvəlki gün Şabanın Şahinlə görüşüb-görüşməməsini bilməmişdir. Ya həmin gün və ya 17.02.2021-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs2 onun iş yerinə gəlmiş və ondan hal-əhval tutduqdan sonra elə söhbət əsnasında ona bacanağının qardaşının maşınından narkotik maddənin tapıldığını və onun şöbəyə aparıldığını demiş, o da buna əhəmiyyət verməmiş, o, onun bacanağıgili tanımamışdır. Şahin bazar tərəfə ümumiyyətlə tez-tez gəlib-getmiş, onunla isə həftədə heç olmasa bir dəfə görüşüb hal əhval tutmuşdur. 18.02.2021-ci il tarixdə saat təxminən 17-18 radələrində evə gəlmiş, təxminən 18 və ya 19 radələrində Şaban onun telefonunu da götürüb yola çıxıb gələcəyini deyərək evdən çıxmışdır. Şaban hər axşam evdən çıxıb kəndin içərisində qaçıb idman etmiş, hərbi xidmətə gedəcəyi üçün fiziki olaraq özünü hazırlaşdırmışdır.Ona görə də onun yenə qaçmağa getdiyini düşünmüşdür. Şaban getdikdən təxminən 2-3 saat sonra arvadı Şabanın gec gəlməsi səbəbi ilə öz nömrəsindən Şabanda olan öz telefonuna zəng etmiş və Şaban zəngə cavab verərək biraz sonra gələcəyini demişdir. Bundan təxminən 30 dəqiqə sonra Şaban evə gəlmişdir. Şaban evə gəldikdə sonuncudan evə niyə gec gəldiyini soruşduqda Şaban polis şöbəsində olduğunu, evdən çıxdıqdan sonra pikap avtomobili ilə gələn bir nəfər şəxsin mal bazarı adlanan ərazinin yaxınlığında ona azdığını bildirərək zəng etmək üçün telefon istədiyini, Şaban isə həmin şəxsə telefon verdikdən sonra həmin şəxsin kiminləsə avtomobilin içərisində danışdığını və daha sonra telefonu ona qaytarıb çıxıb getdiyini, daha sonra isə həmin zəngə görə onun polis şöbəsinə çağırdıqlarını, orada izahat verərək gəldiyini bildirmişdir. Bundan sonra həyat yoldaşı ilə o, Şabanı tanımadığı adama telefon verdiyinə görə tənbehləmişlər. Bundan sonra 19.02.2021-ci il tarixdə saat 15 radələrində Şahin onun iş yerinə gələrək Şabanın dünən axşam şöbəyə aparmaqları barədə soruşmuş, o isə ona hardan bildiyini soruşduqda ona Şaban şöbəyə aparılan zaman yolda Hənifə məktəbinin qarşısındakı mağazanın qarşısında dayanmış Hənifə kənd sakini soyadını xatırlamadığı Kamaldinin oğlunun gördüyünü bildirib, ondan Şabandan nə soruşduqlarını, Şabanın nə dediyini soruşmuş, o isə Şahinə Şabanın gedib izahat verdiyini, ciddi bir məsələnin olmadığını demişdir. Daha sonra o, axşam evə gedəndə həyat yoldaşı Günay ona Şahinin həmin gün saat 10 radələrində evə də gəldiyini ondan da Şabanın polis şöbəsində nə dediyi barədə soruşduğunu demişdir. Həmin günü Şabanla söhbət edib-etməməsini bilməmişdir. Bundan sonra həmin gündən etibarən Şahin 03.03.2021-ci il tarixədək onun iş yerinə ən azı iki gündən bir gələrək Şabanın daha polis şöbəsinə çağırılıb-çağırılmaması barədə soruşmuşdur. 03.03.2021-ci il tarixdə saat 10 radələrində o, işdə olan zaman Balakən rayon polis şöbəsindən onun telefonuna zəng gələrək Şabanı polis şöbəsinə izahat verməsi üçün çağırmışlar. Bundan sonra Şabanla o, polis şöbəsinə getmiş və orada Şabana səs yazısını dinlətmişlər və həmin zaman Şabanın polis şöbəsinə zəng edərək Niyaməddin adlı şəxsin avtomobilində narkotik vasitənin olması barədə məlumat verməsini bilmişdir. Bundan sonra Şaban etiraf edərək həmin zəngi Şahinin istəyi üzrə etdiyini bildirmişdir. O,həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 qarşı hədə-qorxu gəlmə halları olmamış, onlar dost olmuşdur. O və oğlu Şahid1 və onun ailə üzvlərini tanımamışdır. Şahin bir dəfə Şabanı öz yaşadığı evə çağıraraq evin həyətində olan otları təmizləməyə kömək etdirmişdir. Bu barədə həmin zaman Şaban evdən gedərkən demişdir. Daha sonra Şaban əlavə olaraq Şahinin onu öz qaynanasının evində fındıq yığmağa apardığını və bir dəfə də öz evinin həyətinə kərpicin boşaldılmasına kömək etdiyini bildirmişdir. Ancaq Şaban bunları Şahini özünə dost bildiyi üçün etmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs2 kibrit qutularının üzərinə yazı yazmasını xahiş etməmişdir. Yazı yazmaq lazım olsa özü yazardı,yaxud da uşaqlarına yazdırardı. Şahinin bu barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 əri Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir, O, əlavə olaraq göstərmişdir ki,***-***-**- ** nömrəsi Təqsirləndirilən şəxs2 nömrəsidir və həmin nömrə ilə Şaban əlaqə saxlamışdır. Ümumiyyətlə Şahindən zəng gələn zaman telefona cəmi bir iki dəfə Şaban yanında olmadığı üçün cavab vermiş, o da cavab verib Şabanın yanında olmadığını demiş, Şahin isə Şaban gələndə ona zəng etməsini Şabana deməsini istəmişdir, həmin danışığın nə vaxt olmasını xatırlamır. Digər hallarda Şahinin zənglərinə Şaban cavab vermiş, onun telefonu ilə də Şahini Şaban yığıb danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində anası Mirvari Taralova və bacısı Gülsüm Taralova ilə birlikdə yaşayır. Onun 3 qardaşı var, onlardan Azad subaydır və təxminən 10 ildir ki Bakı şəhərində yaşamış, digər iki qardaşları Elton və Mehman isə təxminən 3 ildən çoxdur ki, Ukraynanın Xarkov şəhərində yaşayırlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 tanımır. ***-***-**-** saylı mobil nömrəni hal-hazırda işlətdiyi ***-***-**-** saylı nömrə ilə birlikdə hərəsinə 3 manat məbləğində pul verməklə təxminən 2021-ci ilin yanvar ayında Balakən rayonunda yerləşən “Bayraq meydanı” adlanan ərazinin yaxınlığındakı mobil telefon və nömrələrin satışı mağazasından Şahid5 bacısı ilə birlikdə almışdır. ***-***- **-** saylı nömrəni bacısı Gülsüm istifadə etmiş, digər ***-***-**-** saylı nömrəni isə o, özü üçün götürmüşdür. Nömrəni alan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığından hər iki nömrəni Gülsümün adına almışlar. Aldığı həmin nömrə işləmədiyi üçün onu təxminən 1 həftə sonra təxminən saat 18-19 radələrində aparıb tək Pərvizə geri qaytarmışdır. Pərvizə nömrənin işləməməsini bildirmiş və Pərviz nömrəni götürüb oradakı vitrinin üzərinə qoymuşdur. Daha sonra həmin nömrənin kimə verilməsi barədə heç bir məlumatı olmamışdır. Həmin nömrə ilə nə onun nə də ki, bacısı Gülsümün heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki,o,uzun müddətdir Balakən rayonunda, Heydər Əliyev prospektində, “Bayraq meydanı” adlanan ərazinin yaxınlığında yerləşən “SP Telekom” adlı mağazada mobil telefonların və mobil nömrələrin satışı ilə məşğul olur. Gülsüm və Şahid4 bacılarını uzun müddətdir tanıyır. Gülsüm təxminən 1 il əvvəl onun yanında təxminən bir ay işləmiş, lakin daha sonra işdən çıxmışdır.Gülsümün vasitəçiliyi ilə Ülviyyəni də tanımışdır. Gülsüm Ülviyyə ilə birlikdə təxminən 7 ay əvvəl onun işlədiyi yerə gələrək iki ədəd nömrə almışlar. Bir nömrə Gülsümün istifadəsində olan ***-***-**-** saylı nömrə olmuş, digər nömrə isə əvvəli Gülsümün nömrəsi ilə eyni, yəni 050-789-74, lakin son iki rəqəmini unutmuşdur. Həmin zaman Ülviyyənin üzərində şəxsiyyət vəsiqəsinin olmaması və yalnız Gülsümün üzərində şəxsiyyət vəsiqəsinin olması səbəbindən hərəsini 3 manat məbləğində olmaqla hər iki nömrəni Gülsümün adına alıb getmişlər. Bundan təxminən 4-5 gün sonra Ülviyyə tək bir daha onun işlədiyi yerə gələrək bacısı Gülsümün adına satdığı əvvəli 050-789-74 olan son iki rəqəmini unutduğu nömrəni, nömrə yuvasından çıxardılmış, qutusuz, balaca sim kartı ona verərək həmin nömrəni işlədə bilmədiyini, həmin nömrənin balansını artıra bilmədiyini deyib ona təhvil vermişdir. O da həmin nömrəni mağazada oturduğu masanın üzərinə qoymuş, daha sonra həmin nömrəni hara qoymasını xatırlamır. Həmin nömrəni o, bundan sonra heç kimə satmamış, özü də istifadə etməmiş, lazımsız əşya kimi mağazada harasa atmışdır. Lakin daha hal-hazırda mağazasında elə bir nömrə yoxdur, kimin götürməsini dəqiq bilməmişdir. O,həmçinin göstərdi ki, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1, Balakən rayonu, Qazma kənd sakinləri Şahid1 və Zərərçəkmiş şəxs tanımır, yalnız Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır. Şahinlə o, təxminən 2-3 il olar ki, birbirilərini tanıyırlar. Onunla bu ilin may ayına qədər dost olmuşlar. Lakin daha sonra dostluq etməmişlər. Şahin onun işlədiyi mağazaya tez-tez gəlib-getmiş, sohbət etmişlər. O, onun mağazasında təxminən 2 il əvvəl “iphone 5S gold” markalı mobil telefon almışdır. Eyni zamanda 20.02.2021-ci il tarixdə Şahinin ona qeyd olunan tarixdən təxminən 4-5 gün əvvəl satmaq üçün vermiş olduğu sadə işlənmiş seriyasını xatırlamadığı “Nokia” markalı mobil telefonu tanımadığı biri qadın biri isə kişi olmaqla mağazasına gələn şəxslərə 20 manata satmışdır. Şahin 21.02.2021-ci il tarixdə isə günorta saatlarında onun mağazasına gəlmiş, ona vermiş olduğu “Nokia” markalı telefonu 20 manata satdığını bildirmiş və Şahin həmin məbləğdən 10 manatı özünə götürmüş, 10 manat məbləğində pul isə ona qazanc qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Balakən rayonu Qazma kənd İƏD-ə daxil olan Bedağar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 3 övladı vardır. O, təxminən bir ildir ki, özünə məxsus gümüşü rəngli “QAZ 3110” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı pikap tipli avtomaşınla yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur.O, heç vaxt 102-yə zəng etməmiş və ora Zərərçəkmiş şəxslə bağlı heç bir məlumat verməmişdir. 102-yə məlumatı onun adından vermişlər. Onun həmin məlumatı kimin verməsindən xəbəri olmamışdır. O, Şambul kəndində, deyil, Bedağar kəndində yaşayır. Şambulbinə kəndi yaşadığı kəndlə həmsərhəddir. Kimsə onun səhvən Şambulbinə kəndində yaşadığını bilərək elə məlumat vermişdir. Zərərçəkmiş şəxs onun dostu Ələddinin qardaşıdır. Onun həm Niyaməddin, həm də Ələddinlə münasibətləri çox yaxşıdır. Onlarla hər hansı mübahisəsi və münaqişəsi olmamışdır. O, Ələddin və Niyaməddinlə birlikdə Qazaxıstanda da bir yerdə olmuş və münasibət saxlamışlar. 15.02.2021-ci il tarixdə saat təxminən 16-17 radələrində qızını aparıb Ələddingilə qoyumuş, özü isə həyat yoldaşı ilə işləri ilə bağlı getmişlər. Həmin gün axşam saat təxminən 20-21 radələrində o, yenidən qızını Ələddingildən götürmüşdür. Həmin vaxt Ələddinin atasının maşını giriş darvazalarının qarşısında olmuşdur. O, qızını götürüb özünə məxsus pikap tipli maşını ilə öz evinə getmişdir. Həmin vaxt maşında bibisi qızı Aynur, bibisi qızının uşağı və özünün böyük qızı olmuşdur. O, Ələddingildə təxminən 10-15 dəqiqə ayaqüstü qalmış, sonra çıxıb getmişdir. Onların darvazasının qarşısında və yolda heç kimə rast gəlməmişdir. Təqsirləndirilən şəxs2 dostu Ələddinin bacanağı olması ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs2 cəmi 2 dəfə görmüşdür. Onları Ələddin tanış eləmişdir. Onun Şahinlə münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər heç vaxt görməmiş və onu tanımır. Onun Şabanla heç bir münasibəti olmamışdır. Onun valideynlərini də tanımır və onlarla da heç bir münasibəti olmamışdır. İşin 1-ci cild 6-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin məsul növbətçisi, polis mayoru, Ramil Hədisovun 15.02.2021-ci il tarixli raportunda qeyd edilmişdir ki, 15.02.2021-ci il tarixdə saat 20:56-da özünü təqdim etməyən şəxs Balakən RPŞ-nin 5-10-37 nömrəsinə zəng vuraraq Balakən rayonu Qazma kənd 2 nömrəli orta məktəbdən 700 metr aşağıda, yolun kənarında dayanmış “VAZ 2106” markalı, “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat vermişdir. İşin 1-ci cild 7-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin məsul növbətçisi, polis mayoru, Ramil Hədisovun 15.02.2021-ci il tarixli raportu əsasında Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən 15.02.2021-ci il tarixli Balakən rayon Qazma kənd sakini Şahid1 avtomobilinə sonuncunun razılığı əsasında baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokoldan görünür ki, Balakən rayonu Qazma kəndində Şahid1 yaşadığı evin qarşısında dayanmış “VAZ 2106” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sol sürücü hissəsindəki oturacağın altından gümüşü rəngli paketə bükülmüş vəziyyətdə olan, içərisində 7 ədəd kibrit qutusu aşkar edilmiş və həmin qutulara baxış keçirildikdə 6 ədəd kibrit qutularında narkotik vasitəyə oxşar bitki kütlələri, 1 ədəd kibrit qutusunda isə zəhərli maddə olan civəyə oxşar maddənin olduğu 1 ədəd şüşə ampula aşkar edilmişdir. 6 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitəyə oxşar bitki kütlələrini elektron gümüşü paket və kibrit qutuları ilə birlikdə tərəzi vasitəsi ilə çəkdikdə 42,48 qram olması müəyyən edilmiş, civəyə oxşar maddəni isə içərisində olduğu şüşə ampula və kibrit qutusu ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkdikdə 12,23 qram olması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 qeyd olunan bağlamanın ona məxsus olmamasını bildirmişdir. Bundan başqa baxış keçirilən zaman əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilməmiş, aşkar edilmiş bağlama içərisindəkilərlə birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videogüntülərin qeydə alındığı diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş, protokolda göstərilənlərin düzgün olması müəyyən edilmişdir. İşin 1-ci cild 14-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş cinayət işinin materiallarında olan 15.02.2021-ci il tarixdə Şahid1 yaşadığı Balakən rayonu Qazma kəndindəki evinə sonuncunun razılığı əsasında Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən keçirilmiş baxışla əlaqədar tərtib olunan protokoldan görünür ki, evə baxış keçirlən zaman əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. İşin 1-ci cild 43-46-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05.03.2021-ci il tarixdə Şahid1 məxsus VAZ-2106 markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 Famil oğlunun və Balakən RPŞ-nin kriminalisti, tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis mayoru X7 iştirakı ilə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən keçirilmiş baxışla əlaqədar tərtib olunan protokoldan görünür ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin ön sol oturacağının altına bir ədəd bağlamanı yerləşdirmək üçün həmin avtomobilin ön sol qapısını açdığını və bağlamanı qeyd olunan oturcağın altına yerləşdirdikdən sonra həmin qapını bağladığını bildirmişdir. Bundan sonra Sadiq Vəzirov tərəfindən sözügedən avtomobilin sürücü tərəf qapısının kuzov hissəsinə aid karniz adlanan aşağı hissəsində olan dəmirin üzərindən 2 (iki) ədəd əl barmaq izləri götürülmüşdür. Baxış zamanı videogüntülərin qeydə alındığı diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş,protokolda göstərilənlərin düzgün olması müəyyən edilmişdir. İşin 1-ci cild 27-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 16.02.2021-ci il tarixli, 17/129 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid1 məxsus VAZ-2106 markalı **-GF-*** nömrə nişanlı avtomaşının...aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli sellofan torbadakı 06 (altı) ədəd kibrit qutularında, ayrı ayrılıqda təmiz çəkiləri – 2.96 qr., 2,80 qr., 5,21 qr., 2,67 qr., 2,76 qr., 2,94 qr., ümumi təmiz çəkisi 19,34 qram olan bitki mənşəli kütlələrin tərkibində narkotik komponentlər aşkar edilmədi və həmin bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. İşin 1-ci cild 37-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 02.03.2021-ci il tarixli, 6/734 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №185” dairəvi möhür əksi olan “Balakən rayon Qazma kənd sakini Şahid1 məxsus...” sözləri, soyad imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kibrit qutusunda bir ədəd şəffaf şüşə qabda təmiz çəkisi 5,988 qram olan gümüşü rəngli , parıltılı, ağır çəkili maye tərkibinə görə metalik civədir. Metalik civə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına daxildir. İşin 1-ci cild 60-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin məsul növbətçisi, polis mayoru, Ramil Hədisovun 18.02.2021-ci il tarixli raportunda qeyd edilmişdir ki, 18.02.2021-ci il tarixdə saat 19:26 radələrində Balakən rayonu Şambul kənd sakini ƏlŞahid6h Məhəmməd oğlu ***-***-**-** nömrəsi ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs 3 gün əvvəl narkotik satışı ilə bağlı saxlanılaraq Balakən RPŞ-yə aparılmış, lakin barəsində heç bir tədbir görülmədən 1 (bir) sutkadan sonra buraxılmasına narazı olduğunu bildirmişdir. İşin 1-ci cild 112-120-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan 07.06.2021-ci il tarixli 04xid/2689 nömrəli məktubla daxil olmuş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən alınmış 1 ədəd diskə keçirilmiş baxışla əlaqədar yuxarıda qeyd olunan "xxxx" MMC-dən 30.07.2021-ci il tarixli, 15467 nömrəli məktubla daxil olmuş 1 ədəd diskdə əks olunmuş məlumatların uyğunluq təşkil etməsi müəyyən edilməklə əlavə olaraq 15.02.2021-ci il tarixdə saat 19:18:53-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə zəng edilməsi, lakin danışığın olmaması, həmin zaman hər iki abonentin yerləşdikləri ərazinin Balakən rayonu Hənifə kəndinin ərazisi olması müəyyən edilmişdir. Həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Baş Prokurorluğundan 07.06.2021-ci il tarixli 04xid/2689 nömrəli məktubla daxil olmuş Balakən RPŞ-nin Növbətçi Hissəsinin 024-29-5-10-37 saylı telefon nömrəsi ilə 15.02.2021-ci il tarixə dair danışıqların edildiyi nömrələrin siyahısından müəyyən edilmişdir ki, 15.02.2021-ci il tarixdə saat 20:52də X1 adına olan ***-***-**-** nömrəsindən Balakən RPŞ-nin Növbətçi Hissəsinin 024-29- 5-10-37 saylı telefon nömrəsinə zəng edilərək 122 saniyə danışıq olmuşdur. İşin 1-ci cild 121-122-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən 25.02.2021-ci il tarixli **********1 nömrəli məktubla daxil olmuş 1 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür diskin içərisində “mp3” formatlı “2021-02- 18-19-19-32_**********42_003-2329-1221” adlı 1 ədəd səs yazısı vardır və 3 dəqiqə 24 saniyə davam edir. Həmin səs yazısında bir nəfər qadın və bir nəfər kişi telefonla danışır. Danışığın məzmunu isə belədir (aydın olmayan ifadə üç nöqtə (“...”) ilə qeyd olunmuşdur): Qadın – 102 polis xidməti Muradova eşidirəm; Kişi – ... salam xanım axşamınız xeyir, axşamınız xeyir; Qadın – Salam, salam, salam; Kişi – Bir şikayətim var idi; Qadın – buyurun; Kişi – (3 saniyəlik fasilə) Balakən rayon ... ;Qadın – aha; Kişi – hm? (aşağı səslə) Balakən rayon Şambul kəndində bir Zərərçəkmiş şəxs tutuldu (4 saniyəlik fasilə); Qadın – Vətəndaş şikayətiniz nədir danışın da; Kişi – alo, aha diyirəm də; Qadın – demirsiz axı; Kişi – na, nar, narkotiknən bağlı şikayətim var də; Qadın – Tutuldu sonra?; Kişi – sonra (2 saniyəlik fasilə) nədi bu adam ... Balakən rayon polis Şöbəsinə apardılar; Qadın – hə; Kişi – bunu; Qadın – aha; Kişi – bir gündən sonra bu çıxdı da; Qadın – hə; Kişi – çıxdı, ondan sonra bu Zərərçəkmiş şəxs hardasa kafelərdə otursa camaat soruşur ki, nədi, nə yaxşı çıxdın? Bu deyir pulunla deyil mi? Pulunu verdim çıxdım; Qadın – hə; Kişi – mənim qardaşım da biraz qabağa tutuldu, biraz narkotikdən; Qadın – hə; Kişi – yanı buna bir il al, bir il yarım iş veriblər; Qadın – hə; Kişi – yanı qanun, qanun hamıya qanundu da, nəyə görə ...; Qadın – nə qədər saxlanıldı şöbədə?; Kişi – bilmirəm; Qadın – ... nə vaxt olub o hadisə?; Kişi – üç gün öncə; Qadın – narkotik satışında, narkotiknən tutulmuşdu?; Kişi – aha; Qadın – adı nədi onun?; Kişi – Zərərçəkmiş şəxs; Qadın – İndi şikayətiniz odur ki, onu niyə buraxıblar?; Kişi – hə də qanun elə bil hamıya qanundur da nəyə görə; Qadın – ... bildirim ora ərazi polisinə?; Kişi – hay? (yüksək səslə); Qadın – şikayətinizi qeydiyyata alım bildirim polisə?; Kişi – ... alın da bildirin yanı ... qanun hamıya qanun; Qadın – suallara tez-tez cavab verin, adınızı deyin; Kişi – adımı? Şahid6h, Balakən rayon Şambul kəndi; Qadın – Taleh, Balakən rayon (sözləri uzada uzada); Kişi – (5 saniyəlik fasilə) Xahiş edirəm adımı verməyin; Qadın – Şahid6h kim oğlusuz? (2 saniyəlik fasilə) adınızı verməyək?; Kişi – yox zəhmət olmasa adımı verməyin; Qadın – yox, yox onda qəbul eləyə bilmərəm, anonim qəbul eləyə bilmərəm, adınızla qəbul eləyəcəm, qəbul eləyim ?; Kişi – Əsgərov (1 saniyəlik fasilə) Taleh; Qadın – qeydiyyata alım şikayətinizi ya yox?; Kişi – alın da; Qadın – ama anonim qəbul eləmirəm ha, adınızla göndərəcəm şöbəyə; Kişi – (2 saniyəlik fasilə) göndərin; Qadın – Şahid6hdi Saleh?; Kişi – (1 saniyəlik fasilə) Taleh; Qadın – kim oğlu?; Kişi – kim oğlu (çox aşağı səslə, zəif eşidilir, üçüncü şəxsdən soruşulur, kənardan it hürməsi eşidilir), Məhəmməd oğlu; Qadın – kim oğlu?; Kişi – Məhəmməd oğlu; Qadın – (6 saniyəlik fasilə) bir kənddə yaşayırsız onunla?; Kişi – (2 saniyəlik fasilə) hə, Şambuldu da yanı; Qadın – hə adı nədi onun?; Kişi – dedim də, Zərərçəkmiş şəxs; Qadın – (6 saniyəlik fasilə) oldu qeydiyyata aldım, təşəkkür edirəm zənginizə görə, sağ olun; Kişi – ... zəhmət olmasa bir tədbir görün də, qanun hamıya qanundu axı; Qadın – oldu, yaxşı sağ olun; Kişi – sağ olun. İşin 1-ci cild 199-200-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15.02.2021-ci il tarixdə Şahid1 məxsus “VAZ2106” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən baxış keçirilən zaman götürülmüş və müvafiq ekspertizalar təyin edilib Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməklə müfaviq ekspert rəyləri ilə birlikdə Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 2 ədəd konvertə baxış keçirilməsi ilə əlaqədar tərtib olunan 06.07.2021-ci il tarixli protokoldan görünür ki: 1)Konvertin birinin üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” yazısı olmaqla ekspert rəyinin 6/734 nömrəli, 02.03.2021-ci il tarixli, ekspertizanın Balakən RPŞ tərəfindən təyin edilməsi və içərisində civənin olması barədə qeydlər, habelə konvertin bağlanan hissəsində Məhkəmə Ekspertizası Mərkəzinin möhürləri vardır. Həmin konverti açdıqda içərisində üzərində Balakən RPŞ-nin təhqiqatçısı Natiq Muradov tərəfindən 15.02.2021-ci il tarixdə Şahid1 məxsus “VAZ2106” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman götürülmüş 1 ədəd kibrit qutusunda olan metalik civəyə oxşar maddəyə dair qeydlərin olduğu ağ rəngli konvert vardır. Həmin ağ rəngli konverti açdıqda içərisində 1 ədəd “Feniks” markalı kibrit qutusu vardır. Kibrit qutusunu sürüşdürüb açdıqda baş hissəsi narıncı rəngli rezinlə dolanmaqla sellofanla bağlanmış, içərisində metalik civə (cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 02.03.2021-ci il tarixli 6/734 nömrəli ekspert rəyinə əsasən) olan 1 ədəd kiçik ölçülü şüşə vardır. Şüşənin orta hissəsinə ağ rəngli kağız parçası yapışdırılmaqla üzərində “200 m” yazısı və “m” hərfindən sonra isə tam oxunmayan “a” hərfinə bənzər 1 ədəd hərf vardır. 2) Digər konvert ağ rəngli olmaqla üzərində Balakən RPŞ-nin təhqiqatçısı Natiq Muradov tərəfindən 15.02.2021-ci il tarixdə Şahid1 məxsus “VAZ2106” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman götürülmüş 1 ədəd bağlamanın içərisində olan 6 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar maddələrə dair qeydlər, habelə konvertin bağlanan hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin möhürləri vardır. Həmin konverti açdıqda içərisində 1 ədəd tez hazırlanan üzərində polufabrikat “Pollton” markalı 60 qram çəkisi olan, 17.07.2020-ci il tarixdə istehsal olunan yeyinti məhsulunun tərs üzünə çevrilmiş qutu vardır. Həmin qutunun tərs üzü gümüşü rəngli olmaqla içərisində 1 ədədi “Pobeda” (rus hərfləri ilə ”Pobeda”), 5 ədədi isə “Borvud” (inglis hərfləri ilə “Borwood”) markalı olmaqla 6 ədəd kibrit qutusu vardır. “Pobeda” markalı kibrit qutusunun arxa hissəsinin üzərində alt-alta göy rəngli qələmlə “Dərman Tutum” yazısı, 2 ədəd “Borvud” markalı kibrit qutusunun ön hissəsinin üzərində orta hissədə yan-yana göy rəngli qələmlə “30, mant” yazısı, digər 2 ədəd “Borvud” markalı kibrit qutusunun ön hissəsinin üzərində orta hissədə yan-yana göy rəngli qələmlə “60, mant” yazısı və 1 ədəd “Borvud” markalı kibrit qutusunun ön hissəsinin üzərində isə “55 manot” yazısı vardır. İşin 1-ci cild 128-130-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid5 Nurəddin oğlunun təqdim etdiyi bir ədəd kitaba sonuncunun iştirakı ilə keçirilmiş baxışla əlaqədar tərtib olunan protokoldan görünür ki, təqdim edilən kitabın üzlüyü tünd mavi rənglidir və üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Gerbi əks olunmuşdur. Kitab 132 vərəqədən ibarətdir və ilk 52 vərəqində 01.01.2021-ci il tarixdən 24.06.2021-ci il tarixədək olan müddətə dair qeydlər aparılmışdır. Həmin qeydlərdə Şahid5 deməsinə görə gündəlik gəlir və xərclər öz əksini tapmışdır. Kitabın 16 və 17 səhifələrində 21.02.2021-ci il tarixə dair qeydlər vardır və 16 sahifədə 22-ci sətrdə “10 m xeyir 0 10” yazısı vardır. Şahid5 bildirdi ki, həmin yazıda o, Təqsirləndirilən şəxs2 məxsus Nokia markalı seriyasını xatırlamadığı sadə telefonu satdıqdan sonra etdiyi qeydlərdir. Həmin qeyddə “10m xeyir” əldə etdiyi 10 manat xalis mənfəət, həmin yazının qarşısındakı “0” – xərc və “10” isə qazancın olmasının əks etdirdiyini bildirdi. Digər səhifələr isə boşdur. İşin 2-ci cild 122-127-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Cinayət işi üzrə 18.01.2021-ci il tarixdə ***-***-**-** nömrəli telefondan “102” xidmətinə daxil olan zəngin audioyazısının əks olunduğu bir ədəd diskdəki səslərlə əlaqədar təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının 16.08.2021-ci il tarixli 4/1029 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqram eyniləşdiricisi tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Mübahisəli fonoqramdakı danışıqlarda ümumilikdə üç nəfər olmaqla, aktiv danışıq iştirakçısı olan 1 (bir) nəfər kişi (K1) və 1 (bir) nəfər qadın (Q1) cinsinə məxsus şəxs, passiv danışıq iştirakçısı olaraq isə fərqləndirilməsi mümkün olmayan və yazılı mətndə “K” kimi işarə olunmuş diktor iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətndə “K1” kimi işarə olunmuş diktor səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən və yazılı mətnlərdə “K” kimi işarə olunmuş fərdiləşdirilməsi mümkün olmayan diktorun danışıq materialı üzrə eyniləşdirici tədqiqatın aparılması mümkün olmadığından həmin diktorun səs və nitqinin Təqsirləndirilən şəxs2 və ya digər şəxsə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadı. İşin 2-ci cild 142-147-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının 09.09.2021-ci il tarixli 3/1446 nömrəli ekspert rəyində göstərilmişdir ki: 1 nömrəli zərfdə tədqiqata təqdim edilmiş gümüşü rəngli paketin səthində aşkar edilmiş əl-barmaq izi tam və aydın əks olunmadığından, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır; 2 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır; 3 nömrəli zərfdə tədqiqata təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki əlbarmaq izləri Təqsirləndirilən şəxs1 sağ əlinin orta və şəhadət barmaqlarından qalmışdır. İşin 2-ci cild 148-153-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 22.09.2021-ci il tarixli 5/964-5/962- 4/1217 nömrəli rəyində göstərilmişdir ki: 1) Ekspertizaya təqdim olunmuş, 6 ədəd kibrit qutusunun üzərindəki əlyazmalar, 3x1.5 sm ölçülü kağız parçasının üzərində olan “200” rəqəmi – eyni şəxs Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur; 2) Tədqiqata təqdim edilmiş 5 ədəd kibrit qutusunun üzərində olan “55”, “30”, “60”, “60” rəqəmlərin üzərindən təkrarən eyni rəqəmlər, “Dərman” sözünün üzərindən isə eyni söz icra edilmişdir; 3) Tədqiqata təqdim edilmiş 1 ədəd kibrit qutusunun üzərində olan “50” rəqəmindəki “5” rəqəminin yerində “3” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir; 4) Tədqiqata təqdim edilmiş 3x1.5 sm ölçülü kağız parçasının üzərində olan “200” rəqəmində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi; 5) Tədqiqata təqdim edilmiş 5 ədəd kibrit qutusunun (eyni rəngdə olan) üzərində olan əlyazmalar və 1 ədəd kibrit qutusunun üzrərində olan “50” rəqəmindəki düzəliş kimyəvi tərkibinə eyni rəngli diyircəkli qələmlə icra olunmuşdur; 6) Tədqiqata təqdim olunmuş üzərində “Dərman” sözü olan 1 ədəd kibrit qutusundakı və bir ədəd kağız parçasının üzərində olan əlyazmalar kimyəvi tərkibinə görə eyni rəngli diyircəkli qələmlə icra olunmuşdur; 7) Tədqiqata təqdim olunmuş 5 ədəd kibrit qutusunun (eyni rəngdə olan) üzərində olan əlyazmalar, 1 ədəd kibrit qutusunun üzərində olan “50” rəqəmindəki düzəliş ilə üzərində “Dərman” sözü olan 1 ədəd kibrit qutusundakı, bir ədəd kağız parçasının üzərindəki əlyazmalar kimyəvi tərkibinə görə müxtəlif rəngli diyircəkli qələmlə icra olunmuşdurlar. İşin 2-ci cild 24-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-dən 30.07.2021-ci il tarixli, 15467 nömrəli məktubla daxil olmuş 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, 01.01.2021-ci il saat 00:00:00-dan 30.06.2021-ci il saat 23:59:59-dək qədər ola müddət ərzində ********** nömrə ilə ********** nömrə arasında aparılmış danışıqlar ümumilikdə 214 dəfə olmaqla müxtəlif vaxtlarda ********** nömrəsinə 149 dəfə zəng edilmiş və 65 dəfə həmin nömrədən zəng daxil olmuş, aralarında olan ilk danışıq 01.01.2021-ci il tarixdə saat 14:22:39-da ********** nömrəsindən zəng edilərək 30 saniyə olmuş, aralarında olan son danışıq isə 02.03.2021-ci il tarixdə saat 19:36:24-də ********** nömrəsindən zəng edilərək 4 saniyə olmuşdur. Habelə baxış keçirilən zaman **********-si ilə 01.01.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək olan dövr ərzində müxtəlif nömrələrlə aparılan danışıqlar zamanı ********** nömrəsinin yerləşdiyi ərazilərin heç birində Balakən rayonu Gülzanbinə kəndinin ərazisi olması müəyyən edilmədi. Baxış zamanı müəyyən edildi ki,18.02.2021-ci il tarixdə saat 19:19:20-də ********** nömrəsindən Balakən rayonu Hənifə kəndi ərazisindən 102 nömrəsinə zəng edilərək 216 saniyə danışıq olmuşdur. Bununla yanaşı müəyyən edilmişdir ki, 15.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələri arasında 6 dəfə telefon əlaqəsi olmuş, birinci zəng saat 12:27:59-da Balakən rayonu Hənifə kəndi ərazisində ***-***-**-** nömrəsindən Balakən şəhəri, M. Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** telefon nömrəsinə edilərək 48 saniyə danışıq olmuş, ikinci zəng saat 17:49:47-də Balakən şəhəri ərazisində yerləşən ***-***-**-** telefon nömrəsindən Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən ***-***-**-** nömrəsinə edilərək 5 saniyə danışıq olmuş, üçüncü zəng saat 18:13:35-də Balakən rayonu Hənifə kəndində yerləşən ***-***-**-** telefon nömrəsindən Balakən rayonu Hənifə kəndində yerləşən ***-***-**-** nömrəsinə edilərək 12 saniyə danışıq olmuş, dördüncü zəng saat 18:14:20-də Balakən şəhəri ərazisində yerləşən ***- ***-**-** telefon nömrəsindən Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən ***-***- **-** nömrəsinə edilərək 10 saniyə danışıq olmuş, beşinci zəng saat 18:55:23-də Balakən rayonu Hənifə kəndində yerləşən ***-***-**-** nömrəsindən Balakən şəhəri ərazisində yerləşən ***-***-**-** telefon nömrəsin edilərək 36 saniyə danışıq olmuş, altıncı zəng isə saat 22:10:57-də Balakən rayonu Hənifə kəndində yerləşən ***-***-**-** telefon nömrəsindən Balakən rayonu Hənifə kəndində yerləşən ***-***-**-** telefon nömrəsinə edilərək 8 saniyə danışıq olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, 18.02.2021-ci il tarixdə saat 18:04:31-də Təqsirləndirilən şəxs2 Balakən rayonu Hənifə kəndi ərazisindən istifadəsində olmuş ***- ***-**-** nömrəsindən Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə zəng edərək 34 saniyə danışıq olmuş, saat 18:45:53-də Balakən rayonu Hənifə kəndi ərazisindən ***-***-**-** nömrəsindən yenə Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 17 saniyə danışıq olmuş, saat 21:30:35-də Balakən rayonu Mahamalar kəndi ərazisindən ***- ***-**-** nömrəsindən Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 18 saniyə danışıq olmuş, saat 21:32:23-də Balakən ərazisindən ***-***-**-** nömrəsindən Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**- ** nömrəsinə zəng edərək 10 saniyə danışıq olmuş, saat 21:33:24-də Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisindən ***-***-**-** nömrəsindən eyni ərazidə, yəni Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 25 saniyə danışıq olmuş, saat 21:39:09-da siz Balakən şəhəri ərazisində yerləşən ***-***-**-** nömrəsindən Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 39 saniyə danışıq olmuş, saat 21:43:40-da Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** nömrəsindən eyni ərazidə-Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 6 saniyə danışıq olmuş, saat 22:07:33-də Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisindən ***-***-**-** nömrəsindən Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 24 saniyə danışıq olmuş, saat 22:10:00-da Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən ***-***-**-** nömrəsindən Balakən şəhəri M.Əsədov küçəsi 3 ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 15 saniyə danışıq olmuş və 22:20:40-da Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən ***-***-**-** nömrəsindən eyni ərazidə -Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən ***-***-**-** nömrəsinə zəng edərək 22 saniyə danışıq olmuşdur. Bundan əlavə görünür ki, 15.02.2021-ci il tarixdə saat 20:52:16-da ***-***-**-** nömrəsindən Balakən rayonu Qazma kəndi ərazisindən 024-29-5-10-37 nömrəsinə zəng edilərək 122 saniyə danışıq olmuşdur. Bundan əlavə olaraq 25.01.2021-ci il tarixdə saat 13:25:25-də və 13:25:29-da Balakən rayonu Mahamalar kəndində yerləşən ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən SMS göndərilmişdir. İşin 2-ci cild 43-45-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15.02.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman “VAZ2106” markalı “**- GF-***” dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd gümüşü rəngli bağlama, həmin bağlamanın içərisində olan 6 ədəd kibrit qutuları, həmin qutulara doldurulmuş, narkotik vasitələrə aid olmayan, marixuanaya oxşar bitki kütlələri və 1 ədəd kibrit qutusu, həmin qutuya yerləşdirilmiş şüşə ampula, ampulanın üzərinə yapışdırılmış bir ədəd kağız parçası, həmin ampulanın içərisindəki təmiz çəkisi 5,988 qram olan gümüşü rəngli, parıltılı, metalik civə, eyni zamanda 05.03.2021-ci il tarixdə Şahid1 məxsus “VAZ2106” markalı “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş 2 (iki) ədəd əl barmaq izləri, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən 25.02.2021-ci il tarixli **********1 nömrəli məktubla daxil olmuş 1 ədəd disk, Azərbaycan Respublikası Baş Prokurorluğundan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən alınmış və 07.06.2021-ci il tarixli 04xid/2689 nömrəli məktubla daxil olmuş 1 ədəd disk və "xxxx" MMC-dən 30.07.2021-ci il tarixli, 15467 nömrəli məktubla daxil olmuş 1 ədəd disk və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd “Samsung J2” markalı mobil telefon aşkar edildiyi yerə, vaxta və öz üzərində hadisənin izini saxladığına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 10.08.2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmışdır. İşin 2-ci cild 140-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 132-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli 1717 nömrəli arayışdan görünür ki, Orucov X8 şəhəri, M.Əsədov küçəsi 67 saylı ünvanda yaşayır, himayəsində atası, anası, bacısı, bacısı oğlu və 30.05.2020-ci il təvəllüdlü qızı Gülay vardır. İşin 1-ci cild 215-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıl oğlu yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 2-ci cild 141-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 218-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Blakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 79 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Balakən rayonu Hənifə kəndində yaşayır, himayəsində işləməyən atası, anası və bacı vardır. İşin 2-ci cild 221-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs , şahidlər-Şahid1, Şahid2, Şahid3, Şahid4 , Şahid5 oğlunun və Şahid6 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özünü Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 170.1 və 296.2-ci mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun həmin cinayət əməlləri məhkəmə istintaqında tədqiq edilmiş biri digərini tamamlayan, yuxarıda qeyd edilən mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 həmin ifadəsini özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən süni ittiham sübutları yaratmaqla cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə yetkinlik yaşına çatmamış şəxsi cinayətkar fəaliyyətə cəlb edib sonuncu ilə birlikdə qəsdən süni ittiham sübutları yaratmaqla cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə Cinayət Məcəlləsinin 170.1-ci maddəsində, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə-eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədilməyə görə Cinayət Məcəlləsinin 296.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 296.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər,Təqsirləndirilən şəxs1 Calal oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsinin,Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 296.2-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-ninin 296.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 296.2-ci maddələri ilə düzgün tövsif edilmişdir.Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 85.1.1. cərimə; 85.1.2. ictimai işlər; 85.1.3. islah işləri; 85.1.3-1. azadlığın məhdudlaşdırılması; 85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.4-1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-86.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmadan törətməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun barəsində daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxslərə təyin edilmiş cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzadan azad edilmələri, barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 655,97 (altı yüz əlli beş manat, doxsan yeddi qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan, 15.02.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman oradan götürülmüş bir ədəd gümüşü rəngli bağlama, həmin bağlamanın içərisində olan 6 ədəd kibrit qutusu, həmin qutulara doldurulmuş, narkotik vasitələrə aid olmayan, marixuanaya oxşar bitki kütlələri və 1 ədəd kibrit qutusu, hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. Maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən 25.02.2021-ci il tarixli **********1 nömrəli məktubla daxil olmuş 1 ədəd disk, Azərbaycan Respublikası Baş Prokurorluğundan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən alınmış və 07.06.2021-ci il tarixli 04xid/2689 nömrəli məktubla daxil olmuş 1 ədəd disk, "xxxx" MMC-dən 30.07.2021-ci il tarixli, 15467 nömrəli məktubla daxil olmuş 1 ədəd disk və 05.03.2021-ci il tarixdə Şahid1 məxsus “VAZ2106” markalı “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş 2 (iki) ədəd əl barmaq izləri iş materiallarında saxlanmalıdır. Maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan, 15.02.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman oradan götürülmüş bir ədəd şüşə ampluanın içərisindəki təmiz çəkisi 5,988 qram olan gümüşü rəngli, parıltılı, metalik civə hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd “Samsung J2” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 296.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CMin 170.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 296.2ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 655.97 (altı yüz əlli beş manat, doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE********************,X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 15.02.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman oradan götürülmüş bir ədəd gümüşü rəngli bağlama, həmin bağlamanın içərisində olan 6 ədəd kibrit qutusu, həmin qutulara doldurulmuş, narkotik vasitələrə aid olmayan, marixuanaya oxşar bitki kütlələri və 1 ədəd kibrit qutusu, hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən 25.02.2021-ci il tarixli **********1 nömrəli məktubla daxil olmuş 1 ədəd disk, Azərbaycan Respublikası Baş Prokurorluğundan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən alınmış və 07.06.2021-ci il tarixli 04xid/2689 nömrəli məktubla daxil olmuş 1 ədəd disk, "xxxx" MMC-dən 30.07.2021-ci il tarixli, 15467 nömrəli məktubla daxil olmuş 1 ədəd disk və 05.03.2021-ci il tarixdə Şahid1 məxsus “VAZ2106” markalı “**-GF-***” dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülmüş 2 (iki) ədəd əl barmaq izləri iş materiallarında saxlansın. Maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 15.02.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman oradan götürülmüş bir ədəd şüşə ampluanın içərisindəki təmiz çəkisi 5,988 qram olan gümüşü rəngli, parıltılı, metalik civə hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd “Samsung J2” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar