Məhkəmə qərarları › İş №1(019)-9/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-9/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-9/2023 21.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi2 və Müdafiəçi3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxx 1973-cü il tarixdə Balakən şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 234.2ci maddələrilə təqsirli bilinib qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən 06 ay cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda daimi yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Resrublikası Cinayət Məcəlləsinin 234.1 maddəsilə və xx xxxxxx 1961-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda daimi yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 234.2-ci madddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 31 may 2022-ci il tarixdə saat 19 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Laqodex dayanacağı” adlanan yerdə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,342 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul ödəyib alaraq öz istifadəsi məqsədilə əldə edib üzərində daşıyaraq əynindəki ağ rəngli qısaqol köynəyin sol cibində saxlamışdır. 31 may 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19 radələrində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,342 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 31 may 2022-ci il tarixdə saat 19:45-dən 20:15-dək üzərində aparılmış şəxsi axtarış zamanı onun əynindəki ağ rəngli qısaqol köynəyin sol cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ilin may ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yolun kənarında yerdən taparaq əldə etdiyi 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,871 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı ünvan 3 ünvanına gətirib evin həyətindəki altıaçığın altında saxlamış, 31 may 2022-ci il tarixdə saat 19 radələrində həmin narkotik vasitə heroinin 0,342 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağıza bükərək, yaşadığı Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Laqodex dayanacağı” adlanan yerdə 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,529 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əynindəki qısaqol köynəyin sol cibində daşıyaraq üzərində saxlamışdır. 31 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19 radələrində qəsdən, qanunsuz olaraq Təqsirləndirilən şəxs1 10 manat müqabilində satdığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki təmiz çəkisi 0,342 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 31 may 2022-ci il tarixdə saat 19:45-dən 20:15-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki ağ rəngli qısaqol köynəyin sol cibindən, eləcə də Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib daşıyaraq əynindəki qısaqol köynəyin sol cibində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,529 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin həmin tarixdə saat 21:35-dən saat 22:05-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qısaqol köynəyin sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hal-hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 124.1 və 234.2-ci maddələrilə təqsirli bilinib qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, amnistiya ilə bağlı cəzasının 6 ayı azaldılmış, 2022-ci ilin yanvar ayında cəzasının sonu ilə azad olunmuşdur. Əvvəllər heç bir psixi xəstəliklər keçirməmişdir. Təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni bir neçə dəfə Bakı şəhərində olduğu zaman tanımadığı şəxslərdən almış, bir neçə dəfə də Balakən şəhəri ərazisində taparaq özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 18:30 radələrində yaşadığı evdən çıxıb Balakən şəhəri ərazisində yerləşən “Lenin bağı” adlanan yerə getmişdir. O, həmin yerə getdikdə orada tanışı, şəhər sakini Təqsirləndirilən şəxs2 görmüşdür. Onunla salamlaşıb söhbət edən zaman Əbidə 1 çəkimlik, yəni 1 çet narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da ona yarım saatdan sonra onun dediyi yerə gəlməsini və ona narkotik verəcəyini demişdir. Həmçinin Əbid 1 çet narkotiki 10 manat müqabilində satacağını ona bildirmişdir. O, bu vaxt cibindən çıxarıb Əbidə 1 ədəd 10 manatlıq pul əskinası vermiş, həmçinin özü də 1 çet heroinin qiymətinin 10 manat təşkil etdiyini eşitdiyi üçün narkotik müqabilində 10 manat verməli olduğunu bilmişdir. O, Əbidə 10 manat pul verəndən sonra çıxıb getmiş və ona Balakən şəhəri, H.Əliyev prospektində “Laqodex dayanacağı” adlanan yerdəki ara küçəyə daxil olub, yolun başında onu gözləməsini, narkotiki həmin yerə gətirərək, ona verəcəyini bildirmişdir. O da Əbidlə razılaşaraq, onun bildirdiyi H.Əliyev prospektində yerləşən “Laqodex dayanacağı” adlanan yerə getmişdir. O, Əbidin bildirdiyi yerə çatıb yolun başında Əbidi gözləmiş və təxminən saat 19 radələrində Əbid həmin yerə gəlib ona 1 ədəd kağız bükümdə narkotik olan heroini vermiş və oradan çıxıb getmişdir. Bundan sonra həmin bükümü əynində olan qısaqol ağ rəngli köynəyinin sol cibində saxlayıb axşam evdə olduğu zaman istifadə etməyi düşünmüşdür. Bir müddət Balakən şəhəri ərazisində gəzdikdən sonra ona yaxınlaşan polis əməkdaşları özlərini ona təqdim edib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuş, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması, həmçinin üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Bu zaman üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki ağ rəngli köynəyinin sol cibində saxladığı 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd kağız büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroinin olması müəyyən edilmiş və həmin narkotik vasitə heroin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə narkotik vasitənin ümumi çəkisi 0,44 qram təşkil etmiş, həmin büküm qablaşdırılan zaman içərisindəki narkotik vasitə digər kağız bükümə dağıldığı üçün həmin büküm digər bir kağız bükümdə qablaşdırılmış və yenidən elektron tərəzidə çəkilmişdir. Həmin bükümün çəkisi isə 0,84 qram olmuşdur. Həmin bir ədəd kağız büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş,protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Ekspertizanın 01 iyun 2022-ci il tarixli 17/448 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 0,342 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heronin təmiz çəkisi isə 0,529 qramdır. Üzərində saxladığı narkotik vasitə heroini özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin narkotik vasitəni də üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə almamış və ya əvvəllər onunla birlikdə narkotik vasitə istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə alan zaman onunla telefonla əlaqəsi saxlamamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsini bilmir. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda Balakən şəhəri, H.Əliyev prospekti, ev 37 ünvanında yaşayır. Əvvəllər heç bir psixi xəstəliklər keçirməmişdir. Uzun illərdir ki, narkotik vasitədən istifadə edir. Həmçinin narkotiklərin qanunsuz dövriyyəsilə əlaqədar bir neçə dəfə məhkumluq həyatı da yaşamışdır. Təxminən 2022-ci ilin may ayının sonlarında öz şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində olan vaxtı yaşadığı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində olduğu zaman yolun kənarında yerdən 1 ədəd içərisində narkotik vasitə heroin olan kağız büküm tapmışdır. Həmin bükümü tapandan sonra özü ilə Balakən rayonuna gətirmişdir. Həmin bükümü də evinin həyətində olan altıaçığın altında saxlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 18:30 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda olan Balakən şəhəri ərazisində yerləşən “Lenin bağı” adlanan yerə getmişdir. Orada olan vaxt tanışı, şəhər sakini Təqsirləndirilən şəxs1 görmüşdür. Onunla salamlaşıb söhbət edəndə Vidadi ondan xahiş etmişdir ki, çəkmək üçün 1 çəkimlik, yəni 1 çet narkotik vasitə olan heroin təşkil etsin. O da Vidadiyə ona narkotik tapıb verəcəyini, ancaq yaşadığı küçənin, yəni Balakən şəhəri H.Əliyev prospektində “Laqodex dayanacağı” adlanan yerdəki ara küçəyə yarım saatdan sonra gəlməsini, oraya gətirib ona narkotiki verəcəyini, həmçinin Vidadiyə 1 çet narkotiki 10 manat müqabilində verə biləcəyini demişdir. Bu vaxt Vidadi onunla razılaşmış və cibindən çıxarıb ona 1 ədəd 10 manatlıq pul əskinasını vermişdir. O da Vidadidən ayrılıb yaşadığı evə getmişdir. Evdə Bakı şəhərindən gətirdiyi narkotik olan kağız bükümü çıxarıb həmin narkotikdən bir qismini də ayırıb iki yerə bölərək, başqa bir kağız bükümə əlavə etmiş və həmin kağız bükümdə olan narkotiki götürüb yaşadığı küçənin, yəni Balakən şəhəri H.Əliyev prospektində “Laqodex dayanacağı” adlanan yerdəki ara küçəyə gəlib Vidadi ilə görüşüb ona vermişdir. Vidadi həmin yerdən çıxıb getmiş, o isə yaşadığı evə geri qayıtmışdır. O, evə qayıtdıqdan sonra yaşadığı evin həyətindəki altıaçığın altında saxladığı narkotikdən geriyə qalan bir ədəd kağız bükümü əynində olan köynəyinin sol cibində 1 ədəd “Prima” adlanan siqaret qutusunun içərisində özü istifadə etmək məqsədilə saxlamışdır. Bir müddət sonra təxminən saat 21 radələrində yaşadığı evdə olduğu zaman onu kim isə çağırmışdır. O, həyətə düşüb yola çıxanda görmüşdür ki, yolda polis əməkdaşları var. Həmin polis əməkdaşları ona özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuş, daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması, həmçinin üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Bu zaman üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki qısaqol köynəyinin sol cibində saxladığı 1 ədəd «Prima» markalı siqaret qutusunu təqdim etmişdir. Həmin 1 ədəd «Prima» markalı siqaret qutusunun sellofan örtüyünün altında olan yaşadığı evin giriş qapısının açarı, həmçinin siqaret qutusunun içərisindəki papiroslarla birlikdə saxladığı 01 ədəd gümüşü ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmçinin əynindəki şalvarın sol yan cibindən də Vidadinin ona narkotik vasitənin müqabilində vermiş olduğu 10 manat məbləğində pul aşkar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. İçərisində narkotik vasitə heroin olan və təqdim etdiyi 1 ədəd kağız büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroinin olması müəyyən edilmiş, həmin narkotik vasitə heroin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə narkotik vasitənin ümumi çəkisi 0,64 qram təşkil etmişdir. Həmin bir ədəd kağız büküm bir ədəd ağ rəngli kağız zərfə və 10 manat məbləğində pul vəsaiti də bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Bundan başqa 1 ədəd «Prima» markalı siqaret qutusunun içərisindəki papiroslar və 1 ədəd evin açarı ona geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Ekspertizanın 01 iyun 2022-ci il tarixli 17/448 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, X1 olduğu və onun üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 0,342 qram, onun üzərindən aşkar edilmiş narkotik vasitə heronin təmiz çəkisi isə 0,529 qramdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotiki tapandan sonra cibinə qoymuşdur ki, özü istifadə etsin. Həmçinin tanıdığı bir şəxs olarsa bir hissəsini də satmaq istəmişdir. O, gəlir əldə etmək üçün narkotiki Vidadiyə satmışdır. Narkotik vasitənin 1 çetinin 10 manat olduğunu bildiyi və həmçinin bunu Vidadinin də bildiyini düşündüyü üçün Vidadi ona 10 manatı verən zaman Vidadiyə həqiqətən də 1 çet narkotikin 10 manat olduğunu bildirib, ondan həmin pulu götürmüşdür. Yəni bir mənada Vidadiylə 1 çet narkotik üçün 10 manat müqabilində razılaşmışdır. O, əvvəllər Vidadiyə narkotik satmamışdır. Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisindən tapıb əldə etdiyi 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroindən istifadə etməmişdir. Həmin narkotik vasitəni əldə etməsindən başqa şəxsin məlumatı olmamışdır. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs1 Balakən şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilmişdir.Daha sonra Təqsirləndirilən şəxs1 barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılması təhqiqatçı Zaur Xəlilova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyhası təqdim edildikdə, Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 də üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qısaqol köynəyin sol cibində saxladığı 1 ədəd kağız bükümü təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilmiş, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,44 qram olmuşdur. Həmin 1 ədəd kağız büküm qablaşdırılan zaman içərisindəki narkotik vasitə olan heroinə oxşar maddə digər kağızın üzərinə dağıldığı üçün həmin büküm digər bir kağız bükümün içərisində qablaşdırılmışdır. Bunun üçün həmin büküm də əlavə olaraq elektron tərəzidə çəkilmiş və içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,84 qram olmuşdur. Daha sonra həmin bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 10 manat müqabilində aldığını bildirdiyi üçün keçirilmiş tədbirlər nəticəsində ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilmiş, həmin gün saat təxminən 21 radələrində tərəflərindən polis şöbəsinə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə CAB-nin əməliyyat müvəkkil Şahid1 tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qısaqol köynəyin sol cibindən 1 ədəd «Prima» markalı siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusunun sellofan örtüyünün altından 1 ədəd açar, qutunun içərisindən isə papiroslar və 1 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Bndan sonra 1 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,64 qram olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilən zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq pul əskinası da aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin 1 ədəd 10 manatlıq pul əskinasının tanışı Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitədən əldə etdiyi 10 manat pul olduğunu bildirmişdir. Daha sonra bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə, həmçinin 1 ədəd 10 manat məbləğində pul əskinasıı ayrı-ayrılıqda iki ədəd ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd açar və «Prima» markalı siqaret qutusunun içərisindəki papiroslar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid1 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxslər də məhkəmədə verdiyi ifadələrində onlara verilən ittiham üzrə özlərini təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid1 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 31 may 2022-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs1 Balakən şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyin raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 də üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qısaqol köynəyin sol cibində saxladığı 1 ədəd kağız bükümü təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirilmiş, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,44 qram olmuşdur. Həmin 1 ədəd kağız büküm qablaşdırılan zaman içərisindəki narkotik vasitə olan heroinə oxşar maddə digər kağızın üzərinə dağıldığı üçün həmin büküm digər bir kağız bükümün içərisində qablaşdırılmışdır. Bunun üçün həmin büküm də əlavə olaraq elektron tərəzidə çəkilmiş və içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,84 qram olmuşdur. Daha sonra həmin bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilmiş, həmin gün saat təxminən 21 radələrində tərəflərindən polis şöbəsinə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qısaqol köynəyin sol cibindən 1 ədəd «Prima» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir.Həmin siqaret qutusunun sellofan örtüyünün altından1 ədəd açar, qutunun içərisindən isə papiroslar və 1 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Bndan sonra 1 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,64 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilən zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq pul əskinası da aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin 1 ədəd 10 manatlıq pul əskinasının tanışı Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitədən əldə etdiyi 10 manat pul olduğunu bildirmişdir. Daha sonra bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə, həmçinin 1 ədəd 10 manat məbləğində pul əskinası ayrı-ayrılıqda iki ədəd ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd açar və «Prima» markalı siqaret qutusunun içərisindəki papiroslar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan 31 may 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 19:45-dən 20:15dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində göy rəngli cins şalvar, ağ rəngli qısaqol köynək və ayağında isə qara rəngli ayaqqabılar olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmamışdan öncə üzərində hər hansı qeyri-qanuni əşya, predmet, yaxud narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 də əynindəki qısaqol köynəyin sol cibindən 1 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə hesab edilən heroinə oxşar maddə aşkar edilmişdir. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,44 qram təşkil etmişdir. Həmçinin həmin büküm içərisindəki heroinə bənzər maddə ilə birlikdə elektron tərəzidə çəkilərkən dağıldığı üçün kağız büküm içərisindəki heroinə bənzər maddə ilə digər bir kağıza qoyulub qablaşdırılmış və elektron tərəzidə çəkilmiş, çəkisi əlavə olaraq 0,84 qram təşkil etmişdir. Bundan sonra həmin büküm 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 heroinə oxşar maddəni hardan əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 də həmin maddəni tanışı Əbid adlı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində əlavə şəxsi axtarış aparılmış, əlavə heç bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən əlavə, vəsatət və şikayət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli şübhəli şəxsin üzərində axtarış aparılması bğarədə protkoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması və narkotik vasitə satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 21:35-dən 22:05-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır.Təqsirləndirilən şəxs2 əynində idman üsullu qara rəngli şalvar, qısaqol köynək və ayağında isə şəpitlər olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmamışdan öncə üzərində hər hansı qeyri-qanuni əşya, predmet, yaxud narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 da əynindəki qısaqol köynəyin sol cibindən 1 ədəd üzərində «Prima» yazısı olan siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusunun kiçik ölçülü sellofanında 1 ədəd açar, qutunun içərisində isə siqaretlər və 1 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin kağız bükümün içərisində isə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,64 qram təşkil etmişdir. Daha sonra həmin maddə kağız büküm ilə birlikdə 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 satmış olduğu heroinə oxşar maddədən əldə etdiyi 10 manatlıq pul olduğunu bildirmişdir. Daha sonra həmin pul əskinasıı 1 ədəd ağ rəngli kağız zərfə qoyulub, qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində əlavə şəxsi axtarış aparılan zaman heç bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən əlavə, vəsatət və şikayət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış materialların məhkəmə ekspertizasının 01 iyun 2022-ci il tarixli 17/448 nömrəli rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş...." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,342 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş...." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,529 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. Heroin-28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd: 1) Heroinin təmiz çəkisi -0,342 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,292 qr. 2) Heroinin təmiz çəkisi -0,529 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,479 qr. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat təşkil edir. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurosorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair Aktdan görünür ki, tədqiqata təqdim edilmiş 0,342 qram heroindən 0,05 qram və 0,529 qram heroindən 0,05 qram nümunə götürüldü, qalıq 0,292 qram kütlə və 0,479 qram kütlə geri qaytarıldı. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 831 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasınının 11 iyun 2022-ci il tarixli 833 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 31 may 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2022-ci ildə saat 19:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 39/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 31 may 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2022-ci ildə saat 21:25-da Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 40/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(019)- 55/2019 nömrəli hökmündən, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 7 saylı arayışdan və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-1027/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1 (019)-55/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-ninin 124.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 124.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etimək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 124.1 və 234.2-ci maddələrilə təqsirli bilinərək barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayında cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)- 23/2021 nömrəli hökmündən, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 6 saylı arayışdan və xx.xx.2021ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(019)-23/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 20 yanvar 2021-ci il tarixdən 22 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərarla «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs2 cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 612 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2l Murtuzəli oğlu xx.xx.2021-ci ildən xx.xx.2021ci ilədək cəza müddətini çəkmiş və xx.xx.2021-ci il tarixli MM-nin Aministiya aktına əsasən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X12 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 156 nömrəli arayışdan görünür ki, Balakən rayon sakini 1961 təvəllüdlü Təqsirləndirilən şəxs2, 1973 təvəllüdlü Təqsirləndirilən şəxs1 MRX-nının psixiatriya kabinetində qeydiyyatda yoxdur. X6 xx.xx.2021-ci il tarixdə narkoloji kabinetdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 xx.xx.2008-ci il tarixdən narkoloji kabinetdə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (019)-73/2022 nömrəli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş və onlar məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişlər. İş materiallarına əlavə olunmuş Balakən RPŞ tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-25025-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Balakən RPŞ-də əməliyyat-qeydiyyat işi açılmamışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X10 olmaqla Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 14 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,342 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,292 qramı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,529 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,479 qramı, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 10 manat məbləğində pul vəsaiti maddi sübut qismində tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 31 may 2022-ci il tarixli şəxsi axtarış protokollarını, şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD diskini, maddi sübutları, materialların məhkəmə ekspertizasının 01 iyun 2022-ci il tarixli 17/448 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 831 nömrəli rəyini və 11 iyun 2022-ci il tarixli 833 nömrəli nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(019)-55/2019 nömrəli hökmünü, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 7 saylı arayışı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 7(002)-1027/2021 nömrəli qərarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)-23/2021 nömrəli hökmünü, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 6 saylı arayışı, xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)-39/2022 nömrəli qərarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)-40/2022 nömrəli qərarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)-73/2022 nömrəli qərarını, Balakən RPŞ-nin İBnin müstəntiqinin 14 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamları təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraflar könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamların əsası kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini, həmçinin Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin İ siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 Murtəzəli oğlunun cinayət əməlləri isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, eyni zamanda Təqsirləndirilən şəxs2 cinayətləri etiraf edib əməllərinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onların istinad olunan əməllərə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onları müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxslərin cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz Təqsirləndirilən şəxs1 istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətlərini ifadə edir və bu xüsusda onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azrbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(019)-55/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 124.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 124.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, o, 2022-ci ilin iyanvar ayında cəzasının sonu ilə azad olunmuşdur. Lakin Təqsirləndirilən şəxs1 Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1 (019)-55/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 234.2-ci maddələrilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. İş materiallarından həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Balakən Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(019)-23/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edimlmiş, xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərarla «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisiinn 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq cəzadan azad edilmişdir. Onun həmin hökm üzrə əlavə cəzası yoxdur. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən əsas cəzanı çəkməkdən azad edilən az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs2 üzərindən məhkumluq götürülmüşdür. Qanunvericiliyə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütun hüquqi nəticələri ləğv edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 01 ay 01 gün müddət və 01 iyul 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 21 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 07 ay 20 gün müddət olmaqla cəmi 8 ay 21 gün həbs müddəti təyin olunacaq həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPMnin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 831 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 01 ay 01 gün müddət və 01 iyul 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 21 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 07 ay 20 gün müddət olmaqla cəmi 8 ay 21 gün həbs müddəti təyin olunacaq həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 833 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon X13 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 69.10 manat ekspertiza xərcinin 34.55 manatı Təqsirləndirilən şəxs1 və 34.55 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,342 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,292 qramı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,529 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,479 qramı məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 ədəd 10 manatlıq pul əskinası Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini alarkən Təqsirləndirilən şəxs2 ödədiyi pul məbləğidir. İşdəki sübutlara əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı nəticəsində cinayət yolu ilə 10 manat pul vəsaiti əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi 10 manat pul xüsusi müsadirə edilməli, yəni məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil X17 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 saat və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 10 saat iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 60 maat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutulub həbsdə saxlandığı 01 ay 01 gün müddət və 01 iyul 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 21 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 07 ay 20 gün müddət olmaqla cəmi 8 ay 21 gün həbs müddəti təyin olunmuş həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 31 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutulub həbsdə saxlandığı 01 ay 01 gün müddət və 01 iyul 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 21 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 07 ay 20 gün müddət olmaqla cəmi 8 ay 21 gün həbs müddəti təyin olunmuş həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin; Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 69.10 manat ekspertiza xərcinin 34.55 manatı Təqsirləndirilən şəxs1 və 34.55 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,342 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,292 qramı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,529 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,479 qramı məhv edilsin; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi 10 manat pul xüsusi müsadirə edilsin-məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Hacıməmmd oğluna ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar