Məhkəmə qərarları › İş №1(019)-9/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-9/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-9/2024 17.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş-Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 221.2.1, 221.3, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 120.2.2, 120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 11 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış,məhkumluğu ödənilməmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 237.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 2023-cü ilin may ayının təxminən 15-də Balakən rayonu Qullar kəndinin ərazisindən axan Hunbul çayının kənarından tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini toplayıb həmin yerdəcə qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 10,78 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 01 ədəd şəffaf sellofana büküb şəxsi istehlakı üçün əynindəki cins şalvarın sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. Bundan başqa o, 2023-cü ilin may ayının təxminən ortalarında ünvan 1 ünvanda yaşayan Şahid4 hər biri 12 manata olmaqla ümumilikdə 1200 manat pul müqabilində alıb əldə etdiyi 100 (yüz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı evə gətirib həmin toxumlardan 08 (səkkiz) ədədini 2023-cü ilin may ayının təxminən ortalarında yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinin dirrik hissəsində qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan cücərmiş 08 (səkkiz) ədəd, yəni xeyli miqdarda olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini suvarmaqla, diblərini alaq otlarından təmizləməklə, həmçinin digər aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 03 iyun 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Orucov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 11:25-dən 12:00-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində şəxsi istehlakı məqsədi ilə saxladığı 01 ədəd şəffaf sellofan bükümdəki təmiz çəkisi 10,78 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki cins şalvarın sağ yan cibindən, narkotik tərkibli çətənə (kannabis) bitkisinin 100 (yüz) ədəd toxumlarından 08 ədədini əkdikdən sonra həmin toxumlardan geriyə qalmış bir ədəd polietilen paketdəki 92 (doqsan iki) ədəd toxumlar isə əynindəki köynəyin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Həmçinin tədbirlərin davamı olaraq 03 iyun 2023-cü il tarixdə saat 12:30dan 13:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq əkib-becərib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda, yəni uzunluqları 03 sm.-dən 11,6 sm.-dək, ümumi çəkiləri 0,25 qram olan 08 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş həmin narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri yaşadığı evin həyətyanı torpaq sahəsinin dirrik hissəsindən aşkar edilərək götürülmüşdür. X3 həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadə verməkdən imtina etmiş, lakin dövlət ittihamçısının suallarına cavabında təmiz çəkisi 10,78 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, 01 ədəd şəffaf sellofan bükümdə şəxsi istehlakı üçün əynindəki cins şalvarın sağ yan cibinə qoymaqla daşıyaraq saxladığını, həmçinin Şahid4 100 (yüz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını aldığını, həmin toxumlardan 08 (səkkiz) ədədini 2023-cü ilin may ayının təxminən ortalarında yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinin dirrik hissəsində əkdiyini və həmin toxumlardan cücərmiş 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini suvardığını, diblərini alaq otlarından təmizləməklə, həmçinin digər aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyini, polis əməkdaşları tərəfindən həmin 10,78 qram narkotik vasitə qurudulmuş marixunanın, 90 ədəd marixuana toxumlarının üstündən aşkar edildiyini, 8 ədəd çətənə şitillərinin isə yaşadığı Balakın rayonu Qullar kəndində yerləşən evinin həyətyanı sahəsində tapıldığını, ciqnayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edir, narkotik vasitə aludəçisidir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 221.2.1, 221.3, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 120.2.2, 120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 11 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Əvvəllər psixi xəstəliklər keçirməmişdir. 2023-cü ilin may ayının təxminən ortalarında (dəqiq tarixi xatırlamır) yaşadığı Balakən rayonu Qullar kəndinin ərazisindən axan Hunbul çayının kənarına getdiyi zaman orada bir ədəd yabanı halda bitmiş çətənə bitkisini görmüşdür. Özü qurudulmuş marixuana aludəçisi olduğundan həmin bitkini tanımış və onun üzərindən şəxsi istifadəsi üçün yararlı hissələrini yığıb elə həmin yerdəcə bir az qurudub bir ədəd sellofana büküb əynindəki şalvarın cibinə qoyub üzərində saxlamışdır. Tapdığı çətənə bitkisini də kökündən qoparıb çaya atmışdır. Üzərində yarıqurumuş halda saxladığı çətənə bitkisinin hissələri elə cibindəcə tam qurumuşdur. 2023-cü ilin may ayının ortalarında (dəqiq tarixini xatırlamır), Hunbul çayının kənarında bir ədəd narkotik tərkibli yabanı halda bitmiş çətənə bitkisini tapdığı günlərdə (həmin bitkini tapdıqdan sonra) tanışı olan Şahid4 adlı Balakən şəhər sakini özündə satlıq narkotik tərkibli çətənə bitkisi toxumunun olduğunu bildirdikdə ondan hər biri 12 (on iki) manata olmaqla cəmi 1200 (min iki yüz) manata 100 (yüz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını alıb əldə etmişdir. Həmin toxumları almaqda məqsədi onları hissə-hissə əkib qulluq edərək əldə etdiyi narkotik vasitədən özü üçün istifadə etmək olmuşdur. Ona görə də əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını bir ədəd balaca sellofan paketin içərisində üzərində saxlamışdır. 2023-cü ilin may ayının təxminən ortalarında, yəni toxumları əldə etdiyi günü həmin toxumlardan 08 ədədini yaşadığı Qullar kəndindəki evinin həyətyanı torpaq sahəsində əkmişdir. Əkdiyi toxumlar cücərib bitmişdir. Əkdiyi 08 ədəd toxumdan cücərmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinə kənarlarını alaq otlarından təmizləməklə və suvarmaqla qulluq etmişdir. Üzərində saxladığı qurudulmuş marixuanadan bir neçə dəfə istifadə etmişdir, lakin istifadə etdiyi narkotik vasitənin miqdarını bilmir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Qullar kəndinin ərazisində olarkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-yə aparmışlar. Balakən RPŞ-də ona təqdim edilmiş vəkil siyahısından hüquqlarını müdafiə etmək üçün dövlət hesabına seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə 03 iyun 2023-cü il tarixdə səhər saat təxminən 12 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibində bir ədəd şəffaf sellofana büküb şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə-qurudulmuş marixuananı və əynindəki köynəyin sol döş cibində balaca sellofan paketdə saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi narkotik vasitəni təxminən 15-20 gün əvvəl, yəni 2023-cü ilin may ayının ortalarında Hunbul çayının kənarından tapdığı bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən yığıb əldə etmiş, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 2023-cü ilin təxminən may ayının ortalarında Balakən şəhər sakini olan Rasimdən hər birini 12 manata olmaqla cəmi 1200 manat müqabilində 100 (yüz) ədəd çətənə toxumu almış, həmin toxumlardan 08 (səkkiz) ədədini isə yaşadığı evin həyətyanı sahəsində əkib-becərmişdir. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə AR ƏN MEM X12 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən bir ədəd şəffaf sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 10,78 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır, baxış zamanı aşkarlanmış, Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində 2023-cü ilin may ayının ortalarında əkib-becərdiyi 08 ədəd, uzunluqları 03 sm.-dən 11,6 sm.-dək, ümumi çəkiləri 0,25 qram olan əkilib –becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Həmçinin ona məlum olmuşdur ki, ekspert rəyinə görə çətənə bitkisinin şitilləri erkən inkişaf fazasında olduğundan onların bir-biri ilə müqayisəli tədqiqatını (eyniliyini) aparmaq mümkün olmamışdır. Həmçinin ona aydın olmuşdur ki, üzərindən aşkarlanmış 92 (doxsan iki) ədəd bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Özü narkotik vasitə aludəçisidir. Narkotik tərkibli bitkiləri əkib-becərməkdə məqsədi özü üçün istifadə etmək olmuşdur. Narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Üzərində narkotik vasitə saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Üzərində narkotik vasitə saxlamağı və yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyi barədə heç kimin məlumatı olmayıb. Bu barədə heç kimə bildirməmişdir. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi və narkotik xassəli çətənə bitkilərini əkib-becərməsi barədə Balakən RPŞ-nin CAB-na əməliyyat məlumatlarının daxil olmasını, keçirilmiş əməliyyat müəyyənləşdirilməsinin nəticəsində həmin şəxsin xx.xx.1972-ci ildə Balakən rayonunda anadan olmuş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsini Balakən RPŞ-nin rəisinə raportla məruzə edib bildirərək, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməkdə və narkotik xassəli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olan Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat -axtarış tədbirlərinin keçirilməsinə icazə istəmişdir. Balakən RPŞ rəisinin göstərişinə əsasən onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və RPŞ-nin K və PH qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid3 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmışdır. 03 iyun 2023-cü il tarixdə günortaya qədər Balakən RPŞ-nin K və PH qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə və qanunsuz olaraq narkotik xassəli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olan Orucov X4 rayonun Qullar kəndinin ərazisində aşkar olunaraq onların tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün onlar tərəfindən Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 11- 12 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, Balakən RPŞ-nin K və PH qrupunun kiçik inspektoru Şahid3 və Balakən RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz olaraq saxladığı əşya, predmet və ya qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin «nəşə» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əynindəki köynəyin sol döş cibində saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumları təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərində aşkar edilən narkotik vasitə- qurudulmuş marixuanaya oxşar bitki kütləsini və çətənə bitkisinin toxumlarına oxşar toxumları haradan əldə etdiyini soruşduqda, o, qurudulmuş marixuanaya oxşar bitki kütləsini təxminən 15-20 gün əvvəl Balakən rayonu Qullar kəndindən axan Hunbul adlı çay kənarında tapdığı bir ədəd narkotik bitkisinin üzərindən yararlı hissələrini yığaraq əldə edib üzərində saxladığını və həmin narkotik bitkisini qıraraq çaya atdığını bildirmişdir. Təqsirləndirilən şəxs bir müddət əvvəl Rasim adlı şəxsdən hər birini 12 manata olmaqla ümumilikdə 1200 manat pul verərək 100 ədəd narkotik toxumlarını aldığını və üzərindən aşkar edilmiş toxumların da Rasimdən aldığı toxumlar olduğunu demişdir. Təqsirləndirilən şəxs 100 ədəd toxumu aldıqdan sonra 08 ədəd toxumu yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyini, qalan toxumları isə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Rasim adlı şəxsdən aldığını bildirdiyi toxumlar sayıldıqda cəmi 92 ədəd toxum olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə ümumi çəkisi 12,87 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar təhqiqatçı tərəfindən ayrı-ayrı zərflərdə qablaşdırılmış və həmin zərflərin üzəri möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin gün saat təxminən 13 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyi Balakən rayonu Qullar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə, evə və həyətdəki yardımçı tikililərinə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, mütəxəssis qismində dəvət edilmiş aqronom Şahid5, RPŞ-nin K və PH qrupunun kiçik inspektoru Şahid3, RPŞ-nin MSY-nin polis nəfəri Şahid2 və RPŞ-nin KTQnun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar şitilləri təqdim etmiş və baxışda iştirak edən mütəxəssis-aqronom Şahid5 həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs da həmin şitillərə qulluq etdiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərinə oxşar şitillər köklərindən çıxarılaraq ölçülmüş, həmin şitillərin uzunluqlarının 3 sm.-dən 11,6 sm.-dək olduğu müəyyən edilmiş və həmin şitillər elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,72 qram olması məlum olmuşdur. Qeyd edilən 08 ədəd çətənə bitkisinin şitillərinə oxşar şitillər təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətində olan tikililərə və həyətyanı sahəsinə baxdıqda başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar edilməmişdir. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 də Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəsinə istinadən ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən RİHB-nin Hənifə kənd inzibati ərazisi üzrə nümayəndəsi vəzifəsində işləyir. İxtisasca ali təhsilli aqronomdur. 03 iyun 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olması barədə məlumat verərək,bununla bağlı olaraq onun narkotik tərkibli bitkiləri əkib-becərdiyi əraziyə baxış keçirilməli olduğunu deyərək, baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyi Balakən rayonu Qullar kəndində yerləşən yaşadığı ünvana baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi və RPŞ-nin polis əməkdaşları da iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar şitilləri təqdim etdərək göstərmişdir. Həmin şitillərə baxdıqda onların diblərinin alaq otlarından təmizləndiyini və həmin bitki şitillərinə aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmiş və bu barədə baxış iştirakçılarına da bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs da həmin şitillərə qulluq etdiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərinə oxşar bitki şitilləri köklərindən çıxarılaraq ölçülmüş, həmin şitillərin uzunluqlarının 3 sm.-dən 11,6 sm.dək olduğu müəyyən edilmiş və həmin şitillər elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,72 qram olması məlum olmuşdur. Qeyd edilən 08 ədəd çətənə bitkisinin şitillərinə oxşar şitillər təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətində olan tikililərə və həyətyanı sahəsinə baxdıqda başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar edilməmişdir. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2023-cü ilin may ayının ortalarında Balakən rayonu Qullar kənd sakini olan tanışı Təqsirləndirilən şəxs ilə Balakən şəhərində görüşdüyü zaman Elşənə özündə satılıq narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu və toxumun birini 12 manata satdığını bildirdiyini, Elşənin ona 100 ədəd toxum almaq istədiyini dediyini, ertəsi günü Balakən şəhərində görüşərək Elşənə hər birinin qiyməti 12 manat olmaqla 1200 manat müqabilində 100 (yüz) ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını satdığını, Təqsirləndirilən şəxs həmin toxumları əkib-becərməsi və ya hər hansı başqa bir şəxsə verib-verməməsi ilə bağlı heç bir məlumatının olmadığını göstərmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 11:25-dən 12:00-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda və qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-yə gətirilmiş Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və digər iştirakçıların iştirakı ilə onun hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən kütlə, vasitə olub-olmadığını soruşduqla Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin «nəşə» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əynindəki köynəyin sol döş cibində saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumları təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərində aşkar edilən narkotik vasitə- qurudulmuş marixuanaya oxşar bitki kütləsini və çətənə bitkisinin toxumlarına oxşar toxumları haradan əldə etdiyini soruşduqda o, qurudulmuş marixuanaya oxşar bitki kütləsini təxminən 15-20 gün əvvəl Balakən rayonu Qullar kəndində «Hunbul» adlı çay kənarında tapdığı bir ədəd narkotik ağacından yararlı hissələrini yığaraq üzərində saxladığını və həmin ağacı qıraraq çaya atdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş toxumları isə bir müddət əvvəl Rasim adlı şəxsdən hər birini 12 manatdan olmaqla ümumilikdə 1200 manat pul verərək 100 ədəd narkotik toxumlarını aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 100 ədəd toxumu aldıqdan sonra 08 ədəd toxumu yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyini, üzərində olan toxumları isə saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Rasim adlı şəxsdən aldığını bildirdiyi toxumlar sayıldıqda 92 ədəd olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilən qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə ümumi çəkisi 12,87 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar ayrı-ayrı zərflərdə qablaşdırılmış və həmin zərflərin üzəri möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır. Keçirilmiş şəxsi axtarış Balakən RPŞnin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru X10 tərəfindən videokamera vasitəsilə qeydə alınmışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videogörüntüləri əks oşlunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 03 iyun 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli baxış və götürmə barədə protokoldan görünür ki, baxış Balakən rayonu Qullar kəndində xx.xx.2023-cü il tarixdə saat 12:30-dan 13:15-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda və qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılarkən o, yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış Təqsirləndirilən şəxs yaşadığı evə həyətyanı torpaq sahəsinə və digər tikililərə keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu bildirdikdə Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı həyətdə əkdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar şitilləri təqdim etmiş və baxışda iştirak edən mütəxəssisaqronom Şahid5 həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs da həmin şitillərə qulluq etdiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərinə oxşar şitillər köklərindən çıxarılmış, həmin şitillərin uzunluqlarının 3 sm.-dən 11,6 sm.-dək olduqları və həmin şitillər elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,72 qram olması məlum olmuşdur. Qeyd edilən 08 ədəd çətənə bitkisinin şitillərinə oxşar şitillər 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətində olan tikililərə və həyətyanı sahəsinə baxdıqda başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar edilməmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, keçirilmiş baxış Balakən RPŞ-nin KTQnun baş inspektor-kriminalisti polis mayoru X10 tərəfindən videokamera vasitəsilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı baxış və götürmənin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 03 iyun 2023-cü il tarixli baxış və götürmə barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis aqronom Şahid5 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş hündürlükləri 3 sm-dən 11.6 sm-dək olan narkotik tərkibli çətənə bitkilərinin şitillərinə oxşar şitillərə aqrotexniki qaydada qulluq göstərilmiş və dibləri alaq otlarından təmizlənmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 iyun 2023-cü il tarixli, 17/437 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi –10,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır; Tədqiqata təqdim olunmuş, üzərində “ Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 92 ədəd toxumlar.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd polietilen paketdə, təmiz çəkisi-1,59 qram olan 92 (doxsan iki) ədəd bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir; Tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində aşkar edilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərinə oxşar şitillər.” sözləri və imzalar yazılmış zərfin içərisindəki, uzunluqları 3 sm-dən 11.6 sm-dək, ümumi çəkiləri-0,25 qram olan 08 (səkkiz) ədəd bitki şitilləri əkib-becərilməsi qadağan oluqnmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Çətənə (kannabis) bitkisinin şitilləri erkən inkişaf fazasında olduğundan onların bir-biri ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı; Aqronom-mütəxəssis Şahid5 03 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Marixuananın təmiz çəkisi-10,78 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-10,73 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 03 iyun 2023-cü ildə saat 11:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(019)- 32/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən Rayon Mərkəzi X8 Şəxsinin 12 iyun 2023-cü il tarixli PHŞ-6-27/2-359/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs MRX-nın poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2023-cü il tarixli 8 saylı arayışdan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsininin 19 noyabr 2007-ci il tarixli hökmündən və Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 221.2.1, 221.3, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 120.2.2, 120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, həmçinin Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o, 11 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 10,78 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,73 qramı, Təqsirləndirilən şəxs əkib-becərdiyi ekspert rəyindən sonra təmiz çəkisi 0,25 qram olan,uzunluqları 3 sm.-dən 11,6 sm.-dək olan 08 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 92 (doxsan iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman və şübhəli şəxs Təqsirləndirilən şəxs 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini əkib-becərdiyi Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinin dirrik hissəsinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə,iş üzrə şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspretizasının 03 iyun 2023-cü tarixli, 17/437 nömrəli rəyini, mütəxəssis aqronom Şahid5 xx.xx.2023-cü il tarixli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1114 nömrəli rəyini, 03 iyun 2023-cü il tarixli şəxsi axtarış və baxış və götürmə protokollarını, həmin şəxsi axtarışın və baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diskini, maddi sübutları, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq,tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddədərilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumunislah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normasına istinad edib, cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun cinayətləri etiraf edib əməllərinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməllərinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkil qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 221.2.1, 221.3, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 120.2.2, 120.2.4 və 228.4-cü maddələrilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o, 11 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs oğlu Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 221.1, 221.2.1, 221.3, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 120.2.2, 120.2.4 və 228.4-cü maddələrilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmiş əməlləri cinayətlərin məcmusunu yaratdığından ona Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq bu cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı və 05 iyun 2023-cü il tarixdən hazırkı günədək ev dustaqlığında saxlanıldığı müddət həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlandığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1114 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 34,55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 10,78 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,73 qramı, Təqsirləndirilən şəxs əkibbecərdiyi ekspert rəyindən sonra təmiz çəkisi 0,25 qram olan,uzunluqları 3 sm.-dən 11,6 sm.-dək olan 08 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 92 (doqsan iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və Balakən rayonu Qullar kəndində evinin həyətyanı sahəsinin dirrik hissəsində aparılan baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı və 05 iyun 2023-cü il tarixdən hazırkı günədək ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablansın; Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. İş üzrə 34,55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 10,78 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,73 qramı, Təqsirləndirilən şəxs əkib-becərdiyi ekspert rəyindən sonra təmiz çəkisi 0,25 qram olan,uzunluqları 3 sm.-dən 11,6 sm.-dək olan 08 (səkkiz) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 92 (doqsan iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və Balakən rayonu Qullar kəndində evinin həyətyanı sahəsinin dirrik hissəsində aparılan baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar