Məhkəmə qərarları › İş №1(019)-9/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-9/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-9/2025 11.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Balakən rayonu Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yandırmaqla və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, o, ondan ayrılaraq Balakən rayonu Kortala kəndində atası Zərərçəkmiş şəxs evində yaşayan arvadı Şahid1 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs məxsus yardımçı tikilini və mal tövləsini vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə yandırmaq qərarına gələrək bu niyyətini həyata keçirmək üçün xx.xx.2024-cü il tarixdə saat 20 radələrində sonuncunun yaşadığı Balakən rayonu Kortala kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində yerləşən içərisindəki əşyalarla birlikdə yardımçı tikilini və mal tövləsini yandırmaq məqsədi ilə özü ilə gətirdiyi kağız salfeti özünə məxsus alışqanla yandıraraq küçə tərəfdən mal tövləsinin içərisindəki quru ot bağlamalarının üzərinə atıb qəsdən yanğın törədərək hər birinin qiyməti 4,5 manat olmaqla 2700 manat dəyərində quru yonca otundan olan 600 ədəd bağlamaları, hər kiloqramının qiyməti 3,5 manat olmaqla 518 manat dəyərində 148 kiloqram fındığı, təxminən 6 il əvvəl alınmış 110 manat dəyərində 28-lik “STEAL” markalı bir ədəd velosipedi, 160 manat dəyərində "Makito” markalı işlənmiş bir ədəd motorlu otbiçəni, 195 manat dəyərində bir ədəd motorlu otbiçəni, hər kiloqramının qiyməti 0,45 manat olmaqla 225 manat dəyərində 500 kiloqram qarğıdalı dənini, hər birinin qiyməti 75 manat olmaqla 150 manat dəyərində hər biri 50 litr tutumlu iki ədəd aliminium su bidonlarını, 35 manat dəyərində bir ədəd təzə ventilyatoru, 900 manat dəyərində bir ədəd “Kombi” aparatını, 80 manat dəyərində bir ədəd taxta nərdivanı, hər birinin qiyməti 20 manat olmaqla 60 manat dəyərində 3 ədəd plastmass qabları, hər bir kub metrinin qiyməti 400 manat olmaqla eni 5 sm, hündürlüyü 20 sm, uzunluğu 6 metr olan şam ağacından hazırlanmış 1,5 kub metr həcmdə 600 manat dəyərində taxta materialını, hər birinin qiyməti 7 manat olmaqla 56 manat dəyərində 8 ədəd şpakeli, hər birinin qiyməti 60 manat olmaqla 480 manat dəyərində içində ramkaları ilə birlikdə 08 ədəd boş arı yeşiklərini, hər birinin qiyməti 45 manat olmaqla 180 manat dəyərində 14x6 ölçüdə 04 ədəd təzə brezent örtükləri, hər bir metrinin qiyməti 2.5 manat olmaqla 42,5 manat dəyərində 17 metr polietilen örtüyü, 50 manat dəyərində bir ədəd sandığı, hər birinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində 04 ədəd təzə şiferi, 7 manat dəyərində bir ədəd çəkici, 12 manat dəyərində bir ədəd kuvaldanı, 10 manat dəyərində bir ədəd yabanı, 95 manat dəyərində bir ədəd su matorunu, hər birinin qiyməti 35 manat olmaqla 70 manat dəyərində iki ədəd aliminium tiyanları, 20 manat dəyərində bir ədəd xəmir ləyənini, hər birinin qiyməti 40 manat olmaqla 120 manat dəyərində 03 ədəd şirli ləyənləri, 110 manat dəyərində bir ədəd su motorunu, hər birinin qiyməti 105 manat olmaqla 210 manat dəyərində iki ədəd qış gödəkçələrini, hər birinin qiyməti 24 manat olmaqla 48 manat dəyərində 2 cüt ayaqqabıları, hər birinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində iki ədəd qadın jaketlərini, hər birinin qiyməti 20 manat olmaqla 40 manat dəyərində iki ədəd qış qadın koftalarını, 80 manat dəyərində bir ədəd stabilizator aparatını, hər birinin qiyməti 30 manat olmaqla 60 manat dəyərində iki ədəd kişi pencəyini yandıraraq 7703,5 manat, yardımçı tikilinin və mal tövləsinin yandırılması nəticəsində tikinti üzrə 9703,00 manat olmaqla zərərçəkmiş şəxsə ümumilikdə 17406,5 (on yeddi min dörd yüz altı manat əlli qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin əmlakını yandırmaqla məhv etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirildi: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həyat yoldaşı Leyla azyaşlı qızını ona göstərməkdən imtina etdiyinə görə ondan heyif çıxmaq məqsədi ilə həyətlərindəki yardımçı tikilini yandırdığını, dəymiş ziyandan qismən ödəniş etdiyini, zərərçəkmiş şəxslə barışmasını və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq edərək bildirmişdir ki, şəhid Hüseyinov Əsgərin atasıdır. Təqsirləndirilən şəxs qızı Leylanın əridir. Qızı Leyla Təqsirləndirilən şəxs ayrılaraq üç azyaşlı uşağı ilə evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 20 radələrində qonşu Səyyadgildə çay içdiyi zaman Fərman adlı həmkəndlisi ona zəng edərək onlar tərəfdə yanğın olduğunu bildirmişdir. Səyyadgildən çıxıb baxdıqda yaşadığı evin həyətindəki şəhid oğlu Əsgər Hüseyinovun xatirə otağı olan yarımtikilinin yandığını görmüşdür. Yanğın nəticəsində yarımtikilinin içərisindəki əşyalar yanmışdır. Quru yonca otundan olan 600 ədəd bağlamalar, 148 kiloqram fındıq, bir ədəd velosiped, 160 manat dəyərində "Makito” markalı işlənmiş bir ədəd motorlu otbiçən, 195 manat dəyərində bir ədəd motorlu otbiçən, 500 kiloqram qarğıdalı dəni, hər birinin qiyməti 75 manat olmaqla 150 manat dəyərində hər biri 50 litr tutumlu iki ədəd aliminium su bidonları, bir ədəd təzə ventilyator, 900 manat dəyərində bir ədəd “Kombi” aparatı, 80 manat dəyərində bir ədəd taxta nərdivan, hər birinin qiyməti 20 manat olmaqla 60 manat dəyərində 3 ədəd plastmass qablar, şam ağacından hazırlanmış 600 manat dəyərində taxta materialı, hər birinin qiyməti 7 manat olmaqla 56 manat dəyərində 8 ədəd şpakel, 08 ədəd boş arı yeşikləri, hər birinin qiyməti 45 manat olmaqla 180 manat dəyərində 14x6 ölçüdə 04 ədəd təzə brezent örtüklər, hər bir metrinin qiyməti 2.5 manat olmaqla 42,5 manat dəyərində 17 metr polietilen örtük, 50 manat dəyərində bir ədəd sandıq, hər birinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində 04 ədəd təzə şifer, bir ədəd çəkic, 12 manat dəyərində bir ədəd kuvaldan, bir ədəd yaba, 95 manat dəyərində bir ədəd su motoru, 70 manat dəyərində iki ədəd aliminium tiyanlar, 20 manat dəyərində bir ədəd xəmir ləyən, 120 manat dəyərində 03 ədəd şirli ləyənlər, 110 manat dəyərində bir ədəd su motoru, 210 manat dəyərində iki ədəd qış gödəkçələri, 48 manat dəyərində 2 cüt ayaqqabı, 80 manat dəyərində iki ədəd qadın jaketləri, 40 manat dəyərində iki ədəd qış qadın koftaları, 80 manat dəyərində bir ədəd stabilizator aparatı, 60 manat dəyərində iki ədəd kişi pencəyi yanmışdır. Əşyaların və şəhid oğlu Əsgər Hüseyinovun xatirə otağı olan yarımtikilinin və ona bitişik mal tövləsinin yanması nəticəsində ona ümumilikdə təxminən 17406.5 manat maddi ziyan vurulmuşdur. Əşyaların növü və miqdarı ittiham aktında qeyd olunduğu kimidir, artıq heç bir əşya qeyd olunmamışdır. Əvvəlcə bəzi əşyaların miqdarını az hesablasalar da, sonradan dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs ona vurulmuş zərərin 1500 manat hissəsini ödəmişdir. O, Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildən evlidirlər. 15 iyul 2024-cü il tarixdə Elmardan ayrılaraq üç azyaşlı uşağı ilə birlikdə atası Zərərçəkmiş şəxs evinə köçmüşdür. Elmar onunla barışmaq üçün çox çalışmış, lakin razı olmamışdır. xx.xx.2024-cü il tarixdə Bakıda olduğu zaman axşamı saat 20 radələrində bibisi oğlu ona atası evində baş verən yanğın hadisəsi barədə məlumat vermişdir. Həmin gecə saat 21:11-də Elmar onun telefonuna zəng edərək baş vermiş yanğın hadisəsi ilə bağlı “keçmiş olsun, eşitmişəm başınıza iş gəlib” demişdir. O da Elmara "utanmırsan sən, elə bir şeydən ötrü zəng edirsən” demiş və telefonu söndürmüşdür. Elmarın yanğını törədə biləcəyindən şübhələnsə də, onun belə bir hadisəni törədəcəyinə də inanmaq istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində Kortala kəndinin mərkəzində, mağazaların yanında kənd sakinləri ilə söhbət etmişdir. Daha sonra yağış yağmağa başladıqda özünə məxsus olan "Opel Vectra” markalı avtomobilə minib evə getməyə hazırlaşdığı zaman Elmar qapını açıb ondan özünü Kortala kənd sakini Ayşə müəlliməgilə çatdırmağını xahiş etmişdir. Elmarı Ayşə müəllimənin yaşadığı evin küçə qapılarının qarşısına çatdırmışdır. Elmar maşından düşüb həmin yerdə dayanmışdır. Elmarın həyətə girdiyini görməmişdir. Özü isə Elmarı düşürtdükdən sonra geriyə qayıdaraq evə getmişdir. Evə çatdıqda qonaqların gəldiyini görmüşdür və bir qədər onlarla söhbət etdikdən sonra işıqlar sönmüşdür. Tanış uşaqlara zəng edib işıqların kəsilməsinin səbəbini soruşduqda onlar Kortala kəndi ərazisində yerləşən Elmarın qayınatası Zərərçəkmiş şəxs məxsus damın yandığını, buna görə də işıqların kəsildiyini bildirmişlər. Məhkəmə iclasında Şahid2 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu olmuşdur. Cinayət işinin 11-20-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 08:30-dan saat 09:45-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Balakən rayonu Kortala kəndində yerləşən yaşadığı evin həyətindəki yardımçı tikiliyə və ona bitişik mal tövləsinə baxış keçirilmişdir. Baxış zamanı evin yol qapısından giriş hissəsindən solda təxminən 120 kvadrat metr sahəsi olan bir otaq və ona bitişik mal tövləsinin olduğu həmin tikilinin ümumilikdə dam hissəsinin yanması, tikilinin mal tövləsi hissəsində yerdə yanmış ot bağlamalarının, fındıqların olması müəyyən edilmişdir. Baxış zamanı Beydiyeva Fatma ona məxsus olan yardımçı tikilini yeznəsi, Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qəsdən yandırdığını, baş vermiş yanğın nəticəsində ona ümumilikdə təxminən 15 000 (on beş min) manat maddi ziyan dəydiyini, yanmış tikilinin içərisində 2350 manat dəyərində 470 ədəd ot bağlamasının, 175 manat dəyərində 50 kiloqram fındığın, 230 manat dəyərində bir ədəd velosipedin, 300 manat dəyərində iki ədəd motorlu otbiçən alətin, 105 manat dəyərində 300 kiloqram qarğıdalının, 200 manat dəyərində 2 ədəd aliminium su balonlarının, 400 manat dəyərində 8 ədəd boş arı yeşiklərinin, 40 manat dəyərində bir ədəd ventilyatorun, bütün ailə üzvlərinə məxsus 1500 manat dəyərində şəxsi geyim əşyalarının, təxminən 500 manat dəyərində qab-qacaqların, tikilidəki otaqda şəhid nəvəsi Əsgər Hüseynova məxsus şəkilləri, şəxsi geyim əşyalarının olduğunu, yanğın nəticəsində tikilinin bütövlükdə taxta və dəmir dam örtüyünün tam olaraq yandığını və yararsız vəziyyətə düşdüyünü, yanğın nəticəsində xəsarət alan olmadığını bildirmişdir. Baxış zamanı yanğın baş vermiş sahənin fotoşəkilləri çəkilmişdir. Həmin fotoşəkillər protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuşdur, iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamışdır. Protokolun doğruluğu iştirakçılar tərəfindən təsdiq edilmişdir. Cinayət işinin 55-ci vərəqində olan könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi alışqan qızılı rəngdə olmaqla eni 2.5 sm, uzunluğu 7.5 sm-dir. Alışqanın başlıq hissəsində göy rəngdə dördbucaqlının içərisində və alışqanın gövdə hissəsinin üzərində göy rəngdə dördbucaqlının içərisində “QİFENG” yazılmışdır. Həmin yazılar olan tərəfdə qara rəngli xırda həndəsi fiqurlardan ibarət naxışlar vardır. Alışqan bötüvlükdə qızılı rəngdədir. Təqsirləndirilən şəxs həmin alışqanın özünə məxsus olduğunu və xx.xx.2024-cü il tarixdə X1 məxsus yaşayış evinin yardımçı tikilisində və mal tövləsində yanğın hadisəsini törətmək üçün istifadə etdiyini, həmin alışqanla salfet kağızını yandıraraq yanğın törətdiyini bildirmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadə onun iştirakı ilə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin həyətindəki küçəyə bitişik yanmış yarımtikilini göstərərək xx.xx.2024-cü il tarixdə salfet kağızını alışqanla yandıraraq tikilinin yuxarı hissəsində yerləşən aralı vəziyyətdə olan qapısından içəri quru ot bağlamalarının üzərinə atdığını bildirmişdir. Cinayət işinin 76-cı vərəqində olan könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 01 (bir) ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar aşkar edilmişdir. DVD diskdəki videogörüntü 34 saniyədən ibarətdir. Videogörüntü açıldıqda monitorun yuxarı sol küncündə xx.xx.2024cü il saat 19:45:19 əks olunur. Mağazanın qarşısında dayanmış “Opel” markalı dövlət qeydiyyat nişanı görünməyən avtomobilə Təqsirləndirilən şəxs yaxınlaşır, avtomobilin sağ tərəfdən ön qapısını açaraq sürücü ilə bir neçə saniyə ərzində danışdıqdan sonra ön sərnişin oturacağına əyləşir və saat 19:45:52-də avtomobil oradan uzaqlaşır. Cinayət işinin 247-248-ci vərəqələrində olan məhkəmə yanğın-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/8534 nömrəli rəydən görünür ki, Balakən rayonu Kortala kəndində yerləşən yardımçı tikilidə və mal tövləsində baş vermiş yanğının mənbəyi, tövlənin dam hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək tövləyə və yardımçı tikiliyə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də mənbə zonasında yanğını şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Ekspertiza tədqiqatının dəyəri 105 manat. Cinayət işinin 251-255-ci vərəqələrində olan kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/8690-9/9025 nömrəli rəydən görünür ki, Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların yanmamışdan əvvəl normal vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7125,00 manat müəyyən olunur. Digər qərarda qeyd edilən və tədqiqatı aparılmamış mallar haqqında kifayət qədər məlumat (marka, model, ölçü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Yanğın nəticəsində Balakən rayonu Kortala kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətində yerləşən yardımçı tikilinin və mal tövləsinin yandırılması nəticəsində tikililərə tikinti üzrə dəymiş ziyan 9703,00 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 165 manat. Cinayət işinin 274-284-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 03 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X2 məxsus evin həyətində yerləşən yardımçı tikilinin və mal tövləsində yanmış və ekspert tərəfindən qiymətləndirilməsi mümkün olmayan əşyaların qiyməti zərərçəkmiş şəxs Vaqif Hüseynovun istintaqa vermiş olduğu əlavə ifadəsinə müvafiq olaraq "Makito” markalı işlənmiş bir ədəd motorlu otbiçən 160 manat dəyərində, bir ədəd motorlu otbiçən 195 manat dəyərində, bir ədəd təzə ventilyator 35 manat dəyərində, bir ədəd “Kombi” aparatı 900 manat dəyərində, bir ədəd taxta nərdivan 80 manat dəyərində, 3 ədəd plastmass qablar hər birinin qiyməti 20 manat olmaqla 60 manat dəyərində, 8 ədəd şpakel hər birinin qiyməti 7 manat olmaqla 56 manat dəyərində, 14x6 ölçüdə 04 ədəd təzə brezent örtüklər hər birinin qiyməti 45 manat olmaqla 180 manat dəyərində, 17 metr polietilen örtük hər bir metrinin qiyməti 2.5 manat olmaqla 42,5 manat dəyərində, bir ədəd sandıq 50 manat dəyərində, 04 ədəd təzə şifer hər birinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində, bir ədəd kuvalda 12 manat dəyərində, bir ədəd su motoru 95 manat dəyərində, iki ədəd aliminium tiyanlar hər birinin qiyməti 35 manat olmaqla 70 manat dəyərində, bir ədəd xəmir ləyəni 20 manat dəyərində, 03 ədəd şirli ləyənlər hər birinin qiyməti 40 manat olmaqla 120 manat dəyərində, bir ədəd su motoru 110 manat dəyərində, iki ədəd qış gödəkçələri hər birinin qiyməti 105 manat olmaqla 210 manat dəyərində, 2 cüt ayaqqabılar hər birinin qiyməti 24 manat olmaqla 48 manat dəyərində, iki ədəd qadın jaketləri hər birinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində, iki ədəd qış qadın koftaları hər birinin qiyməti 20 manat olmaqla 40 manat dəyərində, bir ədəd stabilizator aparatı 80 manat dəyərində, iki ədəd kişi pencəyi hər birinin qiyməti 30 manat olmaqla 60 manat dəyərində, 500 kiloqram qarğıdalı dəni hər kiloqramı 0,45 manat olmaqla 225 manat dəyərində qiymətləndirilməsi, bir ədəd alışqanın ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq ibtidai istintaq başa çatdıqdan sonra saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilməsi, Balakən rayonu Kortala kəndində yerləşən təsərrüfat malları mağazasının müşahidə kameraları tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd DVD diskin cinayət işində saxlanılması qərara alınmışdır. Cinayət işinin 106-ci vərəqində olan AZ-İİİ seriyalı 399227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 107-ci vərəqində olan AZ-İİİ seriyalı 630882 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 107-ci vərəqində olan AZ-İV seriyalı 533052 nömrəli nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 272-ci vərəqində olan X5 tərəfindən verilmiş ərizədə göstərilir ki, oğlu Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın 1500 (min beş) manatını Zərərçəkmiş şəxs ödədi. Cinayət işinin 43-44-cü vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 95-97-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(019)-29/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 1500 manat ödəniş edilmiş, onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, baxış keçirilməsi barədə protokolu, məhkəmə yanğın-texniki ekspertizası rəyini, kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası rəyini, ifadəsinin yerində yoxlanılması haqqında protokolu və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli tutulduğu 15 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 270 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs tərəfindən yanğın törətmək üçün istifadə edilmiş bir ədəd alışqan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 06 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 36 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 270 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs tərəfindən yanğın törətmək üçün istifadə edilmiş bir ədəd alışqan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 36 manat vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar