Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-90/2022 13.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə 09 avqust 1989-cu ildə Balakən rayonu Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmayan, işləməyən, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayının sonlarında təxminən saat 18 radələrində balıq tutmaq üçün Katex çayının Püştətala kəndindən keçən hissəsinə gedən zaman orada kolluğun içərisində 03 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri olduğunu görmüş, təxminən saat 20 radələrində həmin 03 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarıb yaşadığı evin həyətinə aparmış, daha sonra həmin bitkiləri yaşadığı evin həyətindəki dirrik sahəsində qəsdən, qanunsuz olaraq torpağa əkmiş, həmin əkdiyi 03 ədəd, yəni xeyli miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini suvarıb diblərini alaq otlarından təmizləməklə və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. 29 iyul 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 09:10dan saat 10:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahəsindəki dirrikdən onun qəsdən, qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etdiyi, hündürlükləri 3,0 metrdən 3,3 metrədək, yaş vəziyyətdə ümumi çəkiləri 10 kiloqram 435,0 qram olan 03 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaq sahədə əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Püştətala kəndində arvadı Çinarə Ovçiyeva və 2 azyaşlı uşaqları il birlikdə yaşayır və fərdi qaydada fəhləlik edərək ailəsini dolandırır. Əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. O, təxminən 08 ildir ki, narkotik vasitə marixuna çəkir. 2022-ci ilin aprel ayının sonlarında təxminən saat 18 radələrində balıq tutmaq üçün Katex çayının Püştətala kəndindən keçən hissəsinə getmiş, orada balıq tutan zaman kolluğun içərisində 03 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri olduğunu görmüş, narkotik vasitə marixuana istifadəçisi olduğuna görə həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu dərhal anlamış və həmin bitkiləri kökündən çıxararaq, aparıb yaşadığı evin həyətindəki dirrik sahəsində əkmək qərarına gəlmişdir. Bundan sonra o, heç kimin görməməsi üçün havanın bir qədər qaralmasını gözləmiş və təxminən saat 20 radələrində həmin 03 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarıb yaşadığı evin həyətinə aparmışdır. Daha sonra arvadı Çinarə görməsin və bilməsin deyə o, həmin bitkiləri dərhal yaşadığı evin həyətindəki dirrik sahəsinə aparıb bitkiləri dirrik sahəsində əkib-becərdiyi qarğıdalı bitkilərinin arasında müxtəlif yerlərdə torpağa əkmişdir. Bundan sonra o, mütəmadi olaraq həmin bitkilərin diblərini alaq otlarından təmizləmiş, suvarmış, yəni yaxşı inkişaf etmələri və yaxşı məhsul vermələri üçün bitkilərə aqrotexniki qaydada qulluq göstərərək, becərmişdir. Nəticədə həmin 03 ədəd narkotik tərkibli çətənə bitkiləri xeyli böyümüşlər. Həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkib-becərmişdir. O, 29 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman küçədən kiminsə onu səslədiyini eşitmiş, buna görə küçəyə çıxanda Balakən RPŞ-nin əməkdaşları özlərini ona təqdim edərək, onun həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu demiş, onu bu barədə qərarla tanış etmiş və buna görə həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşlarının yanında bir müəxəssisaqronom olmuşdur. O, polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra, evinin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitki əkib-əkməməsi barədə polis əməkdaşları tərəfindən ona sual verilmişdir. O da səmimi etiraf edərək, evinin həyətində yerləşən dirrik sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini və həmin bitkilərin yerini göstərəcəyini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun, müəxəssis-aqronomun və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı evin qarşısında yerləşən dirrik sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin yerini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra həmin əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkiləri mütəxəssis-aqronomun iştirakı polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, bitkilərin boyu ölçülərkən ən kiçiyinin hündürlüyü 3,0 metr, ən böyüyünün hündürlüyü isə 3,3 metr təşkil etmişdir. Baxış zamanı mütəxəssis-aqronom həmin bitkilərə baxaraq, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş həmin 03 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən 02 ədəd sintetik kisələrə qoyulub qablaşdırılmış, kisənin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmin kisələr elektron tərəzi vasitəsilə ölçülən zaman birinin çəkisi 3,0 kiloqram 520 qram, digər kisənin çəkisi isə 7,0 kiloqram 225 qram gəlmişdir. Baxış zamanı onun yaşadığı evin həyətyanı sahəsindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsilə lentə alınmışdır. Sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Balakən RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə getmişdir. Polis şöbəsində xidməti otaqların birində baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, daha sonra onun vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçinin, mütəxəssis-aqronomun və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Lakin şəxsi axtarış zamanı onun üzərindən hər hans bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış prosesi də bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsilə lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 17/596 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 03 ədəd hündürlükləri 3,0 metrdən 3,3 metrədək, yaş vəziyyətdə ümumi çəkiləri 10 kiloqram 435,0 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini özü istifadə etmək məqsədilə əkmişdir. Onun yaşadığı evin həyətyanı sahəsində 03 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkməsindən heç kimin məlumatı olmamışdır. O, başqa bir yerdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkməmiş, yaşadığı evin həyətyanı sahəsində cəmi 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkmiş, həmin bitkiləri də polis əməkdaşlarına təqdim etmişdir. Hazırda hadisənin üstündən xeyli müddət keçdiyinə görə o, 03 ədəd çətənə bitkilərinin Katex çayının kənarında bitdiyi yeri dəqiq xatırlamır və buna görə həmin yeri göstərə bilməz. O, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 03 ədəd bitkilərin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olduğunu və həmin bitkilərin əkilib-becərilməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində iki azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenant rütbəsini daşıyır. 29 iyul 2022-ci il tarixdə Balakən rayonu Püştətala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə Balakən RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun üzvləri o, Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov, PPXB-nin taqım komandiri, polis leytenantı Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 və PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev olmaqla həmin tarixdə səhər saatlarında tədbirin həyata keçirilməsi məqsədi ilə Balakən RPŞ-nin inzibati binasında toplanmışlar. Daha sonra tədbirdə mütəxəssis qismində iştirak etməsi üçün aqronom X15 RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən Balakən RPŞ-yə dəvət olunmuş və həmin tərkibdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Onlar təxminən saat 09 radələrində ünvana çatanda Təqsirləndirilən şəxs darvazadan səsləyib bayıra çağırmışlar. Təqsirləndirilən şəxs bayıra çıxandan sonra özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını, həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu və buna görə həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt baş təhqiqatçı X13 Ovçiyevi baxış keçirilməsinə dair qəbul olunmuş qərarla tanış etmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitki əkib-əkməməsi barədə sual verilmiş, İlkin də səmimi etiraf edərək, evinin həyətində yerləşən dirrik sahəsində 03 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirmiş və həmin bitkilərin yerini onlara göstərmişdir. Həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər mütəxəssis-aqronomun iştirakı ilə kökündən çıxarılmış, bitkilərin boyu ölçülərkən ən kiçiyinin hündürlüyü 3,0 metr, ən böyüyünün hündürlüyü isə 3,3 metr olmuşdur. Baxış zamanı mütəxəssis-aqronom Turac Səfərli həmin bitkilərə baxaraq, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 02 ədəd sintetik kisələrə qoyulub qablaşdırılmış, kisələrin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmin kisələr elektron tərəzi vasitəsilə çəkilən zaman birinin çəkisi 3,0 kiloqram 520 qram, digər kisənin çəkisi isə 7,0 kiloqram 225 qram gəlmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən fasiləsiz olaraq videokamera vasitəsilə lentə alınmışdır. Sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət etmiş, Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Balakən RPŞ-yə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 Balakən RPŞ-yə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin, mütəxəssis-aqronomun və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hans bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış prosesi də Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən fasiləsiz olaraq videokamera vasitəsilə lentə alınmışdır. Sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da şahid X2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid2 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədlbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs də məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid2 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 da şahid X2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli “baxış və götürülmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 09:10 dəqiqədən saat 10:05 dəqiqəyədək olan müddət ərzində mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Püştətala kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsinə baxış keçirilmişdir. Baxış zamanı yolun dəmir qapısından həyətə daxil olduqda sol tərəfdə dirrik sahəsi vardır. Dirrik sahəsinə qarğıdalı əkilmişdir. Dirrik sahəsində qarğıdalı cərgəsinin arasına girdikdə hündürlüyü 3,25 metr uzunluqda bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu aşkar olunmuş, həmin yerdən 4 metr aralıda hündürlükləri 3 metrdən 3,30 metrədək iki ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar olunmuşdur. Aqronom hər üç narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının diblərinin alaq otlarından təmizləndiyini, suvarıldığını və aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları kökündən çıxarılmış, iki ədəd sintetik kisədə qablaşdırılmış, sintetik kisələr çəkilən zaman birinci kisə 3 kiloqram 520 qram, ikinci kisə isə 7 kiloqram 225 qram gəlmişdir. Narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları qoyulmuş iki kisə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarını özünün istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 11:25 dəqiqədən saat 11:50 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin, mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Püştətala kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya narkotik tərkibli maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində əkib-becərdiyi narkotik tərkibli bitkiləri öz istifadəsi üçün becərdiyini, polis əməkdaşları tərəfindən polis şöbəsində ona qarşı fiziki zorakılıq və psixoloji təyziq göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış aparılan zaman videoçəkilişdən istifadə edilmiş və çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan mütəxəssis qismində təyin edilmiş aqronom X6 tərəfindən tərtib edilmiş 29 iyul 2022-cil il tarixli rəydən görünür ki, həmin tarixdə Balakən rayonu Püştətala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsinə baxış keçirilən zaman onun dirrik sahəsində əkərək becərdiyi, hündürlüyü 3 metrdən 3,3 metrədək olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kollarına aqrotexniki qaydada qulluq olunmuş, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 iyul 2022-ci tarixli 17/596 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” yazısı olan 02 (iki) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri 10 kiloqram 435,0 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Turac Səfərlinin 29 iyul 2022-cil il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd:çətənə bitkilərinin ümumi çəkisi-10 kq 435,0 qram, cəmi tədqiqata sərf edildi-0,15 qram (hər bitkidən 0,05 qram), qalıq-10 kq 434,85 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022ci il tarixli 1136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 09:10-da şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2022-ci il tarixdə saat 16.50-də Balakən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X11 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 olmaqla Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 5(019)- 30/2022 saylı qərarından görünür ki, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə dair Balakən Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudovun 29 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ümumi çəkisi 10 kiloqram 435,0 qram olan 3 (üç) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10 kq 434,85 qram çəkidə 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq, Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs üzərində aparilan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, cəmi 2 ədəd DVD diski sübut kim tanınaraq, iş materiallanına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 29 iyul 2022-ci il tarixli “baxış və götürülmə keçirilməsi barədə” protokolu, 29 iyul 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolu, mütəxəssis-aqronomun 29 iyul 2022-cil il tarixli rəyini, məhkəmə-bioloji ekspertizasının 29 iyul 2022-ci tarixli 17/596 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 1136 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 5(019)-30/2022 saylı qərarını, tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli, 7 saylı arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərarını, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPMnin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, qanun normalarının tələbinə əsasən himayəsində iki azyaşlı uşağı olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə ilk dəfə cinayət əməli törətməsinin və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını onunla əsaslandırır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs əvvəllər hər hansı qanun pozuntusu törətməmiş, antisosial davranışa yol verməmişdir. İlk dəfə cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antososial yönümün model davranışa çevrilmədiyini göstərir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun ilk dəfə cinayət əməli törətməsi konteksində öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməlini törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, yuxarıda qeyd edilən X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusanda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır, o, ilk dəfədir ki, cinayət əməli törədir, cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 09:10-da şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2022-ci il tarixdə saat 16.50-də Balakən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yəni Təqsirləndirilən şəxs faktiki olaraq iki gün həbsdə qalmışdır. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 09.10-da tutulması və 30 iyul 2022-ci il tarixdə saat 16:50-də azad olunması onun iki gün həbsdə saxlanmasını göstərir və ona görə də həmin günlər-29 iyul 2022-ci il və 30 iyul 2022-ci il tarixlər müstəqil olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Bu xüsusda da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il və 30 iyul 2022-ci il tarixlərdə tutulduğu və həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 29 iyul 2022-ci il tarixdə və 30 iyul 2022-ci il tarixdə tutularaq həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Püştətala kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən, Zaqatala və Qax rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 1136 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X7 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ümumi çəkisi 10 kiloqram 435,0 qram olan 3 (üç) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10 kq 434,85 qram çəkidə 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs üzərində aparilan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, cəmi 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 iyul 2022-ci il tarixdə və 30 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Püştətala kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən, Zaqatala və Qax rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X7 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ümumi çəkisi 10 kiloqram 435,0 qram olan 3 (üç) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10 kq 434,85 qram çəkidə 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxışın videogörüntülərin əks olunmuş 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs üzərində aparilan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, cəmi 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-90/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-90/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver