Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-90/2025 08.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ (Başlandı saat 14:30-da, qurtardı saat 15:05-də) Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Dərişova (Hüseyinova) Günay Tofik qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1989-cu ildə Azərbaycan Respublikasının vətəndaşı,FİN-xxxxxxx, Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 07 avqust 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 11 avqust 2020-ci il tarixdən başlayaraq 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 22 oktyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Dərişova (Hüseyinova) Günay Tofik qızına ödənilməsinə dair Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(019)-155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün və 19 fevral 2024-cü il tarixli, 3(019)-90/2024 saylı qərarı ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 10 iyul 2024-cü il və 21 may 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 iyun 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Dərişova (Hüseyinova) Günay Tofik qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 13820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində aliment borcunu ödəməməklə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs,ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, yaşadığı Balakən rayonunun ərazisində fərdi qaydada kənd təsərrüfatı işləri ilə məşğul olaraq aylıq gəliri orta hesabla 250 (iki yüz əlli) – 300 (üç yüz) manat təşkil edir. 09 oktyabr 2013-cü il tarixdə Balakən rayonunun Qullar kənd sakini Dərişova (Hüseyinova) Günay Tofik qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Balakən rayon İcra Hakimiyyətinin Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 02 noyabr 2014-cü il tarixdə Nurgün adlı bir qız və 22 oktyabr 2016-cı il tarixdə Aydın adlı bir oğlan övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə ailə qurduqdan sonra birgə yaşadıqları müddət ərzində aralarında səmimi ailə münasibətləri olmuşdur.Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs iki azyaşlı uşaqları ilə birlikdə gəlin gəldiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Bir müddət ayrı yaşadıqdan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarında ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 11 avqust 2020-ci il tarixdən başlayaraq 02 noyabr 2014-cü il təvəllüdlü qızı Nurgün Hüseyinovanın və 22 oktyabr 2016-cı il təvəllüdlü oğlu Aydın Hüseyinovun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin ondan tutularaq keçmiş həyat yoldaşı Dərişova (Hüseyinova) Günay Tofik qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləğdən Zərərçəkmiş şəxs tam olaraq ödəniş etmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.O,Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(019)-155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün və 19 fevral 2024-cü il tarixli, 3(019)-90/2024 saylı qərarı ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Balakən Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bütün bunlardan sonra icra məmuru tərəfindən icra sənədindəki tələbi icra etməyi üçün yeni müddət təyin edilərək qeyd edilən qətnaməni qərəzli olaraq icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında xəbərdarlıq edilmişdir. İcra dövründə Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 saylı qətnaməsi üzrə keçmiş arvadı Zərərçəkmiş şəxs alimentə görə 1260 (min iki yüz altmış) manat məbləğində ödəniş etmiş və 11 iyun 2025-ci il tarixədək 13820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır.O,maddi vəziyyətinə görə alimenti ödəyə bilməmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Dərişova (Hüseyinova) Günay Tofik qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin oktyabr ayının 09-da Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir.Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 02 noyabr 2014-cü il tarixdə Nurgün adlı və 22 oktyabr 2016-cı il tarixdə Aydın adlı iki övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində məcburiyyət qarşısında qalaraq 2020-ci ilin may ayında azyaşlı uşaqları ilə birlikdə birgə yaşadıqları evi tərk edərək valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışlar. Həmin vaxtdan bir neçə ay keçəndən sonra azyaşlı uşaqlarının böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün və keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığına görə sonuncudan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 11 avqust 2020-ci il tarixdən başlayaraq 02 noyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 22 oktyabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla, hər ay iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği tam ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(019)-155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün və 19 fevral 2024-cü il tarixli, 3(019)-90/2024 saylı qərarı ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Balakən Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs icra dövründə Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 1260 (min iki yüz altmış) manat məbləğində ödəniş etmiş və 11 iyun 2025-ci il tarixədək 13820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində ödənməmiş borcu qalmış və qeyd edilən məbləğin tam şəkildə alınaraq ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.Aliment borcunun tam ödənməsini tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdən başlayaraq 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 22 oktyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Dərişova (Hüseyinova) Günay Tofik qızına verilməlidir. Həmin icra sənədi üzrə 15 mart 2021-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir.Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlak və gəlirləri aşkar edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi tələb olunmuşdur. Lakin borclu maddi imkanının olmadığını əsas gətirərək alimentin ödənilməsindən yayınmışdır.Odur ki, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Balakən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inziabati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş və müəyyən edilmiş alimentin ödənilməsi dəfələrlə borcludan tələb olunmuş, izahatları alınmışdır. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu müəyyən edilmiş aliment borcunu ödəməmiş və aliment borcunu ödəməməsinin səbəbini tələbkarla aralarında olan münasibətlərlə əlaqələndirmişdir. Borcluya məsuliyyəti barədə xəbərdarlıqlar verilsə də, hərəkətlərini davam etdirmişdir.Odur ki, borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, borclu Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və təqdimat verilən 11 iyun 2025-ci il tarixədək 13820 (on üç min səkkiz yüz iyirmi) manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində iş üzrə tələbkar Dərişova (Hüseyinova) Günay Tofik qızı isə dəfələrlə icra və probasiya şöbəsinə yazılı və şifahi qaydada müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu bildirərək keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. İşin 11-15-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-48/2021 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi,iddiaçı X8 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış 09 oktyabr 2013-cü il tarixdə Balakən rayon İcra hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 44 nömrə ilə qeydə alınmış nikahın pozulması,onların birgə nikahından olan uşaqları-02 noyabr 2014-cü il təvəllüdlü X2 və 22 oktyabr 2016-cı il təvəllüdlü X5 anası X4 yanında saxlanılmaları,11 avqust 2020-ci il tarixdən başlayaraq 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 22 oktyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin 16-cı vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)-48/2021 nömrəli, 11 mart 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 11 avqust 2020-ci il tarixdən başlayaraq 02 noyabr 2014-cü il təvəllüdlü X2 və 22 oktyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməlidir. İşin 17-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-48/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi Şöbənin icraatına qəbul edilmişdir. İşin 18-ci,21,44,46,51,59,106-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən cinayət işinin materiallarına əlavə edilmiş bildirişdən,xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(019)-155/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-48/2021 nömrəli,xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin 63-64-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-8(019)-21/2022 nömrəli qərardadından görünür ki,həmin qərardadla Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(019)-48/2021 nömrəli icra sənədi üzrə borclu X7 ölkədən getmək hüququ müvəqqəti tələbkar X6 olan aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. İşin 98-101-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-90/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X1 Rayon Məhkəməsinin 2(019)- 48/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin 132-133-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aliment ödənişləri barədə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs alimentin tutulmağa başlandığı vaxtdan 11 iyun 2025-ci il tarixədək ümumilikdə 1260.00 manat ödəniş etmiş, onun 13820 manat ödənilməmiş aliment borcu qalmışdır. İşin 150-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur,haqqında nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunu Talalar kənd sakinidir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki,X9 xx.xx.2025-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Dərişova (Hüseyinova) Günay Tofik qızının ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs borclu olduğu 13820 manat alimenti ödəməmişdir. Ona görə də onunla barışmamışdır. Qanuni qərar verilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs Dərişova (Hüseyinova) Günay Tofik qızının, Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-48/2021 nömrəli 11 mart 2021-ci il tarixli qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X3 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci) maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir.Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun barəsində cinayət işi başlandıqdan sonra da qazancı olmasına baxmayaraq alimenti ödəməməkdə davam etməsini, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o,azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli,onun barəsində həbs qətimkan tədbiri seçilməli,məhkəmə iclas zalında həbs edilməlidir.Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 55 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin,1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 55(əlli beş) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN-**********, kod 201382,Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-90/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-90/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver