Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-91/2021 23.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Balakən rayonu Xalatala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli-himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Balakən rayonu Xalatala kəndində qeydiyyatda olan və faktiki olaraq həmin kənddə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin sentyabr ayının sonlarında Balakən rayonu Gərəkli kəndi ərazisindəki meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evdə gizlətməklə saxladığı 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin iyun ayının sonlarında yaşadığı evin həyətindəki dirrik sahədə qəsdən, qanunsuz olaraq torpağa əkmiş, bitmiş 8 (səkkiz) ədəd xeyli miqdarda hündürlükləri 110 sm-dən 180 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 850 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 08 avqust 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə saat 15:30-dan 16:20-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həyətyanı sahənin dirrik sahəsindən qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən həmin 8 (səkkiz) ədəd hündürlükləri 110 sm-dən 180 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 850 qram olan əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Xalatala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitəni meşəlik sahələrdə bitmiş yabanı halda olan bitkilərin yarpaqlarını yığaraq, istifadə etmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında da Balakən rayonu Gərəkli kəndində yerləşən meşəlik sahəyə heyvanları evə gətirmək üçün getdiyi zaman orada yabani halda bitən 1 ədəd çətənə bitkisinin olduğunu görmüş, həmin çətənə bitkisinin üzərində istifadə etmək üçün yarpaqları olmadığından, yəni həmin bitki quruduğundan üzərində də toxumları qaldığından həmin toxumları yığıb gələcəkdə özü istifadə etmək məqsədi ilə narkotik bitkisini əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin çətənə bitkisinin toxumlarını yığaraq, yaşadığı evə gətirmiş və evin həyətində yerləşən altıaçığın altında kimsənin görməyəcəyi yerdə saxlamışdır. Üzərindən toxumlarını yığmış olduğu çətənə bitkisini də hissələrə ayıraraq, məhv etmişdir. Saxladığı həmin 8 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2021-ci ilin iyun ayının sonlarında yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində torpağa əkmiş, əkdiyi 8 ədəd narkotik tərkibli çətənə bitkiləri bir müddət sonra cücərib bitki halına gəlmişdir. O da həmin narkotik tərkibli çətənə bitkilərinə su verib onları alaq otlarından təmizləyərək, qulluq etməyə başlamışdır. 08 avqust 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan yaşadığı Balakən rayonu Xalatala kəndində yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirmək barədə qərarla onu tanış edərək, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O, etirazının olmadığını bildirərək, yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyini polis əməkdaşlarına demişdir. Polis əməkdaşlarının, mütəxəssis-aqronomun və onun iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsinin dirrik hissəsində əkdiyi ümumilikdə 8 ədəd çətənə bitkilərinin olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onun göstərmiş olduğu 8 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxaraq, saymış və hündürlüklərini ölçmüşlər. Bitkilərin hündürlükləri 110 sm-dən 180 sm-dək təşkil etmişdir. Baxışda iştirak edən mütəxəssis- aqronom əkmiş olduğu 8 ədəd çətənə bitkilərinə qulluq edildiyini bildirmişdir. Həyətyanı sahənin dirrik hissəsində əkdiyi ümumi sayı 8 ədəd olan narkotik tərkibli çətənə bitkiləri 1 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və üzəri möhürlənmişdir. Həmin əkdiyi 8 ədəd çətənə bitki kolları olan 1 ədəd sintetik kisə elektron tərəzidə çəkildikdə, ümumi çəkisi 2,10 kq təşkil etmişdir. Daha sonra polis əməkdaşları yaşadığı evə və evin həyətyanı sahəsinə baxışı davam etdirmiş, lakin başqa qanunsuz heç nə aşkar edilməmişdir. Ekspertiza rəyindən sonra ona məlum oldu ki, yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində əkdiyi ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkilərinin yaş vəziyyətdə təmiz çəkiləri 1 kq 850 qram gəlmişdir. Yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində əkib becərdiyi 8 ədəd narkotik tərkibli çətənə bitkilərini gələcəkdə şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə əkmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkməsindən ailə üzvlərinin və ya başqa heç kimin xəbəri olmamışdır. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır, təxminən 2 ildir ki, narkotik vasitədən istifadə edir. Həmçinin ona polis şöbəsində hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Himayəsində 2 azyaşlı uşaq vardır. Bu halın ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 08 avqust 2021-ci il tarixdə Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra mütəxəssis-aqronom Şahid4 polis şöbəsinə dəvət edilmiş və məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Oraya çatıb Təqsirləndirilən şəxs giriş qapısından səsləmişlər. Təqsirləndirilən şəxs giriş qapısına gəldikdə ona yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün təhqiqatçı tərəfindən qəbul edilmiş təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulduqda, Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirərək, baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmiş və eyni zamanda etdiyi əməli səmimi etiraf edərək, yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində 3 ədəd bir yerdə, həmçinin dirrik sahəsində yaxınlıqdakı digər yerdə isə 5 ədəd olmaqla ümumilikdə 8 ədəd narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkilərin olduğu yeri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Həmin yerə baxış zamanı bir-birinə yaxın ərazilərdə əkilmiş 3 ədəd və 5 ədəd olmaqla ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom həmin bitkilərə baxaraq, diblərinin alaq otlarından təmizləndiyini, yarpaqlarının inkişafını və suvarıldığını əsas gətirərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 8 ədəd narkotik tərklibli çətənə bitkilərinə oxşar bitkilər ölçüldükdə ən kiçik bitkinin hündürlüyünün 110 sm, ən böyük bitkinin hündürlüyünün isə 180 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış, sintetik kisənin üzəri də DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürləndikdən sonra üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətaynı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış videokamera vasitəsilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən rayonunda X15 Mərkəzinin bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində işləyir. 08 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsini, buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy verməsini ondan xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Oraya çatıb polis əməkdaşları Təqsirləndirilən şəxs giriş qapısından səsləmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısına gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da həmin vaxt yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkiləri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik hissəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olduğu yeri göstərmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi əraziyə baxış zamanı bir yerdən 3 ədəd, yaxınlıqdakı digər yerdən isə 5 ədəd olmaqla ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra həmin bitkilərə baxaraq, onların inkişafına, yarpaqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmziləndiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Daha sonra aşkar edilmiş ümumilikdə 8 ədəd narkotik tərklibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər ölçüldükdə ən kiçik bitkinin hündürlüyünün 110 sm, ən böyük bitkinin hündürlüyünün isə 180 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılıb möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 avqust 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə saat 15:30-dan 16:20-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həyətyanı sahənin dirrik sahəsindən qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən 8 (səkkiz) ədəd hündürlükləri 110 sm-dən 180 sm-dək, yaş vəziyyətdə əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, baxış videokamera ilə qeydə alınaraq videogörüntülər əks olunmuş bir ədəd CD diski hazırki cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 avqust 2021-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid4 verdiyi rəydən görünür ki, 08 avqust 2021-ci il tarixdə Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsinə baxış keçirilən zaman aşkar olunmuş hündürlükləri 110 sm-dən 180 sm-dək olan 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 avqust 2021-ci il tarixli, 17/588 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş....." sözləri yazılmış sintetik kisənin içərisindəki 08 (səkkiz) ədəd hündürlükləri 110 sm-dən 180 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi - 1 kiloqram 850 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; aqronom Şahid4 tərəfindən verilmiş 08 avqust 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi-1 kq 850 qram, tədqiqata sərf edildi-0,40 qram (bitkilərin hər birindən 0,05 qram), qalıq-1 kq 849,60 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 10 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin MSY-dən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 5(019)-59/2021 saylı qərarından görünür ki, Balakən rayonu Xalatala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Xalatala kəndində yaşadığı evə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və baxış keçirilməsi barədə Balakən RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis kapitanı X6 08 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 16.08.2021-ci il tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 25.11.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 243-cü maddəsilə təqsirli bilinərək, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixli amnistiya qərarına əsasən çəkilməmiş cəzası 2/1 qədər azaldılmış və 10.10.2001-ci ildə cəzasını qurtardığına görə azad olunmuşdur, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon X9 Hüquqi Şəxsinin 17.08.2021-ci il tarixli, 193 №-li arayışından görünür ki, Dibirov X8 MRXnın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarından həmçinin görünür ki, 31.08.2013-cü il tarixdə doğulmuş X3 və 19.11.2020-ci il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 8 (səkkiz) ədəd hündürlükləri 110 sm-dən 180 smdək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 850 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1 kq 849,60 qramı maddi sübut kimi tanınaraq Balakən RPŞnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxışın videogörüntüləri əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılmışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 08 avqust 2021-ci il tarixli baxışın keçirilməsi barədə protokolu, həmin baxışın əks olunduğu 01 ədəd CD diskini, 08 avqust 2021-ci il tarixli aqronom-mütəxəssisin rəyini, məhkəmə-bioloji ekspertizasının 09 avqust 2021-ci il tarixli, 17/588 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarını, ambulator məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1126 nömrəli rəyini, 22 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən məhkəmə, himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması, həmçinin islah olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddətin bir günü təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 1126 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı Adı X2 Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 8 (səkkiz) ədəd hündürlükləri 110 sm-dən 180 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 850 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1 kq 849,60 qramı məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxışın videogörüntüləri əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddətii ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 35.97 (otuz beş manat 97 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 8 (səkkiz) ədəd hündürlükləri 110 sm-dən 180 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 850 qram olan əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1 kq 849,60 qramı məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-91/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-91/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver