Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-91/2023 11.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs1,onun müdafiəçisi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- -xx xxxxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Yevlax şəhəri C.Əzizov küçəsi 127 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1yan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Sunta rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 01 mart 2023-cü il tarixdə saat 12 radələrində bacısı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs məxsus “X18” mağazasına müştəri qismində daxil olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə həmin mağazada satıcı işləyən Şahid məşğul edib mağazanın vitrinlərindən bir ədəd 15 manat dəyərində üzərində “Beautiful Dream” yazısı olan qar kürəsi suvenirini, bir ədəd 20 manat dəyərində üzərində “Panda Baby” yazısı olan qar kürəsi suvenirini, bir ədəd 15 manat dəyərində üzərində “Love” yazısı olan qar kürəsi suvenirini, bir ədəd 20 manat dəyərində üzərində yazı olmayan qar kürəsi suvenirini, 01 ədəd 40 manat dəyərində qızılı rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan kişi qol saatını, 01 ədəd 40 manat dəyərində göy rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan kişi qol saatını, 01 ədəd 50 manat dəyərində Çin istehsalı olan “Naviforce” markalı arxa hissəsində NF9173M yazıları olan kişi qol saatını, 01 ədəd 50 manat dəyərində qara rəngli “X15” markalı arxa hissəsində 201912 yazıları olan kişi qol saatını, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hər biri 100 ml tutumlu Fransa istehsalı olan “Gabrielle Chanel” markalı ətirləri, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Atkinsons” markalı ətirləri, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Splendida Bvlgarı” markalı ətirləri, 02 ədəd hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində hər biri 100 ml tutumlu Böyük Briyaniya istehsalı olan “Dolce Gabbana” markalı ətirlərini oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 600,00 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 01 mart 2023-cü il tarixdə saat 12 radələrində bacısı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs məxsus “X18” mağazasına müştəri qismində daxil olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə həmin mağazada satıcı işləyən Şahid məşğul edib mağazanın vitrinlərindən bir ədəd 15 manat dəyərində üzərində “Beautiful Dream” yazısı olan qar kürəsi suvenirini, bir ədəd 20 manat dəyərində üzərində “Panda Baby” yazısı olan qar kürəsi suvenirini, bir ədəd 15 manat dəyərində üzərində “Love” yazısı olan qar kürəsi suvenirini, bir ədəd 20 manat dəyərində üzərində yazı olmayan qar kürəsi suvenirini, 01 ədəd 40 manat dəyərində qızılı rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan kişi qol saatını, 01 ədəd 40 manat dəyərində göy rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan kişi qol saatını, 01 ədəd 50 manat dəyərində Çin istehsalı olan “Naviforce” markalı arxa hissəsində NF9173M yazıları olan kişi qol saatını, 01 ədəd 50 manat dəyərində qara rəngli “X15” markalı arxa hissəsində 201912 yazıları olan kişi qol saatını, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hər biri 100 ml tutumlu Fransa istehsalı olan “Gabrielle Chanel” markalı ətirləri, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Atkinsons” markalı ətirləri, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Splendida Bvlgarı” markalı ətirləri, 02 ədəd hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində hər biri 100 ml tutumlu Böyük Briyaniya istehsalı olan “Dolce Gabbana” markalı ətirlərini oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 600,00 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Yevlax şəhəri C.Əzizov küçəsi 127 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ünvan 3nanası Zərniyar Mahmudova və övladları ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır.X20 təxminən 6 ay əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Yevlax polisi tərəfindən həbs olunmuşdur. Ailə vəziyyəti, yəni maddi imkanı yaxşı olmadığından ayrı-ayrı rayonlara gedərək yardım yığıb ailəsinin dolanmasını təmin edir. xx.xx.2023-cü il tarixdə oğlu X14, bacısı Təqsirləndirilən şəxs2, bacısı uşaqları Faiq Mahmudov və Dilqəm Mahmudovla birlikdə Balakən rayonuna yardım yığmaq üçün gəlmişlər. Saat təxminən 12 radələrinə kimi Balakən şəhəri ərazisində gəzərək yardım yığmışlar. Saat təxminən 16 radələrində geriyə yaşadıqları Yevlax rayonuna qayıtmalı olmuşlar. Lakin yığdıqları yardım heç onların yol pulu etmədiyindən bacısı Təqsirləndirilən şəxs2 ilə Balakən şəhəri ərazisində bir mağazaya gedərək oğurluq edib daha sonra oğurladıqları əşyaları sataraq pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə Balakən şəhəri mərkəzi küçəsində bacısı Təqsirləndirilən şəxs2 və oğlu X14 ilə birlikdə gül mağazasına daxil olmuşlar.Həmin zaman bacısı Nuranənin uşaqları Faiq Mahmudov və Dilqəm Mahmudov isə onlardan ayrılıqda Balakən şəhəri ərazisində yardım yığmışdırlar. Bundan sonra onlar mağazaya daxil olmuşlar, o, satıcı qıza yaxınlaşaraq söhbət edib başını qataraq iki manatlıq ətir almışdır. Həmçinin mağazanın vitrinlərində olan bijuteriyaların şəkillərini çəkərək qızı Zəhraya göndərmiş ki, xoşu gələn olsa alsın. Həmçinin də satıcının başını qatmışdır ki, bacısı mağazadan əşyalar oğurlasın. Biraz sonra isə bacısı Nuranə satıcı qızın başını qatmışdır. Həmin zaman o da mağazanın vitrinlərindən bir neçə ətir və suvenir götürüb özləri ilə həmin mağazaya apardıqları göy rəngli sellofan torbaya doldurmuşdur. Bacısı Nuranə də götürdüyü əşyaları həmin göy rəngli sellofan torbaya doldurmuşdur. Bir az keçmiş bacısı Nuranə ilə baxışıb bir-birilərinə işarə edərək mağazadan çölə çıxmışlar. Daha sonra əllərində olan göy rəngli sellofan torbaya baxdıqda ümumilikdə 4 ədəd qol saatlarının, 04 ədəd suvenir qabların, 08 ədəd isə müxtəlif markalı ətirləri oğurladıqlarını bilmişlər. Həmin gül mağazasından başqa hər hansısa bir mağazadan və ya başqa yerdən oğurluq etməmişlər. Bundan sonra onlar piyada Balakən şəhəri ərazisində gedən zaman onlara yaxınlaşan polis əməkdaşları onlara oğurluq etməkdə şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət edib gətirmişlər. Həmin oğurladıqları əşyaları da polis şöbəsində təqdim etmişlər. Əməlindən peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 2 ünvanında anası, qardaşı, qardaşı arvadı və azyaşlı övladları ilə birlikdə yaşayır.X17 təxminən 3-4 ay əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Yevlax polisi tərəfindən həbs olunmuşdur. Ailə vəziyyəti yəni maddi imkanı yaxşı olmadığından ayrı-ayrı rayonlara gedərək yardım yığaraq ailəsinin dolanmasını təmin edir. xx.xx.2023-cü il tarixdə bacısı Təqsirləndirilən şəxs1, bacısı oğlu X14, onun övladları Faiq Mahmudov və Dilqəm Mahmudovla birlikdə Balakən rayonuna yardım yığmaq üçün gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrinə kimi Balakən şəhəri ərazisində gəzərək yardım yığmışlar. Saat təxminən 16 radələrində yaşadıqları Yevlax rayonuna qayıtmalı olmuşlar. Lakin yığdıqları yardım heç onların yol pulu etmədiyindən bacısı Təqsirləndirilən şəxs1 ilə Balakən şəhəri ərazisində bir mağazaya gedərək oğurluq edib daha sonra oğurladıqları əşyaları sataraq pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə Balakən şəhəri mərkəzi küçəsində bacısı Təqsirləndirilən şəxs1 və bacısı oğlu X14 ilə birlikdə gül mağazasına daxil olmuşlar. Qeyd etmişdir ki, həmin zaman övladları Faiq Mahmudov və Dilqəm Mahmudov isə onlardan ayrı Balakən şəhəri ərazisində yardım yığmışdırlar. Bundan sonra onlar mağazaya daxil olmuşlar, ilk öncə bacısı Pəri mağazada satıcı qıza yaxınlaşaraq söhbət edib başını qataraq ətir almışdır. Həmçinin mağazanın vitrinlərində olan bijuteriyaların şəkillərini çəkmiş ki, satıcının başını qatsın, o da mağazadan bir neçə əşya götürsün. Bundan sonra o, mağazanın vitrinlərindən bir neçə ətir, suvenir və qol saatları götürüb özləri ilə həmin mağazaya apardıqları göy rəngli sellofan torbaya doldurmuşdur. Daha sonra satıcı qız şübhələnməsin deyə o, satıcıya yaxınlaşaraq söhbət edib başını qatmış və satıcı qızdan iki manatlıq ətir almışdır. Həmin zaman bacısı Pəri də mağazadan bir neçə əşya götürüb həmin göy rəngli sellofan torbaya qoymuşdur. Bir az keçmiş onlar mağazadan çölə çıxmışlar. Daha sonra əllərində olan göy rəngli sellofan torbaya baxdıqda ümumilikdə 4 ədəd qol saatlarının, 04 ədəd suvenir qabların, 08 ədəd isə müxtəlif markalı ətirləri götürdüklərini bilmişlər. Bundan sonra bir az keçmiş onlara yaxınlaşan polis əməkdaşları onlara oğurluq etməkdə şübhəli olduqlarını deyərək Balakən rayon polis şöbəsinə dəvət edib gətirmişlər. Həmin oğurladıqları əşyalar da onlarda olduğundan həmin əşyaları təqdim etmişlər. Həmin gül mağazasından başqa hər hansısa bir mağazadan və ya başqa yerdən oğurluq etməmişlər.Əməlindən çox peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir.Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2022-ci ilin may ayından etibarən Balakən şəhəri H.Əliyev prospektində mağaza kirayəyə götürərək orada “X18” mağazası açmışdır. Həmin mağazada onun dayanmaq üçün vaxtı olmadığından Balakən rayon Hənifə kənd sakini Şahid satıcı kimi işə götürmüşdür. Həmin “X18” mağazasında təbii güllər, bijuteriya və digər hədiyəlik əşyaların satışı təşkil edilir. xx.xx.2023-cü il tarixdə Şahid ona zəng edərək mağazada oğurluq olmasını, yəni 04 ədəd müxtəlif markalı kişi qol saatlarının, 04 ədəd müxtəlif ölçülü qar suvenirlərinin və 08 ədəd müxtəlif ölçülü və markalı kişi ətirlərinin oğurlandığını bildirmişdir. Bundan sonra isə o, mağazaya gəldikdə mağazadan bir ədəd qiyməti 18 manat olan üzərində “Beautiful Dream” yazısı olan qar kürəsi suvenirinin, bir ədəd qiyməti 22 manat olan üzərində “Panda Baby” yazısı olan qar kürəsi suvenirinin, bir ədəd qiyməti 18 manat olan üzərində “Love” yazısı olan qar kürəsi suvenirinin, bir ədəd qiyməti 24 manat olan üzərində yazı olmayan qar kürəsi suvenirinin, 02 ədəd hər birinin qiyməti 50 manat ümumilikdə 100 manat dəyərində “Cartier” markalı kişi qol saatlarının, 01 ədəd qiyməti 65 manat olan “X19” markalı kişi qol saatının, 01 ədəd qiyməti 65 manat olan “Naviforce” markalı kişi qol saatının, 02 ədəd hər birinin qiyməti 60 manat ümumilikdə 120 manat olan hər biri 100 ml tutumlu Fransa istehsalı olan “Gabrielle Chanel” markalı ətirlərin, 02 ədəd hər birinin qiyməti 60 manat ümumilikdə 120 manat olan hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Atkinsons” markalı ətirlərin, 02 ədəd hər birinin qiyməti 55 manat ümumilikdə 110 manat olan hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Splendida Bvlgarı” markalı ətirlərin, 02 ədəd hər birinin qiyməti 25 manat ümumilikdə 50 manat olan hər biri 100 ml tutumlu “Böyük Briyaniya” istehsalı olan “Dolce Gabbana” markalı ətirlərinin oğurlandığını bilmişdir. Həmçinin sonradan ona məxsus “X18” mağazasından qeyd olunan əşyaları oğurlayan şəxslərin yanlarında bir nəfər azyaşlı uşaq olan Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını bilmişdir. Ona məxsus “X18” mağazasında satıcı işləyən Balakən rayon Hənifə kənd sakini Şahid ilə onun əmək müqaviləsi vardır. Həmin müqaviləni istintaqa təqdim etmişdir. Ona dəymiş ziyan istintaq zamanı təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 aprel 2023-cü il tarixli 9/2160 saylı rəyində göstərilən məbləğ, yəni 600 manat təşkil edir.Ona dəymiş ziyan tam ödənmişdir.Yəni ona məxsus mağazadan oğurlanmış əşyalar hamısı qaytarılmışdır.Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin may ayından etibarən Balakən şəhəri H.Əliyev prospektində yerləşən Zaqatala rayon sakini olan Zərərçəkmiş şəxs məxsus “X18” mağazasında satıcı işləyir. Həmin “X18” mağazasında təbii güllər, bijuteriya və digər hədiyəlik əşyaların satışını təşkil edir. Həmin mağazaya hər gün səhər saat 09 radələrində gəlib mağazanı açır, saat təxminən 18 radələrində isə mağazanı bağlayır. xx.xx.2023-cü il tarixdə hər gün olduğu kimi səhər saat 09 radələrində mağazanı açmış və mağaza gündəlik fəaliyyətinə başlamışdır. Saat təxminən 12 radələrində Balakən şəhəri H.Əliyev prospektində işlədiyi mağazanın yaxınlığında özünə məxsus mağazası olan Araz Bayramov işlədiyi mağazaya gələrək yanlarında bir azyaşlı uşaq olan iki nəfər başı örtülü qadının özlərini şübhəli apardıqlarını və sonuncu dəfə həmin şəxslərin onun işlədiyi mağazadan çıxdığını bildirmişdir. Həmin vaxt Arazın bildirdiyi həmin yanlarında bir azyaşlı uşaq olan iki nəfər başı örtülü qadınların bir müddət əvvəl mağazaya müştəri kimi daxil olduqlarını, həmin qadınların növbə ilə onun başını ətir alaraq və digər hərəkətlər edərək qatdığını, digər qadının isə mağazanın içərisində gəzdiyini xatırlamışdır. Bundan sonra o, tez ətrafa və mağazada olan əşyalara baxmış, mağazanın vitrinində olan bir ədəd təxmini qiyməti 25 manat üzərində “Beautiful Dream” yazısı olan qar kürəsi suvenirinin, bir ədəd təxmini qiyməti 23 manat üzərində “Panda Baby” yazısı olan qar kürəsi suvenirinin, bir ədəd təxmini qiyməti 23 manat üzərində “Love” yazısı olan qar kürəsi suvenirinin, bir ədəd təxmini qiyməti 25 manat üzərində yazı olmayan qar kürəsi suvenirinin, digər bir vitrindən isə 02 ədəd hər birinin təxmini qiyməti 40 manat ümumilikdə 80 manat olan “Cartier” markalı kişi qol saatının, 01 ədəd təxmini qiyməti 70 manat olan “X19” markalı kişi qol saatının, 01 ədəd təxmini qiyməti 73 manat olan “Naviforce” markalı kişi qol saatının, 02 ədəd hər birinin təxmini qiyməti 60 manat ümumilikdə 120 manat olan “Gabrielle Chanel” markalı ətirlərin, 02 ədəd hər birinin təxmini qiyməti 60 manat ümumilikdə 120 manat olan “Atkinsons” markalı ətirlərin, 02 ədəd hər birinin təxmini qiyməti 55 manat ümumilikdə 110 manat olan “Splendida Bvlgarı” markalı ətirlərin, 02 ədəd hər birinin təxmini qiyməti 25 manat ümumilikdə 50 manat olan “Dolce Gabbana” markalı ətirlərin oğurlandığını bilmişdir. Bundan sonra Araz Bayramovun DİN-in 102 xidmətinə zəng etdiyini bildiyi üçün o, polis şöbəsinə gəlmişdir. Bu barədə polis şöbəsində ərizə yazmışdır. Həmçinin işlədiyi mağazadan oğurluq olması barədə mağazanın sahibi Zərərçəkmiş şəxs zəng edərək məlumat vermişdir. İşin 15-20-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 01 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30-dan 14:55-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şahid satıcısı işlədiyi “X18” mağazası Balakən şəhəri Heydər Əliyev prospektində yerləşir. Mağazanın giriş qapısı iki taylı olmaqla kənarları taxta, içərisi aynadan ibarətdir. Qapı daxili kilidlə bağlanır və kilid saz vəziyyətdə olmuşdur. Mağazanın içərisinə daxil olduqda sağ-sol və ön hissəsində divara bərkidilmiş formada vitrinlər, eyni zamanda mağazanın orta hissəsində iki tərəfinə müxtəlif əşyalar yığılmış vitrin olmuşdur. Ümumilikdə mağazanın içərisində müxtəlif markalı ölçülü bijuteriya, oyuncaqlar, ətirlər, saatlar və digər hədiyyəlik əşyalar mövcud olmuşdur. Baxışda iştirak edən Şahid mağazanın orta hissəsində yerləşən giriş qapısı ilə üz-üzə olan vitrini göstərib həmin vitrindən 2 ədəd Cartier markalı, 1 ədəd X19 markalı, 1 ədəd Naviforce markalı kişi qol saatlarının, mağazanın giriş qapısı ilə üz-üzə olan divara bərkidilmiş vitrini göstərib həmin vitrindən 02 ədəd Gabrielle Chanel markalı, 02 ədəd Atkinsons markalı, 02 ədəd Splendida Bvlgarı markalı və 02 ədəd Dolce Gabbana markalı ətirlərin eyni zamanda mağazanın sol divarına bərkidilmiş vitrini göstərib həmin vitrindən 1 ədəd üzərində Beautiful Dream yazısı olan, 1 ədəd üzərində Panda Baby yazısı olan, 1 ədəd üzərində Love yazısı olan və 1 ədəd üzərində yazı olmayan qar kürəsi suvenirlərinin oğurlandığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və ya iz aşkar edilib götürülməmişdir. Baxış açıq havada təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış zamanı Samsung markalı mobil telefonla fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə edilmişdir. Baxış zamanı protokol tərtib edilmiş, ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə, vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 38-42-ci vərəqələrində oloan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 01 mart 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:50-dən 21:18-dək olan müddət ərzində keçirilmiş baxış və götürmə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əllərində olan göy rəngli sellofan torbanı göstərib içərisində olan əşyaları xx.xx.2023-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən X18 mağazasından oğurladıqlarını bildirmişlər. Həmin sellofan torbaya baxış keçirildikdə içərisindən ümumilikdə 4 ədəd kişi qol saatı, 4 ədəd suvenir qabları, 8 ədəd isə ətirlərin olması müəyyən edilmişdir. Qeyd olunan əşyala baxış keçirilən zaman 4 ədəd qol saatlarından 2 ədədinin Cartier markalı kişi qol saatı, 01 ədəd X19 markalı və 01 ədəd Naviforce markalı kişi qol saatları 01 ədəd üzərində Beautiful Dream yazısı olan qar kürəsi suveniri, 01 ədəd üzərində Panda Baby yazısı olan qar kürəsi suveniri və 01 ədəd üzərində yazı olmayan qar kürəsi suveniri, 01 ədəd üzərində Love yazısı olan qar kürəsi suvenirlərinin olması, həmçinin 02 ədəd hər biri 100 ml tutumlu İtaliya istehsalı olan Atkinsons markalı ətirlər, 02 ədəd hər biri 100 ml tutumlu İtaliya istehsalı olan Splendida Bvlgarı markalı ətirlər, 02 ədəd hər biri 100 ml tutumlu Böyük Britaniya istehsalı olan Dolce Gabbana markalı ətirlərin və 02 ədəd hər biri 100 ml tutumlu Fransa istehsalı olan “Gabrielle Chanel” markalı ətirlərin olması müəyyən edilmişdir. Qeyd olunan əşyalar iş üçün maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İşin 58-59-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 aprel 2023-cü il tarixli 9/2160 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, təzə vəziyyətdə olan malların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 600,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir İşin 114-cü vərəqəsində olan Balakən Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 149-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 74-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 228 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda qeydiyyatda olmaqla, himayəsində əri, xx.xx.2006-cı il təvəllüdlü oğlu Rauf, xx.xx.2009-cu il təvəllüdlü qızı Zəhra, xx.xx.2013-cü il təvəllüdlü oğlu Əli, xx.xx.2019-cu il təvəllüdlü qızları Rukiyət və Möminət vardır. İşin 75-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 1137-138-ci vərəqələrində olan 17 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 50-51 və 60-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli məlumatından görünür ki,X1 Federasiyasında məhkum olunmuşdur, lakin onun məhkum olunmasına dair hökm Azərbaycan Respublikasında tanınmamışdır. İşin 161-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanda qeydiyyatdadır, himayəsində anası, xx.xx.2011-ci il təvəllüdlü oğlu Faiq və xx.xx.2012-ci il təvəllüdlü oğlu Dilqəm vardır. İşin 162-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Oğurluq, yəni özgənin əmlakının gizli olaraq talanmasının qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər,onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olması onun cəzasını yüngülləşdirən hallardır. Onların əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, qadın olmasını, əvvəllər məhkum olunmamasını, cinayət əməlini səmimi etiraf etməklə əməllərindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkün olmasını, barəsində daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olması onun cəzasını yüngülləşdirən hallardır. Onların əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, qadın olmasını, əvvəllər məhkum olunmamasını, cinayət əməlini səmimi etiraf etməklə əməllərindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkün olmasını,barəsində daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxslərin şəxsiyyətini,cinayət məsuliyyətindən azad edilmələri,habelə barələrində CM-in 70-ci maddəsinin təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxslərin cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır.Onlar barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “X18” mağazasından oğurlanmış bir ədəd üzərində “Beautiful Dream” yazısı olan, bir ədəd üzərində “Panda Baby” yazısı olan, bir ədəd üzərində “Love” yazısı olan, və bir ədəd üzərində yazı olmayan qar kürəsi suvenirləri, 01 ədəd qızılı rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan, 01 ədəd göy rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan, 01 ədəd Çin istehsalı olan “Naviforce” markalı arxa hissəsində NF9173M yazıları olan və 01 ədəd qara rəngli “X15” markalı arxa hissəsində 201912 yazıları olan kişi qol saatları, 02 ədəd hər biri 100 ml tutumlu Fransa istehsalı olan “Gabrielle Chanel” markalı, 02 ədəd hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Atkinsons” markalı, 02 ədəd hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Splendida Bvlgarı” markalı və 02 ədəd hər biri 100 ml tutumlu Böyük Briyaniya istehsalı olan “Dolce Gabbana” markalı ətirlərin qəbz alınmaqla sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxs X7 vurulmuş zərərin tam aradan qaldırılması (əşyaların polis əməkdaşları tərəfindən alınıb geri qaytarılması) nəzərə alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yerləri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı, Balakən rayonu Vəkil Bürosunun vəkili -Müdafiəçi1 təqsirləndirilən şəxs X2 hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 9 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE ********************,X5,KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “X18” mağazasından oğurlanmış bir ədəd üzərində “Beautiful Dream” yazısı olan, bir ədəd üzərində “Panda Baby” yazısı olan, bir ədəd üzərində “Love” yazısı olan, və bir ədəd üzərində yazı olmayan qar kürəsi suvenirləri, 01 ədəd qızılı rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan, 01 ədəd göy rəngli “Cartier” markalı, arxa hissəsində 247 143NX 40 10 yazıları olan, 01 ədəd Çin istehsalı olan “Naviforce” markalı arxa hissəsində NF9173M yazıları olan və 01 ədəd qara rəngli “X15” markalı arxa hissəsində 201912 yazıları olan kişi qol saatları, 02 ədəd hər biri 100 ml tutumlu Fransa istehsalı olan “Gabrielle Chanel” markalı, 02 ədəd hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Atkinsons” markalı, 02 ədəd hər biri 100 ml tutumlu İtaliya istehsalı olan “Splendida Bvlgarı” markalı və 02 ədəd hər biri 100 ml tutumlu Böyük Briyaniya istehsalı olan “Dolce Gabbana” markalı ətirlərin qəbz alınmaqla sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-91/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-91/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver