Məhkəmə qərarları › İş №1(019)-91/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-91/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-91/2024 11.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs- Zaqatala X9 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -04 avqust 1969-cu ildə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 31 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının əvvəllərində istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda Zaqatala X9 mülkiyyətində olan, Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0,2835 hektar xüsusi qorunan ərazilərin torpaqlarına aid dövlət mülkiyyətində olan, Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayının ərazisinə aid torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına şumlayıb becərməklə həmin torpaq sahəsini özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Katex kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Balakən rayonu Katex kəndinin ərazisində olan “Qarey” adlanan çöldəki torpaq sahəsindən təxminən 7-8 ildir ki, istifadə edir. Həmin torpaq sahəsindən əvvəllər örüş sahəsi kimi istifadə etmişdir. 2022-ci ilin payız aylarında həmin ərazidəki 2,2 ha torpaq sahəsinə arpa səpmiş, arpa səpməklə torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə 300 manat məbləğində cərimə olunmuşdur. X7 Təbiət Qoruğunun əməkdaşı Ramuni adlı şəxsə ödəmişdir. 2024-cü ilin aprel ayının əvvəlində həmin ərazidə yerləşmiş təxminən 0,20 -0,30 ha torpaq sahəsini təsadüfən yolda rastlaşdığı Zaqatala rayonun Danaçı kəndindən olan adını xatırlamadağı traktorçunu gətirərək şumlatmışdır. Şumlatdığı torpaq sahəsinə kartof, pomidor, qarpız əkmək fikri olmuş, lakin həmin torpaq sahəsini şumlamağı ilə bağlı polis şöbəsi tərəfindən araşdırma aparıldığına görə, həmçinin həmin torpaq sahəsini heç bir sənəd olmadan qanunusuz olaraq şumladığı üçün istifadə etməmək qərarına gəlmişdir. Həmin torpaq sahəsini şumlamazdan əvvəl, təxminən 23-24 fevral 2024-cü il tarixdə Zaqatala X9 Ramuni adlı əməkdaşına zəng edib şifahi olaraq icazə almışdır. Torpaq sahəsini əkdikdən sonra isə Ramuni adlı əməkdaş ona iradını bildirərək niyə həmin ərazini şumladığını soruşmuş, o isə Ramuninin icazəsi əsasında həmin yeri şumlatdığını bildirdikdə isə, Ramuni ona çox yer əkdiyini demişdir. Şumladığı torpaq sahəsindən istifadə etmək üçün hər hansı bir dövlət orqanına müraciət etməmiş və rəsmi icazə almamışdır. Həmin ərazidən 7-8 ildir ki, istifadə edir. O, istifadə etməyə başlayan vaxtdan, hətta onun bildiyi qədərilə daha da əvvəl həmin torpaq sahəsinin ətrafında kanal olmuş, taxta qapılar qoyulmuş və ərazinin bir hissəsi hasarlanmışdır. O özü ərazini hasarlayıb qapı qoyaraq kanal çəkməmişdir. O, sadəcə olaraq həmin ərazini şumlatmışdır, çünki həmin ərazidə tərəvəz bitkiləri əkməyi düşünmüşdür. Ekspert rəyi ilə tanış olduqdan sonra ona bir daha aydın olmuşdur ki, şumlatdığı ərazi 0,2835 ha olmaqla Zaqatala X9 ərazisidir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildən Zaqatala X9 mühafizəsi üzrə direktor müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Katex kənd sakini kimi tanıyır. O, mütəmadi olaraq qoruq ərazisində qayda pozuntuları törətmiş və ona dəfələrlə xəbərdarlıq edilmişdir. 07 dekabr 2022-ci il tarixdə Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayının ərazisində arpa əkdiyinə görə Qoruğun Katex sahəsinin müfəttişi Şahid3 tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, 300 (üç yüz) manat cərimə olunmuşdur. Həm cərimə olunduğu vaxtı, həm də sonradan Təqsirləndirilən şəxs dəfələrlə qoruq ərazisinin zəbt olunmasının və orada əkin-biçin işlərinin aparılmasının qanunsuz olduğu izah olunmuşdur. 2024-cü ilin aprel ayının əvvəllərində sahə müfəttişi Şahid3 ərazini gəzərkən Təqsirləndirilən şəxs yenidən həmin torpaq sahəsini zəbt edib şumlatdığını görmüşdür. 08 aprel 2024-cü il tarixdə polis əməkdaşlarının, Zaqatala X9 Katex sahəsinin müfəttişi Şahid3, mühafizə yegerləri Ömər Əliyevin və Məhəmməd Mahayevin, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən zəbt olunaraq şumlanmış, Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayına baxış keçirilmiş və bir daha Təqsirləndirilən şəxs Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayına aid olan torpaq sahəsini əkib-becərmək məqsədilə şumladaraq zəbt etməsi öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsi təxminən 15-20 il əvvəl qoruq işçiləri tərəfindən qoruq ərazisinin mühafizə edilməsi məqsədilə hasarlanmışdır və Təqsirləndirilən şəxs həmin torpaq sahəsini hasarlamamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib becərdiyi torpaq sahəsindən çıxmışdır, əməlindən peşimandır. Onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zaqatala rayonu Çökək kəndində ailəsi ilə birlikdə yaşayır. 2011-ci ildən Zaqatala X9 Katex sahəsinin sahə müfəttişi vəzifəsində işləyir. Katex kənd sakini Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. 07 dekabr 2022-ci il tarixdə Zaqatala X9 Katex sahəsinin mühafizə yegeri olan Saleh Kaltayevin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qoruq ərazisində arpa əkilməsi barədə məlumatı əsasında Qoruğun 2 saylı dolayın 35 nömrəli kvartalına həmin gün onun, Təqsirləndirilən şəxs, Saleh Kaltayevin və Qoruğun sahə müfəttişi İlkin Hacıyevin iştirakı ilə baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ərazini bələdiyyə ərazisi hesab etdiyinə görə şumladıb arpa səpdirdiyini, həmin ərazinin qoruq ərazisi olduğundan xəbərinin olmadığını bildirmişdir. Baxış zamanı akt tərtib olunmuş və Təqsirləndirilən şəxs barəsində həmin tarixdə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 256-cı maddəsinin tələblərini pozduğuna görə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı RE və TSİ-nin rəisinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR İXM-nin 256-cı maddəsinin tələblərini pozduğuna görə 300 (üç yüz) manat və AR İXM-nin 242-ci maddəsinin tələblərini pozduğuna görə isə 120 (yüz iyirmi) manat cərimə olunmuşdur. Həmin cərimələr Təqsirləndirilən şəxs oğlu Sənan Abdullayev tərəfindən 2023-cü il ərzində hissə-hissə ödənilmişdir. Təqsirləndirilən şəxs həm onun tərəfindən, həm də Qoruğun Katex sahəsinin 02 saylı dolayının mühafizə yegeri Məhəmməd Mahayev tərəfindən dəfələrlə qoruq ərazisini zəbt etməməsi üçün şifahi xəbərdarlıq edilmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayının yanından keçdiyi zaman Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ildə arpa əkilmiş həmin torpaq sahəsinin şumlandığını aşkarlamışdır. Ərazinin yaxınlığında qoyun otaran X1 şumlanmış ərazi barədə soruşduqda həmin ərazini atasının şumlatdığını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs özü sərxoş vəziyyətdə ona zəng edərək həmin ərazidə 2 cız qarpız əkəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dəfələrlə həmin ərazini zəbt edib istifalə etmənin qadağan olduğunu başa saldığını, 2022-ci ildə də onun bu əməlinə görə cərimələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs “əkmişəm, yaxşı etmişəm, çıxmıram, get nə istəyirsən elə” demiş və nalayiq sözlər deməyə başlamışdır. Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətdiyini görüb telefonu söndürmüş və bu barədə Balakən RPŞ-nin Katex kəndi üzrə sahə rəisi Şahid1 məlumat vermişdir. 08 aprel 2024-cü il tarixdə onun, polis əməkdaşlarının, Zaqatala X9 Katex sahəsinin mühafizə yegerləri Məhəmməd Mahayevin, Ömər Əliyevin, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən zəbt olunaraq şumlanmış Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerdə təxminən 0,30 ha torpaq sahəsini şumlatdığı aşkarlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü də həmin ərazini şumlatdığını və ora sonradan qarpız, kartof və pomidor əkmək fikrinin olduğunu bildirmişdir. O, həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs yalan danışır, o, Təqsirləndirilən şəxs həmin ərazidən istifadə etmək üçün icazə verməmişdir və onun belə bir səlahiyyəti də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonu Katex kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində çalışır. Katex kənd sakini Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. 05 aprel 2024-cü il tarixdə Zaqatala X9 Katex sahəsinin ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən şumlama işlərinin aparılmasını müəyyən etmiş və daha sonra raportla Balakən RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Bundan sonra 08 aprel 2024-cü il tarixdə onun, PPXB-nin polis nəfəri Şahid2, Zaqatala X9 Katex sahəsinin mühafizə yegerləri Məhəmməd Mahayevin, Ömər Əliyevin, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən zəbt olunaraq şumlanmış Zaqatala X9 Katex sahəsinin 02 saylı dolayına Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X5 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı təxminən 0,30 ha torpaq sahəsini şumlandığı aşkarlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yeri 2024cü ilin aprel ayının əvvəlində Zaqatala rayonunun Danaçı kəndindən olan tanımadığı traktorçuya şumlatdığını, həmin yeri şumlatmaqda məqsədinin şumlanmış torpaq sahəsinə kartof, pomidor, qarpız əkmək olduğunu, həmin torpaq sahəsindən 7-8 ildir ki, istifadə etdiyini, 2022-ci ildə həmin torpaq sahəsinə qanunsuz arpa əkdiyi üçün 300 manat cərimə olunduğunu, torpaq sahəsindən istifadə etmək üçün heç bir dövlət orqanından rəsmi icazəsinin olmadığını və belə bir icazə üçün heç bir dövlət orqanına müraciət etmədiyini, 7- 8 il əvvəl həmin torpaqdan istifadə etməyə başlayan zaman torpaq sahəsinin bir hissəsinin hasarlandığını, kanal qazıldığını və qapı qoyulduğunu bildirmişdir. Daha sonra fotoşəkillər çəkilmişdir. Bundan sonra müstəntiq Mətanət Həşimova tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 4-10-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 08 aprel 2024-cü il tarixdə Balakən RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən tərtib olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən ərazi Balakən rayonu Katex kəndinin dağətəyi ərazisidir. Baxış keçirilən torpaq sahəsinə giriş hissədən ağac budaqlarından düzəldilmiş darvaza və bir neçə metrlik ağac budaqları və kol-kosdan ibarət hasar çəkilmişdir. Qeyd edilən hasardan sonra hasar yarımçıq qalaraq torpaq sahəsinin qabaq hissəsində kanal qazılmışdır. Torpaq sahəsinin darvazasından daxil olduqda təxminən 0,30 ha ərazinin şumlandığı aşkarlanmışdır. Şumlanmış sahənin sol tərəfi kolluqla, sağ tərəfi şumlanmamış digər torpaq sahəsi ilə, baş tərəfi isə daş hasarla əhatələnmişdir. Baxışda iştirak edən Balakən rayonu Katex kənd sakini Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının əvvəlində həmin ərazini Zaqatala rayonunun Danaçı kəndindən olan tanımadığı və şəxsiyyəti ona məlum olmayan traktorçuya şumlatdığını, həmin yeri şumlatmaqda məqsədinin şumlanmış torpaq sahəsinə kartof, pomidor, qarpız əkmək olduğunu, həmin torpaq sahəsindən 7-8 ildir ki, istifadə etdiyini, 2022-ci ildə həmin torpaq sahəsinə qanunsuz arpa əkdiyi üçün 300 manat cərimə olunduğunu, torpaq sahəsindən istifadə etmək üçün heç bir dövlət orqanından rəsmi icazəsinin olmadığını və belə bir icazə üçün heç bir dövlət orqanına müraciət etmədiyini, 7- 8 il əvvəl həmin torpaqdan istifadə etməyə başlayan zaman torpaq sahəsinin bir hissəsinin hasarlandığını, kanal qazıldığını və qapı qoyulduğunu bildirmişdir. Qeyd edilən şumlanmış ərazinin sağ tərəfində, şumlanmış sahədən təxminən 15 metr məsafədə paralel olaraq təxminən 1 metr enində torpağın da şumlandığı aşkarlanmışdır. Təqsirləndirilən şəxs traktorçunun səhvən ərazini həmin yerdən şumlamağa başladığını, sonradan onun göstərişi ilə hazırda şumlanmış ərazini şumladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əraziyə hələlik heç bir toxumu səpmədiyini və heç bir şitil əkmədiyini, lakin bir müddət sonra həmin əraziyə kartof, pomidor və qarpız məhsullarını əkib becərmək niyyətinin olduğunu bildirmişdir. Baxış tutqun hava şəraitində gündüz vaxtı keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin foroşəkillər protokola əlavə edilmişdir. İştirakçılar tərəfindən heç bir şikayət, qeyd, təklif daxil olmamışdır. Protokol tərtib edilərək ucadan oxunmuş və düzgün tərtib edilmişdir. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 dekabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala X9 mülkiyyətində olan, Balakən rayonu Katex kəndi ərazisində yerləşən meşə fondu torpağını qanunsuz şumladaraq arpa əkdiyi üçün Azərbaycan Respublikası İXM-nin 256-cı maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə olunmuşdur. İşin 79-80-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3768 nömrəli rəyində göstərilmişdir ki, tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ilə birlikdə Məhkəmə ekspertiza mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Qərarın 1, 2 və 3-cü sualları üzrə Təqsirləndirilən şəxs tərəfindən əkib-becərilmiş ərazinin ölçüsü 0.2835 ha olmaqla xüsusi qorunan ərazilərin torpaqlarına aid dövlət mülkiyyətində olan Zaqatala X9 ərazisidir. Məhkəmə Ekspertiza Mərkəzinə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ilə birlikdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin zəbt olunub-olunmaması, əgər zəbt olunubsa kim tərəfindən zəbt olunmasına dair hər hansı məlumat olmadığından həmin torpaq sahəsinin zəbt olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır. İşin 63-65-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənmişdir, məhkumluğu olmayan şəxsdir. İşin 58-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş 486 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, 1993-cü il təvəllüdlü Sənan və 1996-cı il təvəllüdlü Kənan adında iki oğlu vardır. İşin 59-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş 487 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Katex kəndində yaşayır. İşin 60-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə özbaşına tutmuşdur. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə CM-in 188.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibi vardır , təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi , təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin zəbt etdiyi torpaq sahəsindən çıxmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını,eyni zamanda cərimə cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Katex kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Katex kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar