Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-92/2023 06.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Kazım qızının , Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1966-cı ildə Şəki rayonu Orconikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Şəki rayonu Aşağı-Küngüt kəndində qeydiyyatda olan, Balakən rayon Mahamalar kəndi ərazisi üzrə nümayəndəliyinin Şambulbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs Kazım qızı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs evdə olan taxta parçası ilə döymüş, Zərərçəkmiş şəxs bu zaman evdən çıxaraq qaçdığı zaman evin həyətyanı sahəsində kolluq əraziyə yıxılmış, Dandış-X1 Aslanovanın saçından tutaraq onun sifətinə bir neçə dəfə yumruqlar vuraraq sonuncuya sağ budun orta 3/1-nin arxa səthində köndələn istiqamətdə dəri, dərialtı aşınmış, kənarları şişkinli, böyük ölçülü hematomalı sıyrıq, sıyrığın uc hissəsində 2,0 x 0,3 sm sahədə dərin olan bir ədəd cərrahi tikişə ehtiyacı olan cırılmış yara ilə nəticələnən və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və bilavasitə tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Kazım qızı ilə evlidir, 3 aydır ki sərxoş halda evə gəldiyi üçün Mehparə onunla kobud formada danışır. Buna görə də aralarında mübahisələr yaranır. xx.xx.2023cü il tarixdə günorta saat 15 radələrində Mehparə ilə birlikdə evdə olan vaxtı Mehparəyə ona nahar yeməyi verməsini istəmiş, Mehparə ona az miqdarda yemək vermişdir. Nahar yeməyi yeyib mağazadan özünə aldığı 1 litr spirtli içki qəbul etmiş, spirtli içki qəbul edən vaxtı yeməyi bitmişdir. Mehparəyə yeməkdən doymadığını, daha da yaxşı bir yemək bişirməsini demişdir. Mehparə ona evdə olan ərzaqlardan yemək bişirdiyini, bundan başqa hər hansı yemək bişirə bilməyəcəyini kobud şəkildə demiş, bu vaxt aralarında mübahisə yaranmışdır. Mehparənin ünvanına nalayiq ifadələr işlədib onu təhqir etmiş, Mehparə də ona cavab vermişdir. Həmin vaxt masa arxasından ayağa qalxıb evdə olan taxta parçası ilə Mehparənin sağ ayağına və bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbələr vurub onu döymüşdür. Mehparəni döyən zaman sonuncu onun əlindən çıxıb həyətə qaçmış, Mehparənin arxasınca həyətə düşüb qaçdıqda Mehparə həyətyanı sahədə olan kolluq ərazidə yıxılmışdır. Kolluqda Mehparənin saçından dartıb sifətinə bir neçə dəfə yumruq vurub onu döymüşdür. Hadisə baş verdiyi zaman onun yanında heç kim olmamışdır. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir.O, Zərərçəkmiş şəxs Kazım qızı ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Kazım qızı ifadəsində göstərdi ki, üç il öncə Şəki rayonu Aşağı Küngüt kənd sakini Təqsirləndirilən şəxs ilə evlənmişdir. Bu evlilikdən onun övladı olmamışdır. 3 aydır ki, Hüseyn mütəmadi olaraq sərxoş vəziyyətdə evə gəlib əsassız yerə onunla münaqişə yaradıb onu təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində Hüseyn ilə birlikdə evdə olan vaxtı Hüseyn ona nahar yeməyi verməsini demişdir. Hüseynə yemək vermiş və Hüseyn yemək yeyib spirtli içki qəbul etmişdir. Sərxoş olduqdan sonra Hüseyn ona gətirdiyi yemək ilə doymağını, daha da yaxşı bir yemək bişirməsini demişdir. Ona evdə olan ərzaqlardan yemək bişirdiyini, bundan başqa hər hansı yemək bişirə bilməyəcəyini demişdir. Bu vaxt Hüseyn onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu zaman aralarında mübahisə yaranmış, Hüseyn ayağa qalxıb evdə olan taxta parçası ilə onun sağ ayağına bir neçə dəfə zərbələr vurub onu evdə döymüşdür. Hüseynin əlindən qurtulmaq üçün həyətyanı sahəyə düşüb qaçarkən həyətyanı sahəsində olan kolluq ərazidə yıxılmış, Hüseyn onun arxasınca qaçıb kolluqda onun saçından tutaraq sifətinə bir neçə dəfə yumruq vurub onu döymüşdür. Həmin günün sabahısı Hüseyn onu evdən əşyaları ilə birlikdə qovub çıxarmış, bir müddət Hüseynin öz səhvini başa düşüb ondan üzr istəyib barışacağını güman etdiyi üçün Hüseyn barəsində şikayət etməmişdir. Lakin bu baş vermədiyi, həmçinin Hüseyn ona evə daxil olmağa icazə vermədiyi üçün xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə Hüseyn barəsində şikayət etmişdir. Hüseyn ilə birlikdə yaşadığı evə 4000 manat məbləğində təmir üçün pul vəsaiti xərcləmiş ,Hüseyn onu döyən zaman onun yanında heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. İşin 24-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 142 saylı ekspert rəyində göstərilmişdir ki; Zərərçəkmiş şəxs Kazım qızında müəyyən edilmiş xəsarətlər — sağ budun orta 3/1-nin arxa səthində köndələn istiqamətdə dəri, dərialtı aşınmış, kənarları şişkinli, böyük ölçülü hematomalı sıyrıq, sıyrığın uc hissəsində 2,0 x 0,3 sm sahədə dərin olan bir ədəd cərrahi tikişə ehtiyacı olan cırılmış yara — küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü il ildə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşin 50-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 46-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 06 iyun 2023-cü il tarixdə verilmiş 620 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhərində qeydiyyatda olsa da ,Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şambulbinə yaşayış məntəqəsində yaşayır. İşin 47-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs Kazım qızının ərizəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs X2 ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ərizəsində göstərilmişdir ki,Zərərçəkmiş şəxs Kazım qızı ilə barışmışdır,zərərçəkmiş şəxsin onlan şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində arvadı Zərərçəkmiş şəxs Kazım qızını döyərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Kazım qızı məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək Zərərçəkmiş şəxs Kazım qızı ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığını göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Kazım qızı ilə barışdığını, əməlindən peşiman olduğunu göstərərək onun barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının da CM-nin 73.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməsini təklif etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X12 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X12 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-92/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-92/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver