Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-92/2024 19.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1988-ci ildə Balakən rayonu, Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Balakən rayonu, Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu silah hesab edilən 01 ədəd tapança, onun komplekt hissəsi hesab edilən 01 ədəd daraq və döyüş sursatı hesab edilən 06 ədəd patronu qanunsuz olaraq əldə edib saxlamaqla üzərində gəzdirərək Balakən rayonu, Talalar kəndində yaşadığı ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 05 iyun 2024-cü il tarixdə saat 10:08-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 3n Rayon Polis Şöbəsinə gətirilməklə həmin tarixdə saat 11:55-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı bel nahiyəsindən ********** nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, BAİKAL-442 modelli, odlu yivli silah hesab edilən 01 ədəd tapança, həmin tapançanın içərisindən zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli Makarov konstruksiyalı, BAİKAL-442 modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, döyüş sursatı hesab edilən 06 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır. Həbs olunana kimi fərdi əməklə məşğul olmuşdur. 05 iyun 2024-cü il tarixdə səhər saat 10 radələrində Balakən rayonu, Talalar kəndində yaşadığı evin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb onu polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə gəlmişdir. Balakən Rayon Polis Şöbəsində polis əməkdaşları onun bel nahiyyəsinə içərisində 6 ədəd patron olan tapança qoymuşlar. Sonra üzərində videogörüntü ilə axtarış aparılmış və həmin tapança polis əməkdaşı tərəfindən onun belindən çıxarılaraq təqdim edilmişdir.Onda nə tapança, nə onun sandıqçası,nə də patron olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir.O,həmin ifadələri təzyiq altında vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 04 iyun 2024-cü il tarixdə Balakən rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşıması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin təhqiqatçısı X6, əməliyyat müvəkkilləri X5 və X2 daxil edilmişdir. 05 iyun 2024-cü il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu, Talalar kəndi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 10:08-də Balakən rayonu, Talalar kəndi ərazisində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşımaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər.Təqsirləndirilən şəxs buna etiraz etməmişdir.Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tapança olduğunu bildirib, bel nahiyəsində saxladığı 01 ədəd tapança tipli dəmir predmeti, əynində olan şalvarının ciblərindən 01 ədəd mobil telefonu və pulu çıxardıb təqdim etmişdir. Təqdim olunmuş tapança tipli dəmir predmetə baxış zamanı içərisində 01 ədəd sandıqça tipli dəmir predmet və 06 ədəd patrona oxşar dəmir predmetlərin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş predmetləri 20 gün əvvəl Zaqatala rayonu ərazisindən tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini və üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd tapançaya oxşar dəmir predmet, 01 ədəd sandıqça tipli dəmir predmet və 06 ədəd patrona oxşar dəmir predmet 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Aşkar edilmiş pullar isə özünə geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Daha sonra şəxsi axtarış və götürmə həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar.Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. O, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs yalan danışır, aşkar olunmuş tapança onun özünə aid olmuş, ona heç bir heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən onun heç bir etirazı olmamışdır. İşin 26-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 iyun 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bəyər X3 rayonu, Talalar kəndi ərazisində olduğu zaman saxlanılmış, həmin tarixdə saat 11:55-dən etibarən videoçəkiliş ilə Balakən Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, bel nahiyəsində daşıdığı 01 ədəd tapançaya oxşar dəmir predmeti, əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarının sağ arxa cibindən 55 manat pul vəsaitini təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd tapançaya oxşar dəmir predmetə baxış zamanı içərisində 01 ədəd sandıqça tipli dəmir predmet və 06 ədəd patrona oxşar dəmir predmet müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş 01 ədəd tapançaya oxşar dəmir predmet, 01 ədəd sandıqça tipli dəmir predmet və 06 ədəd patrona oxşar dəmir predmet 01 ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzəridən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 55 manat pul onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 06 iyun 2024-cü il tarixdə saat 11:55-də başlamış və həmin tarixdə saat 12:06-da başa çatmışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntülər 01 ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 104-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd BAİKAL-442 modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələləri həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 140-142-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 5(019)-33/2024 nömrəli qərarında görünür ki, Azərbaycan Respublikası DİN- in BMCMİ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 41-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 06 iyun 2024-cü il tarixli 24/1032 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş 01 ədəd ********** №-li silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli BAİKAL-442 modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli, BAİKAL-442 modelli, Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 05 iyun 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 05 iyun 2024-cü ildə saat 10:08-də Təqsirləndirilən şəxs Nəriman oğlu Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 99-103-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 762/2024 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 05 iyun 2024-cü il tarixdən hesablanmışdır.Qərardan görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs Nəriman oğlu göstərmişdir ki, silahı 20 gün əvvəl Zaqatala rayonu ərazisindən tapmış, özündə saxlamış, amma polisə aparmağa çəkinmişdir. Polis Şöbəsində ona təsir və təzyiq olmamışdır. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 7513/2024 nömrəli məktubunda göstərilir ki, Sizin xx.xx.2024-cü il tarixli 3-13-6/2- 5756/2024 nömrəli məktubunuzla təqdim edilmiş 01 ədəd 9 mm kalibrli ********** №-li “BAİKAL-442” modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşin 138-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 487 nömrəli arayışdan görünür ki, Bəyər X3 rayonunun Talalar kəndində yaşayır, himayəsində anası, arvadı, xx.xx.2024-cu il təvəllüdlü Yağmur,xx.xx.2013-cü il təvəllüdlü Nərman, xx.xx.2017-ci il təvəllüdlü Nuh və xx.xx.2022-ci il təvəllüdlü Minayə adında 4 uşağı vardır. İşin 136-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 24 iyun 2024-cü il tarixdə verilmiş 486 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı göstərilir. İşin 144-145-ci vərəqələrində olan komisyon ambulkator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1821 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hazırda cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsirinin altına düşmüş, ona tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə zərurət yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və DA Birliyi, Publik hüquqi şəxsinin 332/MEŞ nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür k, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya izi aşkar edilməmişdir. İşin 151-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahid-Şahid ifadəsini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Tapança və onun hissələrinin ona məxsus olmaması, silahı onun bel nahiyyəsinə polis əməkdaşlarının qoyması, polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində axtarış aparılarkən qeydə alınmış video görüntülər, barəsində qətimkan tədbiri seçilərkən verdiyi izahatı, şahidin ifadəsi, ekspertiza rəyləri və s.) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. 2016-cı ildə əsəb problemləri olduğu üçün özəl klinikada müalicə almışdır. Evlidir. Hazırda fərdi əməklə məşğul olur.Təxminən 20 gün bundan əvvəl Zaqatala rayonu ərazisində gəzintidə olduğu zaman yerdə 01 ədəd tapança olduğunu görmüşdür. Həmin tapançanı götürüb içərisinə baxmış və görmüşdür ki, içində 01 ədəd daraq və 06 ədəd patron var. Həmin tapançanı daraq və patronlarla birlikdə onda maraq oyatdığı üçün götürüb özündə saxlamışdır. 05 iyun 2024cü il tarixdə səhər saat 10 radələrində Balakən rayonu, Talalar kəndində yaşadığı evin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə gəlmişdir. Həmin şöbədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur.Ona hüquq və vəzifələri izah olunmuşdur.Bundan sonra videoçəkiliş vasitəsilə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində olan predmetləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra, o, üzərində tapança olduğunu bildirib sağ bel nahiyəsində saxladığı 01 ədəd tapançanı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 55 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsi axtarış keçirilsə də, üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Tapançaya baxış zamanı üstündə “BAİKAL-442” hərf və rəqəmlərinin yazıldığı, içərisində 01 ədəd sandıqçanın və 06 ədəd patronun olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, həmin predmetləri təxminən 20 gün əvvəl Zaqatala rayonu ərazisindən tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini və üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd tapança, 01 ədəd sandıqça və 06 ədəd patron polislər tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Aşkar olunmuş 55 manat pul vəsaiti özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur və həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən silahı və digər əşyaları yerdən tapmışdır və onda maraq oyatdığı üçün özündə saxlamış, başqa hər hansı bir məqsədi olmamışdır. Aşkar edilmiş silahdan heç bir cinayətin törədilməsində istifadə etməmişdir. Onda həmin silahın olmasından heç kimin xəbəri olmamışdır. Aşkar edilən silahdan başqa heç yerdə odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin, soyuq silah saxlamır. Nə saxlanılan zaman, nə də şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təxminən 3 gün əvvəl yaşadığı evin həyətində özünə məxsus alətlə dəmir kəsən zaman oradan çıxan kiçik dəmir parçalarının təsirindən sağ və sol qolunda, eləcə də hər iki ayağının aşağı hissəsində xırda xəsarətlər əmələ gəlmiş, bundan başqa təxminən bir il əvvəl kənd təsərrüfatı işləri ilə məşğul olan zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirmiş və nəticədə hər iki ayağının ön hissəsində yara izləri yaranmışdır. Əlavə olaraq 2013-cü ildə çayda üzən zaman çayın içərisində olan şüşə kəsiyi sol qoluna batmış və nəticə etibarilə sol qolunda kəsik izi yaranmışdır. Bundan başqa 2009-cu ildə ehtiyatsızlıqdan ona məxsus dəmir kəsən alətlə özünə xəsarət yetirmiş və sol ayağının arxa hissəsində xəsarət izi əmələ gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə,o cümlədən özünün üzərində şəxsi axtarış aparılarkən və torpaq sahəsinə baxış keçirilərkən göstərdikləri ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə,o cümlədən özünün üzərində şəxsi axtarış aparılarkən göstərdikləri ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silahları və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlinin törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə cinayət əməlini təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşaqların olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd BAİKAL modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd BAİKAL modelli odlu silah,odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 03 ədəd qalmış döyüş sursatı olan patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-92/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-92/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver