Məhkəmə qərarları › İş №1(019)-93/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-93/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-93/2022 29.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi- Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1989-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun yaşayış həyətində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə qəsdən 5-6 dəfə yumruqla vuraraq və sonuncunun sol ön döş qəfəsini qəsdən 1 dəfə dişləyərək onun sağlamlığına zərər vurmayan sağ təpədə 2 ədəd və sol ön döş qəfəsində 1 ədəd sıyrıqlar xəsarətini yetirmiş, davam edən mübahisə zamanı Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir neçə dəfə yumruqla vuraraq sonuncunun sol qaş üstündə 1 ədəd yara xəsarəti alması nəticəsində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və bilavasitə tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşı Pitimat Çukayevanın icazəsi ilə Yaquba və ailəsinə məxsus olan fındıq bağından 2017-ci il tarixdə 10 kq fındıq yığmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onu fındıq yığarkən öz bağında görmüş, onun oğurluq etdiyini düşünmüş və bu məsələni kənddə bir neçə şəxsə danışaraq onun oğru olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində evdə olduğu zaman tək yeyib-içmiş, spirtli içki qəbul etmişdir. Bu zaman onun yadına Zərərçəkmiş şəxs hərəkətləri düşmüş və həmin gün saat 23 radələrində evindən çıxaraq Zərərçəkmiş şəxs həyətinə daxil olmuşdur. Zərərçəkmiş şəxs həyətə çağırmış, sonuncu evinin həyətinə çıxdığı zaman Yaquba nə üçün onun haqqında kənd sakinləri arasında oğru olduğunu bildirməsini ona irad olaraq bildirmiş,həmin vaxt Zərərçəkmiş şəxs ona söyüş söyməyə başlamış, yaxşı edib danışmasını bildirmişdir. Zərərçəkmiş şəxs ona söyüş söydüyünə görə əsəbiləşmiş və evin həyətində Zərərçəkmiş şəxs sifətinə bir neçə dəfə yumruqla vurmuşdur. Bu zaman Yaqub yerə yıxılmış,Zərərçəkmiş şəxs qızları Mələk və Şahid1 gəlib onları ayırmışdır. Sonra Yaqubunun evinin həyətindən küçəyə çıxmış, sonuncunun evinin həyətində yenidən söydüyünü eşitmişdir. Bunu eşidib özünü itirmiş və geri Yaqubun həyətinə qayıtmışdır.Zərərçəkmiş şəxs yaxınlaşaraq onun sifətinə və başına yenidən bir neçə dəfə yumruqla vurmuş, onun üzərinə çıxaraq Yaqubun sol tərəf sinə nahiyyəsini bir dəfə dişləmiş və ona xəsarətlər yetirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona vurmamışdır. Sonra Yaqubun qızları Mələk və Şahid1 onları ayırmışdır. Bundan sonra o , çıxıb evinə getmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan Balakən RPŞ-yə şikayət etməsini eşitmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs qaş nahiyyəsinə bıçaqla vurmamış, üzərində qısa balaqlı cibsiz şortik olmuşdur. Onun üzərində bu zaman şalvar olmamış, bu səbəbdən onda bıçağın olma ehtimalı da olmamışdır. Zərərçəkmiş şəxs başına və sifətinə çox sayda yumruqlar vurmuş və onun sol sinə nahiyyəsini dişləyərək ona xəsarətlər yetirmişdir. Hadisə zamanı yanında sadəcə Yaqubun qızları Mədinə və Şahid2 olmuşlar. Hadisə Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş vermiş, səs-küy yaranmamış, ətrafa insanlar toplaşmamışdır. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir.O,Zərərçəkmiş şəxs ilə barışmışdır.Ona dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Onun xəbəri olmadan 2017ci ildə həyat yoldaşı Pitimat Çukayevanın icazəsi ilə Təqsirləndirilən şəxs ona məxsus olan fındıq bağından 10 kq fındıq yığmışdır. Həmin vaxt İsanı fındıq bağında görmüş, onun oğurluq etməsini düşünmüşdür. Bu məsələni kənddə bir neçə şəxsə danışaraq Təqsirləndirilən şəxs 2017-ci ildə onun bağından fındıq oğurladığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində evdə yatdığı zaman Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə tək gəlmiş, o, sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onu həyətə çağırmış, o, evinin həyətinə düşmüşdür.Bu zaman Təqsirləndirilən şəxs ona kənd sakinlərinə oğru olmağını bildirib-bildirməməyini soruşmuş, İsaya kənd sakinlərindən bir neçəsinə bu barədə danışmasını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla evin həyətində mübahisə edərək sifətinə təxminən 5-6 dəfə yumruqla vurmuşdur. Sonra o yerə yıxıldıqda qızları Mədinə və Şahid2 onların yanına gələrək ayırmışlar. Təqsirləndirilən şəxs evinin həyətindən küçəyə çıxmış, lakin 10 dəqiqədən sonra geri qayıdaraq onunla yenidən mübahisə etmiş və yumruqla onun sifətinə, başına vurmağa başlamışdır. Həmin vaxt onun sol qaş üstü nahiyyəsi cırılmışdır. Təqsirləndirilən şəxs ona vurmasının qarşısını almaq üçün onu yerə yıxmış, sonuncu onun sol tərəf sinə nahiyyəsini bir dəfə dişləmiş və ona xəsarətlər yetirmişdir. Sonra ailə üzvləri onları sakitləşdirmiş və Təqsirləndirilən şəxs çıxıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə gedərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Təqsirləndirilən şəxs onun sifətinə yumruqla vuraraq qaş üstü nahiyyəsinə xəsarət yetirdikdə sonuncunun onu bıçaqla vurmasını zənn etmişdir. Lakin həmin vaxt qaranlıq olduğundan İsanın əlində bıçaq olmasını görməmiş, Təqsirləndirilən şəxs onun sifətinə və başına yumruqlarla vuraraq və onun sinəsini dişləyərək xəsarətlər yetirmişdir.Ekspertin yanında olduğu zaman ekspert ona hansı formada ərizə verdiyini soruşmuş,ona ərizəsində Təqsirləndirilən şəxs onun sifətinə bıçaqla vurduğunu qeyd etdiyini bildirmişdir.Lakin Təqsirləndirilən şəxs ona bıçaqla vurmamışdır.Hadisə zamanı yanında qızları Mədinə və Şahid2lar olmuşlar.Təqsirləndirilən şəxs tək gəlmiş, hadisə onun yaşadığı evinin həyətində baş vermiş, səs-küy yaranmamış, ətrafa insanlar toplaşmamışlar.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, Ona dəymiş ziyan ödənmişdir.Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur.İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atasıdır, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. X3 icazəsi ilə Təqsirləndirilən şəxs onlara məxsus olan fındıq bağından 2017-ci ildə 10 kq fındıq yığmışdır. Atası Zərərçəkmiş şəxs həmin vaxt İsanı onlara məxsus olan fındıq bağında görmüş, onun oğurluq etməsini düşünmüşdür. Bu məsələni kənddə bir neçə şəxsə danışaraq Təqsirləndirilən şəxs 2017-ci ildə onlara məxsus bağdan fındıq oğurladığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs onların yaşadıqları evin həyətinə tək gəlmiş, o, sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs atası Yaqubu həyətə çağırmış, atası Zərərçəkmiş şəxs evin həyətinə düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs Yaquba kənd sakinlərinə onun oğru olduğunu bildirib-bildirmədiyini soruşmuşdur. Atası Zərərçəkmiş şəxs də İsaya kənd sakinlərindən bir neçəsinə bu barədə danışmasını bildirmişdir.Bu zaman Təqsirləndirilən şəxs evin həyətində Yaqubla mübahisə edərək onun sifətinə təxminən 5-6 dəfə yumruqla vurmuş, sonra o və bacısı Şahid2 onları ayırmışlar. Təqsirləndirilən şəxs evin həyətindən küçəyə çıxmış, lakin 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs geri qayıdaraq atası Yaqubla yenidən mübahisə etmiş və yumruqla onun sifətinə və başına vurmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs sol qaş üstü nahiyyəsi yumruq zərbəsindən cırılmışdır.İsa ona vurmasın deyə atası Yaqub onu yerə yıxmışdır. Təqsirləndirilən şəxs atasının sol tərəf sinə nahiyyəsini bir dəfə dişləmiş və ona xəsarətlər yetirmişdir. Sonra o və bacısı Şahid2 onları sakitləşdirmiş və Təqsirləndirilən şəxs çıxıb evinə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq onun qaş üstü nahiyyəsinə xəsarət yetirmişdir. İsa atasına bıçaqla vurmamış, bu zaman İsanın əlində bıçaq olmamışdır. Günün qaranlıq vaxtı olduğundan səhvən atası Yaqub Təqsirləndirilən şəxs əlində bıçaq olmasını zənn etmişdir. Hadisə onun yaşadığı evin həyətində baş vermiş, səs-küy yaranmadığı üçün, ətrafa insanlar toplaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etmişdir. İşin 32-33-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 215 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) sol qaş üstündə 01 ədəd yara b) sağ təpədə 02 ədəd və sol ön döş qəfəsində 01 ədəd sıyrıqlar.Vət. Zərərçəkmiş şəxs yuxarıda qeyd edilmiş xəsarətlər- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni-xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə a) bəndində göstərilən onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir b) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşin 82-83-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 69-81-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 1(019)-34/2022 nömrəli hökmün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin 58-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 05 sentyabr 2022-ci il tarixdə verilmiş 308 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndində yaşayır, himayəsində fərdi təsərrüfatla məşğul olan atası, anası,arvadı,xx.xx.2014-cü il təvəllüdlü oğlu Rəcəb və xx.xx.2012-ci il təvəllüdlü qızı Günel vardır. İşin 60-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşin 68-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən rayon X6 Bölməsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 322/4 nömrəli məktubdan görünür ki,Balakən Rayon Məhkəməsinin 1(019)-34/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkum Təqsirləndirilən şəxs X4 (qolbaq) tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökm üzrə cəzasının 05 ay 09 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş qalan hissəsi 01 il 17 gündür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır.Ona dəymiş ziyan tam ödənmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ərizəsində göstərilmişdir ki,Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşimandır. İşin icraatına xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək Zərərçəkmiş şəxs ilə barışdığını, əməlindən peşiman olduğunu göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı2 təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, əməlindən peşiman olduğunu göstərərək onun barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar