Məhkəmə qərarları › İş №1(019)-94/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-94/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-94/2021 28.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx xxxx 1972-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Balakən rayon Kommunal Müəssisələr Kombinatında xidmətçi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 14 gün ərzində, yəni 20.08.2021-ci il tarixdən 03.09.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 26 avqust 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında Covid-19 xəstəliyindən müalicə almalı olduğu yaşayış evini əsaslı səbəb olmadan icazəsiz tərk edib insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan ünvan 3 ünvanında yerləşən “X6” mağazasına gedərək qəsdən, karantin rejimini pozmaqla, həmin mağazanı işlədən Şahid1 və satıcı Şahid2, eləcə də digər şəxslərin Covid-19 virusuna yoluxması üçün real təhlükə yaratmış, bundan sonra isə insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri S.Gözəlov küçəsi ilə Balakən şəhəri N.Nərimanov küçəsi istiqamətində piyada hərəkət etmiş, 26 avqust 2021-ci il tarixdə saat 16 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan, Balakən şəhəri S.Gözəlov küçəsində saxlanılıb “X2 Yardım Stansiyasının” avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün ünvan 1 ünvanındakı evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs qızının həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, oğlu altı ay olar ki, ölübdür, ünvan 5 ünvanında tək yaşayır. Rəsmi olaraq Balakən rayon Kommunal Müəssisələr Kombinatında işləyib öz dolanmağını təmin edir. 16 avqust 2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman təzyiqi olduğu üçün təcili yardım həkimlərini yaşadığı evə dəvət etmişdir. Həkimlər onu müayinə edərək iynə vurmuşlar. Həmin zaman COVİD-19 virusuna yoluxduğunu düşünərək həkimlərdən analiz götürmələrini xahiş etmişdir. Bundan sonra isə həkimlər ondan COVİD-19 virusu ilə bağlı müvafiq test götürmüşlər. 19 avqust 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində Qullar kəndi ərazisində yerləşən qəbristanlıqda olduğu zaman mobil telefonuna mesaj gələrək onun COVİD-19 virusu ilə bağlı verdiyi testin cavabı pozitiv çıxdığı bildirilmişdir. Həmin mesajda ona sağalana qədər qətiyyən evdən çölə çıxmamağı barədə xəbərdarlıq elan edilmiş, belə hərəkətin inzibati və ya cinayət məsuliyyəti yaratması barədə bildirilmişdir. Bundan sonra arabir xəstəxanadan ona zəng edilərək halının necə olduğu soruşulmuş, bir neçə dəfə ona dərman göndərmişlər. Bundan başqa isə onun sağlamlığı ilə maraqlanan olmamışdır. 25 avqust 2021-ci il tarixdə istifadəsində olan mobil telefonunun enerji cihazı xarab olduğu üçün həmin cihazı bir müddət əvvəl aldığı Balakən şəhəri ərazisində yerləşən X6 mağazasına gedərək yenisi ilə dəyişdirməyi qərarlaşdırmışdır. Bu məqsədlə də 26 avqust 2021-ci il tarixdə İlqar adlı şəxsin işlətdiyi X6 telefon mağazasına getmişdir. O, tək yaşadığı üçün ona hər hansı kömək edən şəxs olmadığından, mobil telefonunun enerji cihazı da xarab olduğu, telefonla heç kimlə əlaqə saxlaya bilmədiyi,heç kimi olmadığı üçün məcbur qalaraq yaşadığı evi tərk edərək telefon mağazasına getmişdir Həmin mağazada ilk öncə satıcı qız ona yaxınlaşmış və nə istədiyini soruşmuşdur. O da həmin qıza Samsung markalı mobil telefonuna almış olduğu enerji cihazının nasaz olduğunu, bunun üçün də yenisi ilə dəyişdirmək istədiyini deyərək enerji cihazını çıxarıb satıcı qıza göstərmişdir. Bu zaman həmin mağazanı işlədən İlqar adlı şəxs də oraya gəlmişdir.Daha sonra o, mobil telefonunu götürüb geriyə Balakən şəhəri N.Nərimanov küçəsi istiqamətində piyada getməyə başlamışdır. Həmin zaman ona polis əməkdaşı yaxınlaşaraq COVİD-19 xəstəsi olduğu halda hansı səbəbə yaşadığı evi tərk etdiyini soruşmuşdur. O, da telefonunun enerji cihazı xarab olduğu üçün yaxınlıqda yerləşən telefon mağazasına gedib geri qayıtdığını bildirmişdir. Bu zaman ona olduğu yerdə dayanmağını həmin yerə polis əməkdaşlarının və təcili yardım maşını ilə rayon mərkəzi xəstəxanasının işçilərinin gələcəyini bildirmişlər. Bir az keçmiş isə həmin yerə polis əməkdaşları və rayon mərkəzi xəstəxanasından tibb işçiləri gələrək COVİD-19 xəstəsi kimi qeydiyyatda olduğunu və14 gün ərzində yaşadığı evdə özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etməməli olduğunu bildirmişlər. O da eyni ilə mobil telefonunun enerji cihazı xarab olduğu üçün telefon mağazasına getdiyini bildirmişdir. Həmin yerə gəlmiş polis əməkdaşı müvafiq sənədləşmə aparmış və onu təcili yardım avtomobili ilə həkimin müşahidəsi altında yaşadığı evə aparmışlar. Həmçinin ona bir daha müalicəsini evdə davam etməyi və evdən sağalana qədər heç bir yerə çıxmamağı bildirilmişdir. 03.09.2021-ci il tarixdə isə Balakən rayon Mərkəzi xəstəxanasından ona yenidən SMS xəbərdarlığı gələrək yaşadığı evdə təcrid olunma müddətinin bitdiyi bildirilmişdir.Törətdiyi əmələ görə çox peşmandır.Bir daha belə əməllərə yol verməyəcəkdir.Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən şəhəri ərazisində yerləşən atası İlqarın işlətdiyi X6 mağazasında satıcı işləyir. 26 avqust 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs olaraq tanıdığı şəxs saat təxminən 16 radələrində işlədiyi mağazaya gəlmişdir. Həmin zaman Sevda əlində olan sellofan torbanın içərisindəki enerji cihazını çıxarıb bir müddət əvvəl onların mağazadan aldığını və işlək vəziyyətdə olmadığı üçün dəyişdirmək istədiyini bildirmişdir.O, Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan enerji cihazını götürmüşdür. Daha sonra atası da yaxınlaşmış və nə dolduğunu soruşmuşdur. Sonra atası onlardan aralanmışdır.O,enerji cihazını yenisi ilə dəyişdirərək Təqsirləndirilən şəxs yeni enerji cihazını vermişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs mağazadan çıxaraq getmişdir. Bir müddət sonra isə polis əməkdaşları işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs COVİD-19 virusunun aktiv daşıyıcısı olduğunu və yaşadığı evi icazəsiz tərk edərək mağazaya gəldiyini bildirmişlər. Təxminən bir gün sonra isə polis əməkdaşları gələrək mağazanın təhlükəsizlik kamerasında olan Təqsirləndirilən şəxs mağazaya gəldiyi vaxtı özündə əks etdirən video görüntüləri atasının iştirakı ilə götürmüşlər. Təqsirləndirilən şəxs işlətdiyi X6 mağazasına gəldiyi zaman mağazada digər müştərilər də olmuşdur. Lakin həmin müştərilərin kim olmalarını bilmir,onları tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində xidmət edir. Hazırda ölkə ərazisində geniş yayılmış COVİD -19 virusunun qarşısının alınması məqsədilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində COVİD-19 virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim nəzarətdə saxlanılır. COVİD-19 virusuna yoluxan və ev şəraitində müalicə almalı olan şəxslərin siyahısında tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs da olmuşdur. 26 avqust 2021-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində Bayraq meydanı yaxınlığından Balakən şəhəri N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olduğu zaman aktiv COVİD- 19 xəstəsi olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs Bayraq meydanı yaxınlığında yerləşən Azercell mağazasından çıxaraq N.Nərimanov küçəsi istiqamətində S.Gözəlov küçəsi ilə hərəkətdə olduğunu görmüşdür. O,Təqsirləndirilən şəxs aktiv COVİD-19 daşıyıcısı olduğunu bildiyi üçün ona yaxınlaşaraq hansı səbəbdən COVİD-19 xəstəsi olduğu halda yaşadığı evi tərk edərək ictimai yerdə kənar şəxslərin xəstəliyə yoluxması üçün real təhlükə yaratdığını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ona telefonunu götürmək üçün yaşadığı evi tərk edərək Balakən şəhəri ərazisində Bayraq meydanının yaxınlığında yerləşən Azercell mağazasına getdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs yaşadığı evini tərk etməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bildirmiş və dərhal polis şöbəsinə bu barədə məlumat vermişdir. Bir müddət sonra isə polis şöbəsindən və rayon mərkəzi xəstəxanasından təcili tibbi yardım maşını ilə həmin yerə gəlmiş həkimlərin iştirakı ilə bir daha Təqsirləndirilən şəxs aktiv COVİD -19 virusunun daşıyıcısı olduğu halda yaşadığı evi icazəsiz tərk etməsinin cinayət məsuliyyəti yaratması izah edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs həkimlərin müşayiəti ilə yaşadığı evə aparılması təmin edilmişdir. O, Təqsirləndirilən şəxs aktiv COVİD 19 virusunun daşıyıcısı kimi kənar şəxslərin həyat və sağlamlıqlarını təhlükə altında qoyaraq insanların sıx toplaşdığı Balakən şəhəri ərazisində piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı Təqsirləndirilən şəxs yaxınlaşan zaman ətrafda piyada olaraq hərəkətdə olan şəxslər çox olmuşdur. Lakin o, həmin şəxslərin kim olmalarına diqqət yetirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisindəki Azercell mağazasına daxil olmuşdur, orada da həmin mağazada işləyən şəxslərlə ünsiyyətdə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən şəhəri ərazisində yerləşən X6 mağazasını işlədir. Həmçinin mağazada onunla birlikdə qızı Gülşən də satıcı kimi işləyir. 26 avqust 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs olaraq tanıdığı şəxs saat təxminən 16 radələrində işlədiyi mağazaya gəlmişdir. Həmin zaman Sevda əlində olan sellofan torbanın içərisindəki enerji cihazını çıxarıb bir müddət əvvəl onların mağazadan aldığını və işlək vəziyyətdə olmadığı üçün dəyişdirmək istədiyini bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs qızı Gülşən yaxınlaşaraq ondan enerji cihazını götürmüşdür. Daha sonra o da yaxınlaşmış və nə dolduğunu soruşduqdan sonra onlardan uzaqlaşaraq öz işləri ilə məşğul olmağa davam etmişdir. Qızı Gülşən də enerji cihazını yenisi ilə dəyişdirərək Təqsirləndirilən şəxs yeni enerji cihazını vermişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs mağazadan çıxaraq getmişdir. Bir müddət sonra isə polis əməkdaşları işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs COVİD-19 virusunun aktiv daşıyıcısı olduğunu və yaşadığı evi icazəsiz tərk edərək mağazaya gəldiyini bildirmişlər. Təxminən bir gün sonra isə polis əməkdaşları gələrək mağazanın təhlükəsizlik kamerasında olan Təqsirləndirilən şəxs mağazaya gəldiyi vaxtı özündə əks etdirən video görüntüləri onun iştirakı ilə götürmüşlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda ölkə ərazisində geniş yayılmış COVİD -19 virusunun qarşısının alınması məqsədilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində COVİD-19 virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim nəzarətdə saxlanılır. COVİD-19 virusuna yoluxan və ev şəraitində müalicə almalı olan şəxslərin siyahısında tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs da olmuşdur. 26 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3 Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edərək Balakən şəhər sakini Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi olduğu halda yaşadığı evi tərk etdiyini bildirmişdir. Bununla bağlı polis əməkdaşları və rayon mərkəzi xəstəxanasının həkimlərinin iştirakı ilə Təqsirləndirilən şəxs saxlanıldığı yerə getmişlər. Oraya çatanda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aktiv COVİD-19 xəstəsi olduğu halda yaşadığı evi tərk edərək ictimai yerdə kənar şəxslərin xəstəliyə yoluxması üçün real təhlükə yaratmış, Balakən şəhəri Bayraq meydanı yaxınlığında yerləşən Azercell mağazasına gedərək oradakı şəxslərlə ünsiyyətdə olmuşdur. Bundan sonra həkimlərin iştirakı ilə bir daha Təqsirləndirilən şəxs aktiv COVİD -19 virsunun daşıyıcısı olduğu halda yaşadığı evi icazəsiz tərk etməsinin cinayət məsuliyyəti yaratması izah edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs həkimlərin müşayiəti ilə yaşadığı evə aparılması təmin edilmişdir. İşin 6-7-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 26 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin polis nəfəri, polis serjantı Şahid3 RPŞ-nin rəhbərliyinə ünvanladığı raportda göstərmişdir ki, Covid 19 virusuna yoluxaraq ev şəraitində müalicə alan xəstə Balakən şəhər sakini Təqsirləndirilən şəxs ünvan 1 ünvanından müalicə aldığı evi özbaşına tərk edərək Covid-19 virusunun yayılmasına real təhlükə yaratmışdır. Buna görə də 26 avqust 2021-ci il tarixdə saat 16:30-dan 16:50-dək olan müddətdə Təqsirləndirilən şəxs saxlanıldığı Balakən şəhəri S.Gözəlov küçəsində polis əməkdaşlarının, Balakən RMX-nın tibb işçilərinin və xəstə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən X6 mağazasına daxil olaraq həmin mağazada işləyən şəxslərlə ünsiyyətdə olmuş, həmin şəxslərin xəstəliyə yoluxması üçün real təhlükə yaratmışdır. Həmçinin Təqsirləndirilən şəxs baxış zamanı telefonu xarab olduğu üçün telefon mağazasına getdiyini bildirmişdir. Baxış prosesi X1 tərəfindən Sony markalı videokamera ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD diski protokola əlavə edilmişdir.Daha sonra Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə yaşadığı evə aparılması üçün təcili tibbi yardım maşınına əyləşdirilmişdir. Baxış günün işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış zamanı, ərizə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 25-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Balakən rayon X3 Hüquqi şəxsindən daxil olmuş 04.09.2021-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə “Covid-19” virus infeksiyasına görə analiz vermiş, 20.08.2021-ci il tarixdə analizin cavabı pozitiv olmuş və 03.09.2021-ci il tarixdə ev nəzarəti bitmişdir. İşin 10-14-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş,Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə saat 16 radələrində X6 mağazasına daxil olması ilə bağlı mağazanın təhlükəsizlik kamerasından 27 avqust 2021-ci il tarixdə saat 10:50-dən 11:25-dək olan müddətdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Balakən şəhər sakini Şahid1 icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanında yerləşən X6 mağazasına 26 avqust 2021-ci il tarixdə saat 16 radələrində Balakən şəhər sakini aktiv Covid-19 virus daşıyıcısı olan Təqsirləndirilən şəxs mağazaya daxil olaraq ilk öncə mağazada satıcı işləyən Şahid2 ilə ünsiyyətdə olmuş, yəni sonuncuya əlindəki sellofan torbadan enerji cihazını çıxarıb vermiş və həmin zaman da mağazanı işlədən Şahid1 onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs ilə ünsiyyətdə olmuşdur. Baxış zamanı videogörüntülər CD disk formasında götürülərək bu barədə protokol tərtib edilməklə istintaq materiallarına əlavə edilmişdir. İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 32 -ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 33-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2021-ci il tarixli 1713 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İşin 42 -ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Kommunal Müəssisələri Kombinatının rəisi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs qızı iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə şahidlər- Şahid2, Şahid3, Şahid1 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs qızının ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qızı qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qadın olmasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri və iş üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan iki ədəd CD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 12 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızına məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan iki ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar