Məhkəmə qərarları › İş №1(019)-94/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-94/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-94/2022 27.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan və Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)-94/2022 saylı qərarı ilə haqqında axtarış elan olunmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdə tutularaq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Balakən rayon Mahamalar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan və onun Balakən rayon avtovağzalının dayanacağında saxladığı VAZ-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq, nəqliyyat vasitəsini hərəkətə gətirib talama məqsədi olmadan, qanunsuz olaraq ələ keçirib (qaçırıb) idarə edərək, Zaqatala rayonu istiqamətinə hərəkət edərkən Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Ekonom Market»in qarşısında avtomobili yolun sağ kənarında olan səki daşlarına vurmuş, daha sonra avtomobilin sağ yan tərəfi ilə həmin yerdə dayanmış və Zaqatala rayonu Bəhmətli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olan VAZ-21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili vurararaq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1665 (bir min altı yüz altmış beş) manat məbləğində maddi ziyan vurmuş, bundan sonra hərəkətini davam etdirib qaçırdığı avtomobili Yevlax-Zaqatala- Gürcüstan magistral yolunun 143-cü kilometrliyində, Balakən rayonu Qazbinə yaşayış məntəqəsinin ərazisində yolun sağ kənarında üzü Zaqatala rayonu istiqamətində saxlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1595 (bir min beş yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəliklər keçirməmişdir. Bacısı Balakən rayonuna ərə köçdüyü üçün Balakən rayonunda qudaları olmuşdur. 01 avqust 2022-ci il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə Balakən şəhərinə qonaq gəlmişdir. O, təxminən iki-üç gün Balakən şəhərində qohumlarının yaşadığı evdə qonaq olmuşdur. 03 avqust 2022-ci il tarixdə təxminən saat 14 radələrində qohumlarının yaşadığı evdə nahar edən zaman Bakı şəhərinə getmək qərarına gəlmişdir. Bu məqsədlə Balakən şəhəri H.Əliyev prospektində yerləşən avtovağzala getmişdir. Avtovağzalda Bakı şəhərinə gedən marşrut olmadığı üçün elə avtovağzal ərazisində gəzdiyi zaman dayanacaqda dayanmış VAZ-21074 markalı avtomaşının olmasını görmüşdür. O, həmin avtomaşına yaxınlaşdıqda açarların üstündə olmasını və sürücü tərəfdən qapının açıq olduğunu görmüşdür. Bu zaman maşına əyləşmiş, məqsədi isə həmin avtomaşını Balakən şəhəri ərazisində sürmək olmuşdur. Bundan sonra avtomaşını işə salmış və Zaqatala rayonu istiqamətinə hərəkətə başlamışdır. Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Ekonom Market»in qarşısına çatmağa bir neçə metr qalmış avtomaşının idarə etməsini itirib maşının sağ yan tərəfini yolun sağ kənarında olan səki daşlarına vurmuş, daha sonra avtomobilin sağ yan tərəfi ilə «Ekonom Market»in qarşısında dayanmış VAZ-21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinə vurmuşdur. Həmin maşını vurduqdan sonra isə maşının sahibinin gələciyindən qorxaraq maşını irəliyə sürmüş və təxminən 3 km irəlidə yolun sağ kənarında maşını saxlamışdır. Maşından aşağı düşüb nə olmasına baxdıqda VAZ-21074 markalı avtomaşının sağ tərəfinin yararsız hala düşdüyünü görmüşdür. Həmçinin həmin vaxt maşını saxladığı yerə polis əməkdaşları gələrək, onu saxlamışlar. Ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını qaçırıb Balakən şəhəri ərazisində sürərək, Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Ekonom Market»in qarşısında maşının sağ yan tərəfini yolun sağ kənarında olan səki daşlarına vurduğu və daha sonra avtomobilin sağ yan tərəfi ilə «Ekonom Market»in qarşısında dayanmış VAZ-21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinə vurduğu zaman o və ya başqa bir şəxs xəsarət almamışdır. Ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşından pul, qiymətli əşya və ya başqa nə isə götürməmişdir. Həmin avtomaşını ələ keçirməkdə məqsədi sadəcə olaraq avtomaşını sürmək olmuşdur. Həmçinin onun nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük hüququ yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı hissə-hissə onlara ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Balakən şəhəri H.Əliyev prospektində yerləşən kafeni işlədərək, ailəsini dolandırır. Özünə məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. Həmin avtomaşın təxminən 4 ildir ki, onun mülkiyyətindədir və avtomaşını özü idarə etmişdir. xx.xx.20222-ci il tarixdə isə etibarnamənin vaxtı bitdiyi üçün avtomaşına yeni baş etibarnamə almışdır. O, hər gün səhər saat təxminən 09 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən kafeyə gedərək, idarə etdiyi VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını da həmin kafenin qarşı tərəfində yerləşən Balakən avtovağzalının içərisində dayanacaqda saxlayır. xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi səhər saat 09 radələrində kafeyə gəlmiş və VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını avtovağzalın içərisində daynacaqda saxlamışdır. O, idarə etdiyi avtomaşının qapılarını pultla bağlayıb, aynalarını da tam bağlayır. Lakin avtomaşının açarlaranı da həmişə elə üstündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində hazırda xatırlamadığı şəxs onun işlədiyi kafeyə gələrək, avtomaşınının Balakən-Zaqatala yolunun üzü Zaqatala istiqamətində rayonun Qazbinə yaşayış məntəqəsi ərazisindən keçən hissəsində sağ yan təkərləri partlamış, diskiləri əyilmiş, yəni qəzalı vəziyyətdə olmaqla dayandığını demişdir. O, dərhal həmin yerə getmiş və ona məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşının həqiqətən də sağ yan tərəfinin qəzalı vəziyyətdə olmasını görmüşdür. Daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, eyni zamanda Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı Bakı şəhər sakini ona məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını saxladığı Balakən avtovağzalının içərisindəki dayanacaqdan qaçıraraq, Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Ekonom Market»in qarşısında yolun kənarında səkiyə, daha sonra qarşıdakı VAZ-21099 markalı avtomaşının sol yan tərəfinə vuraraq, irəliyə sürüb təxminən 3 km irəlidə yolun sağ ehtiyat hissəsində saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşın qaçırılan zaman avtomaşının içərisində hər hansı bir qiymətli əşya, pul və sair olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşının qaçırılaraq zədələr yetirməsi nəticəsində ona ümumilikdə 1595 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan Balakən şəhəri ərazisində yerləşən Avtoservis 777-dən alınmış xx.xx.2022-ci il tarixli aktdan da görünmüşdür. Ona məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşının sağ ön qanadı, sağ ön qapısı, sağ arxa qapısı, 2 ədəd 13 diamtr ölçüdə diski, Lassa markalı 2 ədəd avtoşin, 1 ədəd yan güzgü, 1 ədəd amartizator, 1 dəst alt və üst çaşka, 1 ədəd nakoneçnik və 1 ədəd sapanın zədələnərək yararsız hala düşməsi nəticəsində həmin ziyan ona vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşının qaçırılması zamanı ətrafda kimlərin olmasını, həmin hadisəni kimlərin görməsini bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi ziyan ona ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış təmsilcisi işləyir. İşi ilə bağlı olaraq Zaqatala-Balakən rayonları ərazisində yerləşən marketlərə gedərək, satışı təşkil edir. Həmçinin işi ilə bağlı getməli olduğu yerlərə özünə məxsus olan VAZ-21099 markalı **- GD-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərək, gedir. Həmin avtomaşın təxminən 3 ildir ki, onun mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işi ilə bağlı Balakən rayonu ərazisində yerləşən marketlərə satış üçün getmişdir. Saat təxminən 15 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Ekonom” adlı marketə satış etmək məqsədilə getmişdir. İdarə etdiyi VAZ-21099 markalı **-GD-*** dövlət nömrə nişanlı avtomaşını da həmin marketin qarşısında üzü Zaqatala istiqamətində yolun sağ ehtiyat hissəsində saxlamışdır. Bir neçə dəqiqə marketin içərisində dayanıb, daha sonra maşına geri qayıtdığı zaman avtomaşının saxladığı yerdən bir neçə metr irəliyə və sağa doğru yerinin dəyişmiş vəziyyətdə olduğunu, eyni zamanda avtomaşının sol yan tərəfinin qəzalı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt orada olan tanımadığı şəxslərdən kim isə ona avtomaşınının VAZ-21074 markalı avtomaşın tərəfindən vurularaq həmin yerdən uzaqlaşıb üzü Zaqatala rayonu istiqamətində getdiyini bildirmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı Bakı şəhər sakini Balakən rayon sakini Vaqif adlı şəxsə məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını qaçırıb, daha sonra ona məxsus VAZ-21099 markalı **-GD-*** dövlət nömrə nişanlı avtomaşını da vuraraq, irəliyə sürüb təxminən 3 km irəlidə rayonun Qazbinə yaşayış məntəqəsi ərazisində yolun sağ ehtiyat hissəsində saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşınla ona məxsus VAZ-21099 markalı **-GD-*** dövlət nömrə nişanlı avtomaşın vurularaq zədələr yetirməsi nəticəsində ona ümumilikdə 1665 manat məbləğində maddi ziyan dəymişdir. Balakən şəhəri ərazisində yerləşən Avtoservis 777-dən alınmış xx.xx.2022-ci il tarixli aktdan da görünür ki, ona məxsus VAZ-21099 markalı **-GD-*** dövlət nömrə nişanlı avtomaşının sol ön qanadı, sol ön qapısı, sol arxa qapısı, sol arxa qanadı, arxa bamperi, sol yan güzgüsü və arxa sol faranın (stop) zədələnməsi nəticəsində həmin ziyan ona vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi ziyan ona ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət aparır. 03 avqust 2022-ci il tarixdə saat təxminən 15 radələrində Balakən rayonu Qazbinə yaşayış məntəqəsinin ərazisində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 143-cü kilometrliyində xidmətdə olduğu zaman üzü Zaqatala rayonu istiqamətində sağ yan tərəfi qəzalı vəziyyətdə VAZ-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkətdə olduğunu görmüşdür. Həmin avtomaşına nə olmasını anlamaq üçün əl edərək saxlamaq istəmişdir. Lakin avtomaşını idarə edən şəxs onu görüb avtomaşını daha sürətlə idarə etmək istəmiş, bu zaman avtomaşının qaçırılmasından şübhələnib arxasınca getmək istədikdə sürücü avtomobili yolun sağ kənarında saxlamışdır. O, tez həmin şəxsə yaxınlaşıb nə baş verməsini soruşmuş, həmin şəxs ilk öncə heç nədən xəbərinin olmadığını, daha sonra isə həmin avtomaşını qaçırdığını bildirmişdir. Həmçinin həmin şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması tərəfindən müəyyən edilmiş və bu barədə Balakən Rayon Polis Şöbəsinə zəng edərək, məlumat vermişdir. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:05-dən 16:37-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxışda iştirak edən Bakı şəhər sakini Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə Balakən şəhərində yerləşən avtovağzaldan VAZ 21074 markalı avtomaşını qaçırıb VAZ 21099 markalı avtomaşının olduğu yerdən bir neçə metr yuxarıda yolun kənarında səki daşlarına həmin VAZ 21074 markalı avtomaşının sağ yan tərəfini vurduğunu, sonra idarə etməni itirərək, VAZ 21099 markalı avtomaşının sol yan tərəfinə vurduğunu, bundan sonra isə həmin avtomaşını təxminən 3 kilometr sürərək, saxladığını bildirmişdir. VAZ 21099 markalı avtomaşının ön və arxa hissələrində **-GD-*** dövlət qeydiyyat nişanları asılmışdır. Həmçinin avtomaşının sol ön və arxa qanadları, sol ön və arxa qapıları, sol yan güzgüsü, sol arxa stopu və arxa bamperi zədəli vəziyyətdə olmuşdur. Avtomaşının digər hissələrində isə heç bir zədə aşkar edilməmişdir. Həmçinin baxış zamanı iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və izlər aşkar edilib götürülməmişdir. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:03-dən 17:40-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxış Yevlax-Zaqatala- Gürcüstan magistral yolunun 143-cü kilometrliyində, yəni Qazbinə yaşayış məntəqəsində, üzü Zaqatala istiqamətində yolun sağ ehtiyyat hissəsində dayanmış VAZ 21074 markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmişdir. VAZ 21074 markalı avtomaşının ön və arxa hissələrində **-BX-*** dövlət qeydiyyat nişanları asılmışdır. Avtomobilin sağ yan tərəfi qəzalı vəziyyətdə olmuş, yəni sağ ön qanadı, sağ ön qapı, diski, sağ arxa və ön (Lassa) avtoşin, sağ arxa və ön avtoşin R13, sağ yan güzgü, amartizator, alt və üst çaşkalar, nakoneçnik və sapa zədəli vəziyyətdə olmuşdur. Avtomaşının digər hissələrində isə hər hansı bir zədə aşkar edilməmişdir. Baxışda iştirak edən Bakı şəhər sakini Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə Balakən şəhərində yerləşən avtovağzaldan VAZ 21074 markalı avtomaşını qaçırıb VAZ 21099 markalı avtomaşının olduğu yerdən bir neçə metr yuxarda yolun kənarında səki daşlarına həmin VAZ 21074 markalı avtomaşının sağ yan tərəfini vurduğunu, sonra idarə etməni itirərək, VAZ 21099 markalı avtomaşının sol yan tərəfinə vurduğunu, daha sonra isə həmin avtomaşını 3 kilometr sürüb, saxladığını bildirmişdir. Baxışda iştirak edən ekspert-kriminalist tərəfindən avtomaşının üzərindən 11 ədəd əl-barmaq və 03 ədəd ovuc izləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı digər iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və iz götürülməmişdir. Daha sonra sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan Balakən rayon Avtoservis “777”-dən alınmış xx.xx.2022-ci il tarixli aktlarda Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşına 1595 (bir min beş yüz doxsan beş) manat məbləğində maddi ziyan dəyməsi və Zərərçəkmiş şəxs2 məxsus VAZ-21099 markalı **-GD-*** dövlət nömrə nişanlı avtomaşına 1665 (bir min altı yüz altmış beş) manat məbləğində maddi ziyan dəyməsi göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 avqust 2022-ci il tarixli 9/5959 saylı rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə təqdim edilmiş "Avtoservis 777" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər aktı məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2003-cü il buraxılışlı VAZ-21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin avqust ayına təmir-bərpa xərci təxminən 1390,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 690,0 manat; təmir-bərpa işlərinin qiyməti - 700,0 manat. 2. Nəzəri hesablama yolu ilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2010-cu il buraxılışlı VAZ-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin avqust ayına təmir-bərpa xərci təxminən 1140,0 manat müəyyən edilir. O cümlədən:dəyişilməli hissələrin qiyməti - 430,0 manat; təmir-bərpa işlərinin qiyməti - 710,0 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-9543-1222 saylı məktubdan və həmin məktuba əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və 01 ədəd daktiloskopik xəritə xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin və təqdim edilmiş şəxsin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına Balakən RPŞ-dən daxil olmuş) xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (02 dəfə) və sol əlinin ovuc (02 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə saat 18.10-da şübhəli şəxs qismində tutulmuş və 05 avqust 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə o, 05 avqust 2022-ci il tarixdə saat 18.00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (019)-94/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 08 noyabr 2022-ci il tarixli barəsində həbs qətimkan tədbiri seçilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Əliyev X5 RPŞ-nin əməkdaşları tərəfindən 08 noyabr 2022-ci il tarixdə saat 08.00 radələrində tutulub Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(019)-94/2022 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə etap olunması məqsədilə Balakən RPŞ-nin X7 təhvil verilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 12 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ümumilikdə 1665 manat, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ümumilikdə 1595 manat olması nəzərə alınmış, Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış əl-barmaq və ovuc izləri maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşın və Zərərçəkmiş şəxs2 məxsus VAZ 21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşın maddi sübut kimi tanınmış və onların sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Balakən RPŞ-nin İB-nin baş müstəntiqi Natiq Hacıyev tərəfindən VAZ-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs1 və VAZ 21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən verildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu etiraf təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini dinləyib, işdə olan digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırmaya) görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normasına istinad edib, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən bu hal onun kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olması onun ilk dəfə cinayət əməli törətməsi konteksində də əsaslıdır və qəbul olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Lakin o, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş və onlara vurulmuş ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayəti vardır. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar müəyyən edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. İşin faktoloji hallarına istinad edən məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirməsi halları Təqsirləndirilən şəxs cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimaifaydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi olaraq qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət böyük ictimai təhlükə törətməyən cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasınıona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Bu xüsusda məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də Təqsirləndirilən şəxs, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Həmçinin cəza təyinatında mütləq qaydada nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, onlara vurulmuş ziyanı ödəməmişdir, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayəti vardır. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl digər cəza növlərinin nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə əmlak və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinin təmin edilməsi üçün uyğun və yetərli deyildir. Həmçinin qanuna görə islah işləri cəzasının iş yeri üzrə çəkilməsi müəyyən olunur ki, Təqsirləndirilən şəxs da heç yerdə işləmir. Belə olan halda ona islah işləri cəzasının təyin olunması bu cəzanın çəkilməsində çətinliklər yaratmaqla cəzanın məqsədlərinə uyğun olmazdı. Digər tərəfdən, «Azərbaycan Respublikasında 2022-ci il üçün yayayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat müəyyən olunduğu, işləmədiyi və CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüksək cərimə cəzası məbləğinin ödənişinə adekvat yüksək aylıq qazancının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan min manatdan iki min manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, həmçinin 08 noyabr 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 27 dekabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanmışdır. Belə olan halda Təqsirləndirilən şəxs ümumi həbsdə saxlandığı müddət 1 ay 21 gün təşkil edir ki, həmin müddət də azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək və 08 noyabr 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 27 dekabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 1 ay 21 gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdulaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası və Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalı, barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 162.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən aşağıdakı hallarda həbsdən azad edilməlidir:…162.1.2. məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadıqda… Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış əl-barmaq və ovuc izləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə təhvil verilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun sahibi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus VAZ 21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş materiallarından o da görünür ki, iş üzrə mülki iddia yoxdur, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyan tələbinə dair mülki iddia ilə müraciət etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək və 08 noyabr 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 27 dekabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 1 ay 21 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 08 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalında dərhal həbsdən azad olunsun; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış əl-barmaq və ovuc izləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə təhvil verilsin; iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun sahibi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus VAZ 21099 markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hazırki hökmün icrası və Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar