Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-95/2021 28.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1996-cı il tarixdə Balakən rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonu,Qazma kəndində pasport qeydiyyatında olan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs öz adına rəsmiləşdirilmiş ümumvətəndaş pasportunu Qazaxıstan Respublikasında itirdiyindən Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 14 fevral 2020-ci il tarixdə saat 20:04-də DSX-nin X3 rayonunda yerləşən “Balakən” sərhəd nəzarət məntəqəsinə gələrək özgəsinə, yəni öz fotoşəkili yapışdırılmış, lakin 04 iyun 2000-ci il təvəllüdlü Samır Rafayevin anket məlumatları daxil edilməklə saxtalaşdırılmış N11713364 nömrəli Qazaxıstan Respublikasına məxsus pasportu bilə-bilə sərhəd nəzarətinə təqdim etməklə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2017-ci ilin əvvəllərində işləmək məqsədi ilə Qazaxıstan Respublikasına getmək qərarına gəldiyindən özünə məxsus ümumvətəndaş pasportu ilə 12 aprel 2017-ci il tarixdə X6 Aeroportundan Bakı-Almata aviareysi ilə dövlət sərhədini keçərək Qazaxıstan Respublikasına getmiş, Almata şəhərində mağazada satıcı işləmişdir. Təxminən 01 il Qazaxıstanda qaldıqdan sonra 2018-ci ilin əvvəllərində Almata şəhərində ümumvətəndaş pasportunu itirdiyindən özünə sənəd düzəltmək qərarına gəlmiş, bu məqsədlə də Almata şəhərində sənədlərini harada və necə düzəldə biləcəyi barədə maraqlandığında işlədiyi mağazada, əvvəlcədən tanımadığı milliyətcə qazak bir nəfər şəxs Almata şəhərində yerləşən Asan xidmətdən pasport ala biləcəyini bildirərək tanımadığı bir nəfərin adını və adresini ona vermişdir. Həmin şəxsi taparaq pasportunu itirdiyini, yeni pasport almaq istədiyini demiş, adını xatırlamadığı şəxs yeni pasport düzəltdirə biləcəyini bildirərək ondan bunun müqabilində 200 (iki yüz) ABŞ dolları istəmişdir. Qeyd olunan şəxsə inanaraq Qazaxıstan Respublikasına getdiyi zaman lazım olar deyə çıxarmış olduğu və sonradan itirdiyi pasportunun surətini, həmçinin 200 (iki yüz) ABŞ dolları pul vermişdir.Təxminən 4-5 gün keçdikdən sonra həmin şəxs əlaqə saxlayaraq pasportunun hazır olduğunu deyib, Almata şəhərində yerləşən asan xidmətə gəlməsini bildirmişdir.Həmin yerə gedərək pasportunu götürdüyündə Qazaxıstan Respublikası pasportu olduğunu, adının və doğum tarixinin səhv yazıldığını görüb nə baş verdiyini soruşaraq pasportu ona verən şəxsdən Azərbaycan Respublikası pasportu istədiyini dediyində həmin şəxs Azərbaycan Respublikası pasportu hazırlatdıra bilmədiyi üçün ona Qazaxıstan Respublikası pasportu düzəltdirdiyini bildirmişdir. Bundan sonra Qazaxıstan Respublikasında sənədsiz yaşamamaq üçün həmin pasportu götürərək orada qalmışdır.Təxminən 2020-ci ilin əvvəllərində Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmişdir.Bu məqsədlə də Almata-İstanbul-Tbilisi aviareysinə bilet alaraq əvvəlcə Gürcüstanın Tbilisi şəhərinə getmiş, oradan da nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ilə Gürcüstanın dövlət sərhədində yerləşən “Balakən” sərhəd nəzarəti şöbəsinə gələrək özünün fotoşəkli ilə olan, lakin 04.06.2000-ci il təvəllüdlü Samır Rafayev adına rəsmiləşdirilmiş N11713364 nömrəli Qazaxıstan Respublikasına məxsus pasportu təqdim etməklə həmin pasport əsasında 14 fevral 2020-ci il tarixdə dövlət sərhədini keçərək Gürcüstandan Azərbaycan Respublikasına gəlmişdir. Bir neçə ay sonra İİ Qarabağ müharibəsində iştirak etmək üçün SHXÇÜDX-nin Balakən rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, 21 sentyabr 2020-ci il tarixdə N saylı hərbi hissəyə gedərək təlimlərə başlayaraq müharibə dövründə Ağdərə, Kəlbəcər və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Suqovuşanın işğaldan azad olunmasına görə’’ medalı ilə təltif edilmişdir. Müharibə bitdikdən sonra bir neçə ay müayinə və müalicə olunmuş, yenidən işləmək məqsədi ilə Qazaxıstan Respublikasına getmək qərarına gəlmişdir. Bu məqsədlə də Balakən şəhərində yerləşən Asan xidmətə müraciət edərək 22 iyul 2021-ci il tarixdə özünün ad və soyadı, həmçinin təvəllüdü ilə olan ümumvətəndaş pasportu almışdır.Pasportu aldıqdan sonra Bakı-Samara-Bişkek aviareysinə bilet alaraq 02 avqust 2021-ci il tarixdə gecə saatlarında “X6 Aeroportu”na gəlmişdir. “X6 Aeroportu” sərhəd nəzarəti şöbəsində pasportunu rəsmiləşdirilməsi üçün “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi C03345248 nömrəli pasport rəsmiləşdirilən zaman ölkəyə girişi müəyyən edilmədiyi üçün 03 avqust 2021 -ci il tarixdə saat 04 radələrində sərhəd naryadı tərəfindən saxlanılmışdır. Aparılan sorğu-sual zamanı bildirmişdir ki, 14 fevral 2020-ci il tarixdə 04 iyun 2000-ci il təvəllüdlü Samır Rafayevin adına rəsmiləşdirilmiş, lakin özünün fotoşəkli ilə olan N11713364 nömrəli Qazaxıstan Respublikasının pasportu əsasında Azərbaycan Respublikasına gəlmişdir. Hazırda əməlindən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir .Nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin Sərhəd Nəzarətinin “X6 Aeroportu” X4 baş nəzarətçisi mayor Şahid2 ifadəsində göstərdi ki, 02 avqust 2021-ci il tarixdə saat 09:00-dan 03.08.2021-ci il tarixdə saat 09:00-dək “X6 Aeroportu” X4 Terminal- 1 gəlmə xəttində “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu zaman 03 avqust 2021-ci il tarixdə saat təxminən 03:51-də R-2158 saylı Bakı-Samara aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına uçan, özünü sərhəd nəzarətinə xx.xx.1996-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etməklə həmin anket məlumatları əsasında rəsmiləşdirilmiş C03345248 nömrəli pasportu sərhəd nəzarətinə rəsmiləşdirilməsi üçün təqdim edən şəxsin pasportu ilə müvafiq rəsmiləşdirmə işləri aparılarkən “Sərhədkeçmə əlaqələrinin pozuntusu” aşkar etdiyinə dair həmin vaxt “sənədlərin yoxlanışı” xidmətində olan gizir X5 ona məruzə etmişdir.Dərhal gizir Şahid3 yanına gedərək Təqsirləndirilən şəxs təqdim etdiyi C03345248 nömrəli pasportu təkrar yoxlamış və “Sərhədkeçmə əlaqələrinin pozuntusu”nun İAMAS-da tapılmadığına dair aidiyyəti üzrə məruzə etmişdir. Sonradan ona məlum olmuşdur ki, C03345248 nömrəli pasportu sərhəd nəzarətinə təqdim edən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 14.02.2020-ci il tarixdə sərhəd nəzarətinə qəsdən özgəsinə məxsus, yəni öz fotoşəkli yapışdırılmış, lakin 04 iyun 2000-ci il təvəllüdlü Samır Rafayevin anket məlumatları daxil edilməklə saxtalaşdırılmış №11713364 nömrəli pasportu təqdim etməklə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nın Sərhəd Nəzarətinin “Balakən” X2 baş zabiti nəzarətçisi gizir Şahid1 ifadəsində göstərdi ki, 14.02.2020-ci il tarixindən uzun müddət keçmişdir. Hərbi xidmətdə olduğu müddət ərzində sərhəd nəzarətindən çoxlu sayda insanlar hərəkət etdiyindən pasportu sərhəd nəzarətinə təqdim edən şəxsin təqdim etdiyi pasportda olan fotoşəkillə həmin pasportu təqdim edən şəxsi eyniləşdirmiş, həmin vaxt pasportdakı fotoşəkillə həmin pasportu təqdim edən şəxsin eyni olduğunu müəyyən etmişdir. Bundan başqa, həmin şəxsdən anket məlumatlarını soruşduqda, onun, pasportda olduğu kimi anket məlumatlarını dəqiqliklə dediyindən, həmin şəxsin hərəkətlərində heç bir şübhəli hal və pasportda hər hansı bir saxtalıq əlaməti aşkar etmədiyindən, həmin şəxsin pasportunu rəsmiləşdirdikdən sonra özünə qaytarmışdır. Yuxarıda qeyd etdiyi səbəblərə görə, özünü Samir Rafayev kimi təqdim edən şəxsin əslində Təqsirləndirilən şəxs olduğunu müəyyən edə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan tarixdə, Təqsirləndirilən şəxs, Samir Rafayevin adına rəsmiləşdirilmiş, lakin özünün fotoşəkli ilə olan Qazaxıstan Respublikasının pasportundan istifadə edərək dövlət sərhədini qanunsuz olaraq keçmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş DSX-nin Sərhəd Nəzarətinin “X6 Aeroportu” X4 nəzarətçisi gizir Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.O,məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 20:00-dan 03.08.2021ci il tarixdə saat 09:00-dək “X6 Aeroportu” X4 Terminal-1 gediş zalında “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu zaman 03 avqust 2021-ci il tarixdə saat təxminən 03:51-də R-2158 saylı Bakı-Samara aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına uçan, özünü sərhəd nəzarətinə xx.xx.1996-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etməklə həmin anket məlumatları əsasında rəsmiləşdirilmiş C03345248 nömrəli pasportu sərhəd nəzarətinə rəsmiləşdirilməsi üçün təqdim edən şəxsin pasportu ilə müvafiq rəsmiləşdirmə işləri aparılan zaman “Sərhədkeçmə əlaqələrinin pozuntusu”nu aşkar edib, dərhal bu barədə “növbə rəisi” xidmətində olan mayor Şahid2 məruzə etmişdir. Mayor Şahid2 onun yanına gələrək Təqsirləndirilən şəxs təqdim etdiyi C03345248 nömrəli pasportu təkrar yoxladığı zaman “Sərhədkeçmə əlaqələrinin pozuntusu”nun aşkar etdiyindən bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Sonradan ona məlum olmuşdur ki, C03345248 nömrəli pasportu sərhəd nəzarətinə təqdim edən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 14.02.2020-ci il tarixdə sərhəd nəzarətinə qəsdən özgəsinə məxsus, yəni öz fotoşəkili yapışdırılmış, lakin 04 iyun 2000-ci il təvəllüdlü Samır Rafayevin anket məlumatları daxil edilməklə saxtalaşdırılmış N11713364 nömrəli pasportu təqdim etməklə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmişdir. İşin 6-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSXnin Sərhəd Nəzarətinin rəisinin birinci müavini-qərargah rəisi v.i.e., polkovnik Azad Qasımovun 03 avqust 2021-ci il tarixli, 16/33/1118 №-li məktubunda göstərilir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 14 fevral 2020-ci il tarixdə dövlət sərhədini özgəsinin, yəni Samır Rafayevin adına rəsmiləşdirilmiş Qazaxıstan Respublikasına məxsus pasportla keçdiyindən 03.08.2021 -ci il tarixdə “X6 Aeroportu” SNŞ-də saxlanılmışdır. İşin 66-67,68-71-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSX-nin SN-nin və ƏABİ-nin sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs özgəsinin, yəni özünün fotoşəkli ilə olan, lakin Samır Rafayevin adına rəsmiləşdirilmiş pasportdan istifadə edərək 14.02.2020-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçmişdir. İşin 93-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR ƏN-in Məhkəmə Ekspertiza Mərkəzinin 03.09.2021-ci il tarixli, 5/861 və 3/1367 nömrəli rəylərində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Rafayev Samirin adına verilmiş P KAZ N11713364 nömrəli pasportun 2-ci səhifəsindəki fotoşəkildə, Təqsirləndirilən şəxs adına verilmiş PC AZE C03345248 nömrəli pasportun 2-ci səhifəsindəki fotoşəkildə, 14.02.2020-ci il tarixdə dövlət sərhədindən hərəkət barədə məlumatlar olan “1”, “2” rəqəmi ilə işarələnmiş “A4” formatlı ağ vərəqlərdəki fotoşəkillərdə və “3” rəqəmi ilə “A4” formatlı ağ vərəqdəki eksperimental fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş C03345248 nömrəli Azərbaycan Respublikasının və Rafayev Samirin adına olan N11713364 nömrəli Qazaxıstan Respublikasının pasportlarının blankları xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafiq çap üsulları ilə hazırlanmışlar, həmin pasportların vərəqlərində hər hansı bir düzəlişlər edilməmiş, vərəqləri dəyişdirilməmişdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə 24 (iyirmi dörd) saat müddətə qədər inzibati qaydada tutulmuşdur. İşin 48-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 65-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 16.08.2021-ci il tarixli 822 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində pensiyaçı nənəsi, işləməyən bibisi, atası və anası vardır. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ikinci Qarabağ Müharibəsi iştirakçısıdır. Onun barəsində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olanmaqla tədqiq edilmiş Azərbaycan Respublikası “X7” İctimai Birliyi tərəfindən 06.03.2021-ci il tarixdə verilmiş 04279 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə iştirakçısıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi tərəfindən 12.10.2021-ci il tarixdə verilmiş 249 nömrəli arayışdan görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən 27.09.2020-ci il tarixindən 10.11.2020-ci il tarixədək Ağ uçuq və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Müharibə iştirakçısıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında 24 iyun 2021-ci il tarixli Sərəncamından görünür ki, əsgər Təqsirləndirilən şəxs Məhəmməd oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın da məzmunundan da göründüyü kimi o, Azərbaycan Respublikasının vətəndaşıdır və bu cinayəti Azərbaycan Respublikasına gəlmək üçün törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 53-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Bundan başqa iş materiallarından göründüyü kimi o, Azərbaycan Respublikasına qayıtdıqdan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etmiş,döyüşmüş və cəsur sücaətinə görə Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Bu isə onun islah olunmasının bariz nümunəsidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir.O,əvvəllər məhkum olunmamışdır, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşimandır,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Bu əsaslara görə məhkəmə bu nəticəyə gəlir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı cinayət əməli ilə bağlı 03 avqust 2021-ci il tarixdə 24 (iyirmi dörd) saat müddətə qədər inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını,Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə bu işlə bağlı bir gün müddətə tutulub saxlanmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, onun bir gün tutulub saxlanması nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə texniki və portret ekspertizasının keçirilməsinə sərf edilmiş 208 (iki yüz səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN- **********; AZ34CTRE********************, DövlətXəzinədarlığı Agentliyi, KOD210005, VÖEN-********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir.. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Samir Rafayevin adına rəsmiləşdirilmiş 11713364 nömrəli Qazaxıstan Respublikasının pasportu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1600 (bir min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 03 avqust 2021-ci il tarixdə 1 (bir) gün tutulub saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş yüz ) manat miqdarında cərimə cəzası saxlanılsın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1600 (bir min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin.Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 03 avqust 2021-ci il tarixdə 1 (bir) gün tutulub saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş yüz ) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlansın. 208 (iki yüz səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Samir Rafayevin adına rəsmiləşdirilmiş 11713364 nömrəli Qazaxıstan Respublikasının pasportu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-95/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-95/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver