Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-96/2022 02.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə «02» noyabr 2022-ci il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Anar» şadlıq sarayında Balakən rayonu Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə aydınlıq gətirmək üçün şadlıq sarayından təxminən 100 metr aralı, yəni Qabaqçöl qəsəbəsində asfalt yolun kənarına gedərək mübahisəni davam etdirmiş, orada aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əlləri və ayaqları ilə bir neçə təpik və yumruq zərbələri vurmaqla ona hər iki gözaltı nahiyyələrində qançır, sifətinin sol tərəfində şişkinlik, burnunda üst səthdə qançırla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər, eləcə də sol 12-ci qabırğa səviyyəsində şişkinlik, sol 12-ci qabırğanın distal ucunun yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum edilməmiş, hər hansı psixi xəstəlik keçirməmişdir. 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Balakən rayonu Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, 20 iyul 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Anar» şadlıq sarayına sinif yoldaşı Ramazan Osmanovun qardaşının toy məclisinə getmiş, toy məclisində oynayan zaman qəflətən mübahisə baş vermiş, bu zaman əvvəllər tanıdığı Balakən rayonu Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs onun üstünə gəlmişdir. O, Zərərçəkmiş şəxs kənara çəkilməsini bildirmiş və daha sonra çölə çıxmışdır. Bayıra çıxanda İsmail onun arxasınca gəlmiş və onu şadlıq sarayının eyvanına çağırmışdır. O isə eyvana getməmiş və Zərərçəkmiş şəxs buranın mübahisə yeri olmadığını, ictimai yer olduğunu, sözü varsa gedib bayırda söhbət etmələrini bildirmiş, sonra həyətə düşmüşdür. Bu zaman İsmail şadlıq sarayının həyətinə getmiş və onunla mübahisə etməyə başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, onun başını qolunun arasına salmış və onu özünə tərəf çəkmişdir. O, arxaya çəkilərək, təkrarən İsmailə buranın ictimai yer olduğunu, mübahisə yerinin olmadığını, buradan kənara gedib söhbətlərini davam etdirmələrini bildirmişdir. Hətta İsmailə özünün avtomobili ilə getməyi təklif etmiş, lakin İsmail onun avtomobilinə minməmişdir. Sonra o və İsmail piyada gedərək, şadlıq sarayından təxminən 100 metr məsafədə uzaqlaşıb yolun kənarında dayanmışlar. O, İsmailə onun avtomobilinə minməyi və bir az kənara gedib aralarında olan mübahisəni aydınlaşdırmağı təklif etmiş, lakin Zərərçəkmiş şəxs ona əl-qol atmağa və söyüş söyməyə başlamışdır. O, İsmaili sakitləşdirmək və özünü müdafiə etmək üçün İsmaili yumruqla vuraraq yerə yıxmışdır ki, ona xəsarət yetirməsin. Daha sonra ona xəsarət yetirməsin deyə İsmailin əllərindən tutmuşdur. Lakin Zərərçəkmiş şəxs uzanmış vəziyyətdə onun bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurmaq istəmişdir. O, yenə də səbr edərək, İsmaili sakitləşdirməyə çalışmış, lakin İsmail yenə də onun sözlərinə əhəmiyyət vermədən yerdə uzanmış vəziyyətdə ona söyüş söymüşdür. O da Zərərçəkmiş şəxs sakitləşmədiyini görüb, əsəblərini cilovlaya bilməmiş, yarı əyilmiş vəziyyətdə İsmailə bir neçə yumruq və təpik zərbələri vurmuşdur. Həmin vaxt hadisə yerinə gələn tanımadığı Mustafa və Heybullah adlı şəxslər onu İsmaildən ayırıb kənara aparmaq üçün tutub ayağa qaldırmışlar. Bu zaman İsmail yenidən ona söyüş söymüş, buna görə İsmailə bir təpik zərbəsi vurmuş, daha sonra Heybullah və Mustafa onu tutaraq, İsmaili vurmağa qoymamışlar. Daha sonra İsmail ayağa qalxaraq, oradan qaçıb getmişdir. Hadisə vaxtı özü xəsarət almamışdır. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onu bağışlamışdır və Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Balakən rayonu Meşəşambul kəndində yaşayır. Əvvəllər məhkum edilməmiş və psixi xəstəlik keçirməmişdir. Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış və Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 20 iyul 2022-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Məhəmməd Osmanovun toy məclisinə getmiş, toy məclisi Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Anar» şadlıq sarayında olmuşdur. Toy məclisində onlarla bir masada Məhəmməd Osmanovun iş yoldaşları oturmuşlar. Daha sonra onlarla bir masada oturan şəxslər rəqs etmək üçün toy meydanına yaxınlaşmışlar. O, ayağa durub çölə çıxmaq üçün qapıya yaxınlaşmış, həmin vaxt qohumu Şaban Nəbiyev ona yaxınlaşaraq, toy meydanına yaxınlaşmağını və rəqs etməyini bildirmişdir. X3 rəqs edə bilmədiyini demişdir. X4 təkid etdiyindən oyun meydanına yaxınlaşmış, bu zaman rəqs edənlərə əl çalmışdır. Həmin vaxt kimsə musiqini saxlatmış, nəticədə oynayan şəxslərlə musiqini saxladan şəxslər arasında mübahisə düşmüşdür. Bu zaman Şaban Nəbiyev oyun meydanının içərisinə doğru getmişdir. Sonra Təqsirləndirilən şəxs onun qarşısına çıxmış və ona «sən kimsən, sənə nə lazımdır» deyə sual vermişdir. Cavabında o, «mən də İsmailəm» demişdir. Daha sonra Təqsirləndirilən şəxs ona sonra söhbət edəcəklərini söyləmişdir. Təxminən 5 dəqiqə sonra, yəni ara sakitləşdikdən sonra Təqsirləndirilən şəxs onu çölə çağırmışdır. O, şadlıq sarayından çölə çıxmış və şadlıq sarayının həyətinə düşmüşdür. Təqsirləndirilən şəxs ona avtomobilinin şadlıq sarayından bir az kənar olduğunu, həmçinin özünün avtomobili ilə hara istəsə gedə biləcəklərini bildirmişdir. Daha sonra Yaqub onu kənara çağırmış, yəni yol tərəfə gəlməyini demiş və Yaqubla birlikdə şadlıq sarayından təxminən 100 metr uzaqlaşmışlar. Yaqubun idarə etdiyi, dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-2106 markalı avtomobilin yanına çatmışlar. Avtomobilin yanına çatdıqda Yaqub ona avtomobilə oturmağını bildirmişdir. Lakin o, Yaqubun avtomobilinə oturmayacağını demiş, bu zaman Yaqub ona onun kim olduğunu, nə istəsə edə biləcəyini deyərək, ona qarşı nalayiq və qeyri-etik ifadələr işlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyyəsindən vurmuş, nəticədə o, yerə yıxılmışdır. Yaqub onun yerə yıxıldığını görüb sifət nahiyyəsindən yumruq zərbələri vurmağa başlamışdır. O, özünü Yaqubun vurduğu yumruq zərbələrindən qorumaq üçün qolu ilə Yaqubun boyun nahiyyəsindən tutmuş, bu zaman kimsə onun qolunu dartmış və Yaqubun boyun nahiyyəsi onun qolundan çıxmışdır. Daha sonra Yaqub ayağa qalxmış və 3-4 dəfə onun bədəninə, yəni sol qabırğa nahiyyəsinə təpiklə zərbələr vurmuşdur. Həmçinin həmin təpik zərbələrindən biri onun sifət nahiyyəsinin sol tərəfindən dəymişdir. Bu zaman o, huşunu itirmiş, buna baxmayaraq, Yaqubun yanında iki nəfər şəxs olduğunu görmüş, lakin həmin şəxsləri tanımamışdır. O, hüşunu itirib yerdə qalmışdır. Daha sonra ayağa qalxıb Meşəşambul kəndi istiqamətinə yeriməyə başlamışdır.Təxminən 200 metr yeriyib ot satan maşınların yanına çatdığı vaxt hiss etmişdir ki, huşunu yenə də itirir. Bu zaman yeriyə bilməmiş və yerə oturub qaynanası Mehriban Gəncəyevaya zəng edərək, döyüldüyünü, yeriməyə halının olmadığını və kənddə ot satan maşınların yanında olduğunu bildirmişdir. Daha sonra həmin yerdə yıxılıb qalmışdır. Bir müddət sonra isə atası Şahid3 gəlmiş və atası onu qaynanası Mehribanın evinə aparmışdır. Orada paltarlarını dəyişdikdən sonra əmisi oğlu Murtuzəli Nəbiyevin avtomobili ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Balakən Rayon Mərkəzi Xəstəxanasında ona bütün tibbi yardımlar göstərilmişdir. Hadisə vaxtı o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş, o, Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 196 nömrəli rəyi və xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokolla yanaşı, işdə olan digər sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələri ilə Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Anar» şadlıq sarayında Balakən rayonu Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə aydınlıq gətirmək üçün şadlıq sarayından təxminən 100 metr aralı, yəni Qabaqçöl qəsəbəsində asfalt yolun kənarına gedərək mübahisəni davam etdirməsi, orada aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əlləri və ayaqları ilə bir neçə təpik və yumruq zərbələri vurmaqla ona hər iki gözaltı nahiyyələrində qançır, sifətinin sol tərəfində şişkinlik, burnunda üst səthdə qançırla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər, eləcə də sol 12-ci qabırğa səviyyəsində şişkinlik, sol 12-ci qabırğanın distal ucunun yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi təsdiq olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 196 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs a) hər iki gözaltı nahiyyələrində qançır, sifətinin sol tərəfində şişkinlik, burnunda üst səthdə qançır; b) sol 12-ci qabırğa səviyyəsində şişkinliksol 12-ci qabırğanın distal ucunun yerdəyişən qapalı sınığı aşkar edilmşdir. Zərərçəkmiş şəxs aşkar edilmiş yuxarıda qeyd edilmiş xəsarətlər-bər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər; a) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; b) bəndində göstərilən isə dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Tələbnamə üzrə verilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli, 6 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 avquvst 2022-ci il tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuş və 04 avqust 2022-ci il tarixdə saat 12:50-də Balakən Rayon Polis Şöbəsinin MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs İİ X1 iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini qeyd edərək, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyi üçün ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır:…43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 18 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1. 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 18 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-96/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-96/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver