Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-96/2024 24.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş-Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.3.2-ci maddəsi ilə təyin edilən cəzası 09 (doqquz) ildən 08 (səkkiz) il 09 (doqquz) aya endirilərək barəsində ümumi rejim təyin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 03 (üç) ay 10 (on) gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi, ev 96, mənzil 19 ünvanında qeydiyyatda olmaqla tutulan günədək həmin ünvanda yaşamış, Balakən Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 134 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, həmçinin öldürməklə hədələmə cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda – 0,575 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib özündə saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 20 iyun 2024-cü il tarixdə saat 12:20 radələrində Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Balakən rayon Mərkəzi Xəstəxanasının həyətində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin bir ədəd kağız bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2024-cü ilin iyun ayında istintaqa məlum olmayan tarixdə və saatda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Whatsapp proqram tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı saylı mobil nömrəsinin Whatsapp proqram tətbiqinə “ya birlikdə olacaqları yada ki, hər ikisinin öləcəkləri”, “onu öldürəcəyi lakin kimsəyə yar olmağa qoymayacağı”, “daha itirəcəyi heçnə olmadığı, onu da özünü də öldürəcəyini”, “əgər ona gəlməzsə qan su yerinə axacağını”, “darvazadan içəri girdikdə qanın su yerinə axacağını”, “ya xoşluqla ərindən boşanacağını, yada ki özünə gəlib şərait qurub ölümü qanı gözünə alıb onu qaçırdacağı” ilə bağlı mesajlar göndərib Zərərçəkmiş şəxs öldürməklə hədələmiş, həmçinin 20 iyun 2024-cü il tarixdə saat 12:20 radələrində sonuncunun arxasınca Balakən rayon Mərkəzi Xəstəxanasına gələrək əvvəlcədən onunla birlikdə olmayacağı təqdirdə onu bıçaqla öldürəcəyi ilə hədələmiş, daha sonra oraya gəlmiş Balakən rayon polis şöbəsinin əməkdaşlarının gördüyü tədbirlər nəticəsində üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağı onun əlindən götürülmüş və onun bu hərəkətlərinin qarşısı alınmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında və ibtidai istintaqdakı etirafedici ifadələri, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 134 və 234.1-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadə vermək istəmədiyini, lakin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü və 234.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi, ev 96, mənzil 19 ünvanında yaşayır.Ona Azərbaycan Respublikası CM-nin 134 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla tanış olmuşdur. İttihamın mahiyyəti ona aydındır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Lakin özünü Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilmir. Çünki o, Zərərçəkmiş şəxs öldürməklə hədələməmişdir. Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. Bir daha o, Cənnətə yaxın getməyəcək. Bunu istintaqa verdiyi ifadəsində də təsdiq edib söz verir. Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şəfiqə Əfəndizadə küçəsində yaşayan Zərərçəkmiş şəxs təxminən 2 ildən çox müddətdir ki, tanıyır.Onunla aralarında heç bir düşmənçiliyi və ədavəti yoxdur. Əksinə aralarında sevgi münasibəti olub. Zərərçəkmiş şəxs ilə aralarında tanışlıq başladıqdan sonra Cənnət onu sevdiyini və onunla evlənmək istədiyini bildirmişdir. O, isə Cənnətə evli olduğunu və evlənmələrinin mümkün olmadığını demişdir. Lakin Zərərçəkmiş şəxs ondan ayrı yaşaya bilməyəcəyini, onu sevdiyini, həmişə onunla yaşamaq istədiyi üçün ərindən boşanacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs sevməyə başlamışdır. Cənnətlə demək olar ki, hər gün görüşmüşlər. Bir-birlərini çox sevmişlər. O, Cənnətin bütün maddi ehtiyaclarını qarşılamışdır. Hətta buna görə Bakı şəhərində olan bir evini də satmış və evin bütün pulunu Cənnətə xərcləmişdir. Lakin son iki ay ərzində Zərərçəkmiş şəxs ona qarşı soyuq davrandığını hiss etmişdir. Cənnətə nə üçün belə etdiyini, onu sevdiyini dediyini soruşduqda Cənnət artıq onunla münasibətini davam etdirmək istəmədiyini, ondan ayrılmaq istədiyini, evli olduğunu, əri və azyaşlı övladı olduğunu bildirmişdir. Bundan sonra Cənnətdən nə üçün ona yalan danışdığını, boşanıb onunla evlənəcəyini dediyini, nə üçün onu aldatdığını soruşmuşdur. Lakin Cənnətin ona qarşı soyuq münasibəti davam etmişdir. Cənnət ondan ayrılmaq istədiyini demişdir.Daha sonra Cənnət Balakən rayonuna Şərif kəndinə atası evinə gəlmişdir. Cənnətlə dəfələrlə əlaqə saxlasa da, Cənnət ona qarşı soyuq münasibət göstərmişdir.19 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona Balakən rayonuna gəlməsini və həyatlarında yeni səhifə açacaqlarını bildirmişdir. 20 iyun 2024-cü il tarixdə o, Balakən rayonuna gəlmişdir. Daha sonra Cənnətə zəng etmişdir. Cənnət Balakən Rayon Mərkəzi Xəstəxanasında müəyyən müayinələrdən keçəcəyini bildirmişdir. Cənnət ona gözləməsini demişdir.Bu zaman o, xəstəxananın həyətinə çıxmışdır. Həyətdə bir qədər dayanmışdır ki, birdən ona 4 nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini təqdim edib Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt yadında qalmayan tarixdə Bakı şəhərindən hal-hazırda da yadında qalmayan yerdən aldığı bıçaq onun əlində olmuşdur. Polis əməkdaşlarından biri onun əlindən bıçağı götürmüşdür. Onu Balakən Rayon Polis Şöbəsinə dəvət edib avtomobilə əyləşdirmək istədikdə həyəcanlandığı üçün polis əməkdaşlarına müqavimət göstərməyə çalışmışdır. Bu zaman polis əməkdaşları ona fiziki güc tətbiq edib avtomobilə əyləşdirdikdə sağ göz nahiyyəsi avtomobilin sol arxa qapı çərçivəsinə dəymiş və sağ göz nahiyyəsindən xəsarət almışdır. Daha sonra onu Balakən Rayon Polis Şöbəsinə gətirmiş və o, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğuna görə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Daha sonra polis şöbəsində onun hüquqlarının müdafiəsi üçün vəkillərin adlı siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi1 onun hüquqlarının müdafiə etməsini istəmişdir. Onun seçdiyi Müdafiəçi1 iştirakı ilə hüquq və vəzifələri ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulduğu ona elan edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olubolmadığı soruşulduqda, o, əynindəki şalvarın sağ yan cibində saxladığı, 19 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisindən hal-hazırda dəqiq yadında qalmayan yerdən tapdığı “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində olan bir ədəd bükümü təqdim etmiş və bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş sellofan bükümdə olan metamfetamin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0.72 qram olmuş və büküm qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. 20 iyun 2024-cü il tarixli ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdəki kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,575 qramdır. Həmçinin 21 iyun 2024-cüil tarixli ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, onun üzərində gəzdirdiyi bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini 19 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonundan hazırda dəqiq yadında qalmayan yerdən tapmışdır.Üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Psixotrop maddə metamfetaminin onda olmasını heç kim bilməmişdir. Narkotik vasitə və psixotrop maddələrdən əvvəllər istifadə etmişdir. Lakin mütəmadi istifadə etmir. Üzərində aşkar olunan psixotrop maddə metamfetamindən bir dəfə istifadə etmişdir. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı həyəcanlı olduğu üçün və qorxduğu üçün yıxılaraq xəsarət aldığını demişdir. Hal-hazırda ifadəsində isə həqiqətləri olduğu kimi düzgün deyib düzgün ifadə verir ki, polis əməkdaşları onu Balakən Rayon Polis Şöbəsinə dəvət edib avtomobilə əyləşdirmək istədikdə polis əməkdaşlarına müqavimət göstərmiş, bu zaman polis əməkdaşları ona fiziki güc tətbiq edib onu avtomobilə əyləşdirdikdə sağ göz nahiyyəsi avtomobilin sol arxa qapı çərçivəsinə dəymiş və sağ gözündən xəsarət almışdır. Həmçinin sol əl barmağıdan da xəsarət almışdır. İfadəsində göstərdiklərinin əsaslı hesab edilməsini xahiş edir. Əlindəki bıçağı vərdiş etdiyi üçün əlində tutmuşdur. Bıçağı əlində tutmaqda heç bir məqsədi olmamışdır. Cənnəti öldürmək məqsədi olsa onu Balakən Rayon Mərkəzi Xəstəxanasında öldürərdi. Çünki polis əməkdaşları onu saxlamamışdan əvvəl o, Cənnəti xəstəxananın koridorunda görüb onunla birlikdə dayanıb söhbət də etmişdir. Heç vaxt Cənnəti öldürməz.Çünki Cənnəti sevmişdir və onunla evlənmək istəmişdir.İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinin Whatsap proqram tətbiqini istifadə etmişdir. Lakin həmin mobil telefon nömrəsi ona aid deyil. Həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Həmin telefon nömrəsi ona aiddir. Cənnəti sevdiyi üçün ona öldürməklə hədələyici mesajlar yazmışdır. Cənnətə öldürməklə hədələmə məzmunlu yazdığı mesajları yalandan yazmışdır. Yəni onun Cənnəti öldürmək fikri olmamışdır. 20 iyun 2024-cü il tarixdə Balakən rayonuna gələrkən əgər Zərərçəkmiş şəxs onunla birlikdə olmaq üçün razılıq verməsə əvvəlcədən onu bıçaqla öldürəcəyini bildirməmişdir. Yəni Zərərçəkmiş şəxs belə bir söz deməmişdir. Zərərçəkmiş şəxs anası Şahid5 da mesajlar yazaraq, Cənnətin ondan başqa heç kimlə olmayacağını, əks təqdirdə hər şeyi gözə aldığını Cənnəti öldürəcəyini göstərməsi, bundan başqa mətn mesajlarında “ya birlikdə olacaqları yada ki, hər ikisinin öləcəyi”, “Zərərçəkmiş şəxs öldürəcəyini, lakin kimsəyə yar olmağa qoymayacağını”, “daha itirəcəyi heç nə olmadığı, Cənnət Gəarayevanı da özünü də öldürəcəyi”, “əgər Cənnət ona gəlməzsə qan su yerinə axacağı”, “darvazadan içəri girdikdə qanın su yerinə axacağını”, “Zərərçəkmiş şəxs ya xoşluqla ərindən boşanacağı, yada ki özünü gəlib şərait qurub ölümü qanı gözünə alıb onu qaçırdacağı” kimi mesajlar göndərib Zərərçəkmiş şəxs öldürməklə hədələməsi barədə mesajlar yazmasına, yəni Zərərçəkmiş şəxs yazdığı mesajlarda onu öldürməklə hədələməsinə aydınlıq gətirərək bildirir ki, o, həmin mesajları əsəbləşib yazmışdır.Çünki Cənnət ona ümid vermişdir. Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığı ünvana gedərək dəfələrlə evinin qapısını döyüb onu və ailəsini narahat etməsi, həmçinin həyat yoldaşı Sənan Gərayevin ayaqqabısının içərisinə nəlayiq söyüşlər yazması, müxtəlif yerlərdə onun əri Sənan Gərayevi izləyib onun şəkillərini çəkib Zərərçəkmiş şəxs atması ilə bağlı göstərir ki, məqsədi Cənnətin ərinin başqa qadınlarla münasibət qurması barədə Cənnəti xəbərdar etmək olmuşdur. Lakin o, Zərərçəkmiş şəxs qapısını döyməmişdir. Zərərçəkmiş şəxs yalan dediyini göstərmişdir. Zərərçəkmiş şəxs ona evlənəcəyinə dair ümid vermişdir. Buna görə o, həmin mesajları Cənnətə yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs,ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi hallara istinadən ifadəsində göstərmişdir ki, hazırda Balakən rayon Şərif kəndində pasport qeydiyyatındadır. Lakin ünvan 3 ünvanında yaşayır. Heç yerdə işləmir. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. 2013-cü ildə Şamaxı şəhər sakini X3 ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs iki ildən çox müddətdir ki, tanıyır.O, internet vasitəsi ilə ikinci əl əşyaların satışı ilə məşğul olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin vaxtlar əri Sənanla aralarında ailə problemləri olduğuna görə Balakən rayon Şərif kəndinə atası evinə gəlmişdir. Sonradan isə əri ilə münasibətləri düzəldiyi üçün Bakı şəhərinə yaşadığı evə qayıtmışdır. Həmin vaxt Anar onun səhifəsinə yazıb onunla danışmışdır. Bu zaman Anara inanıb ailə problemlərindən danışmışdır.Daha sonra isə Anar ona əri ilə boşanmasını və onunla evlənmək istədiyini demişdir. O isə evli olduğunu, azyaşlı övladı olduğunu, belə bir iş etməyəcəyini, ərindən boşanmayacağını ona bildirmişdir.Lakin Anar ona bildirmişdir ki, əgər onunla münasibətini davam etməsə, onunla danışmasa, həmçinin mobil telefon nömrəsini ondan gizlətsə, bu barədə əri Sənan Gərayevə və ailə üzvlərinə onunla birlikdə münasibətdə olması barədə məlumat verəcəkdir. Həmçinin Anar ona ərinin yanında xoşbəxt olmadığını deyərək, onun əri Sənanın yanında qoymayacağını bildirmişdir. Həmin gündən sonra o, nə qədər çalışsa da Anarı özündən uzaqlaşdıra bilməmişdir. İki il müddətində təxminən 6-7 dəfə mobil telefon nömrəsini dəyişmişdir ki, Anardan canını qurtarsın. Lakin o, hər hansı bir yolla onun mobil telefon nömrəsini tapmışdır. Sosial şəbəkələrdə saxta profillər açaraq onun qohumlarına, qonşularına, həmçinin həmkədlilərinin İnstagram, Tit-Tok sosial şəbəkəsinin profillərindən yazıb onun yeni aldığı mobil telefon nömrələrini onlardan götürüb yenə ona mesajlar yazmışdır. Həmçinin Bakı şəhərində yaşadığı ünvana gəlib evin qapısına ayaq və əl zərbələri vurub qaçmışdır. Müxtəlif vaxtlarda səhər tezdən, həmçinin gecə vaxtları gəlib qapını döyüb qaçmışdır. Dəfələrlə həyat yoldaşı Sənan Gərayev evdən çölə çıxıb qapıya kimin zərbə vurduğunu müəyyənləşdirmək üçün Anarın dalınca qaçıb. Lakin Anar həyəti yaxşı bildiyi üçün onu tuta bilməmişdir. Həmçinin kim olduğunuda bilməmişdir.O, bu barədə qorxduğu üçün əri Sənana heç bir söz deyə bilməmişdir. Həmçinin Anar əri Sənanın evin qarşısında olan ayaqqabılarının içərisinə dəfələrlə nəlayiq söyüşlər yazıb qoymuşdur. Bundan başqa onun telefon nömrəsini hər dəfə tapdıqdan sonra ona zənglər edərək, həmçinin mesajlar yazaraq onu öldücərəyi ilə hədələmişdir. Anarın ona yazdığı mənt mesajlarının onda qalan bir hissəsini istintaqa təqdim etmişdir.Həmçinin Anar onun anası Şahid5 qzının mobil telefonunada mesajlar yazaraq onu sevdiyini, gözü heç neyi görmədiyini, sonda onu qaçıracağını, sonu ölüm olacağını, lakin ondan əl çəkməyəcəyini bildirən mesajlar yazmışdır. Son iki ayda isə Anarın onu öldürəcəyindən qorxub Balakən rayonuna gəlmişdir. Çünki artıq Bakı şəhərində yaşadığı ünvanda qalmağı mümkün olmamışdır. Anar onların qapısını döymüş, qapıya əl və ayaq zərbələri vurub qaçmışdır. Balakən rayonunda olduğu vaxtlarda da Təqsirləndirilən şəxs onunla birlikdə olmayacağı təqdirdə onu hədələdiyini görüb Anarın əməlləri barədə polisə şikayət etmək qərarına gəlmişdir. Daha sonra isə Anarın mütəmadi olaraq zənglə və mesajlarla onu hədələməsindən sonra 19 iyun 2024-cü il tarixdə Anarın ona zəng etdiyi vaxt Anara Balakən rayonuna gəlməsini bildirmişdir. Anar isə 20 iyun tarixində Balakən rayonuna gələcəyini bildirmişdir. O, anası ilə yaşadığı evdə qorxu içində qalmışdır ki, Anar hər dəqiqə gəlib evlərinə hücum edəcək. Evdə anası, o və azyaşlı övladından başqa heç kim olmamışdır. Atası və qardaşları isə Rusiya Federasiyasına işləmək üçün getmişlər. 20 iyun 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl polis bölməsinə ərizə ilə müraciət etmişdir. Daha sonra isə Balakən Rayon Mərkəzi Xəstəxanasına öz işləri ilə bağlı getmişdir. Həmin gün Anar ona zəng edərək, Balakən rayonuna gəldikdə onunla münasibətini davam etdirmək istəmədiyi təqdirdə onu ödürəcəyini, qan su yerinə axacağını deyərək, hədələmişdir. Təxminən saat 11 radələrində Anar ona zəng etmiş və Balakən şəhərində avtovagzalın qarşısında olduğunu bildirmişdir. O isə Anara Balakən Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmişdir. Təxminən 5 dəqiqə sonra Anar ona Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində olduğunu və onu gözlədiyini bildirmişdir.O, dərhal polis əməkdaşı Şahid1 zəng edərək, Anarın Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində olduğunu bildirmişdir. Daha sonra Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətinə gəlib Anarı saxlamış və Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Anar xəstəxananın həyətində dayanarkən onun əlində bıçaq olmuşdur.Həmin bıçaqda polis əməkdaşları tərəfindən onun əlindən götürülmüşdür. Həmçinin o, xəstəxananın pəncərəsindən baxdıqda görmüşdür ki, Anar polis əməkdaşlarına müqavimət göstərmək istəmişdir. Lakin polis əməkdaşları daha çevik davranaraq, onun əlindən bıçağı almışlar. Anar Balakən rayonuna gəldikdə onunla birlikdə yaşamağa razı olmadığı təqdirdə onu öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəldənd ə ona Balakən rayonuna gələcəyini və onu öldürəcəyini demişdir. Ona Whatsapp tətbiqi vasitəsi ilə mətn mesajları yazaraq, həmçinin zəng edərək onu öldürəcəyi ilə hədələmişdir.Anar ona bildirmişdir ki, Balakən rayonuna gələcək və onunla birlikdə olmağa razılaşmasa, ərindən ayrılmasa onu öldürəcək, qan su yerinə axacaq. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılıb Balakən Rayon Polis Şöbəsinə gətirilib və Balakən Rayon Polis Şöbəsində onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində saxlamasaydılar, Anar onu bıçaqla vurub xəsarət yetirəcək, bəlkədə öldürəcəkdi. Anardan heç vaxt pul götürməmişdir. Nə də ki, pul istəməmişdir. Onun maddi ehtiyaclarını əri Sənan Gərayev qarşılamışdır. Anarın dedikləri yalandır. Anar ona zəng edərək, Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində olduğunu dedikdən sonra bu barədə polisə məlumat vermişdir. Anar xəstəxananın həyətində onunla söhbət etməmişdir. Onun istifadəsində Azercell Telecom MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur.Təqsirləndirilən şəxs onun anası Şahid5 istifadəsində olan Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin Whatsapp tətbiqi vasitəsi ilə mətn mesajları yazaraq, onu öldürəcəyini bildirmişdir. Təqsirləndirlən şəxslə barışmamışam, ondan şikayətçiyəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, ibtidai istintaqda şahid qismində verdiyi ifadəsində göstərilən hallara istinadən ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 20 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl polis bölməsinə ərizə ilə müraciət edərək, iki ildir ki, münasibəti olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs son 20 gün ərzində onu öldürməklə hədələdiyini qeyd edərək, Təqsirləndirilən şəxs barəsində qanunu tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsi araşdırılıb qərar qəbul ediməsi üçün Balakən Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X6 həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilərək Balakən RPŞ-nin təhqiqat bölməsinə gətirilməsi üçün müvafiq tapşırıq verilmişdir. 20 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona məlumat verərək, Təqsirləndirilən şəxs Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində olmasını, onu mütəmadi olaraq öldürəcəyi ilə hədələdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs Balakən RPŞ-nin təhqiqat bölməsinə gətirilməsi üçün 20 iyun 2024-cü il tarixdə, saat 12:20-də polis əməkdaşları ilə birlikdə Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətinə gəlmişdir. Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətinə gəldikdə xəstəxananın həyətində Təqsirləndirilən şəxs dayandığını və onun əlində bıçaq olmasını görmüşdür. Dərhal həmin bıçağı Anarın əlindən almış, daha sonra Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsinə gətirilməsi üçün avtomobilə əyləşdirmək istədikdə Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməyə çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs qarşı fiziki güc tətbiq edərək avtomobilə əyləşdirərkən, Anarın sağ göz nahiyyəsi avtomobilin arxa sol qapı çərçivəsinə dəyərək xəsarət almışdır. Daha sonra Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Balakən Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə ola biləcəyi şübhəsi yarandığından polis şöbəsində təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir, onun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi1 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd Rothmans markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində olan 01 ədəd kağız bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə kağız büküm ilə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,72 qram təşkil etmişdir. Bundan sonra həmin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan kağız büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs əlindən götürdüyü bir ədəd bıçaq tərəfindən Balakən RPŞ-nin TBnin təhqıqatçısı X6 təqdim edilmişdir. Həmin bıçağa baxış keçirilmişdir.Təqdim etdiyi 01 ədəd bıçaq təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmişdir.Sonra baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Şahid2, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 və Balakən RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid4 şahid- Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında ittiham və müdafiə tərəflərinin razılığı ilə ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayon Şərif kəndində pasport qeydiyyatındadır və həmin kənddə yaşayır. Heç yerdə işləmir. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Zərərçəkmiş şəxs 2013-cü ildə Şamaxı şəhər sakini X3 ilə ailə həyatı qurmuşdur və Bakı şəhərində yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur.Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs mütəmadi olaraq narahat etmiş, onu ərindən boşanmayacağı təqdirdə öldürəcəyi ilə hədələmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə Whatsapp tətbiqi vasitəsi ilə mətn mesajları yazaraq, qızı Zərərçəkmiş şəxs ondan başqası ilə birlikdə yaşayacağı təqdirdə canı bahasına olsa da imkan verməyəcəyini, Cənnət onunla birlikdə yaşamasa sonunda faciə olacağını bildirmişdir. X11 Ələkbərovun etdiklərindən, yəni onun öldürməklə hədələmələrindən uzaqlaşmaq üçün Balakən rayonuna yaşadıqları Şərif kəndinə gəlmiş, lakin Təqsirləndirilən şəxs qızını hədələməyə davam etmişdir. 20 iyun 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Balakən rayonuna gəlmiş, qızı Zərərçəkmiş şəxs isə bu barədə polisə ərizə verib, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində saxlanılmış, onun üzərindən bir ədəd bıçaq və psixotrop maddə aşkar edilmişdir. Onun qızı ailəli qadındır. Onun bir azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs isə bütün bunları nəzərə almadan qızının ərindən boşanmasını, əks təqdirdə onu öldürcəyəni bildirirək hədələmiş, qızını öldürəcəyi ilə hədələyərək, ona telefon vasitəsi ilə mesajlar yazmış, həmçinin onun istifadəsində olan mobil telefonuna da Whatsapp tətbiqi vasitəsi ilə mətn mesajları yazmışdır. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda və mütamadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 12:20-də Balakən şəhəri H.Əliyev prospektində yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş Bakı şəhəri Nərimanov rayonu X9 küçəsi ev 96, mənzil 19 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürsosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə onun hüquq və vəzifələri elan edilərək, şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, kütlə olub-olmadığı soruşduqda sonuncu əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun üzərindəki sellofanın içərisində olan bir ədəd bükümdə “metafmetamin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm içərisindəki psixotrop maddə metamfetaminə oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,72 qram təşkil etmişdir. Həmin bir ədəd büküm bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütləni haradan əldə etdiyini soruşduqda, sonuncu həmin kütləni xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tapdığını, həmin kütlənin onda olmasını heç kimin bilmədiyini, həmin kütləni istifadə etməsi üçün üzərində saxladığını, tapdıqdan sonra bir dəfə istifadə etdiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilən kütlə, vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş içərisində 07 ədəd siqaret olan bir ədəd “Rothmans” markalı siqaret qutusu və bir ədəd alışqan sonuncuya qaytarılmışdır. Şəxsi axtarış zamanı vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyini və sifət nahiyyəsində olan xəsarətləri hansı şəraitdə almasını soruşduqda sonuncu belə bir halın olmadığını ona Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 20 iyun 2024-cü il tarixli şəxsi axtarış barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən tərtib olunmuş “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Balakən rayonu Şərif kənd sakini Zərərçəkmiş şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-yə ərizə ilə müraciət edərək Bakı şəhər sakini olan Anar adlı şəxsin onu öldürməklə hədələdiyini bildirmişdir. Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 raportla məruzə edərək, Zərərçəkmiş şəxs müraciəti ilə bağlı Bakı şəhər sakini Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının həyətində gördüklərində sonuncunun əlində bıçaq olduğunu və həmin bıçağı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid1 təqdim etdiyi bıçağa baxış keçirilmişdir.Həmin bıçağın ümumi uzunluğu 20 sm, kəsici hissəsi 9.3 sm və tutacaq hissəsi 10.7 sm olması məlum olmuşdur. Şahid1 bıçağı təqdim etdiyində fotoşəkillər çəkilmişdir.Həmin bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyində qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə prosesi zamanı fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər protokola əlavə olunmuşdur.Baxış və götürmə zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 20 iyun 2024-cü il tarixli 3- 16-16-2-17/552 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,575 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Metamfetaminin təmiz çəkisi-0,575 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,525 qram. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 21 iyun 2024-cü il tarixli 3-16- 16-2-17/553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd biçaq –kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist biçağıdır, soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 30,60 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2024-cü il tarixli 1437 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 158 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər-sağ göz altında qançır, sol əlin baş barmağının sıyrığı-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə avtomobilin bərk hissələrinə dəyməklə (avtomobilin qapı çərçivəsinə və s.) əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamğıla zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs fiziki azadlığı faktiki olaraq 20 iyun 2024-cü il tarixdən saat 12.45-dən məhdudlaşdırılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(019)- 23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Balakən Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli, 4(019)-23/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli hökmündən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarından, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 5 saylı arayışdan və ümumən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.3.2-ci maddəsi ilə təyin edilən cəzası 09 (doqquz) ildən 08 (səkkiz) il 09 (doqquz) aya endirilərək barəsində ümumi rejim təyin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 03 (üç) ay 10 (on) gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 27 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,575 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,525 qramı, həmçinin Təqsirləndirilən şəxs əlindən götürülmüş 01 ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski cinayət işinə əlavə edilmişdir. Məhkəmə,iş üzrə şahidlərin ifadələrini, 20 iyun 2024-cü il tarixli şəxsi axtarış protokolunu və həmin prosessual hərəkətin əks olunduğu 01 ədəd DVD diskini, 20 iyun 2024-cü il tarixli baxış və götürmə barədə protokolu, materialların məhkəmə ekspertizasının 20 iyun 2024-cü tarixli, 3-16-16-2-17/552 nömrəli rəyini, məhkəmə-ballistik ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/553 nömrəli rəyini, maddi sübutları, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2024-cü il tarixli, 1437 nömrəli rəyini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 27 avqust 2024-cü il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək, özünü Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilmədiyi, həmin cinayət əməlini törətmədiyi, Zərərçəkmiş şəxs öldürmək fikrinin olmadığı, Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələmə məzmunlu mesajları əsəbiləşib yazdığını göstərməsi ilə bağlı xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs ona CM-nin 134-cü maddəsilə elan edilmiş ittihamdan yayınmaq və özünü müdafiə etmək məqsədi daşıyır və ona görə də qəbul olunmur. Belə ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli göstərdiyi bu xüsusatlar işdəki mötəbər sübutlarla, o cümlədən yuxarıda istinad olunan və mötəbər sübutlar sayılaraq qəbul edilmiş ekspertiza rəyləri, şahid ifadələri, şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol, baxış və götürmə protokolu, şübhəli şəxsin üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkiliş, həmin videoçəkilişin həkk olunduğu 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD disk, mənt mesajlarının kserosurətləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam təkzib edilir və ona görə də rədd edilir. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunat əlavə edilmiş İİ siyahıda bu miqdar psixotrop maddə olan metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq,tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 234.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 234.1maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 234.1-ci maddədərilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumunislah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkil qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayət Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 32.5, 180.3.2-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 134 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs CM-nin 134 və 234.1-ci maddələri ilə tövsif edilmiş əməlləri cinayətlərin məcmusunu yaratdığından ona Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin sanksiyasında və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq bu cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdən hazırkı hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlanıldığı müddət ona təyin edilən bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlandığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2024-cü il tarixli, 1437 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etdiyinin, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, iş üzrə 102.54 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təmiz çəkisi 0,575 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,525 qramı və 01 ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandığı müddət ona təyin edilən bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 102.54 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təmiz çəkisi 0,575 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,525 qramı və 01 ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-96/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-96/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver