Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-97/2023 24.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - 15 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla Lənkəran rayonu, Liman qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən gəzmək və işləmək üçün Gürcüstana getmək məqsədi ilə 17 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işsizlikdən əziyyət çəkdiyindən həm işləmək, həm də gəzmək məqsədi ilə Gürcüstana getmək qərarına gəlsə də, ümumvətəndaş pasportu olmadığından və pandemiya səbəbindən ölkə sərhədlərinin bağlı olduğunu bildiyindən dövlət sərhədindən qanuni yolla hərəkətinin mümkün olmayacağını anlamışdır. Buna görə də qərara gəlmişdir ki, qanunsuz yolla Gürcüstana getsin. Bu məqsədlə də, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonundan çıxıb avtobusla əvvəlcə Bakı şəhərinə gəlmiş, Bakıdan isə Zaqatala rayonu istiqamətində hərəkət edən avtobusa minərək hərəkət etmişdir. Həmin gün Zaqatala rayonuna çataraq gecəni orada küçədə qalmışdır. 16 avqust 2022-ci il tarixdə piyada hərəkət etməklə Zaqatala rayonundan Balakən rayonuna getmişdir. Çünki Balakən rayonunun Gürcüstanla sərhəddə yerləşdiyini bilmişdir. Həmin gün Balakən rayonunda meşədə qaldıqdan sonra 17 avqust 2022-ci il tarixdə tək olaraq dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə Azərbaycan Respublikasından Gürcüstana getmək istədiyi zaman çayın yaxınlığında saat 13 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır.xx.xx.2022-ci ildə qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana getmək istəməsində məqsədi Gürcüstanda işləmək və gəzmək olmuşdur. Qeyd olunan tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində getmək istəməsində ona kimsə hər hansısa bir formada köməklik etməmiş, onun dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana getmək niyyətində olduğunu öncədən kimsə bilməmişdir. xx.xx.2022-ci ildə inzibati qaydada tutulub Bakı şəhərinə aparılmış, orada isə təxminən saat 13 radələrində buraxılmışdır. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının komendantı vəzifəsində xidmət etmiş, mayor Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Balakən rayonu, Poştbinə kəndi ərazisindən bir nəfər şəxsin dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçəcəyinə dair əməliyyat məlumatı əldə etdikdən sonra dərhal baş leytenant Şahid2 və baş leytenant Şahid3 ilə birlikdə 7-ci sərhəd zastavasına ezam olunmuşlar. Həmin sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldıraraq sərhəd zastavasının 1-ci və 2-ci sahələri istiqamətində hərəkət edib, ərazini qapadaraq dövlət sərhədini qanunsuz yolla keçmək istəyən şəxsin aşkar edilməsi üçün axtarış işləri aparmağa başlamışlar. xx.xx.2022-ci il tarixdə, saat 13:30-da 7-ci sərhəd zastavasının 1 -2-ci sahələri istiqamətində bir nəfər şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkətini müşahidə edərək xidməti sahələrində maskalanaraq həmin şəxsin hərəkətini müşahidədə saxlamışlar. Həmin vaxt qeyd olunan şəxsin itisurətli addımlarla dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək üçün irəlilədiyini gördüklərində həmin şəxsin dövlət sərhədini qanunsuz yolla qeyd olunan istiqamətdə keçməsinin qarşısını almaq üçün tərəflərindən “Dayan!” çağırış komandası verilmiş və həmin şəxsi saxlamışlar. Qeyd olunan şəxs tərəflərindən saxlanılaraq bu barədə aidiyyəti üzrə məruzə olunmuş, dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan stiqamətində keçməyə cəhd edən şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxs saxlanılan zaman dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək istədiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, DSX-nin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili, baş leytenant Şahid2 və 1-ci sərhəd komendantlığı komendantının əməliyyat işləri üzrə müavini, baş leytenant Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSXnin N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə dövlət sərhədini 7-ci sərhəd zastavasının 1-ci sahəsi istiqamətində qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd edən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. İşin 16-17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 1-ci sahəsi olmuşdur. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. İşin 43-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki,həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 44-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da məhkumluğu götürülmüş, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(019)-97/2023 nömrəli qərarından görünür ki, ("8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən məhkumluğu götürülmüşdür) Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getiməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü- il tarixli 3-13-66/2- 22366/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsilə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində müəyyən edilərək tutulmuş və Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü- il tarixli barəsində axtarış elan edilmiş şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Balakən RPŞ-nin əməkdaşları və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu ərazisində tutulmuş və Balakən rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki,məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etməsini, həmin əməli qəsdən törətməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olmasa da məhkəmə hesab edir ki, onun əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs sərhəd xidməti tərəfindən saxlandığı andan cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun barəsində daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Cinayət Prosessual Məcəlləsinin 158.2-158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlinə görə 17 avqust 2022-ci il tarixdə inzibati qaydada tutulduğu bir gün və 03 oktyabr 2023-cü il saat 06:00-dan 24 oktyabr 2023-cü il saat 13:20-ə kimi tutulub həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün,cəmi 23(iyirmi üç) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında həbsdən dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2200 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 17 avqust 2022-ci il tarixdə və 03 oktyabr 2023-cü il saat 06:00-dan 24 oktyabr 2023-cü il saat 13:20-ə kimi tutulub həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X2 Rekvizitləri:VÖEN-**********,kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-97/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-97/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver