Məhkəmə qərarları › İş №1(019)-97/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-97/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-97/2024 20.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər-Balakən Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxx 1997-ci il tarixdə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 2001-ci il tarixdə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxx 2006-cı il tarixdə Zərdab rayonu, Şıxbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, subay, işsiz, orta təhsilli, Zərdab rayonu, Şıxbağı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 may 2024-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinə gələrək ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra avtomobil yolunun kənarında otlayan Zərərçəkmiş şəxs6 məxsus bir baş, erkək, diri çəkisi 22 kiloqram olan, 210 manat dəyərində qoyunu, bir baş, dişi, diri çəkisi 34 kiloqram olan, 290 manat dəyərində qoyunu, iki baş, erkək, hər biri ayrıayrılıqda diri çəkisi 34-36 kiloqram olan 330 manat dəyərində, cəmi 660 manat dəyərində qoyunları Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 1160 (bir min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 may 2024-cü il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus, hər birinin dəyəri 205 manat olmaqla cəmi 615 (altı yüz on beş) manat dəyərində 03 baş xırda buynuzlu heyvanları həmin kəndin otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 615 (altı yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 may 2024-cü il tarixdə günorta saatlarında Şəki rayonu Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus, hər birinin dəyəri 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat dəyərində 02 baş xırda buynuzlu heyvanları (keçiləri) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 may 2024-cü il tarixdə saat 16 radələrində Şəki rayonu Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 250 manat olmaqla cəmi 1250 manat dəyərində 05 baş xırdabuynuzlu heyvanları (qoyunları) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1250 (bir min iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 09 may 2024-cü il tarixdə saat 18 radələrində Şəki rayonu, Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 330 manat olmaqla cəmi 1980 manat dəyərində 06 baş xırdabuynuzlu heyvanları (quzuları) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1980 (bir min doqquz yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 13 may 2024-cü il tarixdə saat 13 radələrində Şəki rayonu Köndələn kəndində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığındakı otlaq sahəsindən sonuncuya məxsus, birinin dəyəri 280 manat, digərinin dəyəri 240 manat olmaqla cəmi 520 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 15 may 2024-cü il tarixdə saat 13 radələrində Şəki rayonu, İnçə kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığındakı otlaq sahəsindən sonuncuya məxsus hər birinin dəyəri 300 manat olmaqla cəmi 600 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 16 may 2024-cü il tarixdə günorta saatlarında Balakən rayonu Hənifə kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində 01 baş xırdabuynuzlu heyvanı (qoyun) Balakən rayonunun Məlikzadə kəndinin ərazisində küçədən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 may 2024-cü il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinə gələrək ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra avtomobil yolunun kənarında otlayan Zərərçəkmiş şəxs6 məxsus bir baş, erkək, diri çəkisi 22 kiloqram olan, 210 manat dəyərində qoyunu, bir baş, dişi, diri çəkisi 34 kiloqram olan, 290 manat dəyərində qoyunu, iki baş, erkək, hər biri ayrı-ayrılıqda diri çəkisi 34-36 kiloqram olan 330 manat dəyərində, cəmi 660 manat dəyərində qoyunları onun idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 1160 (bir min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 may 2024-cü il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus hər birinin dəyəri 205 manat olmaqla cəmi 615 (altı yüz on beş) manat dəyərində 03 baş xırda buynuzlu heyvanları həmin kəndin otlaq sahəsindən tutub onun idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 615 (altı yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 may 2024-cü il tarixdə günorta saatlarında Şəki rayonu Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat dəyərində 02 baş xırda buynuzlu heyvanları (keçiləri) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub onun idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 may 2024-cü il tarixdə saat 16 radələrində Şəki rayonu Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 250 manat olmaqla cəmi 1250 manat dəyərində 05 baş xırdabuynuzlu heyvanları (qoyunları) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub onun idarə etdiyi “Hyundai Accent” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1250 (bir min iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 09 may 2024-cü il tarixdə saat 18 radələrində Şəki rayonu, Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 330 manat olmaqla cəmi 1980 manat dəyərində 06 baş xırdabuynuzlu heyvanları (quzuları) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub onun idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1980 (bir min doqquz yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilətanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 13 may 2024-cü il tarixdə saat 13 radələrində Şəki rayonu Köndələn kəndində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığındakı otlaq sahəsindən sonuncuya məxsus birinin dəyəri 280 manat, digərinin dəyəri 240 manat olmaqla cəmi 520 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsindən tutub onun idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 15 may 2024-cü il tarixdə saat 13 radələrində Şəki rayonu, İnçə kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığındakı otlaq sahəsindən sonuncuya məxsus hər birinin dəyəri 300 manat olmaqla cəmi 600 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsindən tutub onun idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 16 may 2024-cü il tarixdə günorta saatlarında Balakən rayonu Hənifə kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində 01 baş xırdabuynuzlu heyvanı (qoyunu) Balakən rayonunun Məlikzadə kəndinin ərazisində küçədən tutub onun idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 may 2024-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinə gələrək ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra avtomobil yolunun kənarında otlayan Zərərçəkmiş şəxs6 məxsus bir baş, erkək, diri çəkisi 22 kiloqram olan, 210 manat dəyərində qoyunu, bir baş, dişi, diri çəkisi 34 kiloqram olan, 290 manat dəyərində qoyunu, iki baş, erkək, hər biri ayrıayrılıqda diri çəkisi 34-36 kiloqram olan 330 manat dəyərində, cəmi 660 manat dəyərində qoyunları Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 1160 (min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 may 2024-cü il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus hər birinin dəyəri 205 manat olmaqla cəmi 615 (altı yüz on beş) manat dəyərində 03 baş xırda buynuzlu heyvanları həmin kəndin otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 615 (altı yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 may 2024-cü il tarixdə günorta saatlarında Şəki rayonu Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat dəyərində 02 baş xırda buynuzlu heyvanları (keçiləri) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chovrelet Cobalt” markalı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 may 2024-cü il tarixdə saat 16 radələrində Şəki rayonu Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 250 manat olmaqla cəmi 1250 manat dəyərində 05 baş xırdabuynuzlu heyvanları (qoyunları) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1250 (bir min iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 09 may 2024-cü il tarixdə saat 18 radələrində Şəki rayonu, Oxud kəndinin fermalar adlanan ərazisində yaşayan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 330 manat olmaqla cəmi 1980 manat dəyərində 06 baş xırdabuynuzlu heyvanları (quzuları) Şəki rayonu Qoxmuq kəndinin ərazisində otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1980 (bir min doqquz yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 13 may 2024-cü il tarixdə saat 13 radələrində Şəki rayonu Köndələn kəndində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığındakı otlaq sahəsindən sonuncuya məxsus birinin dəyəri 280 manat, digərinin dəyəri 240 manat olmaqla cəmi 520 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 520 (beş yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 15 may 2024-cü il tarixdə saat 13 radələrində Şəki rayonu, İnçə kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığındakı otlaq sahəsindən sonuncuya məxsus hər birinin dəyəri 300 manat olmaqla cəmi 600 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsindən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 16 may 2024-cü il tarixdə günorta saatlarında Balakən rayonu Hənifə kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində 01 baş xırdabuynuzlu heyvanı (qoyunu) Balakən rayonunun Məlikzadə kəndinin ərazisində küçədən tutub Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək özləri ilə aparıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında onların etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, işdə olan digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İzzət və Fazil ilə 2023-cü ilin əvvəllərində Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olarkən tanış olmuşdur. Həmin şəxslərlə hərdən görüşüb çay içmiş, bu ilin may ayının əvvəllərində Bakı şəhərində çay evlərinin birində olarkən söhbət zamanı İzzət əvvəllər mal-qara işinə baxdığını, bu işdən anlayışı olduğunu demişdir. Həmin vaxt Fazil ilə o, təklif etmişdir ki, Fazilin həmin vaxt icarəyə götürüb taksilik etdiyi “Chevrolet Kobalt” markalı avtomobil ilə rayonlara gedib yol kənarında qarşılarına çıxan heyvanları oğurlayıb sataraq pul əldə etsinlər. İzzət də onlarla razılaşmışdır. Belə olduqda may ayının 3 və ya 4-də səhər saatlarında İzzət, Fazil və o, Fazilin idarə etdiyi həmin avtomobil ilə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində yola düşmüşdür. Şamaxı rayonundan Ağsu rayonu istiqamətində gedən aşırım yolun sol kənarında qoyun və quzuların otladığını görmüşdür. Onlar həmin heyvanlardan bir neçəsini oğurlamaq qərarına gəlmişdirlər. Fazil maşını yolun kənarında heyvanlara yaxın yerdə saxlamış, onlar maşından düşüb ətrafa baxmış, heç kim olmamışdır. Fazil maşının yük yerini açmış, İzzətlə o, hər biri təxminən 150-200 manat dəyərində olan dörd ədəd xırdabuynuzlu heyvanın, yəni quzunun ayaqlarından tutub maşının yük yerinə qoymuşdurlar. Yük yeri dolduğu üçün əlavə heyvan götürə bilməmişdirlər. Onlar dərhal avtomobilə əyləşib geriyə, yəni Bakı şəhərinə qayıtmışlar. Fazil maşını Yasamal rayonu istiqamətində sürmüşdür. Təsadüfən “Ətçilər” kababxanasının qarşısından keçdikdə maşını saxlamış, orada tanımadıqları şəxsə yaxınlaşıb rayondan heyvan gətirdiklərini, satmaq istədiklərini demiş və heyvanları almağını təklif etmişlər. Həmin şəxs heyvanlara baxıb onlardan heyvanların oğurluq olub-olmadığını soruşduqda həmin şəxsə öz heyvanları olduqlarını demişlər. Aralarında olan razılığa əsasən onlar dörd baş quzunu həmin şəxsə təxminən 580 manata satmış, pulu götürüb avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Daha sonra həmin puldan avtomobilin icarəsinə və digər xərclərinə pul ayırmış, qalan pulu da aralarında bölmüşlər. O, özünə 130 manat götürmüşdür. Həmin vaxt iki gün sonra yenidən rayonlara gedib heyvan oğurlamaq barədə plan hazırlamışlar və o, evə getmişdir. İki gün sonra onlar yenidən görüşüb Fazilin idarə etdiyi “Chevrolet” markalı həmin avtomobil ilə Göyçay rayonu istiqamətində getmiş, rayonun Potu kəndindən keçərkən yolun kənarında çoxlu sayda qoyun və quzunun otladığını görmüşlər. Onlar heyvanlardan bir neçəsini oğurlamaq qərarına gəlmiş, Fazil avtomobili saxlamış, onlar maşından düşmüş, magistral yol ilə avtomobillər hərəkət edirmiş, yol boşaldıqda Fazil yük yerini açmış, İzzətlə o, heyvanlardan birini tutub maşının yük yerinə qoymuşlar. Daha sonra tanış olmayan avtomobillər yoldan keçdiyi üçün başqa heyvan oğurlaya bilməmişlər. Avtomobilə əyləşib Ağdaş şəhəri istiqamətdə getmişlər. Orada tanımadıqları qəssaba yaxınlaşıb heyvan satmaq istədiklərini dedikdə, həmin şəxs heyvana baxmış və alacağını demiş, onlar həmin heyvanı qəssaba 170 manata satmışlar. Əldə etdiyi pul ilə özlərinə ərzaq və içəcəklər almış, maşına benzin vurmuşlar. Daha sonra Şəki rayonu istiqamətdə gəlib gecə avtomobildə yatmış, səhəri gün, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Zaqatala rayonu istiqamətdə getmiş, Muğanlı kəndi yaxınlığında qoyun və quzuların otladığını görüb Fazil maşını saxlamışdır. Heyvanlardan bir neçəsini oğurlamaq qərarına gəlmiş və onlar maşından düşüb yolun kənarındakı heyvanlardan üç baş quzunu maşının yük yerinə qoyub dərhal Bakı şəhərinə qayıtmışlar. Həmin heyvanları “Ətlik” kababxanasına təxminən 470 manata satmış və pulunu aralarında bölüşmüşlər. Səhəri gün yenidən heyvan oğurlamaq üçün yola düşmüş, Şəki rayonundan Qax rayonu istiqamətində gedərkən kəndlərin birində torpaq yolun kənarında qoyun və keçilərin otladığını görmüş və heyvanlardan bir neçəsini oğurlamaq qərarına gəlmişlər. Fazil maşını heyvanlara yaxın saxlamış, onlar maşından düşüb ətrafa göz gəzdirib heç kimin olmadığından əmin olduqdan sonra İzzətlə o, iki baş keçini tutub maşının yük yerinə qoymuşlar. Qoyun və quzular keçilərdən bir qədər aralıda olduqları üçün orada çox dayanmaq istəməmiş və maşına əyləşib Bakı şəhərinə qayıtmışlar. Həmin “Ətçilər” kababxanasına gedib qoyunları satdıqları şəxslə görüşüb keçiləri 150 manata satmışlar. Həmin pul ilə maşına benzin vurub öz xərclərini ödəmiş, daha sonra o, evə getmişdir. Səhəri gün Fazil “Chevrolet” markalı avtomobili sahibinə qaytarmış və Bakı şəhərində "xxxx" MMC-dən “Hyundai Accent” markalı ** BG *** nömrə nişanlı avtomobili gündəlik 60 manata icarəyə götürmüşdür. Həmin gün, yəni may ayının 9-da İzzət, Fazil və o, həmin avtomobillə yol kənarından heyvanlar oğurlamaq üçün Şəki rayonu istiqamətdə gəlmiş, saat 16 radələrində Şəki rayonunda keçiləri oğurladıqları yerdən keçərkən qoyun və quzuların otladığını görmüşlər. Onlar bir neçə heyvanı oğurlamaq qərarına gəlmişlər, maşından düşüb Fazil yük yerini açmış, İzzətlə o, beş baş quzu və qoyunu maşının yük yerinə qoymuşlar. Yük yeri dolduğu üçün qapısını bağlayıb dərhal avtomobilə əyləşib Zaqatala rayonu istiqamətində getmişlər. Dairənin yaxınlığında qəssablara heyvan satdıqlarını dedikdə onlar Muğanlı kəndində ferması olan Bahadur adlı şəxsin heyvanları ala biləcəklərini demiş və ona xəbər vemişlər. Bir qədər sonra Bahadur onların yanına gəlib heyvanlara baxmış, aralarındakı razılığa əsasən beş baş xırdabuynuzlu heyvanları 580 manata Bahadura satmışlar. Pulun bir hissəsi ilə maşının cəriməsini və xərclərini ödəmiş, bir hissəsi ilə öz xərclərini ödəmiş, təxminən hərəsinə 70-80 manat pul götürmüşlər. Daha sonra dərhal Şəki rayonuna heyvanları oğurladıqları yerə əlavə heyvanlar da oğurlayıb Bakı şəhərinə aparıb satmaq üçün qayıtmışlar. Şəki rayonunda çatdıqda hava işıqlı olmuş, həmin yerdə qoyun və quzuların otladığını görmüşlər. Fazil maşını heyvanlara yaxın saxlamış, maşından düşüb İzzətlə o, heyvanlara yaxınlaşıb altı baş qoyun və quzunu maşının yük yerinə qoymuşlar. Fazil də heyvanları yerləşdirməkdə onlara kömək etmişdir. Yük yeri dolduğundan qapısını örtüb dərhal oradan uzaqlaşmış və Zaqatala rayonuna gedib Bahadur adlı şəxsə həmin altı baş heyvanı təxminən 710 manata satıb Bakı şəhərinə getmişlər. Əldə olan pul ilə maşının iki günlük icarəsinə ödəniş etmiş, qalan puldan hərəyə 160 manat götürmüşlər. İki gün ərzində o, İzzət və Fazillə görüşüb növbəti oğurluqlar barədə plan hazırlamış, ayın 13-də həmin “Hyundai” markalı avtomobil ilə yenidən Şəki rayonuna həmin heyvanları oğurladıqları kəndə gəlmişlər. Saat 13 radələrində həmin yerdə Fazil maşını saxlamış, onlar dərhal düşüb iki baş qoyunu maşının yük yerinə qoymuşlar. Kənardan avtomobil gəldiyi üçün heç kimin onların oğurluq etdiklərini görməməsi üçün dərhal maşına əyləşib Zaqatala rayonu istiqamətində getmişlər.Onlar əvvəl heyvanları satarkən Bahadurun nömrəsini götürmüş, Muğanlı kəndinə çatanda o, istifadəsində olan ***-***-**-** saylı nömrədən Bahadura zəng edib iki baş heyvan satdıqlarını deyib heyvanları almağı təklif etmişlər. Bahadur da razılaşıb onları fermaya çağırmışdır. Fazil maşını Muğanlı kəndinin içərisində Bahadurun fermasına sürmüş,orada Bahadurla görüşüb heyvanlara baxmış və aralarında olan razılığa əsasən iki baş heyvanı təxminən 290 manata satmışlar. Onlar həmin pulun da çox hissəsini öz xərclərinə ödəmiş, özləri üçün yemək və içki almışlar. Təxminən hərəsinə 40 manat pul götürmüşlər. Həmin gün Bakı şəhərinə qayıtmış, may ayının 15-də səhər saatlarında Fazil, İzzət və o, yenidən həmin avtomobilə əyləşib heyvan oğurlayıb pul qazanmaq üçün Şəki rayonuna gəlmişlər. Şəki rayonundan Qax istiqamətdə gedərkən Şəki rayonunun İnçə kəndinə çatmış və kəndin bir qədər getdikdə çoxlu sayda qoyun və quzunun yolun sağ kənarında otladığını görüb həmin heyvanları oğurlamaq qərarına gəlmişlər. Fazil maşını heyvanlara yaxın yerdə saxlamış, onlar maşından düşmüş, Fazil yük yerini açmış, İzzətlə o, iki baş heyvanı, yəni quzunu tutub yük yerinə qoymuşdur. Həmin yer yaşayış evlərinə yaxın olduğu üçün kiminsə onları görməsindən ehtiyat etmiş və dərhal maşına oturub Zaqatala rayonuna getmişlər. Orada iki baş heyvanı 290 manata Bahadur adlı şəxsə satıb pulunu isə aralarında bölüşmüşlər. Daha sonra o, İzzətə və Fazilə uzun müddətdir ki, Balakən rayonuna, ata evinə getmədiyini, onun kəndinə valideynlərini görməyə getməyi demişdir. Onlar da razı olmuş və onlar Balakən rayonuna gedib həmin gün onların evində qalmışlar. xx.xx.2024-cü il tarixdə Balakən rayonu Hətovlar kəndindən keçdikdə torpaq yolun sağ kənarında çoxlu sayda qoyun və quzunun otladığını görüb bir neçəsini oğurlamaq qərarına gəlmişlər. Fazil maşını saxladıqda heyvanların çoxu qaçaraq uzaqlaşmış, İzzətlə o, tez maşından düşüb bir baş quzunu tutub saxlamış, Fazil yük yerini açmış, onlar heyvanı maşına qoymuş, dərhal oradan uzaqlaşıb asfalt yola çıxıb Qazma kəndinə tərəf getmişlər. Rayonun Məlikzadə adlanan yerindən keçən hissəsində üç baş qoyunun otladığını görüb heyvanları oğurlamaq qərarına gəlmişlər. Maşından düşüb heyvanlara yaxınlaşdıqda ikisi qaçmış, bir baş qoyunu isə İzzət tutub saxlamış və maşına tərəf gətirib yük yerinə quzunun yanına qoymuşlar. Artıq o, Qazma kəndinə getməkdən imtina etmiş və birlikdə Bərdə rayonuna gedib heyvanları orada satmağı qərara almışlar. Belə olduqda onlar geriyə qayıdıb Şəki rayonu ərazisində yerləşən polis postuna çatdıqda polis əməkdaşları avtomobili saxlatmış, Fazil maşını saxladıqda polis əməkdaşları onlara oğurluq cinayəti törətməkdə şübhəli olduqlarını deyib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib birlikdə Polis şöbəsinə gələrək Balakən rayonundan oğurladıqları iki baş xırdabuynuzlu heyvanları da təqdim edərək yuxarıda qeyd etdiyi oğurluq hadisələrini törətdiklərini etiraf etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, təxminən 2024-cü ilin may ayının 3 və ya 4-dən 15-dək olan müddətdə Ağsu rayondan 4 baş, Göyçay rayonundan 1 baş, Zaqatala rayonundan 3 baş, Şəki rayonundan 17 baş və Balakən rayonudan 2 baş xırdabuynuzlu heyvanları yolun kənarından oğurlamışdır. Oğurladıqları heyvanların sahiblərini tanımır, həmin şəxslərlə aralarında ədavət, düşmənçilik yoxdur.Onlar həmin quzuları oğurlamamışdan qabaq ətrafa baxıb heç kimin olmamasından istifadə edib sonra quzuları oğurlayıb avtomaşının arxa yük yerinə qoymuşlar. Qeyd etdiyi oğurluq hadisələrindən başqa heç bir yerdən oğurluq etməmişlər. Onların oğurluq etməyini heç kim bilməmiş, oğurluq etməkdə kənar heç kimin iştirakı olmamışdır. Onlar heyvanları satdıqları şəxslərə həmin heyvanların özlərinə məxsus olduqlarını demişdir.Həmin heyvanları oğurladıqlarını deməmişdir. O, oğurladıqları xırdabuynuzlu heyvanları satdıqları Oqtay adlı şəxsin və Ağdaş rayonunda heyvan satdıqları şəxsin dəqiq ad və soyadını və ya kim olmasını bilmir. Əməlindən peşimandır. Vurulmuş ziyanı ödəmişlər. Zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbləri yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən o, icarəyə götürdüyü avtomobillə Bakı şəhərində “Bolt” və “Uber” taksi şirkətlərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, son vaxtlar icarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydaları pozduğuna görə 250 manat cərimə yazılmışdır. Həmçinin icarəyə götürdüyü avtomobilin sahibinə 600 manat pul verməli olmuşdur. Lakin o, pulu verə bilmədiyi üçün maşının sahibi maşını ondan almış və tez-tez ona zəng vurub pulunu tələb etmişdir. 2024cü ildə may ayının əvvəllərində o, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Əcəmi metrosunun yaxınlığında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə görüşüb söhbət edən zaman onlara borclarının olduğunu və borcunu ödəmək üçün maşın sahibinin ona vaxt qoyduğunu bildirmişdir. Elmin də həmin vaxt “gəl bizim rayona gedək kəndlərdən qoyun oğurlayıb sataq əldə etdiyimiz pulla borcları qaytar ver.” demişdir. Lakin oğurluğa getmək üçün onlara maşın lazım olmuş, o da borcları olduğu üçün razılaşmış, Elmin ona sonra onların sürücülük vəsiqəsi olmadığını, onun rentakardan bir maşın götürməyini demişdir. Onlar razılaşdıqdan sonra Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Chevrolet Cobalt” markalı avtomobil icarəyə götürmüş, 04 may 2024-cü il tarixdə heyvan oğurlamaq üçün Bakı şəhərindən Şamaxı rayonu istiqamətində Elmin və İzzətlə yola düşmüşlər. Ağsu rayonu ərazisində yolun kənarında qoyun olduğunu görəndə o, maşını yolun kənarında saxlamışdır. Ətrafa baxdıqda heç kim olmadığı üçün İzzət və Elmin maşından düşüb hər biri iki qoyun tutub gətirib maşının yük yerinə qoymuşdurlar. Bundan sonra geri Bakı şəhərinə qayıtmışlar. İzzət və Elmin Yasamal rayonu ərazisində oğurladıqları 4 baş qoyunu kafenin sahibinə 580 manata satmışlar. Maşının icarə pulunu, yanacaq və yemək pulunu çıxandan sonra pulu öz aralarında bölmüşlər. Hər birinə 150 manat pul çatmışdır. 06 may 2024-cü il tarixdə yenə o, İzzət və Elminlə idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə Göyçay rayonuna oğurluğa yola düşmüşlər. Həmin rayonun Potu kəndində bir baş quzu oğurlamış, həmin quzunu Ağdaş şəhərində İzzət 170 manata tanımadığı bir qəssaba satmışdır. Həmin pulun 30 manatına yemək yemiş, 10 manat maşını yudurtmağa vermişdir. Oradan Balakən rayonuna yola düşmüş, gecə maşında yatmış, səhəri gün geri Zaqatala rayonuna gəlmişlər. Muğanlı kəndi ərazisindən yolun kənarında qoyun otladığını görəndə o, maşını saxlamış, İzzət və Elmin maşından düşüb hər biri iki heyvan gətirib maşının yük yerinə qoymuşlar. Bundan sonra Bakı şəhərinə yola düşmüş, Yasamal rayonu ərazisində həmin heyvanları 470 manata qəssaba satmışlar. Puldan yenə maşının icarə haqqını, yemək və yanacaq pulunu çıxandan sonra öz aralarında bölmüşlər. 08 may 2024-cü il tarixdə Şəki rayonuna gəlmiş, təxminən saat 13-14 radələrində Köndələn kəndi ərazisində yolun kənarında keçi heyvanlarının otladığını görüb maşını saxlamış, İzzət və Elmin maşından düşüb hər biri bir baş keçi tutub gətirib maşının yük yerinə qoymuşdur. Bundan sonra Bakı şəhərinə gedib həmin keçiləri İzzət və Elmin 150 manata qəssaba satmışlar. Pulu öz aralarında bölmüşlər. O, icarəyə götürdüyü “Chevrolet” markalı maşını geri qaytarıb 09 may 2024-cü il tarixdə Bakı şəhərində "xxxx" MMC-dən icarəyə “Hyundai Accent” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobil götürmüş, həmin gün yenə hər üçü onun idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə Şəki rayonuna gəlmiş və Köndələn kəndi ərazisində xırdabuynuzlu heyvan otladığını görüb maşını yolun kənarında saxlamışdır. İzzət və Elmin düşüb beş baş qoyunu tutub maşının yük yerinə qoymuşlar. Bundan sonra Zaqatala rayonuna gedib Elmin həmin qoyunları Bahadur adlı şəxsə 580 manata satmışdır. Sonra həmin gün təxminən saat 18 radələrində həmin yerə qayıdıb yenə 6 baş qoyun oğurlayıb Zaqatala rayonu aparıb Bahadur adlı şəxsə 710 manata satmışlar. Sonda həmin pulları öz aralarında bölüb Bakı şəhərinə getmişlər. 13 may 2024-cü il tarixdə oğurluq etmək üçün Balakən rayonuna yola düşüb saat 13 radələrində Şəki rayonu Köndələn kəndi ərazisinə çatanda yolun kənarında qoyun olduğunu görmüş, Elmin və İzzət maşından düşüb hər biri bir quzu tutub gətirib maşının yük yerinə qoymuşlar. Bundan sonra Zaqatala rayona gedib oğurladıqları quzuları cəmi 290 manata Bahadur adlı şəxsə satmışlar. Sonra Zaqatalada birlikdə yemək yemiş, axşam isə Bakı şəhərinə qayıtmışlar. 15 may 2024-cü il tarixdə yenə rayonlara gedib qoyun oğurlayıb satıb pul əldə etmək barədə razılaşmışlar. Həmin gün yenə onun icarəyə götürdüyü “Hyundai Accent” markalı 77 -BG-802 dövlət nömrə nişanlı avtomobil ilə Elmin və İzzətlə Balakən rayonuna yola düşmüşlər. Təxminən saat 13 radələrində Şəki rayonu İnçə kəndinə çatanda yolun kənarında qoyunlar otladığını görmüş, maşını yolun kənarında saxlamış, ətrafda heç kim olmadığı üçün Elmin və İzzət iki baş quzu tutub gətirib maşının yük yerinə qoymuşlar. Onlar yoluna davam edib Zaqatala rayonuna gəlmiş və həmin quzuları Bahadur adlı şəxsə 290 manata satmışlar. Zaqatala rayonunda birlikdə yemək yemiş, sonra oğurlayıb satdıqları qoyunların pulundan Elmin onun icarəyə götürdüyü maşına görə 60 manat icarə pulunu “milliön” vasitəsi ilə köçürmüşdür. Bundan sonra Balakən rayonuna getmiş, həmin gün Elmin onu və İzzəti evlərinə aparmış və axşam Elmingilin evində qalmışlar. 16 may 2024-cü il tarixdə Elmin və İzzətlə Zaqatala rayonu ərazisinə gedib qoyun oğurlamaq qərarına gəlmişlər və təxminən saat 16 radələrində Balakən rayonu, Məlikzadə kəndi ərazisində yolun kənarında quzu olduğunu görəndə o, maşını yolun kənarında saxlamış, İzzət maşından düşüb heyvanların içərisində bir quzu tutub gətirib maşının yük yerinə qoymuşdur. Bundan sonra o, maşını sürüb yoluna davam etmiş, Balakən rayonu Hətovlar kəndi ərazisinə çatanda yenə yolun kənarında heyvanlar otladığını görüb maşını yolun kənarında saxlamış, ətrafa baxmış və heç kim olmadığı üçün İzzət maşından düşüb bir quzu tutub gətirib maşının yük yerinə qoymuşdur. İzzət rayonlarına getməli olduğu üçün quzuları Bərdə rayon bazarında satıb oradan da Zərdab rayonuna getmək qərarına gəlmişlər. Onlar Şəki rayonu ərazisinə çatanda yolda onları polis əməkdaşları saxlayıb Şəki polis şöbəsinə gətirmişlər. Onlardan quzuları haradan aldıqlarını soruşan zaman həmin quzuları Balakən rayonu ərazisindən oğurladıqlarını etiraf etmişdir. Əlavə olaraq göstərmişdir ki, oğurladıqları heyvanların sahiblərini tanımır, həmin şəxslərlə aralarında ədavət, düşo, çilik yoxdur. Onlar həmin quzuları oğurlamamışdan qabaq ətrafa baxıb heç kimin olmamasından istifadə edib sonra quzuları oğurlayıb avtomaşının arxa yük yerinə qoymuşdurlar. Qeyd etdiyi oğurluq hadisələrindən başqa heç bir yerdən oğurluq etməmişlər. Onların oğurluq etməyini heç kim bilməmişdir. Həmçinin onlar oğurluq etməyində kənar heç kimin iştirakı olmamışdır. Onlar heyvanları satdıqları şəxslərə həmin heyvanların özlərinə məxsus olduğunu demişdirlər.Həmin heyvanları oğurladıqlarını deməmişdirlər.O,oğurladıqları xırdabuynuzlu heyvanları satdıqları Oqtay adlı şəxsin və Ağdaş rayonunda heyvan satdıqları şəxsin dəqiq ad və soyadını və ya kim olmasını bilmir. Onlar Zaqatala rayonu Muğanlı kəndindən 03 baş xırdabuynuzlu heyvan oğurlamışdırlar. Əməlindən peşimandır. Vurulmuş ziyanı ödəmişlər. Zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbləri yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında o, işləmək üçün Bakı şəhərinə getmiş, Bakı şəhərində müxtəlif yerlərdə avtomaşın yuma sexlərində işləmişdir. Sonuncu dəfə o, Bakı şəhərində, Montin adlanan ərazidə avtomobil yuma sexində işləmişdir. Avtomobil yuma sexində işlədiyi müddətdə, təxminən 4 ay qabaq Balakən rayonundan olan Təqsirləndirilən şəxs1 tanımışdır. Həmin vaxt Elmin taksi sürücüsü işləyirdi. Sonradan o, da avtomobil yuma sexində işləmişdir. Masallı rayon sakini Təqsirləndirilən şəxs2 isə təxminən 3 aydır tanıyır. Son vaxtlar Fazil taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin may ayının əvvəllərində Fazil, Elmin və o, öz aralarında söhbət edən zaman icarəyə avtomaşın götürüb rayonlara gedib otlaq sahəsində olan xırda buynuzlu heyvanlardan oğurlayıb aparıb satıb pul əldə etmək üçün öz aralarında razılığa gəlmişlər. Fazil sürücülük vəsiqəsi olduğu üçün öz adına “Chevrolet Cobalt” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşını icarəyə götürmüşdür. 2024-cü ilin may ayının 4-də Fazilin idarə etdiyi həmin avtomaşınla Şamaxı rayonu istiqamətinə yola düşmüşlər. Şamaxı şəhərini keçəndən sonra Ağsu dolayı ilə getdikləri vaxt yolun kənarındakı otlaq sahəsində otlayan xırda buynuzlu heyvanların arasından 4 baş quzuları götürüb avtomaşının arxa yük yerinə qoyub Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinin “20 yanvar” Metrostansiyasının yaxınlığında yolun kənarında kabab satanların cərgəsində başdan birinci yerdə kabab satmaqla məşğul olan, həmçinin mal-qara alveri ilə məşğul olan Oqtay adlı şəxsə həmin 4 baş quzuları 580 manata satmışlar. Təxminən 2 gün Bakı şəhərində qalıb həmin pulu yeyib-içməyə və qalmağa xərcləmiş, həmçinin günü 60 manat avtomaşının icarə pulunu ödəmişlər. Bundan 2 gün sonra may ayının 06-da onlar yenə birlikdə həmin avtomaşınla Zaqatala rayonu istiqamətinə yola düşmüş, Ağsu dolayları ilə düşüb Göyçay rayonunun Potu kəndinin ərazisindən keçəndə otlaq sahəsində otlayan qoyunları görüb həmin qoyunların arasından 1 baş quzunu oğurlayıb avtomaşının arxa yük yerinə qoyduq, digər qoyunlar qaçdığı üçün tuta bilməmişlər. Həmin qoyunu da götürüb Ağdaş şəhərinə gəlmiş, şəhərin girişində ət satmaqla məşğul olan, adını xatırlamadığı qəssaba 170 manata satmışlar. Sonra oradan Zaqatala rayonuna getmiş, həmin gün Zaqatala rayonunda avtomaşında qalmış, səhəri gün, yəni may ayının 07-də saat təxminən 10 radələrində Zaqatala rayonu, Muğanlı kəndinin otlaq sahəsində otlayan xırda buynuzlu heyvanların arasından 03 baş quzu oğurlayıb avtomaşının arxa yük yerinə qoyub oradan uzaqlaşmışlar. Həmin quzuları da Bakı şəhəri “20 Yanvar” Metrostansiyasının yaxınlığında Oqtay adlı şəxsə 470 manata satmış, həmin gün Bakı şəhərində qalıb may ayının 8-də yenidən Zaqatala rayonu istiqamətinə yola düşmüş, Şəki şəhərini keçib Qax rayonu istiqamətində bir qədər getdikdən sonra yolun sol tərəfinə ayrılan daşlıq yolla bir qədər gedib otlaq sahədə otlayan xırda buynuzlu heyvanların arasından 2 baş keçini götürüb avtomaşının arxa yük yerinə qoyub Bakı şəhərinə qayıtmışlar. Həmin keçiləri də Oqtaya 150 manata satmışlar. Həmin vaxt onların yanında olmadığı üçün keçiləri neçəyə satdıqlarını bilməmişdir. Bakı şəhərinə gəldikdən sonra Fazil “Chevrolet Cobalt” markalı avtomaşını qaytarmış, həmin gün Bakı şəhərində qalmışlar. xx.xx.2024-cü il tarixdə Fariz “Rent-A-Car”a “Hyundai Accent” markalı **-BG-*** markalı avtomaşını gündəlik 60 manat ödəməklə icarəyə götürmüş, bundan sonra onlar birlikdə yenə də Şəki rayonuna gəlmiş və yenə həmin quzuları oğurladıqları əraziyə getmişlər. Saat təxminən 16 radələrində həmin otlaq sahəsindən 05 baş quzuları götürüb avtomaşının arxa yük yerinə qoyub oradan uzaqlaşmışlar. Quzuları Zaqata rayonu, Muğanlı kəndində mal-qara alveri ilə məşğul olan Bahadur adlı şəxsə 580 manata satmışlar. Yenidən həmin sahəyə gəlib saat təxminən 18 radələrində oradan bu dəfə 6 baş quzunu oğurlayıb avtomaşının arxa yük yerinə qoyub Zaqatala rayonu, Muğanlı kəndinə aparıb Bahadur adlı şəxsə 710 manata satmış və Bakı şəhərinə getmişlər. Əldə etdikləri pulların bir hissəsini xərclərə çıxıb, qalan hissəsini öz aralarına bölmüşlər. Təxminən 3 gün Bakı şəhərində qalmış, may ayının 13-də yenə də birlikdə oğurluq etmək üçün Şəki rayonuna yola düşmüşlər. Həmin gün saat təxminən 15 radələrində Şəki rayondan Qax rayonu istiqamətinə gedəndə yolan sağ tərəfdə yerləşən kənddən keçən zaman aralıq yolda yatmış xırdabuynuzlu heyvanları görüb yaxınlaşıb 2 baş quzuları götürüb avtomaşının arxa yük yerinə qoyub Zaqatala rayonu, Muğanlı kəndinə aparıb Bahadur adlı şəxsə 290 manata satmışlar. Bundan sonra onlar Bakı şəhərinə qayıtmış, iki gün Bakı şəhərində qalıb may ayının 15-də yenidən birlikdə Şəki rayonuna yola düşmüşlər. Yenə də Şəki rayonu ərazisinə gəlmiş, saat təxminən 13 radələrində Şəki rayonunun Qax rayonuna gedən istiqamətində İnçə kəndi ərazisində yolun kənarında otlayan heyvanları görüb heyvanların arasından 2 baş quzunu oğurlayıb avtomaşının arxa yük yerinə qoyub Zaqatala rayonu, Muğanlı kəndinə aparıb Bahadura 290 manata satmışlar. Bundan sonra birlikdə Balakən rayonuna getmiş, gecəni Elmingildə qalmışlar. May ayının 16-da saat 15 radələrində oradan çıxmış, həmin gün saat 16 radələrində Balakən rayonunun, Məlikzadə kəndindən otlaq sahəsində 1 baş quzu götürüb avtomaşının arxa yük yerinə qoymuşlar. Oradan uzaqlaşıb yolüstü başqa bir kənddən keçəndə saat təxminən 17 radələrində tanımadıqları kəndin otlaq sahəsindən yenə heyvanların arasından 1 baş quzunu oğurlayıb avtomaşının arxa yük yerinə qoyub oradan uzaqlaşmışlar. Zaqatala rayonu, Muğanlı kəndinə çatıb Bahadurun hazırda xatırlamadıqları mobil telefonuna zəng etmiş, zəng çatmamış, oğlunun mobil telefonuna zəng edib danışanda atasının Samux rayonuna getdiyini bildirmişdir. Belə olanda onlar quzuları Bərdə bazarına aparıb satmağı qərara almışlar. Şəki rayonu ərazisindən keçən zaman Şəki şəhər Polis Şöbəsinin əməkdaşları onları saxladıb Polis Şöbəsinə gətirmişlər. Orada avtomaşına baxış keçirilən zaman arxa yük yerində olan Balakən rayonundan oğurladıqları quzuları aşkar edib götürmüşlər.O da yuxarıda qeyd etdiyi oğurluqları etiraf etmişdir. Əlavə olaraq göstərmişdir ki, oğurladıqları quzuları oğurlamamışdan qabaq ətrafa baxıb heç kimin olmamasından istifadə edib sonra quzuları oğurlayıb avtomaşının arxa yük yerinə qoymuşdurlar.Qeyd etdiyi oğurluq hadisələrindən başqa heç bir yerdən oğurluq etməmişlər.Onların oğurluq etməyini heç kim bilməmişdir. Həmçinin onların oğurluq etməyində kənar heç kimin iştirakı olmamışdır. Onlar heyvanları satdıqları şəxslərə heyvanların özlərinə məxsus olduğunu demişdirlər. Həmin heyvanları oğurladıqlarını deməmilər.Oğurladıqları xırdabuynuzlu heyvanları satdıqları Oqtay adlı şəxsin və Ağdaş rayonunda heyvan satdıqları şəxsin dəqiq ad və soyadını və ya kim olmasını bilmir.Onlar Zaqatala rayonu Muğanlı kəndindən 03 baş xırdabuynuzlu heyvan oğurlamışlar. Əməlindən peşimandır.Vurulmuş ziyanı ödəmişlər. Zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbləri yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri bu işlə əlaqədar tanımışdır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Onun şəxsi təsərrüfatında 25 baş xırdabuynulu heyvanlar vardır. Həmin heyvanları gündəlik olaraq yaşadığı kəndin örüş sahəsində otarıb tövləyə aparır. Tövlə öz həyətində yerləşir. Heyvanlar mütəmadi olaraq onun və ailə üzvlərinin nəzarəti altında örüş sahələrində otarılır. 16 may 2024-cü il tarixdə günorta saatlarında o, 22 baş heyvanı örüş sahəsinə aparmış, 3 baş heyvana isə dərman verdiyi üçün həyətdə saxlamışdır. O, örüş sahəsində olarkən həyətdə olan üç baş qoyun həyətin giriş qapısından küçəyə çıxıb küçədə otlamışlar.Saat 18 radələrində o, yaşadığı evin qarşısındakı küçəyə gəldikdə iki baş heyvanının küçədə otladığını görmüş, bir baş heyvan isə yox olmuşdur. Heyvanların hamısını tövləyə yerləşdirib bir baş heyvanı axtarmağa başlamışdır. O, həmin qoyunun otlamaq üçün digər örüş sahələrinə getdiyini düşünmüşdür. Bir neçə gün ərzində o, Hənifə kəndində və qonşu kəndlərdə otlaq sahələrinə, su kanallarının kənarına, kolların arasına baxmış, lakin heyvanı axtarsa da tapa bilməmişdir. 24 may 2024-cü il tarixdə Balakən və digər rayonlardan oğurluq edən şəxslərin Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmiş, ona görə də səhəri gün polis şöbəsinə yaxınlaşıb bu barədə məlumat verib ərizə ilə müraciət etmişdir. Ona məxsus bir baş xırdabuynuzlu heyvan (qoyun) 16 may 2024-cü il tarixdə günorta saatlarında yaşadığı Hənifə kəndinin ərazisindən küçədən oğurlanmışdır. Həmin heyvan 3 yaşında dişi ana qoyundur, balası hazırda tövlədədir. Diri çəkisi 50 kq olmuş, ağ rəngli olmaqla buynuzsuzdur, bel hissəsinə qırmızı rəngli boya vurulmuşdur. Həmin heyvanın qiyməti 300 manat olmuş və ona 300 manat maddi ziyan dəymişdir. O, heyvanını oğurlayan şəxsləri görməmişdir. Bundan sonra qoyununu oğurlayan 3 nəfər şəxslər Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və onun oğurlanmış 01 ədəd qoyunu ona geri qaytarılmış, lakin həmin qoyun o, evə gətirdikdən bir neçə gün sonra xəstəlikdən ölmüşdür.Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Onlara cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri bu işlə əlaqədar tanımışdır, heç biri ilə qohumluğu və ədavəti yoxdur, xx.xx.2024-cü il tarixdə səhər təxminən saat 08 radələrində yaşadığı evin həyətindən özünə məxsus və təsərrüfatında olan 13 (on üç) baş xırdabuynuzlu heyvanı Muğanlı kəndi ərazisində yerləşən çöl sahəsinə otlamaq üçün səllim buraxmışdır. Həmin gün təxminən bir-iki saatdan sonra on üç baş xırdabuynuzlu heyvanı buraxdığı çöl sahəsinə getdikdə həmin vaxt üç baş xırdabuynuzlu heyvanın olmadığını aşkar etmişdir. O, həmin vaxt üç baş xırdabuynuzlu heyvanın otlaq sahəsindən naməlum istiqamətə getdiyini fikirləşib onları axtarmaq məqsədilə yaxınlıqda olan ərazini gəzmiş, həmin ərazini gəzərək üç baş xırdabuynuzlu heyvanı axtarsa da tapmamışdır.O,təsərrüfatında olan on üç baş xırdabuynuzlu heyvandan üç baş xırdabuynuzlu heyvanı tapmadığı üçün heyvanların naməlum istiqamətə gedərək itməsi barədə xx.xx.2024-cü il tarixdə Zaqatala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təsərrüfatında olan həmin 13 (on üç) baş xırdabuynuzlu heyvanı otlamaq məqsədilə çöl sahəsinə səllim buraxsa da həmin heyvanlar bir-birindən heç vaxt ayrılmamışdır. Eyni zamanda həmin heyvanlara kənd sakinlərinə məxsus heyvanlar qarışsa da onlar başqa şəxslərə məxsus heyvanlara qarışmamışdır. Bundan sonra qoyunu oğurlayan 3 nəfər şəxslər Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Oğurlanmş üç baş xırdabuynuzlu heyvan Qarabağ sortundan, ağ rəngli, 06 aylıq dişi qoyunlardır. Qoyunların hər biri təxminən 20 kiloqram çəkidə olmaqla 200 manat dəyərində olmuş və ona təxminən ümumilikdə 600 (altı yüz) manat məbləğində ziyan dəymişdir.Ona dəymiş ziyandan 200 manat ödənməmiş qalmışdır. Təqsirləndirilən şəxslər onu da ödəsələr yaxşı olar, lakin ödəməsələr də şikayətçi deyildir. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri bu işlə əlaqədar tanımışdır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Onun şəxsi təsərrüfatında 20 baş xırda buynuzlu (qoyun və quzu) heyvanları vardır. Həmin heyvanları yaşadığı evdən təxminən 100 metr aralıda yerləşən tütün saraylarının yaxınlığındakı otlaq sahəsində otarır. Həmçinin qonşusunun da qoyunları vardır. Çox vaxt qoyunları bir yerə qatıb bəzən o, bəzən də qonşusu nəzarət edir. 13 may 2024-cü il tarixdə qoyunları qonşuya tapşırıb Aşağı Göynük kəndinə mağazaya getmişdir. Mağazadan qayıdan zaman saat təxminən 18 radələrində yaşadığı evin döngəsinə dönəndə yolun kənarında boz metalik rəngli “Hyundai” markalı avtomaşının dayandığını görmüş, bir nəfər yerdə olmuş, onun gəldiyini görüb yerdə olan şəxs avtomaşının qabaq sərnişin oturacağına oturmuş və sürücü avtomaşını işə salıb sürüb qabağından keçib getmişdir. O, avtomaşının nömrəsinə baxanda qabaqda oturmuş sərnişin ona əl etmiş, onun üçün maraq kəsb etdiyinə görə həmin sərnişinə baxmış, lakin tanıya bilməmişdir. Sərnişin ona əl etdiyi üçün diqqəti yayındığına görə avtomaşının nömrəsinə tam baxa bilməmişdir. Oradan evə tərəf gedəndə orada olan qoyunların hürkmüş vəziyyətdə olduğunu, qoyunları sayanda 2 baş qoyunun çatmadığını görmüşdür. Həmin avtomaşında olan şəxslərdən şübhələnmiş, lakin avtomaşının nömrəsini tam görə bilmədiyi üçün polisə məlumat verməmişdir. Ancaq kənddə həmin hadisə barədə danışmış və həmin maşını görən olsa ona məlumat verməyini bildirmişdir. Bundan sonra 15 may 2024-cü il tarixdə saat təxminən 17:30 radələrində kəndin uşaqları ona zəng edib həmin avtomaşının onlar tərəfdə qoyunlar olan yerdə olduğunu demiş, o da dərhal qoyunlar otlayan sahəyə gəlib baxıb həmin avtomaşın orada olmadığını görmüş və artıq ona 2 baş qoyunlarını oğurlamış şəxslərin “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu məlum olmuşdur. Həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib qoyunların oğurlandığı yerə baxış keçirmiş və həmin vaxt 2 baş qoyunlarının oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Ona məxsus olan 2 baş quzu təxminən 6 aylıq olmuş, quzunun biri qəhvəyi rəngdə, digəri isə sarı rəngdə olmuş, quzuların buynuzu olmamış, quzuların birinin diri çəkisi təxminən 30 kq, digərinin diri çəkisi isə 26 kq olmuş, həmin quzulardan birinin qiyməti 300 manat, digərinin qiyməti 250 manat olmuşdur. Beləliklə də ona məxsus iki baş quzuların oğurlanmasına görə ona 550 manat ziyan dəymişdir. Onun heyvanları qaytarılmışdır. Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur.Onlara cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri bu işlə əlaqədar tanımışdır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Yaşadığı evin həyətində yerləşən tövlədə qoyun və keçi saxlayır. O və gəlini Zeynəb həmin heyvanlara qulluq edir. Heyvanların ətindən və südündən istifadə edir. O, heyvanları yaşadıqları ərazidəki örüş sahələrində otarmışdır. Heyvanları səllim buraxmır, Zeynəb və o, nəzarət edir. Bu ilin may ayının əvvəllərində təsərrüfatında 70 baş xırdabuynuzlu heyvanlar, yəni qoyun və keçilər olmuşdur. May ayının 8-də səhər saatlarında Zeynəblə o, heyvanları həyətin yaxınlığındakı örüş sahəsinə çıxarmış, heyvanlar otlamış, o, nəzarət etmişdir. Günorta saatlarında nahar etmək üçün evə gedib təxminən 1 saat sonra heyvanların yanına qayıtmış, bir neçə saat otladıqdan sonra heyvanları tövləyə aparıb saydıqda iki baş keçinin olmadığını görmüşdür. O, keçilərin heyvanlardan ayrı düşüb, bir neçə saata qayıdacağını düşünmüş, lakin heyvanlar həmin gün qayıtmamışlar. Səhəri gün günorta saatlarında o, yenidən heyvanları yaxınlıqdakı örüş sahəsinə otarmaq üçün aparmış, ev işləri ilə bağlı evə qayıtmış və düşünmüşdür ki, bir neçə saatdan sonra qayıdıb heyvanları tövləyə aparar və axşam saatlarında heyvanları saydıqda 11 baş qoyunun olmadığını görmüşdür. Onlar heyvanları bir neçə gün axtarmış, lakin tapmamışdır. Ona görə də may ayının 12-də DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. O, ilkin olaraq heyvanlarının itdiyini düşünmüş, lakin heyvanların heç bir qalıqlarını, sümüyünü tapa bilməmişdir. Həmin vaxt məlum olmuşdur ki, heyvanları oğurlayıblar. Ona görə də oğlu Cuma yenidən ərizə ilə müraciət edərək xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Araşdırma zamanı 18 may 2024-cü il tarixdə ona məxsus altı baş xırdabuynuzlu heyvanlar, yəni qoyun və quzuların olduğu yer polis işçiləri tərəfindən müəyyən edilmiş və ona qaytarılmışdır. Qalan 7 baş heyvanlar barədə məlumatı yoxdur. Əlavə olaraq göstərmişdir ki, ona məxsus on üç baş xırdabuynuzlu heyvanlar, yəni 11 baş qoyun və quzu, iki baş keçi 8 və 9 may 2024-cü il tarixlərdə günorta saatlarında yaşadığı Oxud kəndi sahələri adlanan ərazidə yerləşən örüş sahəsindən oğurlanmışdır. Həmin heyvanlardan 2 baş keçinin hər biri 120 manat, 5 baş qoyunun hər biri 30 kiloqram çəkidə və 250 manat dəyərində, 6 baş quzunun isə hər biri 35 kiloqram çəkidə 06 aylıq və 200 manat dəyərində olmuşdur. Ona məxsus heyvanların oğurlanması nəticəsində ona təxminən 2700 manat maddi ziyan dəymişdir. O, həmin vaxt çox həyəcanlı olmuş və heyvanlarını dəqiq saymamış, lakin sonradan 13 baş heyvanın oğurlanması məlum olmuşdur. Ona dəymiş ziyan tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Onlara cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri bu işlə əlaqədar tanımışdır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Onun təsərrüfatında 50 baş xırdabuynuzlu heyvanlar, yəni qoyun və quzu vardır.O,həmin heyvanları gündəlik olaraq İnçə kəndində yaşadığı evin yaxınlığında yerləşən örüş sahəsinə aparıb orada bir neçə saat otarıb tövləyə qaytarır.15 may 2024-cü il tarixdə də günorta saatlarında həmin təsərrüfatında olan heyvanları örüş sahəsinə aparmışdır. Örüş sahəsi yaşadığı evə yaxın yerləşir. Eyni zamanda həmin gün qonşuluqda yas mərasimi olduğu üçün heyvanları örüş sahəsinə buraxıb yas mərasiminə getmişdir. Təxminən bir saat yas yerində dayanıb yenidən heyvanların yanına getmişdir ki, tövləyə aparsın. O, heyvanları yaşadığı evin həyətinə sürüb orada saydıqda iki baş quzunun olmadığını görmüşdür. Heyvanları tövləyə yerləşdirib quzuları axtarmaq üçün küçəyə çıxmış, axşam saatlarına qədər və səhərisi günlərdə quzuları axtarsa da heyvanları tapa bilməmişdir. Örüş sahəsinə, kolların arasına kanalların kənarına baxsa da heç yerdə heyvanların izinə, hər hansı qalığına, yununa və sümüyünə rast gəlməmişdir. Bir neçə gün heyvanların üzə çıxmağını gözləsə də yenə heyvanları tapa bilməmişdir. Belə olduqda o, heyvanlarının oğurlandığını düşünmüş, ona görə də 17 may 2024-cü il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edib iki baş heyvanının oğurlanması barədə məlumat vermişdir. Ona məxsus iki baş xırdabuynuzlu heyvanlar 15 may 2024-cü il tarixdə günorta saatlarında yaşadığı İnçə kəndinin ərazisində yerləşən örüş sahəsindən oğurlanmışdır. Həmin heyvanlar Qarabağ sortu, 5-6 aylıq, hər birinin diri çəkisi təxminən 35 kq, hər biri təxminən 300 manat qiymətində olmuşdur. Hər iki heyvan qəhvəyi rəngli olmuş, heyvanlardan biri erkək olmuşdur.Ona məxsus heyvanların oğurlanması nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Onlara cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri bu işlə əlaqədar tanımışdır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. Yaşadığı evin həyətyanı sahəsində olan tövlədə qoyun saxlayır. Həmin qoyunları o və oğlu X12 örüş sahələrə çıxarır və bəzən birlikdə, bəzən isə ayrı-ayrı vaxtlarda otarırlar. 04 may 2024-cü il tarixdə saat 17:10 radələrində oğlu Aydın Mustafayev qoyunlarını otarmaq üçün Ağsu rayon dolaylarına aparmışdır. Aydın həmin gün saat təxminən 18:40 radələrində ona zəng edərək özünü piss hiss etdiyini demiş və sürünü otarmağını ondan xahiş etmişdir. Bundan sonra o, Ağsu rayon dolaylarına getmiş və saat təxminən 18:55 radələrində sürünün otladığı yerə çatmışdır. O, sürünü saat təxminən 19:30 radələrində yaşadığı evə gətirmişdir. Bundan sonra qoyunları saymağa başlamış, bu vaxt həmin qoyunlardan 4 baş qoyunun əskik olmasını müəyyən etmişdir. Bundan sonra Aydının qoyunları otardığı ərazini və oraya yaxın əraziləri nə qədər axtarsa da həmin qoyunları da tapa bilməmişdir.Oğurlanmış üç baş qoyundan biri dişi ikisi erkək olmuş, hər biri sarımtıl rəngli,erkək olan ağ-qırmızı rəngli olmuşdur. Bir baş, erkək, ağqırmızı rəngli qoyunun diri çəkisi 22 kiloqramdır və 220 manat dəyərindədir. Digər qoyunların birinin diri çəkisi 34 kiloqram, digər iksinin diri çəkisi isə 34-36 kiloqramdır və hər biri 320 manat dəyərindədir. 4 baş qoyununun oğurlanması nəticəsində ona ümumilikdə 1180 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənmişdir. Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Onlara cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki,Zaqatala rayonu Aşağı Tala kəndində yaşadığı evin yaxınlığında özünə məxsus ferma vardır. Uzun illərdir o, həmin fermada özünə məxsus xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanlardan əldə etdiyi qazancla özünü və ailəsini dolandırır. O, heyvan bazarından və fərdi qaydada heyvan satan şəxslərdən xırda heyvanları alıb öz fermasında yetişdirib bir qədər baha qiymətə satır. Bu ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı gündə günorta saatlarında fermada olarkən, tanışı Lətif ona zəng edib Zaqatala şəhərində mərkəz tərəfdə olduğunu,Balakənli şəxslərin orada 4 baş heyvan satdıqlarını, bir heyvanı 200 manata satdıqlarını, özünün üstündə o qədər pul olmadığını demiş və ona heyvanları almağı təklif etmişdir. O da heyvanlara baxmaq istəmiş, buna görə də həmin yerə getmiş, üç nəfər gənc yaşlarında adlarını xatırlamadığı şəxslər və Lətif orada “Hyundai” markalı avtomobilin yanında dayanmışlar. O, görüşdükdən sonra heyvanlara baxmaq istədiyini demiş, maşının yük yerində dörd baş xırdabuynuzlu heyvan, yəni quzu olmuşdur. O, heyvanlara baxmış və aralarındakı razılığa əsasən həmin dörd baş heyvanı 780 manata alıb Tala kəndindəki fermasına aparmışdır. Söhbət zamanı həmin şəxslər ona avtomobili təmir etdikləri üçün pula ehtiyacları olduğunu və təsərrüfatlarında olan digər heyvanları da satacaqlarını demiş və ona digər heyvanları da Zaqatala şəhərinə gətirib satmağı təklif etmişlər. O, da razı olmuş və həmin şəxslərin mobil nömrəsini götürmüşdür. Bir neçə gün sonra Elmin adlı şəxs ona zəng edib Zaqatala şəhərinə heyvan gətirdiklərini demiş, o da onlara Muğanlı dairəsindən Tala kəndinə tərəf gəlmələrini demiş, beləliklə yaşadığı evin yaxınlığında üç nəfər şəxslə görüşmüşdür. Həmin şəxslər “Hyundai Accent” markalı ** BG *** dövlət nömrə nişanlı avtomobil ilə gəlmiş, maşının yük yerini açmış, yük yerində dörd baş quzu, bir baş qoyun olmaqla beş baş xırdabuynuzlu heyvan olmuşdur. Aralarındakı razılığa əsasən həmin beş baş heyvanı o, həmin şəxslərdən 790 manata almış, həmin şəxslər pulu alıb avtomobilə əyləşərək kənddən uzaqlaşmışlar. O da heyvanları fermaya aparıb öz heyvanlarının yanına buraxmışdır. Bir neçə gün sonra həmin şəxslər “Hyundai Accent” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobil ilə Aşağı Tala kəndinə yaşadığı evin qarşısına gəlib onu çağırmış, o, küçəyə çıxıb həmin şəxslərlə görüşdükdən sonra üç baş quzunu maşının yük yerindən düşürüb 500 manata satdıqlarını demişlər və heyvanları almağı təklif etmişlər. Lakin o, qiymətə etiraz etmiş beləliklə aralarındakı razılığa əsasən üç baş quzunu həmin şəxslərdən 450 manata almış və fermadakı heyvanların yanına buraxmışdır. Şəki ŞRPŞ-nə gəldikdən sonra ona heyvan satan şəxlərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqları, həmin şəxslər heyvanları oğurlayaraq ona satdıqları məlum olmuş və o, həmin şəxslərdən aldığı heyvanlardan 8 başını polis əməkdaşlarına təqdim etmişdir. Onun bu barədə məlumatı olmamışdır.O, həmin şəxsləri əvvəllər tanımamış, heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamış, bu ilin may ayının əvvəllərində Zaqatala şəhərində heyvan alarkən həmin şəxsləri tanımışdır. O, həmin şəxslərdən cəmi 12 baş xırdabuynuzlu heyvanlar almış və həmin heyvanlara görə cəmi 2020 manat pul vermişdir. Zərdab rayonundan olan İzzət adlı şəxs özlərinin təsərrüfatları olduğunu, çoxlu sayda heyvanlara baxdıqlarını, həmin satdıqları heyvanların da özlərinə məxsus olduğunu demişdir. Həmin vaxt orada Elmindən, İzzətdən, Fazildən və ondan başqa heç kim olmamışdır.O,həmin heyvanların oğurluq olduğunu bilməmiş, Polis Şöbəsinə gəldikdən sonra bu barədə məlumatı olmuşdur. Həmin heyvanların hamısını o, öz fermasına aparmışdır. Dörd baş heyvanı satmış, qalan 8 baş xırdabuynuzlu heyvanları isə polis əməkdaşlarına təqdim etmişdir. İşin 2-ci cild 255-261, 274-276-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs1 və müdafiəçisi X1 iştirakı ilə 22 iyun 2024-cü il tarixdə Şəki rayonu Qoxmuq kəndi, Şəki rayonu İnçə kəndi, Şəki rayonu Köndələn kəndi və Balakən rayonu Məlikzadə kəndi ərazisində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanları oğurladıqları yerləri əyani olaraq göstərmiş, istintaq hərəkəti protokolu tərtib olunmaqla, foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. İşin 2-ci cild 262-267,277-279-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs2 və müdafiəçisi X2 iştirakı ilə 22 iyun 2024-cü il tarixdə Şəki rayonu Qoxmuq kəndi, Şəki rayonu İnçə kəndi, Şəki rayonu Köndələn kəndi və Balakən rayonu Məlikzadə kəndi ərazisində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanları oğurladıqları yerləri əyani olaraq göstərmiş, istintaq hərəkəti protokol tərtib olunmaqla, foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. İşin 2-ci cild 268-273,280-282-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs3 və müdafiəçisi X14 iştirakı ilə 22 iyun 2024-cü il tarixdə Şəki rayonu Qoxmuq kəndi, Şəki rayonu İnçə kəndi, Şəki rayonu Köndələn kəndi və Balakən rayonu Məlikzadə kəndi ərazisində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş,ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanları oğurladıqları yerləri əyani olaraq göstərmiş, istintaq hərəkəti protokol tərtib olunmaqla,foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. İşin 3-cü cild 200-203-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Ağsu RPŞ-nin İQ-nin müstəntiqi, polis kapitanı X29 tərəfindən Təqsirləndirilən şəxs3 və müdafiəçisi X8 iştirakı ilə 05 iyun 2024-cü il tarixdə Ağsu rayonu ərazisində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs6 məxsus xırdabuynuzlu heyvanları oğurladıqları yeri əyani olaraq göstərmiş, istintaq hərəkəti protokol tərtib olunmaqla, foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. İşin 1-ci cild 129-132-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 17 may 2024-cü il tarixli avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X9 tərəfindən xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük hissəsindən 02 ədəd xırdabuynuzlu heyvanlar aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin xırdabuynuzlu heyvanları xx.xx.2024-cü il tarixdə Balakən rayonu ərazisində yol kənarından oğurladıqlarını bildirmişdir. İşin 2-ci cild 3-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,240820035 saylı cinayət işi üzrə Şəki ŞRPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı X20 tərəfindən xx.xx.2024-cü il tarixdə X10, Şahid, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X21 iştirakları ilə Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Şahid məxsus qoyun fermasına baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs3 məxsus olan 02 baş quzular və X25 məxsus olan 06 baş quzular aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Şahid aşkar edilmiş həmin quzuları tanımadığı üç nəfər cavan oğlandan aldığını bildirmiş və quzuları sahiblərinə təhvil vermişdir. İşin 2-ci cild 177-180-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli malların tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X13 tərəfindən xx.xx.2024-cü il tarixdə malların tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 təqdim edilmiş xırdabuynuzlu heyvanlar içərisindən özünə məxsus olan oğurlanmış 01 ədəd qoyunu göstərmiş və daha sonra həmin qoyun Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İşin 1-ci cild 102-112-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ƏQ-365/2024 saylı əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində göstərilmişdir ki,aparılmış araşdırmalara və təhlillərə əsasən 3 baş dişi qoyunun müqayisə yanaşması ilə 2024-cü ilin may ayına olan real bazar dəyəri 615 (altı yüz on beş) manat təşkil edir. İşin 3-cü cild,120-123-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5090 nömrəli rəyində göstərilmişdir ki, “Ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1270 manat müəyyən olunur. Həmin xırdabuynuzlu heyvanların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.” İşin 3-cü cild 285-288-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ********* saylı cinayət işi üzrə 06 iyun 2024-cü il tarixdə müstəntiq Samir Məmmədov tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4875 nömrəli rəyində göstərilmişdir ki, “Ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1160 manat müəyyən olunur. Həmin xırdabuynuzlu heyvanların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.” İşin 1-ci cild 174-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 may 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 17 may 2024-cü tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cild 201-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 may 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 17 may 2024-cü tarixdə saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cild 225-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 may 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 17 may 2024-cü tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cild 121-127-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Şəki Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli 4(075)-45/2024 nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə, yəni 17 may 2024-ci il tarixdən hesablanmaqla 17 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild 128-134-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Şəki Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli 4(075)-44/2024 nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla X15 barəsində 3 (üç) ay müddətə, yəni 17 may avqust 2024-ci il tarixdən hesablanmaqla, 17 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild 135-142-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Şəki Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli 4(075)-46/2024 nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İşin 4-cü cild 54-72,78-81-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X16 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasına dair Balakən rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X17 tərəfindən həmin tarixdə “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilmiş və onlar barəsində 17 avqust 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild 143-145-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş qətimkan tədbiri seçilməsi haqqında 19 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ııı cild 95 və 116-cı vərəqələrində olan şübhəli şəxsin tutulması barədə protokoldan və qətimkan tədbirinin qüvvədə saxlanmaması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü ildə saat 11:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə azad edilmişdir. İşin 2-ci cild 207-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin 3-cü cild 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 3-cü cild 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur, məhkumluqları ödənmişdir, məhkumluğu olmayan şəxsdir. İşin 2-ci cild 238-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərdab rayon İHB-nın Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 iyun 2024-cü il tarixdə verilmiş 188 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Zərdab rayon Şıxbağı kəndində yaşayır. İşin 2-ci cild 239-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərdab rayon İHB-nın Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 187 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 atası, anası və qardaşından ibarət ailə üzvləri vardır. İşin 2-ci cild 240-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərdab rayon İHB-nın Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmadığı qeyd edilmişdir. İşin 4-cü cild 88-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Qazma inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 avqust 2024-cü il tarixdə verilmiş 919 nömrəli arayışdan görünür ki, Qasımov X7 sakinidir, işləməyən atası, anası, bacısı və qardaşından ibarət ailə üzvləri vardır. İşin 4-cü cild 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Qazma inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət cəhətdən xarakterizə olunur, haqqında inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilmişdir. İşin 4-cü cild 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 avqust 2024-cü il tarixdə verilmiş 308 nömrəli arayışdan görünür ki, Qasımov X6 sakinidir, işləməyən atası,anası, bacısı və qardaşından ibarət ailə üzvləri vardır. İşin 4-cü cild 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, haqqında inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ərizəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır.Onlar ona dəyən bütün ziyanı tam ödəmişdir. Onlardan heç bir şikayəti və tələbi yoxdur.onlara cəza təyin edlilməməsini xahiş edir.Həmçinin bildirir ki, səhhəti ilə bağlı iclaslara gələ bilməyəcəkdir.Nəzərə alaraq növbəti iclaslara iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ərizəsində göstərmişdir ki,məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində başlanan iş üzrə zərərçəkən şəxsdir.Onlar tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlardan heç bir tələbi yoxdur. Onlara heç bir cəza təyin edilməməsini xahiş edir. İşə səhhəti ilə bağlı iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs3 Zülfi oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində baxılan iş üzrə zərərçəkmiş şəxsdir.Onlar ona dəyən bütün ziyanı tam ödəmişdir. Onlardan heç bir şikayəti və tələbi yoxdur.Onlara cəza təyin edlilməməsini xahiş edir. Səhhəti ilə bağlı növbəti məhkəmə iclaslarına gələ bilməyəcəkdir.İşə onun iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır.Onlar ona dəyən bütün ziyanı tam ödənilmişdir. Onlardan heç bir tələb və şikayəti yoxdur.Onlara cəza təyin edilməməsini xahiş edir. Həmçinin bildirir ki, səhhəti ilə bağlı iclaslara gələ bilməyəcəkdir. Nəzərə alaraq növbəti iclaslara iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır. Onlar ona dəyən bütün ziyanı tam ödənilmişdir. Onlardan heç bir tələb və şikayəti yoxdur.Onlara cəza təyin edilməməsini xahiş edir. Həmçinin bildirir ki, səhhəti ilə bağlı iclaslara gələ bilməyəcəkdir. Nəzərə alaraq növbəti iclaslara iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6,Zərərçəkmiş şəxs5 və Şahid ifadələrini,ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayət əməllərini törətmişdirlər. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 18-ci bəndinə əsasən Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi, vurulmuş zərəri könüllü olaraq qismən ödəməsinin onların cəzasını yüngülləşdirən hallardır. Belə ki,məhkəmə iclasında bütün zərər çəkmiş şəxslər bildirdilər ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyildirlər, onlara cəza təyin edilməməsini xahiş edirlər. Bununla da təsdiq olunur ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərlə barışıq əldə etmişlər. Zərərçəkmiş şəxs5 məhkəməyə verdiyi ərizəsində təqsirləndirilən şəxslər tərəfindən ona vuruluna bütün ziyanın ödənməsini göstərməsinə baxmayaraq,məhkəmədə iclasında dindirilən zaman təqsirləndirilən şəxslər tərəfindən ona vurulan ziyandan 200 manatın ödənmədiyini göstərdi. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın tam deyil, qismən ödənməsini nəzərə alır. Bundan başqa, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 6 baş heyvanları və Zərərçəkmiş şəxs3 2 baş heyvanları polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş və sahiblərinə təhvil verilmişdir. Məhkəmə bu heyvanların da sahiblərinə qaytarılmasını könüllü ödənmə kimi qəbul etmir. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yaşayış yerləri üzrə müsbət cəhətdən xarakterizə olunmalarını, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlir ki, onların hər üçünün barəsində təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Bu cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur. O cümlədən cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə törədilmiş cinayət əməli, onun ictimai təhlükəlilik dərəcəsi arasında uyğunsuzluq yaranmasın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci hissəsinin 2 və 3-cü abzaslarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hazırkı işin materiallarından göründüyü kimi təqsirləndirilən şəxslər qısa müddət ərzində- 04 may 2024-cü il tarixdən 16 may 2024-cü il tarixədək olan müddətdə səkkiz epizod oğurluq cinayətlərini törətmişlər və polis əməkdaşları tərəfindən 17 may 2024-cü il tarixdə tutulmaqla onların cinayət əməllərinin qarşısı alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, onların cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir. Eyni zamanda məhkəmə nəzərə alır ki, 13 gün ərzində səkkiz epizod cinayət əməlləri törətmiş şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi cəzanın xəbərdaredici əhəmiyyətinə də ciddi xələl gətirər və digər şəxslərin də bu cinayətə meyllənmələrinə səbəb olar. Məhkəmə həmçinin oğurluq cinayəti törətməyi Təqsirləndirilən şəxs1 təklif etməsini nəzərə alaraq, ona digər təqsirləndirilən şəxslərdən daha sərt cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Onların məhkəməyədək icraat dövründə tutulub saxlandıqları və həbsdə olduqları müdddət CM-nin 69.3-cü maddəsinə əsasən cəza müddətinə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq onlar cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onların barəsində həbs qətimkan tədbiri seçilməli, onlar, məhkəmə iclas zalında həbs edilməlidirlər. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs4 saxlanılan 06 baş xırdabuynuzlu heyvanlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs4,Zərərçəkmiş şəxs3 saxlanılan 02 baş xırdabuynuzlu heyvanlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs3 verilməlidir. Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 dəymiş 300 manat, Zərərçəkmiş şəxs2 dəymiş 600 manat ,Zərərçəkmiş şəxs3 dəymiş 520 manat, X5 dəymiş 3470 manat və Zərərçəkmiş şəxs6 dəymiş 1160 manat ziyanın tam ödənməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X4, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi3 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 15 iş saatı, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 15 iş saatı, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 15 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X19 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Zərərçəkmiş şəxs5 izah olunur ki, dəymiş ziyanın ödənməmiş qalan 200 manata aid hissədə mülki mühakimə qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 17 may 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı və həbsdə olduğu 3(üç) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 2(iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin , 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 17 may 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı və həbsdə olduğu 3(üç) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin,o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin , 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 17 may 2024-cü il tarixdən 19 may 2024-cü il tarixədək və 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 4(dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin,o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs4 saxlanılan 06 baş xırdabuynuzlu heyvanlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs4,Zərərçəkmiş şəxs3 saxlanılan 02 baş xırdabuynuzlu heyvanlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs3 verilsin. Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 dəymiş 300 manat, Zərərçəkmiş şəxs2 dəymiş 600 manat ,Zərərçəkmiş şəxs3 dəymiş 520 manat, Zərərçəkmiş şəxs4 dəymiş 3470 manat və Zərərçəkmiş şəxs6 dəymiş 1160 manat ziyanın tam ödənməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************,X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Zərərçəkmiş şəxs5 izah olunur ki, dəymiş ziyanın ödənməmiş qalan 200 manata aid hissədə mülki mühakimə qaydasında məhkəməyə müraciət edə bilər. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X19 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar